Məhkəmə qərarları › İş №1(061)-67/2024

Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-67/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-67/2024 27.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta-ixtisas təhsilli, işsiz, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cüi maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cinayət işi üzrə toplanmış ilkin sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, istintaqa dəqiq məlum olmayan gündə və vaxtda istintaqa məlum olmayan mənbədən tiyəsinin uzunluğu 102 mm, eni 26 mm, qalınlığı 3,3 mm, dəstəyinin uzunluğu 131 mm, orta hissədə eni 26 mm, qalınlığı 14 mm olan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən bir ədəd ov bıçağını qanunsuz olaraq əldə edərək 24 may 2024-cü il, saat 20 radələrinədək, yəni Tərtər rayonu ərazisində "xxxx" MMC-nin yaxınlığında yerləşən köşkdə aksiz markası olmayan tütün məmulatlarının satışını həyata keçirməsi səbəbindən rayon polis şöbəsinə dəvət edildikdən sonra üzərindəki əşyaları giriş postuna təqdim edərkən polis əməkdaşları tərəfindən aşkar edilənədək üzərində gəzdirmiş və həmin bıçaq TB-nin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən baxış keçirilib müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər Müdafiə Nazirliyinin “059” saylı hərbi hissəsində gizir vəzifəsində xidmət etmişdir. 14 iyul 2023-cü il tarixdə müqavilə müddəti bitdiyinə görə təxris edilmişdir. 2014-cü ilin “Avqust” hadisələrinin, 2016-cı ilin aprel döyüşlərinin, 2020-ci ilin Vətən müharibəsinin, 2022-ci ilin əks-hücum əməliyyatlarının iştirakçısı olmuşdur. Ailəsini dolandırmaq üçün Tərtər şəhəri, H.Əliyev prospekti ərazisindəki Təzə bazarın qarşısında yerləşən köşkdə siqaret, dondurma, su və s. məhsulların satışı ilə məşğul olmuşdur. Satış həyata keçirdiyi obyekt şifahi razılaşma əsasında onun istifadəsində olmuşdur, yəni bununla bağlı rəsmi icazə sənədi olmamışdır. Köşkdə satdığı mallardan yalnız tütün məmulatları aksizsiz məhsullar olmuşdur. Həmin aksizsiz məhsulları, yəni tütün məmulatlarını onlayn qaydada Bakıdan tanımadığı şəxsdən sifariş etmiş, aksizsiz tütün məmulatları taksi ilə onun işlətdiyi köşkə gətirilmişdir. Bir neçə aya yaxın müddətdir ki, həmin malların satışı ilə məşğul olmuşdur. Onun həmin aksizsiz tütün məmulatlarının satışının qadağan olması barədə məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə nahar etmək üçün yaşadığı evə getmişdir. Buna görə də obyekti tanışına həvalə etmişdir. Saat 15 radələrində həmin tanışı ona zəng edib Tərtər Rayon Polis şöbəsinin əməkaşlarının işlətdiyi köşkə yaxınlaşıb satdığı tütün məmulatlarını aparmaq istədiklərini bildirmişdir. Tanışına həmin polis əməkdaşlarına onu gözləmələrini demişdir. Bundan sonra istifadə etdiyi köşkə gəlmişdir. Polis əməkdaşları aksiz markası olmayan tütün məmulatlarının satışı ilə məşğul olduğu üçün onu Tərtər rayon Polis Şöbəsinə dəvət etmişdirlər. O da polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Bu vaxt giriş qapısında duran polis əməkdaşı ondan üzərində hər hansı şübhəli əşya və predmetin olduğunu soruşmuşdur. Bundan sonra o, üzərində olan əşyalarla birlikdə 01 ədəd qatlanan bıçağı da həmin postda polis əməkdaşına təqdim etmişdir. Həmin bıçağın qanunsuz olduğunu, yəni soyuq silah olduğunu bilməmişdir. Bıçağı 2018-ci ilin sentyabr ayında dəqiq xatırlamadığı gündə Bakı şəhərində yerləşən mağazaların birindən hərbi xidmətdə olduğu dövrdə pulla almış və həmin günə qədər istifadə etmişdir. Hazırda heç bir cinayət əməli törətmədiyinə görə barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə belə, onun həmin cinayət əməlini törətməsi, aşağıda qeyd olunan şahid ifadələri və iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X2 göstərmişdir ki, Təqsirləndirilən şəxsla heç bir ədavəti olmamış, hadisə günü tanımışdır. Tərtər RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə Tərtər rayon Polis Şöbəsinin inzibati binasının qarşısındakı giriş postunda xidmətdə olmuşdur. Həmin müddətdə rayon polis şöbəsinə dəvət olunan vətəndaşların qeydiyyatını apararaq müvafiq qaydada üst-başını yoxladıqdan, yəni şəxslərin üzərində hər hansı şübhəli əşya və ya predmet olmadığına əmin olduqdan sonra yoxladığı şəxslərin inzibati binaya daxil olmasına icazə vermişdir. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə Tərtər rayon polis şöbəsinin inzibati binasının qarşısındakı giriş postunda xidməti vəzifələrini yerinə yetirirərkən əvvəllər tanımadığı bir nəfər şəxs inzibati binaya daxil olması üçün xidmət apardığı giriş postuna yaxınlaşmışdır. O, həmin şəxsdən kim olduğunu və nə üçün gəldiyini soruşmuşdur. Bu vaxt həmin şəxs ona Təqsirləndirilən şəxs olduğunu, Tərtər şəhərində yaşadığını və polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə dəvət edildiyini bildirmişdir. Bunda sonra o, həmin şəxsi qeydiyyata almış və qeydiyyata aldıqdan sonra sonuncudan üzərində hər hansı şübhəli əşya və predmet olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs ona üzərində olan mobil telefonu ilə birlikdə 01 ədəd qatlanan bıçağı da təqdim etmişdir. O, həmin 01 ədəd qatlanan bıçağı Təqsirləndirilən şəxs təhvil alaraq sonuncuya üzərində soyuq silah gəzdirməyin məsuliyyət yaratdığını bildirmiş və raportla rayon polis şöbəsinin rəhbərliyinə məruzə edərək həmin bıçağı təhqiqat bölməsinə təhvil vermişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Tərtər şəhəri ərazisində "xxxx" MMC-nin yaxınlığında yeləşən köşkdə aksiz markası olmayan tütün məmulatlarının satışını həyata keçirdiyindən, Tərtər RPŞ-nin PPXB-nin əməkdaşları olan Şahid3 və Şahid2 həmin şəxsi rayon polis şöbəsinin inzibati binasına dəvət edilmişdir. Həmin bıçaq açıldıqda ümumi uzunluğu təxminən 25 sm və dəstəyinin üzərində açıq yaşıl rəngli taxtaya oxşar predmet olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hadisə günü tanımışdır. Tərtər RPŞ-nin PPXBnin polis nəfəri vəzifəsində xidmət edir. Daxili əmrlə xidmət yeri Tərtər şəhəri ərazisi müəyyən edildiyi üçün xidmətini şəhərdə aparır. xx.xx.2024-cü il tarixdə Tərtər şəhəri ərazisində "xxxx" MMC-nin yaxınlığında Tərtər RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ilə xidmətdə olarkən şəhər ərazisində yerləşən köşkdə aksiz markası olmayan tütün məmulatlarının satışının həyata keçirilməsi barədə məlumat almışlar. Buna görə o və Fərid həmin məlumat əsasında Tərtər şəhəri ərazisində "xxxx" MMC-nin yaxınlığında yerləşən köşkə yaxınlaşmış və orada aksiz markası olmayan tütün məmulatlarının satışının həyata keçirildiyini müəyyən etmişlər. O və Fərid həmin köşkü şifahi razılaşma əsasında işlədən Təqsirləndirilən şəxs aksiz markası olmayan tütün məmulatlarının satışın qadağan olunmasını izah edərək həmin tütün məmulatlarını sonuncunun razılığı ilə köşkdən götürüb Tərtər rayon polis şöbəsinin xidməti avtomobilinə yerləşdirmiş, daha sonra isə Təqsirləndirilən şəxs araşdırılma aparılması üçün rayon polis şöbəsinə gəlməsini bildirmişlər. Bundan sonra o və Fərid həmin tütün məmulatlarını rayon polis şöbəsinə gətirib rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə edərək həmin gün növbədə olan təhqiqat bölməsinin təhqiqatçı, polis baş leytenantı Anar İsmayıllıya təhvil vermişlər. O və Fərid rayon polis şöbəsinə gəldikdən 15-20 dəqiqə sonra Təqsirləndirilən şəxs da rayon polis şöbəsinə gəlmişdir. Həmin vaxt rayon polis şöbəsinin inzibati binasının qarşısında yerləşən giriş postunda xidmət aparan Tərtər RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X9 Təhməzovun üzərindən çıxararaq təqdim etdiyi həmin 01 ədəd qatlanan bıçağı görməmiş, belə ki, həmin vaxt orada olmamışdır. Bu barədə sonradan məlumatı olmuşdur. Həmin bıçağın əlamətləri barədə məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da işüzrə sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan iş üzrə 24 may 2024-cü il tarixdə Tərtər RPŞ-nin TBnin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs təqdim etdiyi aksiz markası olmayan 40 (qırx) qutu “PLATİNUM”, 30 (otuz) qutu “CAVALLO” adlı tütün məmulatlarına və 01 ədəd qatlanan bir ədəd bıçağa baxış keçirilmişdir. Baxış zamanı həmin bıçağın tutacaq hissəsinin 12 sm, kəsici hissəsi 10 sm olduğu müəyyən edilmiş və ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (Bax:iş vərəqə: 11-13) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə regional Bölməsinin 12 iyun 2024-cü il tarixli 16/648 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ov bıçağıdır və soyuq silah hesab edilir. (Bax:iş vərəqə: 14-18) İş materiallarından aydın olur ki, istintaq zamanı bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ov bıçağının Təqsirləndirilən şəxs tanınma üçün təqdim edilməsi zərurəti olduğundan 23 avqust 2024-cü il tarixdə tərəfimdən Tərtər RPŞ-nin inzibati binasında Müdafiəçi iştirakı ilə əşyanın tanınmaya təqdim edilməsi istintaq hərəkəti aparılmışdır. Əşyanın tanınmaya təqdim edilməsi zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlara uyğun olaraq 3-cü nömrəli əşyanı göstərərək dəstəyi boz rəngli metaldan hazırlanmış, dəstəyin üzərinə açıq yaşıl rəngli taxtaya bənzər predmet bərkidilmiş, tiyəsi boz rəngli metaldan olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən 01 ədəd açılıb-qatlanan bıçağının özünə məxsus olmasını bildirmişdir. Bununla bağlı fotoşəkil çəkilmiş və protokola əlavə edilmişdir. (Bax:iş vərəqə: 59-61) İş materiallarından aydın olur ki, cinayət işi üzrə 25 avqust 2024-cü il tarixdə Tərtər RPŞ-nin CAB-nə əməliyyat tapşırığı verilmiş, Tərtər RPŞ-nin CAB-dən 21 sentyabr 2024cü il tarixdə daxil olmuş məktubda göstərilmişdir ki, keçirilən əməliyyat tədbirləri zamanı ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs soyuq silah və ya odlu silahların alğı-satqısı məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs məxsus bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici və ucu deşici xassəyə malik soyuq silah hesab edilən ov bıçağını kimdən, haradan və nə vaxt əldə etməsinin müəyyən edilməsi mümküm olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs soyuq silah hesab edilən ov bıçağı ilə hər hansı şəxsə xəsarət yetirməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Tərtər rayonu ərazisində və Respublikasının digər ərazilərində analoji cinayətlərdə iştirakı müəyyən edilməmişdir. (Bax:iş vərəqə: 63-64) İş materiallarından aydın olur ki, istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tərəfimdən təqsirləndirilən şəxs qismində dindirilərkən özünü təqsirli bilmədiyini göstərmiş, həmçinin cinayət işinin materialları ilə tanış edilərkən həmin bıçağı 5-6 il əvvəl Bakı şəhərindəki mağazadan aldığını, həmin bıçağın soyuq silah olması barədə məlumatı olmadığını, bıçağı rayon polis şöbəsinin giriş postuna özü təqdim etdiyini, əgər həmin bıçağın soyuq silah olması və bu barədə cinayət məsuliyyəti nəzərdə tutulduğunu bildiyi halda həmin bıçağı üzərində daşımayacağını, çoxdan məhv edəcəyini bildirmiş və buna görə də ona bəraət verilməsini istəmişdir. Sonuncunun göstərdiyi xüsusatlar vəsatət kimi qiymətləndirilərək əsassız olduğu və özünü müdafiə xarakteri daşıdığı üçün rədd edilmişdir. (Bax: iş vərəqə: 47-53, 108-110) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 02 sentyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (Bax: iş vərəqə: 81) İş materiallarıa əlavə edilmiş Səhiyyə Nazirliyi Tərtər rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 26 avqust 2024-cü il tarixli 18-1-75/2-1027/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında dayanmır. (Bax: iş vərəqə: 69) Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, şahidlərin ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə regional Bölməsinin 12 iyun 2024-cü il tarixli 16/648 nömrəli rəyi, iş üzrə 24 may 2024-cü il tarixdə Tərtər RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs təqdim etdiyi aksiz markası olmayan 40 (qırx) qutu “PLATİNUM”, 30 (otuz) qutu “CAVALLO” adlı tütün məmulatlarına və 01 ədəd qatlanan bir ədəd bıçağa baxış keçirilmişdir. Baxış zamanı həmin bıçağın tutacaq hissəsinin 12 sm, kəsici hissəsi 10 sm olduğu müəyyən edilməsi barədə sənədləri, maddi sübut olan bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı, habelə işin istintaqı zamanı tədqiq edilib öyrənilmiş digər hüquqi sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan gündə və vaxtda istintaqa məlum olmayan mənbədən tiyəsinin uzunluğu 102 mm, eni 26 mm, qalınlığı 3,3 mm, dəstəyinin uzunluğu 131 mm, orta hissədə eni 26 mm, qalınlığı 14 mm olan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən bir ədəd ov bıçağını qanunsuz olaraq əldə edərək 24 may 2024-cü il, saat 20 radələrinədək, yəni Tərtər rayonu ərazisində "xxxx" MMC-nin yaxınlığında yerləşən köşkdə aksiz markası olmayan tütün məmulatlarının satışını həyata keçirməsi səbəbindən rayon polis şöbəsinə dəvət edildikdən sonra üzərindəki əşyaları giriş postuna təqdim edərkən polis əməkdaşları tərəfindən aşkar edilənədək üzərində gəzdirmiş və həmin bıçaq TB-nin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən baxış keçirilib müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetmişdir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə toplanmış ilkin sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, istintaqa dəqiq məlum olmayan gündə və vaxtda istintaqa məlum olmayan mənbədən tiyəsinin uzunluğu 102 mm, eni 26 mm, qalınlığı 3,3 mm, dəstəyinin uzunluğu 131 mm, orta hissədə eni 26 mm, qalınlığı 14 mm olan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən bir ədəd ov bıçağını qanunsuz olaraq əldə edərək 24 may 2024-cü il, saat 20 radələrinədək, yəni Tərtər rayonu ərazisində "xxxx" MMC-nin yaxınlığında yerləşən köşkdə aksiz markası olmayan tütün məmulatlarının satışını həyata keçirməsi səbəbindən rayon polis şöbəsinə dəvət edildikdən sonra üzərindəki əşyaları giriş postuna təqdim edərkən polis əməkdaşları tərəfindən aşkar edilənədək üzərində gəzdirmiş və həmin bıçaq TB-nin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən baxış keçirilib müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 228.4-cü maddəsi ilə tövsif olunmalıdır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər kateqoriyasına aiddir. İş materiallarına əlavə olunmuş Tərtər rayon İcra Hakimiyyəti başçısının TİTİS-in 20 sentyabr 2024-cü il tarixli 430 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı və iki azyaşlı uşaqları ilə bərabər ünvan 4 ünvanında yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci ildə Azərbaycan Respublikası Silahlı Silahlı Qüvvələrinin “90 illiyi“ Yubiley medalı, xx.xx.2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) “ Yubiley medalı, xx.xx.2021-ci ildə “Hərbi Xidmətdə Fərqlənməyə Görə” 3-cü dərəcəli medalı, “Qüsursuz Xidmətə Görə” 3-cü dərəcəli medal, “Suqovuşanın azad olunmasına görə” medalı, “Döyüşdə fərqlənməyə görə” medal “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşduir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, torpaqların azad olunmasında göstərdiyi xidmətlərini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə islah işləri növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. İş üzrə maddi sübut olan Tərtər rayon Polis Şöbəsində məsul saxlanca verilmiş, bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 53 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli iləəlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 06 (altı ) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzasının əvvəli qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub, Tərtər rayon PŞ-də məsul saxlanca verilmiş, bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 53 (əlli üç) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Tərtər rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar