Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-6/2025 14.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə Kəlbəcər rayonu Təkəqaya kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Kəlbəcər rayonu Təkəqaya kəndində qeydiyyatda olub, Ağdərə rayonu Həsənqaya kəndində yaşayan barəsində seşilmiş “polisin nəzarəti alına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə, xx xxxxxx 1995-ci il tarixdə Bərdə rayonu Mirzalıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(021)-45/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.4 -cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu olan, Laçın rayonu Şəlvə kəndində qeydiyyatda olub, Bərdə rayonu Mirzalıbəyli kəndində yaşayan, barəsində Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 4(061)-39/24 nömrəli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu Kəlbəcər rayonu ərazisinə gedib-gələrkən Ağdərə rayonu Şıxarx qəsəbəsindəki otlaq sahəsində olan dörd baş iri buynuzlu heyvanları görüb özündə yaranmış oğurluq niyyətini reallaşdırmaq üçün özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 iyul 2024-ci il tarixdə gecə saat 01 radələrindən saat 03 radələrinədək olan müddət ərzində özünə məxsus bir rəst atla Ağdərə rayonu Şıxarx qəsəbəsində olan otlaq sahəsinə gedərək həmin otlaq sahəsində olan X4 məxsus bir baş 1250 (bir min iki yüz əlli) manat dəyərində dişi cinsli iribuynuzlu heyvanı, bir baş 1900 (bir min doqquz yüz) manat dəyərində dişi cinsli iribuynuzlu heyvanı, bir baş 2500 (iki min beş yüz) manat dəyərində dişi cinsli iribuynuzlu heyvanı və bir baş 3000 (üç min) manat dəyərində dişi cinsli iribuynuzlu heyvanı gizli yolla talayaraq zərərçəkmiş şəxs X4 ümumilikdə 8650 (səkkiz min altı yüz əlli) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 xeyli miqdarda oğurluq, yəni özgənin əmlakını gizli yolla talama cinayəti törətməsinə sonuncu tərəfindən oğurlanmış mal-qaranın daşınması üçün nəqliyyat vasitəsi təmin etməklə və özünə məxsus fərdi yaşayış evinin həyətində gizlədərək satılmasına şərait yaratmaqla kömək edəcəyi barədə qabaqcadan vəd vermiş və Təqsirləndirilən şəxs1 24 iyul 2024-cü il tarixdə gecə saat 01 radələrindən saat 03 radələrinədək olan müddət ərzində Ağdərə rayonu Şıxarx qəsəbəsində yaşayan X4 məxsus bir baş 1250 (bir min iki yüz əlli) manat dəyərində, dişi cinsli iribuynuzlu heyvanı (dana), bir baş 1900 (bir min doqquz yüz) manat dəyərində, dişi cinsli iribuynuzlu heyvanı (dana), bir baş 2500 (iki min beş yüz) manat dəyərində, dişi cinsli iribuynuzlu heyvanı (inək) və bir baş 3000 (üç min) manat dəyərində dişi cinsli iribuynuzlu heyvanı (inək) həmin qəsəbənin ərazisində yerləşən otlaq sahəsindən gizli yolla talayaraq Tərtər rayon Seydimli kəndi ərazisinə gətirdikdən dərhal sonra o, həmin cinayətdən xəbərsiz olan və mal-qaranın daşınması üçün çağırdığı Şahid2 idarə etdiyi “Ford” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini mal-qaranın olduğu Tərtər rayon Seydimli kəndi ərazisinə gətizdirərək mal-qaranı yük avtomobilinə yüklədikdən sonra birbaşa Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən fərdi yaşayış evinə aparıb avtomobildən həyətə boşaldaraq heyvanları orada gizlətmiş, həmçinin həmin iribuynuzlu heyvanlardan bir baş 1250 (bir min iki yüz əlli) manat dəyərində, dişi cinsli iribuynuzlu heyvanı (dana), bir baş 1900 (bir min doqquz yüz) manat dəyərində, dişi cinsli iribuynuzlu heyvanı (dana) cinayətdən xəbərsiz olan qardaşı Şahid3, digər bir baş 2500 (iki min beş yüz) manat dəyərində, dişi cinsli iribuynuzlu heyvanı (inək) və bir baş 3000 (üç min) manat dəyərində dişi cinsli iribuynuzlu heyvanı (inək) isə Bakı şəhəri ərazisində şəxsiyyəti istintaqa dəqiq müəyyən olmayan şəxsə satmaqda köməklik etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, zərərçəkmiş şəxs Sərbiyyə Quliyevanı qonşu kənd sakini kimi tanımış, heç bir ədavəti olmamışdır. Təqsirləndirilən şəxs Vahid Əsəsdov ilə təxminən bir il əvvəl tanış olmuşdur. Əslən Kəlbəcər rayonundan olduğu üçün işğaldan azad olunmuş ərazilərə onun portal icazəsi olmuşdur. Kəlbəcər rayonuna gedib gələrkən, Şıxarx qəsəbəsi ərazisində iribiuybuzlu heyvanlar olduğunu görmüşdür. Həmin heyvanların sahibinin olmadığını düşünmüşdür. Təxminən 2024-cü ilin iyul ayının 23-də Vahidə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng edərək Tərtər rayonuna gəlməsini xahiş etmişdir. Həmin gün günorta saat 12-13 radələrində Vahidlə Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən çayxanada görüşmüşdür. Vahidlə çayxanada söhbət edərkən Ağdərə rayonuna gedəcəyini və Kənd Təsərrüfatı Nazirliyinə məxsus mal-qaranı gətirəcəyini və həmin heyvanları satmaqda ona kömək etməsini təklif etmişdir. Vahid isə ondan bunun problem yarada biləcəyini soruşmuş, o isə heç bir problem olmayacağını bildirmişdir. Belə ki, o, Vahidə həmin mal-qaranın hazırda ərazidə yaşamayan ermənilərə məxsus olduğunu, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həmin əraziyə yığıldığını bildirmişdir. Vahid isə əgər problem yaranmazsa ona kömək edə biləcəyini demişdir. O, mal-qaranı gücü çatdırdığı qədər gizli formada gətirəcəyini və gətirdikdən sonra Vahidə xəbər verəcəyini bildirmişdir. Həmin gün gecə saat 23 radələrində o, istifadəsində olan mobil telefonla Vahidin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Tərtər rayonuna gəlməsini, onun isə Ağdərə rayonuna gedəcəyini demişdir. Vahid isə onun nə demək istədiyini başa düşmüşdür. Vahid tanımadığı taksi ilə Tərtər rayonuna “Abidənin dairəsi” adlanan yerə gəlib onunla görüşmüşdür. Vahidə Ağdərə rayonuna gedəcəyini və mal-qaranı götürüb gələcəyini, xəbər edəndə isə mal-qaranı götürmək üçün yük maşını tapmasını bildirib getmişdir. O, yaşadığı evə gedib atını götürmüş və atla hərəkət edib iribuynuzlu heyvanları gördüyü yerə getmişdir. Həmin heyvanları qarşısına salıb Seydimli kəndi yaxınlığında olan qəbiristanlığın yanına getmişdir. Heyvanları şəhid lövhəsinin yanındakı ağaca bağlamış və Vahidə heyvanların yanında gözləməsini bildirmişdir. O, evə gedib atı evə qoymuş və “VAZ-21011” markalı **-BS-*** qeydiyyat nişanlı avtomobilinə əyləşib yenidən Vahidin yanına getmişdir. Vahidin danışdığı yük avtomobili yolu tanımadığından o, avtomobili ilə gedib qarşılamış və bələdçilik edib yük avtomobilini iribuybuzlu heyvanları saxladığı yerə gətirmişdir. Köməkli şəkildə ümumilikdə 04 baş dişi cinsli - 01 baş ağ-qara rəngli inəyi, 01 baş ağ-qara rəngli dananı, 01 baş qara rəngli inəyi, 01 baş sarı rəngli dananı yük avtomobilinə yükləyib təxminən saat 05-06 radələrində Vahidin yaşadığı Bərdə rayonu Mirzalıbəyli kəndinə aparmış, Vahidə evə gedib təmizləndikdən sonra gələcəyini bildirmişdir. Vahid heyvanları evin arxa tərəfində həyətə bağlamışdır. Əli ilə sonradan mal-qaranı Bakı şəhərinə aparacağı barədə razılaşdığı üçün isə sonuncuya əvvəlcə pul verməmişdir. Həmin gün saat 17 radələrində o, Vahidgilin evinə getmişdir. Həmin vaxt qonşuluqda yaşayan qardaşı Nəsir də onların yanına gəlib malqaranı haradan əldə etdiklərini soruşmuşdur. Vahid isə Nəsirə mal-qaranın ona məxsus olduğunu bildirmişdir. Sonra həmin gün axşam iki baş (iribuynuzlu) dananı Nəsirə 1200 manata məbləğinə satmışdır. Digər iki baş iribuynuzlu heyvanları (inəkləri) isə onun təklifi ilə Bakı şəhərinə aparıb Binəqədi rayonu ərazisində olan ət kombinatına kolbasa istehsalı üçün 1450 manata satmışdır. İnəkləri Əlinin yük avtomobili ilə aparmış və sonuncuya bunun müqabilində 250 manat pul vermişdir. Həmin mal-qaraların satılmasından əladə etdikləri 2650 manatdan 800 manatını Vahidə vermiş, 250 manatını sürücü Əliyə yol haqqı olaraq vermiş və yerdə qalanını isə özü götürmüşür. Təxminən iki gün sonra Vahid ona zəng edərək heyvanların oğurluq olduğunu bildirmiş, o isə həmin mal-qaranın ermənilərə məxsus olduğunu, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həmin əraziyə yığıldığını bildirmişdir. Həbs edilməkdən qorxduğu üçün istintaqdan yayınmışdır. Lakin əməlindən peşiman olmuş və vurulmuş ziyanı Vahidlə birlikdə tam şəkildə ödəmişdir. Hazırki əməlindən başqa o, heç bir yerdən oğurluq etməmişdir. Şahid2 və Şahid3 mal-qaranın oğurluq olması ilə bağlı heç bir məlumatları olmamışdır. Hazırda törətdiyi cinayəti səmimi etiraf etmiş və əməlindən peşmandır. Həmin cinayəti bilmədən törətmişdir. Zərərçəkmiş şəxsə vurduqları ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxsin onlardan şikayət tələblərinin olmadığını bildirmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 eyni zamanda onu da qeyd etmişdir ki, hazırki əməli törədərkən həmin heyvanların sahibsiz olduğunu hesab etmiş, həmin heyvanları kiminsə tövləsindən bağlı şəraitdə açıb oğurlamamışdır. Heyvanların sahibi məlum olduqdan sonra cinayət etməsini dərk etmiş, əməlindən səmimi olaraq peşiman olmuşdur. Hərəkətinə görə vicdan əzabı çəkir. Ailəsinin geganə qazanc gıtirənidir. Ailəsini yalnız heyvandarlıqla məşğul olmaqla saxlayır. Ona azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırma cəzası veriləcəyi təqdirdə ailəsi ağır maddi durum vəziyyətində qalacaqdır. Artıq islah olunduğunu hesab edərək, bundan sonra heç vaxt hər hansı cinayət xarakterli hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində təyin olunacaq cəcanı şərti hesab edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, zərərçəkən şəxs Sərbiyyə Quliyevanı əvvəllər tanımamış, hadisəfən sonra tanımışdır. Təxminən bir il əvvəl Ağdərə rayonu Həsənqaya kəndində yaşayan Zaləddin il dostu vasitəsi ilə tanış olmuşdur. Təxminən 2024-cü ilin iyul ayının 23-də Zaləddin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsilə ona zəng edərək Tərtər rayonuna gəlməsini xahiş etmişdir. Həmin gün günorta saat 12-13 radələrində Zaləddinlə Tərtər şəhəri H.Əliyev prospektində yerləşən çayxanada görüşmüşdür. Zaləddinlə çayxanada söhbət edərkən o, Ağdərə rayonuna gedəcəyini və Kənd Təsərrüfatı Nazirliyinə məxsus mal-qaranı gətirəcəyini və həmin heyvanları satmaqda ona kömək etməsini təklif etmişdir. O, isə Zaləddindən bunun problem yarada biləcəyini soruşduqda sonuncu heç bir problem olmayacağını bildirmiş, belə ki, həmin malqaranın həmin vaxt ərazidə yaşamayan ermənilərə məxsus olduğunu, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həmin əraziyə yığıldığını bildirmişdir. O isə əgər problem yaranmazsa Zaləddinə kömək edə biləcəyini demişdir. Zaləddin mal-qaranı gücü çatdırdığı qədər gizli formada gətirəcəyini və gətirdikdən sonra ona xəbər verəcəyini bildirmişdir. Həmin gün gecə saat 23 radələrində Zaləddin onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Tərtər rayonuna gəlməsini, özünün isə Ağdərəyə gedəcəyini demişdir. O isə Zaləddinin nə demək istədiyini başa düşmüş və tanımadığı “Mersedes” markalı taksi ilə Tərtər rayonuna “Abidənin dairəsi” adlanan yerə gəlib orada Zaləddinlə görüşmüşdür. Zaləddin ona Ağdərə rayonuna gedəcəyini və mal-qaranı götürüb gələcəyini, ona xəbər edəndə isə mal-qaranı daşımaq üçün yük avtomobili tapmasını bildirib getmişdir. Bundan sonra o, tanışı “Ford” markalı yük avtomobilini sürən Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib avtomobil lazım olduğunu bildirmişdir. Əli əvvəlcə nə aparacağını soruşmuş və o isə mal-qara aparacağını demişdir. Əli aparacağı yükün oğurluq olub-olmadığını soruşmuş, o isə oğurluq olmadığını və Bakı şəhərinə aparacağını bildirmişdir. Lakin Əli Bakı şəhərinə bu gün gedə bilməyəcəyini bildirdib səhəri gün gedə biləcəyini demişdir. O, razılaşdıqdan sonra Əli də razılaşıb gələcəyini bildirmişdir. Zaləddin isə ona zəng edib dörd baş iribuynuzlu mal-qara gətirdiyini və Tərtər rayonu Seydimli kəndi ərazisində şəhid lövhəsinin yaxınlığında bağladığını demiş və gəlib onu idarə etdiyi avtomobili ilə götürüb mal-qaranı bağladığı yerə düşürmüş və çıxıb getmişdir. Bir qədər sonra isə Zaləddin çağırdığı “Ford” markallı yük avtomobilinə bələdçilik edib onların yanına gətirib özü çıxıb getmiş və yolun kənarında dayanıb gözləməyə başlamışdır. Onlar isə Zaləddinin gətirdiyi ümumilikdə 04 baş dişi cinsli, 01 baş ağ-qara rəngli inəyi, 01 baş ağ-qara rəngli dananı, 01 baş qara rəngli inəyi, 01 baş sarı rəngli dananı yük maşınına yükləyib təxminən saat 05-06 radələrində onun yaşadığı Bərdə rayonu Mirzalıbəyli kəndinə aparmış və evin arxa tərəfində həyətə bağlamışdır. Əli ilə sonradan mal-qaranı Bakı şəhərinə aparacağı barədə razılaşdığı üçün sonuncuya əvvəlcə pul verməmişdir. Həmin vaxt qonşuluqda yaşayan qardaşı Nəsir də onların yanına gəlib mal-qaranı haradan əldə etdiyini soruşmuş, o isə həmin mal-qaranın Zaləddinə məxsus olduğunu bildirmiş və 02 baş (iribuynuzlu) dananı həmin gün axşam qardaşı Nəsirə 1200 manata məbləğinə satmışdır. Digər 02 iribuynuzlu heyvanları (inəkləri) isə Zaləddinin təklifi ilə Bakı şəhərinə aparıb Binəqədi rayonu ərazisində olan ət kombinatına kolbasa istehsalı üçün 1450 manata satmışdır. İnəkləri Əlinin avtomobili ilə aparmış və sonuncuya bunun müqabilində 250 manat pul vermişdir. Həmin mal-qaraların satılmasından əldə etdikləri 2650 manatdan 800 manatını Zaləddin ona vermişdir. 250 manatını Əliyə yol haqqı olaraq vermiş, qalanını isə Zaləddin özü götürmüşdür. Qardaşı Nəsir isə ondan aldığı iki baş danaları tanımadığı alverçi şəxslərə 1500 manata satmışdır. Zaləddinin heyvanları hansı formada və necə gətirməsi barədə isə məlumatı olmamışdır. Onlara başqa heç kim kömək etməmişdir. Onun başqa yerlərdə oğurluq əməli olmamışdır. Qardaşı Nəsir həmin malqaranın Zaləddinə məxsus olduğunu bilmiş, lakin oğurluq olması barədə heç bir məlumat olmamışdır. Eləcə də Şahid2 mal-qaranın oğurluq olması barədə məlumatı olmamışdır. Hazırda törətdiyi cinayəti səmimi etiraf etmiş və əməlindən peşmandır. Həmin cinayəti bilmədən törətmişdir. Zərərçəkmiş şəxsə vurduqları ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxsin onlardan şikayət tələblərinin olmadığını bildirmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinə görə peşmançılıq çəkdiklərini, ona dəymiş ziyanı tam ödədiklərini, onlardan heç bir şikayət, tələbinin olmadığını bildirmiş və onlara həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs eyni zamanda növbəti məhkəmə iclasının vaxtı və yeri barədə ona məhkəmə bildirşi verildiyini, məhkəmə iclasında uzaq məsafədə yaşadığından və işi ilə bağlı iştirak edə bilməsə onun iştirakı olmadan işə baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq vaxtı veridiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, əvvəldən heyvandarlıqla məşğul olmuş, yaşadığı evin həyətində iribuynuzlu heyvanlar saxlamışdır. Yaşadığı evin ətrafı dəmir məhəccər ilə əhatələnmişdir. Heyvanları da həyətdə olan tövlədə saxlamış, lakin yay aylarında isti olduğundan heyvanları tövlədə saxlamamış, heyvanlar evin həyətində olmuşdur. Kənd yeri olduğundan darvaza da həmişə açıq vəziyyətdə olmuş və heyvanlar çıxıb otladıqdan sonra evə qayıtmışdır. Yaşadığı evdə altı baş iribuynuzlu heyvan saxlamışdır. 23 iyul 2024-cü il tarixdə saat 23 radələrində dörd baş iribuynulu heyvan darvazadan çıxıb otlamaq üçün su kanalı istiqamətində getmiş, əvvəllər də belə getdiyi üçün qayıdacağını fikirləşmişdir. 24 iyul 2024-cü il tarixdə saat 05 radələrində tezdən yuxudan oyandıqda dörd baş iribuynuzlu heyvanın həyətdə olmadığını görmüşdür. Heyvanların itə biləcəyini fikirləşib gün ərzində axtarmış, lakin axşamadək tapa bilmədiyindən DİN-in 102 xidməti-zəng mərkəzinə müraciət edib heyvanlarının itməsi barədə məlumat vermişdir. Tərtər RPŞ-də bununla bağlı araşdırma başlanmışdır. Oğurluq ola biləcəyini düşünüb oğlu Zöhrabla birlikdə yenidən axtarmağa başlamışdır. 26 iyun 2024-cü il tarixdə saat 04 radələrində oğlu Zöhrab Bərdə rayonunda olan mal bazarına gedib heyvanları axtardıqda onlara məxsus iribuynuzlu heyvanlardan bir başını tapmış və bununla bağlı polis əməkdaşlarına məlumat vermişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərmişdir ki, hadisə Hadisə 23 iyul 2024-cü il tarixdən 24 iyul 2024-cü il tarixə keçən gecə Ağdərə rayonu Şıxarx qəsəbəsində baş vermişdir. Həmin iribuynuzlu heyvanlardan birincisi yəni, mal bazarında tapdığı heyvan dişi cinsli, rəngi ala, diri çəkisi 180 kq olmuş, yaşı 2 illik, qiyməti təxminən 1000 manat məbləğində olmuşdur. İkinci heyvan dişi cinsli, rəngi sarımtıl, diri çəkisi 300 kq olmuş, yaşı 2 il 6 aylıq, qiyməti təxminən 2000 manat məbləğində olmuşdur. Üçüncü heyvan dişi cinsli, rəngi qara, diri çəkisi 450 kq olmuş, yaşı 5 illik idi, qiyməti təxminən 2500 manat məbləğindəolmuşdur. Dördüncü heyvan dişi cinsli, rəngi ala, diri çəkisi 500 kq olmuş, yaşı 6 illik, qiyməti təxminən 3000 manat məbləğində olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 8500 (səkkiz min beç yüz) manat dəyərində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, özünə məxsus “Ford transit” markalı ** CS *** markalı qeydiyayt nişanlı avtomobili ilə yük daşıyaraq ailəsini dolandırmaqla məşğuldur. İİ Qarabağ müharibəsində iştirak edib yaralanmış və İİ qrup əlilliyi vardır. Vahid Həsənovu 7-8 il əvvəl rayon sakini kimi tanımış, sonuncu ilə əvvəllər heç bir ədavəti olmamışdır. 23 iyul 2024-cü il tarixdə saat 22 radələrində Vahid ona zəng edərək Tərtər rayonunda iribuynuzlu heyvanı olduğunu və Bakı şəhərinə aparmaq istədiyini bildirmişdir. 200 manat qarşılığında Vahidin iribuynuzlu heyvanlarını Bakı şəhərinə aparacağını bildirmiş və onlar razılaşmışdır. Vahid ona bildirmişdir ki, “birazdan sənə xəbər edəcəm gələrsən”. O, 1-2 saat gözlədikdən sonra Vahidin zəng etmədiyini görüb yatmışdır. 24 iyul 2024-cü il tarixdə, saat 03 radələrində Vahid ona zəng edərək Tərtər rayonuna getməsini bildirmişdir. “Ford transit” markalı ** CS *** markalı qeydiyayt nişanlı avtomobili ilə Tərtər rayonuna getmişdir. Sarıcalı kəndinə çatmış, zəng edib danışdıqda Vahid ona demişdir ki, “abidənin dairəsini düz keçib gəl Suqovuşan yolunda səni gözləyirik”. Vahidin dediyi kimi “Abidənin dairəsi” adlanan yeri keçib Suqovuşan yoluna çıxmış, təxminən 1-2 km yol getdikdə Vahid və adını sonradan bildiyi Zaləddinin onu gözlədiyini görmüşdür. Həmin vaxt sonuncuların yanında dörd baş iribuynuzlu heyvan olmuşdur. Vahid və Zaləddin heyvanları avtomobilin yük yerinə yerləşdirmiş və onlar avtomobilə əyləşib yola düşmüşlər. Avtomobilə əyləşdikdə Vahid avtomobili evlərinə sürməsini bildirmişdir. O, avtomobili Vahidgilin evi istiqamətində sürmüş və evlərinə çatdıqda Vahid və Zaləddin iribuynuzlu heyvanları avtomobildən endirmişdir. Vahid ona nə qədər pul verəcəyini soruşmuş, o isə 30-40 manat verəcəyini demişdir. Vahidin ona 50 manat da borcu olduğuna görə həmin borcla birlikdə 80 manata razılaşmış, lakin pulu sonra verəcəyini bildirmişdir. O, evinə getmiş, sonra saat 07 radələrində Vahid yenidən ona zəng edərək Bakı şəhərinə getmək istədiyini bildirmiş və onlar əvvəl danışdığı qiymətə razışlaşmışdır. O, avtomobilinə əyləşib Vahidgilin evinə getmişdir. Vahid və Zaləddin heyvanları avtomobilə yerləşdirmiş və onlar Bakı şəhərinə yola çıxmışdır. Bakı şəhərini tanımadığı üçün hara getdiyini dəqiq bilməmiş və yolu ona Vahid izah etmişdir. 24 iyul 2024-cü il tarixdə saat 17 radələrində onlar tanımadığı bir yerə çatmışlar. Həmin yerdə yarımçıq tikili və heyvan saxlamaq üçün dəmir məhəccər olan yerləri olmuşdur. Vahid və Zaləddin heyvanları avtomobildən düşürüb həmin yerə salmışdır. Avtomobili yudurmuş və onlar birlikdə rayona qayıtmışlar. Rayona çatdıqda Vahidgili evinə aparmış, özü isə evinə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində könüllü ifadə vermiş Şahid3 göstərmişdir ki, zərərçəkən şəxs Sərbiyyə Quliyevanı əvvəllər tanımamışdır. Təqsirləndirilən şəza Təqsirləndirilən şəxs2 onun doğma qardaşıdır, Zaləddin Həsənov isə qardaşı Vahidin tanışıdır. Hər ikisi ilə heç bir ədavəti olmamış, münasibətləri yaxşı olmuşdur. 25 iyul 2024cü il tarixdə saat 16 radələrində yaşadığı evdə olarkən qardaşı Vahidin yanına getmiş və həmin vaxt evin həyətində iribuynuzlu heyvanlar (dana) olduğunu görüb haradan gətirdiyini soruşmuşdur. Vahid həmin heyvanların tanışı Zaləddinə məxsus olduğunu və ikisini də birlikdə 1200 manata satdığını bildirmişdir. Həmin heyvanlara baxıb bəyənmiş və qardaşı ilə razılaşmış, sonuncuya 1200 manat pul vermişdir. Həmin heyvanları götürüb evinə gətirmiş və evin həyətində yer olmadığından, tanışı qəssab Mehraca zəng etmişdir. Mehraca iki baş iribuynuzlu heyvanının olduğunu və satmaq istədiyini bildirmişdir. Mehrac heyvanlara baxmaq istədiyini bildirib onlara getmişdir. Mehracla mheyvanların qiymətini 1500 manata razılaşmışlar. Həmin heyvanların oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan baxış protokolundan görünür ki, iş üzrə 26 iyul 2024-cü tarixdə Tərtər RPŞ-nin əməkdaşları tərəfindən təqdim edilmiş bir baş iribuynuzlu heyvana baxış aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir bir baş iribuynuzlu heyvan dişi cinslidir, ağ və qəhvəyi rənglidir, üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs həmin iribuynuzlu heyvanı göstərərək bildirmişdir ki, iribuynuzlu heyvan ona məxsusdur, həmin iribuynuzlu heyvanın diri çəkisi 180 kq, yaşı 2 illikdir, təqdim edilmiş həmin iribuynuzlu heyvan oğurlanmış dörd baş iribuynuzlu heyvanlardan biridir və 26 iyul 2024-cü il tarixdə Bərdə rayonunda olan mal-qara bazarında polis əməkdaşları və oğlu Zöhrab tərəfindən aşkar edilərək gətirilmişdir. Həmin bir baş dişi cinsli iribuynuzlu heyvan iş üzrə əhəmiyyətli olduğundan tərəfimdən maddi sübut kimi götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. (Bax:iş vər: İ cild 28-32) İş materiallarında əlavə olunmuş baxış protokolundan aydın olur ki, iş üzrə Zərərçəkmiş şəxs məxsus dörd baş iribuiynuzlu heyvanın oğurlandığı otlaq sahəsinə 26 iyul 2024-cü il tarixdə tərəfimdən baxış aparılmışdır. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, ona məxsus dörd baş iribuynuzlu heyvan otlamaq üçün hər gün təqdim etdiyi həmin otlaq sahəsinə gedirmiş, sonra isə geri qayıdırmış, buna görə də iribuynuzlu heyvanların geri qayıtmadığını gördükdə itə biləcəyini düşünmüş və gün ərzində axtarmışdır. 26 iyul 2024cü il tarixdə isə həmin iribuynuzlu heyvanlardan biri Bərdə rayonunda olan mal-qara bazarında polis əməkdaşları və oğlu Zöhrab tərəfindən aşkar edilərək Tərtər RPŞ-nə gətirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, otlaq sahəsi Ağdərə rayonu Şıxarx qəsəbəsi ərazisindədir, otlaq sahəsi Ağdərə rayonu istiqamətində yolun sağ tərəfində yerləşir və otlaq sahəsinin ətrafında hər hansı hasar və ya məhəccər müəyyən edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. (Bax: iş vərəqə: İ cild 33-38) İş materiallarına əlavə edilmiş baxış protokolundan görünür ki, iş üzrə 26 iyul 2024-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Şahid2 təqdim etdiyi “Ford” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış aparılmışdır. Baxış zamanı Şahid2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs2 iribuynuzlu heyvan aparmaq istədiyini bildirmiş, buna görə də o, yük avtomobili ilə Tərtər rayonuna getmişdir. Seydimli kəndi ərazisində iribuynuzlu heyvanları Vahid və Zaləddin yük avtomobilinə yerləşdirmiş, həmin iribuynuzlu heyvanlar əvvəlcə Bərdə rayonu Mirzalıbəyli kəndində sonra isə Bakı şəhərinə aparmışdır. Həmin “Ford” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı yük avtomobil iş üzrə əhəmiyyətli olduğundan tərəfimdən maddi sübut kimi götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. (Bax: iş vərəqə: İ cild 105-108) İş materiallarına əlavə olunmuş iş üzrə 26 iyul 2024-cü tarixdə Tərtər şəhəri, S.Vurğun küçəsində yaşayan X6 tərəfindən təqdim edilmiş bir baş iribuynuzlu heyvana baxış aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, bir baş ki iribuynuzlu heyvan dişi cinslidir, açıq qəhvəyi rənglidir, üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Baxış zamanı X6 bildirmişdir ki, həmin iribuynuzlu heyvanı xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bərdə rayonunda olan mal-qara bazarında rayon sakini kimi tanıdığı Mehrac və Bəbirdən 1180 manat məbləğində pula almış, həmin heyvanın oğurluq olduğunu isə polis şöbəsinə dəvət edildikdə öyrənmişdir. Baxış zamanı Şahid1 bildirmişdir ki, həmin heyvan onların özünə məxsusdur, xx.xx.2024-cü il tarixdə digər iribuynuzlu heyvanlar ilə birlikdə otlaq sahəsindən oğurlanmış, iribuynuzlu heyvanın diri çəkisi 300 kq, yaşı isə 2 il 6 aylıqdır. Həmin bir baş dişi cinsli iribuynuzlu heyvan iş üzrə əhəmiyyətli olduğundan tərəfimdən maddi sübut kimi götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. (Bax:iş vərəqə: İ cild 111-115) İş materiallarına əlavə olunmuş iş üzrə 19 sentyabr 2024-cü tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş bir rəst ata baxış aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, bir rəst at qəhvəyi rənglidir, üzərində ağ rəngləri olan hissələri vardır, atın ayaqları dizdən aşağı ağ rənglidir və üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, xx.xx.2024-cü il traixdə saat 01 radələrində yaşadığı evdə həmin atla birlikdə iribuynuzlu heyvanları oğurlamaq üçün otlaq sahəsinə getmiş, iribuynuzlu heyvanları oğurladıqdan sonra Seydimli kəndinə aparmış və həmin yerdə iribuynuzlu heyvanları Vahid Əsəsdovla birlikdə Ford markalı yük avtomobilinə yerləşdirib Bərdə rayonu Mirzalıbəyli kəndinə aparmışdır. Həmin bir rəst at iş üzrə əhəmiyyətli olduğundan tərəfimdən maddi sübut kimi götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. (Bax: iş vərəqə: İİ cild 92-95) İşdə olan sənədlərdən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsinin həqiqiliyini yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə 19 sentyabr 2024-cü il tarixdə Tərtər rayonu Seydimli kəndi ərazisində və Ağdərə rayonu Həsənqaya ərazisində ifadənin yerində yoxlanması istintaq hərəkətləri aparılmışdır. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs1 ifadəsi ilə ifadənin yerində yoxlanması istintaq hərəkətləri zamanı göstərdiyi xüsusatlar arasında hər hansı ziddiyyət müəyyən edilməmişdir. Bununla bağlı protokol tərtib olunmuş, fotoşəkillər çəkilmiş və istintaq hərəkətinin gedişinə dair tərtib edilmiş sənədlər cinayət işinə əlavə edilmişdir. (Bax: iş vərəqə: İİ cild 86-91) İşdə olan sənədlərdən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 Hüsenağa oğlunun ifadəsinin həqiqiliyini yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə 02 oktyabr 2024-cü il tarixdə Tərtər rayonu Seydimli kəndi ərazisində ifadənin yerində yoxlanması istintaq hərəkəti aparılmışdır. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs1 ifadəsi ilə ifadənin yerində yoxlanması istintaq hərəkəti zamanı göstərdiyi xüsusatlar arasında hər hansı ziddiyyət müəyyən edilməmişdir. Bununla bağlı protokol tərtib olunmuş, fotoşəkillər çəkilmiş və istintaq hərəkətinin gedişinə dair tərtib edilmiş sənədlər cinayət işinə əlavə edilmişdir. (Bax:iş vərəqə: İİ cild 105-107) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2024-cü il tarixli 9/6307 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyin edilməsi haqqında qərarda göstərilən bir baş dişi cinsli, diri çəkisi 180 kq, yaşı 2 illik olan iribuynuzlu heyvanın (dana) 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti 1250 (bir min iki yüz əlli) manat; bir baş dişi cinsli, diri çəkisi 300 kq, yaşı 2 il 6 ay olan iribuynuzlu heyvanın (dana) 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti 1900 (bir min doqquz yüz) manat; bir baş dişi cinsli, diri çəkisi 450 kq, yaşı 5 illik olan iribuynuzlu heyvanın (inək) 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti 2500 (iki min beş yüz) manat; bir baş dişi cinsli, diri çəkisi 500 kq, yaşı 6 illik olan iribuynuzlu heyvanın (inək) 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti 3000 (üç min) manat məbləğində olması müəyyən edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən həmin iribuynuzlu heyvanların ümumi dəyəri 8650 (səkkiz min altı yüz əlli) manat məbləğində olması müəyyən edilmişdir. (Bax:İş vərəqə: İİ cild 112-116) İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 avqust 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə rayon Məhkəməsinin 14 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (ay) müddətinə müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 17 may 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 14 may 2015-ci il tarixli 1(021)- 78/2015 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (ay) müddətinə müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Bax: iş vərəqə: İ cild 208-209; İ cild 235-245) İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 avqust 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Əsədov X7 Hərbi Məhkəməsinin 29 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 330.1-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətində azadlığın məhdudlaşdırılması cəzasına və 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 19 iyun 2019-cu il qərarı ilə Tərtər Hərbi Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Bərdə rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərarı ilə 07 (yeddi) ay 04 (dörd) gün müddətində cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. 01 iyun 2020-ci il tarixdə isə 500 (beş yüz) manat cərimə cəzasını ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinə əlavə edilmiş Tərtər Hərbi Məhkəməsinin 29 mart 2019-cu il tarixli 1(098)-17/2019 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 330.1-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətində azadlığın məhdudlaşdırılması cəzasına və 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 7(021)-22/2021 nömrəli qərarının surətindən görünür ki, Əsədov X7 Hərbi Məhkəməsinin 29 mart 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 (yeddi) ay 04 (dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 1(021)-45/2024 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 1(104)- 372/2024 nömrəli qərarının surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 1(021)-45/2024 nömrəli hökmü zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (Bax: iş vər.İ cild 206-207; İ cild 212-234; İİ cild 77-83) İş materiallarından aydın olmuşdur ki, istintaq zamanı 31 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs Tərtər rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 26 iyul 2024-cü il tarixdə ona məxsus dörd baş dişi cinsli iribuynuzlu heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə müraciət etməsi, istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini və barışdığını, buna görədə sonunculardan heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. (Bax:iş vərəqə: İ cild 196-198) İş materiallarından aydın olur ki, istintaq zamanı Zərərçəkmiş şəxs məxsus bir baş dişi cinsli, diri çəkisi 180 kq, yaşı 2 illik olan iribuynuzlu heyvanın (dana) və bir baş dişi cinsli, diri çəkisi 300 kq, yaşı 2 il 6 ay olan iribuynuzlu heyvan (dana) 24 sentyabr 2024-cü il tarixdə tərəfimdən istintaq materialları ilə uyğunluq təşkil etdiyindən cinayət işi üzrə maddi sübut qismində tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs qəbzlə təhvil verilmişdir. (Bax:iş vərəqə: İ cild 116-117; İİ cild 97-99) İş materiallarından aydın olur ki, istintaq zamanı Şahid2 məxsus “Ford” markalı **-CS- *** dövlət qeydiyyat nişanlı yük avtomobili 24 sentyabr 2024-cü il tarixdə tərəfimdən istintaq materialları ilə uyğunluq təşkil etdiyindən cinayət işi üzrə maddi sübut qismində tanınmış və saxlanması üçün Şahid2 oluna qəbzlə təhvil verilmişdir. (Bax:iş v.İ cild 141; İİ cild 97-99) İş materiallarından aydın olur ki, istintaq zamanı X2 məxsus bir rəst atın istintaq materialları ilə uyğunluq təşkil etdiyindən 24 sentyabr 2024-cü il tarixdə tərəfimdən cinayət işi üzrə maddi sübut qismində tanınmış və saxlanması üçün Təqsirləndirilən şəxs1 qəbzlə təhvil verilmişdir. (Bax: İş vərəqə: İİ cild 96; İİ cild 97-99) İş materiallarından aydın olur ki, istintaq zamanı 19 oktyabr 2024-cü il tarixdə yenidən ittiham elan edildiyi zaman təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, oğurladığı dörd baş iribuyuzlu heyvanların Zərərçəkmiş şəxs məxsus olduğunu bilməmiş, həmin iribuynuzlu heyvanların Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd ərazisinə yığıldığını bilmişdir. Təqsirləndirilən şəxs1 yenidən ittiham elan edildiyi zaman təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsində göstərdiyi xüsusatlar 19 oktyabr 2024-cü il tarixdə tərəfimdən vəsatət kimi qəbul edilmiş və əsassız və qanunsuz olub özünü müdafiə xarakteri daşıdığından rədd edilmişdir. (Bax: iş vərəqə: İİ cild 180-181) İş materiallarından aydın olur ki, istintaq zamanı 19 oktyabr 2024-cü il tarixdə yenidən ittiham elan edildiyi zaman təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, oğurlanmış dörd baş iribuyuzlu heyvanların Kənd Təsərrüfatı Nazirliyinə məxsus oluğunu, Zaləddin tərəfindən hansı formada gətirilməsini bilməmişdir. Təqsirləndirilən şəxs2 yenidən ittiham elan edildiyi zaman təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsində göstərdiyi xüsusatlar 19 oktyabr 2024-cü il tarixdə tərəfimdən vəsatət kimi qəbul edilmiş və əsassız və qanunsuz olub özünü müdafiə xarakteri daşıdığından rədd edilmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsləri səciyyələndirən hallar: 1. Təqsirləndirilən şəxs1-xx xxxxxx 1992-ci il tarixdə Kəlbəcər rayonu Təkəqaya kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Kəlbəcər rayonu Təkəqaya kəndində qeydiyyatda olub Ağdərə rayonu Həsənqaya kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. (Bax:İş vərəqə: İİ cild 101-102) İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2-xx xxxxxx 1995-ci il tarixdə Bərdə rayonu Mirzalıbəyli kənində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olan, Laçın rayonu Şəlvə kəndində qeydiyyatda olub Bərdə rayonu Mirzalıbəyli kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. (Bax:iş vər.İİ cild 120-121) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını talamaq məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmələri və onların əməllərində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Onlara qarşı elan edilmiş ittihamda təqsirli olmaları, özlərinin etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu Kəlbəcər rayonu ərazisinə gedib-gələrkən Ağdərə rayonu Şıxarx qəsəbəsindəki otlaq sahəsində olan dörd baş iri buynuzlu heyvanları görüb özündə yaranmış oğurluq niyyətini reallaşdırmaq üçün özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 iyul 2024-ci il tarixdə gecə saat 01 radələrindən saat 03 radələrinədək olan müddət ərzində özünə məxsus bir rəst atla Ağdərə rayonu Şıxarx qəsəbəsində olan otlaq sahəsinə gedərək həmin otlaq sahəsində olan X4 məxsus bir baş 1250 (bir min iki yüz əlli) manat dəyərində dişi cinsli iribuynuzlu heyvanı, bir baş 1900 (bir min doqquz yüz) manat dəyərində dişi cinsli iribuynuzlu heyvanı, bir baş 2500 (iki min beş yüz) manat dəyərində dişi cinsli iribuynuzlu heyvanı və bir baş 3000 (üç min) manat dəyərində dişi cinsli iribuynuzlu heyvanı gizli yolla talayaraq zərərçəkmiş şəxs X4 ümumilikdə 8650 (səkkiz min altı yüz əlli) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 xeyli miqdarda oğurluq, yəni özgənin əmlakını gizli yolla talama cinayəti törətməsinə sonuncu tərəfindən oğurlanmış mal-qaranın daşınması üçün nəqliyyat vasitəsi təmin etməklə və özünə məxsus fərdi yaşayış evinin həyətində gizlədərək satılmasına şərait yaratmaqla kömək edəcəyi barədə qabaqcadan vəd vermiş və Təqsirləndirilən şəxs1 24 iyul 2024-cü il tarixdə gecə saat 01 radələrindən saat 03 radələrinədək olan müddət ərzində Ağdərə rayonu Şıxarx qəsəbəsində yaşayan X4 məxsus bir baş 1250 (bir min iki yüz əlli) manat dəyərində, dişi cinsli iribuynuzlu heyvanı (dana), bir baş 1900 (bir min doqquz yüz) manat dəyərində, dişi cinsli iribuynuzlu heyvanı (dana), bir baş 2500 (iki min beş yüz) manat dəyərində, dişi cinsli iribuynuzlu heyvanı (inək) və bir baş 3000 (üç min) manat dəyərində dişi cinsli iribuynuzlu heyvanı (inək) həmin qəsəbənin ərazisində yerləşən otlaq sahəsindən gizli yolla talayaraq Tərtər rayon Seydimli kəndi ərazisinə gətirdikdən dərhal sonra o, həmin cinayətdən xəbərsiz olan və mal-qaranın daşınması üçün çağırdığı Şahid2 idarə etdiyi “Ford” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini mal-qaranın olduğu Tərtər rayon Seydimli kəndi ərazisinə gətizdirərək malqaranı yük avtomobilinə yüklədikdən sonra birbaşa Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən fərdi yaşayış evinə aparıb avtomobildən həyətə boşaldaraq heyvanları orada gizlətmiş, həmçinin həmin iribuynuzlu heyvanlardan bir baş 1250 (bir min iki yüz əlli) manat dəyərində, dişi cinsli iribuynuzlu heyvanı (dana), bir baş 1900 (bir min doqquz yüz) manat dəyərində, dişi cinsli iribuynuzlu heyvanı (dana) cinayətdən xəbərsiz olan qardaşı Şahid3, digər bir baş 2500 (iki min beş yüz) manat dəyərində, dişi cinsli iribuynuzlu heyvanı (inək) və bir baş 3000 (üç min) manat dəyərində dişi cinsli iribuynuzlu heyvanı (inək) isə Bakı şəhəri ərazisində şəxsiyyəti istintaqa dəqiq müəyyən olmayan şəxsə satmaqda köməklik etməsi barədə cinayət əməlləri tam təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 32.5, 177.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-ci və 32.5, 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü və 32.5, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını bir qrup şəxs tərəfindən qanunsuz daxil olmaqla, təkrarən gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam şəkildə ödəmələrini, zərəçəkən şəxsin onlardan şikayət, tələblərinin olmamasını, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, təqsirlərini etiraf edərək səmimi peşmanlıq keçirmələrini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını onların barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən onlara dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də onların təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü və 32.5, 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə cəza təyini məsələsini müzakirə edərkən yuxarıda sadalanan halları nəzərə alaraq təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Bununla yanaşı məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, eyni zamanda Təqsirləndirilən şəxs1 səmimi etirafedici ifadəsini- hazırki əməli törədərkən həmin heyvanların sahibsiz olduğunu hesab etməsini, həmin heyvanları kiminsə tövləsindən bağlı şəraitdə açıb oğurlamamssını, heyvanların sahibi məlum olduqdan sonra cinayət etməsini dərk etmiş, əməlindən səmimi olaraq peşiman olmasını, hərəkətinə görə vicdan əzabı çəkməsini, ailəsinin geganə qazanc gətirəni olmasını, ailəsini yalnız heyvandarlıqla məşğul olmaqla saxlamasını, ona azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırma cəzası veriləcəyi təqdirdə ailəsi ağır maddi durum vəziyyətində qalacağını, Aatıq islah olunduğunu hesab edərək, bundan sonra heç vaxt hər hansı cinayət xarakterli hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində təyin olunacaq cəcanı şərti hesab edilməsi barədə hökm çıxarılmasını xahiş etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah oluna bilər. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Təqsirləndirilən şəxs1 cinayəti törətdikdən sonra əməlinin xarakterini dərk edərək, cavan olduğunu, baş vermiş belə xoşagəlməz hallara görə peşmançılıq çəkdiyinini, zərərçəkmiş şəxsin ona qarşı şikayət, tələbinin olmadığını bildirmiş, əməlinin zərərli nəticələrini aradan qaldırmaq məqsədilə real davranış nümayiş etdirərək, zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmış, ona dəymiş zayanı tamamilə ödəmiş, bununla da törətdiyi cinayətin zərərli nəticələrini yüngülləşdirmişdir. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 artıq islah yoluna qədəm qoymuşdur. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamadan islah olunmağa başlamışdır və o, hazırda təyin edilmiş cəzasını real olaraq çəkmədən də islah olunmasını davam etdirə bilər. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmçinin cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb Təqsirləndirilən şəxs1 cəza çəkmədən islah olunmasını mümkün sayaraq, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, X10 Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İşin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs2 barəsində hazırki hökm çıxarılmamışdan əvvəl onun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən törətdiy cinayət əməlinə görə təqsirli bilinərək Bərdə Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 1(021)-45/2024 saylı hökmü çıxarılmışdır. Ona görə də ona Azərbaycan Respublikası CM-in 66.5 maddəsinə əsasən cinayətlərin məcmuyu üzrə cəza təyin edilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi Bərdə rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 1(021)-45/2024 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 1(104)-372/2024 nömrəli qərarının surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 1(021)-45/2024 nömrəli hökmü zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-də göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Eyni zamanda Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən topölamaq yolu ilə qəti cəza təyin edilməsini qanuni hesab edir. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(061)-35/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(061)- 39/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs2 26 iyul 2024-ci il tarixdən 28 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün müddət, 28 iyul 2024-cü il tarixdən 27 avqust 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı müddət və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfləri 50 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri barələrində olan hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus bir baş dişi cinsli, diri çəkisi 180 kq, yaşı 2 illik olan iribuynuzlu heyvanın (dana) və bir baş dişi cinsli, diri çəkisi 300 kq, yaşı 2 il 6 ay olan iribuynuzlu heyvan (dana) 24 sentyabr 2024-cü il tarixdə istintaq materialları ilə uyğunluq təşkil etdiyindən cinayət işi üzrə maddi sübut qismində tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs qəbzlə təhvil verilməsi, Şahid2 məxsus “Ford” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı yük avtomobili 24 sentyabr 2024-cü il tarixdə istintaq materialları ilə uyğunluq təşkil etdiyindən cinayət işi üzrə maddi sübut qismində tanınmış və saxlanması üçün Şahid2 qəbzlə təhvil verilməsi, eləcə də X2 məxsus bir rəst atın istintaq materialları ilə uyğunluq təşkil etdiyindən 24 sentyabr 2024-cü il tarixdə cinayət işi üzrə maddi sübut qismində tanınmış və saxlanması üçün X2 qəbzlə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 2 (iki) il azadlıqdan məhrumetmə cəzası 01 (bir) il sınaq müddəti tətbiq edilməklə cəzası şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5-ci, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yeni hökmlə təyin olunmuş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(021)-45/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.4 -cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 26 iyul 2024-ci il tarixdən 28 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün müddət, 28 iyul 2024-cü il tarixdən 27 avqust 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı müddət və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş müddət hökm çıxarılan günə, yəni 14 yanvar 2025-ci il tarixə olan müddət 05 (beş) ay 19 (on doqquz) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmaqla və ona təyin olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(021)-45/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.4 -cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çəkilmiş 3 (üç) ay 11 (on bir) gün cəzası çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 11 (on bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bərdə rayonunun hüdudlarını tərk etməmək, Bərdə rayonunda yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, narkomaniyadan müalicə kursu keçmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri barəsində olan hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus bir baş dişi cinsli, diri çəkisi 180 kq, yaşı 2 illik olan iribuynuzlu heyvanın (dana) və bir baş dişi cinsli, diri çəkisi 300 kq, yaşı 2 il 6 ay olan iribuynuzlu heyvan (dana) 24 sentyabr 2024-cü il tarixdə istintaq materialları ilə uyğunluq təşkil etdiyindən cinayət işi üzrə maddi sübut qismində tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs qəbzlə təhvil verilməsi, Şahid2 məxsus “Ford” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı yük avtomobili 24 sentyabr 2024-cü il tarixdə istintaq materialları ilə uyğunluq təşkil etdiyindən cinayət işi üzrə maddi sübut qismində tanınmış və saxlanması üçün Şahid2 qəbzlə təhvil verilməsi, eləcə də X2 məxsus bir rəst atın istintaq materialları ilə uyğunluq təşkil etdiyindən 24 sentyabr 2024-cü il tarixdə cinayət işi üzrə maddi sübut qismində tanınmış və saxlanması üçün X2 qəbzlə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 barəsində olan hökmün icrası Tərtər rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində olan hökmün icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №1(061)-6/2025
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-6/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver