Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-45/2025 20.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azru oğlunun və Təqsirləndirilən şəxs2, müdafiəçi Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxslər: xx.xx.2001-ci il tarixdə Ağdərə rayonu Həsənqaya kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ağdərə rayon Çardaqlı kəndində qeydiyyatda olmaqla, Ağdərə rayonu Həsənqaya kəndində yaşayan barəsində seşilmiş “polisin nəzarəti alına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə xx xxxxxxxx 2000-ci il tarixdə Ağdərə rayonu Həsənqaya kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ağdərə rayonu Həsənqaya kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 oğurluq, yəni tamah niyyıəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2024-cü il tarixdə saat 05 radələrindən səhər saat 10 radələrinədək olan müddət ərzində etibarnamə olmadan idarə etdiyi “VAZ-2121” markalı, **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə müvafiq portal icazəsi olmadan gizli yolla işğaldan azad edilmiş Ağdərə şəhər ərazisinə keçmiş və şəhər ərazisində yerləşən metal əşyaların və avadanlıqlarının toplandığı ərazidən dövlət mülkiyyətində olan 226 (iki yüz iyirmi altı) manat 32(otuz iki) qəpik dəyərində olan 552 kiloqram çəkidə dəmir metal qırıntısını və 01 ədəd dəyəri 70 (yetmiş) manat olan işlənmiş xalçanı idarə etdiyi “VAZ-2121” markalı **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə yükləməklə gizli yolla talayıb zərərçəkmiş hüquqi şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ ərazi şöbəsinə 226 (iki yüz iyirmi altı) manat 32 (otuz iki) qəpik məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 oğurluq, yəni tamah niyyıəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2024-cü il tarixdə saat 05 radələrindən səhər saat 10 radələrinədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-2121” markalı, **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə müvafiq portal icazəsi olmadan gizli yolla işğaldan azad edilmiş Ağdərə şəhər ərazisinə keçmiş və şəhər ərazisində yerləşən metal əşyaların və avadanlıqlarının toplandığı ərazidən dövlət mülkiyyətində olan 226(iki yüz iyirmi altı) manat 32(otuz iki) qəpik dəyərində olan 552 kiloqram çəkidə dəmir metal qırıntısını və 01 ədəd dəyəri 70 (yetmiş) manat olan işlənmiş xalçanı “VAZ-2121” markalı **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə yükləməklə gizli yolla talayıb zərərçəkmiş hüquqi şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ ərazi şöbəsinə 226 (iki yüz iyirmi altı) manat 32 (otuz iki) qəpik məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır, onunla heç bir ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 05 radələrində X11 məxsus “VAZ-2121” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə gəzmək məqsədilə Ağdərə rayon ərazisinə gizli yollarla müvafiq portal icazəsi olmadan keçmişlər. Orada yolun kənarında metal əşyalarının toplandığı yeri görmüşlər və oraya getmişlər. Dəmir parçaları və bir ədəd işlənmiş xalçanı görüb “VAZ-2121” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsinə və üstünə yığmışlar. Daha sonra kəndə qayıdarkən saat 10 radələrində Həsənqaya kəndində polis əməkdaşları onu saxlatdırmış, avtomobildə olan əşyaları haradan gətirdiklərini soruşmuşlar. Polis əməkdaşlarına Ağdərə rayon ərazisində yolun kənarından yığıb gətirdiklərini söyləmişdir. Daha sonra polis əməkdaşları onunla Təqsirləndirilən şəxs2 Tərtər RPŞ-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə RPŞ-nə getmişlər. RPŞ-də təhqiqatçının iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı “VAZ-2121” maraklı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan dəmir parçaları qapanda çəkilərək çəkisi 552 kiloqram, avtomobilin boş çəkisi isə 1568 kiloqram müəyyən edilmişdir. Onlar həmin dəmir parçalarını və bir ədəd işlənmiş xalçanı maddi vəziyyətləri pis olduğu üçün Ağdərə rayon ərazisindən yığıb satmaq istəmişlər. Onun və “VAZ-2121” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ağdərə rayon ərazisinə keçmək üçün portal icazəsi olmamışdır. Həmin ərazi onların kəndindən 2-3 km aralıda olmuşdur. O, həmin dəmir əşyalarının oğurluq olduğunu və törətmiş olduqları əməlin oğurluq olduğunu bilməmişdir. Törətdiyi əməldən səmimi olaraq peşimandır. Zərərçəkmiş hüquqi şəxsin onlardan şikayət tələblərinin olmadığını bildirmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır və onunla heç bir ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 05 radələrində X11 məxsus Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-2121” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə gəzmək məqsədilə Ağdərə rayon ərazisinə gizli yollarla müvafiq portal icazəsi olmadan keçmişlər. Orada yolun kənarında metal əşyaların toplandığı yeri görmüş və oraya yaxınlaşmışlar. Dəmir parçaları və bir ədəd işlənmiş xalça görüb “VAZ-2121” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsinə və üstünə yığmışlar. Daha sonra kəndə qayıdarkən saat 10 radələrində Həsənqaya kəndində polis əməkdaşları onları saxlatdırıb, avtomobildə olan əşyaları haradan gətirdiklərini soruşmuşlar, onlar isə Ağdərə rayon ərazisində yolun kənarından yığıb gətirdiklərini söyləmişlər. Daha sonra polis əməkdaşları onları Tərtər RPŞ-nə dəvət etmişlər. Onlar isə polis əməkdaşları ilə birlikdə getmişlər. RPŞ-də təhqiqatçının iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı “VAZ-2121” maraklı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan dəmir parçaları qapanda çəkilərək çəkisi 552 kiloqram, avtomobilin boş çəkisi isə 1568 kiloqram müəyyən edilmişdir. Həmin dəmir əşyalarının oğurluq olduğunu və törətmiş olduğu əməlin oğurluq olduğunu bilməmişdir. Məhkəmənin əvvəlki iclasında cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində izahat vermiş X4 göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ ərazi Şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ ərazi Şöbəsi zərərçəkmiş hüquqi şəxs qismində tanındıqdan sonra ona rəhbərlik tərəfindən 12 fevral 2025-ci il tarixdə xidmətin nümayəndəsi qismində iştirak etmək səlahiyyəti verilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Ağdərə rayonu ərazisində müxtəlif yerlərdən dəmir metal qırıntıları və qeyri metal əşyaları avtomobilin yük yerlərinə yığaraq oğurlamışlar. Ancaq həmin 552 (beş yüz əlli iki) kiloqram dəmir metal qırıntıları və bir ədəd işlənmiş xalça Ağdərə şəhərində yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ ərazi şöbəsinə təhvil verilməklə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin Ağdərə rayonu ərazisində mühafizə etdiyi anbarın həyətinə boşaldılmışdır. Ağdərə rayonu ərazisindən oğurlanmış həmin 552 (beş yüz əlli iki) kiloqram dəmir metal qırıntıları və bir ədəd işlənmiş xalça dövlət əmlakı hesab edilir və qeyd edilən əşyalara nəzarəti Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ ərazi şöbəsi həyata keçirir. Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ ərazi şöbəsinə 296 (iki yüz doxsan altı) manat 32 (otuz iki) qəpik maddi ziyan vurulması ilə bağlı qiymətləndirilməyə heç bir etirazı olmamış, həmçinin vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmadını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Tərtər rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və onlarla heç bir ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Tərtər rayon X15 Təhlükəsizlik Bölməsinin polis nəfəri, polis serjantı Şahid2 və polis serjantı Şahid3 ilə birlikdə xidmətdə olarkən Tərtər rayonu Həsənqaya kənd sakinləri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ağdərə şəhəri ərazisinə gizli yollarla müvafiq portal icazəsi olmadan daxil olaraq metal əşyalarını oğurlayaraq keçmək istəmələri barədə məlumat almışdır. Dərhal xidmətdə olduğu Şahid3 və Şahid2 ilə birlikdə Tərtər rayon Həsənqaya kəndinə getmiş, orada Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-2121” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində metal əşyaları aşkar etmişlər. “VAZ-2121” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü Təqsirləndirilən şəxs1 əlavə də yanında Təqsirləndirilən şəxs2 olmuşdur. Bundan sonra şöbə rəhbərliyinə bu barədə məlumat vermiş, rəhbərliyin göstərişi ilə həmin avtomobilləri və həmin şəxsləri Tərtər rayon Polis Şöbəsinə gətirmişdir. Tərtər rayon Polis Şöbəsində həmin avtomobillərə təhqiqatçı tərəfindən baxış keçirilmiş və müəyyən edilmiş ki, avtomobillərdə olan metal əşyaları yuxarıda adları qeyd edilən şəxslər Ağdərə şəhəri ərazisindən oğurlayaraq avtomobillərinə yükləyib gətirmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə “VAZ- 2121” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ikisi birlikdə oğurluq etmək üçün Ağdərə şəhər ərazisinə daxil olaraq oradan metal əşyaları oğurlamışlar. RPŞ-də təhqiqatçının iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı “VAZ-2121” maraklı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan dəmir parçaları qapanda çəkilərək çəkisi 552 kiloqram, avtomobilin boş çəkisi isə 1568 kiloqram müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şahid2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq vaxtı verdiyi ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq vaxtı verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Tərtər rayon polis şöbəsinin İTB-də polis nəfəri işləyir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və onlarla heç bir ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində o, Tərtər rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid1 və polis serjantı Şahid3 ilə birlikdə xidmətdə olmuşlar. Həmin vaxt Tərtər rayonu Həsənqaya kənd sakinləri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ağdərə şəhəri ərazisinə gizli yollarla müvafiq portal icazəsi olmadan daxil olaraq metal əşyalarını oğurlayaraq keçmək istəmələri barədə məlumat almışlar. Dərhal xidmətdə olduğu Şahid3 və Şahid1 ilə birlikdə Tərtər rayon Həsənqaya kəndinə getmişlər. Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-2121” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində metal əşyaları aşkar etmişlər. “VAZ-2121” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü Təqsirləndirilən şəxs1 əlavə də yanında Təqsirləndirilən şəxs2 olmuşdur. Bundan sonra şöbə rəhbərliyinə bu barədə məlumat verilmiş, rəhbərliyin göstərişi ilə həmin avtomobilləri və həmin şəxsləri Tərtər rayon Polis Şöbəsinə gətirmişlər. Tərtər rayon Polis Şöbəsində həmin avtomobillərə təhqiqatçı tərəfindən baxış keçirilmiş və avtomobillərdə olan metal əşyaları yuxarıda adları qeyd edilən şəxslər Ağdərə şəhəri ərazisindən oğurlayaraq avtomobillərinə yükləyib gətirmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə “VAZ-2121” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ikisi birlikdə oğurluq etmək üçün Ağdərə şəhər ərazisinə daxil olaraq oradan metal əşyaları oğurlamış və avtomobilə yükləyib gətirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şahid3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq vaxtı verdiyi ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq vaxtı verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Tərtər rayon polis şöbəsinin İTB-də polis nəfəri işləyir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və onlarla heç bir ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində o, Tərtər rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid1 və polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olmuşlar. Həmin vaxt Tərtər rayonu Həsənqaya kənd sakinləri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ağdərə şəhəri ərazisinə gizli yollarla müvafiq portal icazəsi olmadan daxil olaraq metal əşyalarını oğurlayaraq keçmək istəmələri barədə məlumat almışlar. Dərhal xidmətdə olduğu Rasim Əıizadə və Şahid1 ilə birlikdə Tərtər rayon Həsənqaya kəndinə getmişlər. Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-2121” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində metal əşyaları aşkar etmişlər. “VAZ-2121” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü Təqsirləndirilən şəxs1 əlavə də yanında Təqsirləndirilən şəxs2 olmuşdur. Bundan sonra şöbə rəhbərliyinə bu barədə məlumat verilmiş, rəhbərliyin göstərişi ilə həmin avtomobilləri və həmin şəxsləri Tərtər rayon Polis Şöbəsinə gətirmişlər. Tərtər rayon Polis Şöbəsində həmin avtomobillərə təhqiqatçı tərəfindən baxış keçirilmiş və avtomobillərdə olan metal əşyaları yuxarıda adları qeyd edilən şəxslər Ağdərə şəhəri ərazisindən oğurlayaraq avtomobillərinə yükləyib gətirmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə “VAZ-2121” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ikisi birlikdə oğurluq etmək üçün Ağdərə şəhər ərazisinə daxil olaraq oradan metal əşyaları oğurlamış və avtomobilə yükləyib gətirmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli yük maşınlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu idarə etdiyi “VAZ-2121” markalı 39-BA771 dövlət qeydiyyat nişanlı maşında Ağdərə rayonu ərazisindən oğurlanmış dəmir metal əşyalar vardır. Baxış zamanı “VAZ-2121” maraklı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan dəmir parçaları qapanda çəkilərək çəkisi 552 kiloqram, avtomobilin boş çəkisi isə 1568 kiloqram müəyyən edilmişdir. (Bax:İ cild i.v. 10-15) Məhkəmə iclasında tədqiq olunmuş işdə olan Təqsirləndirilən şəxs1 istintaqa verdiyi əvvəlki ifadəsinin düzgünlüyü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə xx.xx.2025-ci il tarixdə ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 verdiyi ifadə ilə istintaqa verdiyi əvvəlki ifadəsi arasında heç bir ziddiyyət müəyyən edilməmişdir. İfadənin yerində yoxlanması istintaq hərəkəti video görüntü ilə qeydə alınaraq protokola əlavə edilmişdir. (Bax: İ cild i.v. 198-200) Məhkəmə iclasında tədqiq olunmuş işdə olan Təqsirləndirilən şəxs2 istintaqa verdiyi əvvəlki ifadəsinin düzgünlüyü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə xx.xx.2025-ci il tarixdə ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 verdiyi ifadə ilə istintaqa verdiyi əvvəlki ifadəsi arasında heç bir ziddiyyət müəyyən edilməmişdir. İfadənin yerində yoxlanması istintaq hərəkəti video görüntü ilə qeydə alınaraq protokola əlavə edilmişdir. (Bax:İ cild i.v. 201-203) Məhkəmə iclasında tədqiq olunmuş İş materiallarından aydın olur ki, iş üzrə oğurlanmış əmlakın dəyərini müəyyən etmək üçün xx.xx.2025-ci il tarixdə qiymətləndirici təyin edilmişdir. Həmin ekspertizanın xx.xx.2025-ci il tarixli 70 nömrəli rəyinə əsasən bir kiloqram dəmir metal qırıntısının qiyməti 0,41 qəpik və bir ədəd işlənmiş xalçanın qiyməti 70 manat hesablanmışdır. (Bax: İ cild i.v. 97-98; 101-106) Məhkəmə iclasında tədqiq olunmuş İş materiallarından aydın olur ki, cinayət işi üzrə 05 fevral 2025-ci il tarixdə Tərtər RPŞ-nin CAB-nə əməliyyat tapşırığı verilmiş, Tərtər RPŞ-nin CAB-nin 17 fevral 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Tərtər rayonu Həsənqaya kəndində yaşayan Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2024-cü il tarixdə Ağdərə şəhər ərazisinə müvafiq portal icazələri olmadan keçərək, oradan metal əşyalarını və bir ədəd işlənmiş xalçanı oğurlamışlar. X1 onlardan xəbərsiz idarə etdiyi “VAZ-2121” markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə müvafiq portal icazəsi olmadan Ağdərə şəhər ərazisinə daxil olmuş və oradan dəmir əşyaları oğurlamışdır. (Bax: İ cild i.v. 61; 81) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.(Bax: İ cild i.v. 52-53) Məhkəmə iclasında tədqiq olunmuş İş materiallarına əlavə olunmuş Tərtər rayon Həsənqaya İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 30 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər rayon Həsənqaya kəndində müvəqqəti qeydiyyatda olmaqla yaşayır və müsbət xarakterizə olunur. (Bax: İİ cild i.v. 113-114) Məhkəmə iclasında tədqiq olunmuş İş materiallarına əlavə edilmiş Tərtər rayon Həsənqaya İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 29 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər rayon Həsənqaya kəndində müvəqqəti qeydiyyatda olmaqla yaşayır və müsbət xarakterizə olunur. (Bax: İİ cild i.v. 115-117) Məhkəmə iclasında tədqiq olunmuş İş materiallarına əlavə edilmiş Tərtər rayon Həsənqaya İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 32 nömrəli şəkilli arayışından görünür ki, şəkili arayışa əlavə olunan vətəndaş Təqsirləndirilən şəxs2 müvəqqəti olaraq Tərtər rayon Həsənqaya kəndi ərazisində məskunlaşıb. xx.xx.2000-ci il təvəllüdlüdür. Kimsəsizdir. Qohumların himayəsində yaşayır. (Bax: İ cild i.v. 110) Məhkəmə iclasında tədqiq olunmuş iş materiallarına əlavə edilmiş Tərtər RMX-nın PHŞ-dən daxil olmuş 03 fevral 2025-ci il tarixli, 18-1-75/2-128/2025 nömrəli arayışıdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 xəstəxananın polikilinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında dayanmır. (Bax: İ cild i.v. 60) Məhkəmə iclasında tədqiq olunmuş iş materiallarına əlavə edilmiş Tərtər RMX-nın PHŞ-dən daxil olmuş 03 fevral 2025-ci il tarixli, 18-1-75/2-128/2025 nömrəli arayışıdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 xəstəxananın polikilinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında dayanmır. (Bax: İ cild i.v. 60) Məhkəmə iclasında tədqiq olunmuş iş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 150.3.3cü maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Bax: İ cild i.v. 118-137) Məhkəmə iclasında tədqiq olunmuş iş materiallarına əlavə edilmiş Tərtər RPŞ-nin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi Qrupundan daxil olmuş 12 may 2025-ci il tarixli məktubundan görünür ki, Tərtər rayon Həsənqaya kəndində müvəqqəti qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin olub-olmaması ilə bağlı qeydiyyat və şəxsiyyət qrupunda heç bir məlumat yoxdur. Bax: İ cild i.v. 192) Məhkəmə iclasında tədqiq olunmuş iş materiallarına əlavə edilmiş Ağdərə şəhərində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Ərazi Şöbəsinin əməkdaşı X8, Tərtər Rayon Polis X6 müstəntiqi polis baş leytenantı X3 və Tərtər Rayon Polis Şöbəsinin PPXB taqım komanditi polis baş leytenantı Səfərov Elməddin Vəkil oğlu tərəfindən dəymiş ziyanın ödənilməsi ilə bağlı tərtib edilmiş AKT-dan görünür ki, xx.xx.2024-cü il tarixdə Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları Ağdərə rayon ərazisində xidmətdə olarkən aşkar olunmuş, vətəndaşlar Təqsirləndirilən şəxs1, X12 və X5 tərəfindən **-BA-*** nömrə nişanlı avtomobildə oğurlanan 552 kq qara metal, xalça və taxta parçaları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Ərazi Şöbəsinə təhvil verilməklə dəymiş ziyanlıq ödənmiş və müvəqqəti olaraq Xankəndi şəhrində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin nəzarətində olan Ağdərə şəhərində yerləşən əraziyə boşaldılmışdır. İştirakçılar AKT-ın doğruluğunu təsdiq etmişlər. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq, yəni tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Ağdərə rayonu ərazisində müxtəlif yerlərdən dövlət əmlakı hesab edilən dəmir metaldan olan əşyaları avtomobilin yük yerinə yığaraq gizli şəkildə talamalarına dair daxil olmuş məlumat, əsas isə bu barədə Tərtər rayon polis şöbəsinin istintaq qrupunda toplanmış materialda CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Onlara qarşı elan edilmiş ittihamda təqsirli olmaları, özlərinin etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq, yəni tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2024-cü il tarixdə saat 05 radələrindən səhər saat 10 radələrinədək olan müddət ərzində etibarnamə olmadan idarə etdiyi “VAZ-2121” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə müvafiq portal icazəsi olmadan gizli yolla işğaldan azad edilmiş Ağdərə şəhər ərazisinə keçmiş və şəhər ərazisində yerləşən metal əşyaların və avadanlıqların toplandığı ərazidən dövlət mülkiyyətində olan 226 (iki yüz iyirmi altı) manat 32 (otuz iki) qəpik dəyərində olan 552 kiloqram çəkidə dəmir metal qırıntısını və 01 ədəd dəyəri 70 (yetmiş) manat olan işlənmiş xalçanı idarə etdiyi “VAZ-2121” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləməklə gizli yolla talayıb zərərçəkmiş hüquqi şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ ərazi Şöbəsinə 296 (iki yüz doğsan altı) manat 32 (otuz iki) qəpik məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişlər. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1a və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam şəkildə ödəmələrini, zərəçəkən şəxsin onlardan şikayət, tələblərinin olmamasını, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, təqsirlərini etiraf edərək səmimi peşmanlıq keçirmələrini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, məcburi köçkün olmaları onların barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Onların Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzalarıını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını bir qrup şəxs tərəfindən qanunsuz daxil olmaqla, təkrarən gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə cəza təyini məsələsini müzakirə edərkən cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri barəsində olan hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar olan 552 kq dəmir metal qırıntılarının və 1 ədəd işlənmiş xalçanın Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Ərazi Şöbəsinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Tərtər – Ağdərə rayonlarının hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri barəsində olan hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Tərtər-Ağdərə rayonlarının hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan 552 kq dəmir metal qırıntılarının və 1 ədəd işlənmiş xalçanın Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Ərazi Şöbəsinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Tərtər rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №1(061)-45/2025
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-45/2025
20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver