Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-45/2024 25.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, Təqsirləndirilən şəxs Göyüşov Bəhmən Vaqif oğlunun müdafiəçisi Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları təqsirləndirilən şəxs Göyüşov Bəhmən Vaqif oğlunun iştirakı ilə, 12 mart 1980-cı ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, işləməyən, evli, Tərtər Rayon Məhkəməsinin 1(061)-44/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə Göyüşov Bəhmən Vaqif oğlu Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Göyüşov Bəhmən Vaqif oğluna qəti olaraq 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Kəlbəcər rayonun Çaykənd kəndində qeydiyyatda olan, Tərtər rayonunun Sarov kəndində yaşayan Göyüşov Bəhmən Vaqif oğlunun Azərbaycan Respublikası CM-in 147.2-ci və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair xüsusi ittiham qaydasında şikayətə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Göyüşov Bəhmən Vaqif oğlunun Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi təqsirli bilinərək 03 (üç) il müddətə CM-in 148-ci maddəsi təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66-cı maddəsinin tələbinə əsasən ona təyin edilmiş cəzalar tamamilə toplanmaqla ona qəti olaraq 03 (üç) il 06 (alyı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək ifadəsində bildirmişdir ki, Göyüşov Bəhmən Vaqif oğlu Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə ittiham olunur ondan ötrü ki, o, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatı olan «Tik-Tok» sosial şəbəkəsində “Görünməyən görüntülər-@ ucer **********488 profili yaradaraq, Tərtər rayon Seyidimli kəndinin şəhidi Aysənan Abbasovun ailə üzvlərindən səhhətində yaranmış problemlə əlaqədar olaraq Tərtər RMX PHŞ-nin direktoru Sərxan Cəlahaninin rəhbərliyi ilə o da həkimlərlə birlikdə 2023-cü il dekabr ayının 19-da həmin ünvanda olmuş və xəstə müayinə olunraq tibb yardım olunduqdan sonra şəhidimizin ev muzeyində xatirə şəkli çəkdirmişlər. X20 şəhidimizin ev muzeyində çəkdirdikləri foto-şəkli ona məlum olmayan mənbədən əldə edərək, 14 iyun 2024-cü il tarixdə paylaşımlar etməklə, “Bu DOVŞANİ” hamı tanısın Tərtər Rayon xəstəxanası Hüquqşünasıdır. X21 xüsusi Çmoşniki olub və daimi mənə Yaltaqlanan yaltaq olub. 13 iyun 2024-cü il tarixdə bu DOVŞANİMİ Tərtər rayon Sakit bir küçədə gözlənilmədən Təklikdə tutan kimi mənə yaltaqlanmağa başladıki məni burax. Bir saata gəlirəm söhbət edək. Bu DOVŞANİMA sonuncu şansı Verib buraxsamda ancaq bu DOVŞAN yenidən DOVŞAN kimi qaçıb gizləndi. Kim mənim bu DOVŞANİMİ təklikdə görsə çox xahiş edirəmki ***-******* nömrəmə Zəng edib mənə xəbər Versinlər. Həmin gün o, digər paylşım edərək, “Tərtər Rayon xəstəxana Hüquqşünasıdır. Adı Habildi. X21 Xüsusi ÇİMOŞNİKİ olub və lazım olan vaxtlar Mənə PULL platit edibki Tərtər xəstəxana daxilində Yedikləri yeyintilərin üstünü Açmayım. Kimin mənə Sualı olsa zəng edə bilər. **********”. Bundan başqa o, 15 iyun 2024-cü il tarixdə paylaşımlar etməklə, «PAYLAŞİN BU QƏHRƏMANİ BÜTÜN AZƏRBAYCAN TANİSİN”, “Tərtər rayon xəstəxana Hüquqşünasıdır. X22. X3 Dövlət büdcəsinə külli Miqdarda ziyan vurmasını Bildiyim üçün mənə PULL Platit etdiki onun Dələduz Olmasını heç kimə danışmayım. Əlimdə sübutlarım var. Kimin sualı olsa mənə zəng edə bilər. Telefon. ***-*******. BƏHMƏN. Eyni zamanda o, həmin tarixdə, həmin səhfədə mənim foto-şəklimi uzunqulağın şəkli ilə birlikdə paylaşaraq “Tərtər Rayon Xəstəxana HÜQUQŞUNASİ CİNDİR HABİL” sözlərini yazmaqla yaymışdır. Bundan başqa o, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatı olan «Tik-Tok” sosial şəbəkəsində «Baxa 313” profili yaradaraq, 15 iyun 2024-cü il tarixdə paylaşımlar etməklə, «PAYLAŞİN BU QƏHRƏMANİ BÜTÜN AZƏRBAYCAN TANİSİN”, “Tərtər rayon xəstəxana Hüquqşünasıdır. X22. X3 Dövlət büdcəsinə külli Miqdarda ziyan vurmasını Bildiyim üçün mənə PULL Platit etdiki onun Dələduz Olmasını heç kimə danışmayım. Əlimdə sübutlarım var. Kimin sualı olsa mənə zəng edə bilər. Telefon. ***-*******. BƏHMƏN. Eyni zamanda o, həmin tarixdə, həmin səhfədə onun X12 ev muzeyində çəkdirdikləri foto-şəklimi uzunqulağın şəkli ilə birlikdə paylaşaraq “Tərtər Rayon Xəstəxana HÜQUQŞUNASİ CİNDİR HABİL” sözlərini yazaraq video görüntü və paylaşımlarla mənim şərəf və ləyaqətimi nalayiq formada kütləvi informasiya vasitələrində və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında onu təhqir etmiş, yəni, kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçatmışdır. Belə ki, o, xx.xx.1966-ci il tarixdə Bərdə rayonunda anadan olmaqla 1987-ci ildən DİO-da xidmətə başlamışdır. 1994-cü tarixdə Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasını fərqlənmə ilə bitirmişdır. 1994-cü ildən 2021-ci ilədək Respublikanın bir neçə rayonda əməliyyatçı, qrupun baş əməliyyatçısı, təhqiqatçı, müstəntiq və qrupun baş müstəntiq vəzifələrində xidmət etmişdir. DİO-da 34 il xidmət etdikdən sonra 2021-ci il mart ayının 12-dən təqaüdə çıxmış, 2022-ci ilin iyun ayından halhazıradək Tərtər RMX PHŞ-də hüquqşünas vəzifəsində işləyir. Bu şərəfli peşələrdə işlədiyi müddətdə rəhbərlik tərəfindən heç bir cəza almamış, əksinə mükafatlarla təltif olunmuşdur. 2020-ci ildə 44 günlük Vətən Müharibəsində o Tərtər RPŞ-də baş müstəntiq kimi üzərimə düşən vəzifəni vicdanla yerinə yetirmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs Göyüşov Bəhmən Vaqif oğlunu Tərtər RMX PHŞ-də hüquqşünas işlədiyi müddətdən tanıyır. Onun işlədiyi məntəqənin işçiləri barəsində, o cümlədən həmin məntəqənin işçilərinin onun barəsində şikayətləri əsasında tərəfindən araşdırma aparılmış və rəhbərliyin əmri ilə Bəhmən Göyüşovun əmək fəaliyyətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndi ilə xitam verilmişdir. İşlədiyim müddətdə Bəhmən Göyüşovla ancaq işlə bağlı münasibətim olub və onunla heç bir şəxsi qərəzçiliyi olmamışdır. X17 işlədiyi dövrdə ondan öz ştat vahidindən əlavə 0,5 ştat vahdi də tələb etmişdir, o isə ona həmin məsələnin onun səlahiyyəti daxilində olmadığını bildirmişdir. Bütün bunlardan X20 kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatı olan «Tik-Tok» sosial şəbəkəsində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yaymaqla böhtan deməyə başladı. Bundan əlavə, o, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatı olan «Tik-Tok» sosial şəbəkəzində şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq qəsdən təhqir etməyə başladı. Onun kütləvi informasiya vasitələrindən istifadə etməklə şərəf və ləyaqətimi ləkələyən, onu nüfuzdan salan böhtan xarakterli yalan məlumatlar yayaraq ona böhtanlar atması, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq təhqir etməsi nəticəsində əsəb gərginliyi, sarsıntı, və iztiurablar keçirmişdir, onun bu hərəkətləri ona çox pis təsir etmiş və aldığı neqativ təsirlərə məruz qaldığından əsəb sistemimdə problemlər yaranmışdır, çünki o 34 il DİO-da, 2 il ildir isə Tərtər RMX PHŞ-də hüquqşünas işləyir və əvvəllər işlədiyi rayonların əhalisi arasında, həmçinin işlədiyi kollektiv arasında kifayət qədər nüfuzu vardır. Bəhmən Göyüşovun barəsində bu kimi yalan məlumatları yayması və təhqir etməsi onun mövcud olan nüfuzuna təhlükə yaradır. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında " Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 03 nömrəli qərarı" nın 1-ci bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlğının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin qərarın 2-ci bəndində isə qeyd olunmuşdur ki, “cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə, mmünasibətlərinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün-özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. İstinad olunan Plenumun qərarının 5-ci bəndində göstərilmişdir, böhtan xarakterli məlumatlar məktub, ərizə və şikayətlərdə göstərilməklə və sair üsullarla da yayıla bilər. Məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola biər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlim kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). (Azərrbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014 3 saylı Qərarı). Hər kəsin (hüquqi və ya fiziki) şərəfi , ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqisosial dəyərlər olduğna görə, həm vətəndaşın mənsub olduğu dövlət, həm də beynəlxalq hüquqla müdafiə olunur. Belə ki, həm Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində; həm də 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətini alşaldılmasına əsas verə bilməz. Demokratik hüquqi dövlət olan Azərbaycan Respublikasında cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Belə bir hüquq Konstitusiyanın 47-ci maddəsində də təsbit olunmuşdur. Eyni zamanda, Konstitusiyanın 46-cı maddəsində şərəf və ləyaqətin müdafiəsi hüququ təsbit olunmaqla hər kəsin şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminat vermişdir. Bu mənada Konstitusiyanın 47-ci maddəsində təsbit olunan fikir və söz azadlığı hüququ həyata keçirilərkən, bu hüquqdan qərəzli sui-istifadə hallarına yol verilməməli, Konstitusiyanın 46-cı maddəsində nəzərdə tutulan şərəf və ləyaqətin müdaifəsi hüququna riayət olunmaqla hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 9-10-cu maddələrində də fikir və ifadə azadlğının həyata keçirilməsinə məhdudiyyətlər qoyan şərtlər göstərilmişdir. Belə məhdudiyyətlərin məqsədləri sırasında Konvensiya digər məqsədlərlə yanaşı mənəviyyatın mühafizəsi, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsini də daxil etmişdir. İstər milli hüquq, istərsə də beynəlxalq hüquq fikir və ifadə azadlığını heç də məhdudiyyətsiz hüquq hesab etmir və bu hüququ məhdudlaşdıran şərtlər ehtiva edir. Bu gün demokratik dövlət quruculuğu yolunda inkişaf edən dövlətimiz də mənəviyyatın qorunması, hər kəsin şərəf və ləyaqətinin müdafiəsi məqsədilə demokratik cəmiyyətin tələblərinə cavab verən şəkildə bu hüquqları qanunla mədudlaşdırmışdır. Göyüşov Bəhmən Vaqif oğlunun yuxarıda qeyd olunan internet informasiya ehtiyatlarında barəsində yazdığı və paylaşdığı məlumatları şərəf və ləyaqətimi ləkələyən və nüfuzdan salan ağır cinayətdə ittiham etdiyi məlumatları özümə qarşı atılmış böhtan hesab edir. Bəhmən Göyüşovun əməlləri Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinin tərkibini yaradır. Bundan əlavə, Göyüşov Bəhmən Vaqif oğlunun «Tik-Tok» sosial şəbəkə internet informasiya ehtiyatlarında barəmdə şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaltmasını özümə qarşı təhqir hesab edir. Bəhmən Göyüşov sosial şəbəkədə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayaraq onu rüşvətxor adlandırmış, guya ondan işə düzəlmək üçün 15000 manat rüşvət aldığını bildirməklə ona böhtan atmışdır. Onun əməlləri Azırbaycan Respublikası CM-nin 148-ci maddəsinin tərkibini yaradır. Həmin bu əməllər cinayət mühakiməsi icraatı qaydasında cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinin tələblərinə görə xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası CM-in 147, 148, 165.1-ci və 166.1-ci maddələrində nəzərdə tutulan cinayətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 88.1.3-cü maddəsinin tələbimə görə cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs – xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışının təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı qismində tanınir. Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçiri. (CPM 88.4.1). Ona görə də hesab edir ki, Göyüşov Bəhmən Vaqif oğlu Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə təqsirli bilinıərək o, cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 37.2, 88.1.3, 88.4.1, 293.3.1-293.3.7 və 302-ci maddələrinin tələblərini rəhbər tutub Göyüşov Bəhmən Vaqif oğlu Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək 03 (üç ) il müddətə və Azərbaycan Respublikası 148-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66-cı maddəsinin tələbinə əsasən ona təyin edilmiş cəzalar tamamilə toplanmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Göyüşov Bəhmən Vaqif oğlu özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.1980-cı ildə Kəlbəcər rayonu Çaykənd kəndində anadan olmuşdur, Kəlbəcər rayon Çaykənd kəndində qeydiyyatda olmaqla, Tərtər rayonu Sarov kəndində yaşayır. xx.xx.2023-cü ildə Tərtər Rayon Mərkəzi xəstəxanasının direktorunun əmri ilə təcili yardım şöbəsinə tibb qardaşı işinə təyin edilmişdir. Xəstəxananı rəhbərliyi və o cümlədən Habil Paşayevlə yaxın münasibətdə olmuşlar. Direktora qarşı aqresiv olsa da buna baxmayaraq əslində onunla yaxın münasibətdə olmuşdur. Özünü təqsirli bilmir, səhv onun deyil, qrupda paylaşma etmiş, paylaşımdan götürüblər, onun adına səhifə açıblar. Həmin səhifədə Habillə uzunqulağın şəklini bir göstərib, sözlər yazıblar. Habil Paşayevlə onun yaxşı münasibəti olmuşdur. Amma ki, onu deyir ki, kənardan müdaxilələr olub, ona təklif olunub ki, Paşayevin Habilin ailəsinə girməyə, buna razı olmamışdır. Hətta oğlunun koordinatlarını veriblər. O, pis adamlar aramızı vurdular Habil Paşayevlə. X11rdaş münasibətində olmuşlar. Onları istəməyənlər aralarını vurmuşlar. Onu da sıxmaq lazım deyil. Onu məhkəmədə sıxan heç nə yoxdu. Şəxsən əgər səhvi varsa Habil Paşayevdən ağsaqqal kimi üzr istəyir. X19 dost olmuşlar. X8 kabinetinin qarşısına içəri buraxmamışdır. Habil Paşayevin yazdıqlarını başa düşür, onun yazıları deyil. Özünü qismən təqsirli bilir. Ondan üzr istəyir. Barışmaq istəyir. Ona qarşı hörmətsizlik etməyəcəkdir. Onun qapısına getməmişdir, getmək istəyib yaxşı mənada ancaq getməyib. Göyüşov Bəhmən Vaqif öğlu eyni zamanda onu da qeyd etmişdir ki, şəkilləri o paylaşmamışdır. ***-***-**-** telefon ona məxsusdur. Onun adından paylaşmışlar. Paşayev Habil əvvəlki təhqir olunan vaxtı başqa adamlar paylaşmışdır. Onların həmin paylaşmaları onun üstünə yıxmışlar. Onu məhkəməyə vermişlər. Nailə adlı iş yoldaşına zəng edib onlara şikayətlərini geri götürmələrini bildirmişdir. Sonra onun adına səhifə açılmış və peysər Bəhmən orda var yoxuna söyməyə başlamışlar. O da onlara söyməyə başlamışdır. O da səhifədə Habil Paşayevə qarşı söymüşdür. 15000 manat işə düzəlməsinə görə vermişdir. Nailəyə vermişdir. Paşayev Habil də yaxşı adamdır. Onunla yaxşı münasibəti olmuşdur. Səhv etmişdir. Həyatda çox pislik etmişdir. 40 yaşından sonra tövbə edib qayıtmışdır. Normal həyata qayıtmışdır. Bir daha o yolu getmək istəmədiyini bildirmişdir. Hazırda onun əməlində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinin tərkibi olmadığına görə xitam verilməsini, Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə özünü təqsirli bilmiş, məcburi köçkün olmasını, ailə vəziyyətini nəzərə alaraq aşağı həddə iş verilməsini və ya aşağı həddə cərimə edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində ifadə vermiş X16 ifadəsində göstərmişdir ki, təqsirləndirilən və zərərçəkmiş şəxslə heç bir qohumluğu və ədavəti olmamışdır. Təqsirləndirilən şəxsi hazırda görmüşdür. Habil Paşayev isə həmişə direktoru və kollektiv üzvləri ilə birlikdə gəlib Şəhidi ziyarət etmiş, qayğılarına qalmışlar. X23 Paşayevin şəklini Sosial şəbəkədə uzunqulaq şəkli ilə bir yerdə qoyub, hansı ki, həmin şəkil şəhidin ev muzeyində çəkilmişdir. Orada da şəhidin şəkli olmuşdur. Orada ətrafdakı adamların şəklini götürüb, Habil Paşayevin şəklini saxlayıb. Divardakı da onun şəhidin şəkli olmuşdur. Bundan başqa həmin vaxt çəkilən şəkildən başqa adamların götürüb şəhidin anası ilə Sərxan həkimi saxlamış və yazmışdır ki, şəhid anasının himayəsində yaşayan həkim. Bu sözlər şəhid ailəsinə yaraşmaz hərəkətdir. Onlar bu halları yoxlamış və nəticədə Bəhmən Göyüşovun paylaşması olması müəyyən olunmuşdur. Əvvəlki məhkəmə iclasında şahid X13 ifadəsində göstərmişdir ki, təqsirləndirilən və zərərçəkən şəxslə heç bir qohumluğu və ədavəti olmamışdır. Hər iki tərəflə işçi yoldaş kimi münasibəti yaxşı olmuşdur. Tik-tok platformasında Bəhmən Göyüşov səhifələrdə videolar paylaşılmışdır. Habil müəllimin şəxsiyyətinə, yaşayış tərzinə uyğun olmayan şəkildə təhqiramiz ifadələr işlətmişdir. İki dənə səhifəsi olmuşdur. Tik-tokta ən çox yayılan bir platformada olmuşdur. Çoxununda qarşısına çıxdığı birinci şikayət edilmişdir. Qrup açılmışdır. Təhqiramiz ifadələr yazılmışdı. Dilə gətirilməsi mümkün olan sözlərdən ibarət olmuşdur. Rüşvət alması ilə bağlı da yaymışdır. Dostlar olaraq. Votsap qrupu açılmışdır ki, bu da Tik-tokda paylaşılan şeyləri şikayət etsinlər ki, silinsin həmin videolar. Bütün xəstaxana içiləri bilmişlər ki, Habil müəllimə deyilən təhqir dolu ifadələrdir. Dovşan, guya Habil müəllim həmcinlərlə münasibətdədir. Təhqiramiz fotoşəkillərlə yayılması, Habil müəllimin şəxsiyyətinə aid olmayan sözlər olmuşdur. Əvvəlki məhkəmə iclasında şahid X14 ifadəsində göstərmişdir ki, təqsirləndirilən və zərərçəkən şəxslə heç bir qohumluğu və ədavəti olmamışdır. Hər iki tərəflə işçi yoldaş kimi münasibəti yaxşı olmuşdur. Yay aylarında X24-tokda Habil Paşayevi təhqiramiz sözlərlə təhqir etməsi qarşılarına çıxmışdır. Votsap qrupu yaratmışlar. Paylaşım olanda bilib şikayət etsinlər səhfə bağlansın. Bir iki dəfə etmişlər, silinmişdir. X25 tez-tez paylaşma etmişdir. X23 Paşayevi söymüş, təhqiramiz sözlər işlətmişdir. Elə sözlər demişdir ki, bu zalda o sözləri demək mümkün deyil. Hörmətsizlik olar. Bəhmən Göyüşov paylaşmışdır ki, Habil Paşayev kişilərlə əlaqədə olur. Onun barəsində dovşan, tülkü yazırmışdır, şəklini qoyub paylaşmışdır. Ailə, uşaq söyüşləri etmişdir. Pul məsləsi də olmuşdur. Bəhmən Göyüşov işə düzəlmək üçün Habil Paşayev 15000 manat verdiyini paylaşmışdır. Habil Paşayevi söyüb ona 15000 manat pul verdiyini paylaşmışdır. İşdə olan şəxsin barəsində olan məlumatların surətindən görünür ki, Göyüşov Bəhmən Vaqif oğlu xx.xx.1980-cı il təvəllüdlüdür. İşdə olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Habil Paşayev xx.xx.1966-cı il təvəllüdlüdür. Məhkəmə iclasında zərərçəkən şəxs X5 maddi sübut kimi təqdim etdiyi yaddaş (flyaş) kartına baxış keçirilmişdir. Görüntülər olsa da, texniki səbəblərdən yaddaş (flyaş) kartını səsli dinləmək mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Göyüşov Bəhmən Vaqif oğlu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1, 335.1, 66.3-cü maaddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilmiş; Rusiya Fedarasiyası, Vladivastok şəhər Lenin rayon Məhkəməsinin xx.xx.2009-cü il tarixli hökmünə əsasən Rusiya Fedarasiyası CM-nin 30, 228.1 maddəsinin 1-ci hissəsi, 30-228.1-ci maddəsinin 1-ci hissəsi, 69-cu maddələri ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Rusiya Fedarasiyası, Pirimorsk diyar, Vladivastok şəhər Pevomayski rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Rusiya Fedarasiyası CM-nin 30-cu maddəsinin 3-cü hissəsi, 228.1-ci maddəsinin 3-cü hissəsinin Q bəndi, 69-cu madddəsinin 3-cü hissəsi, 69-cu maddəsinin 5ci hissəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 5.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində qeyd olunmuşdur ki, Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 1.3-cü maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 10.1-ci maddəsinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərərək hesab edir ki, xüsusi ittihamçı tərəfindən Göyüşov Bəhmən Vaqif oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə düzgün tövsif olunsa da, CM-nin 147.2-ci maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Bilavasitə məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Bəhmən X1 barəsində ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atması xüsusi ittihamçı tərəfindən sübut edilməmiş və həmin faktı təsdiq edəcək hər hansı bir sübut əldə edilməmişdir. Bununla belə məhkəmə araşdırması zamanı X15 Paşayev barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yayması öz təsdiqini tapmışdır. Bəhmən Göyüşovun əməli Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə yanaşı, CM-nin 147.1-ci maddəsinin tərkibini yaratmışdır. Azərbaycan Respublikası CPM-nin 32.2.7-ci maddəsinə görə məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx.xx.2021-ci il tarixli 15 saylı Qərarının 37-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, ... ittihamın ... dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalanan beynəlxalq və milli qanunvericilik aktı normalarını, eyni zamanda cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs X15 Paşayev barəsində ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atması məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, onun əməli həmin hissədə ittiham edildiyi Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 147.1-ci maddəsi ilə tövsüf olunmalıdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxs Bəhmən Göyüşovun əməlini Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə yanaşı, CM-nin 147.1-ci maddəsi ilə tövsif edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Bəhmən Göyüşovun Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə yanaşı, CM-nin 147.1-ci maddəsi maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası CM-nin 5.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət hesab edilir. Həmin Məcəllənin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət hesab edilir. Həmin Məcəllənin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərı baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 1-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə işlərə baxılarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki movqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin qərarın 5-ci bəndində göstərilir ki, böhtan və və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxironikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinin mənasına görə şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməyə görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli onu nüfuzdan salan məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı bir şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Həmçinin, Məcəllənin 148-ci maddəsinin mənasına görə şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərı baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 20-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı CPM-in XLİİ fəslində nəzərdə tutulmuş qaydalara əməl edilməklə keçirilir və xüsusi ittihamçı ittihamdan imtina etmədikdə və ya təqsirləndirilən şəxslə barışmadıqda hökmün (bəraət və ya ittiham hökmünün) çıxarılması ilə başa çatdırılır. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasmm 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasma əsas verə bilməz. Beləliklə, məhkəmə xüsusi ittihamçının və təqsirləndirilən şəxsin ifadələrinə, işin materiallarına məcmu halında qiymət verərək, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərin baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarındakı hüquqi mövqeyinə və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarına əsaslanaraq hesab edir ki, Göyüşov Bəhmən Vaqif oğlu tərəfindən ona xüsusi ittiham qaydasında elan olunan Azərbaycan Respublikası CM-nin 147.1, 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetrilmişdir. Məhkəmə Göyüşov Bəhmən Vaqif oğlunun əməlini Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə töfsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs Göyüşov Bəhmən Vaqif oğlunun məcburi köçkün olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Göyüşov Bəhmən Vaqif oğlunun törətdiyi CM-in 147.1 və 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin xarakterini, həmin maddələrin sanksiyasında alternativ cəzalarla yanaşı azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulmasını, şəxsiyyətini, əvvəllər (həm Azərbaycan Respublikasında, həm də Rusiya Fedarasiyasında) dəfələrlə məhkum olunmasını, həm də azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, törətmiş olduğu cinayət əməlinə qeyri-tənqidi və qeyri-səmimi münasibətini, zərərçəkmiş şəxsin həmin əməllər nəticəsində keçirdiyi iztirab və sarsıntıları nəzərə alaraq belə nəticəyə gəlir ki, Göyüşov Bəhmən Vaqif oğluna daha yüngül cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olunması mümkün deyildir. Ona alternativ cəzanın təyin edilməsi zərərçəkmiş şəxsin (xüsusi ittihamçının) keçirmiş olduğu iztirab və sarsıntılara mütənasib olmamaqla yanaşı cəzanın məqsədlərinə nail olunmasına və sosial ədalətin bərpasına gətirib çıxara bilməz. Ona görə də ona CM-nin 147.1 və 148-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan islah işi növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci madəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Göyüşov Bəhmən Vaqif oğlunun əməli cinayətlərin məcmuyunu yaratdığından ona Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinin müəyyən etdiyi qaydada cəzasını qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Bəhmən Göyüşova cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlamasının islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla qəti cəza təyin olunmalıdır. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin 1(061)-44/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə Göyüşov Bəhmən Vaqif oğlu Azərbaycan Respublikası CMin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təyin olunmuş cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Göyüşov Bəhmən Vaqif oğluna qəti olaraq 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Göyüşov Bəhmən Vaqif oğlunun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin həbs olunduğu xx.xx.2024-cü il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-503/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə məhkum Göyüşov Bəhmən Vaqif oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Göyüşov Bəhmən Vaqif oğlunun Azərbaycan Respublikası CM-in 147.1-ci və 148-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Rayon Məhkəməsinin 1(061)-44/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin hallarından göründüyü kimi Bəhmən Göyüşovun barəsində hazırki hökm çıxarılmamışdan əvvəl onun Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələrinə əsasən törətdiy cinayət əməlinə görə təqsirli bilinərək Tərtər Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 1(061)-44/2024 saylı hökmü çıxarılmışdır. Həmin hökm Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-503/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.Ona görə də ona Azərbaycan Respublikası CM-nin 66.5 maddəsinə əsasən cinayətlərin məcmuyu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.5-də göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Göyüşov Bəhmən Vaqif oğlu ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Göyüşov Bəhmən Vaqif oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxs X5 maddi sübut kimi təqdim etdiyi 1 ədəd yaddaş (“flyaş kart”) kartı xüsusi ittiham qaydasında şikayətin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Göyüşov Bəhmən Vaqif oğlu Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına, Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Göyüşov Bəhmən Vaqif oğluna təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) 2 (iki) ay müddətə islah işləri cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılsın, ona qəti olaraq 03 (üç) ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Göyüşov Bəhmən Vaqif oğluna təyin olunmuş Tərtər Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 1(061)-44/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinib CM-in 66.2-ci maddəsinə əsasən 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə ona təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə üzərində qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Göyüşov Bəhmən Vaqif oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Göyüşov Bəhmən Vaqif oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs X5 maddi sübut kimi təqdim etdiyi 1 ədəd yaddaş (“flyaş kart”) kartı xüsusi ittiham qaydasında şikayətin materiallarında saxlanılsın. Hökmün icrası Tərtər rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı X2 həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs hökmü aldığı gündən) 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi və həbsdə saxlama yerinin müdiriyyəti vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №1(061)-45/2024
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-45/2024
25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver