Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1(061)-46/2025 22.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1977-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Ağdərə rayonu Suqovuşan qəsəbəsi bina 03, mənzil 04 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin oktyabr ayında istintaqa dəqiq məlum olmayan gündə ünvan 1 ünvanında yaşayan, Zərərçəkmiş şəxs oğlu Şahid Ağdam rayonunda yerləşən "xxxx" MMC-də işlə təmin edəcəyini yalan vəd verərək bunun qarşılığında Zərərçəkmiş şəxs Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən şirniyyat mağazasında vahid niyyətilə 1200 (min iki yüz) manat daha sonra 2023-cü ilin oktyabr ayında istintaqa dəqiq məlum olmayan gündə ünvan 1 ünvanında isə 1800 (min səkkiz yüz) manat pul alıb dələduzluq yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 3000 (üç min) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs əvvəllər tanımış, onun orta məktəbdə sinif rəhbəri olmuş, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. 2023-cü ilin sentyabr ayının dəqiq xatırlamadığı günündə Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən şirniyyat evində işləyən zaman Zərərçəkmiş şəxs mağazaya gələrək şirniyyat məhsulları almışdır. Həmin vaxt Zərərçəkmiş şəxs ona “oğlum Elşad işsizdir, sən harada işləyirsən?” o, isə cavab olaraq bildirmişdir ki, Ağdam rayonunda yerləşən "xxxx" MMC-də işləyir, Mükafat müəllimə, ona “mən də istəyirəm ki, oğlum Elşad da orada işləsin” bildirmişdir. Daha sonra o, “həmin şirkətdən maraqlanıb sizə bir cavab deyərəm”, müqabilində isə 3000 manat pul istəmişdir. Həmin pulu hissə-hissə olaraq almış, birinci dəfər 1200 manatı işlədiyi şirniyyat evində Mükafat müəllimə gətirib vermiş, ikinci səfər isə təxminən bir ay sonra 1800 manat pulu Mükafat müəllimin yaşadığı ünvan 1 ünvanında yerləşən evinə getmiş və orada pulu ondan götürmüşdür. Həmin 3000 manat pulu 10, 50 və 100 manatlıq əskinaslarla almışdır. Lakin Elşadı işə düzəldə bilməmiş və Zərərçəkmiş şəxs həmin pulu geri qaytarmamışdır. Həmin pul vəsaitini şəxsi təlabatları üçün xərcləmişdir və pulu geri qaytarmaq niyyəti olmamışdır. Həmçinin Elşadı hər hansı bir işə düzəltmək səlahiyyəti olmadığını bildirmişdir. Ağdam rayonunda yerləşən "xxxx" MMC-də isə heç bir tanışı olmadığını qeyd etmişdir. Hazırda əməlindən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyan yaxınları tərəfindən tam ödənmiş, ondan üzr istəyərək onunla barışmış, zərərçəkən şəxsin ondan şikayət, tələbinin olmadığını, bir daha belə səhvə yol verməyəcəyini bildirmiş və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, heç bir yerdə rəsmi olaraq işləmir, təqaüdçüdür. Şahid onun oğludur. Hal-hazırda Elşad işləmir. Təqsirləndirilən şəxs Tərtər şəhər sakini kimi tanıyır, həmçinin o, müəllim işləyən vaxtlar İhamə onun şagirdi olmuşdur. İlhamənin işsiz adamları işə düzəltdiyini eşitmişdir. 2023-cü ilin sentyabr ayının dəqiq xatırlamadığı günündə Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən şirniyyat evindən şirniyyat məhsulları alarkən İlhaməni orada görmüş və oğlu Elşada iş tapa bilmədiyini bildirmişdir. Bu vaxt İlhamə ona “şirkətlərdə iş var niyə Elşadı ora düzəltmirsən, istəyirsən mən sənə köməklik edim” demişdir. Lakin İlhamə ondan bunun müqabilində 3000 manat pul vəsaiti istəmişdir. O isə həmin vaxtlarda hissə-hissə birinci səfər 1200 manat İlhamənin işlədiyi şirniyyat evində vermiş, ikinci dəfə isə 1800 manatı İlhamə özü onun yaşadığı Tərtər şəhəri, Cavanşir küçəsi, ev 42-yə gəlib götürmüşdür. Pulları verdiyi vaxtlar yanlarında heç kim olmamışdır. Ümumilikdə İlhaməyə 3000 manat pul vermişdir ki, oğlu Elşadı Ağdam rayonunda yerləşən "xxxx" MMC-yə işə düzəltsin, lakin İlhamə verdiyi vədə əməl etməmiş və onun 3000 manat pulunu geri qaytarmamışdır. Həmin 3000 manat pulu o İlhaməyə 10, 50 və 100 manatlıq əskinaslarla vermişdir. Təqsirləndirilən şəxs yaxınları ona olan borcunu tam ödəmişdir. Onunla barışmışlar. Ondan heç bir şikayəti, tələbi olmadığnı, gələcəkdə də olmayacağını, ona dəymiş ziyanın ödənildiyini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dövlət itthamçısı, zərərçəkən şəxs, təqsirlndirilən şəxs, müdafiçisi şahidin ifadəsi ilə tanış olduqlarını, həmin ifadənin məhkəmə iclasında tədqiq edilməsinə ehitayac olmadığını bildirmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi üzrə 22 dekabr 2024-cü il tarixdə Tərtər RPŞ-nin CAB-nə əməliyyat tapşırığı verilmiş, Tərtər RPŞ-nin CAB-nin 30 dekabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Ağdərə rayon Suqovuşan qəsəbəsi, bina 04, mənzil 04 ünvanında yaşayan Təqsirləndirilən şəxs 2024-cü ilin oktyabr ayında Zərərçəkmiş şəxs oğlu Şahid işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs ümumilikdə 3000 manat pul almış, lakin verdiyi vədə əməl etməmişdir. (iş vərəqə: 19-20; 23) Məhkəmə iclasında tədqiq olunmuş işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə Bərdə rayon Məhkəməsinin hökmü ilə 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. (İş vərəqə: 76-77) Məhkəmə iclasında tədqiq olunmuş işdə olan Ağdərə şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 22 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdərə rayon Suqovuşan qəsəbəsi, bina 03, mənzil 04 ünvanında daimi qeydiyyatda olmaqla yaşayır və müsbət xarakterizə olunur. (İş vərəqə: 69-72) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 iyun 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə tqəsirli bilinib 3000 manat miqdarında cərimə cəzası təyin edilmişdir. xx.xx.2020-ci ildə cəriməni ödədiyi üçün qeydiyyatdan çlxarılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023cü ilin oktyabr ayında istintaqa dəqiq məlum olmayan gündə ünvan 1 ünvanında yaşayan, Zərərçəkmiş şəxs oğlu Şahid Ağdam rayonunda yerləşən "xxxx" MMC-də işlə təmin edəcəyini yalan vəd verrək bunun qarşılığında Zərərçəkmiş şəxs Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən şirniyyat mağazasında vahid niyyətilə 1200 (min iki yüz) manat daha sonra 2023-cü ilin oktyabr ayında istintaqa dəqiq məlum olmayan gündə ünvan 1 ünvanında isə 1800 (min səkkiz yüz) manat pul alıb dələduzluq yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 3000 (üç min) manat maddi ziyan vuraraq dələduzluq etməsi tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin oktyabr ayında istintaqa dəqiq məlum olmayan gündə ünvan 1 ünvanında yaşayan, Zərərçəkmiş şəxs oğlu Şahid Ağdam rayonunda yerləşən "xxxx" MMC-də işlə təmin edəcəyini yalan vəd verərək bunun qarşılığında Zərərçəkmiş şəxs Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən şirniyyat mağazasında vahid niyyətilə 1200 (min iki yüz) manat daha sonra 2023-cü ilin oktyabr ayında istintaqa dəqiq məlum olmayan gündə ünvan 1 ünvanında isə 1800 (min səkkiz yüz) manat pul alıb dələduzluq yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 3000 (üç min) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 178.1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, mülkiyyət əleyhinə olan cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, zərərçəkənə dəymiş ziyanı tam ödədiyini, zərərçəkən şəxsin ondan şikayət, tələbinin olmadığını, zərərçəkən şəxslə barışıq əldə etdiyini, yaşadığı yerdə müsbət xarakterizə edildiyini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Bununla belə zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirmiş, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək əməlindən peşman olduğunu, zərərçəkənə dəymiş ziyanı tam ödədiyini, zərərçəkən şəxsin ondan şikayət, tələbinin olmadığını, zərərçəkən şəxslə barışıq əldə etdiyini bildirmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra zərərçəkənə dəymiş ziyanı tam ödəmiş, zərərçəkən şəxsin ondan şikayət, tələbi olmamış, zərərçəkən şəxslə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ona dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət, tələbinin olmadığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanı tam ödədiyini göstərmiş və onunla barışdığını və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, onların barışmasını əsas tutaraq cinayət işinə xitam verilməsini mümkün hesab edir və o nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin və başqa şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2ci maddəsinə əsasən məhkəmənin qərarı ilə xitam verilə bilər. Həmin Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəticəsində cinayət təqibinə Azərbaycan Respublikası CM-in 72- 74-cü maddələrində nəzərdə tutulmuş hallarda xitam verilə bilər. Eləcə də, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.26-cı maddəsində edilmiş əlavə və dəyişikliyə görə CM-nə 73-1-ci və 73-2-ci maddələr əlavə edilmiş və 73-1.1 maddənin məzmununa görə bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmçinin, həmin Qanunun 1.24-cü maddəsinə əsasən CM-in 72-ci maddəsinə yeni “Qeyd” hissəsi əlavə edilmiş və həmin Qeydə əsasən şəxsin bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilməsi göstərilmişdir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə nəzərə alır ki, tərəflər cinayəti törətdikdən sonra bir-birləri ilə barışmağa nail olmuş, habelə hadisədə zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxsin yaxınları tərəfindən tam ödənmişdir. Cinayət işinə xitam verilməsi gələcəkdə başqa neqativ halların da aradan qalxmasına səbəb ola bilər. Eləcə də, məhkəmə hazırki nəticəyə gələrkən qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət məsuliyyətindən azad edilir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 73-1.1, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası CM-in 73-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №1(061)-46/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №1(061)-46/2025
22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver