Məhkəmə qərarları › İş №1(061)-27/2025

Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-27/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-27/2025 06.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X9 oğlunun katibliyi Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər rayon Vəkil Bürosunun vəkilləri X5 və muradov Oktay Rəcəb oğlunun, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə, xx xxxxxx 1998-ci il tarixdə Tərtər rayonu Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Tərtər rayonu Hacıqərvənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddəsi, xx xxxxxxxx 1985-ci il tarixdə Tərtər rayonu Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Tərtər rayonu Hacıqərvənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddəsi, xx xxxx 1993-cü il tarixdə Tərtər rayonu Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Tərtər rayonu Hacıqərvənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 06 avqust 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma və bir qrup şəxs tərəfindən və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətməkdə təqsirləndirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə məhkəməyə verilmişdir. İttihama görə, o, 13 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində bir qrup şəxs halında həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə heç bir əsaslı səbəb olmadan ictimai yer hesab edilən Tərtər rayonu Hacıqərvənd kəndi ərazisindəki küçədə ətrafda fərdi yaşayış evlərinin və insanların olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə ictimai qaydanın davamlı olaraq pozulması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni uca səslə nalayiq ifadələr işlədərək və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edərək həmkəndlisi Zərərçəkmiş şəxs silah qismində istifadə etdiyi əlindəki istintaqa məlum olmayan ağac parçası ilə qəsdən vuraraq sonuncuya “burun sümüyünün sağ şaxəsində yerdəyişən sınığı, burun tənəffüsünün sağ burun keçəcəyi vasitəsilə əhəmiyyətli dərəcədə pozulması, sağ alın gicgah nahiyəsinin, döş qəfəsinin arxa səthində onurğa və sağ yarısının, döş qəfəsinin yuxarı 1/3-nin ön səthinin sağ yarısının qançırları, alt dodağın sağ yarısında dodaq haşiyəsinin və selikli qişanın hematoması, həmin nahiyənin, üst dodağın selikli qişasının əzilmiş yaraları, sağ gözün ağlı qişasının kiçik ölçülü qansızması, burunun sol yan səthinin, döş qəfəsinin yuxarı 1/3-nin ön səthinin sol yarısının, boyunun arxa səthinin sıyrıqları” xəsarətləri ilə müşayiət edilən və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərərvurmaya aid bədən xəsarətləri yetirərək və ona məxsus “Mercedes Benz 190” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 120 manat məbləğində maddi ziyan vuraraq xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma və bir qrup şəxs tərəfindən və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətməkdə təqsirləndirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə məhkəməyə verilmişdir. İttihama görə, o, 13 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində bir qrup şəxs halında həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə heç bir əsaslı səbəb olmadan ictimai yer hesab edilən Tərtər rayonu Hacıqərvənd kəndi ərazisindəki küçədə ətrafda fərdi yaşayış evlərinin və insanların olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə ictimai qaydanın davamlı olaraq pozulması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni uca səslə nalayiq ifadələr işlədərək və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edərək həmkəndlisi Zərərçəkmiş şəxs silah qismində istifadə etdiyi əlindəki istintaqa məlum olmayan ağac parçası ilə qəsdən vuraraq sonuncuya “burun sümüyünün sağ şaxəsində yerdəyişən sınığı, burun tənəffüsünün sağ burun keçəcəyi vasitəsilə əhəmiyyətli dərəcədə pozulması, sağ alın gicgah nahiyəsinin, döş qəfəsinin arxa səthində onurğa və sağ yarısının, döş qəfəsinin yuxarı 1/3-nin ön səthinin sağ yarısının qançırları, alt dodağın sağ yarısında dodaq haşiyəsinin və selikli qişanın hematoması, həmin nahiyənin, üst dodağın selikli qişasının əzilmiş yaraları, sağ gözün ağlı qişasının kiçik ölçülü qansızması, burunun sol yan səthinin, döş qəfəsinin yuxarı 1/3-nin ön səthinin sol yarısının, boyunun arxa səthinin sıyrıqları” xəsarətləri ilə müşayiət edilən və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərərvurmaya aid bədən xəsarətləri yetirərək və ona məxsus “Mercedes Benz 190” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 120 (bir yüz iyirmi) manat məbləğində maddi ziyan vuraraq xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma və bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətməkdə təqsirləndirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə məhkəməyə verilmişdir. İttihama görə, o, 13 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində bir qrup şəxs halında həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə heç bir əsaslı səbəb olmadan ictimai yer hesab edilən Tərtər rayonu Hacıqərvənd kəndi ərazisindəki küçədə ətrafda fərdi yaşayış evlərinin və insanların olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə ictimai qaydanın davamlı olaraq pozulması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni uca səslə nalayiq ifadələr işlədərək və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edərək həmkəndlisi Zərərçəkmiş şəxs yumruqla qəsdən vuraraq sonuncuya “burun sümüyünün sağ şaxəsində yerdəyişən sınığı, burun tənəffüsünün sağ burun keçəcəyi vasitəsilə əhəmiyyətli dərəcədə pozulması, sağ alın gicgah nahiyəsinin, döş qəfəsinin arxa səthində onurğa və sağ yarısının, döş qəfəsinin yuxarı 1/3-nin ön səthinin sağ yarısının qançırları, alt dodağın sağ yarısında dodaq haşiyəsinin və selikli qişanın hematoması, həmin nahiyənin, üst dodağın selikli qişasının əzilmiş yaraları, sağ gözün ağlı qişasının kiçik ölçülü qansızması, burunun sol yan səthinin, döş qəfəsinin yuxarı 1/3-nin ön səthinin sol yarısının, boyunun arxa səthinin sıyrıqları” xəsarətləri ilə müşayiət edilən və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərərvurmaya aid bədən xəsarətləri yetirərək və ona məxsus “Mercedes Benz 190” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 120 (bir yüz iyirmi) manat məbləğində maddi ziyan vuraraq xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Tərtər rayonunun Hacıqərvənd kəndində yaşayır. İş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 onun əmisi oğlu, Təqsirləndirilən şəxs3 isə həm bibisioğlu, həm də həmkəndlisidir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində “Murad” restoranına həmkəndlisi Mehrac Abdullayevin toy mərasiminə getmiş, toy mərasimindən təxminən saat 15 radələrində çıxıb restoranın qarşısında dayanıb siqaret çəkmişdir. Həmin vaxt restoranın qarşısında olan həmkəndliləri Sirac və Nurlan onu görüb yaxınlaşıb sözlü mübahisə etmişlər. Bu arada digər həmkəndlisi Vüsal da oraya gəlib onun ünvanına söyüş söymüşdür. Cavabında, o, da Vüsalı söymüş, aralarında sözlü mübahisə davam etmişdir. Lakin, həmin vaxt dava-dalaş olmamışdır. Bundan sonra, o, kəndə öz evinə gəlmişdir. Bir müddət sonra həmkəndlisi Səxavətin arvadı olan əmisi qızı Günay zəng edərək restoranda qalan gödəkçəsinin onların evində olduğunu və gəlib götürməsini bildirmişdir. Ona görə də əmisi qızının evinə, yəni Səxavətgilə getmişdir. Səxavətgilə çatdıqda Vüsalı da orada görmüşdür. Vüsal toyda söyüş söydüyünə görə Vüsalla dalaşmış, Vüsala sifətindən iki yumruq vurmuşdur. Öz növbəsində Vüsal da onu vurmuşdur. Həmin vaxt Laçın və Ədalət orada olmamışdır. Səxavət Laçıngilə zəng etmişdir ki, gəlib onu aparsınlar. Vüsalla dalaşanda, o, tək olmuşdur. Həmin vaxt Vüsal da maşında tək olmuşdur. Vüsal maşını dala-qabağa verərkən çəpərə dəymişdir. Vüsalla dalaşdıqdan sonra çıxıb öz evinə getmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Tərtər rayonunun Hacıqərvənd kəndində yaşayır. İş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 onun əmisi oğlu, Təqsirləndirilən şəxs3 isə həm bibisioğlu, həm də həmkəndlisidir. Zərəçəkən Zərərçəkmiş şəxs da onun həmkəndlisidir. Digər həmkəndlisi Bəylər xx.xx.2024-cü il tarixdə Tərtər şəhərində yerləşən “Murad” restoranında öz övladına toy mərasimi keçirmişdir. O, da qonaq qismində həmin toy məclisində iştirak etmişdir. X8 arasında mübahisə yaranmış, lakin dava-dalaş olmamışdır. O, toyda iştirak etdikdən sonra öz evinə qayıtmışdır. Bir müddət sonra həmkəndlisi Səxavətin arvadı olan bacısı Günay zəng edərək Əlizadənin restoranda qalan gödəkçəsinin onların evində olduğunu və gəlib götürməsini bildirmişdir. Ona görə də Ədalətlə birlikdə dayısı oğlu Elçinə məxsus “Toyota Corolla” markalı avtomobillə əmisi qızının evinə, yəni Səxavətgilə getmişdir. Orada Əlizadə ilə Vüsal arasında yenidən mübahisə və dava-dalaş olduğunu bilmişdir. Lakin, Əlizadə ilə Vüsal arasında dava-dalaş olan zaman nə özü, nə də ki, Ədalət orada olmamışlar. O, Ədalətlə bir yerdə olmuşdur. Səxavətgilə gedərkən yolda Əlizadənin, ondan əvvəl isə Vüsalın küçə ilə getdiklərini görmüşdür. O, Vüsalı vurmamışdır. Bilmir ki, nə üçün Vüsal demişdir ki, “guya mən onu vurmuşam”. Hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Tərtər rayonunun Hacıqərvənd kəndində yaşayır. İş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun həm dayısıoğlu, həm də həmkəndlisidir. Zərəçəkən Zərərçəkmiş şəxs da onun həmkəndlisidir. xx.xx.2024-cü il tarixdə Tərtər şəhərində yerləşən “Murad” şadlıq sarayında həmkəndlisi Bəylər öz övladına toy mərasimi keçirmiş, lakin o, dəvət edilsə də toya getməmiş, həmin toya atası Cahangir iştirak etmişdir. Sonradan eşitmişdir ki, toyda Vüsal və Əlizadə arasında mübahisə yaranmışdır. Həmkəndlisi Səxavətin arvadı olan Laçının bacısı Günay Laçına zəng edərək Əlizadənin restoranda qalan gödəkçəsinin onların evində olduğunu və gəlib götürməsini bildirdiyi üçün Laçınla birlikdə sonuncunun dayısı oğlu Elçinə məxsus “Toyota Corolla” markalı avtomobillə Səxavətgilə getmişlər. Orada Əlizadə ilə Vüsal arasında yenidən mübahisə və dava-dalaş olduğunu bilmişdir. Lakin, Əlizadə ilə Vüsal arasında dava-dalaş olan zaman nə özü, nə də ki, Laçın orada olmamışlar. O, Laçınla bir yerdə olmuşdur. Səxavətgilə gedərkən yolda Əlizadənin, ondan əvvəl isə Vüsalın küçə ilə getdiklərini görmüşdür. O, Vüsalı vurmamışdır. Bilmir ki, nə üçün Vüsal demişdir ki, “guya mən onu vurmuşam”. Hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı adından tərtib edilmiş ifadəsini təsdiq etmir. O, həmin ifadəni oxumadan imzalamışdır. Məhkəmə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərək, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməllərini Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Tərtər rayonunun Hacıqərvənd kəndində yaşayır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun həmkəndliləridir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində “Murad” restoranına həmkəndlisi Bəylərin oğlu Mehracın toy mərasiminə getmiş, bir müddət sonra toy mərasiminin gedişində restoranın qarşısında Əlizadə ilə əmisioğlu Siracın mübahisə etdiyini görüb yaxınlaşmış, həmin vaxt Əlizadə ilə onun arasında mübahisə başlamış və qarşılıqlı şəkildə birbirilərini söymüşlər. Lakin həmin vaxt bir-birlərini vurmamışlar. Orda olan adamlar onları sakitləşdirmış və ayrılıb hərə bir tərəfə getmişdir. Toy mərasimi bitdikdən qalan yeməkləri etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 190” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bəylərgilin evinə aparmışıdır. Həmkəndliləri Səxavətin uşağı xəstə olduğundan toya gələ bilmədiyi üçün Bəylər ondna xahiş etmişdir ki, toydan qalan yeməklərdən bir qismini Səxavətgilə aparsınlar. O, Bəylər ilə razılaşmışdır. Yeməkləri avtomobilinə yığıb Bəylər və digər həmkəndlisi Raufla birlikdə Səxavətgilin evinə getmişdir. Səxavətin evinin qarşısında avtomobili saxlayan zaman arxa tərəfdən “Toyota Corolla” markalı avtomobil gəlib saxlamış və həmin avtomobildən Laçın, Əlizadə və Ədalət düşmüşdür. Onlar paltar dalınca Səxavətgilə gəlmişdilər. Bəylər maşından düşüb yeməkləri vermək üçün Saxavətgilin həyətinə daxil olmuşdur. Həmin vaxt Laçın, Əlizadə və Ədalət ona yaxınlaşmış, Əlizadə ilə onun arasında toyda olan söyüşə görə yenidən mübahisə başlamış, mübahisə başlayan kimi Rauf maşından düşüb aradan çıxmışdır. Bu arada Əlizadə əlində olan ağac parçası ilə onu vurduğu üçün huşunu itirib yerə yıxılmış, sonra olanları bilmir. Ayıldıqdan sonra maşına minib əl-üzünü yumaq üçün yaxın olduğundan yenidən Bəylərgilə, ordan da evlərinə getmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır. Onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Tərtər rayonunun Hacıqərvənd kəndində yaşayır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və zərəçəkən Zərərçəkmiş şəxs onun həmkəndlləridir. xx.xx.2024-cü il tarixdə Tərtər şəhərində yerləşən “Murad” restoranında öz övladına toy mərasimi keçirmişdir. Toy mərasimi saat 13:00-da başlamış, saat 18:00-da başa çatmışdır. Həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmiş şəxs toyda qonaq qismində iştirak etmişlər. Toyun gedişində həmkəndliləri Nurlan, Vüsal və Vüsalın əmisioğlu Siracla Əlizadə arasında restoranından çöldə mübahisə olsa da dava-dalaş olmamışdır. Toy mərasimi bitdikdən sonra Vüsaldan toyda qalan yeməkləri evə aparması üçün xahiş etmiş, Vüsal “Mercedes Benz 190” markalı avtomobil ilə yeməkləri onun yaşadığı Hacıqərvənd kəndində yerləşən fərdi yaşayış evinə gətirmişdir. Kirvəsi Səxavətin övladı xəstə olduğuna görə toya gələ bilməmiş, buna görə də Səxavətə yemək aparmaq istəmişdir. O, bununla bağlı Vüsaldan yenə kömək istəmişdir. Bundan sonra özü və həmkəndlisi Rauf Vüsalla birlikdə sonuncunun avtomobili ilə Səxavətin yaşadığı fərdi yaşayış evinə getmişlər. O, maşından düşüb yeməkləri vermək üçün Saxavətgilin həyətinə daxil olmuşdur. Həmin vaxt Laçın, Ədalət və Əlizadə oraya gəlmişlər. Lakin, onların Vüsalla dalaşmalarını, Vüsalı vurmalarını görməmişdir. O, Səxavətin həyətindən çıxanda artıq ara sakitləşmiş və Laçın, Ədalət və Əlizadə çıxıb getmişlər. Latınca oxuya bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində “Murad” restoranında qonşusu Bəylərin oğlu Mehracın toy mərasiminə getmişdir. Toy mərasimi bitdikdən Bəylər qalan yeməkləri Vüsalın idarə etdiyi “Mercedes Benz 190” markalı avtomobillə öz evinə aparmışıdır. Həmkəndliləri Səxavətin uşağı xəstə olduğundan toya gələ bilmədiyi üçün Bəylər Vüsaldan xahiş etmişdir ki, toydan qalan yeməklərdən bir qismini Səxavətgilə aparsınlar. Bundan sonra Vüsal yeməkləri avtomobilinə yığıb Bəylər və onunla birlikdə Səxavətgilin evinə getmişdir. Çatdıqdan sonra Bəylər və o, əllərində olan yeməkləri Səxavətin evinə aparmış, Vüsal isə darvazanın qarşısında gözləmişdir. Yeməyi verib qayıdan da Vüsalın avtomobili sürüb getdiyini, Bəylərin isə yerdə qaldığını görmüşdür. Səs-küy gəldiyini eşitsə də, Əlizadəgili və hadisəni bilavasitə görməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin şahidi qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs1 arvadının əmisioğlu, Təqsirləndirilən şəxs2 əmisioğlu, Təqsirləndirilən şəxs3 və zərəçəkən Zərərçəkmiş şəxs isə həmkəndlləridir. O, hadisə vaxtı evdə yatılı vəziyyətdə olmuş, dava-dalaşı görməmişdir. Bəylərlə Raufu görmüşdür. O, evdən çölə çıxanda Əlizadə, Laçın, Ədalət və Vüsal artıq çıxıb getmişdilər. Cinayət işində olan zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında aparılmış xx.xx.2025-ci il tarixli, zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs2 arasında aparılmış xx.xx.2024-cü il tarixli və zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs3 arasında aparılmış xx.xx.2025-ci il tarixli üzləşdirmə haqqında protokollardan görüünür ki, üzləşdirmə zamanı zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Əlizadə, Laçın və Ədalət tərəfindən ağac parçası ilə döyüldüyünü bildirmişdir. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 286 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - burun sümüyünün sağ şaxəsində yerdəyişən sınığı, burun tənəffüsünün sağ burun keçəcəyi vasitəsilə əhəmiyyətli dərəcədə pozulması, sağ alın gicgah nahiyəsinin və üzün sağ yarısının, alının sol yarısının sol almacıq nahiyəsinin, sol qulaqarxası gicgah nahiyəsinin, döş qəfəsinin arxa səthində onurğa və sağ yarısının, döş qəfəsinin yuxarı 1/3-nin ön səthinin sağ yarısının qançırları, alt dodağın sağ yarısında dodaq nahiyəsinin və selikli qişanın hematoması, həmin nahiyənin, üst dodağın selikli qişasının əzilmiş yaraları, sağ gözün ağlı qişasının kiçik ölçülü qansızması, burunun sol yan səthinin, döş qəfəsinin yuxarı 1/3-nin ön səthinin sol yarısının, boyunun arxa səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işində olan “sübutların qiymətləndirilməsia haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Mersedes Beniz 190” markalı ** LH *** dövlət qeydiyyat nişanlı minik avtomobilin cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxalanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işində olan “X6” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “Mercedes Benz 190” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 120 manat məbləğində maddi ziyan vurulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İinformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğuna dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İinformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2012-ci qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmiş; Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdsan məhrum etmə cəzasına məhkum edilmiş; Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 67.1, 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 01 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İinformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə olan cinayət işinin icraatın CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. X1 məhkumluğuna dair əməliyyat-sorğu kartotekasında başqa heç bir məlumat yoxdur. Cinayət işində olan Tərtər Rayon Məhkəməsinin 4(061)-46/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Tərtər Rayon Məhkəməsinin 4(061)-14/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” həbs qətimkan tədbiri əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işində olan Tərtər Rayon Məhkəməsinin 4(061)-50/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 01 ay 07 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Tərtər Rayon Məhkəməsinin 4(061)-15/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işində olan şübhəli səxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixli qərarla MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Tərtər RİHB-nın Hacıqərvənd kənd İƏD üzrə nümayəndəsi vəzifəsini icra edən E.Zeynalov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 1-cı qrup əlildir, özünün nizam-intizamlılığı ilə ilə öz həmyaşıdlarından seçilir, intizamı ilə bərabər digər müsbət keyfiyyətləri ilə həmyaşıdlarından seçilir, onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan Tərtər RİHB-nın Hacıqərvənd kənd İƏD üzrə nümayəndəsi nümayəndəsi vəzifəsini icra edən E.Zeynalov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 özünü sakit təbiətli, mülayim xasiyyətli aparmış və sakinlər arasında həmişə özünün müsbət keyfiyyətləri ilə fərqlənməyə, kənd əhalisi arasında həmişə hörrmət qazanmağa çalışan kənd sakinidir, onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan Tərtər RİHB-nın Hacıqərvənd kənd İƏD üzrə nümayəndəsi nümayəndəsi vəzifəsini icra edən E.Zeynalov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 kənddə özünü tərbiyəli, nümunəvi aparmış, kənd sakinləri arasında hörmət qazanmışdır, onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan zərərçəmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli və məhkəmə iclasında məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışdığını, ona vurulmuş maddi ziyanın tamamilə ödənildiyini və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Cinayət işində olan Tərtər Rayon Məhkəməsinin 1(061)-68/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi tətbiq edilmiş və o, cinayət məsuliyyətindən azad edilərək Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilmişdir. Cinayət işində olan “böyük ictimai təhlükə törətməyən məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi tətbiq edilmiş və o, zərərçəkmiş şəxslə barışdığı üçün sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmişdir. Cinayət işində olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Tərtəər rayon Polis Şöbəsinin icraatında olmuş ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi tətbiq edilmiş və o, zərərçəkmiş şəxslə barışdığı üçün barəsində cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 1.3-cü maddəsinə görə Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 10.1-ci maddəsinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanıb, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərək istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməlinin Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, bilavasitə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma və bir qrup şəxs tərəfindən və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən xuliqanlıq hərəkətləri etmələri, eləcə də Təqsirləndirilən şəxs3 xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma və bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən xuliqanlıq hərəkətləri etməsi istintaq orqanı tərəfindən sübut edilməmiş və həmin faktı təsdiq edəcək hər hansı bir sübut əldə edilməmişdir. Əksinə məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadəsi və şahidlərin ifadələrindən müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu əməl şəxsiyyət əleyhinə sağlamlığa az ağır zərər vurmaya olan cinayət əməlidir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respuybliaksı Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1№-li qərarının 3-cü bəndinə görə ictimai qaydanı kobud sürətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində intiqam hissii ilə törədilən, o cümlədən zərərçəkmiş şəxsin təşəbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hrərkətlər xuliqanlıq kimi qiymətləndirlmir və bunun üçün əsaslar olduqda Cianyət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməllərini düzgün tövsif edilməmiş və beləliklə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə əsassız ittiham irəli sürülmüşdür. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməllərini isə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə tövsif etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində isə yuxarıda qeyd edilən halların heç biri mövcud olmamışdır. Həmin vaxt xuliqanlığa gətirib çıxara bilən heç bir ictimai qayda pozulmamış, ətrafda yaşayış evləri olsa da insanlar toplaşmamış, təqsirləndirilən şəxslər qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özlərinin müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiklərini təsdiq etməyə çalışmamışlar. İstintaq orqanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərini xuliqanlıq kmim qiymətləndirərəkən ittiham aktında cinayət əməlinin Tərtər rayonu Hacıqərvənd kəndi ərazisindəki küçədə ətrafda fərdi yaşayış evlərinin və insanların olmasına əsaslansa da cinayət işinin materiallarına əsasən həmin vaxt ətrafa insanların toplaşması müəyyən olunmamışdır. Ətrafda insanlar toplaşmadığı üçün ittiham aktında məhkəməyə çağrılan şəxslərin siyahısında şahid qismində hər hansı bir kənar şəxslərin ətrafa toplaşmış şəxslərin adının salınması mümkün olmamışdır. İttihan aktında şahidlərin siyahısına salınan cəmi iki nəfər – Bəylər və Yusif adlı şəxslər isə ətrafa toplaşan şəxs deyil, toy sahibi və ona kömək edən şəxs olmaqla elə lap əvvəldən cərayan edən hadisənin mərkəzində olan şəxslər olmuşlar. Bundan başqa məhkəmə xüsusi ilə qeyd etməyi lazım bilir ki, ətrafda fərdi yaşayış evlərinin olması öz-özlüyündə törədilmiş cinayət əməlinin xuliqanlıq kimi səciyələndirilməsinə əsas vermir. Lakin istintaq orqanı təqsirləndirilən şəxslərə ittiham verərkən həm də həmin hala əsaslanmışdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx.xx.2021ci il tarixli 15 saylı Qərarının 37-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, ... ittihamın ... dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq, yuxarıda sadalanan qanunvericilik normalarını, eyni zamanda cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma və bir qrup şəxs tərəfindən və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən xuliqanlıq hərəkətləri etmələri, eləcə də Təqsirləndirilən şəxs3 xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma və bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən xuliqanlıq hərəkətləri etməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, onların əməli müvafiq olaraq ittiham edildikləri Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 127.2.3, 221.2.1-ci maddələri ilə deyil, həmin Məcəllənin 127.1-ci maddəsi ilə tövsüf olunmalıdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərini Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edir. Məhkəmə işin yuxarıda müüəyyən olunmuş hallarına əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməməsi barədə ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onların həmin ifadələri özünümüdafiə məqsədi daşıyır və zərərçəkmiş şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, uzləşdirmə protokolları və işin digər materialları ilə birmənalı şəkildə təkzib olunmuşdur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin 1-ci qeydinə görə şəxs bu Məcəllənin 72 – 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İşin yuxarıda müəyyən olunmuş hallarından göründüyü kimi Təqsirləndirilən şəxs3 barəsində əvvəllər Tərtər Rayon Məhkəməsinin 1(061)-68/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi tətbiq edilmiş və o, cinayət məsuliyyətindən azad edilərək Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilmişdir. Həmçinin istintaq orqanının “böyük ictimai təhlükə törətməyən məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi tətbiq edilmiş və o, zərərçəkmiş şəxslə barışdığı üçün sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmişdir. Eləcə də istintaq orqanının “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi tətbiq edilmiş və o, zərərçəkmiş şəxslə barışdığı üçün barəsində cinayət təqibinə xitam verilmişdir. Belə olan təqdirdə məhkəmə Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin 1-cı qeydinin tələblərinə uyğun olaraq hesab edir ki, zərərçəkmiş şəxslə barışmalarına, dəymiş ziyanın ödənilməsinə rəğmən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində əvvəllər bir dəfə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi tətbiq edildiyindən hazırkı iş üzrə onların əməllərinə CM-nin 73-cü maddəsinin tətbiqinə yol verilə bilməz və onlar törətdikləri hazırkı cinayət əməlinə görə məsuliyyət daşımalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 1-cı qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamından irəli gələrək cəza təyinin zamanı cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və şərti məhkum etmə inistitutunun daha geniş tətbiq edilməsi barədə tövsiyyələri rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırkı hökm çıxarılanadək iş üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və xx.xx.2025-ci il tarixdən hazırkı hökm çıxarılanadək ev dustaqlığında saxlandığı 09 ay 13 müddəti bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 Tərtər rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamından irəli gələrək cəza təyinin zamanı cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və şərti məhkum etmə inistitutunun daha geniş tətbiq edilməsi barədə tövsiyyələri rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırkı hökm çıxarılanadək iş üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və xx.xx.2025-ci il tarixdən hazırkı hökm çıxarılanadək ev dustaqlığında saxlandığı 08 ay müddəti bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 Tərtər rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamından irəli gələrək cəza təyinin zamanı cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və şərti məhkum etmə inistitutunun daha geniş tətbiq edilməsi barədə tövsiyyələri rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 hazırkı iş üzrə ibtidai istintaq zamanı xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün müddəti müddəti bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 Tərtər rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınan və saxalanması üçün Zərərçəkmiş şəxs təhvil verilən “Mersedes Beniz 190” markalı ** LH *** dövlət qeydiyyat nişanlı minik avtomobil onun sərəncamına verilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPMnin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 iş üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və xx.xx.2025-ci il tarixdən hazırkı hökm çıxarılanadək ev dustaqlığında saxlandığı 09 ay 13 müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona 5 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə iclas zalından dərhal azad edilsin, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 Tərtər rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış üzrə Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 iş üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və xx.xx.2025-ci il tarixdən hazırkı hökm çıxarılanadək ev dustaqlığında saxlandığı 08 ay müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə iclas zalından dərhal azad edilsin, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə salanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 Tərtər rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış üzrə Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 iş üzrə ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlansın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 Tərtər rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış üzrə Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınan və saxalanması üçün Zərərçəkmiş şəxs təhvil verilən “Mersedes Beniz 190” markalı ** LH *** dövlət qeydiyyat nişanlı minik avtomobil onun sərəncamına verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. HAKİM: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar