Məhkəmə qərarları › İş №1(061)-39/2025

Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-39/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-39/2025 11.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X14 oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X12, Təqsirləndirilən şəxs, Tərtər rayon Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx xxxxxxxx 1983-cü ildə Tərtər rayon Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Tərtər rayon Suvarma Sistemləri İdarəsində sürücü işləyən, məhkumluğu olmayan, Tərtər rayon Yenikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 23 dekabr 2024-cü il tarixdə saat 13 radələrində sürücülük hüququ olmaqla və sərxoş olmadan, etibarnamə əsasında idarə etdiyi, sürücü vəzifəsində çalışdığı Tərtər rayon Suvarma Sistemləri İdarəsinə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Kamaz 65115- 117” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük maşınını yaşadığı Tərtər rayon Yenikənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində irəliyə doğru hərəkət etdirərkən yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkətə başlamazdan manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda lazımi diqqətlilik və ehtiyatlılıq göstərməyərək həmin vaxt həyətdə olan anası, piyada Tərtər rayon Yenikənd kəndində yaşamış X6 ehtiyyatsızlıqdan vuraraq sonuncunun kələ qapağı, əsası və üz skelet sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beyin toxumasının zədələnməsi və qansızması, hər iki ağ ciyərlərin çoxsaylı əzilmiş-cırılmış yaraları, qabırğaların və fəqərələrin çoxsaylı, sol körpücük və döş sümüyünün sınıqları, qara ciyərin cırılmış yaraları, sağ qaş nahiyəsinin, sağ saidin orta-aşağı 1/3-nin ön səthinin əzilmiş-cırılmış yaraları, sağ süd vəzinin bayır səthinin, döş qəfəsinin və qarının sağ yan səthinin, qarının ön səthinin sağ yarısının, sol budun aşağı 1/3-nin ön səthinin iç-yan və sol diz oynağının ön-iç səthinin sıyrıqları ilə müşayiət edilən və dərəcələrinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alması və aldığı kəllə qapağı və əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları nəticəsində baş beyin toxumasına və qişalarına qansızma nəticəsində 23 dekabr 2024-cü il tarixdə ölməsinə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Tərtər rayon Suvarma Sistemləri İdarəsinin sürücü vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə, saat 08 radələrində işlədiyi idarədən ezamiyyət vərəqəsi götürmüş yaşadığı Tərtər rayon Yenikənd kəndində yerləşən evinə gəlmişdir. Bu vaxt o, yük maşınını geriyə doğru idarə edərək həyətinə daxil olmuşdur. Yük maşınının ön hissəsi darvazaya doğru olmuşdur. Daha sonra saat 13 radələrində günorta yeməyini yeyib sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi Suvarma Sistemlər İdarəsinə məxsus “Kamaz-65115-117” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhərinə yola düşmüşdür. Bu vaxt həyətdən Kamazı irəli doğru hərəkət etdirərkən çıxmışdır. Tərtər rayon Düyərli kənd ayrıcının ərazisində olan zaman bacısı Şahid1 ona telefonla zəng edib anası Gülnaz Məmmədovanın rəhmətə getdiyini bildirmişdir. O isə dərhal evə geri qayıtmış və bilmişdir ki, “Kamaz-65115-117” markalı **-AC-*** dövlət qeydiiyat nişanlı yük avtomobilini həyətdən çıxardarkən anası Gülnaz darvaza ilə kamazın arasında qalmışdır. Anasının ölümü ilə bağlı təcili tibbi yardımın 103 xidmətinə məlumat verməmişdir. Anasının ölümünü eşidən dayısı Qənbər onlara gəlmiş və məsləhətləşmişlər ki, anası Gülnazı dəfn edələr. Həmin gün saat 16 radələrində Tərtər rayon Sarıcalı kəndində yerləşən qəbirstanlığında dəfn olunmuşdur. Hadisə zamanı avtomobildə ondan əlavə heç kim olmamışdır. O, “Kamaz-65115-117” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili idarə edərkən spirtli içki, yaxud narkotik vasitə və ya psixotrop maddə qabul etməmişdir. X2 yaşadığı evin həyətində idarə etdiyi “Kamaz-65115-117” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə darvazanın arasında sıxışıb qalması olmuşdur. O, törətdiyi əməlinə görə peşman olduğunu, vicdan əzabı çəkdiyini, zərərçəkən şəxsin öz doğma anası olmasını, zərərçəkən şəxsin hüquqi varisinin ondan şikayət, tələblərinin olmadığını bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinın nümayəndəsi X20 göstərmişdir ki, qardaşı zərərçəkmiş şəxsin hüquqi varisi X13 onun qardaşıdır. Elbrus Məmnmədovun məhkəmə iclasının vaxtı və yeri barədə məlıumatı olmuş, lakin işi ilə bağlı məhkəmə iclasına gəlməmiş, ona etibarnamə verərək məhkəmə iclaslarında təmsil etməyi həvalə etmişdir. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Anası ilə qardaşı Elşad bir evdə mehriban yaşamışlar. Onların aralarında heç bir ədavətləri olmamışdır. xx.xx.2024-cü il tarixdə qardaşı Elşadın həyat yoldaşı Günay Məmmədova telefon vasitəsi ilə ona zəng edərək anası Gülnazın yolnəqliyyat hadisəsi keçirməsi nəticəsində dünyasını dəyişdiyini bildirmişdir. Həmin yol-nəqliyyat hadisəsini qardaşı Elşad idarə etdiyi “Kamaz-65115-017” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə törətmişdir. Bununla bağlı qardaşı X19 Məmmədovdan heç bir şikayəti, tələbi və iddiası olmadığını bildirmiş, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında könüllü olaraq şahid qismində dindirilmiş X17 göstərmişdir ki, təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. O, yaşadığı kənddə həyat yoldaşı Təqsirləndirilən şəxs, övladları 2009-cu il təvəllüdlü X21 və 2014-cü il təvəllüdlü X18, həmçinin mərhum qaynanası X9 ilə birlikdə yaşamışdır. 22 dekabr 2024-cü il tarixdə baldızı Şahid1 onlara qonaq gəlmişdir. Mərhum qaynanası yaşlı və fiziki cəhətdən normal və anlaqlı şəxs olmuşdur. 23 dekabr 2024-cü il tarixdə günorta saat 13 radələrində övladları və baldızı ilə evdə, qaynanası Gülnaz isə həyətdə olmuşdur. Həmin vaxt həyat yoldaşı işlədiyi X15 İdarəsinə məxsus “KAMAZ-65115-117” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük maşınını işə salıb ezamiyyətə getmiş, qaynanası isə çöldə onu ötürürmüşdür. Həmin vaxt o, qəfil çöldə zəif insan çığırtısının səsini eşitmiş və baldızına nəsə səs gəldiyini deyib çölə çıxan zaman qaynanası Gülnazın həyətin ortasında darvazaya yaxın, uzanıqlı vəziyyətdə olduğunu və sifət nahiyəsinin əzilmiş və göyərmiş vəziyyətdə olduğunu görmüşdür. Dərhal baldızı Vəfa, həyat yoldaşı Elşada zəng etmiş və Elşad, bir neçə dəqiqə sonra geri qayıtmışdır. Bundan sonra onlar qaynanasının meyitini evin içərisinə aparmışlar. Səs-küyə qonşulardan xatırlamadığı şəxslər də gəlmişdilər. Onlar Gülnazın artıq öldüyünü görüb təcili yardıma zəng etməmişlər. Daha sonra isə onun başı yas mərasiminə hazırlıq işlərinə qarışmışdır. Saat 16 radələrində isə Gülnazı aparıb Sarıcalı kənd qəbiristanlığında dəfn etmişlər. xx.xx.2024-cü il tarixdə rayon polis şöbəsinin əməkdaşları gəlib qaynanasının həyat yoldaşı tərəfindən yük maşını ilə vurulması barədə məlumat aldıqlarını bildirib onları izahat vermək üçün dəvət etmişlər. “KAMAZ” hündür olduğu üçün həyat yoldaşı anasını vurduğunu görə bilməmiş və yük maşının səsi möhkəm olduğu üçün səsini eşitməyib getmişdir. Hadisəyə ondan başqa baldızı Vəfa şahidlik etmişdır. Həmçinin sonradan xatırlamadığı qonşular da gəlmişdilər. İş üzrə şahid qismində dindirilmiş Şahid1 X17 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə islasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs kürəkəni, X8 onun qudası olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində evdə olarkən qızı Günay Əliyeva telefon vasitəsi ilə zəng edərək Gülnaz Məmmədovanın təzyiqinin qalxdığını və dünyasını dəyişdiyini bildirmişdir. O da saat 15 radələrində qudası Gülnaz Məmmədovanın yaşadığı Tərtər rayon Yenikənd kəndində yerləşən fərdi yaşayış evinə getmiişdir. Gülnaz Məmmədovanın vəfat etdiyini və evin həyətində insanların topalaşdığını görmüşdür. Daha sonra onlar Gülnazı dəfn etmək üçün Tərtər rayon Sarıcalı kəndində yerləşən qəbirstalığa getmiş və orada sonuncunu dəfn etmişlər. X5 Məmmədovun idarə etdiyi “Kamaz-65115-117” markalı yük avtomobili ilə darvazanın arasında qalıb öldüyü barədə məlumatı olmamış, həmin hadisəni o qudası Gülnazın evilə gələrkən öyrənmişdir. Məhkəmə iclasına gəlməyən Şahid3 ibtidai istintaq vaxtı verdiyi ifadəsi elan edilmişdir. Şahid3 elan olunmuş ifadəsindən aydın olur ki, heç bir yerdə rəsmi olaraq işləmir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində yaşadığı Tərtər rayon Yuxarı Sarıcalı kəndində yerləşən fərdi yaşayış evində olan zaman telefon vasitəsi ilə xatırlamadığı şəxs ona zəng edərək bacısı X3 ağır xəstə olduğunu və təzyiqi olduğunu bildirdilər və o da dərhal idarə etdiyi “QAZ-2910” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gülnaz Məmmədovanın yaşadığı Tərtər rayon Yenikənd kəndinə yerləşən evinə getmişdir. Evdə olan zaman qonşuların və qohumların həyətə toplaşmasını görmüş və bu zaman o bilmiş ki, bacısı Gülnaz Məmmədova rəhmətə getmişdir. Bu zaman o, bacısı Gülnazın üzün açıb baxmaq istədikdə evdə olan qadınlar ona kəfəni açmağa icazə verməmişlər. Daha sonra o həyətə çıxmış və bacısı oğlu Elşada yas mərasiminə hazırlaşmağını bildirmişdir. Daha sonra X16 rayon Sarıcalı kənd qəbirstanlığında dəfn etmişlər. Həmin vaxt onun vəziyyəti pisləşmiş və buna görə də o, yaşadığı evə getmişdir. Həmin gün təxminən saat 19 radələrində Elşadı polis əməkdaşları polis şöbəsinə aparmalarını öyrənmişdir. Aparmaqlarının səbəbi isə Elşadın idarə etdiyi “Kamaz” markalı **-AC-*** dövlət qeydiiyat nişanlı yük avtomobili ilə bacısı Gülnaz Məmmədovanı ehtiyyatsızlıqdan vuraraq ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi olmuşdur. Həmin vaxt onun məlumatı olmuş ki, Elşad, bacısı Gülnazı idarə etdiyi Kamazla vuraraq öldürmüşdür. Hadisə ilə bağlı hər hansı hüquq mühafizə orqanlarına və ya təcili tibbi yardıma məlumat verməmiş, səbəb isə Gülnaz Məmmədovanın yol-nəqliyyat hadisəsi nəticəsində ölməsini o, Elşadı Tərtər RPŞ-nə dəvət etdikdən sonra öyrənməsi olmuşdur. İş materiallarından aydın olur ki, əlavə olunmuş iş üzrə baş vermiş yol-nəqliyyat hadisəsi yerinə 30 dekabr 2024-cü il tarixdə baxış aparılmış və müəyyən edilmişdir ki, hadisə yeri Tərtər rayon Yenikənd kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətidir. Hadisə yerində yol çınqıl daş örtüklü olmaqla quru, enişli və hamardır. Hadisə yeri fərdi yaşayış evinin həyətidir. Küçənin ümumi eni 6,50 metr, darvazanın ümumi eni isə 3,80 metrdir. Baxış zamanı hadisə yerində tormoz izi aşkar edilməmişdir. Baxış zamanı yol nişanlarının olmaması müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, hadisə baş verən zaman “Kamaz 65115-117” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük maşını texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə baş verən zaman “Kamaz 65115-117” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük maşınında sürücü Təqsirləndirilən şəxs əlavə heç kim olmamışdır. Hadisə baş verdikdən sonra “Kamaz 65115-117” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük maşınında sürücü Təqsirləndirilən şəxsn sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş və sonuncunun hadisə zamanı “Kamaz 65115-117” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük maşınını sərxoş olmadan idarə etməsi müəyyən edilmişdir. Baxış zamanı protokol tərtib edilmiş, sxem və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (Bax: İş vərəqə: 56-65) İş materiallarından aydın olur ki, iş üzrə tərəfimdən 26 dekabr 2024-cü il tarixdə X3 meyitinin qəbirdən çıxarılması (ekshumasiya) istintaq hərəkəti keçirilmişdir. Ekshumasiya Tərtər rayon Sarıcalı kənd qəbirstanlığında həyata keçirilmişdir. Ekshumasiya zamanı X3 qəbri X10 və X11 qəbrlərinin arasında yerləşməsi müəyyən edilmişdir. Qəbrin üzərinə yaşıl rəngli örtük çəkilmişdir. Qəbir açıldıqdan sonra X3 meyiti qəbirdən çıxarıldı və meyitin baş nahiyəsinin sağ hissəsində əzilmiş yara xəsarətləri aşkar edilmişdir. (Bax:İş vərəqə: 45-55) İş materiallarından aydın olur ki, iş üzrə “Kamaz 65115-117” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük maşınına 23 dekabr 2024-cü il tarixdə baxış keçirilmişdir. Baxış zamanı həmin “Kamaz 65115-117” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük maşını Tərtər rayon Suvarma Sistemləri İdarəsinə məxsus olduğu, Təqsirləndirilən şəxs tərəfindən etibarnamə əsasında idarə olunduğu müəyyən edilmişdir. Həmçinin baxış zamanı müəyyən edildi ki, həmin yük maşınının eni 2,80 metr, uzunluğu 5 metr, hündürlüyü isə 2,80 metrdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin yük maşını ilə yaşadığı fərdi yaşayış evinin həyətindən irəliyə doğru hərəkət edərək həyətdən çıxan zaman anası Gülnaz Məmmədovanı görməmiş və sonuncunu darvaza ilə yük maşınının arasında qoymuşdur. Gülnaz Məmmədova isə aldığı xəsarətlərdən hadisə yerinə ölmüşdür. (Bax:İş vərəqə: 12-19) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyi PHŞ-in Bərdə rayon Şöbəsinin 27 dekabr 2024-cü il tarixli 38 nömrəli rəyindən görünür ki, vət. X3 məhkəmə tibbi müayinəsi zamanı onun meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlərkələ qapağı, əsası və üz skelet sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beyin toxumasının zədələnməsi və qansızması, hər iki ağ ciyərlərin çoxsaylı əzilmiş-cırılmış yaraları, qabırğaların və fəqərələrin çoxsaylı, sol körpücük və döş sümüyünün sınıqları, qara ciyərin cırılmış yaraları, sağ qaş nahiyəsinin, sağ saidin orta-aşağı 1/3-nin ön səthinin əzilmiş-cırılmış yaraları, sağ süd vəzinin bayır səthinin, döş qəfəsinin və qarının sağ yan səthinin, qarının ön səthinin sağ yarısının, sol budun aşağı 1/3-nin ön səthinin iç-yan və sol diz oynağının ön-iç səthinin sıyrıqları aşkar edilmişdir. Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı piyada olmaqla törənə bilərlər, dərəcələrinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmasya aiddirlər. X1 ölümünə səbəb kəllə qapağı və əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları nəticəsində baş beyin toxumasına və qişalarına qansızma olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 3-4 gün olar baş vermişdir. X1 meyitindən göürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metafetamin fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (xx.xx.2025-ci il tarixli 4524/k nömrəli akt). (Bax: İş vərəqə: 36-38; 90-94) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2025-ci il tarixli 8/707 nömrəli rəyində göstərilmişdir ki, “Kamaz 65115-117” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük maşınının sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (Bax: İş vərəqə: 82-83; 103-106) İşdə olan Azərbaycan Respublikası Səhiyyə Naziliyi Tərtər RMX PHŞ-in 23 dekabr 2024cü il tarixli 364 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2024-cü il tarixdə sərxoş vəziyyətdə olmamışdır. (Bax:İş vərəqə: 35) İşdə olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yevlax RQİ və TBŞ-nin xx.xx.2012-ci il tarixli nəqliyyat vasitəsinin şəhadətnaməsindən görünür ki, “Kamaz 65115-117” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük maşını 23 dekabr 2024-cü il tarixdə, yəni yolnəqliyyat hadisəsi baş verən zaman X15 İdarəsinə məxsus olmuşdur. (Bax: İş vərəqə: 28) Cinayət işinə əlavə edilmiş Səhiyyə Nazirliyi Tərtər RMX PHŞ-in 22 yanvar 2025-ci il tarixli 18-1-75/2-78/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon Mərkəzi Xəstəxanasının narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatında dayanmır. (Bax:İş vərəqə: 80) Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 27 yanvar 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (Bax:İş vərəqə: 81) İşdə olan BC256681 saylı sürücülük vəsiqəsinin surətindən də göründüyü kimi Təqsirləndirilən şəxs avtomobil idarə etmək üçün sürücülük hüququ vardır. (Bax: İş vərəqə: 28) İş materiallarından aydın olur ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz 65115-117” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük maşını istintaq materialları ilə uyğunluq təşkil etdiyindən maddi sübut kimi tanınmış və qəbzlə Təqsirləndirilən şəxs təhvil verilmişdir. (Bax:İş vərəqə: 140-148 ) Beləliklə, Təqsirləndirilən şəxs əməlləri məhkəmə istintaqı zamanı özünün etirafı, nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələri, məhkəmə tibb ekspertizasının verdiyi rəylər və işdə olan digər sənədlərlə tam sübuta yetir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 23 dekabr 2024-cü il tarixdə saat 13 radələrində sürücülük hüququ olmaqla və sərxoş olmadan, etibarnamə əsasında idarə etdiyi, sürücü vəzifəsində çalışdığı Tərtər rayon Suvarma Sistemləri İdarəsinə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Kamaz 65115-117” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük maşınını yaşadığı Tərtər rayon Yenikənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində irəliyə doğru hərəkət etdirərkən yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkətə başlamazdan manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda lazımi diqqətlilik və ehtiyatlılıq göstərməyərək həmin vaxt həyətdə olan anası, piyada Tərtər rayon Yenikənd kəndində yaşamış X6 ehtiyyatsızlıqdan vuraraq sonuncunun kələ qapağı, əsası və üz skelet sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beyin toxumasının zədələnməsi və qansızması, hər iki ağ ciyərlərin çoxsaylı əzilmiş-cırılmış yaraları, qabırğaların və fəqərələrin çoxsaylı, sol körpücük və döş sümüyünün sınıqları, qara ciyərin cırılmış yaraları, sağ qaş nahiyəsinin, sağ saidin orta-aşağı 1/3-nin ön səthinin əzilmiş-cırılmış yaraları, sağ süd vəzinin bayır səthinin, döş qəfəsinin və qarının sağ yan səthinin, qarının ön səthinin sağ yarısının, sol budun aşağı 1/3-nin ön səthinin iç-yan və sol diz oynağının ön-iç səthinin sıyrıqları ilə müşayiət edilən və dərəcələrinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alması və aldığı kəllə qapağı və əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları nəticəsində baş beyin toxumasına və qişalarına qansızma nəticəsində 23 dekabr 2024-cü il tarixdə ölməsinə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir və həmin tarixdə Tərtər Rayon Məhkəməsinin qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özününn etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan norması tətbiq olunması və ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirir. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməsi kimi başa düşülməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Məhkəmə ictintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirildiyindən, ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hüssəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərər çəkən şəxslə barışıq əldə etməsini, zərər çəkən şəxsə dəymiş ziyanın aradan qaldırılmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, törətdiyi cinayəti etiraf etməklə səmimi peşmançılıq çəkməsini yüngülləşdirən hallar və onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarın 1ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirməlidir. Cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcisinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyini məsələsini müzakirə edərkən yuxarıda sadalanan halları nəzərə alaraq təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Bununla yanaşı məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah oluna bilər. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsin və zərərçəkmiş hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin ona qarşı şikayətçi olmadıqlarını bildirmiş, əməlinin zərərli nəticələrini aradan qaldırmaq məqsədilə real davranış nümayiş etdirərək, zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə edərək barışmış, bununla da törətdiyi cinayətin zərərli nəticələrini yüngülləşdirmişdir. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs artıq islah yoluna qədəm qoymuşdur. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamadan islah olunmağa başlamışdır və o, hazırda təyin edilmiş cəzasını real olaraq çəkmədən də islah olunmasını davam etdirə bilər. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmçinin cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb X4 cəza çəkmədən islah olunmasını mümkün sayaraq, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə keçirilmiş ekspertizası üzrə Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ibidai istintaq məhələsində maddi sübut kimi tanınaraq Tərtər RPŞ-in DYPB-in cərimə meydançasında saxlanılmış “VAZ 21061” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin 24 aprel 2025-ci il tarixdə qəbzlı Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-in 70-ci, Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 353, 381-383-384-385-ci, maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə, davranışı üzərinə nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Kamaz 65115-117” markalı **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili sahibi Təqsirləndirilən şəxs qəbzlə qaytarılması nəzərə alınsın. Hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar