Məhkəmə qərarları › İş №1(061)-65/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №1(061)-65/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1(061)-65/2025 09.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X5 oğlunun katibliyi Xüsusi ittiham qaydasında şikayət verən şəxs Zərərçəkmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 iştirakı ilə, Zərərçəkmiş şəxs X2 barəsində Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında verdiyi şikayətə Tərtər Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ : Zərərçəkmiş şəxs Tərtər Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizə ilə müraciət edərək, şərəf və ləyaqətini alçaltmaqla təhqir etdiyinə və böhtan atdığına görə X1 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, X2 ilə razılığa gəldiyini, ona qarşı heç bir iddiasının olmadığını və şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8cimaddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və yuxarıda adı çəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət verən şəxs Zərərçəkmiş şəxs məhkəmə hazırlıq iclasında məhkəməyə yazılı ərizə təqdim edərək, X2 ilə razılığa gəldiyini, ona qarşı heç bir iddiasının olmadığını və şikayətini geri götürdüyünü bildirdiyi üçün onun X2 barəsində Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə verdiyi xüsusi ittiham qaydasında verdiyi şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPMnin 302.1.8-ci və 302..2.3-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Zərərçəkmiş şəxs X2 barəsində Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə verdiyi xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar