Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1(061)-68/2025 11.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X4 oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1963-cü il tarixdə Ağdərə rayonu, Umudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağdərə rayonu, Umudlu kəndində qeydiyyatda olmaqla Tərtər şəhəri, Şıxarx qəsəbəsi bina 11, mənzil 14-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir ondan ötrü ki, o, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs2 inam və etibarını qazanmaqla sonuncuya xəstəliyi ilə əlaqədar əlillik təqaüdü düzəldəcəyini yalan vəd verib aldatmış və 2024-cü ilin yanvar ayının istintaqa dəqiq məlum olmayan günündə saat 14 radələrində Tərtər şəhəri, H.Əliyev prospekti ərazisində yerləşən “OBA” marketdə quraşdırılmış terminal vasitəsilə öz istifadəsində olan, istintaqa dəqiq məlum olmayan kart hesabına 1200 (bir min iki yüz) manat pul vəsaitini köçürtdürməklə, 2024-cü ilin yanvar ayının istintaqa dəqiq məlum olmayan günündə saat 13 radələrində Tərtər şəhəri, H.Əliyev prospekti ərazisində yerləşən “Köhnə Avtovağzal” adlanan yerdə Zərərçəkmiş şəxs2 oğlu Şahid3 600 (altı yüz) manat pulu almaqla, 2024-cü ilin yanvar ayının istintaqa dəqiq məlum olmayan günündə saat 16 radələrində Tərtər rayonu, Buruc kəndi ərazisində Zərərçəkmiş şəxs2 evinin qarşısında Şahid3 700 (yeddi yüz) manat pul vəsaitini almaqla, 2024-cü ilin fevral ayının istintaqa dəqiq məlum olmayan günündə saat 12 radələrində Tərtər şəhəri H.Əliyev prospekti ərazisində yerləşən “OBA” marketdə quraşdırılmış terminal vasitəsilə öz istifadəsində olan, istintaqa dəqiq məlum olmayan kart hesabına 700 (yeddi yüz) manat pul vəsaitini köçürtdürməklə, sonuncu dəfə 2024-cü ilin fevral ayının istintaqa dəqiq məlum olmayan günündə saat 16 radələrində Tərtər şəhəri ərazisində yerləşən “Səhəng bulaq” adlı restoranda Şahid3 500 (beş yüz) manat pul vəsaitini almaqla vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 3700 (üç min yeddi yüz) manat pul vəsaitini ələ keçirib, həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 3700 (üç min yeddi yüz) manat məbləğində pulunu etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiahm üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsi çoxdan tanıyır. Zərərçəkmiş şəxs həqiqətən xəstə olduğu üçün onu Travmatologiya xəstəxanasına aparmışdır. Zərərçəkmiş şəxsi pensiyaya çıxartmaq üçün zərərçəkmişin oğlu vasitəsi ilə ondan hissə-hissə, cəmi 3700 manat pul almışdır. Həmin pulları həkimə vermişdir. Lakin, həkimin adını bilmir. O, sonrakı məhkəmə iclasında bildirmişdir ki, əvvəlki məhkəmə iclasında fikirli olduğu üçün fikrini düzgün ifadə etməmişdir. Zərərçəkmişdən aldığı pulları özü üçün xərcləmişdir. Aldığı pulları sonradan zərərçəkmiş şəxsə qaytatmışdır. Özünü təqsirli bilir. Əməlindən peşimandır. Ona görə də məhkəmədən “Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına uyğun olaraq barəsində amnistiya tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməsini və cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmiuşdir ki, həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxslə normal münasibətləri olmuşdur. Təqsirləndirilən şəxsi öz maşını ilə zərərçəkmiş şəxsgilə aparmış. Onlar görüşüb söhbət etdikdən sonra təqsirləndirilən şəxsi geri qaytarmışdır. Yolda söhbət zamanı bilmişdir ki, zərərçəkmişə pensiya düzətdirilməsi ilə bağlı aralarında pul söhbəti olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi məhkəməyə yazılı vəsatət təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilir. Onun yaşı 60-dan çoxdur, əməli böyük ictimai təhlükə törətməyən cinayət əməlidir və amnistiyanın təsiri altına düşür. Ona görə də məhkəmədən Təqsirləndirilən şəxs barəsində "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.14 və 5.1ci bəndinin tətbiq edilərək cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Dövlət ittihamçısı bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarına əsasən amnistiya tətbiq edilməsinə etirazı yoxdur. Cinayət işində olan “şübhəli səxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixli qərarla Tərtər RPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 3875 saylı “ƏFV” sərəncamına əsasən cəzadan azad edilmiş; Göygöl rayon Polis Şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə baxılması üçün ittiham aktı ilə birlikdə məhkəməyə göndərilmiş, lakin həmin cinayət işinin nəticəsi barədə məlumat yoxdur. Cinayət işində olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dai cinayət işi üzrə cinayət təqibinə "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.14 və 5.1-ci bəndləri tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işində olan Tərtər RİHB-nın Unudlu kənd icra nümayəndəsi Z.Əzizov tərəfindən verilmiş 160 və 161 saylı, xx.xx.2025-ci il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdərə rayonundan məcburi köçkündür, Tərtər rayonu, Şıxarxqəsəbəsi, bina 11, mənzil 14-də yaşayır. O, yaşadığı yerdə cəmiyyət arasında hörmət qazanmışdır, vətəninə, xalqına, torpağına bağlı, müsbət xasiyyətli, vətənpərvər insandır. Cinayət işində olan Təqsirləndirilən şəxs dair şəxsiyyət haqqında portaldam çıxarışdən görünür ki, o, xx.xx.1963-cü ildə anadan olmuşdur və hazırda 62 yaşı vardır. Cinayət işində olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2026cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 3700 manat məbləğində maddi ziyan tam şəkildə ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır və barəsində olan cinayət işinə xitam verilməsinə etiraz etmir. Cinayət işində olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, o, ittiham üzrə CM-nin 178.1-ci maddəsi ilə özünü tam təqsirli bilir, əməlindən peşimandır, zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə cinayət təqibinə "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli olması iş üzrə özünün ifadəsi ilə yanaşı, şahid ifadəsi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş işin digər materialları ilə tam sübut olunur. Məhkəmə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin CM-nin 178.1-ci maddəsi ilə tövsifini düzgün və əsaslı hesab edir. "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə bu Qərarın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. Hazırkı iş üzrə "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud deyildir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş zərər tam ödənilmiş və bu barədə zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim etmişdir. Həmin Qərarın 10-cu hissəsinə görə bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 24-cü hissəsinə görə birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 19.5-ci bəndinə əsasən bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində Amnistiya məhkəmələr tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli “Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.6, 1.14 və 5.1-ci bəndlərinin təsiri altına düşür. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Ağdərə rayonundan məcburi kökündür, onun 62 yaşı vardır. Həmçinin törətmiş olduğu cinayət əməli təsnifatına görə böyük ictimai təhlüükə törətməyən cinayət əməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı 1.6, 1.14 və 5.1-ci bəndləri tətbiq edilməli, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.6, 1.14 və 5.1-ci bəndlərinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işi üzrə cinayət təqibinə "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.6, 1.14 və 5.1-ci bəndləri tətbiq edilməklə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilsin, o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN : TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №1(061)-68/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №1(061)-68/2025
11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver