Məhkəmə qərarları › İş №1(061)-78/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №1(061)-78/2025

04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1(061)-78/2025 04.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X6 oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tətrər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddələri xeyli miqdarda əldə etmə, saxlama cinayət əməllərini cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş xeyli miqdarda, ümumi təmiz çəkisi 475 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək evinin həyətində yerləşən əl damında saxlamış, 24 sentyabr 2025-ci il tarixdə gecə saat 03 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Tərtər şəhəri, Nizami küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin həyətindəki əl damına baxış keçirilərkən sonuncunun əvvəlcədən məişət əşyalarının arasında gizlətdiyi xeyli miqdarda, ümumi təmiz çəkisi 475 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana üzərinə “LEVİS” sözləri yazılmış göy rəngli sellofan paketin içərisində olan qara rəngli sellofan paketdən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiahm üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittiham üzrə özünü təqsirli bilir. Əməlindən peşimandır. O, verilmiş suallara cavab olaraq bildirmişdiir ki, əvvəllər Tərtər rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində xidmət etmiş, lakin narkotik vasitələrdən istifadə etdiyi üçün xidmətdən xaric olunmuşdur. Daha sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində MAXE kimi xidmət etmişdir. Təxminən 2025ci ilin avqust ayında Tərtər rayonu, Xoruzlu kəndi ərazisində su kanalının kənarı ilə gedərkən qarşısına çətənə bitkisinə bənzər kollar çıxmış, özü istifadə etmək məqsədi ilə həmin bitkinin yarpaqlarından bir qədər yığıb yaşadığı evə gətirib qurutmuşdur. Quruduqda sellofan torbaya yığıb yaşadığı evin qarşısında olan əl damı kimi istifadə etdiyi yerdə gizlətmişdir. xx.xx.2025-ci il tarixdə təxminən gecə vaxtı Tərtər rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gəlib baxış keçirərək həmin narkotik maddəni qablaşdıraraq götürülmüşlər. Özü 44 günllük Vətən Müharibəsinin və Birgünlük Antiterror əməliyatının iştirakçısıdır. Müharibə veteranıdır. Ona görə də məhkəmədən “Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına uyğun olaraq barəsində amnistiya tətbiq edilməsini və cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi məhkəməyə yazılı vəsatət təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilir. Onun əməli amnistiyanın təsiri altına düşür. Ona görə də Təqsirləndirilən şəxs barəsində "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1 və 5.1-ci bəndinin tətbiq edilərək cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Dövlət ittihamçısı bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarına əsasən amnistiya tətbiq edilməsinə etirazı yoxdur. Cinayət işində olan Tərtər RPŞ-nin təhqiqatçısı X4, Tərtər RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3, Tərtər RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 və hazırkı Təqsirləndirilən şəxs iştirakı ilə tərtib edilmiş “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Tərtər şəhəri, Nizami küçəsi, ev 36 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən saxlanc yerinə baxış aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi üzərinə “LEVİS” sözləri yazılmış göy rəngli sellofan paketin içərisində olan qara rəngli sellofan paketdən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, həmin kütlə elektron tərəzidə çəkilmiş və sellofan paketləri ilə birlikdə ümumi çəkisinin 525 qram olduğu müəyyən edilərək, həmin kütlə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işində olan Tərtər RPŞ-nin təhqiqatçısı X4, Tərtər RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3, Tərtər RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, Tərtər RPŞ-nin İTB-nin polis sahə rəisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakı ilə tərtib edilmiş “şəxsi axtarış və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən heç bir narkotik vasitə və ya qanunsuz əşya aşkar edilməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X5 bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 16/822 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar olunmuş narkotik vasitə hesab olunan qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan 01 ədəd qara rəngli sellofan paketdə təmiz çəkisi 475 qram, tədqiqatdan sonra qalıq çəkisi 474,9 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2025-ci il tarixli, 1565 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən saxlanc yerindən aşkar edilərək götürülmüş təmiz çəkisi 475 qram, ekspertiza tədqiqatından sonra qalıq qalan 474,9 qram narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Tərtər rayon Polis şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə baxışın keçirilməsinin video görüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan “şübhəli səxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixli qərarla Tərtər RPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işində olan Tərtər RİHB-nın Tərtər şəhər İƏD üzrə nümayəndəsi S.Həsənov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə Tərtər şəhər icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Müdafiə Naziriliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 157155 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Cinayət işində olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, o, ittiham üzrə CM-nin 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilir və barəsində "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1-ci bəndini tətbiq edərək cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması iş üzrə özünün ifadəsi ilə yanaşı, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş işin digər materialları ilə sübut olunur. Məhkəmə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsifini düzgün və əsaslı hesab edir. "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə bu Qərarın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. Hazırkı iş üzrə "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud deyildir Həmin Qərarın 10-cu hissəsinə görə bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 24-cü hissəsinə görə birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 19.5-ci bəndinə əsasən bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində Amnistiya məhkəmələrr tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli “Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.1 və 5.1-ci bəndlərinin təsiri altına düşür. Məhkəmə yuxarıda şərh olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı 1.1 və 5.1-ci bəndləri tətbiq edilməli, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kini tanınan Təqsirləndirilən şəxs evinin həyətindəki saxlanc yerindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 474,9 qram narkotik vasitə məhv edilməli; Təqsirləndirilən şəxs həyətinə baxış keçirilən zaman çəkilmiş video görüntü olan bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1 və 5.1-ci bəndlərinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işi üzrə cinayət təqibinə "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1 və 5.1-ci bəndləri tətbiq edilməklə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilsin, o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs evinin həyətindəki saxlanc yerindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 474,9 qram narkotik vasitə məhv edilsin; Təqsirləndirilən şəxs həyətinə baxış keçirilən zaman çəkilmiş video görüntü olan bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN : TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar