Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-31/2025 21.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər rayon Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Tərtər rayonunun Mamırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Tərtər rayonunun Mamırlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 29 may 2021-ci il tarixdə 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətlərinə daxil olmuş, həmin gün istintaqa dəqiq məlum olmayan saatda yaşadığı Tərtər rayonu Mamırlı kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olaraq 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qeyri-rəsmi olaraq onun arvadıdır. Nərmin xx.xx.2006-cı il təvəllüdlüdür, onunla xx.xx.2021-ci il tarixdə qeyri-rəsmi şəkildə ailə həyatı qurmuşdur. Nərminlə Bərdə rayonunda yaşayan bibisi Şərafət Bağırovanın vasitəsilə tanış olmuşdur. xx.xx.2021-ci il tarixdə Nərmin ilə ailə üzvlərinin iştirakı ilə nişan mərasimi olmuş, COVİD-19 pandemiyası olduğundan onlar böyük məclis təşkil etməmişlər. Nərmin ilə nişanlandıqdan sonra sonuncunun nikah yaşının tamam olmasını gözləmək istəmiş, lakin anasının səhətində olan problemlərə görə ailə qurmaq qərarına gəlmiş və xx.xx.2021-ci il tarixdə COVİD-19 pandemiyası ilə bağlı toy mərasimi təşkil etmədən qeyrirəsmi şəkildə ailə qurmuşdur. Həmin gün Nərmin onun evinə gəlin köçmüş və birlikdə yaşamağa başlamışdır. Nərminlə ilk dəfə xx.xx.2021-ci il tarixdə toyu olan günün gecəsi Tərtər rayonu Mamırlı kəndində yaşadıqları evin yataq otağında könüllü olaraq təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin gündən aralarında bir neçə dəfə cinsi əlaqə olmuşdur. Nərminlə ailə qurarkən və cinsi əlaqədə olarkən sonuncunun 16 yaşına çatmadığını bilmişdir. Təxminən iki həftə sonra bununla bağlı Tərtər RPŞ-də araşdırma başlanmışdır. 2021-ci ilin avqust ayında isə pul qazanmaq məqsədilə Özbəkistan Respublikasının Daşkənd şəhərinə getmişdir. Cinayət işi üzrə barəsində həbs qətimkanı seçilməklə axtarış verildiyindən xx.xx.2024-cü il tarixdə Özbəkistan Respublikasının Daşkənd şəhərində saxlanılaraq həbs edilmiş və xx.xx.2025-ci il tarixdə Bakı şəhərinə, xx.xx.2025-ci il tarixdə isə Gəncə şəhərinə gətirilmişdir. Nərminlə ər-arvad olaraq yaşamaq, bir ailə olmaq niyyətindədir və bir ailə kimi həmişə onun qayğısına qalacaqdır. Nərminin ona qarşı heç bir şikayət və tələbi yoxdur. On altı yaşına çatmayanla ailə qurmaqla cinayət qanunun tələblərini pozduğu üçün əməlindən peşimandır. Təqsirləndirilən şəxs ona ittiham elan olunan cinayət əməlinin törədilməsində təqsiri özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işin digər materalları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, özü xx.xx.2006-cı il təvəllüdlüdür. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə qeyri-rəsmi şəkildə ailə həyatı qurmuşdur. Elməddinlə Bərdə rayonunda yaşayan Elməddinin bibisi Şərafət Bağırovanın vasitəsilə tanış olmuşdur. xx.xx.2021-ci il tarixdə Elməddinlə ailə üzvlərinin iştirakı ilə nişan mərasimi olmuş, COVİD-19 pandemiyası olduğundan onlar böyük məclis təşkil etməmişlər. Nişanlandıqdan sonra onun nikah yaşının tamam olmasını gözləmək istəsələr də, Elməddinin anasının səhətində olan problemlərə görə ailə qurmaq qərarına gəlmiş və xx.xx.2021-ci il tarixdə COVİD-19 pandemiyası ilə bağlı toy mərasimi təşkil etmədən qeyrirəsmi şəkildə ailə qurmuşlar. Həmin gün Elməddingilin evinə gəlin köçmüş və birlikdə yaşamağa başlamışlar. Elməddinlə ilk dəfə xx.xx.2021-ci il tarixdə toyu olan günün gecəsi Tərtər rayonu Mamırlı kəndində Elməddinin yaşadıqları evin yataq otağında könüllü olaraq təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin gündən aralarında bir neçə dəfə cinsi əlaqə olmuşdur. Ailə qurduqdan təxminən iki həftə sonra bununla bağlı Tərtər RPŞ-də araşdırma başlanmışdır. Elməddin 2021-ci ilin avqust ayında isə pul qazanmaq məqsədilə Özbəkistan Respublikasının Daşkənd şəhərinə getmişdir. Cinayət işi üzrə barəsində həbs qətimkanı seçilməklə axtarış verildiyindən xx.xx.2024-cü il tarixdə Özbəkistan Respublikasının Daşkənd şəhərində saxlanılaraq bu ilin yazında Azərbaycana gətirilmişdir. Elməddin hazırda həbsdə olduğu üçün bəzən qaynanasının, bəzən də öz anasının yanında qalır. Elməddinlə ər-arvad olaraq yaşamaq, bir ailə olmaq niyyətindədir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. qurmuşdur. X5 rayonunda yaşayan bibisi Şərafət Bağırovanın vasitəsilə tanış olmuşdur. xx.xx.2021-ci il tarixdə Elməddinlə Nərminin nişan mərasimi olmuş, COVİD-19 pandemiyası olduğundan böyük məclis təşkil etməmişlər. Nişanlandıqdan sonra Elməddin Nərminin nikah yaşının tamam olmasını gözləmək istəsə də, onun özünün səhətində olan problemlərə görə ailə qurmaq qərarına gəlmiş və Nərminlə xx.xx.2021-ci il tarixdə COVİD-19 pandemiyası ilə bağlı toy mərasimi təşkil etmədən qeyri-rəsmi şəkildə ailə qurmuşdur. Həmin gün Nərmin onların evinə gəlin köçmüş və Elməddinlə birlikdə yaşamağa başlamışlar. Elməddin Nərminlə ilk dəfə xx.xx.2021-ci il tarixdə toyu olan günün gecəsi Tərtər rayonu Mamırlı kəndində yaşadıqları evin yataq otağında könüllü olaraq təbii yolla cinsi əlaqədə olmuşdur. Sonra bir müddətə ər-arvad kimi yaşamışlar. Elməddin ailə qurduqdan təxminən iki həftə sonra bununla bağlı Tərtər RPŞ-də araşdırma başlanmışdır. Elməddin 2021-ci ilin avqust ayında isə pul qazanmaq məqsədilə Özbəkistan Respublikasının Daşkənd şəhərinə getmişdir. Cinayət işi üzrə Elməddinin barəsində həbs qətimkanı seçilməklə axtarış verildiyindən xx.xx.2024-cü il tarixdə Özbəkistan Respublikasının Daşkənd şəhərində saxlanılaraq bu ilin yazında Azərbaycana gətirilmişdir. Elməddin hazırda həbsdə olduğu üçün Nərmin bəzən onun, bəzən də öz anasının yanında qalır. Elməddinlə Nərmin ər-arvad olaraq yaşamaq, bir ailə olmaq niyyətindədirlər. Nuranənin Elməddinə qarşı qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızı, Təqsirləndirilən şəxs isə kürəkənidir. X5 rayonunda yaşayan bibisi Şərafət Bağırovanın vasitəsilə tanış olmuşlar. Onların xx.xx.2021-ci il tarixdə nişan mərasimi olmuş, 05.2021-ci il tarixdə isə COVİD-19 pandemiyası ilə bağlı toy mərasimi təşkil etmədən qeyri-rəsmi şəkildə ailə qurmuşlar. Həmin gün Nərmin Elməddingilin evinə gəlin köçmüş və birlikdə ər-arvad kimi yaşamağa başlamışlar. Elməddinlə Nərmin ailə qurduqdan təxminən iki həftə sonra bununla bağlı Tərtər RPŞ-də araşdırma başlanmışdır. Elməddin 2021-ci ilin avqust ayında işləmək məqsədi ilə Özbəkistan Respublikasının Daşkənd şəhərinə getmişdir. Cinayət işi üzrə Elməddinin barəsində həbs qətimkanı seçilməklə axtarış verildiyindən xx.xx.2024-cü il tarixdə Özbəkistan Respublikasının Daşkənd şəhərində saxlanılaraq bu ilin yazında Azərbaycana gətirilmişdir. Elməddin hazırda həbsdə olduğu üçün Nərmin bəzən onun, bəzən də qaynanasını yanında qalır. Elməddinlə Nərmin bundan sonra da ər-arvad olaraq yaşamaq, bir ailə olmaq niyyətindədirlər. Nuranənin Elməddinə qarşı qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan AA ******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2006-cı il təvəllüdlüdür. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 203 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertiza zamanı onun bədəni üzərinə hər hansı bir xəsarət aşkar edilməmiş, qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti 2 həftədən çoxdur, arxa keçəcək dəliyində qeyri-təbii yolla cinsi əlaqəyə aid hər hansı bir əlamət aşkar edilməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan “həbs qətimkan tədbirinin seçilməsi haqqında” Özbəkstan Respublikasının Furqat Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan “həbsdə saxlama müddətinin uzadılması haqqında” Özbəkstan Respublikasının Yaşnobad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan “Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təfhvil verilməsi haqqında” Özbəkstan Respublikasının Baş Prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün təhvil verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti təmin edilmişdir. Cinayət işində olan “həbs qətimkan tədbirinin seçilməsi haqqında” Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 gün həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan “həbsdə saxlama müddətinin uzadılması haqqında” Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan Tərtər RİH-nin Mamırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə kənd əhalisinin hörmətini qazanmış, kənd ərazisində keçirilən təddbirlərdə yaxından iştirak etmiş, barəsində nümayəndəliyə heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işində olan Zərərçəkmiş şəxs tərəfində ibtidai istintaq orqanına təqdim edilmiş xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizədən, məhkəməyə ünvanlanmı xx.xx.2025-ci il tarixli teleqramdan və bilavasitə məhkəmə iclasında məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə və işin yuxarıda adı çəkilən materallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetrilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə tövsüf edilmişdir. Məhkəmə də onun əməlini Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə tövsüf edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxslə barşıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan diqqətəlayiq hallarına əsaslanaraq, "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamından irəli gələrək cəza təyini zamanı cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzaların və şərti məhkum etmə inistitutunun daha geniş tətbiq edilməsi barədə tövsiyyələri rəhbər tutaraq və Təqsirləndirilən şəxs ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında alternativ cəzanin nəzərdə tutulmamasını, həmin maddənin canksiyasında yalnız üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulmasını nəzərə alaraq hesab edir ki, bütün bunlar Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edilməsinin məqsədəmüvafiqliyini zəruri edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanı şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti hayat keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalından dərhal azad edilməli, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə təqsirli bilinib, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilsin. Üzərində 01 il sınaq müddəti müəyyən edilməklə, ona təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti hayat keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə iclas zalından dərhal azad edilsin, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №1(061)-31/2025
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-31/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver