Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-61/2025 03.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X7 oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun vəkalətli nümayəndəsi və vəkili “Prestij” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi X3, iştirakları ilə xx xxxx 1971-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2025-ci il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22 may 2025-ci il tarixdə saat 14 radələrində Tərtər şəhəri H.Əliyev prospektində yerləşən ictimai yer hesab edilən Tərtər Rayon Məhkəməsinin inzibati binasının foyesində heç bir əsaslı səbəb olmadan əfrafda olan insanlara əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə qərəzli hərəkətlər, yəni yüksək səslə ətrafdakı şəxslərin ünvanına nalayiq ifadələr işlətməklə, həmçinin ətrafda olan insanların istirahət hüququnu pozub, şəxslər üzərində zor tətbiq edilməsi və əmlakın məhv edilməsi ilə müşayiət edilən hərəkətlər edib, yumruqla Zərərçəkmiş şəxs bir dəfə ağız nahiyyəsinə qəsdən vurub sonuncuya “üst dodağın sol yarısının kəskin şişkinliyi və sıyrığı, sol alt çənə nahiyyəsinin sıyrığı, alt dodağın sol yarısının şişkinliyi, qançırı və səhti əzilmiş yarası, üst dodağın sol yarısında selikli qişanın əzilmiş yarası” xəsarəti ilə müşayiət edilən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarti yetirərək xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddələri ilə ittiham verilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Onunla 1998-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurmuşdur. Həmin nigahdan iki övladları vardır. Ailə qurduqdan sonra Təqsirləndirilən şəxs ilə birlikdə Tərtər şəhəri, Sahil küçəsində yaşamışlar. Münasibətləri həmişə həyat yoldaşı ilə yaxşı olmuşdur. Lakin son bir ildə Təqsirləndirilən şəxs ilə münasibətlərinin pisləşməsinə səbəb qaynatası Eldar Əliyev barəsində yaxınları arasında şər böhtan xarakterli məlumatlar yaymasına görə olmuşdur. Belə ki, həyat yoldaşı ilə münasibəti yaxşı olsada qaynatası onu Ceyhunun yanında pis göstərmək məqsədi ilə barəsində həqiqətə uyğun olmayan məlumatlar vermişdir. Bundan sonra da Ceyhun üzərinə şər böhtan atmış, onun guya başqa şəxslərlə münasibətinin olduğunu demişdir. Buna görə də 2024-cü ilin oktyabr ayında o, Ceyhundan ayrılmış, ata evinə getmişdir. Məhkəmədə Ceyhundan ailəli olduqları dövrdə qazanılan əmlakdan pay verilməsini tələb etmişdir. Bundan sonra Ceyhun qohumları arasında onun barəsində rusvayedici məlumatlar yaymağa başlamışdır. xx.xx.2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsində Təqsirləndirilən şəxs boşanma və əmlakın bölünməsi ilə bağlı prosesi keçiriləcəkdir. Buna görə də o, qardaşının həyat yoldaşı Vüsalə ilə Tərtər Rayon Məhkəməsinə gəlmişdir. Məhkəmənin inzibati binasında olarkən Təqsirləndirilən şəxs orada olmuşdur. Həmin vaxt özü ilə iki nəfər şahid gətirdiyini demiş və həmin şəxslərin məhkəmədə şahid kimi iştirak edəcəklərini bildirmişdir. O da ona başqa şəxslərdə gətirməli olduğunu deyən zaman Ceyhun üzərinə hücum etmiş, əli ilə boğazından tutmuş bir dəfə yumuruqla ağzından, sonrada təpiklə sinəsindən vurmuşdur. Həmin vaxt onun ağzı qanamışdır. İnzibati binada olan şəxslər onların arasına girmiş, mübahisəni sakitləşdirmişlər. Hadisəyə səbəb Ceyhunla ailəli olduqları dövrdə əldə olunmuş əmlakın bölünməsi olmuşdur. Hadisə zamanı ətrafda qardaşının həyat yoldaşı Vüsalə və bir neçə nəfər tanımadığı şəxslər olmuşdur. Hadisə zamanı o, Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmiş, lakin Ceyhun onu vurandan sonra o, Ceyhunu təhqir etmişdir. Hazırda uzun müddət ər-arvad kimi yaşamalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həbs edilməsini istəmədiyini, başqa cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərmişdir ki, X12 Şöbəsində polis nəfəri işləyir. Xidməti yeri Tərtər Rayon Məhkəməsidir. Təqsirləndirilən şəxs və zərərçəkən şəxs Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onlarla heç bir ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində o, Tərtər Rayon Məhkəməsində xidmətdə olarkən inzibati binanın foyesindən ucadan nalayiq ifadələr eşitmişdir. Həmin vaxt Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs bir-birilərini qarşılıqlı olaraq ucadan təhqir etdiklərini görmüşdür. Zərərçəkmiş şəxs ağzının qanlı olduğunu və ona məxsus eynəyin yerə düşdüyünü görmüşdür. Daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yumruqla vurduğunu eştimişdir. Mübahisə zamanı həmin şəxslərə görə Tərtər Rayon Məhkəməsinin işçilərinin iş rejimi pozulmuşdur. Eləcə də foyedə ondan əlavə təxminən 10 nəfər vətəndaş olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs foyedə olan polis əməkdaşları Sakit Almasov və Şahid5 sakitləşdirmiş və Tərtər rayon polis şöbəsinin əməliyyatistintaq qrupunun üzvlərini məhkəməyə çağıraraq Ceyhunu və Samirəni Tərtər rayon Polis Şöbəsinə aparmışlar. Hadisəyə səbəbin nə olduğunu bilməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı alətlə və neçə dəfə vurduğunu görməsə də, sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla ağzından vurduğunu eşitmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs Tərtər Rayon Məhkəməsinin inzibati binasının foyesində ucadan Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətmiş, daha sonra isə Təqsirləndirilən şəxs ucadan Samirəyə qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərmişdir ki, Tərtər Rayon Məhkəməsində böyük məsləhətçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və zərərçəkən şəxs Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onlarla heç bir ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Tərtər Rayon Məhkəməsində məhkəmə iclasında olarkən inzibati binanın foyesindən ucadan nalayiq ifadələr eşitmişdir. Həmin vaxt o, iclasdan foyeyə çıxıb Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxsın bir-birilərini qarşılıqlı olaraq ucadan təhqir etdiklərini görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs ağzından qan gəlmişdir. Daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yumuruqla vurduğunu öyrənmişdir. Mübahisə zamanı həmin şəxslərə görə Tərtər Rayon Məhkəməsinin işçilərinin iş rejimi pozulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs foyedə olan polis əməkdaşları Sakit Almasov və Şahid5 sakitləşdirmişlər və Tərtər rayon polis şöbəsinin əməliyyat-istintaq qrupunun üzvlərini məhkəməyə çağıraraq Ceyhunu və Samirəni Tərtər rayon Polis Şöbəsinə aparmışlar. Hadisəyə səbəbin nə olduğunu bilməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı alətlə və neçə dəfə vurduğunu görməsə də, sonradan Ceyhunun, Samirəni yumuruqla bir neçə dəfə ağzından vurduğunu bilmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs Tərtər rayon Məhkəməsinin inzibati binasının foyesində ucadan Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətmiş, daha sonra isə Təqsirləndirilən şəxs ucadan Samirəyə qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərmişdir ki, Tərtər Rayon Məhkəməsində sədr köməkçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və zərərçəkən şəxs Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onlarla heç bir ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Tərtər Rayon Məhkəməsində məhkəmə iclasında olarkən inzibati binanın foyesindən ucadan nalayiq ifadələr eşitmişdir. Həmin vaxt o, iclasdan foyeyə çıxıb Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs bir-birilərini qarşılıqlı olaraq ucadan təhqir etdiklərini görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs ağzı qanlı olmuşdur. Daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yumuruqla vurduğunu bilmişdir. Mübahisə zamanı həmin şəxslərə görə Tərtər Rayon Məhkəməsinin işçilərinin iş rejimi pozulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs foyedə olan polis əməkdaşları Sakit Almasov və Şahid5 sakitləşdirmiş və Tərtər rayon polis şöbəsinin əməliyyat-istintaq qrupunun üzvlərini məhkəməyə çağıraraq Ceyhunu və Samirəni Tərtər rayon Polis Şöbəsinə aparmışlar. Hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı alətlə və neçə dəfə vurduğunu görməsə də, sonradan, Ceyhunun, Samirəni yumuruqla ağzından vurduğunu bilmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs Tərtər Rayon Məhkəməsinin inzibati binasının foyesində ucadan Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətmiş, daha sonra isə Təqsirləndirilən şəxs ucadan Samirəyə qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində İstintaq zamanı şahid qismində dindirilmiş X13 göstərmişdir ki, 2017-ci ildən DİO-da və həmin ildən Tərtər rayon Polis Şöbəsinin polis sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və zərərçəkən şəxs Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onlarla heç bir ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində o, Tərtər RPŞ-nin İTB-nin sahənin polis nəfəri Şahid5 ilə birlikdə Tərtər Rayon Məhkəməsinin mülki axtarışı ilə əlaqədar Tərtər Rayon Məhkəməsində olarkən Tərtər rayon V.Həsənov küçəsində yaşayan Təqsirləndirilən şəxs məhkəmənin foyesində Zərərçəkmiş şəxs ilə mübahisə etdiklərini görmüşlər. O, Ceyhunla Samirəyə mübahisə etməmələri üçün yaxınlaşdıqda Təqsirləndirilən şəxs boşanma ərəfəsində olan Zərərçəkmiş şəxs ağız və üz nahiyəsindən bir neçə dəfə yumuruqla vurmuşdur. Bu zaman o, Ceyhunla Samirəni aralaşdırmışdır. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətmiş və cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətmişdir. Daha sonra Təqsirləndirilən şəxs xəbərdarlıq etməklərinə baxmayaraq qanunazidd hərəkətlərini davam etdirdiyi üçün o, Tərtər RPŞ-nin növbətçi hissəsinə telefonla zəng edərək məlumat vermişdir. Həmin gün əməliyyat-istintaq qrupunda olan əməkdaşlar Tərtər Rayon Məhkəməsinə yaxınlaşaraq həmin şəxsləri qanuni tədbir görülməsi üçün Tərtər RPŞ-nə aparmışlar. Hadisəyə səbəbin nə olduğunu bilməmişdir. Hadisə zamanı X14 Əliyeva xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək X5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 göstərmişdir ki, hazırki cinayət işi üzrə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qonşu kimi tanımışdır. Onlarla qöhumluğu, ədavəti olmamışdır. Əlavə şahid qeyd etmişdir ki, 22 may 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs tərəfindən barəsində olan mülki işlə bağlı şahid qismində dindirilməsi üçün dəvət olunmuşdur. Həmin gün Zərərçəkmiş şəxs məhkəmənin foyesində əyləşmişdir. Samir Əliyev isə onu məhkəməyə dəvət edib, özü məhkəmənin foyesində pəncərənin yanında gözləmişdir. Zərərçəkmiş şəxs onu görən kimi Təqsirləndirilən şəxs uca səslə bildirmişdir ki, onu (X1) niyə məhkəməyə çağırmışdır. Bundan sonra onların aralarında sözlə mübahisə başlamış, bir-birlərinə qarşı nalayiq ifadələr işlətmişlər. Daha sonra Əliyev X8 Əliyevanın ağız və sinəsindən zərbələr vurmuş, Samirə xəsarət almışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, həmin Məcəllənin 128-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşı olmuşdur. Samirə ilə 1998-ci il tarixdə ailə həyatı qurmuşlar. 2003-cü ildə isə rəsmi olaraq nigaha daxil olmuşlar. Həmin nigahdan 2 övladları olmuşdur. Əvvəllər heç bir mübahisələri olmamışdır. Keçmiş həyat yoldaşı Samirə dəfələrlə ondan icazəsiz sələm, kredit götürdüyündən, o cümlədən digər şəxslərlə şəxsi münasibətlər yaratdığından o, ötən il boşanma üçün iddia qaldırmış, xx.xx.2025ci il tarixdə isə Tərtər Rayon Məhkəməsinin qərarı ilə rəsmi olaraq boşanmışlar. Lakin buna baxmayaraq Samirə onun yaşadığı evdə yaşamaq hüququ almaq üçün Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. xx.xx.2025-ci il tarixdə prosses təyin olunmuşdur. O da öz növbəsində həmin prossesə Samirənin daha öncə sələm götürdüyü Tərtər rayon Seydimli kənd sakini X2 və Samirənin digər kişilərlə tanış etdiyi qonşusu X10 Rayon Məhkəməsinə şahid qismində dindirilmələri üçün gətirmişdir ki, Samirənin bu neqativ əməllərinə görə iddiası təmin olunmasın. Samirə də Tərtər Rayon Məhkəməsinin foyesində onu şahidləri ilə birlikdə gördükdə qıcıqlanmış və əsassız şəkildə onu ictimai yerdə təhqir etməyə başlamışdır. O da öz növbəsində əsəbləşib məhkəmənin foyesində yumuruqla Samirənin ağzından bir dəfə vurmuşdur, lakin sonradan əlavə olaraq Samirəni vurub-vurmadığı tam dəqiq yadında qalmamışdır. Samirəni vurduqdan sonra sonuncunun eynəyi yerə düşmüşdür. Sonradan ətrafda olan tanımadığı insanlar onları aralaşdırmışlar. Təxminən 5-10 dəqiqə sonra Tərtər rayon Polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmişlər. Hadisə yerinə polis əməkdaşları gələnədək Samirə onu ictimai yerdə təhqir etməyə davam etmişdir. Zərərçəkmiş şəxs əsassız olaraq Tərtər rayon İcra Hakimiyyətinin hüquq şöbəsinə, Azərbaycan ana və uşaq müdafiə komitəsinə müraciət edərək onun haqqında mənfi fikrlər yaratmış, guya ki, o uşaqları ilə tez-tez mübahisə etmiş, evdən qovmuş, lakin belə bir hadisənin olmadığını qeyd etmişdir. Bilərəkdən, onu cinayətə cəlb etmək üçün ictimai yerdə dəfələrlə təhqir etmiş, buna görə də o qıcıqlanmış və Samirəni bir dəfə yumruqla ağzından vurmuşdur. Hadisəyə səbəb isə Samirənin onu ictimai yerdə təhqir etməsi olmuşdur. Hadisə zamanı ətrafda qonşusu Xurşud, Təbib və digər tanımadığı şəxslər eyni zamanda polis əməkdaşı Sakit Almasov olmuşdur. Etdiyi əməldən səmimi olaraq peşimandır. Həmçinin o bildirmişdir ki, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilmiş, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə olunmasını xahiş etmişdir. Lakin həmin məcəllənin 221.1-ci maddəsi ilə özünü təqsirli bilməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə olunmuş iş üzə xx.xx.2025 tarixldə hadisə yerinə baxış müəyyən edilmişdir ki, hadisə yeri ictimai yer hesab edilən Tərtər Rayon Məhkəməsinin inzibati binasının foyesidir. Həmçinin müəyyən edilmişdir ki, hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuran zaman ətrafda digər vətəndaşlar da olmuşdur, Tərtər rayon Məhkəməsinin iş rejimi pozulmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs bir-birilərini ucadan nalayiq ifadələr işlətmişlər. Baxış zamanı hadisənin videogörüntüsünü götürmək məqsədi ilə videomüşahidə kameralarına baxış keçirilmiş, lakin kameraların işləmədiyi müəyyən edilmişdir. (Bax iş vərəqə: 31-35) Məhkəmə iclası zamanı tədqiq edilmiş iş üzə xx.xx.2025-ci il tarixli üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı 22 may 2025-ci il tarixdə onun ağız nahiyəsindən bir dəfə yumuruqla vurmasını demişdir. (Bax iş vərəqə: 72-73) Məhkəmə iclası zamanı tədqiq edilmiş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin Bərdə rayon Şöbəsinin 22 may 2025-ci il tarixli 129 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- üst dodağın sol yarısının kəskin şişkinliyi və sıyrığı, sol alt çənə nahiyəsinin sıyrığı, alt dodağın sol yarısının şişkinliyi, qançırı və səthi əzilmiş yarası, üst dodağın sol yarısında selikli qişanın əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (Bax iş vərəqə: 9-10; 17-18) Məhkəmə iclası zamanı tədqiq edilmiş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 28 iyul 2025-ci il tarixli T554/2025 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs üst dodağın sol yarısının kəskin şişkinliyi, qançırı və səthi əzilmiş yarası olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi, dərəcəsinə görə ilkin rəydə göstərildiyi kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (Bax iş vərəqə: 127-129; 142- 145) Məhkəmə iclası zamanı tədqiq edilmiş cinayət işinə əlavə edilmiş Tərtər rayonu İcra Hakimiyyəti başçısının Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 iyul 2025-ci il tarixli 940 nömrəli arayışından görünür ki, Əliyev X9 şəhəri, V.Həsənov küçəsində qeydiyyatda olmaqla həmin ünvanında daimi yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. (Bax iş vərəqə: 88-91) Məhkəmə iclası zamanı tədqiq edilmiş cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tərtər rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 14 iyul 2025-ci il tarixli 18-1-75/2-622/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatında dayanmır. (Bax iş vərəqə: 86) Məhkəmə iclası zamanı tədqiq edilmiş cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 iyul 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(Bax iş vər:92-93) İş materiallarından aydın olmuşdur ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 07 avqust 2025-ci il tarixdə yenidən ittiham elan olunan zaman və xx.xx.2025-ci il tarixdə cinayət işinin materialları ilə tanış olan zaman özünü Azərbaycan Resbuplikası CM-nin 221.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, lakin həmin Məcəllənin 128-ci maddəsi ilə özünü təqsirli bilmişdir. İstintaq materiallarından da göründüyü kimi sonuncunun göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və əsassızdır. Buna görə də xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs vəsatətinin rədd edilməsi haqqında tərəfimdən qərarlar qəbul edilmişdir. (Bax iş vərəqə: 172-175; 188-191) İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs- xx xxxx 1971-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır, həmçinin yaşayış yerindən müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsi cəzasını yüngülləşdirən haldır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin, şahidlərin izahatlarını, proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını əlaqəli şəkildə araşdırıb hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməllərini CM-in 221.1-ci maddəsi ilə tovsif etməklə düzgün nəticəyə gəlməmiş, onun əməli CM-in 128ci maddəsinə tövsif edilməli və ona həmin maddəsnin sanksiyası həddində cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bundan başqa Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmanalılığının meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək qabaqcadan görmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsində qeyd edilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. Sübut dedikdə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlilər(məlumatlar, sənədlər, əşyalar) başa düşülür. (CPM-in 124.1-ci mad.) Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir.(CPM-in 139.0 və139.0.1-ci maddəsi). Sübutların mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarı ilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübut əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-in 125 mad) Azərbaycan Respublikası CPM-in 126.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütünsübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri) Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərindən görünür ki, cinayət prosesini həyata keçirən orqan hər hadisənin baş verməsini mötəbər şəkildə sübut etməlidir, o cümlədən hadisənin baş verməsinin vaxtı, yeri, şəraiti, təqsirin forması, hadisənin baş verməsinin səbəbləri, motivi, niyyəti və sair əhəmiyyətli hallar mötəbər sübutlarla təsdiq edilməlidir. Bu məqsədlə sübutlar əldə olunmalı, yoxlanılmalı, müqayisəli şəkildə tədqiq edilməli və obyektiv şəkildə qiymətləndirilməlidir. Lakin hazırki işin hallarından görünür ki, ibtidai istintaq orqanı prosessual qanunvericiliyin qeyd olunan məqsədlərinə nail ola bilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı məüyyən olunmuşdur ki, ibtidai istintaq orqanı cinayət işinin başlanmasına səbəb 22 may 2025-ci il tarixdə Tərtər rayon Köçərli kəndində yaşayan Zərərçəkmiş şəxs Tərtər RPŞ-yə ərizə ilə müraciət edərək 22 may 2025-ci il tarixdə saat 14 radələrində Tərtər Rayon Məhkəməsinin inzibati binasının foyesində keçmiş əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə daxil olmuş məlumat, əsas isə bununla bağlı Tərtər rayon X11 Qrupunda toplanmış materialda Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlinin törədilməsinə dəlalət edən kifayət qədər dəlillərin müəyyən edilməsi olmuşdur. (Bax iş vərəqə: 01-21) İş üzrə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərar qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə isə “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərar qəbul edilmişdir. (Bax iş vərəqə: 39-40; 41-42) xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (Bax iş vərəqə: 51- 53; 67-71) 07 avqust 2025-ci il tarixdə cinayət işi üzrə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. (Bax iş vərəqə: 150-152). İstintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, 22 may 2025-ci il tarixdə saat 14 radələrində Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən ictimai yer hesab edilən Tərtər Rayon Məhkəməsinin inzibati binasının foyesində heç bir əsaslı səbəb olmadan ətrafda olan insanlara əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə qərəzli hərəkətlər, yəni yüksək səslə ətrafdakı şəxslərin ünvanına nalayiq ifadələr işlətməklə, həmçinin ətrafda olan insanların istirahət hüququnu pozub, şəxslər üzərində zor tətbiq edilməsi və əmlakının məhv edilməsi ilə müşayiət edilən hərəkətlər edib yumuruqla Zərərçəkmiş şəxs bir dəfə ağız nahiyəsinə qəsdən vurub sonuncuya “üst dodağın sol yarısının kəskin şişkinliyi və sıyrığı, sol alt çənə nahiyəsinin sıyrığı, alt dodağın sol yarısının şişkinliyi, qançırı və səthi əzilmiş yarası, üst dodağın sol yarısında selikli qişanın əzilmiş yarası” xəsarəti ilə müşayiət edilən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirərək xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı hesab etmişdir ki, təqsirləndirilən şəxsin təsvir olunan hərəkətləri heç bir əsaslı səbəb olmadan ictimai qaydanın və ictimai asayişin kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməli, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərdir, yəni xuliqanlıqdır. Cəmiyyətə açlqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətidir ki, bu hərəkətlər vətəndaşların, idarə müəssisə və digər təşkilatların normal həyat və faəliyyət üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissiinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Məhkəmə yuxarıda qeyd olunan sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, təsvir olunan hadisənin xuliqanlıq kimi qiymətləndirilməsi CM-in 221.1-ci maddəsinin tələblərinə uyğun sayıla bilməz. Belə ki, CM-in 221-ci maddəsində xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsvir edilmişdir. Eləcə də “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıqla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalar, ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir, üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyü, dövlət və ictimai instituların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əməmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin süurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu ciinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və bərgəyaşayış qaydalarının sistemi başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydanı əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeyinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, istintaqın xuliqanlıq kimi təsvir etdiyi hadisə heç də xuliqanlıq zəmnində baş verməmiş, şəxsi münasibətlərin pozulması zəmnində baş vermişdir. Belə ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, həm də şahidlərin ifadələri ilə təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs döyməsi hadisəsi məhz zərərçəkmiş şəxsin əvvəlki ailə münasibətləri zəmnində Təqsirləndirilən şəxs nalayiq ifadələrlə söyüb təhqir etməklə hadisənin başlanmasının səbəbkarı olmuşdur. İbtidai istintaq vaxtı istintaq orqanı təqsirləndirilən şəxsin əməllərini xuliqanlıq kimi qiymətləndirərkən ittiham aktında cinayət əməlinin heç bir əsaslı səbəb olmadan əfrafda olan insanlara əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə qərəzli hərəkətlər, yəni yüksək səslə ətrafdakı şəxslərin ünvanına nalayiq ifadələr işlətməklə, həmçinin ətrafda olan insanların istirahət hüququnu pozub, şəxslər üzərində zor tətbiq edilməsi və əmlakın məhv edilməsi ilə müşayiət edilən hərəkətlər etməsi kimi əsaslandırılsa da məhkəmə istintaqı zamanı aydın olmuşdur ki, zərərçəkmiş şəxsin şəxsi münasibətlər zəmnində təqsirləndirilən şəxsə qarşı nalayiq ifadələr işlətməklə hadisənin baş verməsinin səbəbkarı olmuşdur. Bunlarla yanaşı xüsusilə qeyd edilməlidir ki, hadisənin baş verdiyi ərazidə ətrafda Tərtər Rayon Məhkəməsinin inzibati binasının foyesində törədilmiş cinayət əməlinin xuliqanlıq kimi səciyələndirilməsinə əsas vermir. Lakin istintaq orqanı təqsirləndirilən şəxsə ittiham verərəkən həm də həmin hala əsaslanmışdır. Cinayətin tovsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tovsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanunu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquqnormasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə iclası zamanı tədqiq edilmiş iş materiallarına əlavə olunmuş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin Bərdə rayon Şöbəsinin 22 may 2025-ci il tarixli 129 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-üst dodağının sol yarısının kəskin şişkinliyi və sıyrığı, sol alt çənə nahiyyəsinin sıyrığı, alt dodağın sol yarısının şişkinliyi, qançırı və səhti əzilmiş yarası, üst dodağın sol yarısında selikli qişanın əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Ali Məhkəmə Plenumunun yuxarıda qeyd olunan Qərarında qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriliyinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hötmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəmnində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət ələeyhiinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri ilə tövsif olunur. Məhkəmə hesab edir ki, əgər şəxsin hadisənin sonrakı gedişatında da cəmiyyətə hörmətsizlik etmək, onlarda özünün müstəsna şəxsiyyət olması fikri yaratmaq niyyəti yoxdursa, onun cəmiyyət tərəfindən müşahidə edilən, bütün tərkib əlamətləri ilə konkret şəxsə yönələn və qısa zaman ərzində baş verən zorakı davranışı xuliqanlıq cinayəti kimi qiymətləndirilə bilməz. Əks halda, xuliqanlıq cinayətinin tərkib əlaməti olan subyektiv cəhət cinayət hüquqi baxımdan öz mənasını və əhəmiyyətini itirərdi. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, hadisə şəxsi münasibətlər zəmnində başlamış, qısa müddət ərzində davam etmişdir. Təqsirləndirilən şəxsin niyyəti müəyyən olunmadan şəxsin əsassız olaraq xuliqanlıqla törədilən cinayətə görə təqsirli bilinməsi ondan irəli gəlir ki, ibtidai istintaq orqanı hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkət verici amil polunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, əvvəlki davranışları, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özülüyündə əməlin xuliqanlıqla törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ittiham tərəfinin iddia etdiyi kimi baş vermiş hadisə motivsiz, yaxud xuliqanlıq cinayət əməlinin dispozisiyasında əks olunan hərəkətlərin edilməsi ilə baş verən hadisə deyil və şəxsi münasibətlərin pozulması zənində baş vermiş dalaşmadır. Bu zamanda baş vermiş dava-dalaş zamanı ictimai qayda pozulmuş olsa belə bu halın xuliqanlıq kimi qiymətləndirilməsi məqsədmüvafiq deyildir. Odur məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 heç bir əsaslı səbəb olmadan əfrafda olan insanlara əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə qərəzli hərəkətlər, yəni yüksək səslə ətrafdakı şəxslərin ünvanına nalayiq ifadələr işlətməklə, həmçinin ətrafda olan insanların istirahət hüququnu pozub, şəxslər üzərində zor tətbiq edilməsi və əmlakın məhv edilməsi ilə müşayiət edilən hərəkətlər edib, yumruqla Zərərçəkmiş şəxs bir dəfə ağız nahiyyəsinə qəsdən vurub sonuncuya “üst dodağın sol yarısının kəskin şişkinliyi və sıyrığı, sol alt çənə nahiyyəsinin sıyrığı, alt dodağın sol yarısının şişkinliyi, qançırı və səhti əzilmiş yarası, üst dodağın sol yarısında selikli qişanın əzilmiş yarası” xəsarəti ilə müşayiət edilən və dərəcəsinə görə sağlamlığın qısa müddətəpozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarti yetirərək xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, onun əməli müvafiq olaraq ittiham edildiyii Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci madəsi ilə tövsif olunmalıdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs tərəfindən CM-in 128-ci maddəsi ilə cinayət hadisəsinin törətməsi təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, sənədlər və iş materialları üzrə ibtidai istintaq zamanı qanuni yolla toplanmış məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Azərbaycan Respublikası CM-in 73.2. Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeid hissəsinin 1-ci bəndində əsasən şəxs bu Məcəllənin 72-74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qanunun tələblərindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmamış və ona dəymiş ziyanı tamamilə ödəmədiyindən hazırki iş üzrə əməlinə CM-in 73-cü maddəsinin tətbiqinə yol verilə bilməz və o törətdiyi hazırki cinayət əməlinə görə məsuliyyət daşımalıdırlar. Təqsirləndirilən şəxs AR CM-in 128-ci maddəsi ilə təqsirini etiraf edərək səmimi peşmançılıq çəkməsi onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21-ci və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş materiallarından aydın olur ki, cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri barəsində olan hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1200 (bir min iki yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs barələrində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №1(061)-61/2025
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-61/2025
03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver