Məhkəmə qərarları › İş №1(061)-8/2025

Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-8/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-8/2025 05.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X5 və zərərçəkmiş hüquqi şəxsin qanuni nümayəndəsi X6, Bərdə rayon Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1999-cu ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də montyor (elektrik) işləyən, məhkum olunmamış, İİ dərəcəli əlil, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq, yəni “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” cinayət əməlini törətmişdir. Belə ki, o, 28 avqust 2024-cü il tarixdə saat 13 radələrində Tərtər rayon Mərkəzi Xəstəxanasının inzibati binasının ikinci mərtəbəsində heç bir əsaslı səbəb olmadan müharibə iştirakçısı olmasını əsas gətirib atasının həmin xəstəxanada işə götürülməsini tələb edərək aşkar surətdə ictimai qaydanı kobud şəkildə davamlı olaraq pozub cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarına, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və ehtinasızlıq göstərərək öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə öz şəxsiyyətini başqa şəxslərin fövqündə habelə əmlakın məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən hərəkətlər edərək xəstəxananın direktoru Sərxan Cəlahaninin iş otağının qapısını təpiklə bir neçə dəfə zərbə vuraraq sındırmış, onun və xəstəxananın işçilərinin ünvanına nalayiq ifadələr işlədərək onlara fiziki zərər vuracağı ilə hədələmiş və xəstəxananın normal iş fəaliyyətini pozmuş, həmçinin xuliqanlıq hərəkətlərinin davamı olaraq həmin gün saat 16 radələrində təkrar Tərtər rayon Mərkəzi Xəstəxanasına gələrək analoji hərəkətlərini davam etdirib xəstəxananın direktor köməkçisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 ilə mübahisə edib dalaşmış və həmin vaxt özü ilə gətirdiyi silah qismində istifadə etdiyi bir tərəfi kəsici, ucu isə deşici xassəyə malik, boz rəngli, soyuq silah hesab edilməyən bıçaqla və yumruqla xəstəxananın ikinci mərtəbəsində yerləşən “X14”nin giriş qapısını bir neçə dəfə zərbə vuraraq sındırıb yararsız hala salmış, xəstəxananın direktorunun və digərlərinin ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etmiş, bıçaqla Zərərçəkmiş şəxs1 sinə nahiyyəsinə qəsdən vuraraq ona döş qəfəsi və qarınüstü nahiyənin cızığı xəsarəti ilə müşayiət edilən dərəcəsi təyin edilməyən xəsarət yetirmiş və xəstəxananın normal iş fəaliyyətinin pozulması, həmçinin ictimai qaydanın kobud şəkildə davamlı olaraq pozulması, vətəndaşlar üzərində zor tətbiq edilməsi, belə zorun tətbiq ediləcəyi hədəsi və əmlaka zərər vurulması və zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, X10 iştirakçısıdır. Döyüşdə iştirak etdiyinə görə o “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “X4” medalları ilə təltif olunmuşdur. Təxminən dörd il müddətdə Tərtər rayon Mərkəzi Xəstəxanasının direktoruna müraciət edərək atası Şakir İsmayılovu rəhbərlik etdiyi xəstəxanada işə düzəltməsini xahiş etmiş, ancaq direktor atası Şakir İsmayılovu işə düzəltməkdən imtina etmişdir. Ona görə xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində Tərtər rayon Mərkəzi Xəstəxanasının direktoru ilə görüşmək üçün Tərtər rayon Mərkəzi Xəstəxanasına getmişdir. Xəstəxanaya gedib direktorun otağının qapısının bağlı olduğunu görmüş, daha sonra onun mobil nömrəsinə zəng etsə də sonuncu zənglərinə cavab verməmişdir. Bundan əsəbləşərək direktorun otağının qapısına təpiklə bir neçə dəfə zərbə vuraraq sındırmışdır. Bundan sonra xəstəxananın mühafizəçiləri onu aşağı endirmişlər. Ona sakitləşdirici iynə vurmuşlar. Bundan sonra o, Tərtər rayon polis şöbəsinə gələrək izahat vermiş və daha sonra yaşadığı evə getmişdir. O, yenə Tərtər rayon Mərkəzi Xəstəxanasının direktorunu mobil telefonla yığsa da sonuncu onun zənglərinə yenə də cavab verməmişdir. O da əsəbləşərək saat 16 radələrində yenidən Tərtər rayon Mərkəzi Xəstəxanasına gəlmiş və birbaşa direktorun otağının qarşısına getmişdir. Həmin vaxt xəstəxananın işçilərinin onun sındırdığı qapını təmir etdiklərini görmüşdür. Onlardan yenidən direktorun harda olduğunu soruşmuş, ancaq xəstəxananın adını bilmədiyi işçiləri onunla kobud danışmağa başlamışlar və ondan qapını nə üçün sındırdığını soruşmuşlar. O, isə əsəbləşərək sındırdığını demiş, bundan sonra ona aşağı düşməsini bildirmişlər və nalayiq ifadələr işlətmişlər. O, isə əsəbləşərək bel hissəsində saxladığı tapancaya bənzər oyuncaq alışqanı şalvarının bel hissəsindən çıxardaraq onu təhqir edən adını bilmədiyi sonradan adının Şahid olduğunu öyrəndiyi şəxsin baş hissəsinə vurmaq istəmiş, lakin orda olan şəxslər onun əlindən həmin alışqan tapançanı almışlar. Bundan sonra xəstəxananın həyətinə düşmüş, o xəstəxananın qarşısında saxladığı ona məxsus olan “Hyundai Sonata” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilində olan bıçağı götürmüşdür. Həmin bıçaq uşaq olan vaxtdan yaşadığı evdə olmuş, həmin bıçağı avtomobilinə dağa gedən zaman çöl şəraitində istifadə etmək üçün qoymuşdur. Bıçağın kəsən tərəfini əlini kəsməsi üçün əli ilə sıxmış, bıçaq əlini kəsdikdən sonra Zərərçəkmiş şəxs1 bıçağı əlindən almaq istəmiş, ancaq o, Röyala imkan verməmiş və bıçağı avtomobilinin içərisinə atmışdır. Həmin xavt bıçaq Röyalın köynəyinə dəymişdir. Daha sonra həmin bıçağı götürüb ikinci mərtəbəyə qalxmış əsəbindən əvvəlcə sındırdığı qapı ilə üzbəüz olan ikinci qapını yumruqla və əlində olan bıçaqla bir neçə dəfə vuraraq sındırmış, bundan sonra sağ qolundan sıyrıq xəsarəti almışdır. Daha sonra onu aşağı düşürmüşlər, qolundan qan axtığı üçün xəstəxanada onu müayinə etmişlər. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Tərtər rayon Mərkəzi Xəstəxanasının direktorunun mobil nömrəsinə zəng etmişdir. Direktor işdə olduğu halda ona telefonla zəng zamanı işdə olmadığını bildirmiş, daha sonra digər qazilərlə birlikdə direktorun işdə olması barədə məlumat almış, onlarda ona görə direktorun qəbuluna getmişlər. Həmin vaxt direktorun köməkçisi onlara direktorun məşğul olduğunu və xəstəxanada vakant (boş) yer olmadığına görə atasını işə düzəldə bilməyəcəyini demişdir. Bundan sonra o, əsəbləşərək özünə məxsus “Hyundai Sonata” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilini hərəkəti məhdudlaşdırmaq məqsədi ilə xəstəxananın giriş qapısında dolayı şəkildə saxlamış və qapıları bağlayıb həmin yeri tərk etmişdir. Daha sonra polis əməkdaşlarını dəvəti ilə həmin yerə gəlmişdir. O, törətdiyi əməlinə görə peşman olduğunu, zərərçəkən şəxslərlə barışdığını, zərərçəkən şəxslərin ondan şikayət, tələblərinin olmadığını bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Tərtər rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin inzibati məsələlər üzrə direktor müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Tərtər şəhər sakini kimi tanımış, onunla heç bir ədavəti olmamışdır. 28 avqust 2024-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs onun otağına gəlmişdir. Elvini səmimi qəbul etmiş, onunla söhbət zamanı ona xəstəxananın direktorunun atasını işə götürmədiyini və onun zənglərinə cavab vermədiyini bildirmişdir. O, isə Elvinə xəstəxanada hər hansı bir şəxsi işə götürmək vəzifəsinin yalnız direktora aid olmasını izah etmişdir. Təxminən iki dəqiqə onunla söhbət etdikdən sonra, Təqsirləndirilən şəxs otağın qapısını bağlayaraq çölə çıxmışdır. Həmin vaxt otaqda başı qarışıq olduğundan səs-küy eşitməsə də, sonradan video müşahidə kamerasının görüntülərini izləyən zaman, Təqsirləndirilən şəxs xəstəxananın direktorunun iş otağının qapısını təpiklə sındırdığını müşahidə etmişdir. Daha sonra həmin gün yəni xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs xəstəxanaya gələrkən orada olmamış və ona görədə həmin vaxt baş verən hadisələrin şahidi olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində xəstəxanaya məxsus iki ədəd qapı sındırılaraq yararsız hala düşmüşdür. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə özünə məxsus avtomobili xəstəxananın giriş qapısının qarşısında saxlayaraq giriş-çıxışa məhdudiyyət yaratmışdır. Təqsirləndirilən şəxs tərəfindən sındırılmış həmin qapılar Tərtər rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə məxsus olmuş və həmin qapıların hər biri təxminən 400 manat dəyərində olmuşdur. Ümumlikdə xəstəxanaya təxminən 800 manat maddi ziyan dəymişdir. Eyni zamanda məhkəməyə rəsmi ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində xəstəxanaya vurmuş olduğu ziyanı taş şəkildə ödəmişdir. Hal-hazırda hüquqi şəxsin qanuni nümayəndəsi kimi Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi və iddiası olmadığını bildirmiş, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Tərtər rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktorunun köməkçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs xəstəxanaya gəlib-getdiyi üçün təxminən iki il müddət ərzində tanımış, onunla heç bir ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində xəstəxanadan kənarda olarkən, ona xəstəxanadan zəng edərək qazi Elvinin direktorun otağının giriş qapısını sındırdığını bildirmişlər. Bundan sonra o, xəstəxanaya gələrək, qapının sındığını görmüş, daha sonra isə sınmış qapını yenisi ilə əvəz etmək üçün göstəriş vermişdir. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs qapını düzəltdiyi yerə gəlmişdir. Elvin həmin vaxt onlara qapını nə üçün düzəltdiklərini və yenidən qıracağını bildirmişdir. O, isə Elvinə qapını sındıracaqsa səhv edib sındıracağını və heç kimin dövlət müəssəsini sındırmağa səlahiyyəti olmadığını bildirmişdir. Elvin isə yaxşı edib sındırdığını demiş, həmin vaxt xəstəxananın hüquqşünası işləyən Şahid də oraya gəlmişdir. Şahid isə Elvinə yaxşı edə bilməyəcəyini və yaxşı edib sındırmışsa qanun qarşısında cavab verməsini bildirmişdir. Elvin isə Habilə “ağsaqqal sən kimsən işimə qarışırsan” demişdir. Elvinə Şahid xəstəxananın hüquqşünası olduğunu bildirmişdir. Daha sonra isə Elvin Habil müəllimə aşağı düşməyi təklif etmiş, Habil isə onunla heç bir işi olmadığını bildirmişdir. Həmin vaxt Elvin əlin bel hissəsinə ataraq silaha bənzər predmeti çıxararaq Şahid tərəf tuşlamışdır. Bu vaxt o, və Şahid Elvinin əlində olan silaha bənzər predmeti almışlar. Daha sonra Elvin aşağı düşmüş, o isə Elvinin arxası ilə aşağı düşmüşdür. Elvin avtomobilinə yaxınlaşıb, avtomobildə olan bıçağı götürmüşdür. Həmin vaxt Elvinin əlindən tutub, sakitləşdirməyə çalışmış, Elvin isə bıçağın kəsən hissəsini əli ilə sıxaraq öz əlini kəsmiş, bundan sonra isə bıçağı ona tərəf tutmuş, o, bıçağı Elvinin əlindən almaq istəyərkən Elvinin əlində olan bıçağın ucu onun üzərində olan köynəyini ön tərəfində dəlik izi açmış və o, döş qəfəsindən cızıq və sıyrıq xəsarəti almışdır. Bundan sonra Elvin əlindən qan axdığını və sarıdacağını demiş, onun mobil nömrəsinə zəng gəlmiş və o Elvindən aralaşmışdır. Bir qədər sonra isə Elvinin xəstəxananın ikinci mərtəbəsinə qalxaraq otaqlardan birinin qapısınıda əli ilə və əlində olan bıçaqla vuraraq sındırması məlum olmuşdur. Hadisə təxminən 15 dəqiqə davam etmiş və hadisə zamanı xəstənada olan iki ədəd qapı sındırılmışdır. Hadisə zamanı o sinə nahiyəsindən sıyrıq xəsarəti almış, hadisə zamanı orada tanıdığı Şahid olmuş, həmçinin tanımadığı bir neçə nəfərdə həmin yerdə olmuşdur. Hazırda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə peşman olduğunu göstərmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti, tələbi olmadığını bildirmiş, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, Tərtər rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə hüquqşünas vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Tərtər rayon sakin kimi tanımış, onunla heç bir ədavəti olmamışdır. 28 avqust 2024-cü il tarixdə saat 16-17 radələrində xidməti işlə əlaqədar olaraq X2 Şöbəsinə gedərkən, İİ mərtəbədə tanımadığı 1 nəfər şəxsin direktor köməkçisi Zərərçəkmiş şəxs1 ilə mübahisə etdiyini görmüşdür. O, məsələnin ciddi olduğunu görüb Zərərçəkmiş şəxs1 nə baş verdiyini soruşmuş, Zərərçəkmiş şəxs1 ona həmin vaxt adını öyrəndiyi qazi Elvinin saat 13 radələrində xəstəxanaya gələrək, direktorun otağının giriş qapısını heç bir səbəb olmadan vuraraq sındırdığını və həmin qapını təmir etdiyi üçün Elvinin narazılığına səbəb olduğunu və qapını təmir etdirməsinə baxmayaraq təkrarən vurub sındıracağını deməsini bildirmişdir. Həmin vaxt o, qazi Elvinə elə hərəkətlər etməsinin qanuna zidd olduğunu və əgər hər hansı bir problemi varsa, bütün məsələlərin qanuni yolla həll edilməsini izah etmişdir. Onun bu sözlərindən sonra Elvin ona müraciət edərək “vabşi ağ saqqal sən kimsən?” demiş, Röyal isə Elvinə Habil müəllim xəstəxananın hüquqşünasıdır deyə bildirmişdir. Röyalın bu sözündən sonra Elvin ona hüquqşünassan get işinlə məşğul ol demiş, o isə Elvinə qazilərə hörmətlə yanaşdığını və onlarla fəxr etdiyini bildirmişdir. Ancaq Elvin ona aşağı düşüb onunla söhbət etmək istədiyini bildirmişdir. O, Elvinə onunla söhbətinin olmadığını və onunla qanuni yolla danışamasını bildirmişdir. O, bu sözü deyib baş verə biləcək münaqişədən yayınmaq üçün X12 daxil olan zaman, Elvin otağın qapısını ona tərəf möhkəmdən vurmuş, o, otaqdan çıxıb Elvindən belə hərəkətlərin etməməsini xahiş etmişdir. Ancaq Elvin xahişə əhəmiyyət verməyərək bel nahiyəsindən tapança çıxararaq ona tərəf tuşlamış, o isə təhlükənin real olduğunu nəzərə alıb, Elvinin əlindən tapançanı Röyal müəllimin köməkliyi ilə almışdır. Bundan bir müddət sonra Elvin yenidən ikinci mərtəbəyə qalxaraq X3pısını sındırmışdır. Bundan sonra o, Elvinin qanunsuz hərəkətləri barədə DİN-nin 102 zəng xidmətinə zəng edərək məlumat vermiş və həmin tapançanı hadisə yerinə gələn polis əməkdaşlarına təhvil vermişdir. Bir qədər sonra o, Elvinin xəstəxananın həyətində saxladığı avtomobilindən bıçaq götürərək Röyal müəllimin sinəsinə xəsarət yetirdiyini öyrənmişdir. Elvin əlində olan silahı ona tərəf tuşlayanda həmin silahı ətraflı görə bilməsə də “Makarov” tipli tapançaya bənzətmişdir. Elvinin qanunsuz hərəkətləri nəticəsində xəstəxananın iş prinsipi pozulmuş, qeyd olunan hadisə təxminən 20-25 dəqiqə davam etmiş, həmçinin Elvin həmin hadisədən əvvəl Tərtər RMX-yə gələrək otaqda olan şəxsləri dəhlizə çıxarıb, tapançanı stolun üstünə qoyaraq ya direktor onun atasını işlə təmin edəcəyini, yada direktoru öldürəcəyini bildmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar yalandır, o, Elvini söyüb təhqir etməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Tərtər rayon Mərkəzi Xəstəxanansının ikinci mərtəbəsində yerləşən dəhlizdə iki ədəd qapının sındırılması nəticəsində qapıdan qopub düşən qırıntılar vardır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs bıçaqla xəstəxananın qapılarını sındırdığını bildirmişdir. (Bax: i.v. 5-13) İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd bıçağı təqdim edərək, xəstəxananın qapısını həmin bıçaqla və yumruqla sındırığını bildirmişdir. (Bax: i.v. 25-30) İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli videodiskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs əlində olan bıçaqla, yumruqla və təpiklə Tərtər rayon Mərkəzi Xəstəxanansının qapılarını vuraraq sındırmışdır. (Bax: i.v. 137) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin Bərdə rayon şöbəsinin ekspertizanın xx.xx.2024-cü il tarixli 242 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – döş qəfəsi və qarınüstü nahiyənin cızıqları kəsici xassəyə malik olan əşyanın təsirindən törənmişdir, müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (Bax: i.v. 107-108) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertia Mərkəzi X11 ekspertizanın 16 sentyabr 2024-cü il tarixli 16/930 nömrəli rəyinə əsasən Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet əldəqayrılma üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan köməkçi ov bıçağıdır (cəmdəyi kəsmək, doğramaq, soymaq) və soyuq silah hesab edimir. (Bax: i.v. 109-111) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin Gəncə regional ambulator şöbəsi tərəfindən verilmiş ekspertizanın 08 oktyabr 2024-cü il tarixli 738 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyyət pozuntusu XBT-10 (psixi və davranış pozuntularının beynəlxalaq təsnifatı 10-cu baxış) F07.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən o, cinayət hadisəsi törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs keçirdiyi üzvi mənşəli şəxsiyyət pozuntusu XBT-10 (psixi və davranış pozuntularının beynəlxalaq təsnifatı 10-cu baxış) F07.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyyət pozuntusu XBT-10 (psixi və davranış pozuntularının beynəlxalaq təsnifatı 10-cu baxış) F07.1 xəstəliyindən əziyyət çəkir. (Bax: i.v. 224-227) İş materiallarından aydın olur ki, iş üzrə Təqsirləndirilən şəxs cinayət hadisəsi törədən zaman ictimai qaydanın və xəstəxananın iş prinsipinin pozulub-pozulmamasını və əlavə şahid dairəsinin müəyyən edilməsi üçün xx.xx.2024-cü il tarixdə əməliyyat tapşırığı verilmiş və həmin verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs cinayət hadisəsi törədən zaman ictimai qaydanın və xəstəxananın iş prinsipinin pozulması, eləcə də Təqsirləndirilən şəxs əlində olan bıçaqla Zərərçəkmiş şəxs1 xəsarət yetirməsi, həmçinin əmlaka zərər vurması müəyyən edilmiş, ancaq əlavə şahid dairəsini müəyyən edilmək mümkün olmamışdır. (Bax: i.v. 186, 228) İş materiallarından aydın olur ki, cinayət işi üzrə cinayət hadisəsi zamanı istifadə edilən əldəqayrılma üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan köməkçi ov bıçağı (cəmdəyi kəsmək, doğramaq, soymaq) və soyuq silah hesab ediməyən 01 ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanması üçün maddi sübutların saxlanma otağına verilmişdir. (Bax: i.v. 109-111) İş materiallarından aydın olur ki, 28 avqust 2024-cü il tarixdə Tərtər rayon Mərkəzi Xəstəxanasının müşahidə kamerasından əldə edimiş, cinayət hadisəsinin görünütülərini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (Bax: i.v. 13) İş materiallarına əlavə edilmiş Tərtər RMX-dən daxil olmuş 02 sentyabr 2024-cü il tarixli, 18-1-75/2-İ-41-1961/2024 nömrəli məktubdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs xəstəxananın polikilinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatında dayanmır. (Bax: i.v. 80) İş materiallarına əlavə edilmiş Tərtər RMX-dən daxil olmuş 03 sentyabr 2024-cü il tarixli, 18-1-75/2-İ-10xx-xx-1962/2024 nömrəli məktubdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2021-ci il tarixdən “Tərtər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin ruhi-əsəb kabinetində “Keçirilmiş QKBT”-sı nəticəsində posttravmatik stress pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatında dayanır. A\K N1157 (Bax: i.v. 95) İş materiallarına əlavə edilmiş müstəntiqin qəbul etdiyi xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarndan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd tapancaya bənzər predmetin tapança olubolmamasını atəşə yararlı olub-olmamasını müəyyən etmək üçün məhkəmə ballistik ekspertizası təyin edilmiş və ekspertin xx.xx.2024-cü il tarixli 3/1611; 3/1612 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd predmet, zavod üsulu ilə tapança formasında hazırlanmış alışqandır, istifadəyə yararsızdır, odlu, soyuq və qaz silahı hesab edilmir. İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 1522 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər şəhər İlham Sarıyev küçəsi ev 29-da qeydiyyatda olmaqla yaşayır və müsbət xarakterizə olunur.(Bax: i.v. 177-178) İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 1231 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 Bərdə rayon Güloğlular kənd İƏD üzrə Cəyirli kəndində yaşayır və müsbət xarakterizə olunur. (Bax:i.v. 232-233) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 01 oktyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Bax: i.v. 127-128) Beləliklə, Təqsirləndirilən şəxs əməlləri məhkəmə istintaqı zamanı özünün etirafı, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, zərərçəkmiş şəxsə zor tətbiq edib qərəzli xuliqanlıq hərəkəti etməsi, zərərçəkmiş şəxsləri və şahid ifadələri, məhkəmə tibb ekspertizasının verdiyi rəylər və işdə olan digər sənədlərlə tam sübuta yetir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq, yəni “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” cinayət əməlini törətmişdir. Belə ki, o, 28 avqust 2024-cü il tarixdə saat 13 radələrində Tərtər rayon Mərkəzi Xəstəxanasının inzibati binasının ikinci mərtəbəsində heç bir əsaslı səbəb olmadan müharibə iştirakçısı olmasını əsas gətirib atasının həmin xəstəxanada işə götürülməsini tələb edərək aşkar surətdə ictimai qaydanı kobud şəkildə davamlı olaraq pozub cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarına, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və ehtinasızlıq göstərərək öz üstünlüyünü nümayiş etdirmək məqsədi iləöz şəxsiyyətini başqa şəxslərin fövqündə habelə əmlakın məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən hərəkətlər edərəkxəstəxananın direktoru Sərxan Cəlahaninin iş otağının qapısını təpiklə bir neçə dəfə zərbə vuraraq sındırmış, onun və xəstəxananın işçilərinin ünvanına nalayiq ifadələr işlədərək onlara fiziki zərər vuracağı ilə hədələmiş və xəstəxananın normal iş fəaliyyətini pozmuş, həmçinin xuliqanlıq hərəkətlərinin davamıolaraq həmin gün saat 16 radələrində təkrar Tərtər rayon Mərkəzi Xəstəxanasına gələrək analoji hərəkətlərini davam etdirib xəstəxananın direktor köməkçisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 ilə mübahisə edib dalaşmış və həmin vaxt özü ilə gətirdiyi silah qismində istifadə etdiyi bir tərəfi kəsici, ucu isə deşici xassəyə malik, boz rəngli, soyuq silah hesab edilməyən bıçaqla və yumruqla xəstəxananın ikinci mərtəbəsində yerləşən “X14”nin giriş qapısını bir neçə dəfə zərbə vuraraq sındırıb yararsız hala salmış, xəstəxananın direktorunun və digərlərinin ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etmiş, bıçaqla Zərərçəkmiş şəxs1 sinə nahiyyəsinə qəsdən vuraraq ona döş qəfəsi və qarınüstü nahiyənin cızığı xəsarəti ilə müşayiət edilən dərəcəsi təyin edilməyən xəsarət yetirmiş və xəstəxananın normal iş fəaliyyətinin pozulması, həmçinin ictimai qaydanın kobud şəkildə davamlı olaraq pozulması, vətəndaşlar üzərində zor tətbiq edilməsi, belə zorun tətbiq ediləcəyi hədəsi və əmlaka zərər vurulması və zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir və həmin tarixdə Tərtər Rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə barəsində Tərtər Rayon Məhkəməsinin qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özününn etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan norması tətbiq olunması və ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirir. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməsi kimi başa düşülməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Məhkəmə ictintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirildiyindən, ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hüssəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərər çəkən şəxslə barışıq əldə etməsini, zərər çəkən şəxsə dəymiş ziyanın aradan qaldırılmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, 44 günlük Vətən Müharibəsində fəal iştirak etməklə “Cəsur Döyüşçü” medalı, “Suqovuşanın azad olunmasına görə” medalı və “X4” medalları ilə təltif olunması, İİ qrup əlil olması, himayəsində azyaşlı uşaqlarının olmasını, törətdiyi cinayəti etiraf etməklə səmimi peşmançılıq çəkməsini, eləcə də onun əməlinin Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşməsi, yəni CM-in 59.1.9 maddəsinə əsasən cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi cəzasını yüngülləşdirən hallar kimi, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. X15 Məhkəmə Təcrübəsi Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcisinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirməlidir. Məhkəmə cəza təyini məsələsini müzakirə edərkən yuxarıda sadalanan halları nəzərə alaraq təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Bununla yanaşı məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah oluna bilər. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra yəni məhkəmə istintaqı başa çatdıqdan sonra məhkəmə çıxışları mərhələsində əməlinin xarakterini dərk edərək, cavan olduğunu, baş vermiş belə xoşagəlməz hallara görə peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsin və zərərçəkmiş hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin ona qarşı şikayətçi olmadıqlarını bildirmiş, əməlinin zərərli nəticələrini aradan qaldırmaq məqsədilə real davranış nümayiş etdirərək, zərərçəkmiş şəxslərlə razılıq əldə edərək barışmış, bununla da törətdiyi cinayətin zərərli nəticələrini yüngülləşdirmişdir. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs artıq islah yoluna qədəm qoymuşdur. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamadan islah olunmağa başlamışdır və o, hazırda təyin edilmiş cəzasını real olaraq çəkmədən də islah olunmasını davam etdirə bilər. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmçinin cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayaraq, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə keçirilmiş ekspertizası üzrə Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 140 (yüz qırx) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(061)-42/2024 nömrəli qərarı ilə seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilməli, barəsində “başqa yerə getməmək haqqında” qətimkan seçilməklə hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan cinayət hadisəsi zamanı istifadə edilən əldəqayrırma üsulu ilə hazırlanmış soyuq silah hesab ediməyən 01 ədəd bıçaq və zavod üsulu ilə tapança formasında hazırlanmış alışqan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-in 70-ci, Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 353, 381-383-384-385-ci, maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə, davranışı üzərinə nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 140 (yüz qırx) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan cinayət hadisəsi zamanı istifadə edilən əldəqayrırma üsulu ilə hazırlanmış soyuq silah hesab ediməyən 01 ədəd bıçaq və zavod üsulu ilə tapança formasında hazırlanmış alışqan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar