Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-58/2025 17.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) Zərərçəkmiş şəxs, Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Əlizadə Xəyalə Elmar qızının iştirakları ilə, xx.xx.1994-cü ildə Tərtər rayonunun Çardaqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Tərtər rayonunun Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan, Əlizadə Xəyalə Elmar qızının Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Əlizadə Xəyalə Elmar qızının Azərbaycan Respublikası CM-in 147.1 və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini və cəzalandırılmalarını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək ifadəsində bildirmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi Əlizadə Xəyalə Elmar qızı onu sosial şəbəkələrdə təhqir edərək, ona böhtan atmışdır. Şikayətinə əlavə etdiyi audio diskdən və “Tik-Tok” sosial şəbəkə yazışmalarından görünür ki, Əlizadə Xəyalə Elmar qızı tərəfindən 2025-ci ilin əvvəllərində “Tik-Tok” sosial şəbəkə vasitəsi olan “qəmlibaxışlar0” səhifə adı ilə onun barəsində təhqiredici, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymış və böhtan dolu məlumatları həmin səhifədə 281 nəfər izləyici oxumuşdur. Həmin şikayətə əlavə edilmiş”Tik-Tok” sosial şəbəkə yazışmasında xüsusi ittiham qaydasında şikayət etdiyi Əlizadə Xəyalə Elmar qızının barəsində olan sözlləri olduğu kimi edir “özüm tikib yaşadığım evə saxta sənəd düzəldərək üstümə basqın edib, mən tikmişəm deyib məni evimdən çıxartmaq istəyən bu alçaq sərəfsizləri tanıyın evimə basqın edirlər, mən tikmişəm deyib” sözlərini yazmışdır. Bununla da Əlizadə Xəyalə Elmar qızı onu təhqir edərək yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymışdır. Əlizadə Xəyalə Elmar qızının barəsində yaydığı bu yalan böhtan dolu, təhqiredici məlumatlara görə çox ciddi mənəvi sarsıntılar keçirtmişdir. Bu gün də özünə gələ bilmir. Əlizadə Xəyalə Elmar qızının sosial şəbəkələrdə onu təhqir etməsi və ona böhtan atması Azərbaycan Respublikası CM-in 147-ci və 148-ci maddələrinin tərkibini yaradır. Odur ki, 15 fevral 1994-cü ildə Tərtər rayonu Çardaqlı kəndində anadan olmuş, Tərtər rayonu Şəhriyar qəsəbəsində yaşayan, Əlizadə Xəyalə Elmar qızının məhkəmə məsuliyyətinə verilməsinə və onun Azərbaycan Respublikası CM-in 147.1-ci və 148-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. X2 həmçinin onu da qeyd etmişdir ki, Xəyalə Əlizadə əvvəl gəlini olmuşdur. 2015-ci ildən, 2018-ci ilə qədər oğlu ilə birgə nikahda yaşamışlar. Sonra ayrılmışlar. Oğlu bir az xəstədir. Onların bir uşaqları vardır. O evi tikəndən sonra Xəyalə Əlizadə gəlib oğlunun ağıl yüngüllüyündən istifadə edib birlikdə yaşayacaqlarını bidirmiş, gəlib onun yanına girmişdir. Kəbinləri yoxdur. Xəyalə Əlizadənin telefon söhbətləri olmuş, lakin çıxara bilməmişlər. Evi də tərk eləməmişdir. Çıx get desələr də çıxmamışdır. Aliment tələb etmiş, hazırda aliment ödəyirlər. Torpağı o, almış və ev tikdirmişdir. Xəyalə Əlizadə evin layihəsini çəkməyə imkan verməmişdir. O, çəkib qoyub “Tik Tok”a. “Tik Tok”a da 283 baxış olmuşdur. Ərizədə göstərmişdir. Həmin vaxt onun qardaşı oğlanları da mobil telefon vasitəsi ilə Xəyalə Əlizadənin ona qarşı etdiyi hərəkətlərinə görə çəkiliş etmişlər. Çəkilişlə bağlı disk olduğunu bildirmişdir. Xəyalə Əlizadə ona böhtan atır deyir evi özü tikmişdir. Orda başqa şeylər də olmuşdur. Təhqiri şərəfsizlər, alçaqlar deməsi ilə, böhtanı isə evinə basqı etməsi deməsi kimi qiymətləndirir. Sənəddə göstərilən 147.1-ci və 148-ci maddələrinə əsasən işə baxılmasını və Xəyalə Əlizadə cəzalandırılmasını xahiş edir. Böhtan 147.1-ci maddədi, deyir ki, evi o tikib, 148-ci maddədə təhqir edib orda göstərilib. Xəyalə Əlizadədən şikayətçidir, onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Əlizadə Xəyalə Elmar qızı özünü təqsirli bilməyərək göstərmişdir ki, xüsusi ittihamçı Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşının atasıdır. Zərərçəkmiş şəxs oğlu ilə 2016-cı ildə ailə qurmuşlar. 2020-ci ilə qədər birgə nikahda olmuşlar. Nikahları məhkəmədə pozulmuşdur. Mübahisəli evi birgə nikahda olanda tikdirmişlər. Orada yaşamışlar. Boşandıqları müddətdə də azyaşlı uşağı ilə orada yaşamışlar. Övladı o kənddə məktəbə gedir, bu il 3-cü sinifdə oxuyacaqdır. Baxçaya da oradan getmişdir. Evin tikintisində əziyyət çəkmişdir. O, heç kimi təhqir etməmişdir. Evində yaşayır, qaynatası bir neçə adamla, o cümlədən polislə gəlir üstünə basqı edir. Oğlu gedib onlarla yaşayır. İndi kəbini olmadığına görə onu evdən çıxartmaq istəyirlər. Qaynatası imkan vermir evdə yaşamağa. Övladının gələcəyi üçün tikdirmişdir. Zərərçəkmiş şəxs qonşuya onun yolunu bağlatdırmışdır. Torpaq indiyə qədər yoldaşının adına olmuş, lakin sonradan Zərərçəkmiş şəxs qeyri-qanuni keçirib adına o demək deyil ki, mülkiyyət onundur. 10 ildir həmin kəndə Zərərçəkmiş şəxs evinə gəlin köçmüşdür. Evi onlarda yaşayarkən tikdirmişlər. Ustalara qulluq etmişdir. O, cücə saxlayır pul qazanır. Yoldaşı ilə bir yaşamışlar. Ayrılmağa da Zərərçəkmiş şəxs səbəb olmuşdur. O, Zərərçəkmiş şəxs təhqir etməmiş, ona böhtan atmamışdır. Evdə oturduğu vaxt evi sənədləşməyə gəlmişlər. Evdən çıxmağı tələb etmişlər. Hətta onlarla polis əməkdaşları da gəlmişdir. Ona hədə gəlmişlər. Əri Zərərçəkmiş şəxs oğlu uşağı ilə maraqlanmır. Ona Zərərçəkmiş şəxs şər böhtan atır. Torpaq bu ilin may ayına 25-ə qədər həyat yoldaşının adına olub, həmin gün bağışlanma ilə verib Zərərçəkmiş şəxs. Oğlunda ağıl zəifliyi var, çünki qadını kişinin qabağına verməzlər. Deməzlər ki, sən apar çolpanı sat gətir mən yaşayım. Şikayəti haqsızdır. Ona heç bir böhtan atmamış, təhqir etməmişdir. Torpaq yoldaşının olmuş, ancaq tikililəri o, etmişdir. Sənədləri də vardır. Çəkilişi də o, çəkmişdir. Ona görə ki, onu yaşadığı evdə imkan verməmişlər yaşamağa. Polis gətirirlər, onu təhqir edirlər. Ondan tələb edirlər evdən çıx get atanla yaşa. Özünün evi ola-ola nəyə görə atasının yanında qalmalıdır. Çəkiliş məhkəməyə vermək üçün çəkib. Telefonunda saxlamışdır. Heç bir yerdə paylaşım etməmişdir. Onun telefonunu götürmüşlər. Telefon yoldaşının adına olmuşdur. Çəkiliş vaxtı danışmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs də qardaşı oğlanları çəkiliş etmiş, onun adından paylaşmış və həmin sözləri də özləri yazmışlar. Sübüt təqdim etsin ki, o çəkdiyi çəkilişi paylaşmış və həmin sözləri yazmışdır. Qardaşı oğlanları Zərərçəkmiş şəxs öyrədir ki, çəkib bunu şantaj elə, başına oyun aç. Zərərçəkmiş şəxs heç vaxt söyüb, təhqir etməmişdir. 2016-cı il tarixdə Cavid Əlizadə ilə faktiki olaraq ailə qurmuş, nikahlarını 2020-ci ildə rəsmiləşdirmişlər. Həmin vaxt torpaq həyat yoldaşımın adına olmuşdur. 25 may 2025-ci il tarixədək yoldaşı Cavid Əlizadənin adına olmuşdur. Sonra bağışlanıb yoldaşının atasına. Ailə quranda torpaq olmuşdur, ona görə də torpaqda ev tikmişlər. O, heç bir məlumat yaymamışdır, özləri ediblər yayımları. “Tik-Tok” sosial şəbəkə vasitəsi olan “qəmli baxışlar0” səhifəsi və “Bereketli cücə satışı Agdam” səhifəsi ona məxsus olmamış və həmin səhifələrdə heç bir paylaşım etməmişdir. O, “email” həyat yoldaşının adına olmuşdur. Həmin paylaşmanı onlar etmişlər. O, telefon çəkilişini özü üçün məhkəməyə təqdim etmək üçün çəkmişdir. Paylaşımları onun adından yaymışlar. Yayımda o görünmür, onu özləri çəkib yaymışlar. Bir daha məhkəmənin diqqətinə çatdırır ki, bu paylaşımlarla bağlı onun heç bir əlaqəsi yoxdur. Hesab edir ki, xüsusi ittiham qaydasında şikayət əsassızdır. Ona görə də məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs (xüsusi ittihamçı) Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs Əlizadə Xəyalə Elmar qızı tərəfindən təqdim olunmuş disklərə proses iştirakçıəları ilə birlikdə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, Zərərçəkmiş şəxs dediyinə görə çəkiliş aparılan ərazidə evinin və həyətinin ölçmə işlərinin aparılmasından ötrü nümayəndələr olmuşdur. Həmin vaxt onun tərəfindən qardaşı oğlanları cəkilişlər aparmışlar. Baxış zamanı təqsirləndirilən şəxs Əlizadə Xəyalə Elmar qızının Zərərçəkmiş şəxs hər hansı formada söyüb təhqir etməsi, ona qarşı nalayiq ifadələr işlətməsi, ən azından xüsusi ittihamda qaydasında yazılmış şikayət ərizəsində qeyd olunduğu kimi onları ”şərəfsiz”, “alçaq” allandırması halları müəyyən olunmamışdır. Sonuncu məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş diskə proses iştirakçıların iştirakı ilə baxış keçirilən zaman təqsirləndirilən şəxs Əlizadə Xəyalə Elmar qızı çəkiliş aparılan gün Zərərçəkmiş şəxs ilə üzbəüz sözlə mübahisə edən zaman Zərərçəkmiş şəxs deyil, özünün əvvəlki əri Zərərçəkmiş şəxs oğlu Cavid Əlizadəni şərəfsiz adlandırmış, Zərərçəkmiş şəxs isə ona əxlaqsız ifadə işlətmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Əlizadə Xəyalə Elmar qızının oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Tərtər RİHB-ın Çardaqlı kənd İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Əlizadə Xəyalə Elmar qızı hazırda yaşadığı yerdə vətənə, xalqına bağlılığı, nümunəvi davranışı ilə cəmiyyət arasında böyük hörmət qazanmışdır. Vətəndaş müsbət xasiyyətli bir insandır. Azərbaycan Respublikası CM-nin 5.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət hesab edilir. Zərərçəkmiş şəxs şükayətinin sübutu kimi bir neçə eyni məzmunli disk təqdim etmişdir. Həmin disklərin hamısına cinayət prosesi tərəflərinin iştirakları ilə ayrı-ayrılıqda baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, həyətdə xeyli sayda adamlar vardır, əllərində məhkəmə qərarı olmadan həyətə gəlmişlər. Həmin vaxt Xəyalə Əlizadə bunu basqın etmə kimi səsləndirsə də, bu halın böhtan sayılması məqsədəmüvafiq deyildir və 147.1-ci maddədə göstərlən hallara dəlalət etmir. X1 danışığında və hərəkətlərində Zərərçəkmiş şəxs qarşı böhtan xakaterli yanaşma olmamışdır. Həmin Məcəllənin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət hesab edilir. Məhkəmə iclasında istər zərərçəkən şəxs, istərsə də təqsirləndirilən şəxs tərəfindən təqdim olunan disklərə cinayət prosesi tərəflərinin iştirakları ilə baxış keçirilmişdir. Həmin disklərdə olan çəkilişlərdən görünür ki, orada X5 Əliyevi təhqir edən hər hansı bir söz işlətməmişdir. Çəkilişi isə orada Xəyalə Əlizadədən başqa orada olan iki nəfər şəxs, yəni Zərərçəkmiş şəxs qardaşı oğlanları tərəfindən aparıldığı görüntülənmiş, bu halı Zərərçəkmiş şəxs də təsdiq etmişdir. Buna görə də Zərərçəkmiş şəxslə Xəyalə Əlizadə arasında olan qərəzli münasibətlər, Zərərçəkmiş şəxs Xəyalə Əlizadənin evdən çıxmasını tələb etməsi, çəklişin üzərinə yazılmış təhqiramiz kəlmələrin Xəyalə Əlizadə tərəfindən yayımlanmasını şübhə altına almış, həmçinin həmin çəkilişlərdə olan sözlərin Xəyalə Əlizadə tərəfindən yayılması heç bir sübutla öz təsdiqini tapmamışdır. Belə ki, qeyd edildiyi kimi həmin vaxt orada zərəçəkmiş şəxsin qardaşı oğlanlarının da çəkiliş aparması müəyyən olunmuşdur. Əksinə zərərçəkən şəxs tərəfindən təqdim edilmiş diskdə çəkilişdə iştirak edən şəxslərin yanında Xəyalə Əlizadə keçmiş ərinin ünvanına şərəfsiz ifadəsini demiş, Zərərçəkmiş şəxs öz növbəsində həmin şəxslərin yanında Xəyalə Əlizadənin ünvanına əxlaqsız kəlməsini işlətmişdir. Sübutların təqdim edilməsi ilə bağlı əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs (xüsusi ittihamçı) Zərərçəkmiş şəxs təkidi ilə onun təqdim etdiyi şahid qismində dindirilməsini tələb etdiyi şəxsin şəxsiyyəti müəyyən olunan zaman onun qardaşı oğlu və eyni zamanda çəkilişi aparan şəxs olduğu müəyyən edilmiş, Zərərçəkmiş şəxs istəyi ilə onun şahid qismində dindirilməsindən imtina etmişdir. Belə ki, Zərərçəkmiş şəxs onun məhkəmə iclasında şahid kimi dindirləməsinə zərurət olmadığını bildirmişdir. Zərərçəkən şəxs şikayətinin sübutu kimi başqa sübut və ya şahid təqdim etməmişdir. Bütün araşdırmalar isə onun tqdim etdiyi disklərdə olan çəkilişlər ətrafında aparılmışdır. Məhkəmə qeyd edir ki, Xəyalə Əlizadənin təqdim etdiyi profilində olan yazıların Zərərçəkmiş şəxslə ilə heç bir əlaqəsi olmamış və bu halları sübut etmək yükü məhz Zərərçəkmiş şəxs üzərinə düşür. Təqsirləndirilən şəxs belə vəziyyətdə sübut təqdim etməyə borclu deyildir. Zərərçəkmiş şəxs əsaslandırılmış sübutlar olmadan təqsirləndirilən şəxs Xəyalə Əlizadəyə qarşı xüsusi ittiham qaydasında şikayət verməklə ittiham irəli sürmüşdür. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında bütün sübutları təqdim etdiyini, şahidlərinin olmadığını bildirmişdir. Həmin sübutlar disklərdən ibarət olmuş, disklər də tam, obkektiv aradırılmış, müəyyən edilmiş hallar Xəyalə Əlizadənin təqsirli olmadığını təsdiq etmişdir. Yuxarıda qeyd edildiyi kimi məhkəmə iclasında yaranmış sual doğuran anlaşılmazlıqların və digər qeyri-müəyyən hallara aydınlıq gətirilməsi, iş üzrə obyektiv qərar qəbul edilməsi məqsədi ilə məhkəmə iclasları hər iki tərəfin yazılı xahişi ilə bir neçə dəfə təxirə salınmışdır. Zərərçəkmiş şəxsin təqdim etdiyi sübutlar olan disklər məhkəmə iclaslarında araşdırılmış və tərəflər tanış olmuşlar. Təqdim olunmuş sübutlarla təqsirləndirilən şəxs Xəyalə Əlizadənin təqsirli olması sübuta yetməmiş və məhkəmə bununla tam olaraq razılaşmışdır. Məhkəmə iclaslarında Zərərçəkmiş şəxs çəkilişlər yayılmış səhifənin məhz təqsirləndirilən şəxs Xəyalə Əlizadəyə məxsus olmasını bildirmişdir. Bu isə məhkəmə iclaslarında onun tərəfindən verilən disklərlə sübut olunmamış, onun şəxsi mülahizələri və ehtimallarından ibarət olduğu müəyyən edilmişdir. Ehtimal olunan sübutlarla Xəyalə Əlizadəni təqsirləndirmək mümkün olmamışdır. Belə ki, cinayət qanunvericiliyinə görə təqsirlilik - şəxsin törətdiyi ictimai təhlükəli əmələ qəsd və ya ehtiyatsızlıq formasında olan psixi münasibətidir. Təqsir mövcud olmayacaqsa cinayət əməlindən danışmaq mümkün deyildir. Yuxarıda qeyd edilənlərdən aşkar görünür ki, təqsirləndirilən şəxs Xəyalə Əlizadənin zərərçəkən şəxs Zərərçəkmiş şəxs qarşı yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma və internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə cinayət hadisəsi törətməsinə dair zərərçəkmiş şəxsin qənaətini məhkəmə qəbul etmir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş disklərdə bir fraqmentdə məhşur türk kinoaktyoru dünya şöhrətli Kamal Sunalın oynadığı filmdən bir parça səsləndirilir ki, həmin çəkilişin hazırki mübahisəyə heç bir aidiyyəti olmadığı müəyyən edilmişdir. Bu isə nə böhtan, nə də təhqir kimi qiymətlədirilə bilməz. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yol verilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yəni yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 351.2-ci maddəsində qeyd edilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunun mənasına görə şəxs barəsində ittiham hökmü yalnız onun təqsirliliyinə şübhə olmadıqda qəti və birmənalı sübut edilmiş olduqda çıxarıla bilər. Həmin Məcəllənin 42.1.3-cü, 42.1.4-cü və 42.2.2-ci maddələrinin tələbinə görə təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda həmin şəxsin barəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcələlnin 350.2-ci maddəsində isə qeyd olunur ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. İşin yuxarıda müəyyən olunan hallarına və sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Əlizadə Xəyalə Elmar qızının əməlində Azərbaycan Respublikasmm Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı üçün ona həmin maddələr ilə bəraət verilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərı baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 1-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə işlərə baxılarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki movqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin qərarın 5-ci bəndində göstərilir ki, böhtan və və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxironikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin ...147.1-ci maddəsinin mənasına görə şəxs ...böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməyə görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan ...xarakterli onu nüfuzdan salan məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı bir şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Həmçinin, CM-nin ...148-ci maddəsinin mənasına görə şəxs ...təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir ...xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin, CM-nin 148-1-ci maddəsinin mənasına görə şəxs ... internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etməyə görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan atma və ya təhqir etmə ...xarakterli məlumatlar onun tərəfindən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edilməklə internet informasiya ehtiyatında yayılmış olsun. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərı baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 20-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı CPM-nin XLİİ fəslində nəzərdə tutulmuş qaydalara əməl edilməklə keçirilir və xüsusi ittihamçı ittihamdan imtina etmədikdə və ya təqsirləndirilən şəxslə barışmadıqda hökmün (bəraət və ya ittiham hökmünün) çıxarılması ilə başa çatdırılır. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqmda Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasmm 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafıə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasma əsas verə bilməz. Beləliklə, məhkəmə xüsusi ittihamçının və təqsirləndirilən şəxsin ifadələrinə, işin materiallarına məcmu halında qiymət verərək, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərı baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarındakı hüquqi mövqeyinə və sadalanan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Əlizadə Xəyalə Elmar qızı tərəfindən ona xüsusi ittiham qaydasında elan olunan Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli təsdiqini tapmadığından həmin maddə ilə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxs Əlizadə Xəyalə Elmar qızının ilk dəfə cinayət əməli törətməsini, himayəsində azyaşlı uşağının olmasını, yaşayış yerində müsbət xarakterizə olunmasını, qadın olmasını, məcburi köçkün olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilən yuxarıda qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, Əlizadə Xəyalə Elmar qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməlidir. Əlizadə Xəyalə Elmar qızı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Əlizadə Xəyalə Elmar qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Əlizadə Xəyalə Elmar qızı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №1(061)-58/2025
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-58/2025
17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver