Məhkəmə qərarları › İş №1(061)-32/2025

Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-32/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-32/2025 23.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Vəkil Bürosunun vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Tərtər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən 01 ədəd yivli, odlu və avtomatik, ********* nömrəli “Kalaşnikov” (AK-103) markalı avtomat silahı qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamış, 31 yanvar 2025-ci il tarixdə saat 19 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silahın əldə edilməsində, saxlanmasında və daşınmasında şübhəli bilindiyi üçün Tərtər şəhəri, V.Orucov küçəsində saxlanılaraq ünvan 2 ünvanında baxış və götürmə aparılarkən 01 ədəd yivli, odlu və avtomatik, ********* nömrəli “Kalaşnikov” (AK-103) markalı avtomat silahı evin zirzəmisində olan sobanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, evdə oturduğu yerdə polislər gəlib onu aparmışlar. Silah ona məxsus deyil, yükləmədir. Polis şöbəsində 3-4 saat gözlədikdən sonra hardansa silahı gətirmişlər. Sonra evə baxış keçirilməsi üçün onu evə aparıb maşında gözlətmişlər. Əvvəlcə polislər maşından düşüb silahı dəhlizə qoyduqdan sonra onu maşından düşürüb baxış keçirtmişlər. Evin dəhlizinə baxış keçirilsə də, zirzəmiyə baxış keçirtməmişlər. Polis şöbəsində olarkən rəis müavini Azər Dosiyev ona “ya silahı üstünə götür, ya da banditizmə zəng edəcəm” dediyi, həm də buraxmağa söz verdikləri üçün polislərlə razılaşıb silahın ona məxsus olduğunu demişdir. Baxış zamanı bu barədə vəkilə heç nə deməmişdir. Barəsində ittiham hökmü çıxarılarsa maddənin sanksiyasında nəzərdə tutulan alternativ cəza olan azadlığın məhdudlaşdırılması cəzasının verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 15-20 gün əvvəl dəmir parçaları yığıb satmaq üçün Tərtər rayonu Həsənqaya kəndinə getmişdir. Həsənqaya kəndində boş sahəlik ərazidən 1 ədəd “Kalaşnikov” (AK 103) markalı ********* nömrəli avtomat silahı tapıb götürmüşdür. Həmin silahı yaşadığı evə aparmış və evin zirzəmisində sobanın içərisində gizlətmişdir. Gizlətdiyi həmin silahı Tərtər RPŞ-nin əməkdaşlarına təhvil vermək istəyirmiş, lakin qorxduğu üçün təhvil verməmişdir. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Tərtər şəhəri, Vəzir Orucov küçəsində piyada hərəkətdə olan zaman Vəzir Orucov küçəsində yerləşən boş həyətyani sahədən bir ədəd kağız bükümdə olan psixotrop maddə olan metamfetamin tapmışdır. Həmin tapdığı metamfetamini istifadə etmək üçün əynində olan şalvarın sol yan cibinə qoymuşdur. Həmin gün saat 18 radələrində Vəzir Orucov küçəsində hərəkətdə olan zaman Tərtər RPŞ-nin əməkdaşları ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər üzərində narkotik vasitə və psixotrop maddə, həmçinin yaşadığı evdə odlu silah saxlamağında şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində şübhəli şəxs qismində saxlanmış, hüquqlarının qorunması üçün vəkil siyahısından seçdiyi vəkil təyin edilmiş. Bundan sonra polis şöbəsinin inzibati binasında Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 1 ədəd kağız bükümdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş metamfetamin bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 0,19 qram olması müəyyən edilmişdir. Bundan sonra onun razılığı ilə yaşadığı evə Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilən zaman yaşadığı evin zirzəmisindən gizlətdiyi 1 ədəd “Kalaşnikov” (AK 103) markalı ********* nömrəli avtomat silahı aşkar olaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, üzərində aşkar olunmuş psixotrop maddə olan metamfetamini istifadə etmək məqsədilə üzərində saxlamış, əvvəllərdə narkotik vasitə və psixotrop maddələrdən istifadə etmiş, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamış, polis şöbəsində ona heç bir zorakılıq edilməmiş, fərdi yaşayış evinin zirzəmisindən aşkar olunmuş “Kolaşnikov” (AK 103) markalı ********* nömrəli avtomat silahını təxminən 15-20 gün bundan əvvəl Tərtər rayon Həsənqaya kəndindən boş sahədən tapmış, həmin avtomat silahını Tərtər RPŞ-nin əməkdaşlarına təhvil vermək istəyirmiş, lakin qorxduğu üçün təhvil verməmişdir və törətdiyi əməldən peşimandır. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri onun məhkəmə istintaqı zamanı elan olunmuş iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materalları ilə tam sübüta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində bildirmişdir ki, Tərtər RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs Tərtər rayonu ərazisində psixotrop maddə qəbul etməsi, üzərində qanunsuz olaraq psixotrop maddə saxlaması və daşıması, həmçinin odlu silahın saxlaması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədilə xx.xx.2025-ci il tarixdə tərəfindən əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar qəbul edilmiş, Tərtər RPŞ-nin CAB-nin əməliyyat müvvəkili Şahid4, Tərtər RPŞ-nin CAB-nin baş əməliyyat müvvəkili Şahid1 və Tərtər RPŞ-nin NMQ-nun əməliyyat müvvəkili Şahid2 ilə birlikdə həmin gün saat 18 radələrində əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs Tərtər şəhəri, V.Orucov küçəsində saxlayaraq Tərtər rayon Polis Şöbəsinə gətirmişlər. Şöbədə Müdafiəçi və onların iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə psixotrop maddə hesab edilən metamfetminə bənzər kütlə aşkar edilmiş, elektron tərəzidə çəkilərək kağız büküm ilə birlikdə ümumi çəkisi 0,19 qram müəyyən olunaraq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalamışdır. Bundan sonra Müdafiəçi, təhqiqatçı Yusif Yusiflinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs məxsus Tərtər şəhəri, V.Orucov küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zaman evin zirzəmisində yerləşən sobanın içərisindən ********* nömrəli “Kalaşnikov” (AK-103) markalı avtomat silahı aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin metamfetamin olduğunu, həmin günü Vəzir Orucov küçəsində yerləşən boş həyətyani sahədən bir ədəd kağız bükümdə tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını, həmçinin yaşadığı fərdi yaşayış evinin zirzəmisindən aşkar olunmuş “Kolaşnikov” (AK 103) markalı ********* nömrəli avtomat silahını təxminən 15-20 gün əvvəl Tərtər rayon Həsənqaya kəndində boş sahədən tapdığını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Tərtər rayon Polis Şöbəsinin digər əməkdaşları Şahid1 və Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işində olan şəxsi axtarış və götürmə barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Tərtər rayon Polis Şöbəsinin inzibati binasında Tərtər RPŞ-nin TBnin təhqiqatçısı Yusif Yusiflinin, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid4, Tərtər RPŞ-nin NMQ-nun əməliyyat müvvəkili Şahid2, Müdafiəçi iştirakı ilə hazırkı təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən bir ədəd kağız büküm, həmin bükümün içərisindən psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və psixotrop maddə olan metamfetaminə bənzər kütlənin bükümlə birlikdə çəkisi 0,19 qram olması müəyyən edilmişdir. Həmin aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün 01 ədəd zərfdə qablaşdırılaraq möhrlənib götürülmüşdür. Cinayət işində olan “baxışın keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Tərtər RPŞ-nin TB-nin təhqiqatçısı Yusif Yusiflinin, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid4, Tərtər RPŞ-nin NMQ-nun əməliyyat müvvəkili Şahid2, Müdafiəçi və hazırkı təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus Tərtər şəhəri, V.Orucov küçəsi, ev 07-də yerləşən fərdi yaşayış evinə baxış aparılmış, evin zirzəmisində olan sobanın içərisindən 01 ədəd “Kolaşnikov” (AK 103) markalı ********* nömrəli avtomat silahı aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Cinayət işində olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli, 25/105 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd ********* №-li silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı AK-103 modelli avtomatdır, odlu, yivli silahdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Cinayət işində olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Kolaşnikov” (AK 103) markalı ********* nömrəli avtomat silah cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsində görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan mməhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Prezidentinin xx.xx.2015ci il tarixli Əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş; Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 29 gün hissəsindən şərti olaraq vaxtından azad edilmiş; Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci ildə ccəzasının sonu ilə azad edilmiş; Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 24 gün hissəsindən şərti olaraq vaxtından azad edilmiş və xx.xx.2024-cü ildə cəza müddəti başa çatmışdır. Cinayət işində olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işində olan Tərtər Rayon Məhkəməsinin 4(061)-10/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Tərtər RİHB-nın Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi S.Həsənov tərəfindən verilmiş xasiyyətnamədən və xx.xx.2025-ci il tarixli 371 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağı vardır və onun barəsində Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs verdiyi xx.xx.2025-ci il tarixli izahatından, müdafiəçisinin iştirakı ilə həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirilməsinə dair xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli protokollardan görünür ki, o, yaşadığı fərdi yaşayış evinin zirzəmisindən aşkar olunmuş “Kolaşnikov” (AK 103) markalı ********* nömrəli avtomat silahın ona məxsus olduğunu və təxminən 15-20 gün əvvəl Tərtər rayon Həsənqaya kəndində boş sahədən tapdığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun həmin ifadəsi özünümüdafiə məqsədi daşıyır və cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilən müdafiəçinin iştirakı ilə keçirilmiş “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi xx.xx.2025-ci il tarixli izahatı, müdafiəçisinin iştirakı ilə həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirilməsinə dair xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli protokollar, Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli, 25/105 nömrəli ekspert rəyi, eləcə də şahidlərin ifadələri ilə birmənalı şəkildə təkzib olunmuşdur. Beləliklə, məhkəmə təqsirləmdirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə, şahidlərin ifadələrinə, cinayət işində olan müdafiəçinin iştirakı ilə keçirilmiş “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi xx.xx.2025-ci il tarixli izahatına, həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilməsinə dair xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli protokollara, Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli, 25/105 nömrəli ekspert rəyinə və işin digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetrilmişdir. Onun əməli istintaq orqanı tərəfəindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət əməli törətməyə görə dörd dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, yenidən qəsdən hazırki Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsini onun cinayətə meyilli şəxs olmasına dəlalət etməklə şəxsiyyətini səciyələndirir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3, 83.3.3-cü maddələinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən və cəza müddəti xx.xx.2024-cü ildə bitdiyindən və hazırkı cinayət əməlini xx.xx.2025-ci ildə törətdiyindən onun məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə məhkum olunmuş şəxs olduğundan və məhkumluğu götürülməmiş və ya ödənilməmiş yenidən qəsdən hazırkı cinayət əməlini törətdiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, əməlində cinayətlərin residivinin olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması nəzərə alınaraq, ona mümkün qədər aşağı həddə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə görə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azəbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətlərə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən Azərbaycan Respublilası CMnin 56.1.3-cü maddəsinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Tərtər rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evindən götürülmüş 01 ədəd “Kolaşnikov” (AK 103) markalı ********* nömrəli avtomat silah Azərbaycan Respublikası DİN-yə təhvil verilməlidir. Məhkəmə iş üzrə keçrilmiş məhkəmə-kimyəvi ekspertizasının dəyərinin ödənilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, həmin ekspertizanın keçirildiyi xüsusatlar üzrə cinayət əməlinin tərkib əlaməti mövcud olmadığından və həmin xüsusatlar üzrə Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən ittiham verilmədiyindən ekspertiza xərci dövlət hesabına aid edilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respubikası CPMnin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay müddətə azadlqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Tərtər rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evindən götürülmüş 01 ədəd “Kolaşnikov” (AK 103) markalı ********* nömrəli avtomat silah Azərbaycan Respublikası DİN-yə təhvil verilsin. İş üzrə keçrilmiş məhkəmə-kimyəvi ekspertizasının dəyərinə görə ödənilməli olan ekspertiza xərci dövlət hesabına aid edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs hökmü aldığı gündən) 20 gün müddətində Tərtər Rayon Məhkəməsi və ya həbsdə saxalama yerinin müdriyyəti vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM : TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar