Məhkəmə qərarları › İş №1(061)-47/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №1(061)-47/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1(061)-47/2025 01.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X5 oğlunun katibliyi Xüsusi ittiham qaydasında şikayət verən şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Xüsusi ittiham qaydasında şikayət verən şəxs Zərərçəkmiş şəxs X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verdiyi şikayətə 01 iyul 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ : Əliyev X4 Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizə ilə müraciət edərək, şərəf və ləyaqətini alçaltmaqla təhqir etdiyinə və böhtan atdığına görə X6 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət təqibinin başlanmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Xüsusi ittiham qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, X6 “TikTok” sosial şəbəkəsi vasitəsi ilə “qəmlibaxışlar0” səhfəsidə Zərərçəkmiş şəxs qarşı “özüm tikib yaşadığım evə saxta sənəd düzəldərək üstümə basqın edib, mən tikmişəm deyib və məni evimnən çıxarmaq istəyən bu alçaq, şərəfsizi hər kəs tanısın və görən hər kəs paylaşsın ki orqanlar görsün bu alçaqları, bu şərəfsizləri tanıyın evimə basqın edirlər, mən tikmişəm deyib” kimi təhqiredici ifadələr işlətmiş, şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymışdır və həmin səhifədə 281 nəfər izləyici yazılan təhqirləri oxumuşdur. Bununla da, X1 İlhami Şahmalı oğlunu təhqir edib və haqqında yalan məlumatlar yaymışır. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətini müdafiə etdiyini bildirmişdir. Məhkəmənin hazırlıq iclasında işin məhkəmədə mahiyyəti üzrə baxılması üçün sübutların kifayət etməsi haqqında məsələni həll etmək üçün məhkəməyə daxil olmuş materiallar yoxlanarkən müəyyən edildi ki, şikayətdə Azərbaycan Respublikası CPM-nin 293-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətində X2 onun barəsində yalan məlumatlar yaydığını göstərsə də, həmin məlumatların nədən ibarət olmasını şikayətində göstərməmiş, bununla belə X6 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət işi başlanmasını xahiş etmiş, lakin ona cəza verilib-verilməməsini şikayətində göstərməmişdir. Həmçinin şikayətdə barəsində şikayət verilən X2 doğum ilini göstərilməmişdir. Azərbaycan Respublikası CPM-nin 293.3.1, 283.3.4 və 293.3.6-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə törədilmiş cinayət barədə məlumatlar (şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, eləcə də bu Məcəllənin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir. Məhkəmə yuxarıda şərh olunanlara əsadslanaraq və yuxarıda adı çəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən X3 qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası CPM-nin 293-cü maddəsinin tələblərinə uyğun tərtib olunmadığı üçün məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 300.1.3, 302.1.3-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar