Məhkəmə qərarları › İş №1(061)-24/2025

Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-24/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-24/2025 13.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X16 qızının katibliyi Xüsusi ittihamçının nümayəndəsi - vəkil Nümayəndə Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X8 iştirakı ilə, xx.xx.1989-cu ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Tərtər şəhəri, T.Rəhimov küçəsi, ev 92də qeydiyyatda olan və yaşayan, X8 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair xüsusi ittiham qaydasında şikayətə 13 may 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X8 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçının nümayəndəsi - vəkil Nümayəndə xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək ifadəsində bildirmişdir ki, X19 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə ittiham olunur ondan ötrü ki, o, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatı olan “Facebook”, “İstaqram” və “Tik-Tok” sosial şəbəkəsində 24, 26,28 oktyabr; 1, 2, 4, 5, 8, 9, 10, 12, 13, 14, 15, 16, 17, 18, 19, 22, 23, 24, 25. 26, 28, 29, 30 noyabr; 3, 5, 6, 9, 11, 12, 13, 15, 16, 17, 18, 19, 20, 22, 24, 25, 27, 28, 29, 30, 31 dekabr 2024-cüü il və 1, 3, 5, 6, 8, 14, 16, 18, 19, 21 yanvar 2025-ci il tarixlərində ümumilikdə 100dən çox paylaşımlar edərək Zərərçəkmiş şəxs şərəf və ləyaqətini alçaltmış, nüfuzuna xələl gətirmişdir. “Tik-Tok” sosial şəbəkəsində “Demokratiya Tv 059” səhfəsinə Zərərçəkmiş şəxs şəkillərini qoyaraq barəsində təhqiredici ifadələr işlətmişdir. Adı çəkilən sosial şəbəkələrdə “Şıxarx kəndində əvvəllər Azərsuyun balansında olmuş T96 su nasosunu işlədən vətəndaşdan 1800 azn pul alaraq nasosu işlətməyə icazə vermişdir”, “Zərərçəkmiş şəxs Qarabağ qazisini işdən çıxardıb yerinə vərəm xəstəsi, hərbi xidmətdən yayınan birisini 5 min manatını alıb işə təyin edib”, “vərəm xəstəsini Tərtər içməli su anbarına xulator vəzifəsinə təyin edib. Rayonda 114 min əhalini infekssion xəstə olan biriynən qəsdən xəstələndirrmək, yoluxdurmaq istəyən ancaq erməni ola bilr”, “Tərtərin dələduz, maşennik, rüşvətxor və korrupsionr məmurunu tanıyaq. 1-X4 rəisi Zərərçəkmiş şəxs”, “Tərtər X4 rəisi korrupsionr, rüşvəttxor Zərərçəkmiş şəxs müavin yerini satmağa hazırlaşır”, “Tərtər X4 rəisi Zərərçəkmiş şəxs rüşvət alma görüntürərin fakdı. X18 ki, T 96 su nasosudur, bir neçə adamdan 5800 azn pul alınıb. Həmin adamların adları Bəxtiyar, Famil, Qədir, Nazim, Mamed hamısı Şıxarx qəsəbəsində yaşayır. Bir neçə gün əvvəl ki, paylaşımımdan sonra pulun 4000 qaytarılıb, 1800 hələdə qalır”, “Tərtər X4 rəisi Zərərçəkmiş şəxs bir neçə gün öncə İdarədə bir yerdə işlədiyi və çirkli pulları birlikdə mənimsədiyi, saxta diplomu ilə işləyən bir şəxsdən 20 min azn pul alaraq səni müavin təyin etdirəcəm deyibdir. Yaxın vaxtlarda həmin şəxsin kimliyini sizə bildirəcəm. Ardı var...”, “Tərtər X4 rəisi Zərərçəkmiş şəxs idarədə müavin yerinə qohumu İbraahimov Şiralı adlı şəxsdən 20 min azn rüşvət alaraq müavin təyin etmişdir. Şiralı həmin pulu kredit götürərək təkər, nasos oğrusu murada vermişdir”, “Tərtər X4 müdüri, nasos oğrusu Murad indidə təkər oğrusu adını alıb. Bu dələduz Dövləttin idarədə olan texnikalarına ayırrdığı ehtiyyat hissələrini saataraq pulunu mənimsəyir, təzə, hətta üstündən çıxma təkərləri belə satdırır”, “Tərtər X4 müdiri Zərərçəkmiş şəxs, şantajyor, maşennik keçmiş MTN rəisi, sonra Ağdamın icra başçısı olmuş, vəzifələrindən it qovvulan kimi qovulmuş Raquf Məmmədovla əlbirr olaraq bu südəmər uşağı aldadıb 20 minini alıb müavin təyin ediblər. Şiralı həm də Muradın yerlisidir. Ardı var...” kimi ifadələrlə Zərərçəkmiş şəxs barəsində yalan olduğunu bilə-bilə, onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan, eləcə də rüşvətxorluq kimi ağır cinayəti törətməkdə ittiham edən məlumatları kütləvi informasiya vasitələrində və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında yaymaqla böhtan atmış, yəni, kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymışdır. Bundan başqa o, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatı olan “Tik-Tok” sosial şəbəkəsində və “Demokratiya Tv 059” səhfəsində “Tərtərin şərəfsiz məmurlarını ifşa etdim”, “şərəfsizin dostu şərəfsiz olar. Hər ikisi də şərəfsizdir”, “ bu şərəfsizin arxasında duran Bərdə rayon icra başçısı Vidadi İsayevdir” kimi ifadələr işlədərək (yazaraq) video görüntü və paylaşımlarla Zərərçəkmiş şəxs şərəf və ləyaqətini kütləvi informasiya vasitələrində və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında təhqir etmiş, yəni, kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında şərəf və ləyaqətini qəsdən alçaltmışdır. Halbu ki, Zərərçəkmiş şəxs ali təhsilli bir şəxsdir. X27 Sistemlərinin İstismarı İdarəsinin rəisi olmaqla böyük bir kollektivin rəhbəridir. Onun rayon əhalisi, həmçinin işlədiyi kollektif arasında kifayət qədər nüfuzu vardır. Kütləvi informasiya vasitələrindən istifadə edilməklə şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan böhtan xarakerli yalan məlumatlar yayaraq böhtanlar atması və şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq təhqir etməsi nəticəsində Zərərçəkmiş şəxs əsəb gərginliyi, sarsıntı və iztirablar keçirmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 03 nömrəli qərarı"nın 1-ci bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin qərarın 2-ci bəndində isə qeyd olunmuşdur ki, “cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özününözünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. İstinad olunan Plenumun qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan xarakterli məlumatlar məktub, ərizə və şikayətlərdə göstərilməklə və sair üsullarla da yayıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, həm də 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasında cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Belə bir hüquq Konstitusiyanın 47-ci maddəsində də təsbit olunmuşdur. Eyni zamanda, Konstitusiyanın 46-cı maddəsində şərəf və ləyaqətin müdafiəsi hüququ təsbit olunmaqla hər kəsin şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminat vermişdir. Bu mənada Konstitusiyanın 47-ci maddəsində təsbit olunan fikir və söz azadlığı hüququ həyata keçirilərkən, bu hüquqdan qərəzli sui-istifadə hallarına yol verilməməli, Konstitusiyanın 46-cı maddəsində nəzərdə tutulan şərəf və ləyaqətin müdaifəsi hüququna riayət olunmaqla hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Nəzərə alınmalıdır ki, “İnsan hüquqlarının və X7 haqqında” Konvensiyanın 9-10-cu maddələrində də fikir və ifadə azadlığının həyata keçirilməsinə məhdudiyyətlər qoyan şərtlər göstərilmişdir. Belə məhdudiyyətlərin məqsədləri sırasına Konvensiya digər məqsədlərlə yanaşı mənəviyatın mühafizəsi, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsini də daxil etmişdir. Göründüyü kimi, istər milli hüquq, istərsə də beynəlxalq hüquq fikir və ifadə azadlığını heç də məhdudiyyətsiz hüquq hesab etmir və bu hüququ məhdudlaşdıran şərtlər ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində qeyd olunmuşdur ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 147.2-ci maddəsində isə qeyd olunmuşdur ki, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 148-ci maddəsində göstərilmişdir ki, təhqir, yəni kütləvi çıxışılarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Arif Paşayevin yuxarıda qeyd olunan internet informasiya ehtiyatlarında Zərərçəkmiş şəxs barəsində şərəf və ləyaqətimi ləkələyən və nüfuzdan salan yalan məlumatlar yaymaqla təhqir etmiş, eləcə də ağır cinayətdə ittiham etməklə, yəni rüşvətxorluqda ittiham etməklə böhtan atmışdır. Ona görə də Arif Paşayevin həm CM-nin 147.2-ci maddəsi, həm də CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək haqqında həbs, yəni azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında xüsusi ittihamçı Zərərçəkmiş şəxs şikayətini müdafiə etdiyini və nümayəndəsi - vəkil Nümayəndə ifadəsi ilə razı olduğunu buldiurərək, Arif Paşayevin Azərbaycan Respublikası CM-nin 147.2-ci və 148-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən X19 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, doğrudur kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatı olan “Facebook” və “Tik-Tok” sosial şəbəkəsində Zərərçəkmiş şəxs şəkillərini qoyaraq barəsində “Şıxarx kəndində əvvəllər Azərsuyun balansında olmuş T96 su nasosunu işlədən vətəndaşdan 1800 azn pul alaraq nasosu işlətməyə icazə vermişdir”, “Zərərçəkmiş şəxs Qarabağ qazisini işdən çıxardıb yerinə vərəm xəstəsi, hərbi xidmətdən yayınan birisini 5 min manatını alıb işə təyin edib”, “vərəm xəstəsini Tərtər içməli su anbarına xulator vəzifəsinə təyin edib. Rayonda 114 min əhalini infekssion xəstə olan biriynən qəsdən xəstələndirrmək, yoluxdurmaq istəyən ancaq erməni ola bilr”, “Tərtərin dələduz, maşennik, rüşvətxor və korrupsionr məmurunu tanıyaq. 1-X4 rəisi Zərərçəkmiş şəxs”, “Tərtər X4 rəisi korrupsionr, rüşvəttxor Zərərçəkmiş şəxs müavin yerini satmağa hazırlaşır”, “Tərtər X4 rəisi Zərərçəkmiş şəxs rüşvət alma görüntürərin fakdı. X18 ki, T 96 su nasosudur, bir neçə adamdan 5800 azn pul alınıb. Həmin adamların adları Bəxtiyar, Famil, Qədir, Nazim, Mamed hamısı Şıxarx qəsəbəsində yaşayır. Bir neçə gün əvvəl ki, paylaşımımdan sonra pulun 4000 qaytarılıb, 1800 hələdə qalır”, “Tərtər X4 rəisi Zərərçəkmiş şəxs bir neçə gün öncə İdarədə bir yerdə işlədiyi və çirkli pulları birlikdə mənimsədiyi, saxta diplomu ilə işləyən bir şəxsdən 20 min azn pul alaraq səni müavin təyin etdirəcəm deyibdir. Yaxın vaxtlarda həmin şəxsin kimliyini sizə bildirəcəm. Ardı var...”, “Tərtər X4 rəisi Zərərçəkmiş şəxs idarədə müavin yerinə qohumu İbraahimov Şiralı adlı şəxsdən 20 min azn rüşvət alaraq müavin təyin etmişdir. Şiralı həmin pulu kredit götürərək təkər, nasos oğrusu murada vermişdir”, “Tərtər X4 müdüri, nasos oğrusu Murad indidə təkər oğrusu adını alıb. Bu dələduz Dövləttin idarədə olan texnikalarına ayırrdığı ehtiyyat hissələrini saataraq pulunu mənimsəyir, təzə, hətta üstündən çıxma təkərləri belə satdırır”, “Tərtər X4 müdiri Zərərçəkmiş şəxs, şantajyor, maşennik keçmiş MTN rəisi, sonra Ağdamın icra başçısı olmuş, vəzifələrindən it qovvulan kimi qovulmuş Raquf Məmmədovla əlbirr olaraq bu südəmər uşağı aldadıb 20 minini alıb müavin təyin ediblər. Şiralı həm də Muradın yerlisidir. Ardı var...” kimi ifadələr, eləcə də “Tik-Tok” sosial şəbəkəsində və “Demokratiya Tv 059” səhfəsində “Tərtərin şərəfsiz məmurlarını ifşa etdim”, “şərəfsizin dostu şərəfsiz olar. Hər ikisi də şərəfsizdir”, “ bu şərəfsizin arxasında duran Bərdə rayon icra başçısı Vidadi İsayevdir” kimi ifadələr işlədərək (yazaraq) video görüntü və paylaşımlar etmişdir. Şərəfsizə şərəfsiz deyərlər. Zərərçəkmiş şəxs onu təhqir etdiyi üçün onu şərəfsiz adlandırmışdır. Dediklərinin hamısı doğrudur. Aldığı məlumatları adını çəkmək istəmədiyi mənbədən almışdır. Özünü günahkar bilmir. Əməlindən peşiman deyildir. Məhkəmə iclasında şahid qismində ifadə verən X21 ifadəsində göstərmişdir ki, el arasında onu Famil kmi tanıyırlar. Su nasosuna görə kiməsə pul verməmişdir. Bərdə rayonunda qəbul keçirən nazirin qəbulunda olmuş və nasos probleminin həllinə orda nail olmuşlar. Nazirin tapşırığına əsasən onlara su nasosu quraşdırılmışdır. Arifi tanımır. Onu ilk ddəfə burda görmüşdür. Su nasosuna görə 5800 manat pulun verilməsi, ondan 4000 manatın geri qaytarılması barrədə deyilənlər doğru deyildir. Kiməsə pul verilməmişdir ki, geri də qaytarılsın. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərmişdir ki, təsirləndirilən şəxsi tanımır, Zərərçəkmiş şəxs isə Bərdə rayonunda qəbul keçirən Sədrin qəbulunda görmüşdür. Qəbul zamanı su nasos probleminin həllinə nail olmuşlar. Sədrin tapşırığına əsasən onlara su nasosu quraşdırılmışdır. Su nasosuna görə 5800 manat pulun verilməsi barədə deyilənlər yalandır. Məhkəmə iclasında şahid qismində ifadə verən X22 ifadəsində göstərmişdir ki, təsirləndirilən şəxsi tanımır. Bərdə rayonunda qəbul keçirən Sədrin qəbulunda olmuşlar. Qəbul zamanı Sədr Zərərçəkmiş şəxs tapşırıq vermiş və su nasosu problemi həll olunmuşdur. Su nasosuna görə kiməsə rüşvət verməmişdir. Sədrin tapşırığına əsasən onlara su nasosu quraşdırılmışdır. Su nasosuna görə 5800 manat pulun verilməsi barədə deyilənlər yalandır. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, təsirləndirilən şəxsi tanımır. Bərdə rayonunda qəbul keçirən Sədrin qəbulunda olmuşlar. Qəbul zamanı Sədr Zərərçəkmiş şəxs tapşırıq vermiş və su nasosu problemi həll olunmuşdur. Su nasosuna görə kiməsə rüşvət verməmişdir. Sədrin tapşırığına əsasən onlara su nasosu quraşdırılmışdır. Su nasosuna görə 5800 manat pulun verilməsi barədə deyilənlər yalandır. Məhkəmə iclasında şahid qismində ifadə verən X12 ifadəsində göstərmişdir ki, X27 Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs həmin İdarənin rəisidir. Arif Paşayevi isə rayon sakini kimi tanıyır. 2024-cü ilin dekabr ayında İdarədə ekskavatorçu Tamerlan Rüstəmova 8 ədəd təkər verilmişdir ki, köhnə təkərləri dəyşdirsin. İdarədə xüsusi təkər dəyişən şəxs (ştat) yoxdur. Ona görə də İdarəyə məxsus maşın və digər texnikaların təkərləri fərdi vulkanizasiyalarda dəyişdirilir. Zərərçəkmiş şəxs ona təkər satması barədə hər hansı bir tapşırıq verməyib, nə də ki, İdarəyə məxsus heç bir təkər satılmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X13 ifadəsində göstərmişdir ki, X27 Sistemlərinin İstismarı İdarəsində Kamaz sürücüsü işləyir. Zərərçəkmiş şəxs həmin İdarənin rəisidir. Arif Paşayevi isə rayon sakini kimi tanıyır. Onun özünə sürdüyü Kamazın təkərlərinin dəyişdirilməsi üçün 6 ədəd təkər verilmiş və o, həmin təkərlərin hamısının sürdüyü Kamazın üstünə vurmuşdur. Təxminən xx.xx.2024-cü ildə İdarədə ekskavatorçu işləyən Tamerlan ona verilmiş 8 ədəd təkəri Tərtər şəhəri, Nizami küçəsində yerləşən “zapçast” mağazasına düşürməsini xahiş etdiyi üçün həmin təkərləri aparıb mağazada düşürmüşdür. Təkərlər traktor təkərləri idi. Təkərrləri mağazaya aparmağı müdir Zərərçəkmiş şəxs deyil, Tamerlan ona demişdir. Sonrasından məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, X27 Sistemlərinin İstismarı İdarəsində ekskavatorçu işləyir. Zərərçəkmiş şəxs həmin İdarənin rəisidir. Arif Paşayevi isə rayon sakini kimi tanıyır. Təxminən xx.xx.2024-cü ildə onun özünə sürdüyü traktorun təkərlərinin dəyişdirilməsi üçün 8 ədəd təkər verilmişdir. İdarədə xüsusi təkər dəyişən olmadığı üçün təkərdəyişən ustayla danışmış, lakin həmin zaman ustanın vaxtı olmadığı üçün iş yoldaşı Elşaddan xahiş etmişdir ki, ona ayrılan təkərləri maşını ilə aparıb özünə məxsus Tərtər şəhəri, Nizami küçəsində ustaya yaxın yerdə yerləşən “zapçast” mağazasına düşürsün ki, ustanın nə zaman vaxtı olarsa təkərləri yaxın yerdən ustaya çatdıra bilsin. Təkərləri satmaq üçün deyil, ustaya yaxın olsun deyə mağazaya qoymuşdur. Təkərlərin hamısını sonra ustaya dəyşdirərək traktorun üstünə vurmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 ifadəsində göstərmişdir ki, Tərtər şəhəri, Nizami küçəsində yerləşən “zapçast” mağazası onundur. X27 Sistemlərinin İstismarı İdarəsindən ona satmaq üçün təkər verilməmişdir. Nədə ki, onlardan təkər alıb-satmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X23 ifadəsində göstərmişdir ki, Tərtər şəhərində özünə məxsus təkər dəyişmə sexi vardır. Zərərçəkmiş şəxs və Arif Paşayevi tanımır. Tamerlan ona 2024-cü ilin dekabr ayında 8 ədəd təkər dəyişdirtdirib. Təkəri dəyişib zəhmət haqqı olaraq 40 manat pulunu almışdır. Sexin qabağında yer olmadığı üçün “dedim ki, təkəri buraya tökməyin, iki-iki gətirin dəyişim”. Gətirən kimi də təkərləri dəyişmişdir. Təkər dəyişmək üçün baaşqa İdarələrddən də gəlirlər. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 ifadəsində göstərmişdir ki, X27 Sistemlərinin İstismarı İdarəsində mexanizasiya şöbəsinin rəisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs həmin İdarənin rəisidir. Arif Paşayevi isə tanımır. İdarədə vulkanizasiya yoxdur. Ona görə də İdarəyə məxsus maşın və texnikaların təkərləri kənar yerlərdə dəyişdirilir. Təxminən xx.xx.2024-cü ildə Tamerlana sürdüyü ekskavatorun təkərlərinin dəyişdirilməsi üçün 8 ədəd təkər vermişdir. Tamerlanın ona verilmiş təkərləri aparıb mağazaya boşaltmasını bilməmişdir. Tamerlan təkərlərin hamısını dəyişdirib yeni təkərləri ekskavatorun üstünə vurmuş və köhnə təkərləri İdarəyə təhvil vermişdir. İşdə olan “Facebook” və “Tik-Tok” sosial şəbəkəsində çıxarılmış yazışmalar, fotoşəkillər və videogörüntülərdən görünür ki, X1 Murad Səfa oğlu barəsində “Şıxarx kəndində əvvəllər Azərsuyun balansında olmuş T96 su nasosunu işlədən vətəndaşdan 1800 AZN pul alaraq nasosu işlətməyə icazə vermişdir”, “Zərərçəkmiş şəxs Qarabağ qazisini işdən çıxardıb yerinə vərəm xəstəsi, hərbi xidmətdən yayınan birisini 5 min manatını alıb işə təyin edib”, “vərəm xəstəsini Tərtər içməli su anbarına xulator vəzifəsinə təyin edib. Rayonda 114 min əhalini infekssion xəstə olan biriynən qəsdən xəstələndirrmək, yoluxdurmaq istəyən ancaq erməni ola bilr”, “Tərtərin dələduz, maşennik, rüşvətxor və korrupsionr məmurunu tanıyaq. 1-X4 rəisi Zərərçəkmiş şəxs”, “Tərtər X4 rəisi korrupsionr, rüşvətxor Zərərçəkmiş şəxs müavin yerini satmağa hazırlaşır”, “Tərtər X4 rəisi Zərərçəkmiş şəxs rüşvət alma görüntürərin fakdı. X18 ki, T 96 su nasosudur, bir neçə adamdan 5800 AZN pul alınıb. Həmin adamların adları Bəxtiyar, Famil, Qədir, Nazim, Mamed hamısı Şıxarx qəsəbəsində yaşayır. Bir neçə gün əvvəl ki, paylaşımımdan sonra pulun 4000 qaytarılıb, 1800 hələdə qalır”, “Tərtər X4 rəisi Zərərçəkmiş şəxs bir neçə gün öncə İdarədə bir yerdə işlədiyi və çirkli pulları birlikdə mənimsədiyi, saxta diplomu ilə işləyən bir şəxsdən 20 min AZN pul alaraq səni müavin təyin etdirəcəm deyibdir. Yaxın vaxtlarda həmin şəxsin kimliyini sizə bildirəcəm. Ardı var...”, “Tərtər X4 rəisi Zərərçəkmiş şəxs idarədə müavin yerinə qohumu İbrahimov Şiralı adlı şəxsdən 20 min AZN rüşvət alaraq müavin təyin etmişdir. Şiralı həmin pulu kredit götürərək təkər, nasos oğrusu Murada vermişdir”, “Tərtər X4 müdüri, nasos oğrusu Murad indidə təkər oğrusu adını alıb. Bu dələduz Dövlətin idarədə olan texnikalarına ayırdığı ehtiyyat hissələrini sataraq pulunu mənimsəyir, təzə, hətta üstündən çıxma təkərləri belə satdırır”, “Tərtər X4 müdiri Zərərçəkmiş şəxs, şantajyor, maşennik keçmiş MTN rəisi, sonra Ağdamın icra başçısı olmuş, vəzifələrindən it qovulan kimi qovulmuş Raquf Məmmədovla əlbir olaraq bu südəmər uşağı aldadıb 20 minini alıb müavin təyin ediblər. Şiralı həm də Muradın yerlisidir. Ardı var...” kimi ifadələr işlətməklə video görüntülər yaymış və paylaşımlar etmişdir. İşdə olan X19 tərəfindən “Tik-Tok” sosial şəbəkəsində yaradılmış “Demokratiya Tv 059” səhfəsindən çıxarılmış yazışmalar, fotoşəkillər və videogörüntülərdən görünür ki, o, Zərərçəkmiş şəxs barəsində sonuncunun şəkilini profilə qoyaraq, “Tərtərin şərəfsiz məmurlarını ifşa etdim”, “şərəfsizin dostu şərəfsiz olar. Hər ikisi də şərəfsizdir”, “ bu şərəfsizin arxasında duran Bərdə rayon icra başçısı Vidadi İsayevdir” kimi ifadələr yazaraq video görüntülər yaymış və paylaşımlar etmişdir. İşdə olan məhkəmə istintaqı zamanı tərəflərin iştirakı ilə tədqiq edilən “DİSK”lərdəki səs yazılarından və videogörüntülərdən müəyən edilir ki, X1 Murad Səfa oğlu barəsində “Facebook” və “Tik-Tok” sosial şəbəkəsində və özü tərəfindən yaradılmış “Demokratiya Tv 059” səhfəsində yuxarıda qeyd olunan ifadələri işlətməklə video görüntülər yaymış və paylaşımlar etmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İinformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, X8 məhkumluğuna dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işində olan Tərtər RİH-nin Tərtər şəhər icra nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X19 barəsində nümayəndəliyə şikayət məzmunlu ərizə daxil olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 1.3-cü maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 10.1-ci maddəsinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası CM-nin 147.2 və 148ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası CM-nin 5.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi Cinayət Məcəllənin 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət hesab edilir. Məhkəmə istintaqı zamanı tədqiq edilən “Facebook” və “Tik-Tok” sosial şəbəkəsində edilmiş paylaşımlardan müəyyən olunmuşdur ki, Arif Paşayev əlində hər hansı bir mötəbər sübut olmadan, yalan olduğunu bilə-bilə Zərərçəkmiş şəxs ağır cinayət olan rüşvət almada ittiham edərək şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla Cinayət Məcəllənin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi Cinayət Məcəllənin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma da cinayət hesab edilir. Məhkəmə istintaqı zamanı tədqiq edilən “Facebook” və “Tik-Tok” sosial şəbəkəsində edilmiş paylaşımlardan müəyyən olunmuşdur ki, Arif Paşayev həmçinin əlində hər hansı bir mötəbər sübut olmadan Zərərçəkmiş şəxs şərəfsiz adlandırmaqla bunu internet informasiya ehtiyatında yaymaqla təhqir etməklə Cinayət Məcəllənin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs X1 Murad Səfa oğlu barəsində “Facebook” və “Tik-Tok” sosial şəbəkəsində, eləcə də “Tik-Tok” sosial şəbəkəsində özü tərəfindən yaradılmış “Demokratiya Tv 059” səhfəsində yaydığı şərəf və ləyaqəti ləkələyən və təhqiredici məlumatların doğru olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərı baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 1-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə işlərə baxılarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki movqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin qərarın 5-ci bəndində göstərilir ki, böhtan və və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxironikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. CM-nin 147-ci maddəsinin mənasına görə şəxs ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməyə görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan ...xarakterli onu nüfuzdan salan məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı bir şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Həmçinin CM-nin 148-ci maddəsinin mənasına görə şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərı baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 20-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı CPM-nin XLİİ fəslində nəzərdə tutulmuş qaydalara əməl edilməklə keçirilir və xüsusi ittihamçı ittihamdan imtina etmədikdə və ya təqsirləndirilən şəxslə barışmadıqda hökmün (bəraət və ya ittiham hökmünün) çıxarılması ilə başa çatdırılır. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqmda Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasmm 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafıə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasma əsas verə bilməz. Beləliklə, məhkəmə xüsusi ittihamçının, onun nümayəndəsinin və təqsirləndirilən şəxsin ifadələrinə, işin materiallarına məcmu halında qiymət verərək, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərı baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarındakı hüquqi mövqeyinə və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarına əsaslanaraq hesab edir ki, X19 tərəfindən ona xüsusi ittiham qaydasında elan olunan Azərbaycan Respublikası CM-nin 147.2, 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetrilmişdir. Məhkəmə X8 əməlini Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə töfsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs X8 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamından irəli gələrək cəza təyini zamanı cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzaların və şərti məhkum etmə inistitutunun daha geniş tətbiq edilməsi barədə tövsiyyələri rəhbər tutaraq, işin yuxarıda müəyyən olunmuş diqqətəlayiq hallarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxs X14 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X14 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 68.3, 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, X14 Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə təyin olunan islah işləri cəzası iki günə bir gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, X8 əməli cinayətlərin məcmuyunu yaratdığından ona Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinin müəyyən etdiyi qaydada cəzasını qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən X8 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər və Bərdə rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPMnin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: X19 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təyin olunmuş 06 ay müddətə islah işləri cəzası CM-in 68.3, 68.3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulmaqla təyin olunmuş cəzaları Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsinə əsasən qısmən toplamaq yolu ilə X14 qəti olaraq 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X8 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər və Bərdə rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası X8 yaşayış yeri üzrə Tərtər rayon İcra Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli X8 Tərtər rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar