Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-22/2025 02.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X6 oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 10 avqust 1972-ci ildə Tərtər rayonu Səhləbad kəndində anadan olmuş, Ukrayna Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, işləməyən, məhkumluğu olmayan, Tərtər rayonu Səhləbad kəndində müvəqqəti qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, hazırlama, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş bir ədəd sellofan paketdə ümumi təmiz çəkisi 445 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək hazırlamış və üzərində saxlamaqla daşımış, 01 noyabr 2024-cü il tarixdə saat 15 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, hazırlanmasında, saxlanmasında, daşınmasında və istifadəsində şübhəli bilindiyi üçün Tərtər rayonu Səhləbad kəndi ərazisində saxlanılaraq Tərtər rayon Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən xeyli miqdarda, ümumi təmiz çəkisi 445 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun sol əlində olan sellofan paketdən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında veridiyi izahatında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Tərtər rayonunda anadan olmuş, təhsil almış, atası və anası ilə Səhləbad kəndində yaşamışlar. 1993-cü ildə Ukrayna Respublikasının Staxanov şəhərinə getmişdir. Həmin vaxtdan Ukrayna Respublikasından Tərtər rayonuna ilk dəfə 2009-cu ildə gəlib qayıtmış, bundan sonra da ara bir gəlib getmişdir. Sonuncu dəfə isə 2019-cu ildə yenidən Tərtər rayonuna gəldikdə COVİD-19 pandemiyası ilə əlaqədar sərhədlər bağlanmış və ölkə xaricinə gediş-gəliş dayandırılmışdır. Həmin vaxtdan Səhləbad kəndində qalmış və müvəqqəti yaşamaq üçün isə portal icazəsi almışdır. Azərbaycan dilində oxumağı, yazmağı bacarır, onun tərcüməçiyə ehtiyacı yoxdur. Təxminən 1-2 həftə əvvəl yaşadığı Səhləbad kəndinin ərazisindən keçən su kanalının kənarı ilə piyada hərəkətdə olarkən çətənə bitkisi olduğunu görmüş, əvvəllər də arabir istifadə etdiyi üçün həmin bitkinin çətənə olduğunu bilmişdir. Çətənə bitkisini kökündən çıxarıb quruması üçün ağacların arasında görünməyəcək şəkildə budağın üzərinə qoymuşdur. 01 noyabr 2024-cü il tarixdə, saat 14 radələrində çətənə bitkisini saxladığı yerə gəlmiş və həmin vaxt çətənə bitkisi tamamilə qurumuş vəziyyətdə olmuşdur. Qurumuş yarpaqları özü ilə gətirdiyi şəffaf sellofan torbaya yığmışdır. Həmin sellofanı da rəngli torbanın içərisinə qoyub kənd ərazisi ilə evinə doğru hərəkət etmişdir. Həmin gün saat 15 radələrində kənd yolu ilə hərəkətdə olarkən Tərtər rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün Tərtər RPŞ-nə dəvət etmişlər. RPŞ-nin inzibati binasında təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar çıxarılmış və həmin qərarla tanış olmuşdur. Bundan sonra hüquqlarının qorunması üçün ona vəkil siyahısı təqdim edilmiş, o da həmin siyahıdan hüquqlarının qorunması üçün vəkil Müdafiəçi seçmişdir. Sonra dəvət edilmiş vəkilin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin ön sağ cibindən iki ədəd siqaret, əynində olan boz rəngli şalvarın sol arxa cibindən bir ədəd göy rəngli cib dəsmalı, sol qoltuğunda saxladığı ağ rəngli sellofan torbada içərisində marixuana olan şəffaf sellofan torba aşkar edilmişdir. Onların iştirakı ilə həmin aşkar edilmiş marixuana sellofan torba ilə elektron tərəzidə çəkilmiş və çəkisinin 455 qram olması müəyyən edilmişdir. Həmin aşkar edilmiş marixuana onların iştirakı ilə ekspertizaya göndərilməsi üçün zərfdə qablaşdırılmışdır. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, həmin narkotik vasitəni istifadə etmək üçün götürmüşdür. Polis Şöbəsində ona qarşı heç bir zorakılıq edilməmişdir. Törətdiyi əməldən peşiman olduğunu və ona köməklik olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəfizəsində xidmət etmişdir. Təqsirləndirilən şəxslə heç bir ədavəti olmamış, hadisə günü tanımışdır. 01 noyabr 2024-cü il tarixdə ona Tərtər rayonu Səhləbad kənd sakini Təqsirləndirilən şəxs Tərtər rayonu ərazisində narkotik vasitə qəbul etməsi, üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatı qəbul edən kimi dərhal rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və rayon Polis Şöbəsinin rəhbərliyinin razılığından sonra Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədilə 01 noyabr 2024-cü il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra o, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 ilə birlikdə 01 noyabr 2024-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Tərtər rayonu Səhləbad kəndi ərazisində saxlayaraq rayon Polis Şöbəsinə gətirmiş və raportla RPŞ-nin rəhbərliyinə məruzə etmişdir. Həmin raportun icrası RPŞnin TB-nin təhqiqatçısı X1 həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün təqdim edilən vəkillər siyahısından Müdafiəçi seçmişdir. Müdafiəçi RPŞ-nə dəvət edilərək şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə təhqiqatçı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onların iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sol qoltuğunda saxladığı ağ rəngli sellofan torbada içərisində marixuanaya bənzər kəskin qoxulu kütlə olan şəffaf sellofan torba aşkar edilmişdir. Onların iştirakı ilə həmin aşkar edilmiş marixuana sellofan torba ilə elektron tərəzidə çəkilmiş və çəkisinin 455 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş marixuana onların iştirakı ilə ekspertizaya göndərilməsi üçün zərfdə qablaşdırılmışdır. Sonra isə bununla bağlı protokol tərtib edilmiş və o da digər iştirakçılar kimi protokolu imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəfizəsində xidmət etmişdir. Təqsirləndirilən şəxslə heç bir ədavəti olmamış, hadisə günü tanımışdır. 01 noyabr 2024-cü il tarixdə Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Tərtər rayonu Səhləbad kənd sakini Təqsirləndirilən şəxs Tərtər rayonu ərazisində narkotik vasitə qəbul etməsi, üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatı qəbul edən kimi dərhal rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və rayon Polis Şöbəsinin rəhbərliyinin razılığından sonra Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədilə 01 noyabr 2024-cü il tarixdə əməliyyataxtarış tədbiri keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra o, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 və Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 ilə birlikdə saat 15 radələrində Təqsirləndirilən şəxs Tərtər rayonu Səhləbad kəndi ərazisində saxlayaraq rayon Polis Şöbəsinə gətirmiş və raportla RPŞ-nin rəhbərliyinə məruzə etmişdir. Həmin raportun icrası RPŞ-nin TB-nin təhqiqatçısı Anar İsmayıllıya həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, ona hüquqlarının müdafiə edilməsi üçün təqdim edilən vəkillər siyahısından Müdafiəçi seçmişdir. Müdafiəçi RPŞ-nə dəvət edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə təhqiqatçı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onların iştirakı ilə videoçəkiliş aparılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sol qoltuğunda saxladığı ağ rəngli sellofan torbada içərisində marixuanaya bənzər kütlə olan şəffaf sellofan torba aşkar edilmişdir. Onların iştirakı ilə həmin aşkar edilmiş marixuana sellofan torba ilə elektron tərəzidə çəkilmiş və çəkisinin 455 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş marixuana onların iştirakı ilə ekspertizaya göndərilməsi üçün zərfdə qablaşdırılmışdır. Sonra isə bununla bağlı protokol tərtib edilmiş və o da digər iştirakçılar kimi protokolu imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəfizəsində xidmət etmişdir. Təqsirləndirilən şəxslə heç bir ədavəti olmamış, onu hadisə günü tanımışdır. 01 noyabr 2024-cü il tarixdə Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Tərtər rayonu Səhləbad kənd sakini Təqsirləndirilən şəxs Tərtər rayonu ərazisində narkotik vasitə qəbul etməsi, üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olmuş, həmin məlumatı qəbul edən kimi dərhal rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmişdir. Tərtər Rayon Polis Şöbəsinin rəhbərliyinin razılığından sonra Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədilə 01 noyabr 2024-cü il tarixdə əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra o, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 və Şahid2 ilə birlikdə saat 15 radələrində Təqsirləndirilən şəxs Tərtər rayonu Səhləbad kəndi ərazisində saxlayaraq rayon Polis Şöbəsinə gətirmişlər. Raportla RPŞ-nin rəhbərliyinə məruzə edilmişdir. Raportun icrası RPŞ-in TB-in təhqiqatçısı Anar İsmayıllıya həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, ona hüquqlarının müdafiə edilməsi üçün təqdim edilən vəkillər siyahısından Müdafiəçi seçmişdir. Müdafiəçi RPŞ-nə dəvət edilmiş, şübhəli şəxsə təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə təhqiqatçı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onların iştirakı ilə videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sol qoltuğunda saxladığı ağ rəngli sellofan torbada içərisində marixuanaya bənzər kütlə olan şəffaf sellofan torba aşkar edilmişdir. Onların iştirakı ilə həmin aşkar edilmiş marixuana sellofan torba ilə elektron tərəzidə çəkilmiş və çəkisinin 455 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş marixuana onların iştirakı ilə ekspertizaya göndərilməsi üçün zərfdə qablaşdırılmışdır. Sonra isə bununla bağlı protokol tərtib edilmiş və o da digər iştirakçılar kimi protokolu imzalamışdır. İş materiallarından aydın olur ki, iş üzrə 01 noyabr 2024-cü il tarixdə Tərtər rayon Polis Şöbəsinin inzibati binasında Tərtər RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3, Tərtər RPŞ-nin PPXB-nün polis nəfəri X2 və Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sol əlində olan sellofan paketdən narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin marixuana sellofan toraba ilə birlikdə elektron tərəzidə çəkilmiş və sellofan torba ilə birlikdə çəkisinin 455 qram olması müəyyən edilmişdir Həmin aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. (Bax:iş vərəqə: 25-28) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsinin 02 noyabr 2024-cü il tarixli 16/1053 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “..... Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 445 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.(Bax: iş vərəqə: 38-40) İş materiallarından aydın olur ki, iş üzrə 01 noyabr 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilən və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının videogörüntüsünü özündə əks etdirən bir ədəd diskə 02 noyabr 2024-cü il tarixdə tərəfimdən baxış aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, videogörüntüdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, sonuncunun sol əlində olan sellofan paketdən narkotik vasitə olan marixuana bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə sellofan paket ilə birlikdə elektron tərəzidə çəkilmiş və narkotik vasitə olan marixuanaya bənzər kütlənin bükümlə birlikdə çəkisi 455 qram olması müəyyən edilmişdir. Həmin aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır.(Bax: iş vərəqə: 27; 45) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji dispanserinin 03 noyabr 2024-cü il tarixli 1901 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Nakomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (Bax:iş vərəqə: 116) İş materiallarından aydın olur ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə 18 yanvar 2025-ci il tarixdə Tərtər rayonu Səhləbad kəndi ərazisində tərəfimdən təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti aparılmışdır. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təkrar təsdiq edərək həmin narkotik vasitə olan marixuananı Tərtər rayonu Səhləbad kəndi ərazisində tapdığı və qurutduğu yeri göstərmişdir. Bununla bağlı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. (Bax: iş vərəqə: 136- 138) İş materiallarına əlavə edilmiş Tərtər rayonu İcra Hakimiyyəti başçısının Səhləbad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 noyabr 2024-cü il tarixli 289 nömrəli arayışından görünür ki, Əbilov X5 Respublikasının vətəndaşıdır, 2020-ci ildən Tərtər rayonu Səhləbad kəndində olan atası evində bacısı ilə yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. (Bax: İş vərəqə: 99-100) İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Tərtər rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 06 noyabr 2025-ci il tarixli 18-1-75/2-1285/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında dayanmır. (Bax: iş vərəqə: 101) İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 noyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (bax: iş vərəqə: 102) İş materiallarına əlavə edilmiş Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 regional Təhsil İdarəsinin 23 dekabr 2024-cü il tarixli 3-29-38/2-2145/2024 nömrəli məktubunda göstərilmişdir ki, Tərtər rayonu Səhləbad kəndində yaşayan, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 1979-1980-cı tədris ilində Səhləbad kənd Vüqar Məmmədov adına tam orta məktəbin İ (birinci) sinfinə qəbul olmuş, 1986-1987ci tədris ilində həmin məktəbin Vİİİ (səkkizinci) sinfini bitirmiş və ona 183758 nömrəli şəhadətnamə təqdim edilmişdir. (Bax: iş vərəqə: 127-129) İş materiallarından aydın olur ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 445 qram olmuş, ekspertiza zamanı 0,08 qram istifadə edildikdən sonra hazırda qablaşdırılmış vəziyyətdə ümumi təmiz çəkisi 444,92 qram narkotik vasitə olan marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. (Bax: İş vərəqə: 87-90) İş materiallarından aydın olur ki, 01 noyabr 2024-cü il tarixdə Tərtər rayon Polis Şöbəsinin inzibati binasında Tərtər RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilərək saxlanmışdır. (Bax: iş vərəqə: 27; 87-89) İş materiallarından aydın olur ki, 03 noyabr 2024-cü il tarixdə Tərtər rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs dindirilməsini özündə əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilərək saxlanmışdır.(Bax: iş vərəqə: 74; 87-89). Məhkəmə iclasında müəyyən texniki səbəblərdən həmin diskə baxış keçirilməsi mümkün olmamışdır. Lakin işdə olan fotoşəkillərə baxış keçirilmiş, bununla bağlı təqsirləndirilən şəxsə verilmiş sullara ətraflı cavab alınmış və təqsirləndirilən baxış keçirilmiş fotoşəkillərə qarşı heç bir etirazı olmamışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da işüzrə sübut növləri kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi yuxarıda şərh olunan və işdə olan digər dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş bir ədəd sellofan paketdə ümumi təmiz çəkisi 445 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək hazırlamış və üzərində saxlamaqla daşımış, 01 noyabr 2024-cü il tarixdə saat 15 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, hazırlanmasında, saxlanmasında, daşınmasında və istifadəsində şübhəli bilindiyi üçün Tərtər rayonu Səhləbad kəndi ərazisində saxlanılaraq Tərtər rayon Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən xeyli miqdarda, ümumi təmiz çəkisi 445 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun sol əlində olan sellofan paketdən aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara vəəşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinəəsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunması, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq çəkməsi, ilk dəfə az ağır cinayət törətməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Onun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 noyabr 2024-cü il tarixdən 03 noyabr 2024-cü il tarixə kimi saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilən Tərtər Rayon Polis Şöbəsində saxlanca verilmiş üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 445 qram olmuş, ekspertiza zamanı 0,08 qram istifadə edildikdən sonra hazırda qablaşdırılmış vəziyyətdə ümumi təmiz çəkisi 444,92 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və gütürmə aparılmasını özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 01 noyabr 2024-cü il tarixdən 03 noyabr 2024-cü il tarixə kimi saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının 1 günü azadlıqdan məhrumetmə cəzası növündə cəzanın 1 gününə bərabər tutulmaqla üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı tarixdən yəni 02 aprel 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində cəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Tərtər rayon PŞ-də məsul saxlanca verilmiş, ümumi təmiz çəkisi 444,92 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və gütürmə aparılmasını özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №1(061)-22/2025
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-22/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver