Məhkəmə qərarları › İş №1(062)-1/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-1/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-1/2024 04.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs X1 iştirakları ilə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, həbs edilənədək ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda 2 saylı İstintaq Təcridanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Tovuz rayonu Məşədilər kəndində qeydiyyatda olmaqla yaşayan X1 ona olan etibarından sui-istifadə edib onu aldadaraq onun əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə ilə, üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, yəni X2 tanışının olduğunu, həmin tanışının vasitəsilə onu Almaniya Federativ Respublikasında müvafiq işlə təmin edəcəyini, hər ay ona 2500 (iki min beş yüz) Avro məbləğində əməkhaqqı veriləcəyini, orada qalmaq və yemək xərclərinin işləyəcəyi şirkət və ya firma tərəfindən ödəniləcəyini vəd edib onu aldadaraq, hətta inandırmaq məqsədilə onun şəxsiyyət vəsiqəsini və pasportunu alıb özündə saxlamış, bundan sonra Almaniya Federativ Respublikasına VİZA almaq adı ilə 1500 (bir min beş yüz) manat məbləğində pulun tələb olunduğunu bildirməklə, özünün təqdim etdiyi tanışı X4 adına "xxxx" ASC tərəfindən verilmiş 4169 7285 2566 0803 nömrəli plastik kart hesabına X1 həmin adla 29 mart 2022-ci il tarixdə, saat 10:56-da Tovuz rayonu, Qovlar şəhəri, “Bazarstore” marketində quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini cinayət əməlindən xəbərsiz olan Murad Həsənzadənin vasitəsilə onun qeyd olunan plastik kart hesabından nağdlaşdıraraq dələduzluq yolu ilə ələ keçirmiş, yəni X2 məxsus 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, о, Tovuz rayon Məşədilər kənd sakini X5 ilə 29 mart 2022-ci il tarixdə telefon vasitəsi ilə tanış olmuş, (051) ***-**-** nömrəli mobil telefon onun istifadəsində olmuş, həmin nömrəni Rəhmana Şəmkir rayon Tatarlı kənd sakini Xəyyam adlı tanışı vermişdir. O, Xəyyam adlı şəxsə Almaniya Federativ Respublikasına işləmək üçün getmək istədiyini demişdir. Bu işdə ona tanışı Elçin adlı şəxs kömək etməli olmuş, Elçinin soyadını, atasının adını və yaşadığı ünvanı dəqiq bilməmiş, həmin şəxsin Litva Respublikasında tanışı olmuş, həmin tanışın Litva Respublikasına gedən şəxslərə “Şengen vizası” açdırmaqla Almaniya Federativ Respublikasına göndərdiyini öyrənmişdir. O, Almaniya Federativ Respublikasında olmamış, lakin Selçuq adlı türk əsilli tanışı ilə danışmış, sonuncunun hansısa şəhərdə bina tikinti sahəsi üzrə mühəndis vəzifəsində işlədiyini öyrənmiş, ondan tikintidə iş tapmağını xahiş etmiş, onun vasitəsi ilə orada bina tikintisində fəhlə qüvvəsinə ehtiyac olduğunu bilmişdir. Səlcuq onu qalacaq yerlə təmin edəcəyini, görüləcək işin saat hesabı 10 avrodan hesablanacağını bildirmişdir. O, da Rəhman Qasımova binaların üzlüyünün vurulmasında dəmir ayaqlıqların düzəldilməsi üçün fəhlə işinin olduğunu və saatı 10 avrodan hesablandığını demişdir. O, Rəhman Qasımova viza açdırmaq üçün 1500 (min beş yüz ) manat məbləğində pul istəmiş, həmin pulu Elçin adlı şəxsə verərək viza açdırmaq məqsədilə istəmişdir. 29 mart 2022-ci il tarixdə Rəhman Qasımova onun göndərdiyi tanışı Murad Həsənzadənin kart hesabına 1500 manat pul göndərmiş, həmin pulu onun xahişi əsasında Murad Həsənzadə çıxarıb ona vermişdir. Həmçinin, o, Rəhman Qasımovdan sənədlərini istəmiş, sonuncu ona həmin gün tanımadığı Tovuz-Bakı marşurutu üzrə sərnişin avtobusunun sürücüsü ilə şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunu ona göndərmişdir. Həmin sənədləri viza açdırmaq üçün almışdır. Sonradan iş düzəlmədiyindən həmin sənədləri Rəhman Qasımovun özünə qaytarmış, aldığı 1500 manat məbləğində pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi əməldən peşmandır və özünü təqsirli bilir. Hazırda zərərçəkmiş şəxsə vurduğu zərəri ödəmiş və onunla barışıq əldə etmişdir. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, İİ Qarabağ müharibəsinin iştirakçısı və qazidir, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Kəlbəcərin azad olunmasına görə medal ilə təltif olunmuşdur. Müharibədən əvvəl və sonra Tovuz rayon Qovlar şəhərində yerləşən "xxxx" ASC-nin filialında kredit mütəxəssisi işləmiş, müharibə zamanı aldığı kontuziya nəticəsində işini davam etdirə bilməmiş, könüllü ərizəsi ilə xx.xx.2021-ci il tarixdə işdən azad olunmuşdur. Həmin vaxtdan hal-hazıradək işsiz qalmışdır. O, tanışı Şəmkir rayon Tatarlı kənd sakini Xəyyam Həsənovla birlikdə işləmək üçün Almaniya Federativ Respublikasına getmək istəmiş, gedəcəyi şəhərin adını bilməmiş, ona orada işin düzəlməsi və getməsi üçün viza tələb olunmuşdur. Bu vizanın düzəlməsində onlara sonradan tanıdığı Bakı şəhər sakini Təqsirləndirilən şəxs kömək etməli idi. Təqsirləndirilən şəxs elə həmin vaxtdan, yəni 2022-ci ilin mart ayından tanımış, onunla tanışı Xəyyam Həsənovun vasitəsi ilə tanış olmuşdur. Xəyyam Həsənov ona belə bir şəxs olduğunu, onun köməkliyi ilə Almaniyaya gedərək işləyib pul qazanmağın mümkün olduğunu demişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi (051) ***-**-** mobil nömrəni tanışı Xəyyam Həsənovdan almış, öz mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs zəng edərək tanışlıq verdikdən sonra işlə maraqlanmış, sonuncu ona Almaniya Federativ Respublikasının adını xatırlamadığı hansısa şəhərində çoxmərtəbəli binaların üzlüyünü dəyişmək və ya üzlük vurmaq işlərinin görülməsini təmin etmək məqsədilə dəmir altlıqlar yığılması işinin olduğunu, həmin işin müqabilindıə adını bilmədiyi şirkət və ya firma tərəfindən hər ay 2500 avro əmək haqqı veriləcəyini, eyni zamanda qalmaq və yemək xərclərinin qarşılanacağını demişdir. Həmçinin, Təqsirləndirilən şəxsla danışan zaman sonuncu ona viza düzəltmək imkanının olduğunu və 1500 manat məbləğində pul müqabilində ona viza düzəldə biləcəyini demişdir. O, da sonuncuya inanaraq işin düzəlməsi üçün 1500 manat məbləğində pulu verməyə razılıq vermiş, bu məqsədlə 28 mart 2022-ci il tarixdə "xxxx" ASC-nin Tovuz filialından 2000 (iki min) manat məbləğində kredit götürmüş və 29 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona göndərdiyi tanımadığı Murad Həsənzadənin adına "xxxx" ASC-də olan bir kart hesabına Tovuz rayon Qovlar şəhəri ərazisində yerləşən “Bazarstor” marketində quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsi ilə 1500 manat məbləğində pul göndərmişdir. Pulu göndərməsi barədə Təqsirləndirilən şəxs məlumat vermiş, ona terminalın xidmət haqqı olaraq 15 manat pul çıxdığını bildirmişdir. Təqsirləndirilən şəxs pulu aldığını deyərək ondan şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunu istəmişdir. Elə həmin gün Tovuz-Bakı marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsünə beş manat pul və Təqsirləndirilən şəxs mobil telefon nömrəsini verərək özünə məxsus şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunu Təqsirləndirilən şəxs göndərmişdir. Eyni zamanda da sürücünün vizit kartını alıb mobil telefon vasitəsi ilə fotoşəklini çəkmiş və “Wathsapp” ani mesajlaşma proqramı vasitəsi ilə sonuncunun mobil telefonuna göndərmişdir. Təqsirləndirilən şəxs həmin gün şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunu aldığını deyib bir ay müddətində ona viza düzələcəyinə söz vermişdir. Lakin, Təqsirləndirilən şəxs söz verdiyi vaxt başa çatmasına baxmayaraq işinin düzəlmədiyini görüb ona mobil telefon vasitəsi ilə zəng etmiş, sonuncu onunla danışaraq vizanın alınmadığını demiş, belə olan halda ondan pulunu tələb etmiş, sonuncu onun kredit götürdüyünü bildiyi üçün faizlərini ödəyəcəyinə söz vermiş, lakin ondan pulunu qaytarmasını tələb etmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs onun pulunu ödəməkdan yayındığını və ona qarşı dələduzluq etdiyini başa düşmüş və 04 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək məlumat vermiş və daha sonra Tovuz rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən onun pulu qaytarılmamışdır. Ona görə də şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu zərəri tam olaraq ödəmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunan zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tamamilə ödəmiş və onun Samir İsmayılovdan heç bir şikayət və tələbi yoxdur. Odur ki, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxs X2 vurmuş olduğu ziyanı tamamilə ödəmiş və sonuncu ilə barışmışdır. X3 heç bir şikayət və tələbi yoxdur. Barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən yayındığına görə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuş və cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulanadək dayandırılmışdır. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu zərəri tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanununun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması barədə əsaslar olduqda cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4-cü, 39.1.6, 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyindən, onunla barışdığından və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi olmadığından barəsində olan cinayət işin icraatına xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və dərhal məhkəmə zalından həbsdən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar