Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-3/2025 05.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X4 qızının katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlə ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilən və hazırda Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 05 fevral 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş 01 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 1,533 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, 12 aprel 2024-cü il tarixdə saat 13 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi olmadan psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, daşınmasında üzərində saxlanmasında şübhəli bilindiyi üçün Tərtər şəhəri, Elman Hüseynov küçəsi ərazisində saxlanılaraq Tərtər rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən xeyli miqdarda, 01 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 1,533 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin onun əynində olan idman gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, iki-üç ildir ki, narkotik vasitənin qəbulu ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə səhər saat 08 radələrində yaşadığı Tərtər şəhəri, Rasim Mürsəlov küçəsi ilə piyada hərəkət edərkən asfalt yolun kənarında bir ədəd sellofan büküm görüb götürümüş, bükümü açıb içərisinə baxdıqda “patı”, yəni psixotrop maddə olan metamfetamin olduğunu aşkar etmiş və istifadə etmək üçün əynində olan idman gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Həmin gün saat 13 radələrində Tərtər şəhərində yerləşən, “Oba” marketin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim etdikdən sonra üzərində psixotrop maddə saxlamaqda şübhəli olduğu üçün Tərtər rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Tərtər RPŞ-nə getmiş, orada PŞ-nin inzibati binasında hüquqlarının qorunması üçün dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan idman gödəkçəsinin sağ yan cibindən içərisində metamfetamin olan həmin 01 ədəd sellofan büküm aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün zərfdə qablaşdırılaraq möhrlənib götürülmüşdür. Bu barədə onun, vəkilin və polis əməkdaşlarının iştirakı ilə prorokol tərtib edilərək imzalanmışdır. Hazırda törətdiyi əməlindən peşimandır. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materalları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəfizəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə ona Tərtər şəhər sakini Təqsirləndirilən şəxs Tərtər rayonu ərazisində psixotrop maddə qəbul etməsi, üzərində qanunsuz olaraq saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. O, həmin məlumatı qəbul edən kimi dərhal rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və rəhbərliyinin razılığından sonra Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədilə tərəfindən əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar qəbul edərək, həmin günü saat 13 radələrində Tərtər RPŞnin CAB-ın əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 ilə birlikdə əməliyyat tədbiri həyata keçirmişlər. Əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Tərtər şəhəri, Elman Hüseynov küçəsisində saxlayaraq rayon Polis Şöbəsinə gətirmişlər. Şöbədə dəvət edilmiş Müdafiəçi1 və onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan idman gödəkçəsinin sağ yan cibindən içərisində metamfetaminə bənzər kütlə olan 01 ədəd sellofan büküm aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilərək proses iştirakçıları tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin metamfetamin olduğunu və xx.xx.2024-cü il tarixdə Tərtər şəhəri, Rasim Mürsəlov küçəsi ilə piyada hərəkət edərkən asfalt yolun kənarından bir ədəd sellofan bükümdə tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid4 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işində olan şəxsi axtarış və götürmə barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Tərtər rayon Polis Şöbəsinin inzibati binasında Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3, Şahid4, Tərtər RPŞ-nin PPXB-nün polis nəfəri X3 və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan idman gödəkçəsinin sağ yan cibindən bir ədəd selofan büküm, həmin bükümün içərisindən psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və psixotrop maddə olan metamfetaminə bənzər kütlənin bükümlə birlikdə çəkisi 1,73 qram olması müəyyən edilmişdir. Həmin aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün 01 ədəd zərfdə qablaşdırılaraq möhrlənib götürülmüşdür. Cinayət işində olan məhkəmə-kimyəvi ekspetizasının xx.xx.2024-cü il tarixli, 16/442 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “........ Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə hebab olunan metamfetaminə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,533 qram, tədqiqatdan sonra qalıq çəkisi 1,453 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işində olan “maddi sübut kimi tanınma haqqında ” xx.xx.2024-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,533 qram olmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,453 qram psixotrop maddə olan metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının videogörüntüsünü özündə əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 924 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan hökmlərin və qərarların surətlərindən və Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3, 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmiş; Tərtər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3, 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmiş; Tərtər raypn Polis Şöbəsində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan işin icraatına Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.11-ci maddəsi ilə xx.xx.2017-ci ildə xitam verilmiş; Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1, 69.3, 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 10 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin amnistiya haqqında xx.xx.2013-cü il tarixli qərarına əsasən cəzası 01 il azaldılmış, cəzasının çəkilməmiş qalan 05 ay 12 gün hissəsi Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 21 gün azadlıqdaan məhrum etmə cəzası ilə əvəz edilmiş və xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işində olan Bərdə Rayon Məhkəməsinin 1(021)-82/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı şübhəli şəxs qismində saxlandığı 04 gün ona təyin olunmuş cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 ay 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cinayət işində olan Tərtər Rayon Məhkəməsinin 4(061)-10/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Tərtər RİHB-nın Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi S.Həsənov tərəfindən verilmiş 720 saylı, xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər şəhəri, R.Mürsəlov küçəsi, ev 8də yaşayır, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır. Onun barəsində Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, şahidlərin ifadələrinə, ekspert rəylərinə, işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət əməli törətməyə görə üç dəfə məhkum olunmasına, o cümlədən bir dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə baxmayaraq, yenidən qəsdən hazırki Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsini onun cinayətə meyilli şəxs olmasına dəlalət etməklə şəxsiyyətini səciyələndirir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlini səmimi etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini, şəxsiyyətini, yəni əvvəllər də üç dəfə qəsdən cinayət əməli törətməyə görə məhkum olunmasını, eləcə də dördüncü dəfə Bərdə Rayon Məhkəməsinin 1(021)-82/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək hazırda cəza çəkməsini, o cümlədən Bərdə Rayon Məhkəməsinin 1(021)-82/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən əvvəl də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsini, yenidən qəsdən hazırki Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə islah olunmasına, yəni cəzanın məqsədlərinə nail olunması mümkün deyildir. Ona görə də Təqsirləndirilən şəxs ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı əməlini Bərdə Rayon Məhkəməsinin 1(021)-82/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum edilməmişdən əvvəl törətdiyindən ona hazırkı əmələ görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müəyyən etdiyi qaydada, yəni əvvəlki hökmlə təyin edilmiş cəzası yeni hökümlə təyin edilmiş cəzaya qismən toplanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə qeyd etməyi lazım bilir ki, Mehdiyev Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməuə görə məhkum olunsa da, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun hazırkı cinayət əməli cinayətlərin residivini yaratmamışdır. Ona görə də, o, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə narkoloji ekspertizasının rəyinə görə narkomaniya xəstəliyi aşkar olunduğu üçün onun barəsində Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. O, yaşayış yeri üzrə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X7 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və saxlanılması üçün Tərtər rayon Polis şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən götürülmüş, tədqiqatdan sonra təmiz qalıq çəkisi 1,453 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünü özündə əks etdirən 01 ədəd DİSK cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)-82/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına cəzasına qismən toplamaq yolu ilə ona qəti cəza olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Bərdə rayon Polis Şöbəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu 12 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun. O, yaşayış yeri üzrə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X7 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlaması otağında saxlanılan Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılarkən götürülmüş, tədqiqatdan sonra təmiz qalıq çəkisi 1,453 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünü özündə əks etdirən 01 ədəd DİSK cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs hökmü aldığı gündən) 20 gün müddətində Tərtər Rayon Məhkəməsi və ya həbsdə saxalama yerinin müdriyyəti vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №1(061)-3/2025
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-3/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver