Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1(061)-55/2025 08.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Maya Vahid qızının sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Tərtər rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Tərtər rayonu, Düyərli kəndində qeydiyyatda olmaqla, Tərtər rayonu, Yenikənd kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdə saat 20 radələrində Tərtər rayonu Düyərli kəndi ərazisində yerləşən ictimai yer hesab edilən “Düyərli market” ərzaq mağazasının qarşısında heç bir əsaslı səbəb olmadan ətrafda olan insanlara əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə qərəzli hərəkətlər, yəni yüksək səslə ətrafdakı şəxslərin ünvanına nalayiq ifadələr işlətməklə, həmçinin ətrafda olan insanların istirahət hüququnu pozub, vətəndaşlar üzərində zor tətbiq edilməsi və əmlakının məhv edilməsi ilə müşayiət edilən hərəkətlər edib silah qismində istifadə etdiyi özü ilə əvvəlcədən gətirib üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs bir dəfə sol çiyin nahiyəsinə qəsdən vurub sonuncuya “sol bazu oynağının bayır səthinin kəsilmiş yarası” xəsarəti ilə müşayiət edilən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirərək və Zərərçəkmiş şəxs məxsus gödəkçəni cırıb sonuncuya 190 (bir yüz doxsan) manat məbləğində maddi ziyan vuraraq xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Tərtər rayonu Düyərli kəndi ayrıcında olan kafedə oturub çay içən zaman Elşad sərxoş vəziyyətdə onun yanına gəlmiş və söyüş söyməyə başlamışdır. O, Elşadın qolundan tutub aşağı çəkib demişdir ki “söyüşnən danışma”, bu zaman Elşad onu vurmuş, o da əsəbləşmiş və cibindəki bıçağı çıxarıb Elşadın sol çiyninə bir dəfə zərbə vurub xəsarət yetirmişdir. Hadisəyə səbəb Elşadın ona söyüş söyməyi olmuşdur. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq məqsədli olmadan üzərində olmuşdur. Özünü Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilmişdir. İfadəsinin sonunda isə o, əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını əsas gətirərək cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Seymur onun xalası oğludur. Hadisəyə səbəb onun Seymura söyüş söyməsi olmuşdur. Seymur da əsəbləşib onu itələyərəkən, o Seymuru vurub yaxınlıqdakı arxa salmışdır. Arxdan çıxıb onun qolunu usta işləyərkən işlətdiyi aboy bıçağı ilə cızmışdır. O, ifadəsinin sonunda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Tərtər rayon Düyərli kəndində yerləşən Baytarlıq aptekində işləyir. Həmin aptek Düyərli marketin yaxınlığında yerləşir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qonşu kənd sakinləri kimi tanıyır. 08 mart 2025-ci il tarixdə saat 20 radələrində o, işlədiyi aptekdən “Düyərli marketin” qarşısında Seymurun Elşadı vurduğunu görmüş, mübahisələrinin səbəbinin nə olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Tərtər rayon Düyərli ayrıcında yerləşən çayxananı işlədir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qonşu kənd sakinləri kimi tanıyır, 08 mart 2025-ci il tarixdə saat 20 radələrində o, işlədiyi çayxanaya gələn zaman Elşadla Seymuru çayxanada görmüşdür. Həmin vaxt Elşadla Seymur bir masada əyləşib yeyib içirdilər. Yeyib içən zaman aralarında sözlü mübahisə baş vermişdir. Daha sonra Elşadla Seymur çayxanadan çıxıb çöldə mübahisə etməyə başlamışlar. Mübahisə edən zaman Elşad Seymuru itələmiş və Seymur yıxılmışdır. Sonra Düyərli marketin qarşısında dava etmiş, sonda barışıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 08 mart 2025-ci il tarixdə saat 20 radələrində o, “Düyərli” adlanan mağazanın qarşısında olan zaman Təqsirləndirilən şəxs “Düyərli marketin” qarşısında Zərərçəkmiş şəxsla söhbət etdiyini görmüşdür, mübahisə etdiklərini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 08 mart 2025-ci il tarixdə saat 20 radələrində o, “Düyərli” adlanan mağazanın qarşısında olan zaman Təqsirləndirilən şəxs “Düyərli marketin” qarşısında Zərərçəkmiş şəxsla uca səslə mübahisə etdiyini görmüş, dalaşdıqlarını görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə 13 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkibi olduğundan Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında HK- 1/432 saylı material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə cinayət işi başlanmışdır. Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (iş. vər 1); - Tərtər Rayon Polis şöbəsinin 11 mart 2025-ci il tarixli HK-1 raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:57-də Tərtər rayon Ələsgərli kənd sakini Zərərçəkmiş şəxs ***-***-**-** nömrəsindən Din-nin 102 xidmətinə zəng edərək, həftənin 6-cı günü Seymur adlı şəxsin onu bıçaqla vurması barədə məlumat verərək, hal-hazırda yarasının qanamasını bildirərək, özünün RPŞ-nə yaxınlaşdığını qeyd etmişdir. (iş. vər. 4); - hadisə yerinə baxış keçirilməsi haqqında 11 mart 2025-ci il tarixli protokoldan görünür ki, Tərtər rayonu, Düyərli kəndi ayrıcında “Düyərli” market adlanan yerdə baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş, Zərərçəkmiş şəxs hadisənin təfərrüatlarını yerində göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (iş.vər. 9-13); -baxış və götürmə aparılması haqqında 11 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçağa baxış keçirilmiş və tiyənin üzərində hər hansı qanabənzər ləkələr müəyyən edilməmişdir. Baxış zamanı təqdim edilmiş bıçaq qablaşdırılaraq götürülmüşdür. (iş.vər. 14-16); - xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 12 mart 2025-ci il tarixdə saat 17:55 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur (iş.vər. 25, 36-37); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tərtər rayon Mərkəzi Xəstəxanası X4n 14 iyul 2025-ci il tarixli 18-1-75/2-621/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatında dayanır. Tərtər RMX-nın PHŞ-nin poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında dayanmır.(iş.vər.182) - Tərtər rayonu İcra Hakimiyyəti başçısının Tərtər rayon Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 iyul 2025-ci il tarixli 171 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon Düyərli kəndində qeydiyyatda olmaqla həmin ünvanında daimi yaşayır və həmin tarixli xasiyyətnaməsindən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. (iş vər 173-175) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 11 mart 2025-ci il tarixli 55 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Vət.Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol bazu oynağının bayır səthinin kəsilmiş yarası kəsici təsir göstərə bilən alət, ola bilsin bıçaq təsirindən törənmişdir, törənmə müddəti 08 mart 2025-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir (iş vər. 47-48); - cinayət işinin icraata qəbul edilməsi haqqında 04 iyun 2025-ci il tarixli qərarından görünür ki, CM-nin 221.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (iş vər 131-132); -təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərk ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (iş.vər. 61, 62); - qətimkan tədbirinin seçilməsi barədə 14 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir (iş.vər. 91-93); -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 11 mart 2025-ci il tarixli 60 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs məhkəmə tibb müayinəsi zamanı bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. (İş vər 94-95) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 mart 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur.(iş vər 101-102); - sübutların qiymətləndirilməsi haqqında 16 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən turist bıçağı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Tərtər rayon Polis şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilməsi, həmçinin maddi sübut olan 02 ədəd diskin cinayət işinin materiallarına əlavə olunması qərara alınmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, hadisə yerinə baxış keçirilməsi haqqında protokol və digər istintaq sənədləri ilə qiymətləndirilmişdir (iş.vər. 190-198); - Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə Regional bölməsinin 20 iyun 2025-ci il tarixli 16/533 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazılanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. (iş vər: 179-181) -Hadisəni özündə əks etdirən videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, 08 mart 2025-ci il tarixdə saat 19:38 radələrində əyinində qara rəngli gödəkcə və qara rəngli şalvar olan Təqsirləndirilən şəxs “Düyərli Market” ərzaq mağazasının qarşısı ilə Zərərçəkmiş şəxs arxasınca qaçaraq sağ əlindəki bıçaqla Zərərçəkmiş şəxs çiyin nahiyəsindən zərbə vurur, daha sonra bir neçə dəfə Elşadı itələyir və hadisə yerini tərk edir. Həmçinin müəyyən edildi ki, hadisə zamanı ətrafda bir neçə şəxslər də olmuşdur. (iş vər:100) -Tərtər Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 02 ay müddətinə, 12 iyun 2025-ci il tarixdən 12 avqust 2025-ci il tarixədək uzadılması qərara alınmışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, 08 mart 2025-ci il tarixdə saat 20 radələrində Tərtər rayonu Düyərli kəndi ərazisində yerləşən ictimai yer hesab edilən “Düyərli market” ərzaq mağazasının qarşısında heç bir əsaslı səbəb olmadan ətrafda olan insanlara əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə qərəzli hərəkətlər, yəni yüksək səslə ətrafdakı şəxslərin ünvanına nalayiq ifadələr işlətməklə, həmçinin ətrafda olan insanların istirahət hüququnu pozub, vətəndaşlar üzərində zor tətbiq edilməsi və əmlakının məhv edilməsi ilə müşayiət edilən hərəkətlər edib silah qismində istifadə etdiyi özü ilə əvvəlcədən gətirib üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs bir dəfə sol çiyin nahiyəsinə qəsdən vurub sonuncuya “sol bazu oynağının bayır səthinin kəsilmiş yarası” xəsarəti ilə müşayiət edilən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirərək və Zərərçəkmiş şəxs məxsus gödəkçəni cırıb sonuncuya 190 (bir yüz doxsan) manat məbləğində maddi ziyan vuraraq xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan yüngül xəsarət yetirsə də, həmin əməli cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozmaqla və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə xx.xx.2025-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin bilavasitə hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduqları ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və “cinayətin bilavasitə obyekti” adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Həmin normaya əsasən xuliqanlıq cinayətinin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığı, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Həmçinin, təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquq pozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş vermesini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir”. Konstitusiya Məhkəməsi həmin qərarda həmçinin qeyd etmişdir ki, “Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz”. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs hadisədən əvvəl bir-birlərini tanımış və bir müddət münasibətləri olmuşdur. Onların arasında mübahisənin yaranmasına səbəb şəxsi münasibətlərindən irəli gəlmiş, təqsirləndirilən şəxs zərəçəkmiş şəxs arasında mübahisə yaranmış, daha sonra o, zərərçəkmiş şəxsi vuraraq ona yüngül xəsarət yetirmişdir. İşin həmin faktiki halları onu deməyə əsas verir ki, hadisə vaxtı təqsirləndirilən şəxs ictimai qaydanı pozmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməmiş, cinayət hadisəsi tərəflər arasında olan şəxsi münasibətlər zəminində yaranmış mübahisə səbəbindən baş vermişdir. İttiham təqsirləndirilənin ”heç bir əsaslı səbəb olmadan ətrafda olan insanlara əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə qərəzli hərəkətlər, yəni yüksək səslə ətrafdakı şəxslərin ünvanına nalayiq ifadələr işlətməklə, həmçinin ətrafda olan insanların istirahət hüququnu pozub, vətəndaşlar üzərində zor tətbiq edilməsi və əmlakının məhv edilməsi ilə müşayiət edilən hərəkətlər edib silah qismində istifadə etdiyi özü ilə əvvəlcədən gətirib üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs bir dəfə sol çiyin nahiyəsinə qəsdən vurub sonuncuya “sol bazu oynağının bayır səthinin kəsilmiş yarası” xəsarəti ilə müşayiət edilən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirərək və Zərərçəkmiş şəxs məxsus gödəkçəni cırıb sonuncuya 190 (bir yüz doxsan) manat məbləğində maddi ziyan vuraraq xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir” kimi Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmişdir. Bundan başqa, ittihamda cinayətin Tərtər rayonu Düyərli kəndi ərazisində yerləşən ictimai yer hesab edilən “Düyərli market” ərzaq mağazasının qarşısında baş verməsi göstərilsə də, məhkəmə qeyd edir ki, cinayətin ictimai yerdə baş vermiş olması özlüyündə əməlin xuliqanlıq kimi qiymətləndirilməsi üçün yetərli deyil. Xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk etməli və arzu etməlidir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, ittihamda təqsirləndirilən şəxsin bu cinayəti ətrafdakı şəxslərə məhəl qoymadan törətməsi göstərilsə də, hadisə kafenin qarşısında baş versədə, hadisə qısa vaxtda olduğundan ətrafdakı insanlar fikir verməmiş və ya onların diqqətini cəlb etmədiyindan yaxınlaşan olmamışdır. Beləliklə məhkəmə, iş üzrə toplanmış mövcud sübutları qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Bununla belə, onun şəxsi münasibətləri zəminində başlamış münaqişə gedişində zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurması məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilməlidir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən, şəxsi münasibətlər zəminində yaranan, ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, mübahisə və ya dava-dalaş gedişində sağlamlığa yüngül zərər vurma kimi təzahür etmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 221.3cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, cinayət işinin mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmışdır. Buna görə də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə Təqsirləndirilən şəxs məxsus olan bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən turist bıçağı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin maddi sübut olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 31.50 (otuz bir manat əlli qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə təqsirli bilinsin və barəsində Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad olunsun. Təqsirləndirilən şəxs məxsus olan bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən turist bıçağı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin maddi sübut olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 31,50 (otuz bir manat əlli qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Maya Məmmədova
Məhkəmə qərarları › İş №1(061)-55/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №1(061)-55/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver