Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1(061)-66/2024 11.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə, Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, İİ qrup əlil, məhkumluğu olmayan, Kəlbəcər rayonu Əsrikli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 04 iyul 2024-cü il tarixdə, saat 15 radələrində Tərtər şəhəri, Şıxarx qəsəbəsi ərazisində yerləşən 21 nömrəli yaşayış binasının qarşısında azyaşlı övladı X15 ilə həmin qəsəbədə yaşayan fiziki qüsurlu həmyaşıdı X3 arasında Ömər Məmmədovun sonuncunu fiziki və psixi qüsuruna görə ələ salması səbəbindən baş vermiş mübahisə ilə əlaqədar bacısını ələ salan Ömər Məmmədova iradını bildirən xx.xx.2007-ci il təvəllüdlü X9 ilə əvvəlcə şəxsi münasibətlər zəminində sözlü mübahisə etmiş, daha sonra isə həmin mübahisənin davamı olaraq həmin gün saat 21 radələrində sonuncunu həmin binanın arxasına çağırıb orada onunla əlbəyaxa dalaşaraq üzərində gəzdirdiyi əlamətləri istintaqla dəqiq müəyyən edilməmiş kəsici-deşici alətlə Kamil Quliyevi qəsdən kürək nahiyəsindən vurub ona “sağ çiyin qurşağının arxa səthinin kəsilmiş yarası” xəsarəti ilə müşayiət edilən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, üç övladı var, İİ qrup əlildir. Zərərçəkmiş şəxs ilə heç bir ədavəti olmamış, qəsəbə sakini kimi münasibətləri normal olmuşdur. 04 iyun 2024-cü il tarixdə saat 16 radələrində yaşadığı Tərtər şəhəri, Şıxarx qəsəbəsi 19-cu yaşayış binasından atası Elşad Məmmədovun yaşadığı 21-ci binaya tərəf gedərkən, binanın qarşısında Zərərçəkmiş şəxs onun oğlu Ömərin üzərinə qışqırdığını görmüşdür. Kamilə etirazlı şəkildə “Niyə mənim uşağımın üstünə qışqırırsan. O sənin tayın deyil. Uşaqdır. Onun üstünə qışqırma” deyə öz narazılığını bildirmişdir. Kamil isə cavabında onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, yenə də Kamilə etirazlı şəkildə “Mən sənin atan yaşdayam. Danışığına fikir ver. Sənin tayın deyiləm” deyə bildirmişdir. Bundan sonra Kamillə sözlü mübahisəni bitirmişlər. Yaşadığı 19-cu binaya çatdıqdan sonra Kamilin atası Rövşənə zəng edərək “Uşağına tərbiyə ver. Mənim ünvanıma söyüşlər söyür, əsk halda ondan polisə şikayət edəcəm” deyə bildirmişdir. Rövşən isə cavabında ona “Mənim uşağım tərbiyəsiz uşaq deyil. Hara istəyirsən şikayət et” deyə bildirmişdir. Bundan sonra Kamilə bir neçə dəfə zəng etmiş, telefon danışığı zamanı təkrar olaraq Kamilə onun tay-tuşu olmadığını, atası yaşında olmasını bildirsə də, Kamil onun var yoxuna nalayiq ifadələr işlətmişdir. Kamil həmçinin telefon danışığı zamanı ona 21-ci binanın arxasına düşməsini deyərək, təkrarən var yoxuna nalayiq ifadələr işlətmişdir. Bundan sonra Kamilin onun ünvanına işlətdiyi nalayiq ifadələrə dözməyərək 21-ci binanın arxasına getmişdir. Kamil 21ci binanın arxasında təmir üçün sökülmüş “Kamaz” markalı avtomobilin yanından avtomobil təmiri üçün nəzərdə tutulmuş dəmir açarı götürərək ona tərəf gəlmişdir. Kamilin onu vuracağını düşünüb 19-cu binanın zibil qutusunun yanına getmiş və özünü müdafiə etmək üçün yerdən butulka qırıntısını götürərək cibinə qoymuş və Kamilə tərəf qayıtmışdır. Kamil əlindəki həmin avtomobilin təmir açarı ilə onu vurmaq istəmiş, lakin o, Kamilin atdığı zərbədən yayınmış və şalvarının cibinə qoyduğu butulka qırıntısı ilə sonuncunun kürək nahiyəsinə 01 dəfə zərbə vurmuşdur. Bundan sonra Rövşən də onun üzərinə hücum etmiş və onun sinəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. O da özünü müdafiə etmək üçün əlində olan şüşə qırıntısı ilə Rövşəni vurmaq istəmişdir. Bu zaman qonşusu Şahid1 Kamillə onu aralaşdırmaq üçün araya girmiş və onun Rövşənə vurmaq istədiyi şüşə qırıntısı Habilin sinəsinə dəymişdir. Bu zaman qonşular da səs-küyə gəlmiş və Kamillə onu bir-birindən ayırmışlar. Həmin vaxt içkili vəziyyətdə olduğu və hava qaranlıq olduğu üçün şüşə qırıntısını haraya atdığı yadında qalmamışdır. O, hadisə baş verən zaman spirtli içki qəbul etsə də, narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. Kamillə dava-dalaş edərkən Kamil ona hər hansı xəsarət yetirməmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxs Qanuni nümayəndə üzr istəyərək onunla barışmışdır, bir daha belə səhvə yol verməyəcəyini və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilən zaman göstərmişdir ki, Kəlbəcər rayon 68 saylı tam orta məktəbin 10-cu sinif şağirdidir. Təqsirləndirilən şəxs əvvəllər qəsəbə sakini tanımış, aralarında heç bir ədavət olmamışdır. X5 onun doğma bacısıdır və daun sindiromlu xəstədir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində bacısı Nuranə yaşadıqları Tərtər şəhəri, Şıxarx qəsəbəsindəki 21-ci binanın qarşısında öz həmyaşıdları ilə oynaykən Təqsirləndirilən şəxs Ömər və Ayişə adlı övladları onun bacısı Nuranəni ələ salmağa başlamışlar. O da bacısının ələ salınmağından əsəbiləşmiş və Ömər və Ayişəyə öz narazılığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs da telefonla danışa-danışa onun yanından keçirkən, onun Ömər və Ayişəyə öz narazılğını bildirdiyinin eşitmişdir. Əli onun üzərinə “Niyə anqırırsan?” deyə qışqırmışdır. Bundan sonra Əli ilə onun arasında sözlü mübahisə baş vermiş və Əli onun üzərinə yerimişdir. Lakin o, Əliyə məhəl qoymayaraq uzaqlaşmışdır. Əli təxminən 10 dəqiqə sonra mobil telefon vasitəsilə ona bir neçə dəfə zəng etmiş, lakin o, Əlinin zənglərinə cavab verməmişdir. Bundan sonra saat 21 radələrində tanımadığı bir nömrədən onun telefonuma zəng gəlmişdir. O həmin zəngə cavab verəndə tanımadığı bir şəxs onunla danışmış və ona “Əli səninlə danışmaq istəyir, sizi eyni xətdə qoşuram” deyə bildirmişdir. Həmin şəxs Əli ilə onu mobil telefon zəngində eyni xətdə qoşmuşdur. Telefon danışığı zamanı Əli onun ünvanına nalayiq sözlər işlətmiş və ona “Sənin başına oyun açaram” deyə hədələr etmiş, onu yaşadığı 21-ci binanın arxasına çağırmışdır. O, 21-ci bınanın arxasına getmişdir. 21-ci binanın arxasına çatanda Əli onun üzərinə yerimiş, ona yumruq zərbəsi atmışdır. Lakin o, yumruq zərbəsindən yayınıb yerə yıxılmışdır. Yerə yıxılarkən Əli onun sağ kürək nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bu zaman qonşusu Şahid1 Əli ilə onu ayırmaq istəmiş, lakin Əlinin mənə atdığı növbəti zərbə səhvən Habilin sol sinə nahiyəsinə dəymişdir. Bundan sonra səs-küyə qonşular gəlmiş və Əli ilə onu bir-birindən ayırmışlar. Əli yenə də üzərinə hücum etməyə çalışmış, lakin oradakı qonşular buna imkan verməmişdir. Əli isə bundan sonra oradan uzaqlaşmışdır. O, Əli ilə dava-dalaş edən zaman onun əlində hər hansı əşya və ya predmet olmamışdır. O, Əli ilə dava-dalaş edən zaman sonuncuya heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxslə barışmışlar. Ondan heç bir şikayəti, tələbi olmadığnın, gələcəkdə də olmayacağını, ona dəymiş ziyanın ödənildiyini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Şahid1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq vaxtı veridiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Kamillə münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət olmamışdır. Lakin Təqsirləndirilən şəxs yaşadığı qəsəbədə narahat sakinlərdən biridir. Mütəmadi olaraq spirtli içki qəbul edir. Ailə qurub boşanmışdır. Əlinin azyaşlı övladlarına anası Rahilə baxır. xx.xx.2024-cü il tarixdə Kamilin atası Qanuni nümayəndələ birlikdə Bərdə şəhərinə getmək istəmişdir. Həmin vaxt Rövşən və o, Tərtər şəhəri, Şıxarx qəsəbəsində binaların arası ilə “Viva” marketi istiqamətində gedirmişlər. Bu vaxt Rövşən və o, yolda Təqsirləndirilən şəxs ilə qarşılaşmış və görüşmüşlər. Rövşən bu zaman Əliyə bildirmişdir ki, “Kamil uşaqdır. Bəs sənə nə olub? Onunla mübahisə edirsən”. Bir qədər söhbət etdikdən sonra Rövşən və o, Bərdə şəhərinə getmiş və təxminən bir saat sonra Bərdədən yaşadıqları Şıxarx qəsəbəsinə qayıtmışlar. Binanın qarşısında çatanda Rövşən oğlu Kamilə binanın qarşısında görmüşdür. Rövşən Kamilə “Binanın həyətindən uzaqlaşma. Buralarda ol” deyə bildirmiş və yaşadıqları mənzilə qalxmışdır. Bundan təxminən 5-10 dəqiqə sonra o, Kamilin binanın arxasına tərəf getdiyini görmüş və Əli ilə dalaşacaqlarını düşünərək Kamilin arxasınca 21-ci yaşayış binanın arxa tərəfinə getmişdir. O, Kamillə Əlinin yanına çatanda sonuncuların mübahisə etdiklərini görmüş və Kamil ilə Əlini sakitləşdirmək üçün araya girməyə çalışmışdır. Əli Kamili yumruqla vurmaq istəmiş, lakin Kamil zərbədən yayınmış və ayağı büdrəyərək yerə yıxılmışdır. Kamil yerə yıxılan zaman Əli Kamilin sağ kürək nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Əli Kamili yenidən vurmaq istəmiş, lakin o bunun qarşısını almaq üçün Kamil ilə Əlinin arasına girib ona mane olmağa çalışmışdır. Bu zaman Əlinin atdığı növbəti zərbə isə onun sol sinə nahiyəsindən dəymiş və həmin hissədən qan axmağa başlamışdır. Bundan sonra səs-küyə qonşular da hadisə yerinə gəlmiş, Əli və Kamili bir-birindən ayırmışlar. Lakin bundan sonra Əli bir neçə dəfə də davamlı olaraq Kamilin üzərinə gəlmək istəmiş, lakin qonşular buna imkan verməmişdir. Əli isə hadisə yerindən uzaqlaşmışdır. O, Əli ilə Kamil dava-dalaş edən zaman Kamilin əlində hər hansı əşya və ya predmet görməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Şahid2 Yunis oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında Şahid2 Yunis oğlu oğlunun ibtidai istintaq vaxtı veridiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində Şahid2 Yunis oğlu oğlu göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanısa da, onunla heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs onun qonşusudur. Onunla münasibətləri həmişə yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yaşadığı 21-ci binanın 2-ci blokunun qarşısında Qanuni nümayəndə və Şahid1 ilə söhbət edərkən orada olan şəxslərdən eşitmişdir ki, “Kamil ilə Əli binanın qarşısında mübahisə ediblər”. Bundan sonra Rövşən oğlu Kamilə zəng edərək onu binanın qarşısına çağırmış və oğlunu tənbeh edərək Əli ilə mübahisə etməməsini bildirmişdir. Kamilin nömrəsinə tanımadığı mobil telefon nömrəsindən zəng gəlmişdir. Kamil həmin zəngi açmadan telefonu atası Rövşənə vermişdir. Rövşən həmin telefon zəngini açmış və bu zaman tanımadığı bir şəxs telefon zənginə cavab vermişdir. Bu vaxt Rövşən həmin şəxsə xəbərdarlıq edərək oğlu Kamilin nömrəsinə zəng etməməsini, əks halda oğlunun başına bir şey gələcəyi halda polisə şikayət edəcəyini bildirmiş və telefon danışığını bitirmişdir. Rövşən bundan sonra Şahid1 “Kamilin üzərində gözün olsun. Mən evə çıxıram. Kamili binanın qarşısından uzaqlaşmağa qoyma” deyə bildirmişdir. Bundan sonra Rövşən yaşadığı mənzilə qalxmışdır. O da öz evinə getmişdir. Təxminən 20-30 dəqiqə sonra o, yaşadığı mənzilin evvanında durmuşdur. Həmin vaxt Rövşənin qızı Gülüstanın qaçdığını görmüş və ondan nə olduğunu soruşmuşdur. Bu zaman Gülüstan ona Əli ilə Kamilin 21-ci binanın arxasında dalaşdıqlarını bildirmişdir. Bundan sonra o, tez evdən çıxaraq yaşadığı 21-ci binanın arxasına qaçmışdır. Həmin vaxt qonşuların çoxu binanın arxasında olmuşdur. Orada Əlinin əlində olan bıçaqla Kamilin sağ kürək nahiyəsinə vurduğunu, Habilin həmin vaxt Kamillə Əlini bir-birindən ayırmaq istədiyini, lakin Əlinin Kamilə vurmaq istədiyi bıçaq zərbəsi Habilin sinəsinə dəydiyini eşitmişdir. Həmin vaxt Kamilin əynindəki köynəyin sağ kürək nahiyəsi, Habilin əynindəki köynəyin sinə hissəsi qan olmuşdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 04 iyun 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan aydın olur ki, hadisə yerinə baxış istintaq hərəkəti Tərtər şəhəri, Şıxarx qəsəbəsi ərazisində 21-ci yaşayış binasının arxasında aparıldı. Baxış zamanı müəyyən edildi ki, həmin yer ictimai yer hesab edilmir və həmin dava-dalaş hadisəsi zamanı orada Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs və Şahid1 başqa heç kəs olmamışdır. Baxış zamanı zərərçəkmiş şəxslər Şahid1 və Zərərçəkmiş şəxs hadisənin baş verdiyi və xəsarət aldıqları göstərmişlər. Həmin yerə sağdan 21-ci bina, sol tərəfdən isə mədəniyyət evi birləşir. Baxış zamanı hadisənin baş verdiyi yerdə qan və qana bənzər izlər, həmçinin iş üçün əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. Hadisə yerinin şəkilləri çəkilərək protokola əlavə edilmişdir. (Bax iş vərəqə: 11-16) İş materiallarından aydın olur ki, 05 iyun 2024-cü il tarixdə Tərtər RPŞ-nin inzibati binasında hadisə baş verən zaman Zərərçəkmiş şəxs və Şahid1 üzərlərində olan paltarlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan, üzərində “Versace” etiketi yazılmış ağ rəngli və üzərində qara rəngli cızıqları olan 01 ədəd qısaqol köynəyin arxa sağ çiyin hissəsində 01 ədəd deşik və qanabənzər ləkələr aşkar edildi. Bundan başqa hadisə zamanı xəsarət almış Şahid1 üzərində olmuş 01 ədəd ağ rəngli qısaqol maykanın və 01 ədəd qara rəngli qısaqol köynəyin sol qabaq nahiyəsində 01 ədəd deşik və qanabənzər ləkələrin bıçaqla yetirilməsi ehtimalını nəzərə alaraq həmin paltarlar ekspertizaya təqdim edilməsi üçün tərəfimdən qablaşdırılaraq götürüldü. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hal müəyyən edilmədi. Baxış keçirildikdən sonra müvafiq protokol tərtib edildi, protokol iştirakçılara ucadan oxundu, iştirakçılar tərəfindən hər hansı bir qeyd daxil edilmədi. Protokol iştirakçılar tərəfindən imza edildi. Fotoşəkillər çəkilərək protokola əlavə edildi. (Bax iş vərəqə: 17-23) İş materiallarına əlavə olunmuş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin Bərdə rayon Şöbəsinin 06 iyun 2024-cü il tarixli 154 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ çiyin qurşağının arxa səthinin kəsilmiş yarası kəsici təsir göstərə bilən alət, ola bilsin bıçaq təsirindən törənmişdir və müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. (Bax iş vər.111-112,145-146) İş materiallarına əlavə olunmu Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 06 iyun 2024-cü il tarixli 153 nömrəli rəyindən görünür ki, vətəndaş Şahid1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - döş qəfəsinin ön səthinin sol yarısında 3-cü və 4-cü qabırğaarası nahiyənin kəsilmiş-deşilmiş yarası deşicikəsici alət, ola bilsin bıçaq təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir.(Bax iş vərəqə: 113-114, 147-148) İş materiallarına əlavə olunmuş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 06 iyun 2024-cü il tarixli 164 nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir.(Bax iş vərəqə: 102-104; 142-143) İş materiallarına əlavə edilmiş «MTE və PA» Birliyinin məhkəmə-bioloji ekspertizasının 01 iyul 2024-cü il tarixli, 412 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus kofta üzərində Balfa (üçüncü) qruplu insan qanı aşkar olundu. Bu qan ləklərinin ABO sistemi Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur. Tədqiq olunan Şahid1 məxsus köynək və alt mayka üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda “A” və “B” antigenləri alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa, AB/İV qruplu şəxsə, o cümlədən X2 məxsus ola bilər. Qanın qarışıq olduğu halda isə ləkələrdə Balfa (İİİ) qruplu Zərərçəkmiş şəxs da qarışmış qanının olması inkar olunmur.(Bax iş vərəqə: 170-175) İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2024-cü il tarixli, 3-16-16/2-3/1154 nömrəli rəyindən görünür ki, təqdim edilmiş üzərində “Şahid1...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin və maykanın üzərində “Zərərçəkmiş şəxs...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin səthində rəyin tədqiqi hissəsində yerləşmə sahəsi və sayı göstərilməklə təsvir edilmiş zədələr vardır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterikdir. Təqdim edilmiş təqdim edilmiş üzərində “Şahid1...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin və maykanın üzərində “Zərərçəkmiş şəxs...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin material xüsusiyyətlərindən aslı olaraq zədə bucaqlarını təyin etmək mümkün olmadığından onların səthində olan zədələrin yaranma mexanizmini (istiqamətini) müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş geyim əşyalarının səthində olan zədələrin yaranma məsafəsini kriminalistik tədqiqat aparmaqla müəyyən etmək mümkün deyil. (Bax iş vərəqə: 212-215) İşdə olan Tərtər RMX PHŞ-nin xx.xx.2024-cü tarixli, məktubundan görünür ki, Tərtər rayonu Hacıqərvənd kəndində yaşayan Təqsirləndirilən şəxs poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatında dayanmır.xx.xx.2013-cü ildən “Şizofreniyaya bənzər psixoz, davranış pozuntuları ilə” diaqnozu ilə Tərtər RMX PHŞ-nin poliklinka şöbəsinin ruhiəsəb kabinetində dispanser qeydiyyatında dayanır.(Bax i. v.119) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Məhkəmə Psixiatriya Ekspertizası Mərkəzi” publik hüquqi şəxsinin komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının 10 avqust 2024-cü il tarixli, 143 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsiləndirildiyi cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ittiham olnuduğu cinayət əməlinə münasibətdə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Ekspertizaya təqdim edilmiş sənədlərin təhlili zamanı yoxlanılan şəxs Təqsirləndirilən şəxs anamnezində əvvəllər şizofreniyaya bənzər psixoz keçirdiyi aydın olur. Lakin hazırkı müayinə zamanı Təqsirləndirilən şəxs əvvəllər müəyyən edilən psixi pozuntunun sağalma ilə nəticələndiyi müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi zaman onda hər hansı psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxshal-hazırda da psixi pozuntu müəyyən edilmir. Təqsirləndirilən şəxs əqli cəhətdən geri qalma və ləngimə halları müşahidə edilmir. (Bax iş vərəqə: 202-204, 217- 221) İş materiallarına əlavə edilmiş Mənzil Kommunal İstismar sahəsindən verilmiş 12 iyun 2024-cü il tarixli 408 nömrəli arayışından görünür ki, Məmmədov X11 rayonu, Əsrik kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, mənfi xarakterizə olunmuşdur. (Bax iş vərəqə: 120-122) İş materiallarına əlavə edilmiş Mənzil Kommunal İstismar sahəsindən verilmiş 09 avqust 2024-cü il tarixli 432 nömrəli arayışından görünür ki, Quluyev X6 rayonu, Hacıkənd kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. (Bax iş vərəqə: 209-211) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 iyun 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (Bax iş vərəqə: 151) Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi barədə 07 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM–in 221.3–cü maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından barəsində həmin hissədə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs özünün etiraf edici ifadəsindən əlavə zərərçəkmiş şəxsin ifadəsi, 16 iyul 2024-cü il tarixli ekspert rəyini,xx.xx.2024-cü il tarixli ekspert rəyini, 01 iyul 2024-cü il tarixli 412 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi cinayət işi üzrə sübut növü hesab edilmişdir. Eləcə də həmin qərarda müstəntiq tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə hadisni görmüş və ya şəxslərin şəxsiyyətinin və digər iş üzüç əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə əməliyyat tapşırığı verilmiş və xx.xx.2024-cü il tarixdə CAB-dən daxil olmuş cavab məktubunda hadisənin Tərtər şəhəri, Şıxarx qəsəbəsində 21 nömrəli yaşayış binasının arxasında baş verdiyini, Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs və Şahid1 xəsarət yetirməkdə istifadə etdiyi biçağın yerini, həmçinin hadisə zamanı ictimai qaydanın pozulub-pozulmamasını əməliyyat yolu ilə müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Odur ki, həmin qərarla Təqsirləndirilən şəxs Şahid1 münasibətdə sonuncuya qəsdən deyil, ehtiyatsızlıqdan yüngül dərəcəli xəsarət yetirdiyi üçün onun barəsində həmin hissədə cinayət təqibinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. (Bax:iş vərəqə 170-175) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 04 iyul 2024–cü il tarixdə saat 15 radələrində Tərtər şəhəri Şıxarx qəsəbəsi ərazisində yerləşən 21 nömrəli yaşayış binasının qarşısında azyaşlı övladı X15 ilə həmin qəsəbədə yaşayan fiziki qüsurlu həmyaşıdı X3 arasında Ömər Məmmədovun sonuncunu fiziki və psixi qüsuruna görə ələ salması səbəbindən baş vermiş mübahisə ilə əlaqdar bacısını ələ salan Ömər MƏmmədova iradını bildiriən xx.xx.2007-ci il təvəllüdlü X9 ilə əvvəlcə şəxsi münasibətlər zəmnində sözlü mübahisə etmiş, daha sonra isə həmin mübahisənin davamı olaraq həmin gün saat 21 radələrində sonuncunu həmin binanın arxasına çağırıb orada onunla əlbəyaxa dalaşaraq üzərində gəzdirdiyi əlamətləri istintaqla dəqiq müəyyən edilməmiş kəsici-deşici alətlə Kamil Quliyevi qəsdən kürək nahiyəsindən vurub ona “sağ çiyin qurşağının arxa səthinin kəsilmiş yarası” xəsarəti ilə müşayiət edilən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarət yetirməklə qəsdən Kamil Quliyevin sağlamlığına yüngül zərər vurması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 04 iyul 2024-cü il tarixdə saat 15 radələrində Tərtər şəhəri Şıxarx qəsəbəsi ərazisində yerləşən 21 nömrəli yaşayış binasının arxasında xx.xx.2007-ci il təvəllüdlü X9 ilə əvvəlcə şəxsi münasibətlər zəmnində sözlü mübahisə edərək, daha sonra isə həmin mübahisənin davamı olaraq həmin gün saat 21 radələrində sonuncunu həmin binanın arxasına çağırıb orada onunla əlbəyaxa dalaşaraq sonuncuya qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirməklə sağlamlığına “Yüngül” zərər vurmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 128-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş hədlərdə islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, himayəsində üç nəfər azyaşlı uşağının olmasını, eləcə də təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, İİ qrup əlil olmasını, zərərçəkənlə barışıq əldə etməsini, zərərçəkən şəxsin ondan şikayət, tələbinin olmamasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 15 iyun 2024–cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Bununla belə zərərçəkmiş şəxs qanunu nümayəndəsinin iştirakı ilə məhkəməyə notarial qaydada ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirmiş, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, təqsirləndirilən şəxsin əməlindən peşman olduğunu bildirmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ondan üzr istəmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışdığını və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, onların barışmasını əsas tutaraq cinayət işinə xitam verilməsini mümkün hesab edir və o nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin və başqa şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə xitam verilə bilər. Həmin Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəticəsində cinayət təqibinə Azərbaycan Respublikası CM-in 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Eləcə də, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.25.2-ci maddəsində edilmiş əlavə və dəyişikliyə görə CM-nə 73.2-ci maddə əlavə edilmiş və həmin maddənin məzmununa görə Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmçinin, həmin Qanunun 1.24-cü maddəsinə əsasən CM-in 72-ci maddəsinə yeni “Qeyd” hissəsi əlavə edilmiş və həmin Qeydə əsasən şəxsin bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilməsi göstərilmişdir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə nəzərə alır ki, tərəflər cinayəti törətdikdən sonra bir-birləri ilə barışmağa nail olmuş, habelə hadisədə zərərçəkmiş şəxsə ziyan dəyməmişdir. Cinayət işinə xitam verilməsi gələcəkdə başqa neqativ halların da aradan qalxmasına səbəb ola bilər. Eləcə də, məhkəmə hazırki nəticəyə gələrkən qeyd etməyi zəruri hesab edir ki, X12 ilk dəfədir ki, cinayət məsuliyyətindən azad edilir. Odur ki, məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxs X12 barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 63 (altmış üç) manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə X12 barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan Tərtər Rayon Polis maddi sübutların saxlanılması otağına təhvil verilmiş X4 hadisə zamanı əynində olmuş 01 ədəd ağ rəngli, üzərində qara rəngli cızıqlar olan qısaqol köynək, Şahid1 hadisə zamanı əynində olmuş 01 ədəd ağ rəngli mayka və qara rəngli qısaqol köynək sahiblərinə təhvil verilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 73.2, 321, 344- 347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərci olan 63 (altmış üç) manat pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə Tərtər Rayon Polis Şöbəsində maddi sübutların saxlanılması otağına təhvil verilmiş X4 hadisə zamanı əynində olmuş 01 ədəd ağ rəngli, üzərində qara rəngli cızıqlar olan qısaqol köynək, Şahid1 hadisə zamanı əynində olmuş 01 ədəd ağ rəngli mayka və qara rəngli qısaqol köynək sahiblərinə qaytarılsın. Hökmün ekspertiza xərcinə va maddi sübuta aid olan hissəsinin icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №1(061)-66/2024
Tərtər Rayon Məhkəməsi Qərar — İş №1(061)-66/2024
11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver