Məhkəmə qərarları › İş №1(061)-26/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №1(061)-26/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1(061)-26/2025 14.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Tərtər rayonunun Kəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Tərtər rayonunun Kəngərli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən Etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1 və 185.1-ci maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Belə ki, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdə, saat 04 radələrində onda yaranmış fizioloji aclıq hissinə dözməyib qidalanma ehtiyacını təmin etmək məqsədi ilə Tərtər rayonu, Hacıqərvənd kənd sakini Zərərçəkmiş şəxs2 Bəhmən qızının yaşadığı Tərtər rayonu, Hacıqərvənd kəndində fəaliyyət göstərən məktəbə qədər təhsil müəssisəsinin yanında yerləşən fərdi yaşayış evinin giriş qapısına zərbə endirməklə qapının bağlı saxlanılmasını təmin edən dəmir parçasını sındırıb həmin vaxt yatmış vəziyyətdə olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Bəhmən qızının razılığı olmadan, iradəsi ziddinə və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan evinə daxil olaraq mənzil toxunulmazlığını pozmuşdur. Bunda başqa o, daxili işlər orqanlarının əməkdaşları tərəfindən axtarılmasını düşünərək rayon ərazisini tərk etmək niyyəti ilə 12 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində Tərtər rayonu, Qaradağlı kəndi ərazisində Zərərçəkmiş şəxs1 məxsus “VAZ 21061” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı (Mühərrik: 2***-*******; Ban: XTA21061OE1087476) qırmızı rəngli minik avtomobilini talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Səadət Əliyevanı döyməsi ilə bağlı sonuncu ondan rayon polis şöbəsinə şikayət etdiyi üçün xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının onu axtarmalarını öyrənmiş və bu səbəbdən də evlərinə getməkdən çəkinərək Tərtər rayonu, Hacıqərvənd kəndində faəliyyət göstərən uşaq bağçasının arxa tərəfində təqribən 2- 3 gün müddətinə qalmışdır. Həmin ərəfədə keçmiş həyat yoldaşı ilə münasibətlərinin pis olması və ailə üzvlərindən ayrı yaşaması səbəbindən gedəcək yeri olmamışdır. xx.xx.2023-cü il tarixdə yemək yeməmiş və ac olmuşdur, buna görə də yata bilməmiş, pulu isə qalmamışdır. xx.xx.2023-cü ilə keçən gecə isə saat 04 radələrində uşaq bağçasının arxa tərəfində daşın üzərində oturmuş, həmin vaxt özünü qorumaq üçün əlinə təxminən 01 metr uzunluğunda olan ağac parçasını götürmüşdür. Acdığı üçün sonradan adı ona məlum olan Fəzalənin uşaq bağçasına bitişik evinə yaxınlaşmış, lakin həmin evdə dəqiq kimin yaşadığını, evdə həmin vaxt hər hansı şəxsin olub-olmamasını bilməmişdir. Evin taxta qapısını döymədən birbaşa əlinin içi ilə vurub açdıqda qapının çəftəsini saxlayan qatlanan mismar yerə düşmüş, ayaqqabısını çıxarmadan icazəsiz evə daxil olmuşdur. Həmin vaxt açılan qapının səsinə oyanmış Fəzalə çarpayısının üzərində yarı uzanıqlı vəziyyətdə “bismillah, bismillah” deyib qorxmuş və ona demişdir ki, “narahat olma, nə istəyirsən götür”. Fəzalə ondan nə istədiyini soruşduqda Fəzaləyə ac olduğunu və yemək yemək istədiyini, başqa heç nə istəmədiyini bildirmişdir. Həmin vaxt giriş qapısından içəri daxil olduqda sol tərəfdə masanın üzərində qab-qacaq, yemək qazanı və çörək parçaları olmuşdur. Fəzalə mətbəx masasının üstündəki qazanı və çörəyi ona verib geri çəkilərək çarpayıda əyləşmiş, qorxduğu üçün döşəmə taxtasını əlinə götürmüşdür. Əlindəki ağac parçasını masaya söykəyib qazanda olan badımcan və pomidor qarışığı xörəyi və mətbəx masasının üzərində olan çörək parçalarını yeməyə başlamışdır. Yemək yedikdən sonra Fəzalənin evində çox qalmamış və evin giriş qapısından çıxıb getmişdir. Fəzalənin evinə qanunsuz daxil olduğu üçün ondan şikayət edə biləcəyini düşünüb qorxusundan Hacıqərvənd və Seydimli kəndləri arasında olan sahəlik əraziyə getmiş, yorğun olduğundan bir-iki saat sahəlikdə yatmışdır. Səhər saat 08 radələrində kənd camaatının yatmış olduğu yer istiqamətində sahəlik əraziyə gəlməsini görüb dərhal sahəlik ərazidən çıxıb piyada Seydimli kəndindən Qaradağlı kəndinə getmişdir. Qaradağlı kəndində yolun kənarında Fəzalənin evindən çıxarkən götürdüyü spirtli içkini içib siqaret çəkmişdir. Sonra anasının yaşadığı evə getmiş, lakin evdə olmadıqlarını görüb vaxtını keçirmək üçün kənddə gəzişmişdir. Anası Pərvanə atası Tanırverdidən 2008-ci ildə boşandıqdan sonra Zərərçəkmiş şəxs1lə ailə həyatı qurmuşdur. Əvvəllər onlarla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Həmin gün axşam saat 20 radələrində yenidən anası ilə Xanoğlanın birlikdə yaşadığı evə getmişdir. Az sonra anası ilə Xanoğlanın “VAZ 21061” markalı minik avtomobili ilə gəlmişlər. Aralarında küsülülük olduğu üçün Xanoğlan onunla danışmayaraq birbaşa evə daxil olmuş, anası isə yemək bişirərək onunla söhbət etməyə başlamışdır. Həmin vaxt Xanoğlan anasına polis əməkdaşlarının onu axtardığını demişdir. Yemək yedikdən sonra həyətdən çıxmış və rayondan uzaqlaşmaq üçün Xanoğlanın küçədə saxladığı avtomobilini işə salıb Borsunlu kəndi istiqamətində hərəkətə başlamışdır. Gecəni Borsunlu kəndi yolunda keçirmişdir. Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Sarov kəndində yaşayan tanışı Elnurun evinə getmiş, benzin vurmaq üçün Elnurdaan 5 manat borca pul alıb Goranboy rayonunun Xanqərvənd kəndində yanacaq doldurma məntəqəsinndən benzin vurub qayıdarkən Sarov kəndi ərazisində Tərtər RPŞ-nin əməkdaşları onu saxlayıb Tərtər rayon Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində törətdiyi əməllərini etiraf etmişdir. Hazırda səhvini başa düşür və əməlindən peşimandır. Zərərçəkmiş şəxslərlə barışmışdır. Zərərçəkmiş şəxslər bu barədə məhkəməyə ərizə və teleqram təqdim edərək (göndərərək) ona qarşı şikayət və tələblərinin olmadığını bildirmişlər. Ona görə də barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməllərin törədilməsində təqsiri özünün ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs1 məhkəmə iclasındaa verdiyi ifadəsi, digər Zərərçəkmiş şəxs2 Bəhmən qızının məhkəmə iclasında elan olunan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, ekspert rəyləri və məhkəmədə tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, özünə məxsus “VAZ 21061” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır və həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs onun ögey oğludur. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində polis əməkdaşıları mülki geyimdə evinə gəlib Cəsarəti axtardıqlarını bildirdikdə onlara Cəsarətin uzun müddətdir ki, onların evinə gəlmədiyini demişdir. Həmin vaxt arvadı Pəri “Rekord” şirkətində işdə olmuş, arvadını saat 20 radələrində avtomobili ilə işdən götürüb evə gəldikdə Cəsarətin evin qarşısında onları gözlədiyini görmüşdür. Avtomobilin akumlyatorunu ayırıb evə getmiş, avtomobilin açarını isə üzərində saxlamışdır. Cəsarətlə görüşməmiş, arvadı Pəri isə Cəsarətlə söhbət etməyə başlamışlar. Pəriyə polis əməkdaşlarının Cəsarəti axtardıqlarını bildirmiş və Cəsarət söhbəti eşitmişdir. Bir müddətdən sonra Cəsarət çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində yuxudan oyanmış, arvadını işə aparmaq üçün evdən çıxdıqda avtomobilinin yerində olmadığını görüb DİN-in 102 xidmətinə müraciət etmişdir. Tərtər rayon Polis Şöbəsində ararılan araşdırma zamanı avtomobilinin Cəsarət tərəfindən qaşırıldığı məlum olmuşdur. Avtomobili özünə qaytarılmışdır. Avtomobilinə heç bir ziyan vurulmamışdır. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunan Zərərçəkmiş şəxs2 Bəhmən qızı (o, səhhəti ilə əlaqədar məhkəmə iclasında bilavasitə iştirak etməmişdir) ibtidai istinraq zamanı ifadəsində göstərmişdir ki, Azərbaycan dilində latın qrafikalı əlifba ilə sərbəst oxuya bilir və izahatının kompüter vasitəsilə alınmasına etiraz etmir. Tərtər rayonu Hacıqərvənd kəndində tək yaşayır və təqaüd alır. Üç övladı var, hər biri evlidir və ondan ayrı, ailə üzvləri ilə birlikdə öz evlərində yaşayırlar. Tərtər rayonu, Hacıqərvənd kəndində yaşadığı ev 01 otaqdan ibarətdir. 12 oktyabr 2023cü il tarixdə saat 04 radələrində yaşadığı evdə yatarkən evin içərisindən səs gəlməsini eşidərək yuxudan oyanmışdır. Oyandıqda isə görmüşdür ki, həmin vaxt tanımadığı, lakin sonradan istintaq prosesində adının Cəsarət olması ona məlum olan bir nəfər şəxs əlində təxminən 01 metr uzunluğunda taxta əşya ilə dayanmışdır. Həmin vaxt ondan təqribən 1-2 metr məsafə aralığında giriş qapısına yaxın yerdə dayanmış Cəsarətdən qorxmuş və dərhal yatdığı çarpayının yanında olan taxtanı əlimə almışdır. O döşəmə taxtasını əlinə alıb demişdir ki, “Sənə and verirəm şəhid Elnurumun adına çıx get qanını bura tökmə”. Bundan sonra həmin şəxs giriş qapısından içəridə sol tərəfdə mətbəx masasının üzərində olan çörək parçalarını və yeməyi yedikdən sonra qapı istiqamətində çıxıb getmiş, o isə qorxusundan donub qalmışdır. Səhərə qədər yatmamış, qorxduğu üçün havanın aydınlanmasını gözləmişdir. Hava aydınlandıqdan sonra həmin şəxsin gedibgetmədiyini bilmək üçün yavaşca qapıdan həyətə baxmışdır. Həyətə baxdıqda heç kim olmamış, lakin evdəki sandıq və mikrodalğalı soba həyətdə olmuşdur. Yaxınlaşıb sandığı açdıqda içərisində olan bir cüt qızıl sırğanın və bir ədəd qızıl üzüyün olmadığını görmüşdür. Qızıl-zinət əşyalarının oğurlanmasını düşünərək hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdir. Təqsirləndirilən şəxs daxil olduğu ev ona məxsus olsa da, kənd evi olduğundan həmin evin sənədi yoxdur. Uzun müddətdir həmin evdə tək yaşayır. Təqsirləndirilən şəxs onun yaşadığı evə daxil olmağa icazəsi olmamışdır. Təqsirləndirilən şəxs onun evinə qanunsuz daxil olmuşdur. O isə həmin vaxt yatmış və qapının səsinə oyandıqda isə artıq Cəsarət evinə daxil olmuşdur. Təqsirləndirilən şəxs daha öncə heç vaxt evinə daxil olmamışdır. Təqsirləndirilən şəxs evinə daxil olduqdan sonra evində olduğu müddət ərzində ona hədəqorxu gəlməmiş, nə də hər hansı əmlakını hədə-qorxu ilə tələb etməmişdir. Cəsarət ona qarşı fiziki və ya digər zor tətbiq etməmiş, nə də Cəsarətin hücumuna məruz qalmamışdır. O sadəcə gecə saatlarında evində həmin vaxt tanımadığı Cəsarəti görüb qorxduğu üçün taxtanı özünü müdafiə etmək məqsədi ilə əlinə almışdır. 12 oktyabr 2023-cü il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs onun evini tərk edərkən həyəcanlı olduğundan, uzun müddətdir sandığı, içərisində olan əşyaları və sobanı istifadə etmədiyindən mikrodalğalı sobanın və sandığın harada olmasına dəqiq fikir verməmişdir. Cəsarət ona “bibi acam, yemək verə bilərsən mənə” sözlərini deyib əsasən mətbəx masasının ətrafında gəzir və əli ilə masanın üzərində olan qab-qacaqlara toxunub, qazanı açıb bağlamış və masanın üzərində olan çörək parçalarını, eləcə də öncəki gün hazırladığı badımcan yeməyini qısa müddətdə yemiş və çıxıb getmişdir. Evi 01 otaqdan ibarətdir, evinin giriş qapısından içəri daxil olduqda sağ tərəfdə televizoru yerləşir. Sandığı həmin televizorun yanında yerdə saxlamış, mikrodalğalı sobanı isə həmin sandığın üzərində saxlamışdır. 12 oktyabr 2023-cü il tarixdə saat 04 radələrində yuxudan oyandıqdan sonra Təqsirləndirilən şəxs adətən sandığını saxladığı yer istiqamətində hərəkət etməsi, yaxud evi tərk edərkən əlində hər hansı əşyanı evin daxilindən çöl hissəsinə daşıması kimi halı görməmişdir. Belə ki, Cəsarət evi tərk edərkən əlində yalnız ifadəsində qeyd etdiyi 01 metr uzunluğunda əşya olmuşdur. Lakin, Cəsarətin evin daxilindən çöl hissəsinə mikrodalğalı sobanı və ya sandığı, yaxud hər hansı digər əşyanı daşıyaraq çıxarmasını görməmişdir. Səhər açılanda qapıdan boylandıqdan sonra həmin sobanın və sandığın evin çöl hissəsində olmasını müşahidə etmişdir. Daha sonra isə sandığın içərisini yoxladıqda bir ədəd “583” əyarlı, çəkisi 02 qram, dəyəri 300 manat olan qızıl üzük, bir cüt “583” əyarlı, çəkisi 03 qram, dəyəri 450 manat olan, qızıl sırğanın orada olmamasını müəyyən etmişdir. Şübhələnərək ehtimal etmişdir ki, həmin qızıl-zinət əşyalarım oğurlanıb. Bu barədə hüquq mühafizə orqanına müraciət etmişdir. Sandığın və mikrodalğalı sobanın evin daxilindən çöl hissəsinə çıxarılmasını heç nə ilə izah edə bilmir. Yaşadığı evdə mətbəx masasından istifadə edir. Mətbəx masası evinin giriş qapısına yaxın məsafədə, giriş qapısından içəri daxil olduqda sol tərəfdə yerləşir. 12 oktyabr 2023-cü il tarixdə yaşadığı evin mətbəx masasının üzərində mətbəx əşyalarından qab-qacaq, öncəki gün hazırladığı yeməyin qazanı və çörək parçaları olmuşdur. Qazanın içərisində isə hadisədən əvvəlki gün hazırladığı pomidor və badımcan qarışığı xörək olmuşdur. Təqsirləndirilən şəxs əlinə almış olduğu əşyanı əsasən əlində saxlasa da, masanın üzərində olan çörək parçalarını əlinə almazdan əvvəl əlində tutmuş olduğu həmin əşyanı Cəsarətin stola söykəməsini görmüşdür. Cəsarət həmin taxta əşya ilə onu hədələməmişdir. O özü gecə vaxtı yuxudan oyanıb evdə Cəsarəti görüb bir qədər həyəcanlanmışdır. Xatırlayır ki, qısaca olaraq Cəsarətə nə istəyirsə götürməsini bildirmişdir. Cəsarət isə mətbəx masasının üzərində olan çörək parçalarını və yeməyi yemiş, qısa müddət sonra isə çıxıb getmişdir. Aralarında başqa dialoq baş verməmişdir. Cəsarət ondan yeməyi “bibi yemək verə bilərsən mənə, acam” sözlərini deyərək istəmiş və aqressiya nümayiş etdirməmişdir. (Zərərçəkmiş şəxs2 Bəhmən qızı məhkəməyə teleqram göndərərək, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmiş və işin icraatına xitam verilməsini xahiş etmişdir). Cinayət işində olan məhkəmə-psixatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 957 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayəti törədərkən ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra hər hansı psixi pozuntudan əziyyət çəkmir, o, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci cə 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan “şübhəli səxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan və “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Tərtər RPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan « maddi sübut kimi tanınma haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Bəhram qızına məxsus evə baxış aparılan zaman götürülmüş 01 ədəd mismar iş üzrə maddi sübut kimi tanınaraq Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilib qaçırılmış Vaz 21061 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün mülkiyyətçisi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Cinayət işində olan Tərtər RİHB-nın Kəngərli kənd İƏD üzrrə nümayəndəsi X.Əsgərov tərəfindən verilmiş 23.10.203-cü il tarixli arayış vvə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşaqları vardı vvə o, yaşadığı ərazi üzrə mənfi xarakterizə olunur. Cinayət işində olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini qeyd edərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs2 Bəhram qızı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilən teleqramdan görünür ki, o, Təqsirləndirilən şəxs ilə barşdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini və işə onun iştirakı olmadan baxılmasını qeyd edərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, zərərçəkmiş şəxslərlə barşdığını, onlara dəymiş ziyanı ödədiyini qeyd edərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsiunə, məhkəmə istintaqı zamanı ifadəsi elan olunan Zərərçəkmiş şəxs2 Bəhmən qızının ibtidai istinraq zamanı verdiyi ifadəsinə, işin yuxarıda adı çəkilən digər istintaq materiallarına və işin faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetrilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfəindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 157.1 və 185.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddələrlə tövsif edir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Bəhmən qızı Təqsirləndirilən şəxs bağışlamışlar və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslələ barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 157.1 və 185.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə elan olunan ittiham üzrə CM-nin 73.2-ci maddəsi, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə elan olunan ittiham üzrə CM-nin 73-1.1-ci maddəsi tətbiq edilməli, o, Azərbaycan Respublikası CM-nin 157.1 və 185.1-ci maddələri ilə elan olunan ittiham üzrə cinayət məsuliyyətindən azad edilmməli və ona qarşı həmin ittihamlar üzrə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmadığını bildirərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışmasını, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1 və 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 157.1 və 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlləri böyük ictimai təhlükə törətməyən cinayət əməlləri olduğundan, həmin əməllər üzrə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs bağışladığından və ona qarşı heç bir şikayət və tələbləri olmadığından, eləcə də Təqsirləndirilən şəxs müdafiə tərəfi olaraq yazılı ərizə verməklə həmin ittihamlar üzrə işin icraatına xitam verilməsini xahiş etdiyindən onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 Bəhram qızına məxsus evə baxış aparılan zamanı götürülmüş və iş üzrə maddi sübut kimi tanınaraq Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş 01 ədəd mismar məhv edilməli ; Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilib qaçırılmış və iş üzrə maddi sübut kimi tanınmış Vaz 21061 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün mülkiyyətçisi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə iş üzrə keçrilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərinin ödənilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, həmin ekspertizanın keçirildiyi xüsusatlar üzrə cinayət əməlinin tərkib əlaməti mövcud olmadığından və həmin xüsusatlar üzrə cinayət təqibinə istintaq orqanı tərəfindən xitam verilərək təqsirləndirilən şəxxs Təqsirləndirilən şəxs ittiham verilmədiyindən ekspertiza xərci dövlət hesabına aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 157.1 və 185.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə elan olunan ittiham üzrə CMnin 73.2-ci maddəsi, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə elan olunan ittiham üzrə CM-nin 73-1.1-ci maddəsi tətbiq edilsin və o, Azərbaycan Respublikası CM-nin 157.1 və 185.1-ci maddələri ilə elan olunan ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və ona qarşı həmin ittihamlar üzrə cinayət təqibinə xitam verilsin. Zərərçəkmiş şəxs2 Bəhram qızına məxsus evə baxış aparılan zamanı götürülmüş və iş üzrə maddi sübut kimi tanınaraq Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş 01 ədəd mismar məhv edilsin; Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilib qaçırılmış və iş üzrə maddi sübut kimi tanınmış Vaz 21061 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün mülkiyyətçisi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə keeçrilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərinə görə ödənilməli olan xərci dövlət hesabına aid edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar