Məhkəmə qərarları › İş №1(061)-21/2025

Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-21/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-21/2025 30.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X4 qızının katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlə ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilən, məhkumluğu ödənilən, Tərtər rayonunun Səhləbad kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş 1 ədəd sellofan paketdə ümumi təmiz çəkisi 460 qram olan xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 01 noyabr 2024-cü il tarixdə saat 14:50 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Tərtər rayonu, Səhləbad kəndi ərazisində şübhəli şəxs qismində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Tərtər rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, saat 16:51 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni sol əlində saxladığı 1 ədəd mavi rəngli sellofan torbanın içərisindəki 01 ədəd şəffaf sellofan paketdən ümumi təmiz çəkisi 460 qram olan xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, 2024-cü il oktyabr ayının ortalarında Tərtər rayonu, Şıxarx kəndi ərazisində özünə məxsus iri buynuzlu heyvanları otaran zaman ərazidə yerləşən su arxının kənarında 01 ədəd çətənə bitkisinə bənzər bitili vəziyyətdə olan bitki kolunu görmüşdür. Həmin bitkinin çətənə bitkisi olduğunu düşünüb kökündən çıxaraq arxın qırağına qoymuş və oradan uzaqlaşmışdır. xx.xx.2024-cü il tarixdə həmin yerə gedib çətənəyə bənzər bitkinin quruyub ovulacaq vəziyyətə gəldiyini görüb qurumuş yarpaqlarını özü istifadə etməsi üçün özü ilə gətirdiyi şəffaf sellofan torbaya yığıb yaşadığı evə getmək üçün Tərtər rayonu, Səhləbad kəndi ərazisində piyada hərəkətdə olan zaman Tərtər rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək Tərtər rayon Polis Şöbəsinə aparmışlar. Orada təqdim olunan siyahı üzrə seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə Şöbənin inzibati binasında videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əlində saxladığı 1 ədəd sellofon paket ondan götürülərək içərisinə baxış keçirilmiş, baxış zamanı paketdəki narkotik vasitə aşkar olunmuş, həmin narkotik vasitə elektron tərəzidə çəkilərək ekspertizaya göndərilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilərək onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda səhvini başa düşür və əməlindən peşmandır. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materalları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəfizəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə ona Tərtər rayonu, Səhləbad kəndində yaşayan Təqsirləndirilən şəxs Tərtər rayonu ərazisində narkotik vasitə qəbul etməsi, üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə ona məlumat daxil olmuşdur. Həmin məlumatı qəbul edən kimi dərhal rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədilə xx.xx.2024-cü il tarixdə əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar qəbul edib Tərtər RPŞ-nin CAB-ın əməkdaşları Şahid1 və Şahid3 ilə birlikdə əməliyyatt tədbiri keçirərək həmin günü saat 14 radələrində Təqsirləndirilən şəxs Tərtər rayonu, Səhləbad kəndi ərazisində saxlayaraq Tərtər rayon Polis Şöbəsinə gətirmişlər. Şöbədə dəvət edilmiş Müdafiəçi və onların iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd sellofon paket ondan götürülərək içərisinə baxış keçirilmiş, baxış zamanı paketdən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkildikdə çəkisinin 475 qram təşkil etdiyi müəyyən olunmuş və ekspertizaya göndərilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilərək onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, 2024-cü il oktyabr ayının ortalarında Tərtər rayonu, Şıxarx kəndi ərazisində özünə məxsus iri buynuzlu heyvanları otaran zaman ərazidə yerləşən su arxının kənarında 01 ədəd çətənə bitkisinin kolunun aşkar etdiyini, kökündən çıxarıb qurumaq üçün arxın qırağına qoyduğunu və sonra həmin yerə gedib həmin çətənə bitkisinin kolunun qurumuş yarpaqlarını özü istifadə etməsi üçün sellofon paketə yığıb götürdüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Tərtər rayon Polis Şöbəsinin cinayətaxtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işində olan Tərtər RPŞ-nin TB-nin təhqiqatçısı Anar İsmayıllı tərəfindən Tərtər RPŞnin CAB-ın əməliyyat müvəkkilləri Şahid2, Şahid1 və Şahid3, Tərtər RPŞ-nin KTQ-nin polis nəfəri Kənan Quluzadənin, hazırkı Təqsirləndirilən şəxs və onun vəkili Müdafiəçi iştirakı ilə tərtib edilmiş « şəxsi axtarış və götürmə haqqında » xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Tərtər rayon Polis Şöbəsində təhqiqatçının xidməti otağında hazırkı Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın ön sol cibindən içərisində kibrit dənələri olan kibrik qutusu, sol əli ilə bədəni arasında tutub saxladığı mavi rəngli torbanın içərisində olan şəffaf rəngli sellofan torbanın içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilərək sellofan torba ilə birlikdə çəkisi 475 qram olması müəyyən edilmiş və həmin kütlə ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işində olan məhkəmə-bioloji ekspetizasının xx.xx.2024-cü il tarixli, 16/1054 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə hesab olunan marixuanaya bənzər kütlə» yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 460 qram, tədqiqatdan sonra qalıq çəkisi 459,92 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işində olan Tərtər RPŞ-nin müstəntiqi Vüsal Mustafayevin, Tərtər RPŞ-nin İTB-nin polis sahə rəisi Eldəniz İsmayılovun, KTN-nin DAİM-in bitkiçilik sektorunun müdiri Arif Behbudovun, hazırkı Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə tərtib edilmiş « təqsirləndirilən şəxsin ifadəsnin yerində yoxlanması haqqında » xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2024-cü il oktyabr ayının ortalarında Tərtər rayonu, Şıxarx kəndi ərazisində su arxının kənarında aşkar etdiyi yabanı şəkildə bitən narkotik vasitə olan marixuananın bitdiyi və həmin bitkinin yarpaqlarını qıraraq qurutduğu yeri göstərməklə istintaq orqanına vermiş olduğu ifadəsindəki xüsusatları bir daha yerində göstərmişdir. Cinayət işində olan Kənd Təsərrüfatı Nazirliyi Tərtər DAİM-in bitkiçilik sektorunun müdiri Arif Behbudov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni yığdığı yerə baxış keçirmiş, həmin yer Tərtər rayonu, Şıxarx kəndi ərazisində yerləşir, həmin ərazidə torpaq sahəsi yumşaq və əlverişli oldduğu üçün orada çətənə bitkiləri yabanı şəkildə bitə bilər. Baxış zamanı ərazidə yabanı və kultivasiya edilmiş narkotik vasitə olan çətənə bitkisi və bitkinin kökü aşkar edilməmişdir. Cinayət işində olan « sübutların qiymətləndirilməsi haqqında » xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş məhkəmə-bioloji ekspertizanın rəyindən sonra qalıq çəkisi 459,92 qram olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının videogörüntüsünü özündə əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, marixuana Tərtər RPŞ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş, bir ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1924 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, 1) Əliyev X2 Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.1997-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli qərarı ilə CM-in 50-2 maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla 02 il 02 ay 05 gün şərti azad edilmiş; 2) Abşeron Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39, 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Xətai Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə 02 il 27 gün vaxtından əvvəl şərti azad olunmuş; 3) Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3, 180.3.3, 66.3, 67-ci maddələri ilə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə 01 il 01 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuş; 4) Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 69.4cü maddələri ilə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilmiş və Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2018-ci tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-ci maddələri ilə təyin edilmiş 3000 manat cərimə cəzası 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilərək CM-nin 69.3cü maddəsi tətbiq edilməklə üzərində qəti olaraq 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış; 5) Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 09 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş: 6) Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 07 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzası Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 07 ay 24 gün müddətə azadlqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işində olan Tərtər Rayon Məhkəməsinin 1(061)-25/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və CM-nin 67.1-ci maddəsinə əsasən Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 01 il 09 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 ay 11 gün hissəsinə qismən birləşdirilməklə üzərində qəti olaraq 01 il 07 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işində olan şübhəli səxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixli qərarla MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X3 xx.xx.2020-ci il təvəllüdlü, Dövlət ittihamçısı Çingizoviç xx.xx.2015-ci il təvəllüdlüdür. Cinayət işində olan Tərtər RİHB-nın Səhləbad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi C.Yusibov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs özünü nümunəvi vətəndaş kimi aparmış, əhali arasında hörmət qazanmış, qonşuları ilə münasibəti normal olmuş, pis vərdişləri yoxdur, narkotik maddələr və spitli içkilər aludəçisi deyildir, ictimai yerdə özünü yaxşı aparır, sakt təbiətlidir, mehribandır, ictimai işlərdə fəal iştirak edir, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, şahidlərin ifadələrinə, ekspert rəylərinə, işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət əməli törətməyə görə 06 dəfə məhkum olunmasına baxmayaraq, yenidən qəsdən hazırki cinayət əməli törətməsi onun cinayətə meyilli şəxs olmasına dəlalət etməklə şəxsiyyətini səciyələndirir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşiman olmasını bildirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, şəxsiyyətini, yəni əvvəllər də 06 dəfə qəsdən cinayət əməli törətməyə görə məhkum olunmasına baxmayaraq, yenidən qəsdən hazırkı cinayət əməlinin törətməsini, həmçinin sonuncu üç cinayət əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan alternativ (cərimə və azadlığın məhddudlaşdırılması) cəzalarının təyin edilməsinə baxmayaraq bundan nəticə çıxarmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə islah olunmasına nail olunması, yəni cəzanın məqsədlərinə nail olunması mümkün deyildir. Ona görə də ona ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd etməyi lazım bilir ki, yuxarıda sadalanan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının həddinin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə azadlıqdan məhrum etmə cəzası təyin edildiyi üçün barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək haqqında “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respubikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmasa da, məhkəmə hesab edir ki, o, yaşayış yeri üzrə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X6 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və saxlanılması üçün Tərtər rayon Polis şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən götürülmüş, tədqiqatdan sonra təmiz qalıq çəkisi 459,92 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünü özündə əks etdirən 01 ədəd DİSK cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının müddətindən bir günə bir gün hesabı ilə çıxılmaqla ona 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək haqqında “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu 30 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X6 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və saxlanılması üçün Tərtər rayon Polis şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən götürülmüş, tədqiqatdan sonra təmiz qalıq çəkisi 459,92 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünü özündə əks etdirən 01 ədəd DİSK cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs hökmü aldığı gündən) 20 gün müddətində Tərtər Rayon Məhkəməsi və həbsdə saxalama yerinin müdriyyəti vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar