Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-37/2025 20.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X10 oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, müdafiəçilər X6, X1 və X2 iştirakları ilə xx xxxx 1994-cü il tarixdə Tərtər rayonu Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Tərtər rayonu Hacıqərvənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2025-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə, xx xxxx 1999-cu il tarixdə Tərtər rayonu Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, “ANAMA” minatəmizləmə agentliyində minaaxtaran işləyən, məhkumluğu olmayan, Tərtər rayonu Hacıqərvənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2025-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 13 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində bir qrup şəxs halında əmisioğlu Təqsirləndirilən şəxs3 və bibisioğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə heç bir əsaslı səbəb olmadan ictimai yer hesab edilən Tərtər rayonu Hacıqərvənd kəndindəki Seyidlər küçəsində ətrafda fərdi yaşayış evlərinin və insanların olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə ictimai qaydanın davamlı olaraq pozulması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni uca səslə nalayiq ifadələr işlədərək və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edərək həmkəndlisi Zərərçəkmiş şəxs silah qismində istifadə etdiyi əlindəki istintaqa məlum olmayan ağac parçası ilə qəsdən xuliqanlıq niyyəti ilə vuraraq sonuncuya “sol dirsək sümüyünün aşağı 1/3-nin yerini dəyişmiş sınığı, döş qəfəsinin sağ yarısının arxa səthinin qançırı, sağ saidin orta 1/3-nin ön səthinin sıyrığı” xəsarətləri ilə müşayiət edilən və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs3 13 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində bir qrup şəxs halında əmisioğlu Təqsirləndirilən şəxs2 və bibisioğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə heç bir əsaslı səbəb olmadan ictimai yer hesab edilən Tərtər rayonu Hacıqərvənd kəndindəki Seydilər küçəsində ətrafda fərdi yaşayış evlərinin və insanların olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə ictimai qaydanın davamlı olaraq pozulması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni uca səslə nalayiq ifadələr işlədərək və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edərək həmkəndlisi Zərərçəkmiş şəxs silah qismində istifadə etdiyi əlindəki istintaqa məlum olmayan ağac parçası ilə qəsdən xuliqanlıq niyyəti ilə vuraraq sonuncuya “sol dirsək sümüyünün aşağı 1/3-nin yerini dəyişmiş sınığı, döş qəfəsinin sağ yarısının arxa səthinin qançırı, sağ saidin orta 1/3-nin ön səthinin sıyrığı” xəsarətləri ilə müşayiət edilən və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 doğma əmisi oğlu, Təqsirləndirilən şəxs1 bibisi oğludur. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs ilə həmkəndlidir, onunla hər hansı bir ədavəti olmamışdır. 13 oktyabr 2024-cü il tarixdə Tərtər şəhəri H.Əliyev prospektində yerləşən “Murad” restoranında həmkəndlisi Bəylərin oğlu Mehracın toy mərasimi keçirilirmişdir. Əmisi oğlu Vüsal ilə toy mərasimində iştirak etmişlər. Toyda həmkəndlisi Əlizadə ilə onun arasında kiçik bir anlaşılmazlığa görə sözlü mübahisə olmuş, lakin həmin vaxt aralarında hər hansı dava-dalaş olmamışdır. Toy mərasimi qurtardıqdan sonra yaşadığı kəndə gedib orada yerləşən çayxanada çay içmişdir. Bu vaxt adını xatırlamadığı bir nəfər şəxs mobil nömrəsinə zəng edərək əmisioğlu Təqsirləndirilən şəxs3 döyüldüyünü və hazırda Vüsalın Tərtər rayonu Hacıqərvənd kənd icra nümayəndəliyinin həyətində olduğunu bildirmişdir. Dərhal həmin yerə getmiş və Vüsalın döyülərək xəsarət aldığını görmüşdür. Vüsaldan kim tərəfindən döyüldüyünü soruşduqda Vüsal ona Laçın, Ədalət və Əlizadənin ağacla vuraraq xəsarət yetirdiklərini bildirmişdir. Həmin vaxt saat 21 radələrində Laçın, Ədalət və Əlizadə ilə söhbət etmək üçün Vüsalla birlikdə sonuncunun idarə etdiyi “Mercedes Benz 190” markalı avtomobil ilə Vüsalın döyüldüyü küçəyə getmişdir. Onlar həmin yerə yaxınlaşan zaman küçədə qarşılarına Səxavət və Bəylər çıxmışdır. O, avtomobildən düşərək Səxavətə “şərəfsiz qohumların hanı?” deyə sual vermişdir. Səxavət isə ona “şərəfsiz özünsən” deyərək cavab vermişdir. Bundan sonra o, Səxavətə demişdir, “ağzının danışığını bil”, sonuncu onun üstünə gələn zaman o, yumruqla bir dəfə Səxavətin sifətindən vurmuş və sonuncu yerə yıxılmışdır. Sonra isə əvvəlcə özü ilə götürdüyü ağac parçası ilə Səxavətin qoluna bir dəfə zərbə vurmuşdur. Bundan sonra Bəylər ilə Vüsal araya girərərək onları sakitləşdirmişdir. Bundan sonra Vüsal ilə birlikdə avtomobilə əyləşərək həmin yerdən uzaqlaşmışdır. Hadisə təxminən 4-5 dəqiqə davam etmişdir. Hadisə zamanı ətrafa ziyan dəyməmişdir. Səxavət ona heç bir xəsarət yetirməmişdir. Hadisə yerində orada onunla birlikdə Vüsal olmuş, Vüsal isə Səxavəti vurmamış, Səxavətə yalnız o, ağacla və yumruqla xəsarət yetirmişdir. Hadisəyə ətrafdan adamlar toplaşmamışdır. O, İİ Qarabağ müharibəsində iştirak etmiş, “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Həmçinin atası İlqar İ Qarabağ müharibəsi qazisidir. Dayısı isə İ Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. Törətmiş olduğu əməldən peşman olduğunu, zərərçəkən şəxsdən üzr istəyib barışdıqlarını, zərərçəkən şəxsin ondan şikayət tələbinin olmadığını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, təqsirləndirilən şəxslər X11 doğma əmisi oğlu, Təqsirləndirilən şəxs1 bibisi oğludur. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs ilə həmkəndlidir, onunla heç bir ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində ailə üzvləri ilə birlikdə Tərtər şəhərində yerləşən “Murad” restoranına qonşusu Mehracın toy mərasiminə getmişdir. Həmkəndliləri Laçın, Ədalət və Əlizadə də iştirak etmişdir. Təxminən saat 16 radələrində siqaret çəkmək üçün restorandan çıxmışdır. Həmin vaxt Əlizadə ilə əmisioğlu Siracın mübahisə etdiyini görmüş, lakin sonuncuları toydakı həmkəndliləri sakitləşdirib restorana aparmışdır. Sirac restorana daxil olmuş, Əlizadə isə çöldə Siracın arxasınca nalayiq ifadə işlətmiş, o, bunu eşidən zaman Əlizadəyə söyüşlə cavab qaytarmışdır. Əlizadə isə demişdir ki, “sənə söymürəm, sənin nə işinə qalıb”, o da cavab verib demişdir ki, “nə olsun mənə söymürsən, əmimoğluna söyürsən”. Ətrafdakı həmkəndliləri onların mübahisə etdiyini gördükdə Əlizadəni tutub aparmışlar. O da restorana daxil olub toyda iştirak etməyə davam etmişdir. Toy mərasimi qurtardıqdan sonra “Mercedes Benz 190” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ailəvi yaxın olduqları Bəylərin evinə getmişdir. Bəylər ondan “kirvə kimi qohum olduğu Səxavətin övladı xəstədir, toydan gətirdiyi yeməklərdən onlara da aparaq” deyərək xahiş etmişdir. O, Bəylərin xahişini yerə salmamış və razılaşıb yeməkləri onun avtomobilinin arxa tərəfində yerləşdirmişdir. Avtomobili idarə etmiş, Bəylər ön sağ oturacaqda əyləşmiş, Rauf isə arxa oturacaqda əyləşmişdir. Onlar Səxavətgilin evinə çatmışlar. Bəylər avtomobildən enib darvazanı döymüşdür. Səxavət evindən çıxanadək həmkəndliləri Əlizadə, Laçın və Ədalət “Toyota Corolla” markalı qeydiyyat nömrəsini xatırlamadığı avtomobil ilə gəlmişdir. Sonuncular avtomobildən enən kimi uca səslə söyüş söyərək əllərindəki ağac parçaları ilə onun üzərinə hücum etmişdir. Həmin vaxt o, avtomobildə əyləşmişdir. Həmkəndliləri Əlizadə, Laçın və Ədalət ağac parçaları ilə onu döyməyə başlamışdır, lakin qaranlıq olduğundan hansının əlində ağac parçası oluduğunu dəqiq görə bilməmişdir. Səs-küyə Səxavət çıxmış və onu əllərindən almışdır. Əlizadə, Laçın və Ədalət avtomobilə əyləşib cəld uzaqlaşmışdır. Bəylərin səhəti pisləşdiyi üçün yerdə oturmuşdur. Səxavət və Rauf isə Bəylərə su vermiş, o da avtomobilini irəli-geri hərəkət etdirib küçədən çıxaraq uzaqlaşmış və Bəylərgilin evinə getmiş, əl-üzünü yuyarkən Sirac gəlmişdir. Onu kimin döydüyünü soruşmuş, o isə Əlizadə, Laçın və Ədalətin döydüyünü demişdir. Sirac demişdir ki, “eybi yox görəcək onlar”, bunu deyib Sirac çıxıb getmişdir. Təxminən beş dəqiqə sonra o da Siracın ardınca getmişdir. Seyidlər küçəsinə çatdıqda Səxavət yerdə uzanıb qolunu tutmuş, Bəylər də yerdə oturub Səxavəti tutub saxlamışdır. Sirac ona “bunun qohumları səni vurmuşdu, mən də bunu vurdum” demişdir. O, çatdıqdan təxminən bir dəqiqə sonra isə Nurlan da onların yanına gəlmiş, o da hadisə barədə danışmışdır. Bu zaman Sirac da demişdir ki, “gəlin çıxıb gedək”, o da Səxavətə əhəmiyyət verməyərək çıxıb evinə getmişdir. Hadisə xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Tərtər rayon Hacıqərvənd kəndində Seyidlər küçəsində baş vermişdir. Laçın, Ədalət və Əlizadə ağacla və yumruqla sifət, böyrək və bədəninin digər nahiyələrindən dəfələr vuraraq ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs döyülməsinin səbəbi Siraca söyüş söyməsi olmuş, lakin hadisənin nə qədər davam etdiyini bilməmişdir. O, hadisə yerinə çatdıqda Səxavət yerdə olmuşdur. Hadisə zamanı o, Səxavətə xəsarət yetirməmiş, hadisə yerinə sonradan getmişdir. Səxavəti təkcə Sirac döymüş, o, isə heç bir xəsarət yetirməmişdir. Səxavətin hansı səbəbə onun tərəfindən döyüldüyünü deməsini bilməmişdir. Hadisə zamanı ətrafda Bəylər və dəqiq xatırlamadığı küçə sakinləri olmuşdur. O, Səxavəti döymədiyi üçün özünü təqsirli bilməmişdir. O, 44 günlük vətən müharibəsində iştirak etmiş və onun iştirakı ilə bağlı “Suqovuşanın azad olunmasına görə”, “döyüşdə fərqlənmə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, müharibə veteranıdır. Həmçinin atası Birinci Qarabağ müharibəsi veteranı, qardaşı X12 44 günlük vətən müharibəsində yaralanmış, qazi və İİİ qrup müharibə əlilidir. Qardaşı “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Hazırda zərərçəkən şəxslə barışmışlar, zərərçəkən şəxsin ondan şikayət, tələbinin olmadığını bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir, onlarla əvvəllər ədavəti və ya düşmənçiliyi olmamışdır. 13 oktyabr 2024-cü il tarixdə həmkəndlisi Bəylərin oğu Mehracın toy mərasimi olmuşdur. Onlara köməklik məqsədilə o, səhər saat 05 radələrində restorana getmişdir. Toy saat 13 radərində başlamış və toyda həmkəndliləri Vüsal, Sirac, Nurlan, Samir, Əlizadə və Laçın da iştirak etmişdir. Sonuncuların toyda mübahisəsini və ya davasını görməmiş, lakin sonradan Əlizadə ilə Vüsalın və Siracın arasında mübahisə olduğunu öyrənmişdir. Saat 18 radələrində toy məclisi yekunlaşan zaman o da evinə qayıtmışdır. Həmin gün saat 21 radələrində yaşadığı Tərtər rayon Hacıqərvənd kəndində yerləşən evində yatmışdır. Bu zaman arvadı Günay onu yuxudan oyadıb “darvazanın qarşısında səs-küy var, get bax gör kimdi” demişdir. O, dərhal qalxıb paltarını geyinmiş və darvazanın qarşısına çıxmışdır. Darvazadan çıxdıqda Rauf Bəylərin qolundan tutub kömək etmişdir. Vüsal isə avtomobilini irəli-geri hərəkət etdirib küçədən çıxmış, lakin həmin vaxt Vüsal avtomobili divara yaxud başqa yerə vurmamışdır. Vüsal küçədən çıxıb uzaqlaşmış, həmin vaxt Bəylərin vəziyyətinin pis olduğunu görüb sonuncuya Raufla birlikdə kömək edib yaşadığı evə aparmışdır. O, Bəylərin sol qoluna, Rauf isə Bəylərin sağ qoluna girmişdir. Onlar Seyidlər küçəsindən keçərkən Raquf, Aqilin oğlu Cavidana zəng edib demişdir ki, “maşınla gəlib bizi Bəylərgilə aparsınlar”. Həmin vaxt həmkəndliləri Vüsal, Sirac və Nurlan “Mercedes 190” markalı qeydiyyat nömrəsini dəqiq xatırlamadığı avtomobili ilə gəlib təxminən 10-15 metr məsafədə avtomobili saxlamışlar. Sonuncular avtomobildən enib onun üzərinə hücum etmiş, həmin vaxt Vüsal ilə Siracın əlində ağac parçası olmuş, Nurlanın əlində isə heç nə olmamışdır. Ona yaxınlaşan kimi Vüsal heç bir söz demədən əlindəki ağac parçası ilə başına vurmaq istəmiş, lakin o, sol qolunu qabağa çəkmişdir. Vüsalın vurduğu zərbələrdən sonra qolunun sındığını hiss etmiş, həmin vaxt Sirac da ağac parçası ilə başına, kürəyinə, ayağına zərbələr vurmağa başlamış, o, yerə yıxılmış və bunun ardınca Nurlan da hücum edib yumruq və təpiklə onun başına, kürəyinə, ayağına zərbələr vurmağa başlamışdır. Yerdə olan zaman Vüsal və Sirac ağac parçası ilə Nurlan isə yumruq və təpiklə onu döymüş və uca səslə söyüş söymüşdür. Zərbələr nəticəsində o, huşunu itirmişdir. Sonuncu yadında qalan isə o olmuşdur ki, Bəylər özünü onun üzərinə atmış və Vüsalgilə “yazığın nə günahı var, bəsdirin vurmayın” demişdir. Bundan sonra o, gözünü açdıqda artıq Tərtər rayon Mərkəzi xəstəxanasında olmuşdur. Hadisə təxminən 15-20 dəqiqə müddətinə davam etmiş və hadisənin səbəbinin nə olduğunu bilməmişdir. Hadisə zamanı ətrafda həmkəndliləri Bəylər və Rauf olmuşdur. Hazırda təqsirləndirilən şəxslər ondan üzr istəmiş, onları bağışlamış və onlarla barışmışdır. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənmişdir. Onlardan şikayət tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 həmçinin göstərmişdir ki, təqsirləndirilən şəxslərlə və zərərçəkən şəxslərlə heç bir ədavəti olmamış, həmkəndli kimi münasibətləri yaxşı olmuşdur. Vüsalın döyülməsi hadisəsi 13 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində Tərtər rayon Hacıqərvənd kəndində Zərərçəkmiş şəxs evinin qarşısında baş vermişdir. Səxavətin döyülməsi isə 13 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində Seyidlər küçəsində baş vermişdir. Hər iki dava-dalaş arasında təxminən 20-30 dəqiqə vaxt aralığı olmuşdur. Əlizadə, Laçın və Ədalət əllərində olan ağac parçası ilə Vüsalı döymüş, həmin vaxt qaranlıq olduğundan sonuncuların hansının əlində ağac parçası olduğunu görə bilməmişdir. Vüsal, Sirac və Nurlan isə əllərində olan ağac parçası ilə Səxavəti döymüş, onlardan ikisinin əlində ağac parçası olmuş, lakin qaranlıq olduğundan hansının əlində ağac parçası olduğunu dəqiq xatırlamamışdır. Hadisə zamanı ona xəsarət yetirən olmamışdır. Hər iki hadisə təxminən 10-15 dəqiqə müddətində davam etmişdir. Hər iki hadisənin hansı səbəbə baş verməsini bilməmişdir. Hadisə zamanı ətrafda Rauf olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində “Murad” restoranında qonşusu Mehracın toy mərasiminə getmişdir. Həmin toyda o, aşıqların yanında əyləşmişdir. Saat 18 radələrində toy bitəndən sonra o, Mehracın Hacıqərvənd kəndində yerləşən evinə getmiş, orada yemək yeyəndən sonra darvazanın qarşısına çıxmışdır. Darvazanın qarşısında olan zaman Bəylər əlindəki tortu və yeməkləri Səxavətə aparıb vermsini xahiş etmişdir. Bu vaxt həmkəndlisi Vüsal “Mercedes Bens 190” markalı avtomobil ilə Bəylərlə onu Səxavətin yaşadığı evə aparmışdır. Səxavətgilin evinin qarşısında olarkən Bəylər və o, əllərində olan yeməkləri Səxavətin evinə aparmışlar. Vüsal isə darvazanın qarşısında gözləmişdir. Səxavətin evində olarkən darvazanın qarşısından səs-küy gəldiyi üçün Bəylər küçəyə çıxmış, o isə Səxavəti yuxudan oyatmışdır. Daha sonra o da darvazanın qarşısına çıxdığı vaxt Vüsalın avtomobilə əyləşib qaçdığını, Bəylərin isə vəziyyətinin pisləşdiyini görmüşdür. Bu zaman o, Bəylərə kömək edərək Səxavətlə birlikdə onu yaşadıqları evə aparmaq istəmiş, lakin Seyidlər küçəsindən keçərkən vəziyyəti daha da pisləşdiyi üçün o, küçədə olan arxdan Bəylərə su gətirməyə getmiş və geri qayıdan zaman Səxavətin yerdə uzandığını Bəylərin isə divara söykəndiyini görmüşdür. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarından aydın olur ki, iş üzrə 13 oktyabr 2024-cü il tarixdə Tərtər rayon X13 Qrupunun müstəntiqi, polis baş leytenantı X4 tərəfindən Zərərçəkmiş şəxs xəsarət aldığı yerə baxış aparılmışdır. Baxış zamanı hadisə yerinin Tərtər rayonu Hacıqərvənd kəndi ərazisində Seyidlər küçəsində olması, hadisə yerinin ictimai yer olması, ətrafda yaşayış evlərinin olması müəyyən edilmişdir. Hadisə yerində yer çınqıl örtükdən ibarətdir, yerdə hər hansı qana bənzər ləkələr müəyyən edilməmişdir. Baxış zamanı hadisə yerindən hər hansı əşya və ya predmet götürülməmişdir. Baxış zamanı Vəliyəddin Əliyev hadisə yerini göstərərək Zərərçəkmiş şəxs həmin yerdə döyüldüyünü, lakin kim tərəfindən döyülməsini bilmədiyini və küçəyə çıxarkən Səxavəti Əzimovu TTTY avtomobilinə yerləşdirilməsini gördüyünü bildirmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. (Bax:İş vərəqə: İ cild 40-46) Məhkəmə iclası zamanı tədqiq edilmiş iş materiallarına əlavə olunmuş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin Bərdə rayon Şöbəsinin 25 noyabr 2024-cü il tarixli 299 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər — sol dirsək sümüyünün aşağı 1/3-nin yerini dəyişmiş sınığı, döş qəfəsinin sağ yarısının arxa səthinin qançırı, sağ saidin orta 1/3-nin ön səthinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. (Bax:İş vərəqə: İ cild 87-79) Məhkəmə iclası zamanı tədqiq edilmiş iş materiallarından aydın olur ki, istintaq zamanı üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdiyini və bundan başqa xüsusat bildirmək istəmədiyini bildirmişdir. O cümlədən Təqsirləndirilən şəxs1 isə ifadəsində göstərdiyi xüsusatları təkrar təsdiq edərək Şahid1 üzünə qarşı söyləmiş və Zərərçəkmiş şəxs döymədiyini bildirmişdir. (Bax:İş vərəqə: İ cild 140-141). Məhkəmə iclası zamanı tədqiq edilmiş iş materiasllarından aydın olur ki, cinayət işi üzrə ilə Təqsirləndirilən şəxs3 ifadəsi ilə Zərərçəkmiş şəxs ifadəsi arasındakı ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə onların arasında 05 noyabr 2024-cü il tarixdə üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Vüsal, Nurlan və Sirac tərəfindən ağac parçası ilə döyüldüyünü bildirmişdir. O cümlədən Təqsirləndirilən şəxs3 isə ifadəsində göstərdiyi xüsusatları təkrar təsdiq edərək Zərərçəkmiş şəxs üzünə qarşı söyləmiş və sonuncunu döymədiyini, hadisə yerinə sonradan getdiyini bildirmişdir. (Bax: İş vərəqə: İİ cild 59-60). Məhkəmə iclası zamanı tədqiq edilmiş iş materiallarından aydın olur ki, cinayət işi üzrə ilə Təqsirləndirilən şəxs1 ifadəsi ilə Zərərçəkmiş şəxs ifadəsi arasındakı ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə onların arasında 13 mart 2025-ci il tarixdə üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Vüsal ilə Siracın ağac parçası ilə, Nurlanın isə yumruq-təpikə onu döydüklərini bildirmişdir. O cümlədən Təqsirləndirilən şəxs1 isə ifadəsində göstərdiyi xüsusatları təkrar təsdiq edərək Zərərçəkmiş şəxs üzünə qarşı söyləmiş və sonuncunu döymədiyini, hadisə yerinə sonradan getdiyini bildirmişdir.(Bax:İş v: İİİ cild 202-203) Məhkəmə iclası zamanı tədqiq edilmiş iş materiallarından aydın olur ki, keçirilən əməliyyataxtarış tərbirləri zamanı xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Tərtər rayonu Hacıqərvənd kəndində ictimai yer hesab edilən küçədə Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 ağac parçası ilə, Təqsirləndirilən şəxs1 isə yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Bundan başqa hadisə zamanı istifadə edilmiş ağac parçalarının müəyyən edilməsi mümkün olmamışdır. (Bax: İş vərəqə: İİİ cild 212) Məhkəmə iclası zamanı tədqiq edilmiş iş materiallarına əlavə edilmiş Tərtər rayonu İcra Hakimiyyəti başçısının Tərtər rayon Hacıqərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Əliyev X9 rayon Hacıqərvənd kəndində daimi qeydiyyatda olmaqla yaşayır və həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. (Bax: İş vərəqə: İİİ cild 108-109) Məhkəmə iclası zamanı tədqiq edilmiş iş materiallarına əlavə edilmiş Tərtər rayonu İcra Hakimiyyəti başçısının Tərtər rayon Hacıqərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər rayon Hacıqərvənd kəndində daimi qeydiyyatda olmaqla yaşayır və həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. (Bax: İş vərəqə: İİİ cild 112- 113) Məhkəmə iclası zamanı tədqiq edilmiş iş materiallarına əlavə edilmiş Tərtər rayonu İcra Hakimiyyəti başçısının Tərtər rayon Hacıqərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Əzimov X5 rayon Hacıqərvənd kəndində daimi qeydiyyatda olmaqla yaşayır və həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. (Bax:İş vərəqə: İİİ cild 114-115) Məhkəmə iclası zamanı tədqiq edilmiş iş materiallarına əlavə edilmiş Tərtər rayonu İcra Hakimiyyəti başçısının Tərtər rayon Hacıqərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 Tərtər rayon Hacıqərvənd kəndində daimi qeydiyyatda olmaqla yaşayır və həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. (Bax: İş vərəqə: İİİ cild 118- 119) Məhkəmə iclası zamanı tədqiq edilmiş iş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Tərtər rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 27 yanvar 2025-ci il tarixli 18-1-75/2-101/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında dayanmırlar. (Bax: İş vər: İİİ cild 121). Məhkəmə iclası zamanı tədqiq edilmiş iş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 31 yanvar 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 əməli Tərtər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən 128-ci maddəsinə tövsif edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. (Bax:iş v. İİİ cild 124- 125) Məhkəmə iclası zamanı tədqiq edilmiş işdə olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 31 yanvar 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə Əliyev X9 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 07 (yeddi) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (Bax: İş vərəqə: İİİ cild 130-131) Məhkəmə iclası zamanı tədqiq edilmiş İşdə olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 31 yanvar 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 əməli Tərtər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən 128-ci maddəsinə tövsif edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. (Bax:İş vərəqə: İİİ cild 133-134) Məhkəmə iclası zamanı tədqiq edilmiş işdə olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 31 yanvar 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Zərərçəkmiş şəxs məhkumluğu olmamışdır. (Bax: İş vərəqə: İİİ cild 139) Məhkəmə iclası zamanı tədqiq edilmiş iş materiallarından aydın olur ki, istintaq zamanı Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Tərtər rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən döyüldüyünü, lakin hazırda sonuncularla barışdığını, hər hansı şikayətinin və tələbinin olmadığını və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. (Bax: İş vərəqə: İİİ cild 21). Məhkəmə iclası zamanı tədqiq edilmiş iş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il təvəllüdlü Yusif Salmanlının AA2523619 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs1 azyaşlı övladıdır. (Bax: İş vərəqə: İİİ cild 248) Məhkəmə iclası zamanı tədqiq edilmiş iş materiallarına əlavə olunmuş xx.xx.2011-ci il təvəllüdlü Ruhid Məmmədlinin AA1496511 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs2 azyaşlı övladıdır.(Bax: İş vərəqə: İİİ cild 247). Məhkəmə iclası zamanı tədqiq edilmiş iş materiallarına əlavə olunmuş İ-4853 nömrəli və İ- 44294 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətindən surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. (Bax: İş vərəqə: İİİ cild 244-245) Məhkəmə iclası zamanı tədqiq edilmiş iş materiallarına əlavə edilmiş İ-1793 nömrəli, İ-11666 nömrəli və İ-48612 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətindən surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. (Bax: İş vərəqə: İİİ cild 250-252) Məhkəmə iclası zamanı tədqiq edilmiş iş materiallarından aydın olur ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 özünün müdafiəsi üçün dəlillər gətirərək 14 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində, 16 oktyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində, 15 aprel 2025-ci il tarixdə yenidən ittiham elan edilməsi zamanı vermiş olduğu ifadəsində, həmçinin 17 aprel 2025-ci il tarixdə cinayət işinin materialları ilə tanış olarkən Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini, hadisə yerinə sonradan getdiyini, buna görə də ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini və barəsində aparılan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Həmin xüsusatlar müstəntiq X4 tərəfindən vəsatət kimi qəbul edilərək qanunsuz və əsassız olub özünü müdafiə xarakteri daşıdığından 16 oktyabr 2024-cü il tarixli, 15 aprel 2025-ci il və 17 aprel 2025-ci il tarixli qərarlarla rədd edilmişdir. (Bax:İş vərəqə: İ cild 120-121; İV cild 113-115; İV cild 127-129). Məhkəmə iclası zamanı tədqiq edilmiş iş materiallarından aydın olur ki, istintaq zamanı Təqsirləndirilən şəxs3 özünün müdafiəsi üçün dəlillər gətirərək 15 aprel 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərkən vermiş olduğu ifadəsində, həmçinin 17 aprel 2025ci il tarixdə cinayət işinin materialları ilə tanış olarkən Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini, hadisə yerinə sonradan getdiyini, buna görə də ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini və barəsində aparılan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Həmin xüsusatlar tərəfimdən vəsatət kimi qəbul edilərək qanunsuz və əsassız olub özünü müdafiə xarakteri daşıdığından 15 aprel 2025-ci il və 17 aprel 2025-ci il tarixli qərarlarla rədd edilmişdir. (Bax: İş vərəqə: İV cild 85-87; İV cild 134-136) Cinayət işinin materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(061)-23/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Eləcə də Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə iclası zamanı tədqiq edilmiş iş materiallarına əlavə olunmuş müstəntiqin xx.xx.2025-ci il tarixdə qəbul etdiyi sübutların qiymətləndirilməsi haqqında qərarda, keçirilən əməliyyat -axtarış tədbirləri zamanı xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Tərtər rayon Hacıqərvənd kəndində ictimai yer hesab edilən küçədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Səxavət İbrahimovu döyərək xəsarət yetirdiyi ağac parçalarının müəyyən edilməsi mümkün olmadığı göstərilmişdir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxslərin, şahidlərin izahatlarını, proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını əlaqəli şəkildə araşdırıb hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslərin əməllərini CM-in 127.2.3-cü və 221.3-cü maddələri ilə tovsif etməklə düzgün nəticəyə gəlməmiş, onların əməlləri CM-in 127-ci maddəsinə tövsif edilməli və onlara həmin maddəsnin sanksiyası həddində cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bundan başqa Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmanalılığının meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindənyalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək qabaqcadan görmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsində qeyd edilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. Sübut dedikdə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlilər(məlumatlar, sənədlər, əşyalar) başa düşülür. (CPM-in 124.1-ci mad.) Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir.(CPM-in 139.0 və139.0.1-ci maddəsi). Sübutların mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarı ilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübut əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-in 125 mad) Azərbaycan Respublikası CPM-in 126.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütünsübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri) Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərindən görünür ki, cinayət prosesini həyata keçirən orqan hər hadisənin baş verməsini mötəbər şəkildə sübut etməlidir, o cümlədən hadisənin baş verməsinin vaxtı, yeri, şəraiti, təqsirin forması, hadisənin baş verməsinion səbəbləri, motivi, niyyəti və sair əhəmiyyətli hallar mötəbər sübuylarla təsdiq edilməlidir. Bu məqsədlə sübutlar əldə olunmalı, yoxlanılmalı, müqayisəli şəkildə tədqiq edilməli və obyektiv şəkildə qaiymətləndirilməlidir. Lakin hazırki işin hallarından görünür ki, ibtidai istintaq orqanı prosessual qanunvericiliyin qeyd olunan məqsədlərinə nail ola bilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 13 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində bir qrup şəxs halında əmisioğlu Təqsirləndirilən şəxs3 və bibisioğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə heç bir əsaslı səbəb olmadan ictimai yer hesab edilən Tərtər rayonu Hacıqərvənd kəndindəki Seyidlər küçəsində ətrafda fərdi yaşayış evlərinin və insanların olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə ictimai qaydanın davamlı olaraq pozulması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni uca səslə nalayiq ifadələr işlədərək və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edərək həmkəndlisi Zərərçəkmiş şəxs silah qismində istifadə etdiyi əlindəki istintaqa məlum olmayan ağac parçası ilə qəsdən xuliqanlıq niyyəti ilə vuraraq sonuncuya “sol dirsək sümüyünün aşağı 1/3-nin yerini dəyişmiş sınığı, döş qəfəsinin sağ yarısının arxa səthinin qançırı, sağ saidin orta 1/3-nin ön səthinin sıyrığı” xəsarətləri ilə müşayiət edilən və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etdiyini, eləcə də Təqsirləndirilən şəxs3 13 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində bir qrup şəxs halında əmisioğlu Təqsirləndirilən şəxs2 və bibisioğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə heç bir əsaslı səbəb olmadan ictimai yer hesab edilən Tərtər rayonu Hacıqərvənd kəndindəki Seydilər küçəsində ətrafda fərdi yaşayış evlərinin və insanların olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə ictimai qaydanın davamlı olaraq pozulması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni uca səslə nalayiq ifadələr işlədərək və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edərək həmkəndlisi Zərərçəkmiş şəxs silah qismində istifadə etdiyi əlindəki istintaqa məlum olmayan ağac parçası ilə qəsdən xuliqanlıq niyyəti ilə vuraraq sonuncuya “sol dirsək sümüyünün aşağı 1/3-nin yerini dəyişmiş sınığı, döş qəfəsinin sağ yarısının arxa səthinin qançırı, sağ saidin orta 1/3-nin ön səthinin sıyrığı” xəsarətləri ilə müşayiət edilən və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etdiyini müəyyən etmişdir. İbtidai istintaq orqanı hesab etmişdir ki, təqsirləndirilən şəxslərin təsvir olunan hərəkətləri heç bir əsaslı səbəb olmadan ictimai qaydanın və ictimai asayişin kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməli, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərdir, yəni xuliqanlıqdır. Cəmiyyətə açlqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətidir ki, bu hərəkətlər vətəndaşların, idarə müəssisə və digər təşkilatların normal həyat və faəliyyət üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissiinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Məhkəmə yuxarıda qeyd olunan sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, təsvir olunan hadisənin xuliqanlıq kimi qiymətləndirilməsi CM-in 221.3-cü maddəsinin tələblərinə uyğun sayıla bilməz. Belə ki, CM-in 221-ci maddəsində xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, nabelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsvir edilmişdir. Eləcə də “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıqla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da , onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalar, ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir, üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyü, dövlət və ictimai instituların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əməmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin süurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir.. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu ciinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və bərgəyaşayış qaydalarının sistemi başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarınətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydanı əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuşdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeyinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, istintaqın xuliqanlıq kimi təsvir etdiyi hadisə heç də xuliqanlıq zəmnində baş verməmiş, şəxsi münasibətlərin pozulması zəmnində baş vermişdir. Belə ki, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, həm də şahidlərin ifadələri ilə təsdiq edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs döymələri hadisəsi məhz həmin gün sonuncunun qohumları Əlizadə Mehdilinin, Laçın Mehdiyevin və X3 Məmmədovu döydüklərinə görə baş vermişdir. Hadisə gecə saatlarında baş vermiş və təqsirləndirilən şəxslərin əməllərində yuxarıda qeyd edilən hallar olmamış və xuliqanlığa gətirib çıxara biləcək hər hansı ictimai qayda pozulmamışdır. Ətrafda yaşayış evləri olsa da insanlar toplaşmamış, ətrafda fərdi yaşayış evlərinin və insanların olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozmamış, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstətməmişlər. İbtidai istintaq vaxtı istintaq orqanı təqsirləndirilən şəxslərin əməllərini xuliqanlıq kimi qiymətləndirərkən ittiham aktında cinayət əməlinin Tərtər rayon Hacıqərvənd kəndi ərazisindəki küçədə ətrafda fərdi yaşayış evlərinin və insanların olmasına əsaslansa da, işin materiallarından, eləcə də məhkəmə iclasında izahat və ifadələri alınmış təqsirləndirilən şəxslərin, zərərçəkən şəxsin və şahidlərin ifadələrindən müəyyən edilmişdir ki, hadisə vaxtı ətrafda insanların toplanması müəyyən olunmamışdır. Ətrafda olan insanlar yalnız zərərçəkən şəxs, iş üzrə ittihak aktında adları şahid qismində qeyd edilən Şahid1 və Şahid2 olmuş, digər insanlar olmamışdır. Bunlarla yanaşı xüsusilə qeyd edilməlidir ki, hadisənin baş verdiyi ərazidə ətrafda Tərtər rayonu Hacıqərvənd kəndindəki Seyidlər küçəsində fərdi yaşayış evlərinin olması törədilmiş cinayət əməlinin xuliqanlıq kimi səciyələndirilməsinə əsas vermir. Lakin istintaq orqanı təqsirləndirilən şəxslərə ittiham verərəkən həm də həmin hala əsaslanmışdır. Cinayətin tovsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tovsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanunu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquqnormasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə iclası zamanı tədqiq edilmiş iş materiallarına əlavə olunmuş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin Bərdə rayon Şöbəsinin 25 noyabr 2024-cü il tarixli 299 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər — sol dirsək sümüyünün aşağı 1/3-nin yerini dəyişmiş sınığı, döş qəfəsinin sağ yarısının arxa səthinin qançırı, sağ saidin orta 1/3-nin ön səthinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Ali Məhkəmə Plenumunun yuxarıda qeyd olunan Qərarında qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriliyinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hötmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəmnində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkmiş şəxsin təşəbbüsü iləbaşlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət ələeyhiinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri ilə tövsif olunur. Məhkəmə hesab edir ki, əgər şəxsin hadisənin sonrakı gedişatında da cəmiyyətə hörmətsizlik etmək, onlarda özünün müstəsna şəxsiyyət olması fikri yaratmaq niyyəti yoxdursa, onun cəmiyyət tərəfindən müşahidə edilən, bütün tərkib əlamətləri ilə konkret şəxsə yönələn və qısa zaman ərzində baş verən zorakı davranışı xuliqanlıq cinayəti kimi qiymətləndirilə bilməz. Əks halda, xuliqanlıq cinayətinin tərkib əlaməti olan subyektiv cəhət cinayət hüquqi baxımdan öz mənasını və əhəmiyyətini itirərdi. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, hadisə şəxsi münasibətlər zəmnində başlamış, qısa müddət ərzində davam etmişdir. Təqsirləndirilən şəxslərin niyyətləri müəyyən olunmadan şəxsin əsassız olaraq xuliqanlıqla törədilən cinayətə görə təqsirli bilinməsi ondan irəli gəlir ki, ibtidai istintaq orqanı hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkət verici amil polunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, əvvəlki davranışları, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özülüyündə əməlin xuliqanlıqla törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ittiham tərəfinin iddia etdiyi kimi baş vermiş hadisə motivsiz, yaxud xuliqanlıq cinayət əməlinin dispozisiyasında əks olunan hərəkətlərin edilməsi ilə baş verən hadisə deyil və şəxsi münasibətlərin pozulması zənində baş vermiş dalaşmadır. Bu zamanda baş vermiş dava-dalaş zamanı ictimai qayda pozulmuş olsa belə bu hal xuliqanlıq kimi qiymətləndirilməsi məqsədmüvafiq deyildir. Odur məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Vüqar Məmmədovun xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkən şəxsin sağlamlığına az ağır zərər vurma və bir qrup şəxs tərəfindən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən xuliqanlıq hərəkətləri etmələri məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, onların əməli müvafiq olaraq ittiham edildikləri Azərbaycan Respublikası CM-in 127.2.3-cü və 221.3-cü maddələri ilə deyil, həmin Məcəllənin 127.1-ci madəsi ilə tövsif olunmalıdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 127.2.3-cü və 221.3-cü maddələrindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 127.1-ci maddəsi ilə cinayət hadisəsinin törətmələri təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, sənədlər və iş materialları üzrə ibtidai istintaq zamanı qanuni yolla toplanmış məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun həmin ifadəsi özünümüdafiə xarakteri daşıyır və zərərçəkmiş şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, üzləşmə protokolları və işin digər materialları ilə birmənalı şəkildə təkzib olunmuşdur. Azərbaycan Respublikası CM-in 73.2. Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeid hissəsinin 1-ci bəndində əsasən şəxs bu Məcəllənin 72 – 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qanunun tələblərindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(061)-23/2024 nömrəli qərarla barələrində olan cinayət təqibinə xitam verilmiş və onlar cinayət məsuliyyətindən azad edilmişlər. Onların zərərçəkmiş şəxslə barışmalaraına, dəymiş ziyanın ödənilməsinə baxmayaraq, əvvəllər Azərbaycan Respublikası CM-in 73-cü maddəsi tətbiq edildiyindən, hazırki iş üzrə əməllərinə CM-in 73-cü maddəsinin tətbiqinə yol verilə bilməz və onlar törətdikləri hazırki cinayət əməlinə görə məsuliyyət daşımalıdırlar. Eləcə də, məhkəmə hazırki nəticəyə gələrkən qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 44 günlük Vətən müharibəsi iştirakçılarıdırlar, orden və medallarla təltif olunmuşlar. Onlar hazırda zərərçəkən şəxslə barışmışlar, zərərçəkmiş şəxsə hadisə vaxtı dəymiş ziyan ödənmişdir, zərərçəkən şəxsin təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 “Vətən müharibəsi iştirakçısı” medalı, “Döyüşlərdə fərqlənməyə görə” medalı və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunması, 44 günlük Vətən müharibəsi iştirakçısı olması, eləcə də Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı” medalı və “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunması, 44 günlük Vətən müharibəsi iştirakçısı olması, himayəsində 1 nəfər azyaşlı uşağının olması, təqsirini etiraf edərək səmimi peşmançılıq çəkməsi onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hesab edir ki, X8 Təqsirləndirilən şəxs2 02 noyabr 2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək “ev dustaqlığında” saxlanıldığı 4 (dörd ay) ay 12 (on iki) gün müddət ona təyin olunacaq cəzasından Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21-ci və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş materiallarından aydın olur ki, cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri barələrində olan hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 02 noyabr 2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək “ev dustaqlığında” saxlanıldığı 4 (dörd ay) ay 12 (on iki) gün müddət CM-in 68-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü islah işləri cəzasının 4 gününə bərabər tutulmaqla 1 (bir) il 5 (beş) ay 18 (on səkkiz) gün islah işləri cəzası ona təyin olunmuş 2 (iki) il islah işləri cəzasından çıxılmaqla üzərində qəti olaraq üzərində aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 6 (altı) ay 12 (on iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzasını iş yeri üzrə çəksin. Cəza çəkməsinin əvvəli aylıq qazancından tutulmaların başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəza çəkməsinin əvvəli aylıq qazancından tutulmaların başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №1(061)-37/2025
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-37/2025
20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver