Məhkəmə qərarları › İş №1(061)-71/2025

Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-71/2025

21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-71/2025 21.01.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı, Tərtər rayon Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1998-ci ildə Tərtər rayon Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, İİİ dərəcəli əlil, Tərtər Hacıqərvənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə, saat 17 radələrində ictimai yer hesab edilən Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən “Dost Qapısı” adlı kafenin qarşısında ətrafda insanların olmasına əhəmiyyət verməyərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə ictimai qaydanın davamlı olaraq pozulması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni uca səslə nalayiq ifadələr işlədərək və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edərək Zərərçəkmiş şəxs ilə mübahisə edərək masanın üzərində olan silah qismində istifadə etdiyi şüşə materiallı qənd qabı ilə sonuncunun baş nahiyəsinə vuraraq sonuncuya “sağ təpə ənsə nahiyəsinin çapıq toxuması (kəsilmiş yara izi)” xəsarətləri ilə müşayiət edilən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirərək xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, zərərçəkən şəxs Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti olmamışdır. 14 mart 2025-ci il tarixdə, saat 15 radələrində tanışı və həmkəndlisi Şahid1 ilə Tərtər rayonu Buruc kənd ayrıcında yerləşən “Dağlar” adlı kafedə oturub yemək yemiş və bir qədər spirtli içki qəbul etmişdir. Sonra pivə içmək məqsədi ilə həmin gün saat 17 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən “Dost qapısı” adlı kafeyə gəlmişlər. O, Elşənlə kafenin qarşısında olan masalardan birində əyləşib kafedə işləyən tanımadığı sonralar adı ona məlum olan Zərərçəkmiş şəxs pivə gətirməsini bildirmiş, Rüfanə isə ona başqa işçilər pivə gətirəcək deyə cavab vermişdir. Əsəbiləşib Rüfanəyə yüksək səslə “sən burda işləyirsənsə pivə də gətirə bilərsən” demişdir. Rüfanə isə ona gətirməyəcini bildirmişdir. Rüfanəyə “sən burda nə üçün işləyirsən, işləmə çıx get” deyə iradını bildirmişdir. Rüfanə isə ona sən kimsən mənə yol göstərirsən demişdir. Rüfanəyə “xidmət etmirsənsə nə cırdırırsan burda” deyə təhqir etmiş, Rüfanə isə ona “gözlə sənin dalını dağıtdıracam” deyə bildirmişdir. Bu zaman o, əsəbləşərək masanın üzərində olan qənd qabını götürüb Zərərçəkmiş şəxs tərəf atmışdır. Bundan sonra Rüfanənin başı yarılmış, daha sonra kafedə olan şəxslər onu sakitləşdirmişlər. Onu sakitləşdirən zaman qonşu kafenin sahibi Şahid2la sözlü mübahisə etməyə başlamış, nalayiq ifadələr işlətmışdir. Həmin vaxt Etibar adlı şəxs ona tərəf əlində dəqiq bilmədiyi əşyanı atmış, o, isə bundan sonra üzərində olan boz rəngli açılıb-qatlanan bıçağı çıxarıb əlində saxlamış və Etibara onun üzərinə gəlməməsini bildirmiş, bundan sonra həmkəndlisi Şahid1 onun əlindən bıçağı almış, həmin vaxt spirtli içki qəbul etdiyi üçün ətrafdakılara nalayiq ifadələr işlətmişdir. Bundan sonra isə Eləşən Əlili ilə birlikdə yaşadığı kəndə gedərkən, Elşəndən bıçağı almış və xatırlamadığı yerə atmışdır. Hadisə təxminən 10-15 dəqiqə müddətinə davam etmişdir. Hadisənin heç bir səbəbi olmamışdır, çünki hadisə zamanı o, sərxoş vəziyyətdə olmuşdur. Hazırda əməlindən səmimi peşiman olmuşdur. Zərərçəkən şəxsdın üzr istəyərək onunla barışmışdır. Zərərçəkən şəxsin ondan şikayət, tələbi olmadığını bildirmişdir. Bu müddətdə artıq islah olunmuşdur. Göstərdiklərini, himayəsində bir nəfər uşağı olmaqla ailə vəziyyətini, İİİ qrup əlil olmasını nəzərə alaraq ona köməklik olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxs kimi təqsirləndirilən şəxsdən şikayət, tələbinin olmadığını, hadisə zamanı ona ziyan dəymədiyini, sağlıq vəziyyətinin qaydasında olduğunu, iş qabiliyyətinin normal olduğunu, tıqsirləndirilən şəxsin ondan üzr istədiyini, törətdiyi hadisəyə görə peşman olduğunu, onunla barışdıqlarını bildirmiş, təqsirləndirilən şəxs barəsində həbslə olmayan cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs digər ərizəsində göstərmişdir ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır, növbəti məhkəmə iclasına gələ bilməyəcəkdir, məhkəmə iclasının iştirakı olmadan aparılmasını və təqsirləndirilən şəxs barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq vaxtı veridiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, Tərtər şəhəri Heydər Əliyev prospketində yerləşən “Dost Qapısı” adlı kafedə xadimə işləyir. xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində işlədiyi kafenin qarşısında onunla birlikdə həmin kafedə işləyən Şahid4 ilə oturarkən, əvvəllər tanımadığı iki nəfər şəxs kafeyə gələrək kafenin qarşısında olan masalardan birində əyləşmişlər. Həmin iki nəfər şəxsdən biri sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs əvvəlcə kafenin sahibi Ramin Quliyevin ünvanına nalayiq küçə söyüşləri söymüş, sonra Təqsirləndirilən şəxs ona tərəf çönərək “səni kim saxlayır” deyə soruşmuşdur. O, isə ona cavabında “mən özüm ailəmi saxlayıram, məni kiminsə saxlamağına ehtiyacım yoxdur” demişdir. Bundan sonra Təhmasib onun ünvanına nalayiq ifadələrlə söyüb təhqir etməyə başlamış, o, isə Təhmasibə polisə məlumat verəcəyini demişdir. Təhmasib isə masanın üzərində olan şüşə materiallı qənd qabını götürüb onun başına vurmuş və nəticədə o, başından xəsarət almışdır. Bundan sonra onu kafenin içərisinə aparmışlar, ancaq Təhmasib kafenin qarşısında söyüşlərinə davam etmişdir. Həmin vaxt kafedə kafe sahibi Ramin Quliyev, iş yoldaşı Şahid4, Təhmasibin yanında gələn tanımadığım şəxs və kafedə müştəri qismində əyləşmiş şəxslər olmuşdur. Məhkəmənin əvvəlki iclasında şahid qismində ifadə vermiş X3 göstərmişdir ki, Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən “Dost Qapısı” adlı kafeni icarəyə götürüb işlədir. Təqsirləndirilən şəxs əvvəllər müştəri kimi tanımış, zərərçəkən şəxs Zərərçəkmiş şəxs isə onun işlətdiyi kafedə xadimə işləmişdir. Hər iki şəxslə heç bir ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə işlətdiyi kafeyə gələrkən, kafedə Təqsirləndirilən şəxs Şahid2 ünvanına söyüş söydüyünü görmüşdür. Təhmasibə yaxınlaşıb onu sakitləşdirmək istəyərkən Şahid2 da Təhmasibin ünvanına söyüş söymüşdür. Bundan sonra Təhmasib üzərində olan bıçağı çıxarmış, bu zaman Təhmasibin yanında olan Elşən adlı şəxs bıçağı Təhmasibdən almış və daha sonra onlar kafeni tərk edib getmişlər. Bundan sonra ona məlum olmuşdur ki, Təhmasib Etibarla sözlü mübahisə edib danışmazdan əvvəl masada olan şüşə qənd qabını götürüb Rüfanənin başına vurmuş və sonuncuda başından xəsarət almışdır. Məhkəmənin əvvəlki iclasında şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs Tərtər rayon Hacıqərvənd kənd sakini kimi əvvəllər tanımışdır. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs isə kafedə işlədiyuinə görə tanımışdır. Onlarla heç bir ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində ona məxsus Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən avtoehtiyyat hissələrinin satışı mağazasının qarşısında olarkən mağazanın arxa tərəfində yerləşən “Dost Qapısı” adlı kafedə kiminsə uca səslə nalayiq sözlər işlətdiyini eşidib həmin yerə yaxınlaşmışdır. Nə baş verdiyini soruşmuş və orada olan şəxslərdən nalayiq ifadələr işlətməməsini xahiş etmiş, həmin vaxt Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadələr işlətmiş və o da əsəbləşərək Təhmasibin ünvanına söyüş söymüşdür. Təhmasib isə üzərində olan bıçağı çıxarmış, ancaq Təhmasib ona yaxınlaşmamış, yanında olan şəxslərdən biri Təhmasibin əlindən bıçağı almış və Təhmasibi sakitləşdirməyə başlamışlar. Ancaq Təhmasib onun ünvanına söyüş söyməyə davam etmişdir. Bundan sonra Təhmasibi onun yanında olan şəxs avtomobilə mindirib aparmışdır. Təqsirləndirilən şəxs ona heç bir xəsarət yetirməmiş, Təhmasib ona yaxınlaşmamış, sadəcə kənardan sözlü şəkildə onu nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndli kimi tanımışdır. Onunla aralarında heç bir ədavəti olmamış, münasibəti yaxşı olmuşdur. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. 14 mart 2025-ci il tarixdə saat 15 radələrində tanışı və həmkəndlisi Təqsirləndirilən şəxs ilə Tərtər rayonu Buruc kənd ayrıcında yerləşən “Dağlar” adlı kafedə oturub yemək yemişlər. Təqsirləndirilən şəxs bir qədər spirtli içki qəbul etmişdir. Sonra pivə içmək məqsədi ilə həmin gün saat 17 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən “Dost qapısı” adlı kafeyə gəlmişlər. Təhmasiblə kafenin qarşısında olan masalardan birində əyləşmişlər. Bu vaxt Təhmasib kafedə işləyən tanımadığı sonralar adı ona məlum olan Zərərçəkmiş şəxs pivə gətirməsini bildirmişdir. Rüfanə isə başqa adamın gətirəcəyini bildirmişdir. “Təhmasib ona “səni kim saxlayır?” deyə bildirmiş, Rüfanə isə özü özünü saxladığını demişdir. Təhmasib Rüfanənin ünvanına” nə cırdırırsan burda?” deyə bildirmiş, Rüfanə isə Təhmasibin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən Təhmasib masanın üzərində olan qənd qabını götürüb Rüfanəyə tərəf atmışdır. O, Zərərçəkmiş şəxs başından xəsarət aldığını görmüşdür. Bundan sonra o, Təhmasibi sakitləşdirməyə başlamış, həmin vaxt Etibar adlı şəxs gəlmiş və Təhmasibə nə üçün söyüş söydüyünü bildirmişdir. Təhmasib Etibarın ünvanına söyüş söymüş, Etibar isə eyni zamanda Təhmasibin ünvanına söyüş söymüşdür. Bundan sonra Təhmasib üzərindən bıçağı çıxarmış, o, Təhmasibin əlindən bıçağı almış və Təhmasibi avtomobilə mindirib oradan uzaqlaşmışdır. Onlar yaşadığı kəndə gedərkən Təhmasib ondan bıçağı almış və pəncərini açaraq xatırlamadığı yerə atmışdır. İş materiallarından aydın olur ki, xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi yer Tərtər şəhər Heydər Əliyev prospektində yerləşən “Dost Qapısı” adlı kafenin həyətindədir. Kafenin qarşısında bir-birinə paralel masalar və stullar vardır. Hadisə həmin masaların birində baş vermişdir. Həmin yer kafenin həyətində yerləşən müştərilərin əyləşdiyi yer olmaqla ictimai yer hesab edilir. Baxış zamanı kafenin qarşısında qənd qabının sınması nəticəsində şüşə qırıntılarının olması müəyyən edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən həmin şüşə qırıntıları götürülmüşdür. (bax i.v. 17-23). İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yerin ictimai yer hesab edilib-edilməməsi, Təqsirləndirilən şəxs nümayiş etdirdiyi bıçağın yerinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yerin Tərtər şəhər Heydər Əliyev prospektində yerləşən “Dost Qapısı” adlı kafenin həyətində baş verməsi, həmin vaxt orada kafeyə gəlmiş bir çox müştərinin olması, kafenin iş fəaliyyətinin hadisə zamanı dayanması və hadisənin baş verdiyi yerin ictimai yer hesab edilməsi müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs nümayiş etdirdiyi bıçağın yerini və hadisənin digər şahidlərini tərəfilərindən müəyyən etmək mümkün olmamışdır. (bax i.v. 93,98). İş materiallarında olan MTE və PA birliyi Bərdə rayon şöbəsinin verdiyi xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 203 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sağ təpə-ənsə nahiyəsinin çapıq toxuması (kəsilmiş yara izləri) iti kənara malik əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (bax i.v. 90-92, 101-102). İş materiallarında olan iş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə xəsarət yetirdiyi 01 ədəd qənd qabına dair şüşə qırıntıları maddi sübut kimi tanınmış və maddi sübutların saxlanma otağında saxlanılmışdır. (bax i.v. 134-141). İş materiallarında olan Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinin düzgünlüyü yoxlamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs istintaqa verdiyi əvvəlki ifadəsi ilə ifadəsinin yerində yoxlanması zamanı verdiyi ifadə arasında heç bir ziddiyyət müəyyən edilməmişdir. (bax i.v. 103-107). İş materiallarında olan sorğu əsasında cinayət işinə əlavə edilmiş Tərtər RMX-dən daxil olmuş 04 iyun 2025-ci il tarixli, 18-1-75/2-523/2025 nömrəli məktubdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji və ruhi əsəb kabinetlərində dispanser qeydiyyatında dayanmır. (bax i.v. 85). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, zərərçəkmiş şəxs kimi təqsirləndirilən şəxsdən şikayət, tələbi yoxdur, hadisə zamanı ona ziyan dəyməmişdir, sağlıq vəziyyətinin qaydasındadır, iş qabiliyyəti normaldır, təqsirləndirilən şəxs ondan üzr istəmişdir, törətdiyi hadisəyə görə peşmandır, onunla barışmışlar, təqsirləndirilən şəxs barəsində həbslə olmayan cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan müstəntiqin xx.xx.2025-ci il tarixdə qəbul etdiyi sübutların qiymətləndirilməsi haqqında qərarından aydın olmuşdur ki, keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yerin Tərtər şəhər H.Əliyev prospektində yerləşən “Dost Qapısı” adlı kafenin həyətində baş verməsi, həmin vaxt orada kafeyə gəlmiş bir çox mü.tərinin olması, kafenin iş fəaliyyətinin hadisə zamanı dayanması və hadisənin baş verdiyi yerin ictimai yer hesab edilməsi müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs nümayış etdirdiyi bıçağın yerini və hadisənin digər şahidləri tərəflərindən müəyyən etmək mümkün olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs əməlləri məhkəmə istintaqı zamanı özünün etirafı, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, zərərçəkmiş şəxsə zor tətbiq edib qərəzli xuliqanlıq hərəkəti etməsi, zərərçəkmiş şəxsin və şahid ifadələri, məhkəmə tibb ekspertizasının verdiyi rəylər və işdə olan digər sənədlərlə tam sübuta yetir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə, saat 17 radələrində ictimai yer hesab edilən Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən “Dost Qapısı” adlı kafenin qarşısında ətrafda insanların olmasına əhəmiyyət verməyərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə ictimai qaydanın davamlı olaraq pozulması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni uca səslə nalayiq ifadələr işlədərək və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edərək Zərərçəkmiş şəxs ilə mübahisə edərək masanın üzərində olan silah qismində istifadə etdiyi şüşə materiallı qənd qabı ilə sonuncunun baş nahiyəsinə vuraraq sonuncuya “sağ təpə ənsə nahiyəsinin çapıq toxuması (kəsilmiş yara izi)” xəsarətləri ilə müşayiət edilən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirərək xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham yenidən elan olunmuş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxslunun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan norması tətbiq olunması və ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirir. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməsi kimi başa düşülməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Məhkəmə ictintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirildiyindən, ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hüssəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərər çəkən şəxslə barışıq əldə etməsini, zərər çəkən şəxsin ondan şikayət, tələbinin olmamasını, himayəsində bir azyaşlı uşaqlarının olmasını, İİİ qrup əlil olmasını, törətdiyi cinayəti etiraf etməklə səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. X4 Məhkəmə Təcrübəsi Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcisinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirməlidir. Məhkəmə cəza təyini məsələsini müzakirə edərkən yuxarıda sadalanan halları nəzərə alaraq təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Bununla yanaşı məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah oluna bilər. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra yəni məhkəmə istintaqı başa çatdıqdan sonra məhkəmə çıxışları mərhələsində əməlinin xarakterini dərk edərək, baş vermiş belə xoşagəlməz hallara görə peşmançılıq çəkdiyinini, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmadığını bildirmiş, əməlinin zərərli nəticələrini aradan qaldırmaq məqsədilə real davranış nümayiş etdirərək, zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmış, bununla da törətdiyi cinayətin zərərli nəticələrini yüngülləşdirmişdir. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs artıq islah yoluna qədəm qoymuşdur. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamadan islah olunmağa başlamışdır və o, hazırda təyin edilmiş cəzasını real olaraq çəkmədən də islah olunmasını davam etdirə bilər. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmçinin cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayaraq, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olan və Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan cinayət hadisəsi zamanı istifadə edilən 01 ədəd qənd qabına dair şüşə qırıntıları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-in 70-ci, Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 353, 381-383-384-385-ci, maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs davranışı üzərinə nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan cinayət hadisəsi zamanı istifadə edilən 01 ədəd qənd qabına dair şüşə qırıntıları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar