Məhkəmə qərarları › İş №1(061)-35/2025

Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-35/2025

08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-35/2025 08.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X5 oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlə ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs oğlu tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “Tiktok” sosial şəbəkəsində açdığı "xxxx" MMC adlı profildə tanış olduğu Zərərçəkmiş şəxs1 özünü ev tikintisi ilə məşğul olan geniş əlaqələrə malik şəxs və inşaat şirkətinin sahibi Emin Qurbanov adlı şəxs kimi tanıdaraq sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 34000 (otuz dörd min) manat pul müqabilində Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən torpaq sahəsində ev tikib təhvil verəcəyini yalan vəd verib aldadaraq vahid niyyətlə Zərərçəkmiş şəxs1 09 iyun 2023-cü il tarixdə özünə məxsus “Kapital Banka” aid 4169-7388-7891-2660 nömrəli kart hesabına Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən “Oba market” mağazasındakı “e-Manat” ödəmə terminalı vasitəsi ilə 3467 (üç min dörd yüz altmış yeddi) manat, 19 iyun 2023-cü il tarixdə həmin kart hesabına Xəzər rayonu Binə qəsəbəsi ərazisində yerləşən “Al market” mağazasındakı “e-Manat” ödəmə terminalı vasitəsi ilə 2000 (iki min) manat göndərtdirməklə sonuncunun ümumilikdə 5467 (beş min dörd yüz altmış yeddi) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs1 5467 (beş min dörd yüz altmış yeddi) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “Tiktok” sosial şəbəkəsində açdığı "xxxx" MMC adlı profildə tanış olduğu Zərərçəkmiş şəxs2 özünü ev tikintisi ilə məşğul olan geniş əlaqələrə malik şəxs və inşaat şirkətinin sahibi Emin Qurbanov adlı şəxs kimi tanıdaraq sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 19057 (on doqquz min əlli yeddi) manat pul müqabilində Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsində 0.023 ha torpaq sahəsində, 106 kvadrat metr ev tikib təhvil verəcəyini yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 vahid niyyətlə 07 iyul 2023-cü il tarixdə özünə məxsus “Kapital Banka” aid 4169-7388-7891-2660 nömrəli kart hesabına Sabunçu rayonu, Zabrat qəsəbəsi ərəzisində yerləşən mağazadakı “e-Manat” ödəmə terminalı vasitəsi ilə 5797 (beş min yeddi yüz doxsan yeddi) manat göndərtdirməklə, 10 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi, Babək küçəsi 23 nömrəli evdə 12000 (on iki min) manat pulunu əlbə-əl almaqla, 2024-cü ilin iyul ayının sonuna kimi hissə-hissə olmaqla “Birbank” mobil tətbiqi vasitəsi ilə 4169-7388-7891-2660 nömrəli kart hesabına 1260 (bir min iki yüz altmış) manat göndərtdirməklə sonuncunun ümumilikdə 19057 (on doqquz min əlli yeddi) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs2 19057 (on doqquz min əlli yeddi) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “Tiktok” sosial şəbəkəsində açdığı "xxxx"MMC adlı profildə tanış olduğu Zərərçəkmiş şəxs4 özünü ev tikintisi ilə məşğul olan geniş əlaqələrə malik şəxs və inşaat şirkətinin sahibi Emin Qurbanov adlı şəxs kimi tanıdaraq sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs4 60000 (altmış min) manat pul müqabilində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində 0,02 ha torpaq sahəsində 03 otaqlı ev tikib təhvil verəcəyini yalan vəd verib aldadaraq guya ilkin ödəniş kimi Zərərçəkmiş şəxs4 vahid niyyətlə 01 avqust 2023-cü il tarixdə özünə məxsus “Kapital Banka” aid 4169-7388-7891-2660 nömrəli kart hesabına Bakı şəhəri, Xətai rayonu ərazisində “Uluxanlı” marketdə yerləşən mağazadakı “e-MANAT” ödəmə terminalı vasitəsi ilə 5000 (beş min) manat, 11 avqust 2023-cü il tarixdə 500 (beş yüz) manat, 15 avqust 2023-cü il tarixdə 1000 (bir min) manat, 05 sentyabr 2023-cü il tarixdə 1500 (bir min beş yüz) manat göndərtdirməklə sonuncunun ümumlikdə 8000 (səkkiz min) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs4 8000 (səkkiz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “Tiktok” sosial şəbəkəsində açdığı "xxxx" MMC adlı profildə tanış olduğu Zərərçəkmiş şəxs3 Fəxrəddin qızına özünü ev tikintisi ilə məşğul olan geniş əlaqələrə malik şəxs və inşaat şirkətinin sahibi Emin Qurbanov adlı şəxs kimi tanıdaraq sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs3 60000 (altmış min) manat pul müqabilində Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi ərazisində 0.02 ha torpaq sahəsinə sonuncunun adına çıxarış alınacağını və həmin torpaq sahəsində güzəştli qaydada fərdi ev inşa edib təhvil verəcəyini yalan verib aldadaraq Zərərçəkmiş şəxs3 vahid niyyətlə özünə məxsus “Kapital Banka” aid 4169- 7388-7891-2660 nömrəli kart hesabına 20 avqust 2023-cü il tarixdən 11 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 12500 (on iki min beş yüz) manat pul vəsaitini göndərtdirməklə həmin pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs3 Fəxrəddin qızına 12500 (on iki min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “Tiktok” sosial şəbəkəsində açdığı "xxxx" MMC adlı profildə tanış olduğu Zərərçəkmiş şəxs6 özünü ev tikintisi ilə məşğul olan geniş əlaqələrə malik şəxs və inşaat şirkətinin sahibi Emin Qurbanov adlı şəxs kimi tanıdaraq sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs6 7300 (yeddim min üç yüz) manat pul müqabilində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində 0.03 ha torpaq sahəsi alacağını və adına çıxarış veriləcəyini yalan vəd verib aldadaraq sonuncuya vahid niyyətlə özünə məxsus “Kapital Banka” aid 4169-7388-7891-2660 nömrəli kart hesabına 11 yanvar 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən «SPAR» marketdə olan «MilliÖn» ödəmə terminalı vasitəsi ilə vahid niyyətlə əvvəlcə 3000 (üç min) manat, daha sonra elə həmin tarixdə eyni «MilliÖn» ödəmə terminalı vasitəsi ilə 4300 (dörd min üç yüz) manat olmaqla, ümumilikdə 7300 (yeddi min üç yüz) manat pulu göndərtdirib dələduzluq yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs6 7300 (yeddi min üç yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz tanışları Şahid1 və Şahid2 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs5 özünü ev tikintisi ilə məşğul olan geniş əlaqələrə malik şəxs və "xxxx" MMC şirkətinin sahibi Emin Qurbanov adlı şəxs kimi tanıdaraq sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs5 60000 (altmış min) manat pul müqabilində, ilkin ödəniş 30000 (otuz min) manat, yerdə qalan hissəsini 05 il müddətində, hər ay 500 (beş yüz) manat ödəmək şərti ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində 0.03 ha torpaq sahəsinin içərisində adına çıxarış almaq şərti ilə fərdi yaşayış evi tikib təhvil verəcəyini yalan vəd verib aldadaraq sonuncuya vahid niyyətlə özünə məxsus “Kapital Banka” aid 4169-7388-7891-2660 nömrəli kart hesabına 24 mart 2024-cü il tarixdə Tərtər rayonu, Elman Hüseynov küçəsindəki mağazada yerləşən “MilliÖN” ödəmə terminalı vasitəsi ilə 1500 (bir min beş yüz) manat, 27 mart 2024-cü il tarixdə eyni “MilliÖN” ödəmə terminalı vasitəsi ilə 14000 (on dörd min) manat, 31 mart 2024-cü il tarixdə eyni “MilliÖN” ödəmə terminalı vasitəsi 2800 (iki min səkkiz yüz) manat, 01 aprel 2024-cü il tarixdə eyni “MilliÖN” ödəmə terminalı vasitəsi ilə 2200 (iki min iki yüz) manat göndərtdirərək, həmçinin 01 may 2024-cü il tarixdə eyni “MilliÖN” ödəmə terminalı vasitəsi ilə tam nömrəsi istintaqa məlum olmayan, özünə məxsus “Kapital Banka” aid 416973******4453 nömrəli kart hesabına 300 (üç yüz) manat, 13 may 2024-cü il tarixdə eyni “MilliÖN” ödəmə terminalı vasitəsi ilə həmin 416973******4453 nömrəli kart hesabına 200 (iki yüz) manat, 01 iyul 2024-cü il tarixdə eyni “MilliÖN” ödəmə terminalı vasitəsi ilə tam nömrəsi istintaqa məlum olmayan “Kapital Banka” aid özünə məxsus 416973******5498 nömrəli kart hesabına 1500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə 22500 (iyirmi iki min beş yüz) manat pul vəsaitini göndərtdirib həmin pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs5 22500 (iyirmi iki min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ittiham aktında göstərilən cinayət əməllərini törətmişdir. Həmin əməlləri törətməsini inkar etmir. Lakin, özünü ittiham üzrə qismən təqsirli bilir. Belə ki, özü üçün "xxxx" MMC adı ilə hesab açıb “Tik Tok” sosial şəbəkəsində yerləşdirərək Emin Qurbanov adı və ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələri ilə qeydiyyatdan keçib elan yerləşdirmiş, torpaq sahəsi tapmaqla, həmin torpaq sahəsinə çıxarış almaqla və ev tikməklə məşğul olduğunu bildirmişdir. Hazırkı iş üzrə zərərçəkmiş şəxslərə ev tikmək üçün torpaq təşkil etməyi, ev tikib verməyi vəd etmişdir. Zərərçəkmiş şəxslərdən Zaur, Gülşən, Aidə və Turanə ilə bilavasitə görüşmüşdür. Digər zərərçəkmiş şəxslərə internet üzərində əlaqəsi olmuşdur. Hər iki valideyini vəfat etmişdir. Bir azyaşlı qızı vardır. Zərərçəmiş şəxslərdən 3 nəfərinə az da olsa ödəniş etmişdir. Gələcəkdə də ödəniş etməyə hazırdır. Zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməkdən heç vaxt boyun qaçırtmamışdır. Hazırda törətdiyi əməlindən peşimandır. Az-az ödəniş edəcəkdir. Dörd divar arasında necə ödəniş edə bilər? Qeyd olunanları və ailə vəziyyətini nəzərə alaraq ona aşağı həddə cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materalları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2023-cü ilin fevral ayında “TikTok” sosial şəbəkəsində evlərin tikilib satılması və kreditinin mümkün olması barədə elan görmüş, orada olan mobil telefon nömrəsinə zəng edərək özünü X2 adlı şəxs kimi təqdim edən hazırkı təqsirləndirilən şəxslə danışıb ona Sabunçu rayonu, Zabrat qəsəbəsində həyət evi tikilməsinin lazım olduğunu bildirmişdir. Sonra təqsirləndirilən şəxslə görüşərkən sonuncu ona müxtəlif tikiləcək evlərin şəkillərini, lahiyələrini göstərmiş, ona 34000 manata torpaq qiyməti daxil olmaqla birlikdə ev tikib verəcəyini bildirmişdir. Razılaşmaya əsasən, o, həmin məbləği ayda 500 manatdan ödəməklə ödənişi həyata keçirməli idi. O, ilkin olaraq təqsirləndirilən şəxsə cəmi 5467 manat ödəmişdir. Sonra təqsirləndirilən şəxs ona sənəd (bildiriş) göndərmiş, həmin sənədi götürüb Sabunçu rayon İcra Hakimiyyətinə getmiş, orada bildirmişlər belə sənəd olmur, bu sənəd saxtadır. Bundan sonra verdiyi pulunu geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs verdiyi puldan 2000 manatını geri qaytarmış, qalan 3467 manat pulunu isə qaytarmamışdır. Pulunun qaytarılmadığı təqdirdə təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə “TikTok” sosial şəbəkəsində "xxxx" MMC səhifəsində reklam üçün yerləşdirilmiş evləri görmüş, bundan sonra həmin səhifədə olan mobil nömrəyə zəng edərək özünü Emin Qurbanov kimi təqdim edən hazırkı Təqsirləndirilən şəxsla əlaqə saxlamış, sonra oğlu Orxanla birlikdə gedib təqsirləndirilən şəxslə - Əli ilə görüşmüş, danışıq zamanı təqsirləndirilən şəxsə Sabunçu rayonu Zabrat qəsəbəsində torpaq alaraq güzəştli şərtlərlə ev tikdirmək istədiyini bildirmişdirr. Təqsirləndirilən şəxs ona Sabunçu rayon İcra Hakimiyyətinin balansında olan torpaq sahəsinə dair çertyoj göstərmiş və 03 otaqlı ev tikintisi üçün ümumilikdə 19057 manat ödəniş etməli olduğunu demişdir. Razılaşdıqdan sonra Təqsirləndirilən şəxs 12000 manat nəqd vermiş, qalanını isə kart vasitəsi ilə Əlinin kart hesabına köçürmüşdür. Ümumilikdə Əliyə 19057 manat pul vermişdir. Lakin, təqsirləndirilən şəxs sonradan ona nə ev tikib vermiş, nə də ki pullarını qaytarmamışdır. Pulunun qaytarılmadığı təqdirdə təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, özünə ev tikdirmək üçün torpaq sahəsi almaq istəmiş, ona görə də internetdə "Tik-Tok" internet platformasında bir qədər axtarış etmiş, axtarış zamanı qarşısına "xxxx" MMC səhifəsi çıxmış və həmin səhifəni işlədən Emin adlı şəxslə, əslində hazırkı Təqsirləndirilən şəxsla əvvəlcə tik-tokda sonra isə mobil telefon vasitəsi ilə danışmışdır. Danışıq zamanı Əli ona Zabrat qəsəbəsində, Ayxan marketin yanında 2 sot torpaq sahəsi alıb 03 otaqlı ev tikdirəcəyini bildirmiş, bunun üçün 8000 manat pul verməli olduğunu demişdir. Razılaşdıqdan sonra 2023-cü ildə kart vasitəsi ilə Əlinin kart hesabına əvvəlcə 5000 manat, sonra isə 500 + 1500 +1000 manat olmaqla, cəmi 8000 manat pul köçürmüşdür. Lakin, təqsirləndirilən şəxs sonradan ona nə ev tikib vermiş, nə də ki, pullarını qaytarmamışdır. Pulunun qaytarılmadığı təqdirdə təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2024-cü ildə özünə ev tikdirmək üçün torpaq sahəsi almaq istəmiş, ona görə də internetdə "Tik-Tok" internet platformasında bir qədər axtarış etmiş, axtarış zamanı qarşısına "xxxx" MMC səhifəsi çıxmış və həmin səhifəni işlədən Emin adlı şəxslə, əslində hazırkı Təqsirləndirilən şəxsla danışmışdır. Danışıq zamanı Əli ona Masazır qəsəbəsində, 2,5 sot torpaq sahəsi alıb 03 otaqlı ev tikdirəcəyini bildirmiş, bunun üçün 7300 manat pul verməli olduğunu demişdir. Razılaşdıqdan sonra 2023-cü ilin yanvar ayında kart vasitəsi ilə Əlinin verdiyi kart hesabına iki dəfəyə, cəmi 7300 manat pul köçürmüşdür. Lakin, təqsirləndirilən şəxs sonradan ona nə ev tikib vermiş, nə də ki pullarını qaytarmamışdır. Pulunun qaytarılmadığı təqdirdə təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2023-cü ilin dekabr ayında tanışı Ruhi ilə danışan zaman Ruhiyə oğlu üçün həyət evi almaq istədiyini, lakin pulunun az olduğunu, kreditlə satan olarsa ona bildirməsini demişdir. Ruhi ona maraqlanıb deyəcəyini bildirmiş, bundan sonra Ruhi zəng edərək hazırkı Təqsirləndirilən şəxs mobil nömrəsin ona vermiş, o, Emin Qurbanov kimi tanıdığı Təqsirləndirilən şəxsla danışmış, Əli ona Ruhi ilə danışdığını və Bakı şəhəri Zabrat qəsəbəsində 03 sot torpaq sahəsi olduğunu, həmin torpaq sahəsi alıb 04 otaqlı ev tikdirəcəyini bildirmişdir. Razılaşdıqdan sonra Təqsirləndirilən şəxs verdiyi kart hesabına hissə-hissə olmaqla ümumilikdə 22500 manat pul köçürmüşdür. Lakin, təqsirləndirilən şəxs sonradan ona nə ev tikib vermiş, nə də ki pullarını qaytarmamışdır. Pulunu tələb etdikdən sonra təqsirləndirilən şəxs ona 4500 manat qaytarmış, qalan 18000 manatı bu günə kimi qaytarmamışdır. Ona görə də təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 Fəxrəddin qızı ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında “Tiktok” sosial şəbəkəsinə baxan zaman evlərin tikintisi ilə məşğul olan "xxxx" MMC səhfəsin görmüş, və həmin səhifəni işlədən Emin adlı şəxslə, əslində hazırkı Təqsirləndirilən şəxsla danışmışdır. Danışıq zamanı həmin şəxs özünü "xxxx" MMC-nin rəhbəri kimi təqdim etmiş və evlərin tikintisi ilə məşğul olduğunu bildirmişdir. Söhbət zamanı təqsirləndirilən şəxs ona Abşeron rayonu, Masazır qəsəbəsində 2 sot torpaq sahəsinə çıxarış alacağını və həmin torpaq sahəsində bir mərtəbəli üç otaqlı ev tikib verəcəyini bildirmişdir. Həmin torpağı və evi ümumilikdə 60000 manata tikəcəyini, ilkin olaraq 12500 manat alacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs inanmış, onun verdiyi kart hesabına əvvəlcə 11.000 manat, sonra 1500 manat, cəmi 12500 manat pul göndərmişdir. Həmin pulu verdikdən sonra Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Təqsirləndirilən şəxs sonradan ona nə ev tikib vermiş, nə də ki pullarını qaytarmamışdır. Pulunu tələb etdikdən sonra təqsirləndirilən şəxs ona 2500 manat qaytarmış, qalan 10.000 manatı bu günə kimi qaytarmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ilkin olaraq 5000 manatın qaytarmasına, qalan məbləğin isə hissə-hissə ödəməsinə razıdır. Əks halda təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 Tərtər şəhər sakini kimi uzun müddətdir tanıyır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Söhbət zamanı Seymur ona oğlu üçün həyət evi almaq istədiyini, lakin pulunun az olduğunu, kreditlə satan olarsa ona bildirməyini demişdir. O, da Seymura maraqlanıb deyəcəyini bildirmişdir. Bundan sonra torpaq və ev alqı-satqısı ilə məşğul olan Aybəniz adlı tanışı ilə əlaqə saxlayaraq ona Seymur adlı tanışının ev almaq istədiyini demişdir. X4 kimi tanıdığı, yəni hazırkı Təqsirləndirilən şəxs telefon nömrəsin ona vermişdir. Təqsirləndirilən şəxs zəng edərək tanışının Zabrat qəsəbəsindən kreditlə ev almaq istədiyini və ilkin ödənişi verdikdən sonra qalanını da hissə-hissə verəcəyini demişdir. Sonra Təqsirləndirilən şəxs ona görüntülü zəng edərək hansısa tikintini göstərib əgər alıcı taparasa ona mükafat olaraq pul verəcəyini bildirmişdir. Bundan sonra Seymurla Əlini tanış etmişdir. Sonradan ona məlum olmuşdur ki, Seymur Əliyə hissə-hissə ümumilikdə 22500 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs həmçinin mükafat olaraq onun kartına 3000 manat pul atmışdır. O, da öz növbəsində həmin puldan 500 manatını mükafat olaraq Aybənizə vermişdir. Seymur sonradan ona zəng edərək bildirmişdir ki, Əli əlavə pul istəyir. Əliyə zəng etdikdə ona zəng çatmamışdır. Sonradan bəlli olmuşdur ki, Əli tutulmuşdur. Bundan sonra Əlinin ona verdiyi 3000 manatı Seymura qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs “İstaqram” vasitəsi ilə ev tikintisi və alqı-satqısı ilə məşğul olan Emin adlı şəxs kimi tanımışdır. Əli ona ona Zabrat tərəfdə torpaq alıb ev tikib satmaqla məşğul olduğunu demişdir. Tanışı Şahid1 ona zəng edərək ev lazım olduğunu bildirdiyi üçün bu barədə Əliyə demiş və Əli ilə Ruhinin tanışı olan Seymuru bir-biri ilə əlaqələndirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs kart vasitəsi ilə onun kartına 1000 manat, bildiyinə görə Ruhinin də kartına 500 manat mükafat olaraq pul atmışdır. 07 ay keçdikddən sonra Ruhi ona zəng edərək bildirmişdir ki, “sənin adamın məni aldadır”. Seymurun telefon nmrəsini Ruhidən alıb danışdıqda məlum olmuşdur ki, Seymur Əliyə üümumilikdə 22.500 manat pul ödəyib. Bundan sonra Seymura Korrupssiya İdarəsinə şikayət etməyi təklif etmiş və ikisi birlikdə Korrupssiya İdarəsinə şikayət emişlər. Sonradan Əlinin ona göndərdiyi 1000 manat, həmçinin Ruhinin göndərdiyi 500 manatı, cəmi 1500 manat pulu Seymura qaytarmışdır. Cinayət işində olan həbsdə saxlama müddətinin uzadılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(061)-735/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir. Onun məhkumluğna dair başqa hər hansı bir məlumat yoxdur. Cinayət işində olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxslər tərəfindən Təqsirləndirilən şəxs kart hesabına göndərilmiş pulları özündə əks etdirən qəbzlərin surətləri maddi sübut kimi tanınaraq və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan Ağdam RİHB-nın Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi P.Fətəliyev tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Aysel Bbabayeva və Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim olunmuş ərizəlıərdən görünür ki, onlar ziyanın ödənilmədiyi təqdirdə təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişlər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə və işin yuxarıda adı çəkilən materallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetrilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsüf edilmişdir. Məhkəmə də onun əməlini Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsüf edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət əməli Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, yenidən qəsdən hazırki Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməli törətməsini onun cinayətə meyilli şəxs olmasına dəlalət etməklə şəxsiyyətini səciyələndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, vurulmuş maddi ziyanı qismən ödəməsini barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər də qəsdən cinayət törrətməyə görə məhkum olunmasından nəticə çıxarmayaraq, yenə də qəsdən cinayət əməlini törətməsini, törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, vurulmuş maddi ziyanın məbləğinin çox (74824 manat) olmasını, vurulmuş maddi ziyanın ödənilmiş hissəsinin cüzi olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edə bilməməsini və zərərçəkmiş şəxsləərin şikayətçi olmalarını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası CM-nin 56.1.2-ci maddəsinə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə maddi sübut kimi tanınan, zərərçəkmiş şəxslər tərəfindən Təqsirləndirilən şəxs kart hesabına göndərilmiş pulları özündə əks etdirən qəbzlərin surətləri cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Sadiq qızı, Zərərçəkmiş şəxs3 Fəxrəddin qızı, Zərərçəkmiş şəxs4 Niyaməddin qızı, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı iddia vermək hüquqlarının olması izah edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan, zərərçəkmiş şəxslər tərəfindən Təqsirləndirilən şəxs kart hesabına göndərilmiş pulları özündə əks etdirən qəbzlərin surətləri cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Sadiq qızı, Zərərçəkmiş şəxs3 Fəxrəddin qızı, Zərərçəkmiş şəxs4 Niyaməddin qızı, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs hökmü aldığı gündən) 20 gün müddətində Tərtər Rayon Məhkəməsi və ya həbsdə saxalama yerinin müdriyyəti vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar