Məhkəmə qərarları › İş №1(061)-41/2025

Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-41/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-41/2025 30.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər rayon Vəkil Bürosunun vəkil Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, sahibkarlıqq fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Tərtər şəhəri, Nəsimi küçəsi, ev 15-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 2017-ci ilin istintaqa dəqiq məlum olmayan ayından və günündən Tərtər rayon Bəyimsarov bələdiyyəsinin mülkiyyətində olan və Tərtər rayon Sarov kəndi ərazisində yerləşən 130 kv.m ümumi istifadəli torpaq sahəsini, həmçinin 108 kv.m dövlət mülkiyyətində olan topaq sahələrini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan zəbt edərək həmin torpaq sahələrinin üzərində özünə məxsus “Fərid İnşaat” adlı mağaza üçün çardaq və əlavə köməkçi tikili tikmiş, həmçinin mağazanın arxasında əlavə çardaq tikmək üçün bir mişar daşı hündürlüyündə hasarlama apararaq dəmir borular basdırıb torpaq üzərində özbaşına tikinti və quraşdırma işləri aparmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2017-ci il tarixdə Tərtər rayonu, Sarov kəndi ərazisində 129.6 kv. m torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ arvadı Aynur Cəbrayılovaya məxsusdur. Həmin torpaq üzərindəki qeyri-yaşayış binası olan əsas tiklinin uzunluğu 16.40 metr, eni isə 7.90 metrdir. Həmin köhnə tikilini 2017-ci il tarixdə əsaslı bərpa elətdirərək “Fərid inşaat” adlı tikinti malları mağazası etmişdir. Əsaslı bərpa işləri görərkən mağzanın qaşısında mağaza üçün çardaq quraşdırmışdır. Həmin köhnə tikilini alanda tiklinin, yəni indiki mağazanın arxasında köməkçi yarımçıq tikili mövcud olmuşdur. Təmir zamanı həmin yarımçıq tiklini bərpa elətdirirək bütöv tikili halına gətirmişdir. Özlərinə məxsus olan 129.6 kv.m ərazidən əlavə mağazanın arxasında köməkçi yarımçıq tikilinin ərazisi 51 kv.m, mağazanının qarşısındakı çardağın ərazisi isə 85 kv.metrdir. Ekspert rəyində isə onun 136 kv.m deyil, 238 kv.m torpaq sahəsini zəbt etdiyi qeyd olunmuşdur. Dəfələrlə Əmlak Məsələləri Dövlət Xidmətinə və Tərtər rayon Sarov (indiki Bəyimsarov) bələdiyyəsinə 136 kv.m torpaq sahəsinin qanuna müvafiq qaydada ona verilməsi barədə müraciət etmiş və ona bildirilmişdir ki, müraciətinizə baxılacaqdır. O, arvadı Aynur Cəbrayılovaya məxsus “Fərid İnşaat” adlı mağazasının qarşısında quraşdırmış olduğu çardaqdan və həmin mağazanın arxasında tikmiş olduğu tiklidən istifadə etməyə dair Əmlak Məsələləri Dövlət Xidmətindən və Tərtər rayon Sarov Bələdiyyəsindən hər hansı icazə sənədi almamışdır. İstər Əmlak Məsələləri Döxlət Xidmətinin, istərsə də Tərtər rayon Sarov Bələdiyyəsinin torpaq zəbti ilə bağlı ondan şikayət və hər hansı bir tələbləri olmamış, nə də ki, ona bu barədə xəbərdarlıq edilməmişdir. O, məsələ ilə bağlı dəfələrlə Əmlak Məsələləri Dövlət Xidmətinə və Tərtər rayon Sarov Bələdiyyəsinə müraciət etmiş, müraciətinə cavab verilmədiyi üçün həmin ərazidə bir sıra tikinti işləri həyata keçirmiş, iki il əvvəl isə əlavə olaraq dəmir borular basdırmışdır. Əmlak Məsələləri Dövlət Xidməti və Tərtər rayon Bəymsarov Bələdiyyəsi tərəfindən ona xəbərdarlıq edildiyi üçün dəmir boruları kəsib götürmüşdür. Himayəsində üç nəfər uşağı, yaşlı valideyinləri vardır. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün ifadəsi ilə yanaşı, şərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahidlərin ifadələri, ekspert rəyi və işin digər materalları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Nümayəndə ifadəsində göstərmişdir ki, 2015-ci ildən Tərtər rayonu əvvəlki Sarov bələdiyyəsinin, 2025-ci ildən isə hazırda Tərtər rayonu Bəyimsarov bələdiyyəsinin sədri vəsifəssində işləyir. Təqsirləndirilən şəxs Alıyev X8 şəhər sakinidir və Tərtər rayonu, Sarov kəndində sahibkar kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxslə nə əvvəlki Sarov bələdiyyəsi, nə də indiki Bəyimsarov bələdiyyəsi arasında zəbt etdiyi 130 kv.m. torpaq sahəsinə dair mülkiyyət, icarə və ya istifadə hüququna dair hər hansı müqavilə bağlanmamış, nə də ki, ona həmin torpaq sahəsini istifadə etməsi üçün hər hansı şifahi və ya yazılı razılıq verilməmişdir. Təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətində olan 130 kv.m ümumi istifadəli torpaq sahəsində dəmir dirəkləri bastırması və mişar daşları ilə müəyyən ölçülü tikinti işləri aparması barədə məlumatları olduqdan sonra şifahi formada ona tərəflərindən xəbərdarlıq edilmişdir. Şifahi xəbərdarlıqdan sonra Təqsirləndirilən şəxs çıxarışa əsasən arvadı Aynur Cəbrayılovanın mülkiyyətinə verilmiş 129.6 kv.m torpaq sahəsinin sərhədləri daxilində tikilmiş inşaat malları mağazasının axrasında bələdiyyə mülkiyyətinə aid topraq sahəsinin bir hissəsində bastırmış olduğu dəmir dirəkləri və iki mişar daşı hündürlüyündə hörülmüş hörgünü sökərək torpağı əvvəlki vəziyyətinə qaytarmışdır. Alım Alıyev orada tikinti işləri aparmayıb, tikili əvvəldən mövcud olub, sadəcə manasarı, mağazanın damını dəyişdirmiş və iki mişar daşı hündürlüyündə hörgü həyata keçirtmişdir. Təqsirləndirilən şəxs bastırmış olduğu dəmir dirəkləri və iki mişar daşı hündürlüyündə hörülmüş hörgünü sökərək torpağı əvvəlki vəziyyətinə qaytardığı üçün ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun məsləhətçisi vəzifəsində işləyir. 2024cü ilin mart ayında hazırkı Təqsirləndirilən şəxs Tərtər rayon Sarov kəndi ərazisində dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrində qanunsuz olaraq dəmir dirəklər bastırması, tikinti-quraşdırma işləri aparması və çardaq tikməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi Şöbəsinin “Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun müdiri Əliyev X9 rayonu, Sarov kəndi ərazisinə gedərək Tərtər rayon keçmiş Sarov Bələdiyyəsinin, hazırkı Bəyimsarov bələdiyyəsinin sədri Nümayəndə və Təqsirləndirilən şəxs özünün iştirakı ilə həmin ərazidə manitorinq keçirilmişdir. Manitorinq nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs arvadı Aynur Cəbrayılovanın mülkiyyətinə verilmiş 130 kv.m torpaq sahəsinə bitişik 108 kv.m dövlət mülkiyyətinə aid, 130 kv.m hissəsi isə bələdiyyə mülkiyyətinə aid ümumi istifadəli torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş, orada qanunsuz tikintiquraşdırma işləri apaaraq dəmir dirəklər basdırmış, iki mişar daşı hündürlüyündə hörgü hörmüş və çardaq tikmişdir. Xəbərdarlıqdan sonra Təqsirləndirilən şəxs qnunsuz tiklilərin bir hissəsini sökmüşdür. Təqsirləndirilən şəxs şikayətçidirlər. Onun barəsində qnun çərçivəsində ölçü götürülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi Şöbəsinin “Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun müdiri vəzifəsində işləyir. 2024-cü ilin mart ayında hazırkı Təqsirləndirilən şəxs dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrində qanunsuz olaraq dəmir dirəklər bastırması, tikinti-quraşdırma işləri aaparması və çardaq tikməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Tərtər rayonu, Sarov kəndi ərazisinə gedərək Tərtər rayon keçmiş Sarov Bələdiyyəsi, hazırkı Bəyimsarov bələdiyyəsinin sədri Nümayəndə və Təqsirləndirilən şəxs özünün iştirakı ilə həmin ərazidə torpaqlardan istifadə və onların mühavizəsinə dövlət nəzarətini həyata keçirən zaman Təqsirləndirilən şəxs tərəfindən çıxarış əsasında arvadı Aynur Cəbrayılovanın mülkiyyətinə verilmiş 130 kv.m torpaq sahəsinə bitişik dövlət mülkiyyətinə aid 98 kv.m ərazidə qanunsuz olaraq çardaq quraşdırılaraq istifadə edildiyini, bələdiyyə mülkiyyətinə aid 82 kv.m və 50 kv.m ərazidə çardaq quraşdırılması üçün dəmir dirəklər basdırıldığını və tikinti işlərinin aparıldığı aşkar etmişdir. Alim Aliyevin qanun pozuntusuna yol verdiyi torpaq sahələri X4 Uçotu informasiya sisteminin məlumat bazasında və bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planında Əmlak Məsələləri Dövlət Xidmətinin və Tərtər rayon Sarov bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələri olduğu üçün torpaq qanunvericiliyin, yəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququna dair heç bir sənəd əldə etmədən torpaqdan istifadəyə görə qanunvericiliyin tələblərinin pozulması halı Təqsirləndirilən şəxs izah edilmişdir. Mövcud qanun pozuntusu ilə bağlı yuxarıda adları çəkilən şəxslərin iştirakı ilə 27 mart 2024-cü il tarixdə akt tərtib olunmuş, lakin Təqsirləndirilən şəxs həmin aktı imzalamaqdan imtina etmişdir. Həmin akt və ona əlavə edilmiş digər hüquqi sənədlər aidiyyatı üzrə baxılması üçün onun tərəfindən Əmlak Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Toplanmış material Xidmətdə yoxlanılan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ildən Tərtər rayonu, Sarov kəndi ərazisində **********491-06101 reyestr nömrəli çıxarışla arvadı X2 mülkiyyətinə verilmiş 130 kv.m torpaq sahəsinə bitişik 108 kv.m dövlət mülkiyyətinə aid topaq sahəsini, 130 kv.m hissəsi isə bələdiyyə mülkiyyətinə aid ümumi istifadəli torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və orada qanunsuz tikinti-quraşdırma işləri aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Tərtər rayonu, Sarov kəndi ərazisində yerləşən sahəsi 533,8 m² olan metal konstruksiyadan ibarət qeyri-yaşayış binası (mağaza) Tərtər rayon Kooperativ Cəmiyyətinin 11 avqust 2004-cü il tarixli 17 saylı müvəkkillər yığıncağının qərarına ilə ona satılmışdır. Ona məxsus olan həmin mağazanın giriş-çıxış yolu Təqsirləndirilən şəxs qanunsuz şəkildə tutularaq zəbt edilərək əlavə tikili tikmiş və həmin tikilinin yanında dəmir borular bastırmışdır. Nəticədə onun mülkiyyətində olan mağazanın giriş-çıxış yolu bağlanmışdır. Ona görə də Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş və Xidmətin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilmiş və yerində akt tərtib edilmişdır. Təqsirləndirilən şəxs bugünə gimi yolu tam açmamışdır. Tək istəyi yolunun açılmasıdır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8804 saylı rəyindən görünür ki, “Tərtər rayonu, Sarov kəndində yerləşən Təqsirləndirilən şəxs faktiki istifadə etdiyi 368 kv.m torpaq sahəsinin 130 kv.m hissəsi **********491-06101 reyestr nömrəli çıxarışla X2 mülkiyyətinə verilmiş torpaq sahəsi, 108 kv.m hissəsi dövlət mülkiyyətinə aid topaq sahəsi və 130 kv.m hissəsi isə bələdiyyə mülkiyyətinə aid ümumi istifadəli torpaq sahəsi düşdüyü müəyyən edilmişdir. Cinayət işində olan Tərtər rayon Bəyimsarov bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 02 saylı arayışından görünür ki, Tərtər rayonu, Sarov kəndi ərazisində yol kənarında Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq hasarlanmış və müəyyən tikinti işləri həyata keçirilmiş 130 kv.m topraq sahəsi Tərtər rayon Bəyimsarov bələdiyyəsinin mülkiyyətinə aiddir, Təqsirləndirilən şəxs ilə əvvəlki Sarov bələdiyyəsi, indiki Bəyimsarov bələdiyyəsi arasında zəbt etdiyi 130 kvadratmert torpaq sahəsinə dair mülkiyyət, icarə və ya istifadə hüququna dair hər hansı müqavilə bağlanmamış və ona həmin torpaq sahəsini istifadə etməsi üçün hər hansı şifahi və ya yazılı razılıq verilməmişdir. Bəyimsarov bələdiyyəsinə aid 130 kvadratmetr torpaq sahəsinin qanunsuz olaraq hasarlanması və müəyyən tikinti işləri həyata keçirilməsi 2017-ci il tarixdə bələdiyyəyə dəqiq məlum olmayan vaxtdan Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilmişdir. Tərəflərindən edilmiş şifahi xəbərdarlıqlardan sonra 2025-ci ilin fevral ayında Təqsirləndirilən şəxs tərəfindən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin bir hissəsi üzərində basdırılmış dəmir dirəklər və hörülmüş mişar daşları sökülərək torpaq əvvəlki vəziyyətinə gətirilmişdir. Eyni zamanda bildiririk ki, Tərtər rayon Bəyimsarov bələdiyyəsi olaraq Təqsirləndirilən şəxs sökülmüş hissədə heç bir şikayət və tələbləri yoxdur. Cinayət işində olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X10 Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Tərtər rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi barədə məktubundan görünür ki, Tərtər rayonu, Sarov kəndində yerləşən Təqsirləndirilən şəxs faktiki istifadə etdiyi 368 kv.m torpaq sahəsinin 130 kv.m hissəsi **********91-0610 reyestr nömrəli çıxarışla X2 mülkiyyətinə verilmiş torpaq sahəsinin 108 kv.m hissəsi dövlət mülkiyyətinə aid torpaq sahəsi və 130 kv.m hissəsi isə bələdiyyə mülkiyyətinə aid ümumi istifadəli torpaq sahəsinə düşür. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Tərtər RİHB-nın tərtər şəhər İƏD üzrə nümayəndəsi S.Həsənov tərəfindən verilmiş 429 saylı, xx.xx.2025-ci il tarixli arayışdan və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin təsdiq olunmuş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç nəfər yetkinlik yaşına çatmayan övladları var. Cinayət işində olan Tərtər RİHB-nın tərtər şəhər İƏD üzrə nümayəndəsi S.Həsənov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun həmin ifadəsi özünümüdafiə məqsədi daşıyır və məhkəmə istintaqı zamanı tədqiq edilən zərərçəkmiş hüquqi şəxslərini nümayəndələrinin ifadələri, şahidlərin ifadələri, ekspert rəyi və işin digər materialları ilə birmənalı şəkildə təkzib olunmuşdur. Beləliklə, aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ilin istintaqa dəqiq məlum olmayan ayından və günündən Tərtər rayon Bəyimsarov bələdiyyəsinin mülkiyyətində olan və Tərtər rayon Sarov kəndi ərazisində yerləşən 130 kvadratmetr ümumi istifadəli torpaq sahəsini, həmçinin 108 kvadratmetr dövlət mülkiyyətində olan topaq sahələrini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan zəbt edərək həmin torpaq sahələrinin üzərində özünə məxsus “Fərid İnşaat” adlı mağaza üçün çardaq və əlavə köməkçi tikili tikmiş, həmçinin mağazanın arxasında əlavə çardaq tikmək üçün bir mişar daşı hündürlüyündə hasarlama apararaq dəmir borular basdırıb torpaq üzərində özbaşına tikinti və quraşdırma işləri aparmışdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahidlərin ifadələrinə, ekspert rəyinə, işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs sözügedən torpaq sahələrini özəlləşdirmək istəməsinə rəğmən (gələcəkdə həmin torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq onun tərəfindən özəlləşdirilməsi imkanı vardır və o, bu fikrdədir) özünü təqsirli bilməsə də, məhkəmə araşdırması zamanı onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə edən hal müşahidə olunmamış, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir. Qeyd olunan hallar ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha yüngül cəza təyin edilməsinin zəruriliyini şərtləndirir. Məhkəmə bu zaman həm də Təqsirləndirilən şəxs kriminal niyyətli olmaması, xırda sahibkarlıq fəaliyyətinin həyata keçirməklə ictimai faydalı şəxs olması və hazırkı əməlinin də həmin fəaliyyətdən irəli gələrək törətməsi kimi diqqətəlayiq halları nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsində yalnız cinayətlərin residivinə görə sərt cəzanın təyin edilməsinin təsbit edilməsini, eləcə də "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamından irəli gələrək cəza təyini zamanı cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və şərti məhkum etmə inistitutunun daha geniş tətbiq edilməsi barədə tövsiyyələri rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə də cəzanın məqsədlərinə çatmaq olar. Ona görə də məhkəmə ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən X5 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər və Bərdə rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər və Bərdə rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Tərtər rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilsin. Hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar