Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-5/2025 12.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X3 qızının katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Tərtər rayonunun Leninabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Tərtər rayonunun Ələsgərli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 fevral 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Yevlax rayonu Köyük kəndində yaşayan Zərərçəkmiş şəxs2 işlə təmin edəcəyini yalan vəd verərək bunun qarşılığında sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin dekabr ayının 08-də 400 manat və dekabr ayının 10-da 400 manat olmaqla, ümumilikdə 800 manat pulu "xxxx" ASC-nə aid 4169 7388 8987 3570 nömrəli kart hesabına köçürülməsi vasitəsilə alıb həmin pulu ələ keçirməklə Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 və qardaşı X2 işlə təmin edəcəyini yalan vəd verərək bunun qarşılığında Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə 2024-cü ilin fevral ayının 10-da 510 manat və fevral ayının 12-də 300 manat olmaqla ümumilikdə 810 manat pulu "xxxx" ASC-yə aid 4169 7388 1814 1396 nömrəli kart hesabına köçürülməsi vasitəsilə alıb həmin pulu ələ keçirməklə Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. Həmkəndlisi Məzahir ona zəng edərək tanışı Zərərçəkmiş şəxs2 Ağdam rayonunda sürücü kimi işə düzəldə bilib-bilməcəyini soruşmuş, o, isə 1000 manat müqabilində həmin şəxsi, yəni Zərərçəkmiş şəxs2 işlə təmin edə biləcəyini bildirmişdir. Məzahir ona demişdir ki, “Murad 800 manat pul verə bilər”, o, da bununla razılaşmışdır. 08 dekabr 2023-cü il tarixdə Məzahirə zəng edib Murad adlı tanışının 400 manat pulu göndərməsini bildirmiş, həmin gün onun Kapital bank kart hesabına 400 manat göndərilmişdir. 10 dekabr 2023-cü il tarixdə, o, yenə də Məzahirə zəng edib Murad adlı tanışının qalan 400 manat pulu göndərməsini bildirmiş, həmin gün ona məxsus Kapital bank kart hesabına qalan 400 manat pul göndərilmişdir. İş üzrə digər Zərərçəkmiş şəxs1 da əvvəllər tanımamışdır. 2024-cü il tarixdə fevral 09-da Qəhrəman adlı şəxs ona zəng edib qardaşı Pərvini Ağdam rayonunda anbardar kimi işə düzəlməsini xahiş etmişdir. O, 510 manat müqabilində Pərvini işlə təmin edə biləcəyini bildirmişdir. Telefonla danışan zaman Qəhrəmanın özünü isə 300 manat müqabilində Ağdam rayonunda yanacaq doldurma məntəqəsində işə düzəldə biləcəyini bildirmişdir. Növbəti gün, yəni 10 fevral 2024-cü il tarixdə ona məxsus Kapital bank kart hesabına Pərvinin işə düzəlməsi üçün 510 manat göndərilmiş, 12 fevral 2024-cü il tarixdə isə Qəhrəmanın işə düzəlməsi üçün 300 manat göndərilmişdir. Lakin, Muradın, Qəhrəmanın və Pərvinin işlə təmin edilməsi gecikdiyindən onlar onun barəsində şikayət etmişlər. Hazırda zərərçəkmiş şəxslərin pulunu qaytarmışdır, törətdiyi əməlindən peşmandır. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işin digər materalları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. Heç bir yerdə işləmədiyinə və gəliri olmadığına görə uzun müddət özünə iş axtarmış, bir müddət Tərtər rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bir neçə dəfə Təqsirləndirilən şəxs evinə gedib oğlu Akifi məktəbə aparmışdır. Akiflə söhbət edən zaman atasının harada işlədiyini soruşmuş, sonuncu ona atasının Ağdam rayon yol idarəsində işlədiyini demişdir. Həmin vaxt ona atasına əgər iş yeri varsa ona da həmin yerdə iş tapmasında köməklik etməsini xahiş etmişdir. Cari ilin fevral ayının əvvəlində Təqsirləndirilən şəxs ona zəng edib iş axtarmağı barədə öyrəndiyini demişdir. O, övladının səhhəti ilə əlaqədar Bakı şəhərinə gedəcəyini və işə başlaya bilməyəcəyini deyərək qardaşı Pərvin Qaraşovun da işə ehtiyacı olduğunu demişdir. Elmin telefon danışığı zamanı qardaşını işğaldan azad edilmiş Ağdam rayonunda sürücü vəzifəsində işə düzələcəyini, 2200 manat əmək haqqı alacağını və Pərvini həmin yerdə işə düzəlmək üçün isə 510 manat pul lazım olduğunu bildirmişdir. Elminlə telefonla danışarkən sonuncu onun vəziyyətini nəzərə alıb, ona da rahat bir iş tapacağını deyərək Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində yeni tikilmiş yanacaq doldurma məntəqəsində işə düzələcəyini və 1700-1800 manat əmək haqqı veriləcəyini demişdir. Bu işin qarşılığında isə Elmin ondan 300 manat pul istəmişdir. Səhəri günü, yəni xx.xx.2024-cü il tarixdə qardaşının işi ilə əlaqədar Təqsirləndirilən şəxs təqdim etdiyi kart hesabına 510 manat pul köçürmüşdür. xx.xx.2024-cü il tarixdə isə öz işi ilə əlaqədar qeyd olunan kart hesabına 300 manat pul köçürmüşdür. Elminlə əlaqə saxlayıb pulu sonuncunun kart hesabına yüklədiyini demiş və qardaşı ilə onun nə vaxt işə çıxacağını soruşan zaman Elmin ona üç-dörd gün ərzində işə başlayacaqlarını demişdir. Elminin dediyi vaxt tamam olduqdan sonra yenidən sonuncu ilə əlaqə saxlayıb işə nə vaxt çıxacağını soruşmuşdur. Hər dəfəsində Elmin bir bəhanə gətirib onu aldatmışdır. Sonradan isə Elmin artıq zənglərinə cavab verməmişdir. O, da məcbur qalıb bununla bağlı Tərtər RPŞ-yə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir və təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, iki aya yaxın müddətdə Türkiyə Respublikasına məxsus “Kalyon” yol təmiri şirkətində sürücü kimi fəaliyyət göstərmişdir. Sonra Horadiz-Zəngilan ərazisində, daha sonra Ağcabədi rayonu Ergi kəndi ərazisindən Füzuli-Ağdam istiqamətində yol təmiri işlərində şirkətə məxsus “Hova” markalı yük maşını ilə torpaq daşımışdır. Həmin vaxtı şirkətdə işləyən Tərtər rayon sakini Şahid1la tanış olmuşdur. Məzahirlə söhbət edən zaman ona özünə məxsus “Kamaz” markalı yük maşınının olduğunu bildirmiş, Məzahir də ona Ağdam rayon ərazisində 500 manat əmək haqqı olan iş olduğunu bildirmışdir. Zəngilan rayonundan Məzahirlə birlikdə Horadiz qəsəbəsinə gələn zaman Məzahir mobil telefon vasitəsi ilə tanımadığı şəxslə onun işini danışıb işə düzəlməyi müqabilində həmin şəxsin, yəni Təqsirləndirilən şəxs 1000 manat pul istədiyini demişdir. O, Məzahirə 800 manat pulu iki dəfəyə verə biləcəyini demiş və razılaşmışlar. xx.xx.2023-cü il tarixdə Horadiz qəsəbəsində işdə olan zaman Məzahir ona zəng edib idarə etdiyi “Kamaz” markalı yük maşınının sığorta olunması üçün pulun bir hissəsini, yəni 400 manatını göndərməsini demişdir. Elə həmin günü Elmin onun mobil telefonuna zəng edib ondan 400 manat pulu, maşınının texniki şəhadətnaməsini və şəxsiyyət vəsiqəsinin şəkillərini “whatsapp” vasitəsi ilə göndərməyini bildirmişdir. O, “whatsapp” vasitəsi ilə yük maşınının texniki şəhadətnaməsini və şəxsiyyət vəsiqəsinin şəkillərini çəkib Elminin göndərdiyi mobil nömrəyə göndərmişdir. Daha sonra Horadiz qəsəbəsi ərazisində yerləşən “milli ön” ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona təqdim etdiyi Kapitalı bank kart hesabına 400 manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə evdə olan zaman Məzahir ona zənd edib yerdə qalan 400 manat pulu Elminin göndərdiyi kart hesabına göndərməyini və xx.xx.2023-cü il tarixdə isə işə başlayacağını demişdir. O, Tərtər rayon Təzəkənd kənd ərazisində yerləşən “Vasif” marketin qarşısında yerləşən ödəmə terminalından 400 manat pulu Təqsirləndirilən şəxs kart hesabına göndərmışdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun mobil telefonuma zəng edib işlədiyi “Kalyon” şirkətindən çıxmağını və xx.xx.2024-cü il tarixdə isə işlə təmin olunacağını bildirmişdir. Bundan sonra, o, işlədiyi şirkətdən çıxsa da Təqsirləndirilən şəxs onu işlə təmin etməyərək ona qarşı dələduzluq etmişdir. O, da məcbur qalıb bununla bağlı Tərtər RPŞ-yə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. Heç bir yerdə işləmədiyinə görə və gəlir olmadığına görə uzun müddət özünə iş axtarırmışdır. Qardaşı Qəhrəman tanışı – hazırkı Təqsirləndirilən şəxs onun işə ehtiyacı olduğunu demiş, Elmin də telefon danışığı zamanı onu işğaldan azad edilmiş Ağdam rayonunda sürücü vəzifəsində işə düzələcəyini, 2200 manat əmək haqqı alacağını və bunun üçün 510 manat pul lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qardaşı Qəhrəmanı isə Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində yeni tikilmiş yanacaq doldurma məntəqəsində işə düzələcəyini və 1700-1800 manat əmək haqqı veriləcəyini demişdir. Bu işin qarşılığında isə Elmin qardaşı Qəhrəmandan 300 manat pul istəmişdir. Səhəri günü, yəni xx.xx.2024-cü il tarixdə onun işi ilə əlaqədar Təqsirləndirilən şəxs təqdim etdiyi kart hesabına qardaşı Qəhrəman 510 manat pul, xx.xx.2024-cü il tarixdə isə öz işi ilə əlaqədar qeyd olunan kart hesabına 300 manat pul köçürmüşdür. Qəhrəman Elminlə əlaqə saxlayıb pulu onun kart hesabına yüklədiyini demiş və nə vaxt işə çıxacaqlarını soruşan zaman Elmin Qəhrəmana üş-dörd gün ərzində işə başlayacaqlarını demişdi. Lakin Elminin dediyi vaxt tamam olduqdan sonra hər dəfəsində Elmin bir bəhanə gətirib qardaşını aldatmışdır. Hazırda Təqsirləndirilən şəxs həmin pulu geri qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin noyabr ayından “Kalyon” şirkətində sürücü işləmişdir. 2023-cü ilin dekabr ayında “Kalyon” şirkətində işləyərkən Yevlax rayon sakini Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Söhbət edən zaman Murad özünə məxsus “Kamaz” markalı yük avtomobilinin olduğunu demiş, o, da Murada həmkəndlisi Təqsirləndirilən şəxs onu işə düzəldə biləcəyini bildirmişdir. Elminlə danışmış və o, bildirmişdir ki, Ağdam rayon ərazisində əmək haqqı 4000- 5000 manat olan iş vardır. Həmin işə düzəltmənin qarşılığında Elmin 1000 manat pul istəmişdir. O, Muradla danışmış, Murad iki dəfəyə 800 manat pul verə biləcəyini demişdir. O, bunu Elminə dedikdə sonuncu razılaşmışdır. Bundan sonra Elmin ona bildirmişdir ki, Murad yük avtomobilinin sığorta edilməsi üçün şəxsiyyət vəsiqsəsinin, yük avtombilinin qeydiyyat şəhadətnaməsinin şəkillərini çəkib “whatsapp” vasitəsilə ona göndərməli, həmçinin bank hesabına isə 400 manat pul göndərməlidir. O, da bununla bağlı Murada demiş və Murad 400 manat pulu Elminin bank hesabına, sənədlərinin şəkillərini isə çəkib Elminin “whatsapp” nömrəsinə göndərmişdir. Bir neçə gün keçdikdən sonra Elmin ona zəng edib Muradın qalan 400 manat pulu da göndərməsini istəmişdir. O, yenə bununla bağlı Murada demiş və sonuncu da eyni qaydada 400 manat pulu Elminin bank hesabına göndərmişdir. Muradın işlə təmin olunması üçün Elminlə, o, danışmışdır. Elminin dələduzluq yolu ilə ələ keçirdiyi puldan, o, heç nə əldə etməmişdir. Cinayət işində olan “şübhəli səxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan və “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı saat 23:30-dan məhdudlaşdırılmaqla şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixli qərarla barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri saat 19:15-də ona elan edilməklə Tərtər RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzürlü səbəb olmadan məhkəmə iclasına gəlmədiyi üçün barəsində məhkəməyə məcburi gətirilməsi haqqında qərar çıxarılmışdır. Cinayət işində olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığı üçün barəsində axtarış elan olunmaqla « həbs » qətimkan tədbirinin seçilməsi və o, tapılanadək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Cinayət işində olan Tərtər rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan, « axtarışda olan şəxsin tutulması haqqında » xx.xx.2024-cü il tarixli protokoldan və Azərbaycan Respublikası ƏN-nin PX-nin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə tutulmuş və xx.xx.2024-cü il tarixdə 2 saylı İstintaq Təcridxanasına daxil omuşdur. Cinayət işində olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbs edildiyi üçün iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Cinayət işində olan Gəncə Ağır Cinayətlər Məhkəməsnin 1(088)-118/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmünün, Bakı şəhəri Nərimanov Məhkəməsinin 7(005)-338/2017 saylı, xx.xx.2017-ci il tarixli, Göygöl Rayon Məhkəməsinin 1(066)-53/2021 saylı, xx.xx.2021-ci il tarixli və Kəlbəcər Rayon Məhkəməsinin 1(040)-13/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarlarının surətlərindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsnin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 69.3cü maddəsi ilə təqsirli bilinərək qazancından 10% dövlət nəfinə tutulmaqla 05 ay 27 gün müddətə islah işləri cəzasına; Gəncə Ağır Cinayətlər Məhkəməsnin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.2.2, 179.2.4, 66.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə həmin hökm dəyişddirilmədən saxlanmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməssinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-də edilmiş dəyişiklərlə əlaqədar əməli CM-nin 178.3.2, 178.2.2, 178.2.4 maddələrinə tövsif edilmiş, CM-nin 179.2.2, 179.2.4, 66.2-ci maddələrinə əsasən cəzası 05 ilə endirilmiş və xx.xx.2019-cu ildə cəzasıının sonu ilə azad olunmuş; Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş; Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. Cinayət işində olan Tərtər rayon İHB-nın Ələsgərli kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə özünü sakit aparmış, ictimai və siyasi tədbirlərdə fəal iştirak etmişdir. Cinayət işində olan məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilərək, cinayət işinin materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ona dəymiş maddi ziyan tam ödənilmişdir və hazırda onun təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Cinayət işində olan məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilərək, cinayət işinin materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ona dəymiş maddi ziyan tam ödənilmişdir və hazırda onun təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, məhkəmə istintaqı zamanı tədqiq edilən işin digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetrilmişdir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də, onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxslərə vurulmuş zərərin tam ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasıını ağırırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Cinayət Məcəlləsində yalnız cinayətlərin residivinə görə sərt cəzanın təyin edilməsinin təsbit edilməsini, eləcə də "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamından irəli gələrək cəza təyini zamanı cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və şərti məhkum etmə inistitutunun daha geniş tətbiq edilməsi barədə tövsiyyələri rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ağırlıq dərəcəsini, törədilən cinayətin mülkiyyət əleyhinə az ağır cinayət əməli olmasını, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini həm qanunauyğun, həm də məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni əvvəllər də cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmasını nəzərə alaraq hesab edir ki, ona təyin oluncaq azadlığın məhdudlaşdırılması cəzasının həddi mümkün qədər yüksək müəyyən olunmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün və xx.xx.2024-cü il tarixdən hazırkı hökm çıxarılanadək həbsdə saxlandığı 03 ay 16 gün müddəti bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalından dərhal azad edilməli, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Tərtər rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün və xx.xx.2024-cü il tarixdən hazırkı hökm çıxarılanadək həbsdə saxlandığı 03 ay 16 gün müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona 01 il 10 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə iclas zalından dərhal azad edilsin, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə salanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Tərtər rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış üzrə Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №1(061)-5/2025
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-5/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver