Azərbaycan Respublikası adından Hökm Tərtər rayonu İş № 1(061)-67/2025 18.03.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSI Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, Əlizadə Coşqun İlqar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi nümayəndə1 Təqsirləndirilən şəxs Əlirzayev İlkan Arif oğlunun iştirakı ilə, ##.##.1996-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, İsmayıllı rayonu Uştalqışlaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən, Əlirzayev İlkan Arif oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Əlirzayev İlkan Arif oğlu xeyli miqdarda oğurluq, yəni tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2023-cü ilin dekabr ayının istintaqa dəqiq məlum olmayan günündə və vaxtda Ağdərə şəhəri ərazisinə gedərək həmin rayonun ərazisində yol kənarında işlək və texniki cəhətdən saz vəziyyətdə dövlət mülkiyyətində olan “Mitsubishi Pajero İO” markalı nəqliyyat vasitəsini gizli şəkildə ələ keçirib talayaraq işğaldan azad olunmuş rayonlardan keçən yollar ilə idarə etməklə yaşadığı İsmayıllı rayonuna gətirib zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ ərazisi şöbəsinə 6500 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Əlirzayev İlkan Arif oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, İsmayıllı rayonu Uştalqışlaq kəndində yaşayır. 2023-cü ildə antiterror əməliyyatlarından sonra bir müddət Ağdərə rayonunda traktorçu işləmişdir. Orada yol ilə gedəndə yolun kənarında erməni nömrəsi olan “Mitsubishi Pajero İO” markalı avtomobili görmüşdür. Avtomobil işlək vəziyyətdə olmuşdur. Həmin avtomobili oğurlamaq qərarına gəlmiş, bu məqsədlə erməni nömrəsini çıxarıb atmış və nömrəsiz idarə edərək Ağdam yolu ilə yaşadığı İsmayıllı rayonuna aparmışdır. 01 il sonra tanışı Seymura bildirmişdir ki, onda sənədsiz maşın vardır, alan olsa satmaq istəyir. Bir müddət sonra Seymur ona Ağdaş rayonundan olan Elvin adında tanışının maşını almaq istədiyini və Elvinin ona zəng edəcəyini demişdir. Telefonla danışdıqda sonra həmin maşını idarə edərək Ağdaş rayonuna gətirib Elvinə vermişdir. Bir müddət sonra isə tutulmuşdur. O, verilən suallara cavab olaraq bildirmişdir ki, maşının sunurlarını bir-birinə vuraraq maşını işə salmış, Ağdam-Fizuli yolu ilə maşını yaşadığı kəndə aparmışdır. Yolda təmir işləri aparıldığından polislər onu görməmişlər. Oğurluğu edərkən yanında heç kim olmayıb. Əvvəllər özünün də etibarnamə ilə maşını olmuş və həmin maşının nömrəsini oğurladığı maşının üstünə vurub istifadə etmişdir. Maşının sənədsiz olmasını Elvinə bildirmiş, 1500 manata razılaşaraq maşını Elvinə satmışdır. Elvin pulu olanda verəcəyini demişdir. Maşının erməni maşını olmasını Elvinə deməmişdir. Özü 44 günlük müharibənin iştirakçısıdır. Seymurla əvvəllər bir yerdə işlədiyi üçün tanımışdır. Oğurladığı “Mitsubishi Pajero İO” markalı avtomobil hazırda Tərtər rayon Polis Şöbəsində saxlanılır. O, son çıxışında bildirmişdir ki, törətdiyi əməlindən peşimandır. Ona görə də məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs sözügedən “Mitsubishi Pajero İO” markalı avtomobili 2023-cü ildə oğurlamışdır. Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələblərinə əsasən əmlakın sahibi və vərəsəsi müəyyən edilmədiyi halda həmin əmlak müvafiq qaydada dövlət mülkiyyətinə keçir. Azərbaycan Respublikası Prezidentinin ## ##### 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinin Nizamnaməsinin 3.1.2-ci bəndinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada yaşayış sahələrinin sahibləri müəyyən edilib onlara təhvil verilənədək müvafiq ərazidə mövcud mənzil fondunu qoruyub saxlamaq və müvəqqəti idarə etmək hüquqi şəxsin vəzifələrinə aiddir. Ona görə də təqsirləndirilən şəxsin oğurladığı avtomobil Əmlak Məsələləri Dövlət Xidmətinin əmlakıdır. Oğurlanmış “Mitsubishi Pajero İO” markalı avtomobil Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməmişdir və Tərtər rayon Polis Şöbəsində saxlanılır. Avtomobilin maqnitofonu, starsstopu və akummlyatoru yerində deyildir. Şikayətlərinin olub-olmamasını sonda deyəcəkdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxsin hüquqi varisi verilən suallara cavab olaraq göstərmişdir ki, istintaqın müəyyən etdiyi qiymətlə razıdır. Avtomobil işlək vəziyyətə gətirilsin. Avtomobil dövlət qeydiyyatında olmayıb. Avtomobilin oğurluq edilən vaxtdakı vəziyyətini görməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Əlirzayev İlkan Arif oğlu əlavə ifadəsində göstərmişdir ki, avtomobili oğurlayarkən şunurlarla işə salmışdır, avtomobilin maqnitofonu və starstopu olmamış, akummlyatoru olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin digər nümayəndəsi nümayəndə1 ifadəsində göstərmişdir ki, təqsiirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. İstədiklərri odur ki, avtomobil onlara saz vəziyyətdə təhvil verilsin. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən şahid2 oğlu ifadəsində göstərmişdir ki, əvvəllər işğaldan azad olunan Ağdərə rayonu ərazisində fəaliyyət göstərən “xxxx” MMC-də direktor vəzifəsində işləmişdir. Təqsirləndiirilən şəxs İlkan Əlirzayev orada işçi olmuşdur. 2024-cü ilin dekabr ayında İlkan ona telefonla zəng edib onda satdıq “Mitshubihi Pajero İO” markalı avtomobilinin olduğunu bildirmişdir. Həmin vaxt Elvində maşın almaq istəyirdi. Onların arasında vasitəçilik etmişdir. X3 eşitmişdir ki, həmin maşın qənimətdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Elvin də “xxxx” MMC-də traktorçu işləmişdir. Elvinlə birlikdə “ehtiyat hissələri” dalınca gedərkən Elvin İlkanla onun maşın söhbətini eşidib almaq istədiyini bildirmiş, Elvinlə İlkan maşının alqı-satqısına görə 1500 manata razılaşmışlar. Elvin yayda konbayn işlədib maşının pulunu verəcəyini demişdir. X4 rayon Polis Şöbəsinə sürülərək gətirildiyini görmüşdür. Polis Şöbəsində bilmişdir ki, maşın işğaldan azad olunmuş Ağdərədən gətirilbmiş. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər işğaldan azad olunan Ağdərə rayonu ərazisində fəaliyyət göstərən “xxxx” MMCdə traktorçu işləmişdir. şahid2 da həmin şirkətin direktoru olmuşdur. 2024-cü ilin dekabr ayında Symurla birlikdə “ehtiyat hissələri” dalınca gedərkən Seymurun İlkanla maşın söhbətini eşidib almaq istədiyini bildirmişdir. Seymur maşının sənədsiz olduğunu və 1500 manata satıldığını demiş və onunla İlkanı calaşdırmışdır. Razılaşdıqqdan sonra İlkan “Mitshubihi Pajero İO” markalı maşını sürərək Ağdaş rayonuna gətirib ona təhvil vermişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, İlkanla 1500 manata razılaşmış, lakin İlkana pul verməmişdir. İlkana demişdir ki, sezonda işləyib pulunu verəcəkdir. İlkana heç bir öddəniş etməmişdir. Nömrəni söküb İlkana qaytarmış, maşının sənədsiz olduğunu bilmiş, fikirləşmişdir ki, kəndarası sürər. Maşında maqnitafon yox idi və maşın işə düşürdü. Maşının yan sol şüşələri yerində idi, maşında cızıq yox idi, işıqlar yerində idi. Cinayət işində olan Mitshubihi Pajero İO markalı avtomobilə “baxışın keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, həmin avtmobil boz rənglidir. Ön sol kapot hissəsində rəngi pozulmuş və qopmuş vəziyətdədir. Avtomobilin arxa hissəsində “PAJERO Mitsubishi” sözləri yazılmışdır. Avtomobilin nə arxa, nə də ön tərəfində dövlət qeydiyyat nömrəsi yoxdur. Oturacaqları parçadandır, normal vəziyyətdədir. Baxış zamanı Əlirzayev İlkan Arif oğlu bildirmişdir ki, həmin avtomobili Ağdərə şəhər ərazisindən gizli yollarla oğurlamışdır. Cinayət işində olan müstəqil ekspert İxtiyar Quliyev tərəfindən verilmiş **/** nömrəli, ##.##.2025-ci il tarixli qiymətləndirmə aktından görüünür ki, Əlirzayev İlkan Arif oğlunun Ağdərə rayonu ərazisndən qənimət kimi götürdüyü bir ədəd “Mitshubihi Pajero İO” markalı avtomobilin bazar qiymətinin dəyəri 6500 manat olması müəyyən edilmişdir. Cinayət işində olan “sübutların qiymətləndirilməsi haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Əlirzayev İlkan Arif oğlunun Ağdərə şəhəri ərazisndən oğurladığı bir ədəd “Mitshubihi Pajero İO” markalı avtomobil iş üzrə maddi sübut kmim tanınmışdır. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Əlirzayev İlkan Arif oğlunun məhkumluğuna dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işində olan “qətimkan tədbirinin seçilməsi haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Əlirzayev İlkan Arif oğlu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan İsmayıllı rayon Qalagah İƏD üzrə nümayəndəsi Ə.Ələkbərov tərəfindən verilmiş *** saylı, ##.##.2025-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Əlirzayev İlkan Arif oğlunun himayəsində ##.##.2020-ci il təvəllüdlü Əlirzayev İlkin İlkan oğlu və ##.##.2022-ci il təvəllüdlü Əlirzayev Turan İlkan oğlu vardır. O, özünün nümünəvi davranışı, mədəniyyəti ilə tanınmış, kənd əhalisi arasında özünü nümunəvi bir gənc kimi tanıtmış, kəndin bütün sosial və və məddəni işlərində yaxından iştirak etmiş, öhdəsinə düşən işləri vaxtı-vaxtında görmüşdür. Cinayət işində olan Azərbaycan Respublikası Medalının İ-***** nömrəli vəsiqəsinin surətindən görünür ki, Əlirzayev Turan İlkan oğlu Azərbaycan Respublikası Prezidentinin ## #### 2021-ci il tarixli, **** nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Medalının İ-**** nömrəli vəsiqəsinin surətindən görünür ki, Əlirzayev Turan İlkan oğlu Azərbaycan Respublikası Prezidentinin ## #### 2021-ci il tarixli, **** nömrəli Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Medalının İ-***** nömrəli vəsiqəsinin surətindən görünür ki, Əlirzayev Turan İlkan oğlu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, ***s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs Əlirzayev İlkan Arif oğlunun ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndələrinin ifadələrinə, şahidlərin ifadələrinə və işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Əlirzayev İlkan Arif oğlu tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxs Əlirzayev İlkan Arif oğlunun ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərəçəkmiş şəxsə vurulmuş zərərin (avtomobili qaytarmaqla) ödənilməsini, müharibə iştirakçısı olmaqla “Cəbrayılın azad olunmasına görə” medalı, “Zəngilanın azad olunmasına görə” medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında ona qarşı şikayət və tələbinin olmamasını bildirməsini, himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasıını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Cinayət Məcəlləsində yalnız cinayətlərin residivinə görə sərt cəzanın təyin edilməsinin təsbit edilməsini, eləcə də "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin ##.##.2017-ci il tarixli sərəncamından irəli gələrək cəza təyinin zamanı cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzaların və şərti məhkum etmə inistitutunun daha geniş tətbiq edilməsi barədə tövsiyyələri rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs Əlirzayev İlkan Arif oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin edilmklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Ona görə də ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Əlirzayev İlkan Arif oğlunun üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İsmayılı rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Əlirzayev İlkan Arif oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut kimi tanınan Əlirzayev İlkan Arif oğlunun Ağdərə şəhəri ərazisindən oğurladığı bir ədəd “Mitshubihi Pajero İO” markalı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ ərazisi şöbəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur.yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Əlirzayev İlkan Arif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Əlirzayev İlkan Arif oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Əlirzayev İlkan Arif oğlunun üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İsmayıllı rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Əlirzayev İlkan Arif oğlunun İsmayıllı rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınan Əlirzayev İlkan Arif oğlunun Ağdərə şəhəri ərazisindən oğurladığı bir ədəd “Mitshubihi Pajero İO” markalı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ ərazisi şöbəsinə təhvil verilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №1(061)-67/2025
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-67/2025
18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver