Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-42/2025 09.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X5 oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Tərtər rayonu, Dəmirçilər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində 2 nəfər yetkinlik yaşına çatmayan uşağı olan, Tərtər rayonu, Dəmirçilər kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 09 iyul 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 iyun 2024-cü il tarixdə saat 16 radələrində Hindarx-Borsunlu asfalt yolunun Tərtər rayonu, Balakəngərli kəndi ərazisindən keçən hissəsində sürücülük hüququ olmaqla, sərxoş vəziyyətdə etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq hərəkətin təhlükəsizliyi üçün qorxu törədən alkoqollu içkilərin təsiri altında nəqliyyat vasitəsini idarə etməməli olduğu halda lazımı diqqətlilik və ehtiyatlılıq göstərməyərək bunları etməmiş və Balakəngərli kəndinə dönən yol ayrıcında idarəetməni itirərək avtomobili yolayrıcının sağ tərəfindəki beton sütuna çırparaq ehtiyatsızlıqdan həmin vaxt avtomobildə sərnişin qismində əyləşmiş həyat yoldaşı xx.xx.1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs “alın sümüyünün sınığı və alın çapıq toxuması” xəsarətləri ilə müşayiət edilən və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri, həmçinin azyaşlı qızı xx.xx.2023-cü il təvəllüdlü X4 “sağ bud sümüyünün sınığı” xəsarətləri ilə müşayiət edilən və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Tərtər rayonu, Dəmirçilər kəndində yaşayır. Zərərçəkmiş şəxs onun arvadıdır. Arvadının hamiləliklə əlaqədar kəskin ağrıları olduğundan 22 iyun 2024-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı **-ED- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə arvadını Tərtər rayon Mərkəzi Xəstəxanasına aparmalı olmuş, müayinədən sonra yaşadığı kəndə qayıtmışlar. Avtomobildə arvadı Aygül, xx.xx.2023-cü il təvəllüdlü qızı Mələk və anası Məleykə olmuşdur. Anası və arvadı avtomobilin arxa salonunda əyləşmiş, qızı Mələk arvadının qucağında olmuşdur. Avtomobili saatda 40-50 km/saat sürətlə idarə etmiş, təxminən saat 16 radələrində Tərtər rayonu, Balakəngərli kəndi ərazisinə gedən yol ayrıcına daxil olarkən orada yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında döngəli yerdə qəfldən avtomobilin sükanı kilidləndiyi üçün idarəetməni itirmiş və avtomobilin ön hissəsi yolun sağındakı beton sütuna çırpılmışdır. Nəticədə avtomobildə əyləşmiş arvadı Zərərçəkmiş şəxs və azyaşlı qızı Məleykə xəsarət almışlar. Hadisədən sonra oraya gəlmiş tanımadığı şəxslərin köməyi ilə arvadını və qızını avtomobilə əyləşdirərək Tərtər rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Pivə içdiyindən avtomobili idarə edərkən bir qədər sərxoş olmuş, lakin hamiləliyi ilə əlaqədar arvadını – zərərçəkən şəxsi xəstəxaanaya aparmağa məcbur olmuşdur. Avtomobili idarə etmək üçün AE811792 nömrəli sürücülük vəsiqəsi vardır. Zərərçəkmiş şəxsi - arvadı Zərərçəkmiş şəxs və qızını müalicə etdirmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əslində zərərçəkənlər onun özünün ailəsi olduğu üçün elə zərər onun özünə dəymişdir. Məhkəmədən qeyd olunanların nəzərə alınaraq ona mümkün qədər yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsirli olması özünün səmimi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri və işin digər materalları ilə tam sübüta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs, həm də digər zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərilmişdir ki, Tərtər rayonu, Dəmirçilər kəndində yaşayır. Təqsirləndirilən şəxs onun əridir. Özünün hamiləliklə əlaqədar kəskin ağrıları olduğundan 22 iyun 2024-cü il tarixdə əri etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onu Tərtər rayon Mərkəzi Xəstəxanasına aparmalı olmuş, müayinədən sonra yaşadığı kəndə qayıtmışlar. Həmin vaxt avtomobildə özü, xx.xx.2023-cü il təvəllüdlü qızı Mələk və qaynanası Məleykə olmuşdur. Qaynanası və özü avtomobilin arxa salonunda əyləşmiş, qızı Mələk özünün qucağında olmuşdur. Yolda hərəkətdə olarkən təxminən saat 16 radələrində Tərtər rayonu, Balakəngərli kəndi ərazisinə gedən yol ayrıcına daxil olarkən orada yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında döngəli yerdə qəfldən avtomobilin sükanı kilidləndiyi üçün əri idarəetməni itirmiş və avtomobilin ön hissəsi yolun sağındakı beton sütuna çırpılmışdır. Nəticədə özü və azyaşlı qızı Məleykə xəsarət almışlar. Əri – təqsirləndirilən şəxs onları müalicə etdirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Əslində onlar təqsirləndirilən şəxsin ailəsi olduğu üçün elə zərər təqsirləndirilən şəxsin özünə dəymişdir. Məhkəmədən qeyd olunanların nəzərə alınaraq təqsirləndirilən şəxsə mümkün qədər yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Tərtər rayonu, Dəmirçilər kəndində yaşayır. Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs gəlini, Mələk Cabbarlı isə nəvəsidir. 22 iyun 2024-cü il tarixdə gəlini Aygülün hamiləliklə əlaqədar kəskin ağrıları olduğundan özü Vürara zəng edərək gəlib Aygülü xəsstəxanaya aparmasını demişdir. Vüqar dərhal gələrək etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onları Tərtər rayon Mərkəzi Xəstəxanasına aparmış, müayinədən sonra yaşadıqları kəndə qayıtmışlar. Həmin vaxt avtomobildə özü, nəvəsi Mələk və gəlini Aygül olmuşdur. Özü və Aygül avtomobilin arxa salonunda əyləşmiş, nəvəsi Mələk Aygülün qucağında olmuşdur. Yolda hərəkətdə olarkən təxminən saat 16 radələrində Tərtər rayonu, Balakəngərli kəndi ərazisinə gedən yol ayrıcına daxil olarkən orada yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında döngəli yerdə qəfldən avtomobilin sükanı kilidləndiyi üçün Vüqar idarəetməni itirmiş və avtomobilin ön hissəsi yolun sağındakı beton sütuna çırpılmışdır. Nəticədə gəlini Aygül və azyaşlı nəvəsi Mələk xəsarət almışlar. Vüqar onları müalicə etdirmişdir. Əslində xəsarət alanlar Vüqarın ailəsi olduğu üçün elə zərər Vüqarın özünə dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 İsbənddiyar oğlu ifadəsində göstərmişdir ki, Tərtər rayonu, Dəmirçilər kəndində yaşayır. Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs gəlini, Mələk Cabbarlı isə nəvəsidir. 22 iyun 2024-cü il tarixdə gəlini Aygülün hamiləliklə əlaqədar kəskin ağrıları olduğundan Vüqar etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Aygülü Tərtər rayon Mərkəzi Xəstəxanasına aparmış, müayinədən sonra yaşadıqları kəndə qayıtmışlar. Həmin vaxt avtomobildə özünün arvadı Mələeykə, nəvəsi Mələk və gəlini Aygül olmuşlar. Yolda hərəkətdə olarkən təxminən saat 16 radələrində Tərtər rayonu, Balakəngərli kəndi ərazisinə gedən yol ayrıcına daxil olarkən orada yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında döngəli yerdə qəfldən avtomobilin sükanı kilidləndiyi üçün Vüqar idarəetməni itirmiş və avtomobilin ön hissəsi yolun sağındakı beton sütuna çırpılmışdır. Nəticədə gəlini Aygül və azyaşlı nəvəsi Məleykə xəsarət almışlar. Vüqar onları müalicə etdirmişdir. Əslində xəsarət alanlar Vüqarın ailəsi olduğu üçün elə zərər Vüqarın özünə dəymişdir. Özü hadisəni bilavasitə görməmiş, hadisə yerinə sonradan gəlmişdir. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 210 saylı nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- alın sümüyünün sınığı və alın çapıq toxuması xəsarətləri küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilərlər, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 211 saylı nömrəli rəyindən görünür ki, X4 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ bud sümüyünün sınığı küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilərlər, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Cinayət işində olan 194 nömrəli xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmuşdur. Cinayət işində olan AE 811792 nömrəli Azərbaycan Rsepublikası sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixədək BC kateqiriyalı sürücülük hüququ vardır. Cinayət işində olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Rio” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ üzrə X3 məxsusdur. Cinayət işində olan Yevlax RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-16- 11/2-861/2025 nömrəli məktubun surətindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə İmişli RQİ və TBŞ-si tərəfindən (xx.xx.2026-cı il tarixədək etibarlı olan) AE 811792 saylı "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs DİN-in mərkəzi İnformasiya sistemində olan məlumata əsasən sürücülük hüququ məhdudlaşdırılmamışdır. “Kia Rio” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil DİN-in MİS-də olan məlumata əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək Təqsirləndirilən şəxs etibarnamə ilə istifadəsinə verilmiş, xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir. Cinayət işində olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, “Kia Rio” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil və həmin avtomobilə aid 02 ədəd qra rəngli oturacağın və söykənəcəyin üzlükləri; X2 məxsus 01 ədəd cızıqlıdamalı, döş cibli, yaxası düyməli, qararəngli qısaqol köynək; 01 ədəd göy rəngli cins şalvar cinayət işi üzrə maddi sübut kimi tanınnmış, “Kia Rio” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisinə qaytarılmış, avtomobilə aid 02 ədəd qra rəngli oturacağın və söykənəcəyin üzlükləri və X2 məxsus 01 ədəd cızıqlı-damalı, döş cibli, yaxası düyməli, qararəngli qısaqol köynək, 01 ədəd göy rəngli cins şalvar saxlanması üçün Tərtər rayon Polis Şöbbəsinin maddi sübutların saxlanma otağına verilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2700 (iki min yeddi yüz) manat cəzasına məhkum edilmiş; barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyi ********* nömrəli cinayət işinə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 9-cu bəndinə uyğun olaraq Tərtər Rayon Məhkəməsində xx.xx.2022ci il tarixdə xitam verilmişdir. Onun əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair başqa məlumat yoxdur. Cinayət işində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərdab RİHB-nin Dəmirçilər kənd İƏD üzrə nümayəndəsi S.Əhmədova tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə kənd təsərrüfatı ilə məşğul olmuş, xoş xasiyyəti ilə kənd sakinlərinin hörmətini qazanmışdır. O, ailəsinə və ətrafdakılara qarşı mülayim davranır, spirtli içkilərə və narkotikə meyilli olmamışdır. Cinayət işində olan Bərdə regioanal “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən, Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən və Zərdab RİHB-nin Dəmirçilər kənd İƏD üzrə nümayəndəsi S.Əhmədova tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 92 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs nun himayəsinddə iki nəfər azyaşlı uşaqları vardır. Cinayət işində olan zərərçəkmiş şəxs, həm də digər zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, həm də digər zərərçəkmiş şəxxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələrinə, məhkəmə ekspertizası rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmədə onun əməlini həmin maddə ilə tövsif edir. Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar məhkəmə istintaqı zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin az ağır cinayət əməli olmaqla ehtiyatsızlıqdan törədilməsini, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxslərin özünün ailə üzvləri (arvadı və qızı) olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkilddə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamından irəli gələrək cəza təyini zamanı cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzaların və şərti məhkum etmə inistitutunun daha geniş tətbiq edilməsi barədə tövsiyyələri rəhbər tutaraq, işin yuxarıda müəyyən olunmuş diqqətəlayiq hallarına əsaslanaraq və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə tənqidi münasibətini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təiyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanı şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti hayat keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə maddi sübut kimi tanınan və saxlanması üçün Tərtər rayon Polis Şöbbəsinin maddi sübutların saxlanma otağına verilən “Kia Rio” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid 02 ədəd qra rəngli oturacağın və söykənəcəyin üzlükləri və X2 (iş üzrə şahid) məxsus 01 ədəd cızıqlı-damalı, döş cibli, yaxası düyməli, qararəngli qısaqol köynək və 01 ədəd göy rəngli cins şalvar sahiblərinə qaytarılmalı, “Kia Rio” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 174 manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilsin. Üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilməklə, ona təyin edilmiş 02 il müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti hayat keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və saxlanması üçün Tərtər rayon Polis Şöbbəsinin maddi sübutların saxlanma otağına verilən “Kia Rio” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid 02 ədəd qara rəngli oturacağın və söykənəcəyin üzlükləri və X2 məxsus 01 ədəd cızıqlı-damalı, döş cibli, yaxası düyməli, qararəngli qısaqol köynək və 01 ədəd göy rəngli cins şalvar sahiblərinə qaytarılsın, “Kia Rio” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 174 manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №1(061)-42/2025
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-42/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver