Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-10/2023 28.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Şəmkir rayonu Qapanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu Qapanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirtmək məqsədilə, xx.xx.2022-ci il tarixdə tanışı Tovuz rayonu Əyyublu kənd sakini X7 ilə birlikdə Tovuz rayonu Əyyublu kəndinə gedərək yas mərasimlərində istifadə etmək üçün mis qazan icarəyə verən Tovuz rayonu Əyyublu kənd sakini X2 yaşadığı evə gedərək yas mərasimində istifadə etmək adı ilə hər birinin dəyəri 1000 (bir min) manat olan iki ədəd mis qazanı cəmi 2000 (iki min) manat dəyərində mis qazanları 3 günlük icarəyə götürmək adı ilə sonuncunu aldadaraq onun cəmi 2000 (iki min) manat dəyərində əmlakını əldə edib ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, о, Tovuz rayonu Əyyublu kəndində yaşayan X4 əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 13 mart 2022-ci il tarixdə ona təcili pul lazım olduğu üçün Tovuz rayonu Əyyublu kəndində yaşayan X6 ona yas mərasimində istifadə etmək üçün qazan lazım olduğunu demiş, ondan qazan icarəyə verən şəxsləri tanıyıb-tanımadığını soruşmuşdur. Onun əsl məqsədi qazanları yas mərasimində istifadə etmək adı ilə icarəyə götürüb satmaq olmuş, lakin bu niyyətini Rövşən Qasımova bildirməmişdir. Rövşən Qasımov ona Tovuz rayonu Əyyublu kəndində bir nəfər tanıdığı qadın olduğunu, həmin qadının böyük mis qazanları yas mərasimində istifadə etmək üçün icarəyə verdiyini demişdir. O, Rövşən Qasımovla birlikdə Tovuz rayonu Əyyublu kəndində yaşayan adını sonradan bildiyi X3 yaşadığı evə getmiş, sonuncuya yas mərasimində istifadə etmək üçün 2 ədəd mis qazan lazım olduğunu demiş, sonuncu ona mis qazanları olduğunu və günü 5 manata icarəyə verdiyini demişdir. O, Naidə Mirzəyevaya 75 manat pul verərək ondan iki ədəd hər birinin 80 litr tutumu olan mis qazanları 7-10 günlük icarəyə götürmüş, Whatsap proqramı işlətdiyi rus nömrəsini də ona vermişdir. Həmin vaxt tanımadığı “VAZ- 2106” markalı, damında yük yeri olan avtomobil tapıb həmin avtomobilin sahibi ilə 15 manat pul müqabilində qazanları Tovuz şəhərinə aparmasına razılaşmış, qazanları taksinin damına quraşdırılmış yük yerinə qoyub Tovuz şəhərində yaşayan dəmir və mis alan tanışı Əşrəf adlı şəxsin evinə aparmışdır. Həmin qazanları Əşrəfə göstərib ona tanışlardan ucuz qiymətə qazan aldığını və onu sata bilib-bilmədiyini soruşmuş, sonuncu ona sata biləcəyini demişdir. O, qazanları Əşrəf adlı tanışının həyətinə düşürüb getmiş, növbəti gün Əşrəfin yaşadığı evə qayıtmış, Əşrəf qazanları çəkib pulunu hesablayаraq ona 370 manat pul vermişdir. O, həmin pulu götürüb şəxsi ehtiyyaclarına xərcləmişdir. О, qazanları götürdükdən bir neçə gün sonra telefonunu satmış, həmin telefondakı nömrəsi və Whatsap proqramı bağlanmışdır. O, həmin iki ədəd mis qazanları X1 7-10 günlük yas mərasimində istifadə etmək adı ilə icarəyə götürüb sonra da Tovuz şəhərində yaşayan dəmir və mis tullantıları alan tanışı Əşrəfə satmış, əldə etdiyi pulu şəxsi ehtiyyaclarına xərcləmiş, qazanları ələ keçirərək satmaq barədə niyyətini Rövşənə bildirmiş, eyni zamanda Əşrəfə də həmin qazanları icarəyə götürdüyünü bildirməmişdir. O, Rövşənin yanına tanımadığı taksi sürcüsü ilə getmiş, Naidə Mirzəyevanın həyətində qazanları onun maşınına qoymaq istəyəndə həmin taksinin sürücüsü razı olmamış, qazanların arxası hisli olduğunu demiş, оna görə də o, tanımadığı, dövlət qeydiyyat nişanı yadında qalmayan başqa taksi çağırmış və həmin taksi ilə qazanları aparmışdır. Onunla birlikdə olan şəxs taksi sürücüsü olub həmin taksinin sürücüsünü və dövlət qeydiyyat nişanını tanımır. Hazırda zərərçəkmiş şəxsə vurduğu zərəri ödəmiş və onunla barışıq əldə etmişdir. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, о, atasından miras qalan iri həcmli 65 sm hündürlüyü оlan və 35 kiloqram çəkidə “taxta” mis materialdan hazırlanmış 2 ədəd mis qazanları gündəlik 5 manat pul müqabilində yas məclislərində istifadə olunması üçün icarəyə vermişdir. 13 mart 2022-ci il tarixdə həmkəndlisi Rövşənlə birlikdə əvvəllər tanımadığı, adını sonradan bildiyi Samir adlı şəxs onların yaşadığı evə gəlmiş, Rövşən ona Samirin yas mərasimində istifadə etmək üçün qazan axtardığını demişdir. Həmin vaxt Samir ona Tovuz şəhərində yaşadığını, qohumunun vəfat etdiyindən həmin yas mərasimində istifadə etmək üçün mis qazanlar lazım olduğunu bildirmişdir. O, Samirə mis qazanları günü 5 manat pul müqabilində icarəyə verdiyini demişdir. Samir onunla razılaşmış, ona 30 manat pul verib iki ədəd mis qazanları üç günlük icarəyə götürmüşdür. Qazanları özünün gəldiyi ağ rəngli markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə yerləşdirmək istəmiş, lakin qazanlar avtomobilə yerləşməmişdir. Bundan sonra onlar qonşu Yaşarın “VAZ-2106” markalı avtomobilini gətirmiş, qazanları həmin avtomobilə aparmışlar. Samir qazanları icarəyə götürəndə ona istifadəsində olan mobil telefon nömrəsini vermişdir. Sonradan Samir dediyi vaxt qazanları gətirmədiyi üçün ona zəng vurmuş, Samir ona təyyarə gecikdiyi üçün meyit gec gətirildiyindən yas məclisinin gecikdiyini demiş, qazanları növbəti gün gətirib verəcəyini bildirmişdir. O, Samirin sözlərinə inanmış, lakin Samir qazanları növbəti gün gətirməmiş, ona zəng etdikdə isə müxtəlif bəhanələrlə onu aldatmağa davam etmişdir. Ona görə də, məcbur qalıb şikayət etmişdir. Onun qazanlarının hər birinin qiyməti 1000 (bir min) manat dəyərindədir, ona ümumilikdə 2000 manat dəyərində ziyan dəymişdir. Samirin cinayət məsuliyyətinə cəlb olunmasını və ona vurulmuş ziyanın ödənilməsini xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu zərəri tam olaraq ödəmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək nəzərə alınmağını xahiş etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6211 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 02 ədəd hər birinin 80 kiloqram çəkidə ət tutumu olan, 65 sm hündürlüyü olan, 35 kiloqram çəkidə “taxta” qalın misdən hazırlanmış, heç bir sınığı, zədəsi olmayan işlək vəziyyətdə olan işlənmiş mis qazanın 2022-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 2000 (02 ədəd x 1000 manat) manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Şəmkir Rayon İHB-nin Qapanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunan zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və sonuncunun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(062)-10/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən yayındığına görə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu zərəri tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanununun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması barədə əsaslar olduqda cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4-cü, 39.1.6, 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyindən, onunla barışdığından və zərərçəkmiş şəxslin ondan heç bir şikayət və tələbi olmadığından barəsində olan işin icraatına xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və dərhal məhkəmə zalından həbsdən azad edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-10/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-10/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver