Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1(061)-62/2025 19.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Xüsusi ittihamçı Zərərçəkmiş şəxs, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Paşayev Arif Yaşar oğlunun, Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Paşayev Arif Yaşar oğlunun barəsində Azərbaycan Respublikası CM-in 147.2-ci və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Paşayev Arif Yaşar oğlunun sosial internet şəbəkələrində onun barəsində cəmiyyət arasında təşəkkül tapmış etik davranış qaydalarına zidd olaraq ədəbsiz, şəxsiyyətini alçaldan məlumatlar yaydığına görə Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə, eyni zamanda “Facebook” sosial internet şəbəkəsində onun şəklini paylaşaraq, əsasız olaraq onu ağır cinayətin törədilməsində, yəni rüşvətxorluqda ittiham edərək böhtan xarakterli məlumatları kütləvi şəkildə yaydığına görə Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittihamçı Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında vermiş olduğu şikayəti tam qanuni əsaslı hesab edərək, təqdim etmiş olduğu dəlillər əsasında barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs Paşayev Arif Yaşar oğlunun sosial internet şəbəkələrində onun barəsində cəmiyyət arasında təşəkkül tapmış etik davranış qaydalarına zidd olaraq ədəbsiz, şəxsiyyətini alçaldan məlumatlar yaydığına görə Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə, eyni zamanda “Facebook” sosial internet şəbəkəsində onun şəklini paylaşaraq, əsasız olaraq onu ağır cinayətin törədilməsində, yəni rüşvətxorluqda ittiham edərək böhtan xarakterli məlumatları kütləvi şəkildə yaydığına görə Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Zərərçəkmiş şəxs eyni zamanda onu da qeyd etmişdir ki, eyni mahiyyətli şikayəti üzrə Tərtər Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli qərarın surətini almış, ondan şikayət verməmiş, eyni şikayətlə olduğu kimi məhkəməyə müraciət etmişdir. Şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Paşayev Arif Yaşar oğlunun vəkili Müdafiəçi bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Paşayev Arif Yaşar oğlu barəsində xüsusi ittihamçı Zərərçəkmiş şəxs şikayəti qanunvericiliyin tələblərinə ziddir, icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, xüsusi ittihamçı Zərərçəkmiş şəxs eyni mahiyyətli xüsusi ittiham qaydasında olan şikayəti Tərtər Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən Azərbaycan Respublikası CPM-in 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer şikayət ərizəsində göstərilməli olduğu halda, göstərilmədiyindən icraata qəbul olunmasından imtina olunmasına baxmayaraq yenidən eyni şikayəti təkrar etməklə şikayətin verildiyi tarix (il, ay və gün) və yer şikayət ərizəsində göstərməməklə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Paşayev Arif Yaşar oğlu barəsində xüsusi ittihamçı Zərərçəkmiş şəxs şikayəti qanunvericiliyin tələblərinə ziddir, icraata qəbul olunmasından imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Paşayev Arif Yaşar oğlu izahatında müdafiəçisinin dediklərini təsdiq edərək xüsusi ittihamçı Zərərçəkmiş şəxs şikayətinin qanunvericiliyin tələblərinə zidd olduğunu, icraata qəbul olunmasından imtina olunmasını bildirmişdir. Belə ki, xüsusi ittihamçı Zərərçəkmiş şəxs eyni mahiyyətli xüsusi ittiham qaydasında olan şikayəti Tərtər Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən Azərbaycan Respublikası CPM-in 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer şikayət ərizəsində göstərilməli olduğu halda, göstərilmədiyindən icraata qəbul olunmasından imtina olunmasına baxmayaraq yenidən eyni şikayəti təkrar etməklə şikayətin verildiyi tarix (il, ay və gün) və yer şikayət ərizəsində göstərməməklə məhkəməyə müraciət etmişdir. Ona görə də hesab edir ki, barəsində xüsusi ittihamçı Zərərçəkmiş şəxs şikayəti qanunvericiliyin tələblərinə ziddir, icraata qəbul olunmasından imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsionin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1-ci və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Azərbaycan Respublikası CPM-in 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materilların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Məhkəmə işdə olan sənədləri və proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Azərbaycan Respublikası CPM-in 302-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 293.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşagıdakılar göstərilir: Azərbaycan Respublikası CPM-in 293.3.1-ci maddəsinə əsasən şikayət verilmiş şəxs haqqında məlumatıar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğulliyyət növü, vəzifəsi ); Həmin Məcəllənin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); Həmin Məcəllənin 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyİ); Həmin NMəcəllənin 293.3.4-cü maddəsinə əısasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri iləvə konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərdə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; Həmin Məcəllənin 293.3.5-ci maddəsinə əsasən cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; Həmin Məcəlklənin 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer; Həmin Məcəllənin 293.3.7-ci maddəsinə əsasən şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 2933.7-cimaddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2- 302.1.4-cü, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərar çıxarır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə əsasən, məhkəmələrə tövsiyyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4-cü və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. İş materiallarından aydın olur ki, Paşayev Arif Yaşar oğlunun barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 293.3.6-cı maddəsində şikayətin verildiyi tarix (il, ay və gün) və yer, eləcə də cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə təsdiq edildiyi şikayət ərizəsində göstərilməli olduğu halda xüsusi ittihamçı Zərərçəkmiş şəxs qanuvericiliyin bu tələblərinə əməl etmədən məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 302-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Paşayev Arif Yaşar oğlunun Azərbaycan Respublikası CM-in 147.2-ci və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittihamçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №1(061)-62/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №1(061)-62/2025
19.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver