Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-63/2025 04.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X8, Müdafiəçi4, təqsirləndirilən şəxs X32 iştirakları ilə xx xxxx 1980-ci ildə Dəvəçi şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Şabran rayonu Qazbabalı kəndində qeydiyyatla olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində 04 avqust 2025-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, X32 Azərbaycan Respublikası CM-in 296.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X48 şəxsin ağır cinayət törətməkdə ittiham olunması və süni ittiham sübutlarının yaradılması ilə bağlı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə cinayət əməlini törətmişdir. Belə ki, X48 gəlir əldə etmək məqsədi ilə başqa şəxslərə pul vəsaitinin borc müqabilində faizlə verilməsi fəaliyyəti ilə məşğul olan tanışı X14 dövriyyə etdirərək digər şəxslərə sələm verməsi müqabilində özünə məxsus pul vəsaitini verdikdən sonra əvvəllər tanımadığı və sonradan istintaq prosesində əyani şəkildə görmüş olduğu Tərtər rayonu, Dəmirçilər kənd sakini Zərərçəkmiş şəxs2 ona məxsus pul vəsaitini Vüsalə Fətullayevadan üzərində müəyyən faiz qaytarmaq şərti ilə alması və ödənişləri gecikdirərək borc öhdəliyini yerinə yetirməməsi barədə məlumat əldə edərək həmin pul məbləğini aylıq faizi ilə birlikdə geri ödəməsini Vüsalə Fətullayevadan mütəmadi şəkildə geri tələb etmiş və Zərərçəkmiş şəxs2 Bakı Hərbi Məhkəməsinin 25 avqust 2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsindən sonra gəlir əldə etmək üçün dövr etdirmək istədiyi pul vəsaitini və aylıq faiz gəlirini geri ala bilməyəcəyini ehtimal edərək tanışı X21 ilə qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs2 və sonuncunun atası Tərtər rayonu, Dəmirçilər kənd sakini Zərərçəkmiş şəxs1 guya onu, tanışı Vüsalə Fətullayevanı övladlığı X44 ilə birlikdə işə düzəltmək vədi ilə aldadaraq ondan 10.000 (on min) manat və tanışı X9 44.000 (qırx dörd min) manat, ümumilikdə isə 54.000 (əlli dörd min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələri barədə həqiqəti əks etdirməyən məlumatları 19 fevral 2023-cü il tarixdə Tərtər rayon Polis Şöbəsində HK-1/237 nömrəsi ilə qeydiyyata alınmış ərizəsində və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdar edildikdən sonra Tərtər rayon Polis Şöbəsində HK-1/237 nömrəsi ilə qeydiyyata alınaraq İstintaq qrupunda araşdırması aparılmış ilkin yoxlama materialı üzrə verdiyi 19 fevral 2023-cü il tarixli izahatında göstərərək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ağır cinayəti törətməkdə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmələrində ittiham olunması ilə bağlı yalan xəbərçilik etmiş və nəticədə Tərtər rayon X47 qrupunda başlanılaraq daha sonra Bakı Hərbi Prokurorluğunda və Respublika Baş Prokurorluğun İstintaq İdarəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.3.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına və əsassız olaraq cinayət təqibinə məruz qalmalarına nail olmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 296.2-ci maddəsi maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs X48 məhkəmə iclasında veridiyi izahatında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittihamın mahiyyəti və mənası ona aydındır. Tərtər rayonu, Dəmirçilər kənd sakinləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təqribən 2021-ci il tarixdən tanıyır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə əvvəllər arasında heç bir ədavət və ya düşmənçilik olmamışdır. X15 5-6 il müddətdir tanıyır və sonuncu ilə qonşu münasibətləri olmuşdur. Vüsalə Fətullayeva daha öncə yaşamış olduğu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında qonşuluqda yaşamışdır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə Vüsalə Fətullayeva vasitəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs2 və X5 işə düzəltmək vədi altında ona və Vüsalə Fətullayeva qarşı dələduzluq cinayət əməlini törətmələri barədə ərizə ilə 2023-cü ilin yanvar ayında Tərtər rayon Polis Şöbəsinə müraciət etmişdir. Müraciəti əsasında Tərtər rayon Polis Şöbəsində ilkin aparılan araşdırma, həmçinin cinayət işi üzrə istintaq zamanı ərizə və ifadələrində, eyni zamanda cinayət işi üzrə Bakı Hərbi Prokurorluğunda və Hərbi Prokurorluğun İstinaq idarəsində aparılan istintaq zamanı vermiş olduğu ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə Vüsalə Fətullayevanın yaşamış olduğu Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsində yerləşən evində tanış olmuşdur. Vüsalə Fətullayeva 2021-ci ilin sonlarına yaxın dəqiq xatırlamadığı tarixdə ona zəng edərək tanışları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 evinə qonaq gələcəyini, Vüsaləni və qohumu Eltonu işə düzəldəcəyini, onu da işə düzəltməsini Mircavaddan və Mirislamdan xahiş etdiyini bildirib onu da öz evinə dəvət etmişdir. Vüsalənin evinə getdikdə isə Vüsalə onu Mircavad və Mirislamla tanış edib sonuncuları özünün ailəvi dostları kimi təqdim etmişdir. Tanışlıq zamanı ona məlum olmuşdur ki, Mircavad Bakıda zavod tikdirir. Mircavad tezliklə zavodun işə düşəcəyini, onu, Vüsaləni və sonuncunun oğlunu həmin zavodda işlə təmin edəcəyini bildirmişdir. Ay ərzində isə 2000 manat əmək haqqı alacaqlarını demişdir. İlk görüşlərindən təxminən 2 ay müddət keçdikdən sonra Mircavad oğlu Mirislamın mobil telefonu ilə Vüsaləyə məxsus xatırlamadığı mobil nömrəyə zəng edərək onu, Vüsaləni və sonuncunun qeyri-rəsmi oğlu Eltonu işlə təmin etməsi üçün təcili 50.000 (əlli min) manat pul vəsaitini Mircavada verməli olduqlarını bildirmişdir. Bu barədə məlumatı isə həmin ərəfədə o, Vüsalədən əldə etmişdir. Belə ki, zəng əsnasında o, Vüsalənin yanında olmamışdır. Vüsalə isə Mircavada 50.000 (əlli min) manat pul vəsaitini qısa müddət ərzində düzəldə bilməyəcəyini bildirmişdir. Mircavad isə pulun yarısını indi, qalıq hissəsini isə əmrləri gəldikdən sonra verilməsini bildirmişdir. Hazırda dəqiq xatırlamadığı tarixdə o, Bakı şəhəri, Yasamal rayonu, “Qış Parkı” adlandırılan parkın ərazisinə gəlmişdir. Mircavad və Mirislam da həmin əraziyə gəlmişlər. Orada olarkən Vüsalə ondan almış olduğu 10.000 (on min) manat pul vəsaitinin üzərinə özündə olan 15.000 (on beş min) manat pul vəsaitini əlavə edib ümumilikdə 25.000 (iyirmi beş min) manat pul vəsaitini ərazidə onun iştirakı ilə Mircavada vermişdir. Bundan sonra oradan çıxıb getmişlər. Bu görüşlərindən təqribən 2 ay müddət keçsə də, işə düzəlmələri ilə bağlı heç bir xəbər olmamış və Mircavad sözünə əməl etməmişdir. O, Mirislamla heç vaxt telefonla danışmamışdır. 2022-ci ilin iyun-avqust aylarında Vüsalə ilə danışmış və Mirislama, eləcə də Mircavada vədlərinə əməl etmələrini, ya da pulunu qaytarmasını deməsini bildirmişdir. Vüsalə təxminən 2022-ci ilin mart ayında Mircavadın əlavə olaraq 29.000 (iyirmi doqquz min) manat pul vəsaitini də istədiyini bildirmişdir. O, isə verəcək pulunun olmadığını Vüsaləyə bildirmişdir. Daha sonra Vüsalə 29.000 manat pul vəsaitini özü düzəldərək Mircavad və Mirislama 2022-ci ilin iyun ayında verdiyini, 29.000 (iyirmi doqquz min) manat pul vəsaitinin bir hissəsini Yaqub Almuradovdan aldığını ona bildirmişdir. Ondan alınmış 10.000 (on min) manat pul vəsaitini Vüsalə Fətullayevadan tələb edəcəyini sonuncuya bildirdikdə Vüsalə ona pullarının alınması üçün hüquq mühafizə orqanlarına müraciət etmələrini təklif etmişdir. Vüsalə Fətullayeva ilə onun şikayət ərizələri əsasında onlara qarşı dələduzluq cinayət əməlinin törədilməsi ilə bağlı Tərtər rayon Polis Şöbəsində ilkin araşdırma aparılmış və cinayət işi başlanılmışdır. Cinayət işinin gedişində isə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində cinayət təqibi aparılmışdır. Aparılmış istintaq zamanı isə cinayət işinə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsində xitam verilmişdir. O, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 deyil, Vüsalə Fətullayevadan şikayət etməli idi. Belə ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ona Vüsalə Fətullayeva təqdim etmişdir və ona sonuncuların onu işə götürəcəyini bildirmişdir. Ona verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs (Əhmədova) ifadəsində əlavə olaraq göstərmişdir ki, müraciəti əsasında Tərtər rayon Polis Şöbəsində aparılan araşdırma zamanı ərizə və izahatları alınarkən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. O da edilmiş xəbərdarlığı həm ərizəsində, həm də izahatında öz imzası ilə təsdiq etmişdir. Tərtər rayon polis şöbəsinə ünvanladığı 19 fevral 2023-cü il tarixli ərizəsi ona təqdim olunmuşdur. Ərizə ona məxsusdur və özü tərəfindən hüquq mühafizə orqanına, yəni Tərtər rayon Polis Şöbəsinə yazılmışdır. Ərizə də qeyd olunan xüsusatların onun tərəfindən yazılmasını təsdiq edir. Həmin ərizədə “Mən biləbilə yalan xəbərçilik etmək barədə Azərbaycan Respublikası CM-nin 296-cı maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdar olundum” cümləsinin alt hissəsində olan imza, eləcə də ad və soyadının qeyd olunduğu əlyazma, həmçinin ərizədə cinayətin törədilməsi haqqında verilmiş məlumat özü tərəfindən icra edilmiş, mətn özü tərəfindən yazılmışdır və imza özünə məxsusdur. Ərizə verməmişdən öncə ona Azərbaycan Respublikası CM-in 296-cı maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Tərtər rayon Polis Şöbəsində ilkin yoxlama materialı üzrə aparılmış araşdırma zamanı vermiş olduğu izahatları, ********* nömrəli cinayət işinin Tərtər rayon Polis Şöbəsində, Bakı Hərbi Prokurorluğunda və Respublika Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılmış ibtidai istintaqı zamanı vermiş olduğu bütün ifadələrini və etmiş olduğu müraciətlərini təsdiq edir. Bütün izahatlar və verilmiş ifadələr onun sözləri ilə doğru yazılmışdır və özü imzası ilə ifadələrini, izahatlarını təsdiq etmişdir. Vüsalə Fətullayevanın xx.xx.2023-cü il tarixli ərizəsi ilə 01 ədəd disk məlumat daşıyıcısının içərisində olan hüquq mühafizə orqanlarına təqdim etmiş olduğu videgörüntü ona təqdim edilmişdir. Videogörüntü ilə tanış olmuşdur. Ona təqdim edilən videogörüntüdə əks etdirilmiş məkanın, yəni evin hara olması ona məlum deyildir. Videogörüntünün məzmunu barədə heç bir məlumata malik deyildir. Həmin videogörüntülərin kimin tərəfindən və harada, hansı cihazla qeydə alınması barədə heç bir məlumata malik deyildir, videogörüntülərin mənbəyi barədə heç nə deyə bilmir, məlumatsızdır. Vüsalə Fətullayevanın xx.xx.2023-cü il tarixli ərizəsi ilə 01 ədəd disk məlumat daşıyıcısının içərisində olan hüquq mühafizə orqanlarına təqdim etmiş olduğu səsyazıları ona təqdim edilmişdir. Səs yazılarında səsləndirilən “Mirislam telefona cavab ver tez” sözlərinin kimə məxsus olması və kimə ünvanlanması, eləcə də kimin tərəfindən araşdırmaya təqdim edilməsi və haradan əldə olunması barədə məlumatsızdır. Həmin səsyazılarının kim tərəfindən və kimə göndərilməsi, eləcə də səs yazısının kim tərəfindən araşdırmaya təqdim olunması barədə heç bir məlumatı yoxdur. Səs yazılarında səsləndirilən “Onların əlindən kağız almamış heç kimə pul verməyəcəm” məzmunlu səsin kimə məxsus olması və kimə ünvanlanması, eləcə də kimin tərəfindən araşdırmaya təqdim edilməsi və haradan əldə olunması barədə məlumata malik deyildir. Səs yazıları barədə heç bir fikri yoxdur. İlkin ərizə və izahatlarında qeyd etmiş olduğu xüsusatları dəyişməsinə səbəb Zərərçəkmiş şəxs1 Tərtər rayon sakini olmasıdır. Belə ki, o, ilk dəfə düşünmüşdür ki, Zərərçəkmiş şəxs1 Tərtər rayonu ərazisində yaşayır və şikayətləri təmin edilməklə pulları daha tez zamanda alınıb onlara qaytarılacaqdır. Lakin, şikayətinin yubanması səbəbindən və pulunun qaytarılmasının təmin edilməməsinə görə Tərtər rayonu, Dəmirçilər kəndində yerləşən evinə qonaq gedərək həmin evdə bir neçə saat oturduqdan sonra Vüsalə Fətullayevanın 25.000 manat məbləğində pul vəsaitini onun, Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 və həyat yoldaşı Şahid2 yanında Zərərçəkmiş şəxs1 verməsinə dair izahatında olan xüsusatları dəyişdirərək pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu, “Qış parkı” deyilən ərazidə verdiyini sonraki izahat və zərərçəkmiş şəxs qismində ifadələrində bildirmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə 2021-cı il tarixdə Vüsalə Fətullayevanın onu evlərinə dəvət etməsi əsasında və sonuncunun vasitəsilə o, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə Vüsalə Fətullayevanın evində tanış olmuşdur. 12 aprel 2023-cü il tarixli izahat ona məxsusdur və doğruluğunu təsdiq edir. İzahatda olan imzalar ona məxsusdur və tərəfindən icra edilmişdir. 19 fevral 2023-cü il tarixli ilkin izahatında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə 2021-ci ilin sonlarında onu evinə dəvət etmiş X11 evində tanış olmasını göstərməsi ilə 12 aprel 2023-cü il tarixli izahatında isə 25.000 manat pul vəsaitinin Zərərçəkmiş şəxs1 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, “Qış parkı” deyilən ərazidə onlardan alınması zamanı Vüsalə Fətullayevanın onu Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə həmin ünvanda tanış etdiyini bildirməsi arasında yaranmış ziddiyyəti heç nə ilə izah edə bilmir. Lakin, xatırlayır ki, Mircavad və Mirislam ilə onu Vüsalə Fətullayeva parkda deyil, evdə tanış etmişdir. O, Zərərçəkmiş şəxs1 yaşadığı Tərtər rayonu, Dəmirçilər kəndində heç vaxt olmamışdır. Şahid2 tanıyır. Şahid2 ilk dəfə Tərtər rayon Polis Şöbəsində şikayət ərizəsi əsasında aparılmış araşdırma zamanı görmüşdür. Daha öncə Şahid2 görməmiş və aralarında ünsiyyət olmamışdır. Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten dairəsinin 10 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Qış parkı”nın ərazisi deyil, başqa ərazini göstərməsini və Vüsalə Fətullayeva ilə 10 yanvar 2022-ci il tarixdə danışıqlarının olmamasını heç nə ilə izah edə bilmir. Belə ki, Zərərçəkmiş şəxs2 ilə görüşlə bağlı Vüsalə Fətullayeva əlaqə saxlamışdır. Onun heç bir ünsiyyəti olmamışdır. Vüsalə Fətullayevanın sələmə pul verməklə məşğul olması barədə məlumatı olmamışdır. İfadəsində qeyd etdiyi kimi Zərərçəkmiş şəxs2 ilə Vüsalə Fətullayeva əlaqə saxlamışdır. Onun isə heç bir ünsiyyəti olmamışdır. Bu səbəbdən də Vüsalə Fətullayevanın istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında sms mətnlərdə dələduzluq cinayət əməlinin onlara qarşı törədilməsi məzmunlu sms mətnlərinin olmamasını heç nə ilə izah edə bilmir. Onu heç kim cinayətin törədilməsi barədə yalan məlumat verməyə təhrik etməmişdir, nə də yalan məlumat müqabilində ona hər hansı vəd verilməmişdir. O, ümumiyyətlə cinayətin törədilməsi barədə yalan məlumat verməmişdir. O, hadisələri olduğu kimi danımışdır. X2 və ya Zərərçəkmiş şəxs1 qisas almaq kimi heç bir niyyəti olmamışdır. Hadisə barədə hüquq mühafizə orqanına məlumat verməsinə, izahatında həmin xüsusatları bildirməsinə hər hansı şəxs tərəfindən ona qarşı təzyiq və ya təsir, hədə-qorxu, sövdələşmə, ələ alma kimi hallar olmayıb. Cinayət hadisəsi barədə hüquq mühafizə orqanına məlumat verməsinə ona heç kim köməklik göstərməmiş, göstəriş verməmiş, ona qarşı dələduzluğun törədilməsi barədə məlumat verməsində özündən başqa heç kim birbaşa iştirak etməmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona və X14 qarşı dələduzluq etməsi barədə ərizə ilə hüquq mühafizə orqanlarına müraciət edərkən və ya Tərtər rayon Polis Şöbəsində izahatı alınarkən o, tək və sərbəst şəkildə izahatında həmin xüsusatları bildirmişdir. Nə müraciət etməzdən əvvəl, nə də izahatı alınarkən heç kim ona köməklik etməmiş, məsləhət verməmişdir. O, müstəqil şəkildə özü müraciət etmiş və izahatını müstəqil şəkildə vermişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona və X14 qarşı dələduzluq etməsi barədə ərizə ilə hüquq mühafizə orqanlarına müraciət etməzdən əvvəl bu niyyəti bağlı heç kimin məlumatı olmamışdır. Hüquq mühafizə orqanlarına müraciət etmək təklifini isə ona X21 etmişdir. Azərbaycan Respublikası CM-in 296.2-ci maddəsi ilə ona elan edilmiş cinayətin törədilməsi haqqında bilə-bilə yalan xəbərçilik etməkdə özünü təqsirli bilmir. Belə ki, hadisələr onun ifadəsində göstərdiyi kimi baş vermişdir. O, yalan məlumat verməmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən xitam verilməsi haqqında 14 dekabr 2023-cü il tarixli qərardan həmin qərarın ləğv edilməsinə dair məhkəmə nəzarəti qaydasında Bakı Hərbi Məhkəməsinə ünvanlamış olduğu şikayət təmin edilməmiş, cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən xitam verilməsi haqqında 14 dekabr 2023-cü il tarixli qərar qanuni hesab edilərək qüvvədə saxlanılması haqqında həmin qərardan nə səbəbə apelyasiya qaydasında şikayət etmədiyini bilmir. Bunu heç nə ilə izah edə bilmir. İfadəsində Zərərçəkmiş şəxs1la və Zərərçəkmiş şəxs2 ilə Vüsalə Fətullayeva vasitəsi ilə tanış olduğunu, əvvəllər sonuncuları tanımadığını və pulu Vüsalə Fətullayevaya verdiyini, Vüsalə Fətullayevanın ona məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini Mirislam və Mircavada verdiyini göstərsə də, hüquq mühafizə orqanlarına nə səbəbə Vüsalə Fətullayevadan deyil, məhz Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 şikayət etməsini bilmir, bunu heç nə ilə izah edə bilməmişdir. Hökm çıxararkən nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs X48 özünü təqsirli bilməsə də onun hazırki cinayət əməlini törətməsi aşağıdakı sübutlarla tam təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, təqsirləndirilən şəxslə heç bir ədavəti olmamışdır. 2015-ci ilin aprel ayından 2022-ci ilin fevral ayının 23-dək Müdafiə Nazirliyinin N saylı hərbi hissələrində gizir rütbəsində müxtəlif vəzifələrdə xidmət etmişdir. xx.xx.2022-ci il tarixdə Bakı Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 178.1 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəza müddətinin bir hissəsini 17 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir, hazırda isə Gəncə şəhərində fəaliyyət göstərən 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasının qalıq hissəsini çəkir. Mahiyyəti üzrə bildirir ki, X15 şəxsən tanısa da, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə aparılmış istinaq zamanı görmüşdür. Vüsalə Fətullayeva ilə 2021-ci ilin sonlarında dəqiq xatırlamadığı tarixdə tanışı Məhəmmədin vasitəsi ilə tanış olmuş və həmin vaxtdan da səmimi dostluq münasibətləri yaranmışdır. Məhəmməd isə atası Zərərçəkmiş şəxs1 tələbə yoldaşının oğlu olmuşdur. Bir neçə dəfə müxtəlif vaxtlarda Vüsalə ilə Yasamal rayonu ərazisində Qış parkının yaxınlığında olan Vüsalənin yaşadığı mənzildə və parkda görüşüb münasibət saxlamışlar. 2022-ci ilin yanvar ayının əvvəllərində pula ehtiyacı olmuşdur. Bununla bağlı Vüsalə Fətullayevadan üzərində müəyyən faizlə geri qaytarmaq şərti ilə 300-500 manat civarında pul vəsaitini sələm olaraq borc almağa başlamışdır. Məhəmməd vasitəsi ilə tanış olduğu üçün ilk məbləği də Məhəmmədin yanında həmin ərəfədə rentekardan icarə götürdüyü “Mercedes Gelendevagen” markalı qeydiyyat nişanını dəqiq xatırlamadığı avtomobilin içərisində Yasamal rayonu ərazisində Vüsalənin yaşadığı evin yaxınlığında götürmüşdür. Həmin məbləğ təqribən 200 manat təşkil etmiş, şərtlərinə əsasən isə hər ay üçün də 50 manat faiz ödəməli olmuşdur. Daha sonra yenə pula ehtiyacı olduğundan 2022-ci ilin iyun ayına qədər müxtəlif vaxtlarda ümumi məbləği 7.000 (yeddi min) manat təşkil edən pul vəsaitini Vüsalə Fətullayevadan borc olaraq almışdır. Lakin maddi durumu yaxşı olmadığı üçün əldə etmiş olduğu pulları Vüsalə Fətullayevaya geri ödəyə bilməmişdir. İstifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə Vüsalə Fətullayevanın istifadəsində olan dəqiq xatırlamadığı mobil nömrəsinə daim sms mesajları ünvanlamaqla və zəng etməklə əlaqə saxlamışdır. Almış olduğu pul vəsaitini və üzərində yığılmış faizi geri ödəyə bilmədiyi üçün Vüsalə mütəmadi ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, eləcə də sms mətnlər ünvanlayaraq pulu və aylığını ödəməsini tələb etmişdir. Belə ki, Vüsalə sələm qismində ona vermiş olduğu pul vəsaitinin bir qismini Təqsirləndirilən şəxs almışdır. Bu səbəbdən də Aidənin faizləri və sələm verdiyi pulunu geri istədiyini göndərdiyi sms mətnlərdə göstərmişdir. O, almış olduğu sələm pulu isə kredit ödənişləri və şəxsi ehtiyaclarına ödəmiş, həmin ərəfələrdə isə işləmədiyi üçün geri qaytara bilməmişdir. Pulları qaytara bilmədikdə isə Vüsalə ona pulun faizinin çoxaldığını və 13.000 manat olduğunu, daha sonra isə 18.000 manata qalxdığını və sonuncu dəfə 35000 olduğunu bildirmişdir. O, həbs edildikdən sonra isə pulun faizi ilə birlikdə şişərək 47.000 manat olduğunu bildirmişdir. Aidə Qarafarovanı o, həmin ərəfələrdə tanımamışdır. Belə ki, Aidə “Whatsapp” mobil tətbiqi ilə ona sms yazdıqdan sonra Aidə ilə qiyabi şəkildə tanış olmuşdur. Aidə ona sms yazaraq Vüsalənin faizə pul götürdüyü adını xatırlamadığı şəxsin sıxdığını və pulu qaytarmaq lazım olduğunu bildirmişdir. Lakin bütün bunlara baxmayaraq, nə o, nə də atası Zərərçəkmiş şəxs1 işə düzəltmək vədi altında Vüsalə Fətullayeva və ya Təqsirləndirilən şəxs 54.000 manat pul vəsaitini almamışlar. Vüsalə Fətullayeva və Təqsirləndirilən şəxs sələm verməklə məşğuldurlar. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra onun pulu faizi ilə geri qaytarmaq iqtidarında olmayacağını dərk edən Vüsalə və Aidə sələmə pul vermələrini ört basdır etmək məqsədi ilə atası Zərərçəkmiş şəxs1 və onun guya onlara işə düzəltmək vədini vermələri, eyni zamanda onlardan 54.000 manat məbləğində pulu alaraq onlara qarşı dələduzluq etmələri barədə hüquq mühafizə orqanlarına ərizə verib ifadələrində şər və böhtan xarakterli məlumatlar göstərib onun və atası Zərərçəkmiş şəxs1 tərəfindən cinayətin törədilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmişdirlər. Eyni zamanda ifadələrində ilk öncə guya pulu Tərtər rayonu ərazisində verdiklərini göstərsələr də, sonradan yalan məlumatlarının aşkara çıxacağını bilib həmin pulu Yasamal rayonu, Qış parkı ərazisində vermələrini bildirmişlər. Atası Zərərçəkmiş şəxs1 ümumiyyətlə nə Vüsalə Fətullayevanı, nə də Təqsirləndirilən şəxs tanımamışdır, sonuncularla heç bir əlaqəsi, münasibəti olmamışdır. X37 ilə ailəvi dost münasibətləri olmamışdır. Aidəni və Vüsaləni atası Zərərçəkmiş şəxs1 ilk dəfə Tərtər rayon Polis Şöbəsində üzləşdirmə aparılarkən görmüşdür. Ailəvi yaxın olduqları şəxslər Tərtər rayonu, Dəmirçilər kəndi ərazisində yaşadıqları evin qonşuluğunda yaşayan şəxslərdir. Belə şəxslərdən misal olaraq Fəranə xalanı qeyd edə bilər. Fəranə demək olar ki, hər gün Rəfiqə kimi münasibət saxladığı anasına baş çəkir. Əgər həqiqətən onların Vüsalə ilə ailəvi dost münasibəti, gediş-gəlişləri olsa idi, Fəranə onları tanıyardı. Vüsalə isə ifadələrində oğlu kimi qələmə verdiyi Eltun adlı şəxsin guya onunla vaxtilə işlədiyi hərbi hissələrin birində tanış olmasını göstərmişdir. Eyni zamanda Vüsalə Fətullayeva ifadəsində göstərmişdir ki, guya Eltun Rəhmanlı onu 2017-ci ildən tanıyır, guya Eltun Rəhmanlı onu ilk dəfə Beyləqan rayonunda yerləşən N nömrəli hərbi hissədə işləyərkən tanımış və aralarında dostluq münasibətləri yaranmışdır. Halbuki, o, ümumiyyətlə X33 tanımır və N may N-cu il tarixdən Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzindən təyinatla həmin hərbi hissəyə gələrək şəxsi heyətin siyahısına salınmış və bütün növ təminatlarla təmin olunmuşdur, N-cu ildən xidmət aparmış və Beyləqan rayonunda olmuşdur. Bundan başqa, Vüsalə Fətullayevanın istifadəsində olmuş, hazırda xatırlamadığı mobil nömrəsi ilə onun istifadəsində olmuş mobil nömrə arasında çoxsaylı sms mətnlər vardır. Həmin sms mətnlərdə də X49 Qafarovadan alaraq, həmçinin ona sələmə vermiş olduğu pul vəsaitini geri istəyir. Əgər o, yaxud atası Zərərçəkmiş şəxs1 Vüsalə Fətullayevadan, yaxud Təqsirləndirilən şəxs işə düzəltmək vədi altında pul almışlarsa, ən azından Vüsalə bununla bağlı sms mətnlərdə müəyyən iradlarını bildirərdi. Lakin aralarında işə düzəltmək kimi heç bir söhbət olmamışdır. Vüsalənin Təqsirləndirilən şəxs ondan pulunu istəməsini sms mətnlərdə bildirməsinə səbəb isə Təqsirləndirilən şəxs onunla ünsiyyətinin, tanışlığının olmamasıdır. Belə ki, Vüsalə ona vermiş olduğu pul vəsaitinin bir hissəsini Aidədən almışdır. Aidə də onu tanımadığı üçün öz pulunu Vüsalədən tələb etmişdir. İfadələrində isə çoxsaylı ziddiyyətli məsələləri bildirərək ilk öncə guya hadisənin Tərtər rayonu ərazisində baş verməsini, daha sonra hadisənin guya Bakı şəhəri ərazisində olmasını bildirmişlər. Bundan başqa, guya Təqsirləndirilən şəxs anası Mənsurəni tanımasını, yaşadığı evdə dəfələrlə olmalarını göstərsələr də, anası Mənsurə ilə üzləşdirmə istintaq hərəkətlərinin aparılması zamanı Təqsirləndirilən şəxs ümumiyyətlə qarşısında əyləşmiş anasının kim olmasını bilməmişdir. Sonradan ona məlum olumuşdur ki, Vüsalə Fətullayeva borc almış olduğu tanışlarına da müraciət edərək onlardan onun barəsində şikayət etmələrini tələb etmişdir. Həmin şəxslərdən biri əvvəllər birlikdə xidmət etdiyi Şahid5dir. Həbs olunmasına görə Vüsalə Fətullayevanın ona sələmə vermiş olduğu pul vəsaitini və üzərində yığılmış faizi geri ödəyə bilmədiyi üçün Vüsalə Aidə ilə əlbir olub guya işə düzəltmək vədi altında onlardan pul almaları ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib onun və atasının cinayət törətməsi barədə bilə-bilə yalan xəbərçilik edib, saxta sübutları hüquq mühafizə orqanlarına təqdim etmişlər. Nəticə də isə atası və özünün ilkin olaraq Tərtər rayon Polis Şöbəsində, daha sonra isə Bakı Hərbi Prokurorluğu, Hərbi Prokurorluğun İstintaq idarəsində istintaqı aparılmış cinayət işi üzrə cinayət təqibinə məruz qalmaqlarına və əsassız yerə cinayət məsuliyyətinə cəlb edilməklərinə nail olaraq ona və atasına mənəvi ziyan vurmuşdurlar. Ona verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, X21 onun və atası Zərərçəkmiş şəxs1 işə düzəltmək vədi altında onlardan 54.000 manat pul vəsaitini, eləcə də 800 manat dəyərində “Redmi” markalı mobil telefonu və 500 manat dəyərində qızıl üzük almaları ilə bağlı hüquq mühafizə orqanına xx.xx.2023-cü il tarixli ərizə ilə 01 ədəd disk məlumat daşıyıcısının içərisində təqdim etdiyi videogörüntü Vüsalə Fətullayeva tərəfindən qeydə alınmamışdır. Videogörüntü onun əvvəllər sevgi münasibətində olduğu Əsmər adlı qadın tərəfindən yaşadıqları Tərtər rayonu, Dəmirçilər kəndində yerləşən evlərində o, həbsdə olduğu ərəfədə çəkilmişdir. Vüsalə Fətullayeva, nə də Təqsirləndirilən şəxs valideynlərinin yaşadığı Tərtər rayonu, Dəmirçilər kəndində olmamışlar. Həmin videogörüntünü X16 məlum olmayan şəraitdə əldə edərək hüquq mühafizə orqanlarına təqdim etmişdir. Ərizəsində də guya həmin videogörüntünü evlərində olarkən qeydə almasını göstərmişdir. Səsyazıları ilə bağlı onu deyə bilər ki, həmin səsyazıları münasibətdə olduğu və evindən oğurluq etdiyi Leyla adlı qadının barəsində etmiş olduğu şikayət əsasında daxili işlər orqanlarında aparılan araşdırma zamanı atasının telefon danışığının səsləridir. Həmin səsyazılarını Vüsalə Fətullayevaya göndərməmişdir. Vüsalənin də həmin səsyazılarını haradan və kimdən əldə etməsi ona məlum deyildir. Vüsalə videogörünütünün guya özü tərəfindən qeydə alınmasını, eləcə də səs yazısının guya onun tərəfindən Vüsaləyə göndərilməsini göstərərək cinayətin törədilməsi barədə yalan məlumatları hüquq mühafizə orqanına təqdim etmişdir. 800 manat dəyərində “Redmi” markalı mobil telefonu və 500 manat dəyərində qızıl üzüyü isə Vüsalə ona lombarda qoyub pul götürmək üçün vermişdir. O, mobil telefonu Bakı şəhəri ərazisində Neftçilər metrostansiyasına yaxın yerdə xatırlamadığı məbləğdə satmış, üzüyü isə Bakı şəhəri, Nizami rayonu ərazisində xatırlamadığı şəxsə məxsus lombarda qoyub təqribən 200 manat pul götürmüşdür. Aidə və Vüsalə ümumiyyətlə atasını tanımamışlar. O, həbs edildikdən sonra Vüsalə ilə arasında yaranmış sələm borcu ilə bağlı onu cəzaçəkmə müəssisəsində pulu ödəməsinə dair təhdid etmişlər. O, yaranmış vəziyyət barədə atasına məlumat verdikdən sonra Vüsalənin qardaşı kimi qələmə vermiş olduğu Fərid adlı şəxs atasına zəng edərək görüşə dəvət etmişdir. Atası ilə həmin Fərid adlı şəxs Bakı şəhəri, Nizami rayonu tərəfdə görüşdükdən sonra isə atasından pulu ödəməsini tələb etmişdir. Bir daha bildirir ki, videogörüntülər Vüsalə tərəfindən qeydə alınmamış, səsyazıları da özü tərəfindən Vüsaləyə göndərilməmişdir. Tərtər rayon X47 qrupunda başlanılaraq sonradan aidiyyəti üzrə Bakı Hərbi Prokurorluğuna, daha sonra isə Respublika Hərbi Prokurorluğunun İstintaq İdarəsinə göndərilmiş ********* nömrəli cinayət işi üzrə vermiş olduğu ifadələrini təsdiq edir. Həmin ifadələrdə qeyd olunan xüsusatları şəxsən bildirmiş və ifadələrinin doğrulunu təsdiq etidiyi imzalar onun tərəfindən icra edilmişdir. Hazırda təqsirləndirilən şəxs Aidə Əhmədovanın qadın olmasını nəzərə alaraq onun barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Mıəhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, təqsirləndirilən şəxs Aidə Əhmədovanı əvvəllər tanımamışdır, istintaq zamanı tanımışdır. Onunla heç bir ədavəti olmadığını bildirmişdir. 1993-2007-ci illərdə X43 müxtəlif vəzifələrdə işləmiş və 2007-ci ildə təqaüdə çıxmışdır. 2017-ci ilin aprel ayından hazırki vaxtadək Tərtər rayonu 42 saylı X13 fəhlə işləyir. Doğma oğlu Zərərçəkmiş şəxs2 2015-ci ildən 2022-ci ilin fevral ayınadək Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işləmişdir. Oğlu Mirislam 25 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.2, 178.1 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətdiyi üçün 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. X21 və Təqsirləndirilən şəxs şəxsən tanımır. Həmin şəxsləri o, barəsində arparılmış cinayət təqibi zamanı görmüşdür. Vüsalə Fətullayeva və Təqsirləndirilən şəxs onlara qarşı özü və oğlu Zərərçəkmiş şəxs2 tərəfindən dələduzluq cinayət əməlini törətmələri barədə hüquq mühafizə orqanlarına bilə-bilə yalan məlumat verərək onun və oğlunun barəsində 16 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işinin başlanılmasına və həmin maddələrlə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmalarına nail olmuşlar. İstintaq aidiyyəti üzrə Bakı Hərbi Prokurorluğuna göndərilmiş ********* nömrəli cinayət işi üzrə əməl sonradan CM-in 178.2.1 və 178.3.2-ci maddələrə tövsif olunmuşdur. Bununla da, Vüsalə Fətullayeva və Təqsirləndirilən şəxs onun və oğlu Mirislamın ağır cinayət törətməkdə ittiham olunmaqla təqsirləndirilmələrinə və əsassız yerə cinayət təqibinə məruz qalmalarına nail olumuşlar. Tərtər rayon X47 qrupunda başlanılaraq sonradan aidiyyəti üzrə Bakı Hərbi Prokurorluğuna, daha sonra isə Respublika Hərbi Prokurorluğunun İstintaq İdarəsinə göndərilmiş ********* nömrəli cinayət işi üzrə şahid qismində və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrini təsdiq edərək bildirir ki, 2022-ci ilin oktyabr ayının ortalarında axşam saatlarında o, evə gələndə arvadı Şahid2 oğlu Mirislamın zəng edərək azadlıqdan məhrum edilməmişdən qabaq faizlə Vüsalə adlı şəxsdən pul götürdüyünü lakin, azadlıqdan məhrum edildiyi üçün pulu ona qaytara bilmədiyini bu səbəbdən də onu cəzaçəkmə müəssisəsində incitdiklərini, problemlərinin olduğunu buna görə də onun “***-***-**-**” mobil nömrəsi ilə əlaqə saxlamasını tapşırdığını bildirmişdir. O, ilkin olaraq məsələni tam bilmədiyi üçün həmin nömrəyə zəng etməmişdir. Bir neçə saat sonra oğlu Mirislam yenidən arvadı Mənsurəyə zəng etmişdir. Bu vaxt o da arvadının telefonu vasitəsilə oğlu ilə danışıb qeyd olunan məsələ ilə bağlı məlumat almışdır. Mirislam ona azadlıqdan məhrum edilməmişdən öncə Vüsalə adlı şəxsdən bir neçə dəfə müxtəlif məbləğlərdə faiz qarşılığında pul aldığını, daha sonra azadlıqdan məhrum edildiyi üçün həmin pulu Vüsaləyə qaytara bilmədiyini Vüsaləyə 6000 (altı min) manat məbləğində borcunun olduğunu, həmin borcun bir qismini ödədiyini bildirmişdir. O, “***-***-**-**” mobil nömrəsinin kimə məxsus olduğunu soruşduqda Mirislam həmin nömrənin Vüsalə adlı şəxsin qardaşı Fəridə aid olduğunu bildirmişdir. O, pulunun olmadığını, həmin şəxslə danışsa belə pul verə bilməyəcəyini Mirislama bildirmişdir. Mirislam Rusiya Federasiyasında yaşayan hazırda adını xatırlamadığı dostunun 2023-cü ilin yanvar ayında 5000 (beş min) manat məbləğində pul göndərəcəyini, Fəridlə danışıb həmin vaxta kimi gözləməsini istəməsini bildirmişdir. O da səhhəti ilə əlaqədar mobil telefon işlətmədiyi üçün bacısının əri Şahid6 şəxsi istifadəsində olan mobil telefonu vasitəsi ilə oğlu Mirislamın dediyi kimi həmin nömrəyə zəng edərək Fərid adlı şəxlə danışmışdır. Fərid adlı şəxs ondan Bakı şəhərinə gəlməsini və üzbəüz söhbət etmək istədiyini bildirdikdə Fəridlə razılaşmışdır. Bundan bir neçə gün sonra o, təqribən 2022-ci ilin noyabr ayının ortalarında yaşadığı Tərtər rayonundan Bakı şəhərinə gəlmiş və Nizami metrosunun yaxınlığında yerləşən çay evlərinin birində Fərid adlı şəxslə görüşüb söhbət etmişdir. Bu vaxt oğlunun dediklərini yəni 2023-cü ilin yanvar ayınadək gözləmələrini, Mirislamın Vüsaləyə olan 6000 (altı min) manat məbləğində pulun 5000 (beş min) manatını həmin vaxt verəcəyini bildirdikdə, Fərid Mirislamın 6000 (altı min) deyil 48000 (qırx səkkiz min) manat məbləğində pul və bir ədəd qızıl üzük borcunun olduğunu ona bildirmişdir. O, oğlunun ona cəmi 6000 (altı min) manat borcunun olmasını bildirməsini Fərid adlı şəxsin nəzərinə çatdırmışdır. Lakin, Fərid adlı şəxs onunla razılaşmayaraq yenə də borcun 6000 (altı min) deyil 48000 (qırx səkkiz min) manat məbləğində olmasını ona demiş, eyni zamanda təkidlə ondan həmin pulu ödməməsini istəmişdir. Fərid adlı şəxsin kimliyi barədə ətraflı məlumatlara malik deyildir. Belə ki, həmin şəxs ona özünü Fərid adı ilə təqdim etmişdi. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs Böyükağa adlı Vüsalə Fətullayevanın tanışıdır. X14 və Təqsirləndirilən şəxs onları, yaxud qohumlarını Bakı şəhərində tikdirəcəyi zavodda işə düzəldəcəyinə dair heç bir vəd verməmişdir. X9 və Təqsirləndirilən şəxs heç bir məvacibi almamışdır. Vüsalə Fətullayeva, həmçinin Təqsirləndirilən şəxs yaşadığı Tərtər rayonu, Dəmirçilər kəndində yerləşən fərdi yaşayış evində olmamışlar və sonuncular ilə heç bir zaman ailəvi münasibətləri olmamışdır. Hadisələr Tərtər rayon X47 qrupunda başlanılaraq sonradan istintaq və ərazi aidiyyəti üzrə Bakı Hərbi Prokurorluğuna, daha sonra isə Respublika Hərbi Prokurorluğunun İstintaq İdarəsinə göndərilmiş ********* nömrəli cinayət işi üzrə şahid qismində və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrdə və hazırki ifadələrində qeyd etdiyi kimi baş vermişdir. Vüsalə Fətullayeva və Təqsirləndirilən şəxs ilkin izahatlarında onunla Tərtər rayonunda gördüşdüklərini bildirsələr də, sonradan yalan məlumatlarının aşkar oluncağını bilərək izahatlarını dəyişdirib guya onlardan ümumi məbləği 54.000 manat olan pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu, Qış parkının ərazisində almasını bildirmişlər. ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı isə 10 yanvar 2022-ci il tarixdə, eyni zamanda 25 iyun 2025-ci il tarixdə ümumiyyətlə onların nə Tərtər rayonu ərazisində, nə də Qış parkının ərazisində olmamaları müəyyən edilmişdir. Bu hərəkətləri Vüsalə Fətullayeva və Təqsirləndirilən şəxs onun və oğlu Zərərçəkmiş şəxs2 barəsində qərəzli şəkildə etmişdirlər. Belə ki, Vüsalə Fətullayeva oğluna vermiş olduğu sələmi və üzərində olan faizi oğlu Mirislamın cəza çəkmə müəssisəsinə göndərilməsinə görə geri ala bilməyəcəyini düşünüb Təqsirləndirilən şəxs ilə bu cür yola əl atmışdırlar. Bir daha bildirir ki, Təqsirləndirilən şəxs və Vüsalə Fətullayevanın bildirdiklərinin hamısı yalandır. Ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Tərtər rayon X47 qrupunda başlanılaraq sonradan istintaq və ərazi aidiyyəti üzrə Bakı Hərbi Prokurorluğuna, daha sonra isə Respublika Hərbi Prokurorluğunun İstintaq İdarəsinə göndərilmiş ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrini bir daha təsdiq edir. Həmin ifadələrdə qeyd olunan xüsusatları şəxsən bildirmiş və ifadələrinin doğrulunu təsdiq etidiyi imzalar onun tərəfindən icra edilmişdir. ********* nömrəli cinayət işinin İ (birinci) cildində olan ərizəyə əlavə edilmiş 01 ədəd diskdə olan videogörüntü və 01 ədəd diskdə olan səs yazıları ona təqdim edilmişdir. ********* nömrəli cinayət işinin İ (birinci) cildində olan videogörüntü Vüsalə Fətullayeva tərəfindən qeydə alınmamışdır. Vüsalə Fətullayeva ümumiyyətlə yaşadığı fərdi yaşayış evində olmamışdır. Həmin videogörüntülər oğlunun tanışı Əsmər adlı qadın tərəfindən qeydə alınmışdır. Belə ki, 2022-ci ilin sentyabr-oktyabr aylarında özünü oğlu Mirislamın tanışı olaraq təqdim edən Əsmər adlı qadın yaşadıqları evə qonaq gələrkən həmin videogörüntünü istifadəsində olan mobil cihazla qeydə almışdır. Hətta, xatırlayır ki, Əsmər adlı qadın həyətlərində olan mobil cihazla öz şəkilini də çəkmişdir. Düşünür ki, Vüsalə Fətullayeva həmin videogörüntüləri şikayətinin təmin olunması məqsədilə öz xeyrinə istifadə etmək üçün Əsmər adlı qadından alaraq guya onların evdə olmasını, onun Vüsalədən müvafiq pul məbləğini almasını və həmin videogörüntüləri qeydə almasını təsdiq edən video material kimi saxta sübutları hüquq mühafizə orqanına təqdim etmişdir. X20 o şəxsən tanımır. Hərbi Prokurorluqda aparılan cinayət işi üzrə istintaq zamanı ona məlum olmuşdur ki, həmin şəxs də şahid qismində dindirilmişdir. X53 bugünkü gündə də görsə tanımaz. Özünü Fərid adı ilə təqdim etmiş Böyükağa adlı şəxsi isə yalnız bir dəfə ifadəsində qeyd etdiyi kimi görüş vaxtı görmüşdür. Böyükağa adlı şəxslə söhbət əsnasında sonuncuya Mirislamın Vüsaləyə olan 6000 (altı min) manat məbləğində pul borcunun olmasını bildirmişdir. Lakin, Böyükağa ona borcun 6000 (altı min) deyil 48000 (qırx səkkiz min) manat məbləğində olmasını dedikdə isə o, sonuncudan nə səbəbə 48000 (qırx səkkiz min) manat olduğunu soruşmuşdur. Böyükağa adlı şəxs isə Vüsalədən əldə etmiş olduğu məlumata əsasən Mirislamın və atası kimi onun Vüsalədən almış olduqları 48000 (qırx səkkiz min) manat pul vəsaitini qaytarmalı olduqlarını demişdir. Belə başa düşmüşdür ki, Vüsalə həmin şəxsləri də guya oğlu ilə birlikdə Vüsalədən pul vəsaitini almalarına inandırmışdır. X34 isə onun vaxtilə tələbə yoldaşı olmuş Məmməd Əliyevin oğludur. Düşünür ki, Vüsalə Fətullayeva və Təqsirləndirilən şəxs cinayətkar əməllərini törətdikdən sonra artıq yalanlarının aşkara çıxarılmasını görüb Yaqubu da, digər ətraflarında olan şəxsləri də guya onlardan pul almalarını bildirərək sonuncuları da həqiqəti əks etdirməyən məlumatlara inandırmışlar. Hazırda o da təqsirləndirilən şəxsin qadın olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, təqsirləndirilən şəxs Aidə Əhmədova ilə heç bir ədavəti olmamışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 onun əri, Zərərçəkmiş şəxs2 isə doğma oğludur. X21 və Təqsirləndirilən şəxs adlı şəxsləri tanımır. Oğlu Mirislam dələduzluq və oğurluq cinayət əməli törətdiyinə görə 2022-ci ilin avqust ayının sonlarında Bakı Hərbi Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Oğlu Mirislam tutulandan sonra 2022-ci ilin sentyabr ayının ortlarında təxminən saat 10 radələrində Mircavad işdə olan vaxt o, evdə qonşusu Şahid3 ilə birlikdə oturub söhbət edərkən, bir nəfər qadın cinsli şəxs gəlmişdir. Həmin qadın özünü ona Əsmər kimi təqdim etmişdir. Həmin şəxs kök, yumru sifət, təxminən 40 yaşlarında bir şəxs olmuşdur. Ərinin atası Mirislam seyid olduğu üçün onların evi ocaq hesab olunur və rayon ərazisində həmçinin digər rayonlardan qarşılayaraq evdə ziyarətə gələn qonaqlar üçün nəzərdə tutulan yerdə əyləşdirmişdir. Oğlu Mirislamın divarda olan şəklinə baxıb “mən bu oğlana sələm vermişəm, bu oğlan nəyinizdi?” deyə soruşmuşdur. O, həmin qadına Mirislamın oğlu olduğunu hazırda çəzaçəkmə müəsissəsində məhkum olduğunu bildirmişdir. Bu vaxt həmin şəxs Mirislamın onun vasitəsi ilə faizə 500 (beş yüz) manat pul aldığını, Mirislamın pulu ödəmədiyi üçün pulun şişərək 1500 (min beş yüz) manat olmasını və pulun sahibinin pulu tələb etməsini bildirmişdir. Bu vaxt Fəranə də həmin qadına “ay bacı 500 manat nə tez şişərək 1500 manat oldu, Mirislamın tutulduğu hələ 1 aydı” demişdir. Əsmər adlı qadın da Fəranəyə pulu vaxtında ödəməyəndə faiz üzərinə çox pul gəlir deyə bildirmişdir. Fəranə ona Mirislamın pis uşaq olmadığını, sonradan yoldan çıxdığını demişdir. Həmin qadın da Fəranəyə pulun əsas hissəsinin 500 (beş yüz) manat olmasını, gedib kredit götürüb özü ödəyəcəyini demiş, sonra Fəranə çıxıb getmişdir. Daha sonra Əsmər adlı şəxsə qonaq olduğu üçün həmçinin ona Bakıdan gəldiyini dediyi üçün səhər yeməyi vermişdir. O, həmin qadının oğlu Mirislamın tutulmasına inanmadığını hiss etmişdir. Qadın elə fikirləşmişdir ki, o, oğlu Mirislamı evdə gizlətmişdir. Həmin qadın ona olar evlərə baxım demişdir. O da bu səbəbdən qadına etiraz etməmişdir. Qadın onların evlərinin otaqlarına baxmış, həmin vaxt onun əlində telefonda olmuşdur. Qadının həmin telefonla evi çəkdiyini görmüşdür. Lakin ona heç bir irad bildirməyərək, fikirləşmişdir ki, Mirislamın evdə olmamasını pulun sahibinə sübut etmək üçün videoya çəkir. Bundan sonra həmin qadına şəxsi istifadəsində olan mobil telefonla tanımadığı bir şəxsə zəng etmişdir. Telefonu səsucaldana qoyub onun yanında Mirislamın tutulduğunu demişdir. Həmin şəxs yüksək səslə hər nə olursa olsun öz pulunu Əsmər adlı şəxsdən alacağını bildirmişdir. Günorta saat 13 radələrində Mircavad da evə gəlmişdir. Mircavad da oğlu Mirislamın həmin qadının vasitəsi ilə faizə pul almasını və pulu qaytarmamasına görə həmin qadının evlərinə gəlməsini bilmişdir. Mircavad da həmin qadına oğlu Mirislamın tutulmasını bildirmişdir. O, həyat yoldaşı Mircavad və həmin Əsmər adlı qadınla birlikdə onun bişirdiyi yeməyi yemişlər. Onlar qadından kiminlə gəlməsini soruşmuşlar. Qadın da onlara gecə taksi ilə gəldiyini, həmin gecəni Tərtər şəhərində oteldə qaldığını və onlara da taksi ilə gəlməsini demişdir. Mircavad da həmin qadına hörmət mənasında axşam onların evində qalmasını, səhər aparıb yola salacağını demişdir. Qadın da Mircavada sağ ol deyib, taksinin gələrək onu aparacağını bildirmişdir. Bir qədər sonra Əsmər adlı şəxs yeməyini bitirərək getmişdir. Gedərkən ona həmin 500 (beş yüz) manat məbləğində pulu özünün tapıb verəcəyini bildirmişdir. Şahid2 eyni zamanda ona verilən suallara cavab olaraq ifadəsində göstərmişdir ki, X11 istintaqa vermiş olduğu ifadəsində onunla N-cu ilin əvvəlindən tanış olması, bir neçə dəfə onların evinə qonaq gəlməsini, hətta əri Zərərçəkmiş şəxs1 və oğlu M.M.X6 məxsus olan Bakı şəhərində yerləşən evinə bir neçə dəfə qonaq getməsini bildirməsi tamamilə yalandır. Vüsaləni yalnız oğlu tanımışdır. O, ümumiyyətlə heç vaxt Vüsaləni görməmişdir. Əri Mircavad da ilk dəfə Vüsaləni Tərtər rayon polis şöbəsində üzləşmə zamanı görmüşdür. Vüsalə ümumiyyətlə hər şeyi yalan danışır. Belə ki, Vüsalə ilkin izahatlarında həmin pulları guya onların Tərtər rayonunun Dəmirçilər kəndində yerləşən evlərində Mircavad və Mirislama verdiyini desə də, daha sonra yalanının üzə çıxdığını görüb guya ki, həmin pulları Bakı şəhərinin ərazisində Mircavad və Mirislama verdiyini bildirmişdir. X21 və Təqsirləndirilən şəxs ifadələrində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 işə düzəltmək adı altında onlara məxsus ümumilikdə 54000 manat məbləğində pulu və 1300 manat məbləğində əmlakı dələduzluq yolu ilə ələ keçirdiklərini bildirmələri tamamilə yalandır. Oğlu ilə danışarkən bu barədə Mirislama məlumat vermişdir. Oğlu ona həmin şəxslərdən faizlə 6000 (altı min) manat məbləğində borc pul aldığını, azadlıqdan məhrum edildiyi üçün pulu ödəyə bilmədiyini və faizlərin üzərinə gələrək borcunun o qədər çoxaldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, təqsirləndirilən şəxs Aidə Əhmədova ilə heç bir ədavəti olmamışdır. Zərərçəkən şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 o, 2007-ci ildən tanıyır. Zərərçəkmiş şəxs1 və ailə üzvləri onun qonşularıdır və sonuncularla arasında çox yaxın ünsiyyət, münasibət vardır. Zərərçəkmiş şəxs1 həyat yoldaşı X23 yaxın rəfiqəsidir. Zərərçəkmiş şəxs2 təqribən 2022-ci ilin avqust ayının sonlarında azadlıqdan mərhum etmə cəzasına məhkum edildikdən sonra həmin ilin sentyabr ayının ortalarında təxminən saat 10 radələrində o, Mənsurəgilin evində oturub söhbət etmişdir. Bu vaxt təxminən 40 yaşlarında, kök, yumru sifət qarayanız bir qadın onlara gəlmişdir. Mənsurə həmin şəxsin ziyarətə gəlməsini düşünüb həmin qadını yanlarına gətirmişdir. Həmin qadın adının Əsmər olduğunu bildirmişdir. Qadın divarda Mirislamın şəkilini görən kimi şəkilə xitabən Mirislam budur demişdir. O və Mənsurə həmin vaxt bilmişlər ki, Əsmər adlı qadın Mirislama görə gəlmişdir. Mənsurə Mirislamın 1 ay qabaq azadlıqdan məhrum edilərək məhkum olunduğunu həmin Əsmər adlı qadına bildirmişdir. X38 özü vasitəsi ilə faizə 500 (beş yüz) manat pul aldığını, pulu qaytarmadığı üçün hazırda borcunun 1500 (min beş yüz) manat olduğunu bildirmişdir. Həmçinin həmin pulu başqa adamdan aldığını hazırda həmin adamın pulu ondan geri tələb etdiyini bildirmişdir. O, həmin Əsmər adlı qadına “ay bacı 500 manat nə tez şişərək 1500 manat oldu, Mirislamın tutulduğu hələ 1 aydı” demişdir. Əsmər adlı qadın da ona pulu vaxtında ödəməyəndə faizlər üzərinə çox pul gəlir demişdir. Sonra o, həmin qadına Mirislamın pis uşaq olmadığını, sonradan yoldan çıxdığını demişdir. O, həmin vaxt Mənsurəgildə 5-10 dəqiqə oturduqdan sonra çıxıb evinə getmişdir. Həmin gün axşam saat 17-18 radələrində yenidən rəfiqəsi Mənsurəgilə gedərkən bilmişdir ki, Mənsurə həmin qadını yola salmış, yola salan zaman sonuncuya kənd payı vermişdir. Şahid ona verilən suallara cavab olaraq Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Lakin, Mənsurə və Mircavadla söhbət edərkən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı həmin qadın Vüsalə Fətullayeva ilə birlikdə guya Mirislamla Zərərçəkmiş şəxs1 Bakı şəhəri ərazisində tikdirəcəkləri zavodda yüksək əmək haqqı alacaqları işlə təmin edərək aldadıb Vüsalədən və Aidədən ümumilikdə 54.000 (əlli dörd min) manat məbləğində pul vəsaitini almaları barədə hüquq mühafizə orqanlarına yalan məlumat vermişdirlər. Həmçinin, guya Vüsalənin Mircavadla ailəvi dost olmalarını demişdirlər. Vüsalə Fətullayeva və Təqsirləndirilən şəxs onlara qarşı Mirislam və Mircavad tərəfindən cinayətin törədilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmişdirlər. O, Mircavadla yaxın qonşudur, demək olar ki, hər gün evlərində olur. Həmçinin, Şahid2 ilə yaxın rəfiqədirlər və bir-birlərindən gizli heç bir məlumat saxlamırlar. Əgər həqiqətən Vüsalə Fətullayeva və ya Təqsirləndirilən şəxs kimi Mircavadgilin ailəvi dostu olsa idi, birinci onun bu barədə məlumatı olardı. Həmin qadınları o, sonuncuların müraciətləri əsasında aparılan araşdırma zamanı görmüşdür. Gördükdən sonra bir daha da əmin olmuşdur ki, ümumiyyətlə Vüsalə və Aidə Mircavadı tanımırlar, Mircavadın və Mirislamın guya onlara qarşı dələduzluq cinayət əməlini törətmələri barədə yalan məlumat vermişdirlər. Mircavad ümumiyyətlə Vüsalə və Aidəni tanımamış, sonuncularla heç bir ünsiyyəti və ya əlaqəsi olmamış, nə də Vüsalə və Aidə Zərərçəkmiş şəxs1 yaşadığı Tərtər rayonu, Dəmirçilər kəndində olan evinə gəlməmişdirlər. Bundan başqa, ona məlumdur ki, həmin qadınlar izahatlarında guya 10 yanvar 2022-ci il tarixdə Bakı şəhərində Mircavadla, Mirislama 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini vermələrini, qalan hissəsini isə Vüsalənin Bakı şəhəri ərazisində 25 iyun 2022-ci il tarixdə Mircavada verməsini bildirmişdirlər. Halbuki, həmin tarixlərdə Zərərçəkmiş şəxs1 Tərtər rayonu ərazisində işində və evində olmuşdur. Mirislam Bakıda yaşasa da, 20-25 iyun 2022-ci il tarixlərdə Tərtər rayonunda olmuşdur. Aidə və Vüsalə Mircavadı ümumiyyətlə əvvəllər görməmiş, nə də tanımamışlar. Onlar Mircavadı sonuncunun və Mirislamın barəsində aparılan araşdırma zamanı tanımışlar. Mirislamın həmin Vüsalə ilə arasında pul əlaqəsi olması mümkündür. Lakin, nə Mirislam, nə də Mircavad Bakı şəhərində zavod tikdirmək iqtidarında olan şəxslər deyildirlər. Mircavad kasıb, həmçinin kəndimizdə hörmətə layiq şəxsdir. Vüsalə və Aidə bildiyi qədəri ilə sələm verməklə məşğuldurlar. Mirislam Vüsalədən sələm qismində almış olduğu pul vəsaitinin bir hissəsini Aidədən alaraq Mirislama vermişdir. Aidə də Mirislamı və ya Mircavadı tanımadığı üçün sonuncularla əlaqəyə girməyib sələm qismində dövr etdirdiyi pul vəsaitini elə məhz Vüsalədən geri istəmişdir. Ona məlumdur ki, Mirislam Vüsalədən almış olduğu sələmi geri qaytara bilməmiş, bu səbəbdən də Aidə ilə birlikdə Mirislam və Mircavadın guya onları işə düzəldəcəyi adı altında onlardan pul vəsaitini almalarına, yəni onlara qarşı dələduzluq etmələrinə dair həqiqəti əks etdirməyən məlumatları bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, təqsirləndirilən şəxs Aidə Əhmədova ilə heç bir ədavəi olmamdır. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 onun qohumudur. Zərərçəkmiş şəxs2 isə Zərərçəkmiş şəxs1 oğludur. X21 və Təqsirləndirilən şəxs adlı qadınları o, tanımır, sonuncuları heç bir yerdə görməmiş, onlarla heç bir münasibəti yoxdur. Mircavad səhhətində problemlər olduğu üçün özünün şəxsi istifadəsində mobil telefon işlətməmişdir. 2022-ci ilin avqust ayının sonlarında Mirislam cinayət əməli törətdiyi üçün azadlıqdan məhrum edildikdən sonra bir neçə dəfə Mircavad ona müraciət edərək onun şəxsi istifadəsində olan ***-***-**-** mobil nömrəli telefonu vasitəsi ilə kimlərləsə danışmışdır. 2023cü ilin fevral ayının əvvəllərində onun şəxsi istifadəsində olan mobil nömrəsinə bir nəfər qadın cinsli şəxs zəng edərək adının Aidə olduğunu Mircavadla danışmaq istədiyini ona bildirmişdir. O, həmin vaxt əkin sahəsini suladığı üçün uzaqda olduğunu, Mircavadın isə ondan uzaq ərazidə olduğunu Aidə olaraq özünü təqdim edən qadına bildirmişdir. Bununla da Aidə ilə aralarında olan danışıq sona çatmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin qadın Təqsirləndirilən şəxsdır. Zərərçəkmiş şəxs1la həmkəndlidirlər, eyni zamanda qohum kimi münasibətləri çox yaxındır. Gündəlik olmasa da, iki gündən bir Mircavadı və ailə üzvlərinə baş çəkib hal-əhval tutur. Təqsirləndirilən şəxs və X11 hüquq mühafizə orqanlarına vermiş olduqları yalan, həqiqəti əks etdirməyən məlumatlar əsasında ilkin olaraq Tərtər rayon Polis Şöbəsində, daha sonra isə Bakı Hərbi Prokurorluğuna və Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində aparılmış cinayət işi üzrə istintaq zamanı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs və Vüsalə Fətullayeva əlbir olaraq hüquq mühafizə orqanlarına müraciət edib guya Mirislamla Zərərçəkmiş şəxs1 Bakı şəhəri ərazisində tikdirəcəkləri zavodda yüksək əmək haqqı alacaqları işlə təmin edəcəklərinə dair vəd verməklə sonuncuları aldadıb Vüsalədən və Aidədən ümumilikdə 54.000 (əlli dörd min) manat məbləğində pul vəsaitini almışdır. Həmin vəsaitin isə 25.000 (iyirmi beş min) manat hissəsini isə 10 yanvar 2022-ci il tarixdə Bakı şəhərində Mirislamla Mircavada verdiklərini, digər hissəsini isə guya Vüsalə Fətullayevanın xx.xx.2023-cü il tarixdə Bakı şəhərində Mircavada verməsini bildirmişlər. Halbuki, həmin tarixlərdə Zərərçəkmiş şəxs1 Bakı şəhərində olmamış, Tərtər rayonu ərazisində olmuşdur və o, Mircavadla həmin tarixdə Tərtər rayonu ərazisində yaşadığı evdə görüşmüşdür. Mirislam isə 10 yanvar 2022-ci il tarixdə Bakı şəhərində olsa da, xx.xx.2025-ci il tarixdə Tərtər rayonu ərazisində olmuşdur. Mircavadın ailəsinin Vüsalə Fətullayeva kimi ailəvi dostu olmamışdır. Vüsalə Fətullayeva, nə də Təqsirləndirilən şəxs heç vaxt Dəmirçilər kəndində Mircavadın evində qonaq olmamışlar. Aidə və Vüsalə yalan danışırlar. Mircavadın belə bir ailəvi dostu olsa idi, o, bu barədə bilərdi. Yalan məlumatları əsasında aparılan araşdırma zamanı o, Aidəni və Vüsaləni görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, Aidə və Vüsalə sələm vermək fəaliyyəti ilə məşğuldurlar. Aidə özünə məxsus pul vəsaitini dövr etdirmək üçün Vüsalə Fətullayevaya vermiş, Vüsalə isə pulu sələm qismində Zərərçəkmiş şəxs2 vermişdir. Daha sonra isə Mirislam tutulması səbəbindən sələmi və üzərində yığılmış faizi geri ödəyə bilmədiyi üçün Aidə ilə Vüsalə əlbir olub yalan məlumat vermək qərarına gəlib Mircavadın və Mirislamın cinayət təqibinə məruz qalmalarına nail olmuşdurlar. Belə ki, Aidə özünə məxsus dövr etdirdiyi sələmə verilən pul vəsaitini Vüsalədən tələb etmiş, sonuncu isə pul vəsaitini və üzərində olan faizi geri qaytara bilmədiyi üçün birləşərək yalan məlumat vermək qərarına gəlmişdir. Aidə və Vüsalə heç vaxt görmədikləri, əlaqədə və ünsiyyətdə olmadıqları Zərərçəkmiş şəxs1 guya onlara qarşı dələduzluğa yol verməsi barədə yalan məlumatları bildirmişdirlər. Ona bu barədə həmçinin Zərərçəkmiş şəxs2 də məlumat vermişdir. Mircavad kəndlərində sayılıb, hörmətə malik olan şəxsdir. Mircavad Vüsaləni, Aidəni tanımamışdır, nə də sonuncularla ünsiyyətdə, əlaqədə olmamışdır. Mirislam sözügedən ərəfələrdə Bakı şəhərində ailə üzvlərindən uzaqda heç bir fəaliyyətlə məşğul olmadan dolanmışdır. Sözsüz ki, Vüsalədən və Vüsalə vasitəsi ilə Təqsirləndirilən şəxs sələm qismində almış olduğu pul vəsaitini geri ödəyə bilməmişdir. Elə məhz bu səbəbdən də Aidə və Vüsalə əlbir olaraq guya Mircavadın oğlu Mirislamla birlikdə onlardan işə düzəltmək adı altında pul vəsaitini alaraq onlara qarşı dələduzluq etməsi barədə yalan məlumatları hüquq mühafizə orqanlarına bildirmişdirlər. Şahid6 eyni zamanda ona verilən suallara cavab olaraq ifadəsində göstərmişdir ki, zəng əsnasında Qafarova X45 Seyidovla nə məqsəd ilə və ya hansı mövzuya dair əlaqə saxlamaq istəməsi barədə konkret fikir bildirməmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs1 sözünün olmasını ona demişdir. Lakin, belə hesab edir ki, Təqsirləndirilən şəxs və Vüsalə Fətullayeva əvvəllər heç vaxt Zərərçəkmiş şəxs1la əlaqə saxlamadıqları üçün ona dəfələrlə zəng edib sonradan guya Mircavadla onun vasitəsi ilə əlaqə saxlamalarını göstərmək məqsədi ilə zəng etmişdirlər. Belə ki, həmin ərəfədə Təqsirləndirilən şəxs və Vüsalə Fətullayeva artıq yalan məlumatlarını özündə əks etdirən ərizə və izahatlarını Tərtər rayon Polis Şöbəsinə vermişlər. Məhkəmə iclasında tədqiq edilmiş, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2023-cü il tarixli, 5/393 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 12” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiamomi Redmi 9” markalı “M2004J19G” modelli “**********60509, **********60517” imei kodlu mobil smatrfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiqat zamanı təqdim edilmiş mobil smartfonun yaddaşında olan tarixə və zamanın real tarix və zamana uyğun olmaması müəyyən olundu. Məlumat üçün bildirilir ki, mobil cihaz vasitəsi ilə qeydə alınan bütün media fayllarının xassələrində tarix və zaman həmin anda mobil cihazda olan tarix və zamanı özündə əks etdirir. Təqdim edilmiş “Xiaomi Redmi 9” markalı “M2004J19G” modelli mobil smartfonun yaddaşından “7.68.0.809 versiyalı UFED 4PC” adlı proqram təminatı vasitəsilə toplanmış hal-hazırda yaddaşında mövcud olan və silinmiş (kontaktlar, zəng qeydləri, foto, audio, video fayllar, SMS mesajlar və s.) məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report- Hesabat) hesabat “Ekspertiza 5-393” adlı qovluqda xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olundu. Aparılmış təhlil nəticəsində optik disk yaddaşında “Videofayl” adlı və “.mp4” formatlı video fayl tədqiq olunan “Xiaomi Redmi 9” markalı “M2004J19G” modelli mobil smartfonun yaddaşında “VİD_20220905_104350.mp4” adla olması müəyyən olundu. Təqdim edilmiş “Xiaomi Redmi 9” markalı “M2004J19G” modelli mobil smartfonun yaddaşında olan “VİD_20220905_104350.mp4” adlı video faylın xassələrinə əsasən həmin videonun xx.xx.2022-ci il saat 10:44 qeydə alınması və həmin video faylın mobil smartfon yaddaşında “Data/Media/DCİM/Camera/VİD_20220905_104350. mp4” ünvan yerləşməsi müəyyən edildi. Rəyin “Tədqiqi hissəsi”nin 5-ci bəndində göstərilənləri nəzərə alaraq demək olar ki, “Xiaomi Redmi 9” markalı “M2004J19G” modelli mobil smartfonun yaddaşında olan “VİD_20220905_104350.mp4” adlı video həmin mobil smartfon vasitəsilə qeydə alınıb. Tədqiq olunan mobil smartfonun yaddaşından əldə edilmiş məlumatlara dair hesabatda “VİD_20220905_104350.mp4” adlı video faylın sosial şəbəkələr (“Whatsapp”, “Tiktok” və “İnstagram”) vasitəsilə hər hansı bir şəxsə göndərilib-göndərilməməsinə dair rəqəmsal izlər aşkar olunmadı. (Bax:Cild İV i.v 237-243) Məhkəmə iclasında tədqiq edilmiş, iş materiallarına əlavə edilmiş 07 sentyabr 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən əldə edilmiş 1 ədəd CD disk - ağ rəngdədir, üzərində göy rəngli mürəkkəbli qələmlə “14474” rəqəmləri yazılmışdır. Diskin içərisindəki məlumatlara baxmaq üçün kompüterin “DVD ROM”una daxil etdikdə, 1 ədəd “zip” formatında “14474” adlı qovluq aşkar edildi. Həmin qovluğun içərisinə daxil olduqda “Mikrosoft Excel” formatında 5 ədəd, “text” formatında 14 ədəd, cəmi 19 ədəd sənəd aşkar edildi. Həmin sənədlərin içərisində mobil nömrələrdən çıxan və daxil olan zənglərə dair məlumatlar, SMS mətnləri, anten dairələri, mobil nömrələrin kimlərin adına rəsmləşdirilməsi barədə məlumatlar yerləşdirilmişdir. “Mikrosoft Excel” formatında olan “qeyd edilən şəxslərin və nömrələrin müqavilə sahiblərin adlarına olan digər nömrələr” adlı sənədin içərisinə baxış keçirilərkən X11 istifadəsində olmuş ********** saylı mobil nömrənin sonuncunun qohumu olan X24 adına rəsmiləşdirildiyi, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirildiyi, ***-***-**-** saylı mobil nömrənin Şahid6 adına rəsmiləşdirildiyi, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin isə Təqsirləndirilən şəxs adına rəsmiləşdirildiyi, lakin təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 adına isə hər hansı mobil nömrənin rəsmiləşdirilmədiyi müəyyən olundu. «Antenna 2021» və «Antenna 2022» faylına daxil olduqda X11 istifadəsində olmuş ********** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında ilk dəfə 03 oktyabr 2021-ci il tarixdə olmaqla həmin vaxtdan etibarən aralarında mobil telefon danışıqlarının olması müəyyən edildi. Bundan əvvəlki tarixlərdə onlar arasında hər hansı telefon danışığının olması müəyyən olunmamışdır. Bundan sonra 2021-ci ilin sonrakı ayları və 2022-ci ilin ortalarına qədər həmin danışıq nömrələri arasında çoxsaylı danışıqların olması müəyyən olundu. Həmçinin baxış zamanı 10 yanvar 2022-ci il tarixdə V.H.Fətullayevanın istifadəsində olmuş ********** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında hər hansı telefon danışığının olmaması müəyyən olunmuş, həmin tarixdə Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairəsi Bakı şəhəri, Yasamal rayonu, Qış parkının ərazisini deyil, başqa ərazini göstərir. Həmin nömrələr arasında isə sonuncu dəfə 24 iyun 2022-ci il tarixdə telefon zəngi olmuş və həmin vaxt Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefonun anten dairəsi Tərtər rayonunun ərazisini göstərir. Həmin danışıqların bir qismi 1 nömrəli cədvəldə qeyd olunur. «Antenna 2022» faylına daxil olduqda Şahid6 adına rəsmiləşdirilmiş ***-***-**-** saylı mobil nömrə ilə X11 istifadəsində olmuş ********** saylı mobil nömrə arasında telefon danışığının qeydə alınmadığı müəyyən olunmuş, lakin Şahid6 məxsus ***-***-**-** saylı mobil nömrə ilə Vüsalənin qohumu olan cinayət işində adı Fərid kimi keçən şəxsin istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrə arasında ilk dəfə mobil telefon danışığı 02 noyabr 2022-ci il tarixdə olmuşdur. Həmçinin 2022-ci ilin noyabr ərzində həmin nömrələr arasında telefon danışığı qeydə alınmışdır. Bundan başqa X11 istifadəsində olmuş ********** saylı və Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrə gələn sms məlumatlarına baxış keçirilərkən həmin nömrələr arasında sms yazışmalarının olması müəyyən olunmuşdur. Sms mətnlərindən görünür ki, Vüsalə Fətullayeva ilə Zərərçəkmiş şəxs2 arasında üzərində müəyyən faizlə (sələm) pulun qaytarılması barədə yazışmalardır. Zərərçəkmiş şəxs2 Vüsalə Fətullayevadan üzərində müəyyən faizlə qaytarmaq niyyəti ilə götürdüyü pulun aylıq ödnəişiııi Vüsalə Fətullayevaya qaytarmasını gecikdirdiyi üçün sonuncu ondan aylıq faizin qaytarılmasım tələb edir. X19 istifadəsində olmuş həmin mobil nömrəyə daxil olan sms məlumatlarından görünür ki, sonuncu həmçinin şəxsiyyəti istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə üzərində müəyyən faiz qaytarmaq şərti ilə pul vermiş və həmçinin həmin vətəndaşlar V.Fətullayevdan onlara sələmə (faizə) pul vermələrini xahiş etmişlər. Həmin sms məlumatlarının bir qismi aşağıda qeyd olunur. Beləliklə, "xxxx" MMC-dən əldə edilmiş CD diskin içərisində olan məlumatlara diskə baxış zamanı müəyyən olunur ki, «Antenna 2021» və «Antenna 2022» faylına daxil olduqda X11 istifadəsində olmuş ********** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında ilk dəfə 03 oktyabr 2021-ci il tarixdə olmaqla həmin vaxtdan etibarən aralarında mobil telefon danışıqlarının olması müəyyən edildi. Bundan əvvəlki tarixlərdə onlar arasında hər hansı telefon danışığının olması müəyyən olunmamışdır. Bundan sonra 2021-ci ilin sonrakı ayları və 2022-ci ilin ortalarına qədər həmin danışıq nömrələri arasında çoxsaylı danışıqların olması müəyyən olundu. Həmçinin baxış zamanı 10 yanvar 2022-ci il tarixdə V.H.Fətullayevanınistifadəsində olmuş ********** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrə arasında hər hansı telefon danışığının olmaması müəyyən olunmuş, həmin tarixdə Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairəsi Bakı şəhəri, Yasamal rayonu, Qış parkının ərazisini deyil, başqa ərazini göstərir. Həmin nömrələr arasında isə sonuncu dəfə 24 iyun 2022-ci il tarixdə telefon zəngi olmuş və həmin vaxt Zərərçəkmiş şəxs2 istifadəsində olmuş 050 ***-**-** saylı mobil telefonun anten dairəsi Tərtər rayonunun ərazisini göstərir. Zərərçəkmiş şəxs1 adına isə hər hansı mobil nömrənin rəsmiləşdirilmədiyi müəyyən olundu. Şahid6 adına rəsmiləşdirilmiş ***- ***-**-** saylı mobil nömrə ilə X11 istifadəsində olmuş ********** saylı mobil nömrə arasında telefon danışığının qeydə alınmadığı müəyyən olunmuş, lakin Şahid6 məxsus ***-***-**-** saylı mobil nömrə ilə Vüsalənin qohumu olan cinayət işində adı Fərid kimi keçən şəxsin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında ilk dəfə mobil telefon danışığı 02 noyabr 2022-ci il tarixdə olmuşdur. Həmçinin 2022-ci ilin noyabr ərzində həmin nömrələr arasında telefon danışığı qeydə alınmışdır. Bundan başqa X11 istifadəsində olmuş ********** saylı və Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrə gələn sms məlumatlarma baxış keçirilərkən Vüsalə Fətullayeva ilə Zərərçəkmiş şəxs2 arasında üzərində müəyyən faizlə (sələm) pulun qaytarılması barədə yazışmalardır. Zərərçəkmiş şəxs2 Vüsalə Fətullayevadan üzərində müəyyən faizlə qaytarmaq niyyəti ilə götürdüyü pulun aylıq ödənişini Vüsalə Fətullayevaya qaytarmasını gecikdirdiyi üçün sonuncu ondan aylıq faizin qaytarılmasını tələb edir. Həmin yazışmalarda Zərərçəkmiş şəxs2 və atası Zərərçəkmiş şəxs1 Vüsalə Fətullayevadan 55 min manat pulu aladadaraq alması, tikdirəcəkləri zavoda onu və tanışı Təqsirləndirilən şəxs işə düzəldəcəkləri ilə bağlı aralarında hər hansı yazışma qeydə alınmamışdır. Sms mətnlərindən görünür ki, X29 Seyidzadəyə sələmə yəni üzərində faiz qaytarmaq şərti ilə vermiş olduğu pulu 2022-ci ilin yanvar ayının sonlarından etibarən tələb etməyə başlayır və həmçinin Zərərçəkmiş şəxs2 həmin pulun Təqsirləndirilən şəxs aldığını və ona verdiyini bildirir. X19 istifadəsində olmuş həmin mobil nömrəyə daxil olan sms məlumatlarından görünür ki, sonuncu həmçinin şəxsiyyəti istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə üzərində müəyyən faiz qaytarmaq şərti ilə pul vermiş və həmçinin həmin vətəndaşlar V.Fətullayevdan onlara sələmə (faizə) pul vermələrini xahiş etmişlər. (Bax:Cild İİ i.v 223-232) Məhkəmə iclasında tədqiq edilmiş, iş materiallarına əlavə edilmiş 12 sentyabr 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X21 tərəfindən təqdim olunmuş Zərərçəkmiş şəxs1 yaşadığı Tərtər rayonunun Dəmirçilər kəndindəki evinin içərisinin videogörünüşünün əks olunduğu 1 ədəd CD disk - ağ rəngdədir. Diskin içərisindəki məlumatlara baxmaq üçün kompüterin “DVD ROM”una daxil etdikdə, 1 ədəd “MP4” formatında video fayl aşkar olundu. Həmin videoya baxış keçirilərkən müəyyən olunur ki, videoda səs yoxdur və səssizdir, evin içərisinin, yəni zal hissəsinin videogörüntüsüdür. Evin döşəməsində qırmızı rəngli xalçalar salınmışdır, hündür dirəklər vardır, videonu çəkən şəxsin kim olması görünmür, evdə köhnə divan kreslo dəsti vardır. Videoçəkilişdən görünür ki, bir nəfər qadın zalın baş hissəsində olan mətbəxdə iş görür. Həmin qadının üzü görünmür. Həmin videoçəkilişdə iş üçün əhəmiyyət kəsb edən hər hansı sübut, məlumat və ya fakt aşkar olunmadı. X1 tərəfindən istintaqa təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus olmasını iddia etdiyi səs yazılarının əks olunduğu 01 ədəd SD diskə baxış keçirilərkən müəyyən olunur ki, 02 ədəd faylda olan səs yazısında bir nəfər kişi cinsli şəxs «İslam telefona cavab ver tez, pulu tapıb gətirisən, yalanan aparıb heç kimə pul verməginən haaa..pulu gətirib özümə verisən ki məəən onların əlindən kağız almamış pulu vermiyəcəm» sözlərini deyir. Həmçinin həmin səs yazısında iş üçün əhəmiyyət kəsb edən hər hansı fakt və ya sübut aşkar olunmadı. Bununla da zərərçəkmiş şəxs X21 tərəfindən istintaqa təqdim olunmuş təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 səs yazılarının olduğu CD diskdə və içərisində Zərərçəkmiş şəxs1 evinin videoçəkilişlərinin olduğu CD diskdə iş üçün əhəmiyyət kəsb edən material, sübut və ya hər hansı fakt aşkar olmadı. (Bax:Cild İİ i.v 248) İş materiallarından görünür ki, iş üzrə "xxxx" MMC-dən əldə edilmiş CD diskin içərisində olan məlumatlara baxış zamanı müəyyən olunmuşdur ki, ***-***-**-** saylı mobil nömrənin X17 adına qeydiyyatdan keçdiyi və adına rəsmiləşdirildiyi, ***-***-**-** saylı mobil nömrənin isə X24 adına rəsmiləşdirildiyi, ***-***-**-** saylı mobil nömrəni isə X18 adına rəsmiləşdirildiyi müəyyən olunmuşdur. «Zənglərin detallaşdırılması» faylına baxış keçirilərkən X17 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 2021-ci ilin dekabr ayından 2022-ci ilin dekabr ayına kimi çoxlu sayda telefon danışıqlarının olması müəyyən olunmuşdur. Bundan başqa «Zənglərin detallaşdırılması» faylma baxış keçirilərkən X17 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə X1nın istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr arasında 2021-ci ilin oktyabr ayından 2022-ci ilin dekabr ayına qədər çoxlu sayda danışıqların olması qeydə alınmışdır. İş üzrə Vüsalə Fətullayeva və Yaqub Almuradov ifadələrində bildirmişlər ki, V.H.Fətullayeva 08 iyun 2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən yaşadığı mənzildə Y.M.Alımıradovdan 19 min manat pulu guya Zərərçəkmiş şəxs1 vermək üçün almışdır. Daha sonra 25 iyun 2023-cii il tarixdə isə Vüsalə Fətullayeva Bakı şəhəri, Yasamal rayonu, Qış parkının ərazisində Yaqub Almuradovun yanında sonuncudan aldığı 19 min manat pulu və özünə məxsus 10 min manat pulu Zərərçəkmiş şəxs1 vermişdir. Lakin zənglərin detallaşdırılması adlı fayla baxış keçirilərkən 08 iyun 2022-ci il tarixdə Yaqub Almuradovun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə və Vüsalə Fətullayevaya məxsus ***-***-**-** saylı mobil nömrə arasında 08 iyun və 25 iyun 2022-ci il tarixdərində danışıq qeydə alınmamışdır. X39 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin antenn dairəsi 08 iyun 2022-ci ildə və 25 iyun 2022-ci il tarixlərdə Abşeron rayonunun Masazır qəsəbəsinin ərazisini göstərməklə Yasamal rayonunun Qış parkının ərazisini və Vüsalə Fətullayevanın yaşadığı Bakı şəhər, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsinin ərazisini göstərmir.(Bax:cild İİİ i.v 48-53) Cinayət işi materiallarına əlavə edilmiş 06 noyabr 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən əldə edilmiş 1 ədəd CD disk -ağ rəngdədir, üzərində qara rəngli mürəkkəbli qələmlə “10987” rəqəmləri yazılmışdır. Diskin içərisindəki məlumatlara baxmaq üçün kompüterin “DVD ROM”una daxil etdikdə, 4 ədəd “PDF” formatında qovluq aşkar edildi. Həmin qovluqların içərisində mobil nömrələrdən çıxan və daxil olan zənglərə dair məlumatlar, SMS mətnləri, anten dairələri, mobil nömrələrin kimlərin adına rəsmləşdirilməsi barədə məlumatlar yerləşdirilmişdir. “PDF” formatında olan “zəngərin məxsusluğu tarixçələri” adlı sənədin içərisinə baxış keçirilərkən ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmişdir. «Zənglərin detallaşdırılması» faylına baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** mobil nömrədən yalnız GPRS xatakteli zənglərin olunması müəyyən edilmiş və həmçinin həmin mobil nömrənin isə 11 iyul 2022-ci il tarixdən aktiv olması müəyyən olunmuşdur. Həmin mobil nömrəyə daxil olan və çıxan zənglərdə iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmamışdır. Həmçinin həmin mobil nömrəyə daxil olan sms məlumatarına baxış keçirilərkən iş üçün sübut əhəmiyyəti daşıyan hər hansı məlumatlar aşkar olunmamışdır. Həmçinin baxış zamanı mobil telefon nömrələrinə daxil olan və həmin nömrələrdən xaric olan mesajlarda iş üçün sübuti əhəmiyyət kəsb edən hər hansı hallar aşkar edilmədi. (Bax: cild İV i.v 63) İş materiallarında olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 arasında keçirilmiş 11 sentyabr 2025-ci il tarixli “Üzləşdirmədə dindirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirərək Təqsirləndirilən şəxs ifadəsində yalan deməsini göstərmiş, Zərərçəkmiş şəxs2 üzünə qarşı bildirmiş olduğu xüsusatlara dair Təqsirləndirilən şəxs heç bir əsaslı dəlil göstərə bilməmişdir.(Bax:cild Vİ i.v 01-07). İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 arasında keçirilmiş 11 sentyabr 2025-ci il tarixli “Üzləşdirmədə dindirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirərək Təqsirləndirilən şəxs ifadəsində yalan deməsini göstərmiş, Zərərçəkmiş şəxs2 üzünə qarşı bildirmiş olduğu xüsusatlara dair Təqsirləndirilən şəxs heç bir əsaslı dəlil göstərə bilməmişdir.(Bax:Cild Vİ i.v 08-15). İş materiallarına əlavə edilmiş Şahid2 ilə Təqsirləndirilən şəxs ilə arasında keçirilmiş 13 sentyabr 2023-cü il tarixli “Videoçəkilişlə üzləşdirmə keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş 01 ədəd diskdən görünür ki, ifadəsində Zərərçəkmiş şəxs1 və arvadı Şahid2 tanıdığını və hətta sonuncuların yaşadığı Tərtər rayonunun Dəmirçilər kəndindəki evlərində olduğunu bildirmiş Təqsirləndirilən şəxs üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 tanımayaraq qarşısında əyləşmiş Şahid2 heç vaxt görmədiyini, ilk dəfə gördüyünü və tanımadığını bildirmişdir. (Bax:Cild İİİ i.v 06-08) İş materiallarına əlavə edilmiş Şahid2 ilə X21 arasında keçirilmiş 13 sentyabr 2023-cü il tarixli “Videoçəkilişlə üzləşdirmə keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid2 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha X11 üzünə qarşı deyərək Vüsalə Fətullayevanın ifadəsində göstərmiş olduğu xüsusatların yalan olmasını bildirmişdir. (Bax:Cild İİİ i.v. 14-16) İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ilə X21 arasında keçirilmiş 02 oktyabr 2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha X11 üzünə qarşı deyərək Vüsalə Fətullayevanın ifadəsində göstərmiş olduğu xüsusatların yalan olmasını bildirmişdir. (Bax:Cild İİİ i.v 85-91) İş materiallarına əlavə edilmiş 04 oktyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tanımadığını, Vüsalə Fətullayevadan sələmə pul götürəndən sonra pulu qaytarma bilmədiyinə görə Təqsirləndirilən şəxs öz istifadəsində olan 055-lə başlayan, axırını xatırlamadığı mobil nömrə ilə özünün istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəyə mesaj yazaraq ona “Vüsaləni Yaqub sıxır, o pulu gəir ver ki aparsın versin Yaquba” deyə mesajlar yazmasını, qarşısında əyləşmiş Təqsirləndirilən şəxs əyani şəkildə ilk dəfə istintaq hərəkətinin aparılması zamanı görməsini, atası Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs və ya Vüsalə Fətullayevanı tanımadığını, özünün və yaxud atası Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pul almadığını Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. (Bax: Cild İİİ i.v 102-105) İş materiallarına əlavə edilmiş 04 oktyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs2 ilə şahid X25 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə şahid X25 arasında aparılan üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 qarşısında əyləşmiş Yaqub adlı şəxsi Vüsalə Fətullayevanın evində 2022-ci ilin fevral-mart aylarında görməsini, sələmə pulu götürməyə X22 rayonunda Qış parkının yaxınlığında yerləşən evinə gedərkən həmin Yaqub adlı şəxsin orada olmasını, pulu alıb çölə çıxdıqdan sonra Vüsalə Fətullayevanın sələmə verdiyi pulları qaşısında oturan Yaqub adlı şəxsdən alıb ona və digər şəxslərə verməsini bildirməsini, qarşısında əyləşən şəxsi başqa heç bir yerdə görmədiyini şahid X17 üzünə qarşı bildirmişdir. İstintaq hərəkətinin aparılması zamanı isə Yaqub Almuradov qarşısında əyləşmiş Zərərçəkmiş şəxs2 tanımadığını və ilk dəfə görməsini, kim olmasını bilmədiyini, istintaq hərəkətinin aparılması zamanı Mirislam olmasını bildirsə də, sonradan yalan ifadələrinin aşkara çıxmasını müəyyən edib guya Zərərçəkmiş şəxs2 kim olmasını xatırlamağını səhhətində olan xəstəliyi ilə əlaqədar yaranmış yaddaş pozuntusu ilə əlaqələndirmişdir. (Bax: Cild İİİ i.v 97-101) İş materiallarına əlavə edilmiş 17 fevral 2024-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Səlimova X10 Vüsalə Həsən qızı ilə arasında aparılan üzləşdirmə zamanı ifadəsində göstərmiş olduğu xüsusatları Vüsalə Fətullayevanın üzünə qarşı bildirmişdir. (Bax:Cild İV i.v 195-198) İşdə olan 01 iyun 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, X21 və iş üzrə şahid qismində dindirilmiş X25 10 yanvar 2023cü il tarixdə ərizələrlə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə müraciət edərək iş üzrə dindirilmiş digər Şahid4 övladlarını işə düzəltmək üçün Vüsalə Fətullayeva tərəfindən Şahid4 4.000 manat, Yaqub Almuradov tərəfindən isə 7000 manat verilməsi, Şahid4 vədinə əməl etmədiyi üçün özünə məxsus bank kartını Yaqub Almuradova verdiyini, bank kartından 1250 manat pul çıxarıldığını, Yaqub Almuradovun 5150 manat, Vüsalə Fətullayevanın isə 3900 manat pulunu qaytarmadığını göstərmişlər. Həmin qərarın məzmunundan görünür ki, X21 və iş üzrə şahid qismində dindirilmiş X25 təkcə bir nəfərə deyil, bir neçə şəxsə üzərində müəyyən faizlə qaytarmaq şərti ilə (sələmə) pul vəsaitlərini verməklə məşğul olurlar. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə edilmiş şikayətlə oxşarlıq təşkil edən Zərərçəkmiş şəxs1 və X3 barələrində dələduzluq cinayət əməlinin tödərilməsinə dair hüquq mühafizə orqanlarına ünvanlanmış şikayət ərizələrinin məzmunlarından göründüyü kimi X21 və iş üzrə şahid qismində dindirilmiş X4 qismində vermiş olduqları pul vəsaitini, eləcə də üzərində toplanan faizləri geri ala bilmədikdə öhdəlik götürmüş şəxslərin övladlarını işə düzəltmək adı altında pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirmələri kimi yalan xüsusatları göstərib hüquq mühafizə orqanlarına müraciət edirlər. 01 iyun 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın məzmunundan görünür ki, mövcud cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 üzərində müəyyən faiz ödəməklə Vüsalə Fətullayevadan əldə etmiş olduğu pul vəsaitininin toplanmış faizlərini geri ödəyə bilməmiş, işə düzəltmək vədi ilə deyil pul vəsaitlərini məhz sələm qismində almasını təsdiq edən mötəbər dəlilləri araşdırmaya təqdim etmiş və qeyd etmiş olduğu xüsusatlar da aparılan araşdırma zamanı tam təsdiqini tapmışdır. Nəzərə almaq lazımdır ki, Şahid4 həmin xüsusatları öz şahid ifadəsində də göstərərək gətirmiş olduğu dəlillər iş üzrə toplanmış sübutlarla təsdiq olunmuşdur. Göründüyü kimi, X21 və Təqsirləndirilən şəxs da X3 Vüsalə Fətullayevadan sələm qismində almış olduğu pul vəsaitini və üzərində yığılmış faizi geri ala bilmədikdə Zərərçəkmiş şəxs1 və X3 guya onları işə düzəltmək vədi altında pul vəsaitlərini almaları ssenarisini yaradıb hüquq mühafizə orqanlarına bilə-bilə cinayətin törədilməsi haqqında yalan məlumat vermişdirlər.(Bax:Cild İİİ i.v 129-242). İş materiallarına əlavə edilmiş 28 mart 2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid1 istifadəsində olan “Redmi 9” markalı, “MİUİ Global 13.0.2” versiyalı, “M2004J19G” modelli mobil telefon sensor (toxunuş) ekranlı olmaqla, ön tərəfdən qara, arxa tərəfdən isə tünd göy, bənövşəyi rənglidir. Mobil telefonun ekranın üzərinə çəkilmiş şəffaf rəngli ön ekran qoruyucusunun şüşəsi aşağı sağ və sol kənarlarda qismən zədəlidir. Mobil telefonun üzərində hər hansı iz və ya ləkə yoxdur. Ekranının yuxarı orta hissəsində ön kamerası vardır. Mobil telefonun sağ hissəsində cihazın səsinin tənzimlənməsi üçün istifadə edilən iri, mobil cihazın ekranını işlək vəziyyətə gətirmək üçün istifadə edilən kiçik ölçülərdə olmaqla 02 ədəd düymə vardır. Mobil telefon “Smartfon” modellidir, ön tərəfində heç bir düymə yoxdur, modelinə görə barmaq toxunuşu ilə işləməkdədir. “Ayarlar” bölməsində mobil telefonun statusuna nəzər yetirdikdə “İMEİ - **********60509”, “İMEİ - **********60517” kodları məlumatlar yazılmışdır. Baxış zamanı Şahid1 mobil telefonun “Qalereya” bölməsinə daxil olaraq ********* nömrəli cinayət işinin İ cildində 01 ədəd disk məlumat daşıyıcısının içərisində olan videomaterialı göstərdi. Videomateriala daxil olduqda görünür ki, videomaterial 19 saniyədən ibarətdir. Baxış zamanı Şahid1 bildirdi ki, həmin videogörüntünü o, 05 sentyabr 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs2 atası Zərərçəkmiş şəxs1 ailə üzvləri ilə birlikdə yaşadığı Tərtər rayonu, Dəmirçilər kəndində olarkən hazırda baxış keçirilən “Redmi 9” markalı mobil telefonundan qeydə almışdır. Həmin videomaterialın detallar bölməsinə daxil olduqda müəyyən edildi ki, həmin videomaterial 05 sentyabr 2022-ci il tarixdə saat 10:44-də qeydə alınmışdır. Baxış zamanı Şahid1 05 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 evinin həyətində olmasını təsdiq edən qeydə aldığı fotoşəkilləri göstərdi. Şahid1 istifadəsində olan istifadəsində olmuş mobil cihazın menyusunda olan “Kontaktlar”, “Qalereya”, “Mesajlar”, “Qeydlər”, “Səsyazan” və digər bölmələrində istintaq üçün əhəmiyyət kəsb edən hər hansı bir hal, əşya, cinayətin əlamətlərini əks etdirən məlumat aşkar edilmədi.(Bax:Cild İV i.v 213-215) İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N may N-cu il tarixli əmrindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixdən Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzindən təyinatla həmin hərbi hissəyə gəldiyindən şəxsi heyətin siyahısına salınmış və bütün növ təminatlarla təmin olunmuşdur. Hərbi hissə komandirinin müvafiq əmrinə və toplanmış sübutların məcmusuna əsasən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən N nömrəli hərbi hissəsində N-cu ildən xidmət aparmış və həmin tarixdən Beyləqan rayonunda olmuşdur. (Bax: Cild İİİ i.v 54-70) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2023-cü il tarixli və 12 aprel 2023-cü il tarixli izahatlarında, 18 may 2023-cü il tarixli, 13 sentyabr 2023-cü il tarixli, 02 fevral 2024-cü il tarixli ifadələrində bir-biri ilə və 04 avqust 2025-ci il tarixli ifadəsi ilə əhəmiyyətli dərəcədə ziddiyyət təşkil edən xüsusatları göstərmişdir. (Bax: Cild İ i.v. 31-33, 140-142, 195- 199, Cild İİİ i.v. 01-05, Cild İV i.v. 163-173) İş materiallarına əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6-1(093)- 10/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən xitam verilməsi haqqında 14 dekabr 2023-cü il tarixli qərardan həmin qərarın ləğv edilməsinə dair X11 məhkəmə nəzarəti qaydasında Bakı Hərbi Məhkəməsinə ünvanlamış olduğu şikayəti təmin edilməmiş, 14 dekabr 2023-cü il tarixli qərar qanuni hesab edilərək qüvvədə saxlanılmışdır. (Bax: Cild V i.v 06-09) İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 6-1(103)-7/2024 nömrəli qərarından görünür ki, X11 apellyasiya şikayəti əsasında məhkəmə baxışı zamanı Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6-1(093)- 10/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış və X11 apellyasiya şikayəti təmin edilməmişdir. (Bax:Cild V i.v 10-14) İş materiallarına əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6-1(093)- 11/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən xitam verilməsi haqqında 14 dekabr 2023-cü il tarixli qərardan həmin qərarın ləğv ediilməsinə dair Təqsirləndirilən şəxs məhkəmə nəzarəti qaydasında Bakı Hərbi Məhkəməsinə ünvanlamış olduğu şikayəti təmin edilməmiş, ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən xitam verilməsi haqqında 14 dekabr 2023-cü il tarixli qərar qanuni hesab edilərək qüvvədə saxlanılmışdır.(Bax: Cild İV i.v 244-247) İş materiallarına əlavə edilmiş məhkumluq məlumatlarına əsasən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində yoxlanılmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(Bax:cild V i.v 16) İş materiallarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 48 saylı Mənzil Kommunal İstismarının 56 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu ilə Tərtər rayon Prokurorluğuna göndərilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanı üzrə müsbət xarakterizə olunur. (Bax: Cild V i.v 223-225) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tərtər rayon İcra Hakimiyyəti başçısının Dəmirçilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 232 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı Tərtər rayonu, Dəmirçilər kəndi üzrə müsbət xarakterizə olunur. (Bax: Cild V i.v 230- 232) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tərtər rayon İcra Hakimiyyəti başçısının Dəmirçilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 231 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı Tərtər rayonu, Dəmirçilər kəndi üzrə müsbət xarakterizə olunur. (Bax: Cild V i.v 233- 235) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CMin 296.2-ci maddəsi ilə təqsirli bilməyərək özünü müdafiəsi üçün gətirdiyi dəlillərə dair 04 avqust 2025-ci il tarixli vəsatəti tərəfimdən əsassız hesab edilərək 04 avqust 2025-ci il tarixli qərarlarla tam rədd edilmişdir. (Bax: Cild V i.v 166-171) Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da işüzrə sübut növləri kimi qəbul edir. Beləliklə, təqsirləndirilən şəxs X40 istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi yuxarıda şərh olunan və işdə olan digər dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X48 şəxsin ağır cinayət törətməkdə ittiham olunması və süni ittiham sübutlarının yaradılması ilə bağlı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə cinayət əməlini törətmişdir. Belə ki, X48 gəlir əldə etmək məqsədi ilə başqa şəxslərə pul vəsaitinin borc müqabilində faizlə verilməsi fəaliyyəti ilə məşğul olan tanışı X14 dövriyyə etdirərək digər şəxslərə sələm verməsi müqabilində özünə məxsus pul vəsaitini verdikdən sonra əvvəllər tanımadığı və sonradan istintaq prosesində əyani şəkildə görmüş olduğu Tərtər rayonu, Dəmirçilər kənd sakini Zərərçəkmiş şəxs2 ona məxsus pul vəsaitini Vüsalə Fətullayevadan üzərində müəyyən faiz qaytarmaq şərti ilə alması və ödənişləri gecikdirərək borc öhdəliyini yerinə yetirməməsi barədə məlumat əldə edərək həmin pul məbləğini aylıq faizi ilə birlikdə geri ödəməsini Vüsalə Fətullayevadan mütəmadi şəkildə geri tələb etmiş və Zərərçəkmiş şəxs2 Bakı Hərbi Məhkəməsinin 25 avqust 2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsindən sonra gəlir əldə etmək üçün dövr etdirmək istədiyi pul vəsaitini və aylıq faiz gəlirini geri ala bilməyəcəyini ehtimal edərək tanışı X21 ilə qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs2 və sonuncunun atası Tərtər rayonu, Dəmirçilər kənd sakini Zərərçəkmiş şəxs1 guya onu, tanışı Vüsalə Fətullayevanı övladlığı X44 ilə birlikdə işə düzəltmək vədi ilə aldadaraq ondan 10.000 (on min) manat və tanışı X9 44.000 (qırx dörd min) manat, ümumilikdə isə 54.000 (əlli dörd min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələri barədə həqiqəti əks etdirməyən məlumatları 19 fevral 2023-cü il tarixdə Tərtər rayon Polis Şöbəsində HK-1/237 nömrəsi ilə qeydiyyata alınmış ərizəsində və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdar edildikdən sonra Tərtər rayon Polis Şöbəsində HK-1/237 nömrəsi ilə qeydiyyata alınaraq İstintaq qrupunda araşdırması aparılmış ilkin yoxlama materialı üzrə verdiyi 19 fevral 2023-cü il tarixli izahatında göstərərək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ağır cinayəti törətməkdə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmələrində ittiham olunması ilə bağlı yalan xəbərçilik etmiş və nəticədə Tərtər rayon X47 qrupunda başlanılaraq daha sonra Bakı Hərbi Prokurorluğunda və Respublika Baş Prokurorluğun İstintaq İdarəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.3.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına və əsassız olaraq cinayət təqibinə məruz qalmalarına nail olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, X48 şəxsin ağır cinayət törətməkdə ittiham olunması və süni ittiham sübutlarının yaradılması ilə bağlı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X32 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 296.2ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X40 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, ədalət mühakiməsi əleyhinə olan cinayət olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X32 yaşayış yerində müsbət xarakterizə olunmasını, ilk dəfə az ağır cinayət törətməsini, qadın olmasını cəzasını yüngülləşdirən hallar, eləcə də CM-in 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədildiyindən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq, təqsirləndirilən şəxs X32 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxs X40 təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X40 azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə də cəzanın məqsədlərinə çatmaq olar. Ona görə də məhkəmə ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Əhmədova qızının üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Təqsirləndirilən şəxs X32 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri barəsində olan hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs X26 ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış X11 xx.xx.2023-cü il tarixli ərizəsi ilə qoşma olaraq istintaq orqanına təqdim etmiş olduğu 02 ədəd CD diskin içərisində olan videogörüntünün və səsyazılarının ********* nömrəli işin ayrıca icraata ayrılması zamanı köçürülmüş olduğu 02 ədəd CD diskin ********** nömrəli cinayət işinin materiallarında, 01 ədəd “Xiaomi Redmi 9” markalı “M2004J19G” modelli mobil cihaz, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən istintaqa təqdim olunmuş 01 ədəd “Toshiba” markalı xarici yaddaş qurğusu, Respublika Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən istintaqa təqdim edilmiş 01 ədəd “Toshiba” markalı xarici yaddaş qurğusu Tərtər rayon Prokurorluğundan götürülüb cinayət işinin materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X48 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X32 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X32 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X48 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri barəsində olan hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. X35 ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış X11 xx.xx.2023-cü il tarixli ərizəsi ilə qoşma olaraq istintaq orqanına təqdim etmiş olduğu 02 ədəd CD diskin içərisində olan videogörüntünün və səsyazılarının ********* nömrəli işin ayrıca icraata ayrılması zamanı köçürülmüş olduğu 02 ədəd CD diskin ********** nömrəli cinayət işinin materiallarında, 01 ədəd “Xiaomi Redmi 9” markalı “M2004J19G” modelli mobil cihaz, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən istintaqa təqdim olunmuş 01 ədəd “Toshiba” markalı xarici yaddaş qurğusu, Respublika Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən istintaqa təqdim edilmiş 01 ədəd “Toshiba” markalı xarici yaddaş qurğusu Tərtər rayon Prokurorluğundan götürülüb cinayət işinin materiallarına əlavə edilsin. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №1(061)-63/2025
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-63/2025
04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver