Məhkəmə qərarları › İş №1(061)-25/2025

Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-25/2025

19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-25/2025 19.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Xüsusi ittihamçı X3, təqsirləndirilən şəxs X2 və vəkili Tərtər rayon Vəkil Bürusunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Ağcəbədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olmamış, X12 Sistemlərinin İsmismarı İdarəsinin rəisi işləyən, Ağcabədi rayonun İmamqulibəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan X2 Azərbaycan Respublikası CM-in 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası CM-in 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X10 xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək bildirmişdir ki, xx.xx.1989-cu ildə ünvan 1 ünvanında yaşayır. Bloger kimi fəaliyyət göstərir. Xüsusi ittiham qaydasında şikayəti ilə əlaqədar bildirir ki, Tərtər şəhər və kənd əhalisinin çoxsaylı müraciətlərini əsas götürərək yazmışdır ki, X12 Sistemlərinin İstismarı İdarəsinin rəisi X7 rəhbərlik etdiyi İdarəyə verilən təkər və texnikaların ehtiyat hissələrini Tərtər şəhərinin Sahil küçəsində yerləşən təkər mağazasında (sexində) satdırır, Borsunlu kənd sakinləri 4 aydır şikayət etsələr də həmin kəndə subartezian quyularının işləməsi üçün transformator qoydurmur, rayonun Buruc, Əskipara və digər kəndlərində subarteziandan qeyri-qanuni xətt çəkib istifadə edirlər, əvəzində 300 manat pul alır. X7 isə onu və onun paylaşdığı statuslarına şərh yazanları təhqir edib, şərəf və ləyaqətini alçaldıb, insanların haqqlarını yeyenin özü peysərdir yazmışdır. Həmin sözləri, yaxın adamları, və ya özünun qeyri profildən şərh olaraq komentariyalar, feyz profillərdən, kimliyi bəlli olmayan profillərdə yazdıqlarını, söyüb təhqir etdiklərini bildirmişdir. Başqa birinin göstərişini yerinə yetirmişlər. Qeyd olunanlara əsasən o rayonun hüquq-mühafizə orqanlarına müraciət edərək X7 barəsində tədbir görülməsini xahiş etmişdir. Həmin müraciətlərinə cavab olaraq böhtan və təhqir cinayət əməli üzrə cinayət təqibinin yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında xüsusi ittiham qaydasında həyata keçirildiyi bildirilərək Azərbaycan Respublikası CPM-in 67.3-cü maddəsinə əsasən ona xüsusi ittiham qaydasında şikayət formasında məhkəməyə müraciət etmək təklif edilmişdir. Ona görə də hazırki şikayətlə məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, X7 Azərbaycan Respublikası CM-in 147.1-ci,147.2-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onunla müəyyən olunur ki, o yuxarıda qeyd etdiyi kimi, “Facrbook” social şəbəkəsində onun yazıları ilə bağlı öz adı ilə onun haqqında şər, böhtan və təhqir xarakterli yazılar yazmağa başlamış, onun ləyaqətini mütəmmadi olaraq alçaltmış, şəxsi həyatı və iş fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan rüsvayedici məlumatlar yaymışdır ki, bunlar da onun şərəf və ləyaqətini ləkələdiyi üçün onu ağır psixoloji vəziyyətə çatdırmış, ona psixoloji cəhətdən çox pis təsir etmiş və o uzun müddət müayinə və müalicə olmuşdur. X7 bu hərəkətləri ilə ona 1000 manat məbləğində maddi və 10000 manat mənəvi zərər də vurmuşdur. Bununla da X7 Azərbaycan Respublikası CM-in 147.1-ci, 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun bu əməlləri məhkəməyə gətirəcəyi şahid ifadələri və şikayətə əlavə edilmiş sənədlərlə, diskdə olan videogörüntülərlə təsdiq edilir. Şərh yazmaqla bağlı şahidlərdən söhbət getmişdir. Həyat yoldaşı və tanışları onun paylaşımlarının altında şərh yazmışdır. Həyat yoldaşı hamilə vəziyyətdə olduğu üçün gəlməmişdir. Şikayətin əsasları ilə bağlı şahidləri olmadığını bildirmişdir. Şikayətinə əlavə etdiyi diskdə olan Murad Zeynalovun səs yazısından görünür ki, onun adını çəkmiş, təhqir etmişdir. Səs yazısı həmin vaxt orada iştirak edən şəxs tərəfindən ona ötürülmüşdür. Həmin şəxsin adını çəkə bilmədiyini, onun kimliyini qoruduğunu, əks halda Murad Zeynalovun onu işdən azad edəcəyi ehtimalının olıduğunu bildirmişdir. Odur ki, onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, ağır və xüsusilə ağır cinayətlərdə əsassız olaraq ittiham etməklə bərabər şər, böhtan, şəxsi həyatı və iş fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan rüsvayedici məlumatı yaymış X2 Azərbaycan Respublikası CMin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzlandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən X7 ərizə ilə razı olmadığını göstərmiş və özünü təqsirli biilməmişdir. Arif Paşayevin təqdim etdiyi səs yazısı ilə bağlı bildirir ki, CM-in 156.1-ci maddəsinə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması cinayət məsuliyyəti yaradır. Səs yazısını sübut etsin ki, o, iki nəfərdən artıq şəxsin yanında ona təhqir edici sözlər demişdir. Əgər olmuşdursa həmin iki nəfərdən artıq şəxs gəlsin desin ki, X17 Paşayev barəsində bu sözləri demişdir. O ki, qaldı o sözün açıqlamasına Arif Paşayevə sözdə bir başa təhqirə keçid olmamışdır. Orda bir başa qoşulub soyadını bilmədiyi Qabil adlı şəxsin canlısına, demişdir ki, X8 hərbidə kapitan rütbəsində olmuş, hərbidən tərxis olunmuşdur. Hansısa bir tərbiyəsiz hərəkətinə görə hərbidən qovulmuşdur. Bunun arxasınca ”Tik tok” da “Baboş” kimdir onun canlısında nələrsə atmış, aşağılayıcı paylaşımlar etmişdir. Həmin o səsi qeyd edən kimdirsə ən azından “hərbi biletimi qoyaram ortalığa həmin adamları kimki deyir ki, mən kapitan olmuşam, ordudan kapitan rütbəsindən tərxis olmuşam, həmin adamları bir 5 nəfərdə Tərtərdən adam çağırıb, söyüş söyərəm deyərəm sən peysərsən” sözlərini demişdir. Söz belə olmuşdur. Bir başa Arif Paşayevə təhqir edici sözlər deməmişddir. İclasın mötivi bu sözlər olmamışdır. Arif Paşayev səs atan şəxsi gətirməlidir ki, o sübut etsin ki, orada 3 nəfər adam olmuşdur. Arif Paşayevi bir başa təhqir etməmişdir. O, həmin sözləri onun ünvanına söyləyənlərə demişdir. O, zabit olmamış, əsgərlikdən ehtiyatda olan əsgər kimi tərxis olmuşdur. Bunu təsdiq edən hərbi bileti vardır. Təqdim edə bilər. Arif Paşayev ona votsapda zəng edib görüşmək istədiyini bildirmişdir. Onlar görüşmüşlər. Arif Paşayev işə ehtiyacları olduğunu, atasının pensiaçı olduğunu, qardaşının Rusiyada yaşadığını bildirmiş, onların işə götürülməsinə imkan olmamış, lakin qaynatasının aprel ayında işə götürməyin mümkün olduğunu demişdir. Arif Paşayev razılaşdı çıxıb getmişdir. Pul məsələsi belə olmuşdur ki, o, Arif Paşayevə sən subartezian quyularından qanunsuz işıq çəkənlərlə bağlı, əgər çəkilişlər varsa ona məlumat verməsini və nəticədə bu barədə tədbir görəcəyini bildirmişdir. İki subartezian quyusundan əlavə xətt verdikləri üçün iki nəfər şəxsə töhmət verilmiş, onlara bayrama görə hər bir işçiyə əlli faiz yardım verilirdisə həmin işçilərə yardım verilməmişdir. Arif Paşayev onun benzin və taksi pulu olsa belə məlumatları toplayıb ona verə biləcəyini demişdir. Arif Paşayevə 50 manat pul vermiş və bu işlərdə ona kömək etməsini bildirmişdir. Arif Paşayev həmin pulu götürmüşdür. Baş mühasib, başqa adamalar ona Arif Paşayevin peşman olduğunu, pambıq zavodunun onu məhkəməyə verdiyini, heç kimin onun arxasında durmadığını bildirmişlər. Eləcə də Arif Paşayev Bakı şəhərinə gedib səhifəmi bağlayacağını bildirmişdir. Otaqda bu cür danışmışlar və Arif Paşayev getmişdir. X1 atmışdır ki, qaynatası aprel ayını gözləyə bilmir, maddi sıxıntılar çəkir, o da Allaha xatir maddi cəhətdən də köməklik edəcəyini demişdir. Amma işə götürmə aprel ayında. Arif Paşayev qaynatasının aprel ayında hər gün işə çıxa bilməyəcəyini, xəstə olduğunu dedikdə, ona ümumiyyətlə belə halın ola bilməcəyini bildirmiş, sabahısı gün səsini yaymışdır ki, guya onu çağırıb ona iş təklif etmiş, ancaq dediyi kimi olmuşdur. X9 kompramisə getməyin mümkün olmadığını fikirləşmiş və ondan xüsusi ittiham qaydasında məhkəməyə şikayət vermişdir. Ondan sonra onun barəsində şantaj xarakterli paylaşımlar etmişdir. Arif Paşayev ona “Murad Zeynalov salam mən paylaşımları davam edim, yoxsa mən deyənlərlə razılaşmısan” sözlərini yazmış və silmişdir. Arif Paşayev həmin sözləri silsə də o, həmin yazıları götürmüşdür. Arif Paşayev onun barəsində CM-in 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə onu təqsirləndirmiş, lakin bununla bağlı o, hər hansı bir sübutu təqdim edə bilməmişdir. Göstərdiklərinə əsasən özünü təqsirli bilmədiyini və bununla bağlı müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 göstərmişdir ki, hər iki şəxsi Tərtər rayon sakini kimi tanımış, heç bir ədavəti olmadığını bildirmişdir. Hazırda işlətdiyi mağazada avtomobil şinlərinin və digər detalların satışı ilə məşğuldur. Su Kanal İdarəsinin müdiri Murad Zeynalov və ya əməkdaşları tərəfindən satmaq üçün onun mağazasına şin və ya avtomobil detalları göndərilməmiş, həmin idarənin şinlərini satmamışdır. Məhkəmə iclasında təqdim olunmuş fotoşəkillər, tələbnamə və iş materialları elan olunmuşdur. Elan olunmuş Azərbaycan Respublikası daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən sorğu edilməklə alınmış və xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Murad Zeynalovun məhkumluğu olmamışdır. Müdafiəçi elan olunmuş sənədlərlə bağlı fikir söyləyərək bildirmişdir ki, Arif Paşayevə qarşı, 147-ci maddə böhtan və yaxud 148-ci maddə təhqir olmalıdır. Yəni xüsusi ittiham qaydasında Arif Paşayev onu demişdir ki, Murad Zeynalov onu bir dəfə kütləvi çıxışlarda təhqir etmişdir. Hansı böhtan atılmışdır. Şinlə bağlı məsələ hüquq mühafizə orqanları tərəfindən araşdırmalı məsələdir. Hesab edilsə belə ki, düzgün deyir, burada böhtanla bağlı hər hansı bir hal mövcud deyildir. 147.2ci maddə ilə hansı ağır cinayətlə bağlı X20 Zeynalovu günahlandırmasına hər hansı bir əsas gətirməmişdir. X14 Paşayev barədə bir dəfə olsun paylaşımı olmamışdır. İdarədə işçilərin yanında Arif Paşayev barəsində dediklərini əsas gətirmişdir ki, bu da 147.1 və 147.2-ci maddələrinin tərkibini yatarmır. Sadəcə olaraq 148-ci maddəsi ilə Arif Paşayev bildirmişdir ki, kütləvi çıxış dedikdə hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və onu nüfuzdan salan ən azı 2 iki kənar şəxsin görə, eşidə və ya qavraya iləcəyi formada ifadə etmə başa düşülür. Həmin o söhbət zamanı orada 2 nəfərin və ya daha çox şəxsin olmasını Arif Paşayev sübut edə bilməmişdir. Eləcə də ona həmin məlumatı ötürən şəxsi də məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iş üzrə xüsusi ittiham qaydasında şikayət verən şəxsin vəsatəti ilə diskə baxış keçirilmişdir. Diskdə elan olunanlarla bağlı əlavələr olmamışdır. Məhkəmə işin materiallarını diqqətlə öyrənib, xüsusi ittihamçı tərəfindən təqdim edilmiş sübutları məcmu halında və qarşılıqlı təhlil edərək, həmçinin məhkəmə istintaqı zamanı dinlənilmiş şahidin ifadəsini tədqiq edərək bu nəticəyə gəlir ki, məhkəmə məsuliyyətinə verilmiş Murad Zeynalovun hazırkı xüsusi ittiham qaydasında şikayət üzrə təqsiri olmamışdır. Belə ki, zərərçəkəmiş şəxs X20 Zeynalovun barəsində xüsusi ittiham qaydasında şikayət verərkən əsasən onun xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə icraata götürülmüş və qeydiyyata alınmış 1(061)-25/2025 saylı materialda Murad Zeynalovun sosial şəbəkədə onu və onun paylaşdığı statuslarına şərh yazanları təhqir edib, şərəf və ləyaqətini alçaldıb, insanların haqqlarını yeyenin özü peysərdir deməklə yayması ilə əlaqədar olan məlumatlara istinad etmişdir. Halbu ki, həmin məlumatlar X15 Zeynalovun adından özü tərəfindən sosial şəbəkədə paylaşılmışdır. Bu hal məhkəmə araşdırmasında öz təsdiqini tapmışdır. Həmin məlumatlarla təsdiq olunmuşdur ki, həqiqətən Arif Paşayev sosial şəbəkədə paylaşımlar edərək göstərmişdir ki, Murad Zeynalov onun barəsində həmin sözləri işlətmişdir. Bununla yanaşı X20 Zeynalovun idarədə işçilərin yanında həmin sözləri işlətməsini bildirsə də, bu sözləri 2 və ya daha artıq şəxsin yanında deməsini sübut edə bilməmiş, eləcə də həmin səs yazısını ona ötürən şəxsin məhkəmə iclasında iştirakının təmin edilməsinə ehtiyac olmadığını bildirmişdir. O, yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq Murad Zeynalovun onu sosial şəbəkədə həmin sözlərlə idarədə işçilərin yanında təhqir etdiyini göstərmiş, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, yalnız səs yazısı olan diski məhkəmətə təqdim etmişdir ki, həmin diskdə də idarədə olan söhbət zamanı neçə nəfərin həmin söhbət zamanı iştirak etməsini sübut edə bilməmişdir. Məhkəmə iclasında Arif Paşayev sübut kimi təqdim etdiyi paylaşım olan diskə baxış keçirilmiş, hər hansı bir əlavələr olmamışdır. Bütün bunlar onu göstərir ki, həmin paylaşımın zərərçəkmiş şəxsə qarşı şərəf və ləyaqətinin alçaldılmasına gəlinməməlidir, onun şərəf və ləyaqətini ləkələməmiş və onu ağır psixoloji vəziyyətə çatdırmamışdır. Bunlarla yanaşı təqsirləndirilən şəxs Murad Zeynalovun məhkəmə iclasında istər ifadə verərəkən, istər suallara cavab verərəkən zərərçəkmiş şəxsə qarşı heç bir qərəzli olması hiss olunmamış, hər hansı bir paylaşım etməmişdir. Yuxarıda qeyd edilənlərdən aşkar görünür ki, təqsirləndirilən şəxs Murad Zeynalov zərərçəkən şəxs Arif Paşayevə qarşı yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma və internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə cinayət hadisəsi törətməsinə dair zərərçəkmiş şəxsin qənaətini məhkəmə qəbul etmir. Zərərçəkmiş şəxs Arif Paşayev əsaslandırılmış sübutlar olmadan təqsirləndirilən şəxs Murad Zeynalova qarşı xüsusi ittiham qaydasında şikayət verməklə ittiham irəli sürmüşdür. Zərərçəkən şəxs Arif Paşayev şikayətində sübutlarla bağlı şahidləri olduğunu göstərsə də, məhkəmə iclasında əlavə heç bir sübutları təqdim etməmiş, yalnız disk təqdim edərək Murad Zeynalovun səs yazısını təqdim etmişdir. Yuxarıda qeyd edildiyi kimi Murad Zeynalovun idarədə həmin sözləri neçə nəfər şəxsin yanında deməsini təsdiq edən hər hansı bir sübutu, eləcə də şahidi məhkəməyə təqdim edə bilməmişdir. Bütün bu hallar Murad Zeynalovun təqsirli olmadığını təsdiq etmişdir. Yuxarıda qeyd edildiyi kimi məhkəmə iclasında yaranmış sual doğuran anlaşılmazlıqların və digər qeyri-müəyyən hallara aydınlıq gətirilməsi, iş üzrə obyektiv qərar qəbul edilməsi məqsədi ilə məhkəmə iclasları bir neçə dəfə təxirə salınmışdır. Zərərçəkmiş şəxsin təqdim etdiyi sübutlar məhkəmə iclaslarında araşdırılmış və tərəflər tanış olmuşlar. Təqdim olunmuş sübutlarla təqsirləndirilən şəxs Murad Zeynalovun təqsirli olması sübuta yetməmiş və məhkəmə bununla tam olaraq razılaşmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 qarşı onu və onun paylaşdığı statuslara sərh yazanları təhqir edib, şərəf və ləyaqətlərini alçaldıb, insanların haqqlarını yeyənin özü peysərdir yazması onun şəxsi mülahizələrindən ibarət ehtimalları olmuşdur. Ehtimal olunan sübutlarla Murad Zeynalovu təqsirləndirmək mümkün deyildir. Belə ki, cinayət qanunvericiliyinə görə təqsirlilik - şəxsin törətdiyi ictimai təhlükəli əmələ qəsd və ya ehtiyatsızlıq formasında olan psixi münasibətidir. Təqsir mövcud olmayacaqsa cinayət əməlindən danışmaq mümkün deyildir. Azərbaycan Respublikası CM-in 5.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa təqsirsiz sayılır, maddənin 3-cü hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildirdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.2-ci maddəsi nəzərdə tutur ki, cinayət prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəs cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasın, onları ittiham və ya məhkum etmək mümkün olmasın /mad.1.2.2/. Həmin Məcəllənin 124.2.1-ci maddəsinə görə digər sübutlarla yanaşı şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri sübut kimi qəbul olunur. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış subutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış subutlar təhlil olunur və bir-digəri ilə müqayisə edilir. Yeni subutlar toplanır, əldə olunmuş subutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in 42.1 və 42.1.2-ci maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2-ci və 42.2.2-cü maddəsinə görə bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Avropa Məhkəməsi Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə Qərarında qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət hesab edilir. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayət hesab edilir. Həmin Məcəllənin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət hesab edilir. Həmin Məcəllənin 148-1-ci maddəsinə görə internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə cinayət hesab edilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yol verilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yəni yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 351.2-ci maddəsində qeyd edilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunun mənasına görə şəxs barəsində ittiham hökmü yalnız onun təqsirliliyinə şübhə olmadıqda qəti və birmənalı sübut edilmiş olduqda çıxarıla bilər. Həmin Məcəllənin 42.1.3-cü, 42.1.4-cü və 42.2.2-ci maddələrinin tələbinə görə təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda həmin şəxsin barəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcələlnin 350.2-ci maddəsində isə qeyd olunur ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. İşin yuxarıda müəyyən olunan hallarına və sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 əməlində Azərbaycan Respublikasmm Cinayət Məcəlləsinin 147.1-ci 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı üçün ona həmin maddə ilə bəraət verilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərı baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 1-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə işlərə baxılarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki movqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin qərarın 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxironikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinin mənasına görə şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməyə görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan ...xarakterli onu nüfuzdan salan məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı bir şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Eləcə də CM-in 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayət hesab edilir. Həmçinin, CM-nin 148-ci maddəsinin mənasına görə şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir ...xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin, CM-nin 148-1-ci maddəsinin mənasına görə şəxs internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etməyə görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan atma və ya təhqir etmə...xarakterli məlumatlar onun tərəfindən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edilməklə internet informasiya ehtiyatında yayılmış olsun. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərı baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 20-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı CPM-nin XLİİ fəslində nəzərdə tutulmuş qaydalara əməl edilməklə keçirilir və xüsusi ittihamçı ittihamdan imtina etmədikdə və ya təqsirləndirilən şəxslə barışmadıqda hökmün (bəraət və ya ittiham hökmünün) çıxarılması ilə başa çatdırılır. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqmda Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasmm 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafıə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasma əsas verə bilməz. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar