Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1(061)-9/2025 05.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X4 qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi – vəkil X3, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər vəkil bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, "xxxx" QSC-də mina axtaran vəzifəsində işləyən, Tərtər şəhəri, T.Rəhimov küüçəsi, ev 56-da yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 05 fevral 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 30 avqust 2024-cü il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında yerləşən yaşadıqları fərdi yaşayış evinin dəhlizində bibisi Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun adına götürdüyü kredit borcu ilə bağlı şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sinə nahiyəsinə qəsdən yumruqla vurub yerə yıxaraq sonuncuya sağ süd vəzi nahiyəsinin qançırları, kəllə beyin travması, baş beyin silkələnməsi, alt dodağın sol yarısının, sağ təpə nahiyəsinin kiçik ölçülü şişkinliyi xəsarətləri ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bibisidir. Hadisədən dörd ay əvvəl ona pul lazım olduğundan xahişinə əsasən bibisi Zərərçəkmiş şəxs "xxxx"ASC-dən 14000 manat məbləğində kredit götürüb ona vermişdir. O da öz növbəsində aylıq kredit ödənişlərini vaxtında ödəməyə başlamışdır. Aylıq ödənişlərini əlbəəl bibisi Marala vermişdir. xx.xx.2024-cü il tarixdə arvadı Yekaterinanı bibisi Maralın yanına göndərmişdir ki, aylıq ödənişləri öz hesab kartından bibisinin hesab kartına ödəyə bilməsi üçün sonuncudan hesab kartının üzərində olan 16 rəqəmini götürsün. Yekaterina Maralın yanına getdikdən bir qədər sonra səs-küy gəldiyini eşidib oraya getdikdə Yekaterina ilə bibisi Maralın mübahisə etdiyini görüb onları aralaşdırmaq üçün yumuruğunun arxa hissəsi ilə bibisi Maralın sinə nahiyəsindən vuraraq kənara itələmişdir. Hazırda zərərçəkmiş şəxs onu bağışlamış, ona qarşı şıkayət və tələbi yoxdur. Ona görə də məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəmiş şəxsin ifadəsi, şahid ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Ramilgilin giriş-çıxışı ayrıdır. Özü “ANAMA”-da baş aşbaz vəzifəsində işləyir. Ramili də orada mina axtaran vəzifəsinə işə düzəltdirmişdir. Hadisədən təxminən 6 ay əvvəl Ramil və anası Sveta onu "xxxx"ASC-nin Tərtər filialına çağırıb Ramilin 8000 manat pulunun batmaq üzrə olduğunu bildirib təcili kredit götürmək lazım olduğunu bildirmişlər. Həmin vaxt onun adına kredit sənədləşdirilmiş və ona kredit olaraq verilən 14000 manatı Ramilə vermişdir. Ramil krediti və faizlərini aybay özü ödəyəcəyinə söz vermiş və 06 ay ödəniş etmişdir. Lakin, Ramil sonradan ödənişləri etmədiyi üçün önun əmək haqqı kartından tutulmalar həyata keçirilməyə başlamlşdlr. xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində evdə olan zaman Ramilin arvadı Yekaterina ona yaxınlaşıb əmək haqqı kartını istəmişdir. O, əmək haqqı kartını Yekaterinaya verməmişdir. Bu səbəbdən aralarında sözlü mübahisə olmuşdur. Səsə gələn Ramil onu yumuruqla vurub xəsarət yetirmişdir. Bundan sonra onun huşu itmiş, sonra isə bacısı Çimnaz onu ayıltmışdır. Qonşusu Fuaddan xahiş etdiyi üçün sonuncu onu xəstəxanaya aparmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, onu bağışlayır, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Ona görə də məhkəmədən işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğlu, Zərərçəkmiş şəxs isə bacısıdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində həyətdə olan zaman Maral Yekaterinaya yaxınlaşıb uca səslə götürdükləri 14000 manat kreditin ödənişini gecikdirdiklərini və bu səbəbdən bankda adına gecikmə düşdüyünü bildirib evə getmişdir. Bundan sonra Yekaterina Marala yaxınlaşıb kreditə görə 389 manatı vermiş və kart hesabını istəmişdir ki, krediti hər ay karta ödəsinlər. Həmin vaxt Maral Yekaterinanı nalayiq sözlərlə təhqir etdiyi üçün aralarında mübahisə yaranmış və saç-saça tutuşmuşlar. Onları aralaşdırrmağa çalışsa da. aralaşdıra bilməmişdir. Həmin vaxt səsə Ramil gəlib arvadına qapaz vurub onları araşadırmışdır. Ramil Maralı vurmamış, lakin itələmişdir. Həmin vaxt Maral arxası üstə yerə yıxılmışdır. Maral polisə şikayət üçün getməsin deyə qapını arxadan bağlamış, Maral içəridə qalmışdır. Sonra Maral özünü pis hiss etdiyini bildirdiyi üçün qapını açmış, Yekatrinanı çağırıb birlikddə Marala “valerian” dərmanı vermişlər. Həmin vaxt Maralın xəsarət almasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, həm təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs, həm də zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qonşularıdır, hər ikisi ilə münasibətləri yaxşıdır. Özü “Elektrik Mexanik” zavodunda operator vəzifəsində çalışır, boş vaxtlarında isə əlavə olaraq taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində işdən gəlib evdə olan zaman Maral onu çağırıb bacısıgilə aparmağınıxahiş etmiş, avtomobili ilə Maralı aparan zaman yolda sonuncu ondan onu Tərtər rayon Mərkəzi Xəstəxanasına aparmasını xahiş etmişdir. Ona görə də Maralı Tərtər rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Həmin vaxt Maralda hər hansı bir xəsarət görməmiş, nə də ki, bu barədə Maral ona heç nə deməmişdir. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 244 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- kəllə beyin travması, baş beyin silkələnməsi, alt dodağın sol yarısının, sağ süd vəzi nahiyəsinin qançırları, sağ təpə nahiyəsinin kiçik ölçülü şişkinliyi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan "xxxx" QSC-nin direktoru V.Ömərov tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs zəhmətkeşdir, yüksək əmək qabiliyyətinə malikdir. Həmişə mehribançılığı iilə seçilmiş, ünsiyətçiliyi və etik davranış normalarına əməl etməsi ilə başqalarına örnək olmuşdur. Cinayət işində olan Tərtər RİHB-nın Tərtər şəhər İƏDüzrə nümayəndəsi S.Həsənov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1344 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır. Cinayət işində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizənin məzmundan görünür ki, o, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmadığını bildirərək, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizənin məzmundan görünür ki, o, təqsirləndirilən şəxslə barışdığını, hadisə nəticəsində ona dəymiş ziyanın ödənildiyini qeyd edərək, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6 - 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 40.3, 43.1.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs ilə barışması ilə əlaqədar xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Tahir Qubadov
Məhkəmə qərarları › İş №1(061)-9/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №1(061)-9/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver