Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-30/2025 11.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkən şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 2006-cı il tarixdə Tərtər rayonu Həsənqaya kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Kəlbəcər rayonu Təkəqaya kəndində qeydiyyatda olub Ağdərə rayonu Həsənqaya kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2024-cü ilin iyun ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda qeyri-rəsmi ailə həyatı qurduğu Seymur Mirzəyevlə və sonuncunun ailə üzvləri ilə birlikdə yaşadığı Tərtər rayon Seydimli kəndində yerləşən fərdi yaşayış evində qayınatası Zərərçəkmiş şəxs yataq otağında olan sandığın rəzəsini üzərində “Zinger Germany” yazısı olan boz rəngli dəmir qayçı ilə açıb saxlanc yeri hesab edilən sandığa qanunsuz daxil olaraq sonuncuya məxsus 5000 (beş min) manat məbləğində pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2024-cü ilin oktyabr ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda qeyri-rəsmi ailə həyatı qurduğu Seymur Mirzəyevlə və sonuncunun ailə üzvləri ilə birlikdə yaşadığı Tərtər rayon Seydimli kəndində yerləşən fərdi yaşayış evində qayınatası Zərərçəkmiş şəxs yataq otağında olan sandığın rəzəsini üzərində “Zinger Germany” yazısı olan boz rəngli dəmir qayçı ilə açıb saxlanc yeri hesab edilən sandığa qanunsuz daxil olaraq sonuncuya məxsus 7000 (yeddi min) manat məbləğində pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs 7000 (yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkən şəxs Zərərçəkmiş şəxs onun qayınatası olmuşdur. Onunla heç bir ədavəti, olmamış, münasibətləri yaxşı olmuşdur. Belə ki, o, anasının razılığı ilə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs oğlu Seymurla evlənmişdir. Seymurla onun kənddə toyu olmuş, lakin toydan sonra onun Seymurla ərarvad kimi münasibəti olmamışdır. Toydan təxminən bir həftə sonra Vəkil ona “sandığın qıfılının şifrələri dəyişib, sən sandığı açmamısanki ?” deyərək soruşmuşdur. O, “yox, mən sandığa əl vurmamışam, ola bilsin evi təmizləyəndə olub” demişdir. Həmin vaxt Vəkil ona “sandıqdan 5000 manat pul oğurlanıb, sən götürmüsənsə boynuna al”, o isə cavab verərək sandığı açmadığını demişdir. Bundan təxminən bir həftə sonra qonşuluqda yaşayan Elçin onun evinə gəlmiş və həmin vaxt Elçin nömrəsini ona vermişdir. Lakin Elçinin nömrəsini itirmiş, sonra isə Seymurun mobil telefonundan Elçinin nömrəsini yenidən əldə etmişdir. Elçindən xoşu gəldiyi üçün o, zəng edib danışmağa başlamışdır. Onlar telefonla danışıb görüşmüş, gecə saatlarında isə sahəlik ərazidə görüşüb cinsi əlaqədə olmuşlar. Beləcə Elçin ilə münasibəti davam etmiş və danışdıqları vaxtdan bir həftə keçmişdir. Təxminən 2024-cü ilin iyun ayının sonlarında Elçin pul məsələsinə görə ailəsi ilə dalaşmışdır. Onunla danışan zaman Elçin demişdir ki, “Sarovda yaşayan Rzaya 1400 manat borcum var, mənə kömək et onunun pulunu verim”. O isə Elçinə həmin pulu verə bilməyəcəyini demişdir. Elçin ona “Vəkilin evindəki sandıqda pulu var, o sandıqdan götür ver” demişdir. O isə “kimsə bilsə məni tutub içəri salacaqlar”, Elçin “əgər məni sevirsənsə get o sandıqdan pulu götür, heç kim bilməz, nəsə olsa deyərsənki mənlik deyil”. O da Elçinlə razılaşmış və təxminən iki gün sonra o, yaşadığı evdə qaynatası Vəkilin yataq otağındakı sandığın qapısını pul götürmək məqsədi ilə açmaq istəmişdir. Ancaq sandığın qapısı şifrəli kilidlə bağlı olmuş və evdəki qayçını götürüb sandığın arxa tərəfindən rəzəsini (petləsini) çıxarmışdır. Sandığın qapağını açmış və sandığın içərisindən üstə qoyulmuş puldan 1500 manat pul oğurlamışdır. Oğurladığı pulu götürüb cibində saxlamış və həmin günün gecəsi sahəlikdə Elçinlə görüşən zaman 1500 manat pulu sonuncuya vermişdir. Bundan təxminən bir həftə sonra Elçin onunla danışan zaman 1100 manat pul lazım olduğunu bildirmişdir. O isə bunun təhlükəli olduğunu bildirsə də, Elçin isə cavabında demişdir ki, “qorxma heç kim bilməz, nəsə olsa boynuna alma”. O yenə də eyni qaydada qayçı ilə sandığı açıb içərisindən 1100 manat pul götürmüşdür. Həmin günün gecəsi Elçinlə sahədə görüşüb oğurladığı 1100 manat pulu sonuncuya vermişdir. Təxminən 2024-cü ilin sentyabr ayının əvvəllərində Elçin onunla danışan zaman sonuncu 300 manat pul lazım olduğunu bildirmişdir. O, Elçini sevdiyi üçün yenə də gedib eyni qaydada sandıqdan 300 manat pul götürmüş və həmin günün gecəsi Elçinlə sahədə görüşüb oğurladığı 300 manat pulu sonuncuya vermişdir. Bundan təxminən 10 gün sonra telefonla danışarkən Elçin 800 manat pul lazım olduğunu bildirmiş, o isə yenə eyni qaydada sandıqdan 800 manat pul götürmüş və həmin günün gecəsi Elçinlə sahədə görüşüb oğurladığı 800 manat pulu sonuncuya vermişdir. Təxminən 2024-cü ilin sentyabr ayının sonlarında Elçinlə telefonda danışarkən sonuncu 1200 manat pul lazım olduğunu demişdir. O isə yenə də eyni qaydada sandıqdan 1200 manat pul götürmüş və həmin günün gecəsi Elçinlə sahədə görüşüb oğurladığı 1200 manat pulu sonuncuya vermişdir. Təxminən 2024-cü ilin oktyabr ayının əvvəllərində Elçinlə telefonda danışarkən sonuncu 700 manat pul lazım olduğunu demiş, o isə yenə eyni qaydada sandıqdan 700 manat pul götürmüş və həmin günün gecəsi Elçinlə sahədə görüşüb oğurladığı 700 manat pulu sonuncuya vermişdir. Sonuncu dəfə isə 2024-cü ilin noyabr ayının ortalarında telefonla danışarkən Elçin Bərdə rayonuna gedəcəyini və 100 manat pul lazım olduğunu bildirmişdir. O isə Vəkilin pencəyinin cibindən 100 manat pul götürmüş, lakin qaynatası ondan şübhələndiyi üçün, o, götürdüyü 100 manat pulu pencəyin qoyulduğu yerdə yerə ataraq pulun guya yerə düşdüyünü demişdir. Növbəti gün o, Elçinə 100 manat pul vermək üçün yenidən sandığı açmış və 100 manat pul götürmüşdür. Həmin günün gecəsi Elçinlə sahədə görüşüb oğurladığı 100 manat pulu vermişdir. Sonrakı gün isə Elçin zəng edərək pulun saxta olduğunu və üzərində “Etibarsızdır” yazısının olduğunu bildirib pulu ona geri qaytarmışdır. O da həmin pulu qaytarıb sandığa qoymuşdur. Bundan sonra isə qaynatası Vəkil onu anasının yaşadığı evə aparıb təhvil vermişdir. O, təxminən 2-3 ay müddət ərzində ümumilikdə 5600 (beş min altı yüz) manat pul oğurlamışdır. O, oğurladığı pulların hamısını Elçin Məmmədova vermişdir. Sandığın açarı yalnız qaynatası Vəkildə olmuş və ailədə heç kimin sandıqdan pul götürməyə ixtiyarı olamamışdır. Həmçinin onun da sandığa daxil olmağa heç bir ixtiyarı olmamışdır. Elçin ona heç bir hədə-qorxu gəlməmiş, o, Elçini sevdiyi üçün pulları sonuncuya vermişdir. Pulu Vəkilin sandığından oğurladığını Elçin bilmiş və ondan pul oğurlamasını istəmişdir. Zərərçəkmiş şəxs 12.000 manat pulunun oğurlanması barədə yalan danışmışdır. Sandıqdan ümumilikdə 5600 manat pul oğurlamışdır. O, törətdiyi əməlin cinayət xarakterli olduğunu bilmiş və törətdiyim əməldən peşman olmuşdur. Sandıqda ümumi nə qədər pul olduğunu bilməmiş, hər dəfə oğurladığı pulu sayıb götürmüş, lakin sandıqda nə qədər pul qaldığını saymamışdır. Sandıqdakı pulu oğurladıqdan sonra yenə də sandıqda çoxlu pul qalmışdır və hər dəfə sandığı açdıqda isə pulun artdığını görmüşdür. Buna görə də pul oğurladığını bilməyəcəklərini düşünmüşdür. O, istintaqa izahat verərkən fikrini düzgüz izah edə bilməmişdir. Buna görə də həmin vaxt izahatda yalnış qeyd edilmişdir. Hazırda isə bildirmişdir ki, Elçin onun oğurluq etdiyini bilmişdir. Həmin dəftər ona məxsus olmuşdur, o, həmin dəftərə yazı yazıb oxuması üçün Elçinə vermişdir. Həmin dəftərə özü ilə bağlı kədərli sözlər yazmış, bundan başqa oğurladığı pulları Elçinə verməsi bağlı isə “çalış telefonda pul haqqında danışma, bayaq Vəkil boynuma atırdı sənlə danışdığımı” və “Vəkil mənim boynuma şər atmaq istəyir, ona görə biraz ara verək, bir də bayaq bilmirdim sənə nə deyəm, o pulu mən götrümüşdüm, sabah sonra qoydum Vəkilə verdim, sözün düzü səndə olan saxta pulu bilmirdim, üzrlü say” və “Elçin bilmədiyin çox şey var çalış bir gün boş vaxtın olsun söhbət edək deyəcəyim var” sözlərini yazmışdır. Törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu 5600 manat pulu qaytaracağını, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs keçmiş gəlini olmuşdur. Oğlu Seymur anadangəlmə əqli qüsurludur və sonuncunu evləndirmək üçün Ağdərə rayonu Həsənqaya kəndində yaşayan tanışı Qələndərə zəng edib əgər tanıdığı yaxşı qız varsa oğluna almaq istədiyini, həmçinin arvadı Solmazın xəstə olduğu üçün ev işlərini görə bilmədiyini bildirmişdir. Qələndər də ailə qurub boşanmış qardaşı qızının olduğunu və ev işlərinin görülməsində qoçaq olduğunu demişdir. O, Qələndərin qardaşı qızı Təqsirləndirilən şəxs el adət-ənənəsi ilə anasından istəmiş və 16 iyun 2024-cü il tarixdə oğlu Seymur Mirzəyevlə evləndirmişdir. Həmin vaxt onun evinin yataq otağındakı sandığın içərisində 13.000 (on üç min) manat pul olmuşdur. Həmin pulu öz yataq otağında olan köhnə sandığın içərisində saxlamış, sandığın içərisində müxtəlif geyim əşyaları olmuş, geyimlərin üstündə isə həmin 13.000 manat pulu saxlamış və sandığı da şifrəli qıfılla bağlamışdır. Toydan bir həftə sonra sandığın qıfılına baxdıqda şifrələrin rəqəmlərin dəyişdiyini görmüş və bununla bağlı İlahədən çağırıb soruşmuş, sonuncu isə evi təmizləyərkən qıfıla dəyə biləcəyini bildirmişdir. O, sandığı açıb baxdıqda 13.000 manat puldan 8.000 manat qaldığını görmüşdür. O, gəlini İlahədən şübhələnib şikayət etmək istəmiş, lakin arvadı Solmaz adlarına ləkə gələcəyini və şikayət etməməsini demişdir. Arvadı ilə razılaşıb heç bir şikayət etməmişdir. Sandığın qıfılını dəyişib açarla bağlanan qıfıl almış və açarları da öz cibində saxlamışdır. Bundan sonra bir neçə nəfərdən alacağı borc pullar olmuş və həmin şəxslərdən pulları alıb sandıqda olan 8.000 (səkkiz min) manat pulun üzərinə əlavə etdikdən sonra yenidən 13.000 manat pul toplanmışdır. Təxminən 2024-cü ilin sentyabr ayında o, həmin pulun 2.500 (iki min beş yüz) manatını şəxsi ehtiyaclarına sərf etmiş, 3.000 (üç min) manatını isə götürüb iki baş heyvan almış və sandıqda 7.500 manat pulu qalmışdır. Təxminən 2024-cü ilin oktyabr ayında Goranboy rayonunda yaşayan qardaşı Piri Mirzəyev xəstələndiyi üçün sonuncunun yanına gedərkən sandığı açmış və 7500 (yeddi min beş yüz) manat pul olduğunu görmüş və arvadı Solmazı çağırıb pulu yanında sayaraq qardaşıgilə getdiyini bildirmişdir. Təxminən üç gün qardaşıgildə qalıb evə qayıtdıqdan sonra sandığı yenidən açmış və sandıqda 500 (beş yüz) manat pul qaldığını görmüşdür. O, pulun olmadığını gördükdə İlahədən şübhələnib sonuncunu Polis Şöbəsinə aparmaq istəmiş, lakin İlahə ona demişdir ki, “polis mənə nə edəcək ki, danışdırıb buraxacaqlar, heç nə etməyəcəklər”. İlahənin bu sözlərindən sonra onun özünə inamı itmiş və o, İlahəni evə geri qaytarmışdır. Bundan sonra təxminən 2024-cü ilin noyabr ayının əvvəllərində o, 4.000 (dörd min) manat alacağı pulu almış və toplanmış 4500 manat pulu sandıqda saxlamaqdan ehtiyat edib öz pencəyinin cibində saxlamışır. Havalar soyuduğu üçün həmin puldan 300 manat pul götürüb evə qaz sobası almışdır. Qalan 4200 manat pulu isə pencəyinin cibində saxlamışdır. Təxminən 20 gün müddətində həmin pulu cibində saxlamış və 22 noyabr 2024-cü il tarixdə səhər saatlarında pencəyi evdəki otaqdan asılı vəziyyətdə qoyub çölə çıxmış, o, içəri girən zaman cibində olan puldan 100 manatının yerində olmadığını aşkar edmişdir. Yenə gəlini İlahədən şübhələnsə də heç bir söz deməmişdir. Bundan sonra yenə cibindən 100 manat pulun götürüldüyünü aşkar etmiş və arvadı Solmaza gəlininin üzərini axtarmasını demişdir. Gəlini İlahə isə cəld onun pencəyini soyunub qoyduğu yerə gedərək 100 manatın yerə düşdüyünü bildirmişdir. Bundan sonra o, İlahəni evindən qovmuş və aparıb anasına təhvil vermişdir. Növbəti gün İlahə onun oğlu Seymura zəng edərək evdə dəftərinin olduğunu və görüşüb həmin dəftəri verməsini bildirmişdir. Bundan sonra oğlu Seymur ona İlahənin zəng edərək dediklərini danışmış və onlar da axtarıb dəftəri tapmışdır. Dəftəri tapdıqdan sonra içərisində Elçin adlı şəxsin adı yazılan sözlər yazılmışdır. Təqsirləndirilən şəxs təxminən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində yataq otağında olan sandıqdan ümumilikdə 12.000 (on iki min) manat məbləğində pul oğurlamışdır. xx.xx.2024-cü il tarixədə isə pencəyinin cibindən 100 manat məbləğində pul oğurlamışdır. Həmin pul onun ehtiyat saxladığı olmuş və ailə üzvləri sandıqdan pul götürüb xərcləməmişdir. Sandığın açarı yalnız onun özündə olmuş və sandığın qapısını həmişə kilidli saxlamışdır. Sandığın rəzəsini saxlayan dəmiri açaraq gəlini Təqsirləndirilən şəxs pulları oğurlamışdır. İlahənin sandığa daxil olmağa heç bir ixtiyarı və icazəsi olmamışdır. İlahə gizli və icazəsiz daxil olaraq ona məxsus 12.000 (on iki min) manat pulu oğurlamışdır. Oğurlanmış pulların hamısı 100 manatlıq əskinaslardan ibarət olmuşdur. İlahəni evdən qovmamışdan əvvəl sonuncunu sınamaq üçün sandığa üzərində “Etibarsızdır” yazısı olan bir ədəd 100 manatlıq əskiaz qoymuşdur. İlahə həmin pulu sandıqdan oğurladıqdan sonra pulu gətirib yenə yerinə qoymuşdur. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. O, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs həbs edilməsini istəmədiyini, ona dəymiş ziyanın ödənilməsi üçün ona şərait yaradılmasını xahiş etmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs keçmiş gəlini olmuşdur. Oğlu Seymur anadangəlmə əqli qüsurludur və onu tanışları Qələndərin qardaşı qızı Təqsirləndirilən şəxs ilə el adət-ənənəsi ilə anasından istəmiş və 16 iyun 2024-cü il tarixdə evləndirmişdir. Həmin vaxt onların evinin yataq otağındakı sandığın içərisində 13.000 (on üç min) manat pul olmuşdur. Həmin pulu yataq otağında olan köhnə sandığın içərisində saxlamışlar. Sandığın içərisində eyni zamanda müxtəlif geyim əşyaları olmuş, geyimlərin üstündə isə həmin 13.000 manat pulu saxlamışlar. Sandığı şifrəli qıfılla bağlamışlar. Toydan bir həftə sonra həyat yoldaşı Vkil Mirzəyev sandığın qıfılına baxdıqda şifrələrin rəqəmlərin dəyişdiyini görmüş və bununla bağlı İlahədən çağırıb soruşmuş, sonuncu isə evi təmizləyərkən qıfıla dəyə biləcəyini bildirmişdir. O, sandığı açıb baxdıqda 13.000 manat puldan 8.000 manat qaldığını görmüşdür. O, gəlini İlahədən şübhələnib şikayət etmək istəmiş, lakin əri Zərərçəkmiş şəxs adlarına ləkə gələcəyini və şikayət etməməsini demişdir. Zərərçəkmiş şəxs onunla razılaşıb heç bir şikayət etməmiş, sandığın qıfılını dəyişib açarla bağlanan qıfıl almış və açarları da öz cibində saxlamışdır. Bundan sonra ərinin bir neçə nəfərdən alacağı borc pullar olmuş və həmin şəxslərdən pulları alıb sandıqda olan 8.000 (səkkiz min) manat pulun üzərinə əlavə etdikdən sonra yenidən 13.000 manat pul olmuşdur. Təxminən 2024-cü ilin sentyabr ayında əri həmin pulun 2.500 (iki min beş yüz) manatını şəxsi ehtiyaclarına sərf etmiş, 3.000 (üç min) manatını isə götürüb iki baş heyvan almış və sandıqda 7.500 manat pulları qalmışdır. Təxminən 2024-cü ilin oktyabr ayında Goranboy rayonunda yaşayan qaynı Piri Mirzəyev xəstələndiyi üçün sonuncunun yanına gedərkən əri Zərərçəkmiş şəxs sandığı açmış və 7500 (yeddi min beş yüz) manat pul olduğunu görmüşdür. Vəkil onu çağırıb pulu yanında sayaraq qardaşıgilə getdiyini bildirmişdir. Təxminən üç gün qardaşıgildə qalıb evə qayıtdıqdan sonra əri Zərərçəkmiş şəxs sandığı yenidən açmış və sandıqda 500 (beş yüz) manat pul qaldığını görmüşdür. O, pulun olmadığını gördükdə İlahədən şübhələnib sonuncunu Polis Şöbəsinə aparmaq istəmiş, lakin İlahə ona demişdir ki, “polis mənə nə edəcək ki, danışdırıb buraxacaqlar, heç nə etməyəcəklər”. İlahənin bu sözlərindən sonra onun özünə inamı itmiş və o, İlahəni evə geri qaytarmışdır. Bundan sonra təxminən 2024-cü ilin noyabr ayının əvvəllərində əri Zərərçəkmiş şəxs 4.000 (dörd min) manat alacağı pulu almış və toplanmış 4500 manat pulu sandıqda saxlamaqdan ehtiyat edib pencəyinin cibində saxlamışır. Havalar soyuduğu üçün həmin puldan 300 manat pul götürüb evə qaz sobası almışlar. Qalan 4200 manat pulu isə pencəyinin cibində saxlamışdır. Təxminən 20 gün müddətində həmin pulu əri Zərərçəkmiş şəxs cibində saxlamış və 22 noyabr 2024-cü il tarixdə səhər saatlarında pencəyi evdəki otaqdan asılı vəziyyətdə qoyub çölə çıxmış, içəri girən zaman cibində olan puldan 100 manatının yerində olmadığını aşkar edmişdir. Zərərçəkmiş şəxs yenə gəlini İlahədən şübhələnsə də heç bir söz deməmişdir. Bundan sonra əri yenə cibindən 100 manat pulun götürüldüyünü aşkar etmiş və ona gəlininin üzərini axtarmasını demişdir. Gəlini İlahə isə cəld Zərərçəkmiş şəxs pencəyini soyunub qoyduğu yerə gedərək 100 manatın yerə düşdüyünü bildirmişdir. Bundan sonra onlar İlahəni evindən qovmuş və aparıb anasına təhvil vermişlər. Növbəti gün İlahə oğlu Seymura zəng edərək evdə dəftərinin olduğunu və görüşüb həmin dəftəri verməsini bildirmişdir. Bundan sonra oğlu Seymur onlara İlahənin zəng edərək dediklərini danışmış və onlar da axtarıb dəftəri tapmışlar. Dəftəri tapdıqdan sonra içərisində Elçin adlı şəxsin adı yazılan sözlər yazılmışdır. Təqsirləndirilən şəxs təxminən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində yataq otağında olan sandıqdan ümumilikdə 12.000 (on iki min) manat məbləğində pul oğurlamışdır. xx.xx.2024-cü il tarixədə isə pencəyinin cibindən 100 manat məbləğində pul oğurlamışdır. Həmin pul ərinin ehtiyat saxladığı olmuş və ailə üzvləri sandıqdan pul götürüb xərcləməmişdir. Sandığın açarı yalnız əri Zərərçəkmiş şəxs olmuş və sandığın qapısını həmişə kilidli saxlanmışdır. Sandığın rəzəsini saxlayan dəmiri açaraq gəlini Təqsirləndirilən şəxs pulları oğurlamışdır. İlahənin sandığa daxil olmağa heç bir ixtiyarı və icazəsi olmamışdır. İlahə gizli və icazəsiz daxil olaraq onlara məxsus 12.000 (on iki min) manat pulu oğurlamışdır. Oğurlanmış pulların hamısı 100 manatlıq əskinaslardan ibarət olmuşdur. İlahəni evdən qovmamışdan əvvəl əri Zərərçəkmiş şəxs sonuncunu sınamaq üçün sandığa üzərində “Etibarsızdır” yazısı olan bir ədəd 100 manatlıq əskiaz qoymuşdur. İlahə həmin pulu sandıqdan oğurladıqdan sonra pulu gətirib yenə yerinə qoymuşdur. Hazırda da onlara dəymiş ziyn ödənməmişdir, tqsirləndirilən şəxsdən vurduğu ziyanı tələb etdiklərini bilbirmişdir Məhkəmə istintaq zamanı köküllü olaraq şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun övladıdır. İlahənin atası yoxdur. Onu çətinliklə böyütmüşdür. Təxminən 2024-cü ilin iyun ayında dəqiq xatırlamadığı gündə Zərərçəkmiş şəxs oğlu Seymuru evləndirmək üçün İlahəyə elçi gəlmişlər. 16 iyun 2024-cü il tarixdə ailə arasında toy mərasimi olmuşdur. Təxminən 4-5 ay sonra Zərərçəkmiş şəxs qızı İlahəni onun evinə gətirib “İlahə evdən 12.000 manat pul oğurlayıb, məmin pulumu qaytarın. İlahə pulu oğurlayıb sənə verib sən də ev tikdirmisən” demişdir. O isə Vəkilə “mən evi təmir etdirmək üçün kredit götürmüşəm, pul oğurlamamışam” demişdir. Həmin kreditlə bağlı Kapital bank ASC-nin Tərtər filialından arayış almış və istintaqa təqdim etmişdir. Qızının Vəkil Mkirzəyevin evindən götürdüyü 5600 manat pulu işləyib ona qaytaracağını bildirmişdir. Məhkəmə istintaq zamanı dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşamışlar. Aralarında heç bir ədavət olmamış, münasibətləri yaxşı olmuşdur. Cinayət işi ilə bağlı onun ifadəsi almışlar. Həmin ifadəni təsdiq etmişdir. Təqsirləndirilən şəxs ilə danışmış, lakin pul barədə heç bir danışıq olmamışdır. İlahə ona pul verməmişdir. Onun bu barədə bildirdiklərinin doğru olmadığını göstərmişdir. İş materiallarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs məxsus 12.000 (on iki min) manat pulun oğurlandığı sandığa 18 yanvar 2025-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, sandıq fərdi yaşayış evinin yataq otağındadır, sandıq taxta materialdan hazırlanmışdır, sandığı ön hissəsində qıfıl ilə bağlanması üçün dəmir hissəsi vardır, içərisində isə müxtəlif geyim əşyaları vardır və sandıqda hər hansı zərər müəyyən edilməmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən sandıqdan 2024-cü ilin iyun aıynda 5000 manat pul, 2024-cü ilin oktyabr ayında isə 7000 manat pul oğurlanmışdır. Həmin sandığın açarı yalnız özündə olmuşdur. Baxış zamanı bundan əlavə Zərərçəkmiş şəxs bir ədəd dəftər təqdim edərək həmin dəftərin Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Baxış zamanı dəftərin içərisində 19-cu vərəqdə “çalış telefonda pul haqqında danışma, bayaq Vəkil boynuma atırdı sənlə danışdığımı” yazısı, 22-ci vərəqdə “Vəkil mənim boynuma şər atmaq istəyir, ona görə biraz ara verək, bir də bayaq bilmirdim sənə nə deyəm, o pulu mən götrümüşdüm, sabah sonra qoydum Vəkilə verdim, sözün düzü səndə olan saxta pulu bilmirdim, üzrlü say” yazısı və 23-cü vərəqdə isə “Elçin bilmədiyin çox şey var çalış bir gün boş vaxtın olsun söhbət edək deyəcəyim var” yazıları yazılmışdır. Baxış zamanı həmin dəftər iş üçün əhəmiyyətli olduğundan götürülmüş, fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. (Bax: İş vərəqə: 44- 53) İş materiallarından görünür ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi ilə Zərərçəkmiş şəxs Temymur oğlunun ifadəsi arasındakı ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə onların arasında 23 yanvar 2025-ci il tarixdə üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları Zərərçəkmiş şəxs Temymur oğlunun üzünə qarşı söyləmiş və sandığına təkrarən qanunsuz daxil olub hisssə-hissə olmaqla ümumilikdə 5.600 manat pul oğurladığını bildirmişdir. O cümlədən Zərərçəkmiş şəxs Temymur oğlu isə ifadəsində göstərdiyi xüsusatları yenidən təsdiq edərək şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı söyləmiş və ona məxsus sandıqdan 2024-cü ilin iyun ayında 5.000 manat pulun, 2024-cü ilin oktyabr ayında isə 7.000 manat pulun oğurladığını bildirmişdir. (Bax: İş vərəqə: 86-87) İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsinin həqiqiliyini yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə 01 mart 2025-ci il tarixdə Tərtər rayonu Seydimli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində ifadənin yerində yoxlanması istintaq hərəkəti aparılmışdır. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ifadəsi ilə ifadənin yerində yoxlanması istintaq hərəkəti zamanı göstərdiyi xüsusatlar arasında hər hansı ziddiyyət müəyyən edilməmiş və sonuncu təqdim etdiyi qayçı ilə sandığın rəzəsini çıxarıb pulu oğurlamasını göstərmişdir. Bununla bağlı protokol tərtib olunmuş, fotoşəkillər çəkilmiş və istintaq hərəkətinin gedişinə dair tərtib edilmiş sənədlər cinayət işinə əlavə edilmişdir. (Bax: İş vərəqə: 197-199) İş materiallarından görünür ki, iş üzrə 01 mart 2025-ci tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qayçıya keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, bir ədəd qayçı boz rənglidir, istifadəyə yararlı vəziyyətdədir, üzərində “Zinger Germany” yazıları həkk edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin qayçını təqdim edərək bildirmişdir ki, həmin qayçı ilə Zərərçəkmiş şəxs məxsus sandığın rəzəsini açmış, hissə-hissə olmaqla ümumilkdə 5600 manat pulu oğurlamış və Elçin Məmmədovu sevdiyi üçün oğurladığı pulları sonuncuya vermişdir. Həmin bir ədəd qayçı iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi götürülmüş, fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir.(Bax: İş vərəqə: 200-203) Cinayət işinin materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 yanvar 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (Bax: İş vərəqə: 59) Cinayət işinin materiallarına əlavə edilmiş “Tərtər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 06 fevral 2025-ci il tarixli 18-1-75/2-142/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında olmamışdır. (Bax: İş vərəqə: 167) İş materiallarına əlavə edilmiş Tərtər rayon İHB-nın Həsənqaya kənd İƏDÜ nümayəndəliyinin 07 mart 2025-ci il tarixli 18 nömrəli arayışından görünür ki, Həsənzadə X4 rayonu Həsənqaya kəndində yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. (Bax: İş vərəqə: 205-207) İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qayçı cinayət işinin istintaq materialları ilə uyğunluq təşkil etdiyindən maddi sübut qismində tanınmış və saxlanması üçün Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. (Bax: İş vərəqə: 211-222) İş materiallarından görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd dəftər cinayət işinin istintaq materialları ilə uyğunluq təşkil etdiyindən maddi sübut qismində tanınmış və saxlanması üçün Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. (Bax: İş vərəqə: 211-222) İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 23 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində, 25 yanvar 2025-cü il tarixdə təqsirləndirilən şəxs qismində və 14 mart 2025-cü il tarixdə cinayət işinin materialları ilə tanış olarkən özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində təqsirli bildiyini, lakin həmin Məcəllənin 177.2.4-cü maddəsi ilə özünü təqsirli bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar vəsatət kimi qəbul edilmiş, əsassız və qanunsuz olub özünü müdafiə xarakteri daşıdığından 25 yanvar 2025-ci il tarixli və 14 mart 2025-ci il tarixli qəralar ilə rədd edilmişdir. (Bax: İş vərəqə: 141-142; 228-229) İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, təqsirləndirilən şəxsin həbs edilməsini istəmir, ona olan borcunu ödəməsi üçün şərait yaradılmasını xahiş etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarıni, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2024-cü ilin iyun ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda qeyri-rəsmi ailə həyatı qurduğu Seymur Mirzəyevlə və sonuncunun ailə üzvləri ilə birlikdə yaşadığı Tərtər rayon Seydimli kəndində yerləşən fərdi yaşayış evində qayınatası Zərərçəkmiş şəxs yataq otağında olan sandığın rəzəsini üzərində “Zinger Germany” yazısı olan boz rəngli dəmir qayçı ilə açıb saxlanc yeri hesab edilən sandığa qanunsuz daxil olaraq sonuncuya məxsus 5000 (beş min) manat məbləğində pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2024-cü ilin oktyabr ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda qeyri-rəsmi ailə həyatı qurduğu Seymur Mirzəyevlə və sonuncunun ailə üzvləri ilə birlikdə yaşadığı Tərtər rayon Seydimli kəndində yerləşən fərdi yaşayış evində qayınatası Zərərçəkmiş şəxs yataq otağında olan sandığın rəzəsini üzərində “Zinger Germany” yazısı olan boz rəngli dəmir qayçı ilə açıb saxlanc yeri hesab edilən sandığa qanunsuz daxil olaraq sonuncuya məxsus 7000 (yeddi min) manat məbləğində pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs 7000 (yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi və onun əməllərində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, öznün etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2024-cü ilin iyun ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda qeyri-rəsmi ailə həyatı qurduğu Seymur Mirzəyevlə və sonuncunun ailə üzvləri ilə birlikdə yaşadığı Tərtər rayon Seydimli kəndində yerləşən fərdi yaşayış evində qayınatası Zərərçəkmiş şəxs yataq otağında olan sandığın rəzəsini üzərində “Zinger Germany” yazısı olan boz rəngli dəmir qayçı ilə açıb saxlanc yeri hesab edilən sandığa qanunsuz daxil olaraq sonuncuya məxsus 5000 (beş min) manat məbləğində pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2024-cü ilin oktyabr ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda qeyri-rəsmi ailə həyatı qurduğu Seymur Mirzəyevlə və sonuncunun ailə üzvləri ilə birlikdə yaşadığı Tərtər rayon Seydimli kəndində yerləşən fərdi yaşayış evində qayınatası Zərərçəkmiş şəxs yataq otağında olan sandığın rəzəsini üzərində “Zinger Germany” yazısı olan boz rəngli dəmir qayçı ilə açıb saxlanc yeri hesab edilən sandığa qanunsuz daxil olaraq sonuncuya məxsus 7000 (yeddi min) manat məbləğində pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs 7000 (yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CMin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri tövsif olunmalıdır. Aərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını qanunsuz daxil olmaqla, təkrarən gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsaslanaraq, təqsirini qismən etiraf edərək səmimi peşmanlıq keçirməsini, zərərçəkmiş şəxsin onu həbs edlməsəni tələb etmədiyini, zərərin ödənilməsi üçün şərait yaradılmasını xahiş etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Eləcə də məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin törədilməsində roluna, o cümlədən cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,Tərtər rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə istintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qayçı cinayət işinin istintaq materialları ilə uyğunluq təşkil etdiyindən maddi sübut qismində tanınmış və saxlanması üçün Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan bir ədə qayçı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə istintaq zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd dəftər cinayət işinin istintaq materialları ilə uyğunluq təşkil etdiyindən maddi sübut qismində tanınmış və saxlanması üçün Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan bir ədəd dəftər hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 ( altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 23 yanvar 2025-ci il tarixdən - 25 yanvar 2025-ci il tarixə qədər saxlnıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzası növündə cəzanın 2 (iki) gününə bərabər tutulmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Tərtər rayonunun hüdudlarını tərk etməmək, Tərtər rayonunda yerləşən yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan bir ədəd qayçı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan bir ədəd dəftər hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə Zərərçəkmiş şəxs Temur oğluna mülki qaydada iddia qaldırmaq hüquqları izah olunsun. Hökmün icrası Tərtər rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №1(061)-30/2025
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-30/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver