Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-7/2025 19.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X3 qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Tərtər rayonun Seydimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Tərtər rayonun Seydimli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 fevral 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə həmkəndlisi Tərtər rayon Seydimli kəndində yaşayan Zərərçəkmiş şəxsa məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində Zərərçəkmiş şəxs xahişi ilə pul müqabilində işləyərək həyətyanı sahəni kol-kosdan təmizlədiyi vaxtlarda evdə heç kəsin olmadığını bilərək 2024-cü ilin mart ayının sonlarından aprel ayının əvvəllərinədək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan günlərdə vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qapısının kilidini qanunsuz olaraq açmaq yolu ilə daxil olmuş və evin mətbəx hissəsindən 01 ədəd istifadəyə yaralı, 2014-cü il istehsalı, “Çetinkaya” markalı, 150 manat dəyərində elektrik tənzimləyicisini, 01 ədəd istifadəyə yararlı 2022-ci il istehsalı “Franko” markalı, 140 manat dəyərində ətçəkən maşını, 01 ədəd istifadəyə yararlı, 2016-cı il istehsalı, 30 manat dəyərində “Eurolux” markalı mikseri, qonaq otağından isə içərisində 12 ədəd olmaqla, istifadə olunmamış, 2016-cı il istehsalı, 30 manat dəyərində “Tac” markalı stəkan dəstini, həmçinin qonaq otağındakı şkafdan həmin evin sol yanında yerləşən, istifadə edilməyən və əl damı kimi istifadə edilən mağazanın və ona bitişik əl damının, habelə tövlənin açarlarını götürmüş və mağazaya kilidini açmaqla qanunsuz olaraq daxil olub içərisində 04 ədəd olan, istifadə olunmamış, 2016cı il istehsalı 200 manat dəyərində “GOKAY” markalı yataq dəstini, içərisində 02 ədəd yastıq, 04 ədəd yastıq üzü olmaqla 01 dəst istifadə olunmamış, 2016-cı il istehsalı sintefon materialdan 130 manat dəyərində “Galaksi” markalı yataq dəstini, içərisində 06 ədəd olmaqla, istifadə olunmamış, 2016-cı il istehsalı, 30 manat dəyərində “Ekobella” markalı dəsmalı, içərisində 06 ədəd olmaqla, istifadə olunmamış, 2016-cı il istehsalı, 30 manat dəyərində “Tac” markalı dəsmal dəstini, 01 dəst istifadə olunmamış, 2016-cı il istehsalı 200 manat dəyərində “Biryoni” markalı qazan dəstini, habelə həmin mağazaya bitişik olan tikilinin qapısını qanunsuz olaraq açıb içəri daxil olaraq 01 ədəd istifadəyə yararlı, 100 manat dəyərində təbii su təmizləyən daşı, 01 ədədi 20 lirt həcmində, 03 ədədi təxminən 10 litr həcmində olmaqla 04 ədəd təxminən 10 il müddətinə istifadə olunmuş, istifadəyə yararlı 60 manat dəyərində alüminium ləyən dəstini, o cümlədən evin həyətyanı sahəsində yerləşən tövləyə qapısını açmaqla qanunsuz olaraq daxil olub 01 ədəd təxminən 10 il müddətinə istifadə olunmuş, istifadəyə yararlı 50 litr həcimli 60 manat dəyərində alüminium qazanı, 04 ədəd təxminən 10 il müddətinə istifadə olunmuş, istifadəyə yararlı, 40 litr həcimli hər birinin dəyəri 40 manat olan su bidonlarını, habelə həyətyanı sahədən 01 ədəd istifadə edilmiş, istifadə üçün yararlı, 06 manat dəyərində dəmir metaldan olan vannanı gizli yolla talayıb Zərərçəkmiş şəxs 1.326 (bir min üç yüz iyirmi altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkən şəxs Zərərçəkmiş şəxs onun həmkənlisidir. 2024-cü ilin mart ayında Dilarənin qonşusu Rahilə adlı qadının məhləsində pul müqabilində kolkosu və alaq otlarını təmizləyərkən Dilarə Rahilənin həyətinə gəlmiş və onun Rahilənin həyətində işlədiyini görmüşdür. Dilarə ondan Rahiləgildə işlərini bitirdikdən sonra onun həyətində də pul müqabilində təmizlik və biçin işləri aparmasını ondan xahiş etmişdir. Rahiləgildə işlərini bitirdikdən sonra Dilarənin həyətində işləməyə başlamışdır. İşsiz olmaqla maddi və ailə vəziyyəti ağır olduğundan və evdə heç kimin olmadığını yəqin etdikdən sonra Dilarənin evindən oğurluq etmək qərarına gəlmiş və ittihamda göstərilən əşyaları oğurlamışdır. Oğurladığı əşyaları satıb əldə etdiyi pulları himayəsində olan üç nəfər azyaşlı uşaqlarının müalicəsinə xərcləmişdir. Mddi imkanı olmadığından zərərçəkmiş şəxsə vurmuş olduğu zərərin əvəzini ödəyə bilməmişdir. Törətdiyi əməlindən peşimandır. Hazırda tikinti-materialları sexində işləyir və 400 manat əmək haqqı alır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı 06 ay müddətində hissə-hissə ödəyəcəkdir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işin materalları ilə tam sübüta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, həyat yoldaşı rəhmətə getdikdən sonra Bakı şəhərinə qızının yanına köçmüşdür. İlin çox hissəsini Bakı şəhərində yaşayır, ildə bir neçə dəfə Tərtər rayonu Seydimli kəndinə gələrək evinə baş çəkir. Digər vaxtlarda isə evdə heç kim yaşamır. Bakı şəhərinə gedəndə darvazanı və evin qapısını açarla bağlayır. Təxminən 2024-cü ilin mart ayının ortalarında Bakı şəhərindən Tərtər rayonu, Seydimli kəndinə gəlmiş, evinə baş çəkdikdən sonra qonşusu Rahiləgilə getmişdir. Rahiləgilin həyətinə daxil olanda həmkəndlissi Mənsurun orada olduğunu və Rahiləgilin evinin həyətində təmizlik işləri yerinə yetirdiyini görmüşdür. Mənsurdan Rahiləgilin həyətindəki işləri bitirdikdən sonra onun bağında da təmizlik və biçin işləri aparmasını xahiş etmişdir. Görəcəyi işin müqabilində Mənsura 150 manat pul verəcəyini demişdir. Sonra Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərinə getməzdən əvvəl evin darvazasının açarını qardaşım Şahid5 vermişdir. Evin açarını isə özü ilə Bakı şəhərinə aparmışdır. O, evin açarlarını Mənsura və digər şəxsə verməmişdir. Təxminən 2024-cü il tarixdə iyun ayının əvvəllərində qızı Ceyranın Bakı şəhərindən Tərtər rayonu, Hacıqərvənd kəndinə qaynanasının yas mərasiminə gəldiyini bilib evin açarını verərək yası yola verdikdən sonra Seydimli kəndinə gedib onun evinə baş çəkməsini xahiş etmişdir. Yası yola verdikdən sonra qızı Seydimli kəndinə gedərək onun evinə baş çəkmiş, ətçəkən maşının, elektrik tənzimləyicisinin, ləyənlərin və qazanın evdə olmadığını aşkar emiş, kürəkəni Anar ona zəng edərək adlarını çəkdiyi əşyaların oğurlandığını bildirmişdir. Ona görə də xx.xx.2024-cü il tarixdə Bakı şəhərindən Tərtər rayonu, Seydimli kəndinə evimə gəlmiş, evinin mətbəxindən 01 ədəd istifadəyə yararlı, 2014-cü il istehsalı, böyük ölçülü, “Çetinkaya” markalı elektrik tənzimləyicisinin, 01 ədəd istifadəyə yararlı, 02 il müddətinə istifadə olunmuş, 2022-ci il istehsalı, “Franko” markalı ətçəkən maşının, 01 ədəd istifadəyə yararlı, istifadə olunmuş, 2016cı il istehsalı, “Eurolux” markalı mikserin, qonaq otağından içərisində 06 ədəd olmaqla “Tac” markalı stəkan dəstinin, evin yanındakı əvvəllər mağaza kimi istifadə etdiyi tikilidən içərisində 02 ədəd yastıq, 04 ədəd yastıq üzü olmaqla 01 dəst istifadə olunmamış, 2016-cı il istehsalı, sintefon materialdan “Galaksi” markalı yataq dəstinin, içərisində 06 ədəd olmaqla, istifadə olunmamış, 2016-cı il istehsalı, “Ekobella” markalı məhrəba dəstinin, içərisində 06 ədəd olmaqla, istifadə olunmamış, 2016-cı il istehsalı, “Tac” markalı dəsmal dəstinin, 04 ədəd istifadə olunmamış, 2016-cı il istehsalı, “GOKAY” markalı yataq dəstinin, 01 dəst istifadə olunmamış, 2016-cı il istehsalı “Biryoni” markalı qazan dəstinin, həmin mağazaya bitişik tikilidən 01 ədəd istifadəyə yararlı, istifadə olunmuş, qədimi su təmizləyən daşın, biri 20 litr həcmində, üçü isə 10 litr həcmində olmaqla 04 ədəd təxminən 10 il müdətinə istifadə olunmuş, istifadəyə yararlı alüminium ləyənin, 01 ədəd təxminən 10 il müddətinə istifadə olunmuş, istifadəyə yararlı 50 litr həcimli alüminium qazanın, 04 ədəd təxminən 10 il müddətinə istifadə olunmış, istifadəyə yararlı, 40 lirt həcimli su bidonlarının, bağdan isə 01 ədəd dəmir vannanın oğurlandığını aşkar etmişdir. Əslində ona dəymiş zərərin məbləği çoxdur. Lakin ittiham aktında az göstərilmişdir. Lap əvvəldən oğurluğun Mənsur tərəfindən edilməsindən şübhələnmiş, Mənsuru çağıraraq bu barədə soruşduqda Mənsur boynuna almamışdır. Ona görə də Tərtər rayon Polis Şöbəsinə müraciət edilmişdir. Polis Şöbəsində aparılan araşdırma zamanı Mənsur oğurluğun onun tərəfindən törədildiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəməmişdir. Ona görə də Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qaynanasıdır. Əri vəfat etdikdən sonra qaynanası çox vaxt Bakı şəhərində yaşayan qızı Maral ilə birgə yaşayır və arada bir Tərtər rayonuna gəlib Seydimli kəndində yerləşən evinə baş çəkir. 01 iyun 2024-cü il tarixdə özünün anası rəhmətə getdiyi üçün arvadı Ceyranla birlikdə Bakı şəhərindən Tərtər rayonu, Hacıqərvənd kəndinə gəlməli olmuşlar. Qaynanası onların yas mərasiminə gəldiyini bilib evin açarını qızı Ceyrana verərək yası yola verdikdən sonra Seydimli kəndinə gedib onun evinə baş çəkməsini xahiş etmişdir. Yası yola verdikdən sonra Ceyran Seydimli kəndinə gedərək Dilarənin evinə baş çəkmiş, ətçəkən maşının, elektrik tənzimləyicisinin, ləyənlərin və qazanın evdə olmadığını aşkar edərək bur barədə ona demişdir. O, da öz növbəsində qaynanası Dilarəyə zəng edərək adlarını çəkdiyi əşyaların oğurlandığını bildirmişdir. Ona görə də qaynanası xx.xx.2024-cü il tarixdə Bakı şəhərindən Tərtər rayonu, Seydimli kəndinə evinə gəlmiş, evinin mətbəxindən 01 ədəd “Çetinkaya” markalı elektrik tənzimləyicisinin, 01 ədəd “Franko” markalı ətçəkən maşının, 01 ədəd “Eurolux” markalı mikserin, qonaq otağından içərisində 06 ədəd olmaqla “Tac” markalı stəkan dəstinin, evin yanındakı əvvəllər mağaza kimi istifadə etdiyi tikilidən içərisində 02 ədəd yastıq, 04 ədəd yastıq üzü olmaqla 01 dəst “Galaksi” markalı yataq dəstinin, içərisində 06 ədəd olmaqla “Ekobella” markalı məhrəba dəstinin, içərisində 06 ədəd olmaqla “Tac” markalı dəsmal dəstinin, 04 ədəd “GOKAY” markalı yataq dəstinin, 01 dəst “Biryoni” markalı qazan dəstinin, həmin mağazaya bitişik tikilidən 01 ədəd qədimi su təmizləyən daşın, biri 20 litr həcmində, üçü isə 10 litr həcmində olmaqla 04 ədəd alüminium ləyənin, 01 ədəd 50 litr həcimli alüminium qazanın, 04 ədəd 40 lirt həcimli su bidonlarının, bağdan isə 01 ədəd dəmir vannanın oğurlandığını aşkar etmişdir. Lap əvvəldən oğurluğun Mənsur tərəfindən edilməsindən şübhələnmişlər. Mənsuru çağırıb oğurluq barədə soruşduqda Mənsur oğurluqdan xəbərsiz olduğunu demişdir. Ona görə də DİN-nin “102” xidmətinə və Tərtər rayon Polis Şöbəsinə müraciət edilmiş və Polis Şöbəsində aparılan araşdırma zamanı Mənsur oğurluğun onun tərəfindən törədildiyini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, həm Zərərçəkmiş şəxs, həm də Təqsirləndirilən şəxs onun həmkəndliləridir. 2024-cü ilin mart ayının xatırlamadığım günlərindən birində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yanından keçərkən Mənsurla qarşılaşmış, Mənsurun həmin vaxt əl arabası ilə Dilarəyə məxsus həyətdən çölə çıxdığını, arabada dəmir vanna, setka və digər xatırlamadığım metal qırıntıları olduğunu görmüşdür. Mənsurdan həmin dəmir vannanı hara apardığını soruşduqda həmin dəmir vannanı metal kimi satacağını bildirmişdir. Həmin vannanın içərisində heyvanlara yem verə biləcəyini düşünərək 03 manat müqabilində Mənsurdan almışdır. Sonradan Dilarənin evindən oğurluq olduğunu eşitmiş və həmin vannanın da oğurluq olduğunun bilmişdir. Həmin vannanı maddi sübut kimi polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Özü hazırda Bakı şəhərində yaaşayır. Atası vəfat etdikdən sonra anası çox vaxt Bakı şəhərində onun yanında qalır. Anası arada bir Tərtər rayonuna gəlib Seydimli kəndində yerləşən evinə baş çəkir. 01 iyun 2024-cü il tarixdə bacısı Ceyranın qaynanası rəhmətə getdiyi üçün əri Anarla birlikdə Bakı şəhərindən Tərtər rayonu, Hacıqərvənd kəndinə gəlməli olmuşlar. Anası onların yas mərasiminə gəldiyini bilib evin açarını Ceyrana verərək yası yola verdikdən sonra Seydimli kəndinə gedib onun evinə baş çəkməsini xahiş etmişdir. Yası yola verdikdən sonra Ceyran Seydimli kəndinə gedərək anasının evinə baş çəkmiş, ətçəkən maşının, elektrik tənzimləyicisinin, ləyənlərin və qazanın evdə olmadığını aşkar edərək bur barədə əri Anara demişdir. Anar da öz növbəsində onun anası Dilarəyə zəng edərək adlarını çəkilən əşyaların oğurlandığını bildirmişdir. Ona görə də anası xx.xx.2024-cü il tarixdə Bakı şəhərindən Tərtər rayonu, Seydimli kəndinə evinə gəlmiş, evin mətbəxindən 01 ədəd “Çetinkaya” markalı elektrik tənzimləyicisinin, 01 ədəd “Franko” markalı ətçəkən maşının, 01 ədəd “Eurolux” markalı mikserin, qonaq otağından içərisində 06 ədəd olmaqla “Tac” markalı stəkan dəstinin, evin yanındakı əvvəllər mağaza kimi istifadə etdiyi tikilidən içərisində 02 ədəd yastıq, 04 ədəd yastıq üzü olmaqla 01 dəst “Galaksi” markalı yataq dəstinin, içərisində 06 ədəd olmaqla “Ekobella” markalı məhrəba dəstinin, içərisində 06 ədəd olmaqla “Tac” markalı dəsmal dəstinin, 04 ədəd “GOKAY” markalı yataq dəstinin, 1 dəst “Biryoni” markalı qazan dəstinin, həmin mağazaya bitişik tikilidən 01 ədəd qədimi su təmizləyən daşın, biri 20 litr həcmində, üçü isə 10 litr həcmində olmaqla 04 ədəd alüminium ləyənin, 01 ədəd 50 litr həcimli alüminium qazanın, 04 ədəd 40 lirt həcimli su bidonlarının, bağdan isə 01 ədəd dəmir vannanın oğurlandığını aşkar etmişdir. X4 aparılan araşdırma zamanı Mənsur oğurluğun onun tərəfindən törədildiyini etiraf etmişdir. Oğrlanmış əşyalardan ətçəkən maşın, pastel dəsti, məhraba dəsti, qazan dəsti ona alınmış cehiz əşyaları olmuşdur. Cinayət işində olan Tərtər RPŞ-nin müstəntiqi Vüsal Mustafayevin, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Bəhruz Nağızadə və Elxan Kazımovun, Tərtər rayon sakini Şahid1, hal şahidləri Sənan Dunyamalıyev və Münasib Məmmədovun iştirakı ilə tərtib edilmiş xx.xx.2024cü il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, Tərtər rayonu, Seydimli kənd sakini Şahid1 təqdim etdiyi bir ədəd vannaya baxış keçirilmiş, vanna dəmir metaldan hazırlanmış, vannanın eninin 48 sm, uzunluğunun 107 sm, dərinliyinin isə 19 sm olduğu müyyən edilmiş, həmin vanna köhnə görünüşlü olsa da, istifadəyə yaralıdır. Şahid1 həmin dəmir vannanı göstərərək 2024-cü ilin mart ayında Təqsirləndirilən şəxs 03 (üç) manat aldığını bildirmişdir. Həmin vanna iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Cinayət işində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/5597 nömrəli rəyində görünür ki, 01 ədəd istifadəyə yararlı 2022-ci il istehsalı “Franko” markalı ətçəkən maşının orta bazar qiyməti 140 (yüz qırx) manat, 01 ədəd istifadəyə yararlı, istifadə olunmuş, 2016-cı il istehsalı, “Eurolux” markalı mikserin orta bazar qiyməti 30 (otuz), içərisində 02 ədəd yastıq, 04 ədəd yastıq üzü olmaqla 01 ədəd istifadə olunmamış 2016-cı il istehsalı sintefon materialdan “Galaksi” markalı yataq dəsti; içərisində 06 ədəd olmaqla istifafə olunmamış 2016-cı il istehsalı “Ekobella” markalı mərhaba dəsti: içərisində 06 ədəd olmaqla istifadə olunmamış 2016-cı il istehsalı “Tac” markalı dəsmal dəsti; içərisində 12 ədəd olmaqla istifadə olunmamış 2016-cı il istehsalı “Tac” markalı stəkan dəsi; 04 ədəd olmaqla istifadə olunmamış 2016-cı il istehsalı “Gokay” markalı yataq dəsti; istifadə olunmamış 2016-cı il istehsalı “Biyoni” markalı 01 dəst qazan; 01 ədəd olmaqla istifadəyə yararlı 2014-cü il istehsalı böyük ölçülü “Çetiinkaya” markalı elektrik paylayıcısı; evin yanındakı əvvəllər mağaza kimi istifadə edilmiş tikilidən və ona bitişik anbar kimi istifadə edilmiş tikilidən 01 ədəd istifadəyə yararlı qədimi təbii su təmizləyən daş – vahidinin qiyməti aydın deyil: biri 20 litr həcmində, üçü isə 10 litr həcmində olmaqla cəmi 04 ədəd təxminən 10 il müddətinə istifadə olunmuş, istifadəyə yararlı aliminum ləyən - 60 manat: 01 ədəd təxminən 10 il müddətinə istifadə olunmuş istifadəyə yararlı 50 litr həcmli aliminum qazan – 60 manat; 04 ədəd təxminən 10 il müddətinə istifadə olunmuş, istifadəyə yararlı, 40 litr həcimli su bidonlarının hər birinin orta bazar qiyməti 40 (qırx) cəmi 160 mant müəyyən edilir. Cinayət işində olan Tərtər rayon Zülfüqaroğlu MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 018 nömrəli məktubdan görünür ki, 2024-cü ilin mart-aprel ayı üçün orta istismar intensivliyi parametrlərinə uyğun olaraq içərisində 02 ədəd yastıq, 04 ədəd yastıq üzü olmaqla 01 dəst istifadə olunmamış, 2016-cı il istehsalı sintefon materialdan “Galaksi” markalı yataq dəstinin orta bazar qiyməti 130 manat, içərisində 06 ədəd olmaqla, istifadə olunmamış, 2016-cı il istehsalı, “Ekobella” markalı dəsmal dəstinin orta bazar qiyməti 30 manat, içərisində 06 ədəd olmaqla, istifadə olunmamış, 2016-cı il istehsalı, “Tac” markalı dəsmal dəstinin orta bazar qiyməti 30 manat, içərisində 12 ədəd olmaqla, istifadə olunmamış, 2016-cı il istehsalı, “Tac” markalı stəkan dəstinin orta bazar qiyməti 30 manat, 04 ədəd istifadə olunmamış, 2016-cı il istehsalı “GOKAY” markalı yataq dəstinin orta bazar qiyməti 200 manat, istifadə olunmamış, 2016-cı il istehsalı “Biryoni” markalı qazan dəstinin orta bazar qiyməti 200 manat, 2014-cü il istehsalı, böyük ölçülü, istifadə olunmuş “Çetinkaya” markalı elektrik tənzimləyicisinin orta bazar qiyməti 150 manat, 01 ədəd istifadəyə yararlı, istifadə olunmuş təbii su təmizləyən daşın orta bazar qiyməti isə 100 manat, 01 ədəd istifadə olunmuş, istifadəyə yararlı, əl üsulu ilə hazırlanmış dəmir metaldan vannanın orta bazar qiyməti 06 manat təşkil edir. Cinayət işində olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Tərtər rayonu, Seydimli kənd sakini Şahid1 təqdim etdiyi və Zərərçəkmiş şəxs məxsus olan bir ədəd dəmir vanna istintaq materialları ilə uyğunluq təşkil etdiyindən cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanması üçün Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş; Təqsirləndirilən şəxs ifadəsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk, həmçinin sonuncunun ifadəsinin yerində yoxlanmasını özündə əks etdirən 01 ədəd disk və Təqsirləndirilən şəxs telefon zənglərini özündə əsk etdirən 01 ədəd disk cinayət işi üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünün surətindən və Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü və 29, 120.2.8-ci maddələri ilə təqsirli bilinərək 11 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun məhkumluğuna dair başqa məlumat yoxdur. Cinayət işində olan “şübhəli səxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan və “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Tərtər RPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan şəxsiyyət vəsiqələrinin təsdiq edilmiş surətlərindən, Tərtər RİHB-nın Seyidimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi N.Vəliyeva tərəfindən verilmiş 399 saylı, xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağı vardır və kənddə yaşadığı müddət ərzində kənd əhalisinin hörmətini qazanmağa qismən nail olmuşdur. Cinayət işində olan Tərtər Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş yazdırma tarixi xx.xx.2024-cü il olan icbari sığorta arayışından görünür ki, Şahid4 (təqsirləndirilən şəxsin arvadı) 21 həftə 5 günə uyğun gələn hamilədir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə və işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətddiyi əməlini səmimi etiraf etməsini, himayəsində hamilə arvadının və üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarını, təqsirləndirilən şəxsə ittiham elan olunan əməlin xarakterini və mülkiyyət əleyhinə törədilmiş cinayət əməli olmaqla az ağır cinayət olmasını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş zərərin əvəzinin 06 ay ərzində ödəyəcəyini məhkəmə iclasında vəd etməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilən Tərtər rayonu, Seydimli kənd sakini Şahid1 təqdim etdiyi, Zərərçəkmiş şəxs məxsus olan bir ədəd dəmir vanna Zərərçəkmiş şəxs qaytarılmalı; Təqsirləndirilən şəxs ifadəsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk, həmçinin sonuncunun ifadəsinin yerində yoxlanmasını özündə əks etdirən 01 ədəd disk və Təqsirləndirilən şəxs telefon zənglərini özündə əsk etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs mülki mühakimə qaydasında Təqsirləndirilən şəxs qarşı iddia vermək hüququnun olması izah edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPMin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün nəzərə alınaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Tərtər rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınan və Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilən Tərtər rayonu, Seydimli kənd sakini Şahid1 təqdim etdiyi, Zərərçəkmiş şəxs məxsus olan bir ədəd dəmir vanna Zərərçəkmiş şəxs qaytarılsın; Təqsirləndirilən şəxs ifadəsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk, həmçinin sonuncunun ifadəsinin yerində yoxlanmasını özündə əks etdirən 01 ədəd disk və Təqsirləndirilən şəxs telefon zənglərini özündə əsk etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №1(061)-7/2025
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-7/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver