Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1(061)-40/2025 15.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X4 oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər rayon Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Tərtər rayonunun Balakəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Tərtər rayonunun Balakəngərli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 11 dekabr 2024-cü il tarixdə saat 11 radələrində yaşadığı Tərtər rayonu Balakəngərli kəndində yerləşən fərdi yaşayış evlərinin hamam otağından anası Zərərçəkmiş şəxs2 məxsus 1584 manat dəyərində, 01 ədəd Rusiya istehsalı olan, 583 əyarlı, klonu ilə birlikdə 13,77 qram çəkidə qızıl boyunbağını və həmin fərdi yaşayış evinin yataq otağında yerləşən dolabın üzərindən qardaşı Zərərçəkmiş şəxs1 məxsus 1680 manat dəyərində 01 ədəd İtaliya istehsalı olan, 750 əyarlı, klonu ilə birlikdə 12 qram çəkidə qızıl boyunbağını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 1584 manat miqdarında, digər Zərərçəkmiş şəxs1 isə 1680 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclasında özünü təqsirli bilməsə də, sonuncu məhkəmə iclasında məhkəməyə yazılı ərizə təqdim edərək qeyd etmişdir ki, özünü Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilir, əvvəllər məhkum olunmamışdır, ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir, zərərçəkmiş şəxslərlə, yəni anası və qardaşı ilə barışmışdır, onlara vurmuş olduğu ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbləri yoxdur və barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə ərizə yazmışlar, hazırda əməlindən peşimandır, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 İsrayıl qızı məhkəməyə yazılı ərizə təqdim edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Bir yerdə yaşayırlar. Əli xx.xx.2024-cü il tarixdə ona məxsus qızıl boyunbağını ondan istəsə də, qızılı Əliyə verməmiş və hüzür yerinə getmişdir. Hüzr yerindən qayıtdıqdan sonra qızılın yerində olmadığını görmüş, bu barədə Əlidən soruşduqda Əli apardığını demişdir. Əslində özünün şikayəti olmayıb. Polisə şikayəti qaynı Talıb etmişdir. Övladının (Əlinin) əziyyət çəkməssini istəmir. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Bir yerdə yaşayırlar. Əli ona məxsus qızıl boyunbağını xx.xx.2024-cü il tarixdə oğurlamışdır. Əvvəl əsəbi olub şikayət etsə də, hazırda şikayətçi deyildir. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Tərtər rayon sakini kimi tanıyır, aralarında yaxşı münasibətləri vardır. xx.xx.2024-cü il tarixdə Əli ona mobil telefonla zəng edərək özünün şəxsiyyət vəsiqəsi Bakı şəhərində qaldığını deyərək, ondan öz şəxsiyyət vəsiqəni gətirməsini xahiş etmiş və Lambarda qızıl girov qoyub kreditə pul götürəcəyini demişdir. Ona görə də həmin gün Tərtər şəhərində Əli ilə görüşərək birlikdə Lambarda getmişlər. O, Əlinin verdiyi qızılı və özünün şəxsiyyət vəsiqəsini Lambarda təqdim edərək, girov müqabilində pul götürüb Əliyə vermişdir. Sonradan borcu bağlayıb girov qoyulan qızılı götürüb Əliyə vermişdir. Əvvəl qızılın oğurluq olmasını bilməmişdir. Sonradan Əlinin atasının dediklərindən Əlinin qızılı oğuladığını bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatının Tərtər rayon filialının müdiri vəzifəsində işləyir. "xxxx" BOKT lambbard fəaliyyətini həyata keçirir. Tərtər şəhər sakini olan Şahid1 müştəri kimi tanımışdır. Şahid1 xx.xx.2024-cü il tarixdə onlara qızıl girov qoyub 1150 manat kredit götürmüşdür. Həmin vaxt Əli də İsmayılın yanında olmuşdur. Qızılın çəkisi yadında deyildir. Sonradan krediti ödəyə bilmədiyi üçün müştərinin özünün razılığı ilə girov qoyulan qızıl satılmışdır. Həmin qızılın oğurluq olmasını əvvəl bilməmişdir. Sonradan istintaq zamanı qızılın oğurluq olmasını bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin Tərtər rayon filialında qrup rəhbəri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs tanımır. Tərtər şəhər sakini olan Şahid1 müştəri kimi tanımışdır. İsmayıl xx.xx.2024-cü il tarixdə onlara qızıl girov qoyub kredit götürmüşdür. Kreditin məbləği yadında deyildir. Həmin qızılın oğurluq olmasını əvvəl bilməmişdir. Sonradan istintaq zamanı qızılın oğurluq olmasını bilmişdir. Cinayət işində olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Tərtər şəhəri F.Qulami küçəsində yerləşən "xxxx" lombard filialına baxış keçirən zaman xx.xx.2024-cü il tarixdə Şahid1 01 ədəd 583 əyarlı, Rusiya istehsalı, 13,77 qram çəkidə qızıl boyunbağı qoyaraq kredit rəsmiləşdirərək pul götürdüyü müəyyən edilmişdir. Cinayət işində olan xx.xx.2025-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Tərtər şəhəri H.Əliyev prospekti 55-də yerləşən "xxxx" Bank Olmayan Kredit Təşkilatına baxış keçirən zaman xx.xx.2024-cü il tarixdə Şahid1 01 ədəd 750 əyarlı, İtaliya istehsalı, 13 qram çəkidə qızıl boyunbağı qoyaraq kredit rəsmişəldirərək pul götürdüyü müəyyən edilmişdir. Cinayət işində olan xx.xx.2025-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Tərtər şəhəri F.Qulami küçəsində yerləşən "xxxx" lombard filialına baxış keçirən zaman xx.xx.2024-cü il tarixdə Şahid1 01 ədəd 583 əyarlı, Rusiya istehsalı, 13,77 qram çəkidə qızıl boyunbağı qoyaraq kredit rəsmişəldirərək pul götürdüyü müəyyən edilmişdir. Baxış zamanı cinayət işi üzrə 01 ədəd Rusiya istehsalı olan, 583 əyarlı, klonu ilə birlikdə 13,77 qram çəkidə qızıl boyunbağı maddi sübut olduğundan qablaşdırılıb götürülmüşdür. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1450 nömrəli rəyindən görünür ki, 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: - Rus istehsalı, 583 əyarlı, klonu ilə birlikdə 13,77 qram çəkidə, 01 ədəd qızıl boyunbağı – 1584 manat - İtaliya istehsalı, 750 əyarlı, klonu ilə birlikdə 12 qram çəkidə, 01 ədəd qızıl boyunbağı – 1680 manat Ekspertiza təyini haqqında qərarda qeyd edilən zərgərlik məmulatlarının 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3264,00 manat müəyyən edilir. Cinayət işində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talamaq məqsədilə xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Tərtər rayonu Balakəngərli kəndində yaşadığı fərdi yaşayış evində anası Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd qızıl boyunbağının, qardaşı Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd qızıl boyunbağının götürdüyü hamam otağını və yataq otağını göstərərək həmin yerdən oğurladığı yeri və həmin qızılları tanışı Şahid1 ilə birlikdə Tərtər şəhərində yerləşən "xxxx" lombarda və "xxxx" BOKT qoyaraq kredit əldə etdiyi yeri əyani şəkildə təsdiq etmişdir. Cinayət işində olan xx.xx.2024-cü il tarixli Kredit xətti üzrə (borc) və girov müqaviləsidən, AC00036983 nömrəli qiymətlənmdirmə aktından və ödəniş cədvəlindən görünür ki, Şahid1 1055 AZN məbləğində kredit verilmiş və həmin krediti rəsmiləşdirmək üçün üzərində "xxxx" MMC sözləri yazılmış 5376 0933 4476 6357 nömrəli debit kart verilmişdir. Cinayət işində olan xx.xx.2024-cü il tarixli Kredit və girov müqaviləsindən, qiymətlənmdirmə aktından və ödəniş cədvəlindən görünür ki, Şahid1 1160 AZN məbləğində kredit verilmiş və həmin krediti rəsmiləşdirmək üçün üzərində "xxxx" kredit təşkilatı sözləri yazılmış 9981 1070 0533 0194 nömrəli debit kart verilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Cinayət işində olan xx.xx.2025-ci il tarixli 001-211-025 nömrəli "xxxx" Bank Olmayan Kredit Təşkilatından daxil olmuş məktubdan görünür ki, X3 ilə BOKT "xxxx" ASC arasında xx.xx.2024-cü il tarixli kredit (borc) və girov Müqaviləsinə əsasən ona 1 ay müddətinə 1160 AZN məbləğində kredit verilmiş və həmin kreditin təminatı kimi sonuncuya məxsus olan qızıl girov kimi yüklü edilmişdir. Lakin, Şahid1 ödəniş cədvəli üzrə dövrü olaraq ödəməli olduğu krediti vaxtında və lazımi qaydada icra etmədiyindən kreditin təminatı borcun ödənilməsinə yönəldilmişdir. Hal-hazırda Şahid1 BOKT qarşısında icra edilməmiş hər hansı borcu qalmamışdır. Cinayət işində olan “maddi sübut kmi tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd Rusiya istehsalı, 583 əyarlı, klonu ilə birlikdə 13,77 qram çəkidə qızıl boyunbağı iş üzrə maddi sübut kmi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Cinayət işində olan “sübutların qiymətləndirlməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə xx.xx.2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmış 01 ədəd Rusiya istehsalı, 583 əyarlı, klonu ilə birlikdə 13,77 qram çəkidə qızıl boyunbağı saxlanılması üçün Zərərçəkmiş şəxs2 qaytarılımışdır. Cinayət işində olan Tərtər rayon İcra hakimiyyəti Başçısının Cəmilli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi M.Məmmədov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs özünü numunəvi vətəndaş kimi aparmış, əhali arasında hörmət qazanmış, qonşuları ilə münasibəti normal olmuş, ictimai yerdə özünü yaxşı aparır, sakit təbiətlidir, mehribandır, ictimai işlərdə fəal iştirak edir, onun barəsində şikayət məzmunlu ərizə daxil olmamışdır. Cinayət işində olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 qız və Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, onlara dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbrininin olmadığını qeyd edərək cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişlər. Cinayət işində olan məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, zərərçəkmiş şəxslərlə barışdığını və vurduğu ziyanı tam ödədiyini bildirmiş və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 10.1-ci maddəsinə əsasən Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2025-ci il tarixli Qanununa əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında iki il azadlıqdan məhrum etmə sözləri üç il azadlıqdan məhrum etmə sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərdən görünür ki, CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə əzası ağırlaşmış və həmin əməl artıq «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2025-ci il tarixli Qanununun qüvvəyə minməsindən sonra təsnifatına görə böyük ictimai təhlükə törədən əməl kimi deyil, az ağır cinayət əməli kimi təsbit edilmişdir. Təqsirləndirilən şəxs ittiham verilən cinayət əməli isə xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində törədildiyindən onun əməlinə köhnə redaksiyada olan Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə uyğun qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 10.1-ci maddəsində göstərilir ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 qız və Zərərçəkmiş şəxs1 ifadələrini dinləyib, onların ərizələrini və iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməldəm peşiman olmasıını, onun zərərçəkmiş şəxslələ barışmasını, yaxın qohum (bir ailənin üzvləri olmalarını) olmalarını, vurduğu maddi ziyanı tam olaraq ödəməsini, törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin köhnə redaksiyasına uyğun olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddəsinə əsasən, cinayət qanununun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyi baxımından da Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istihad olunan qanunvericilik normalarının müddəalarına əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsi tətbiq edilməklə CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan 01 ədəd Rusiya istehsalı, 583 əyarlı, klonu ilə birlikdə 13,77 qram çəkidə qızıl boyunbağı saxlanılması üçün Zərərçəkmiş şəxs2 qaytarılıması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39, 40, 43.3, 321, 384.1.3-cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1ci maddəsi tətbiq edilməklə CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınan 01 ədəd Rusiya istehsalı, 583 əyarlı, klonu ilə birlikdə 13,77 qram çəkidə qızıl boyunbağı saxlanılması üçün Zərərçəkmiş şəxs2 qaytarılıması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №1(061)-40/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №1(061)-40/2025
15.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver