Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-10/2024 29.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 29 oktyabr 2024-cü il tarixdə Tovuz şəhərində xx.xx.2000-ci ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 12 iyun 2022-ci il tarixdə, saat 01 radələrində atası X8 məxsus olan, sürücülük hüququ və etibarnamə əsasında idarə etdiyi “Vaz- 21063” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu Qovlar-Aşağı Quşçu avtomobil yolunun Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsi ilə üzü Qovlar şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin tələblərə əsasən, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bu tələblərə riayət etməyərək hərəkət üçün təhlükə yarandığı andan öz hərəkət zolağında tormozlama əməliyyatı aparmaqla avtomobili toqquşma yerinə çatmadan dayandırmamış, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin tələblərə əsasən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq, yəni 70 km/saat sürətlə hərəkət edərək, əks istiqamətdə ötmə əməliyyatı aparıb onun hərəkət zolağına çıxmış sürücü X11 idarə etdiyi “Vaz-21063” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan 4300 (dörd min üç yüz) manat dəyərində olan X12 məxsus “Vaz-21063” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin tamamilə yararsız vəziyyətə düşməsinə, “Vaz- 21063” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşmiş sərnişin Şahid2 döş qəfəsinin əzniyi, sol bud çanaq oynağının əzniyi ilə müşayiət edilən, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər almasına, X11 isə döş sümüyünün orta 1/3-dən, sağ döş qəfəsinin 5-6-7-ci qabırğaların yerdəyişməli sınığı, sol budun çıxığı, sağ ağciyərin deşilmiş yaraları, daxili qanaxma və bədənin sıyrılmış yaraları ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almaqla 24 iyun 2022-ci il tarixdə Bakı şəhərində yerləşən X20 daxili qanaxma səbəbindən ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 01:10 radələrində o, Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən işlədiyi çay evindən çıxaraq sahiblik hüququ atası X8 məxsus “VAZ-21063” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qovlar-Aşağı Quşçu avtomobil yolu ilə Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən “Piryez” adlanan ərazi istiqamətindən üzü Tovuz rayonu, Qovlar şəhəri istiqamətinə doğru Qovlar- Aşağı Quşçu avtomobil yolunun sağ tərəf hərəkət zolağı ilə 70-80 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin vaxt idarə etdiyi avtomobildə ondan başqa hər hansı bir şəxs olmamışdır. Avtomobil yolunun Tovuz rayonu, Aşağı Quşçu kənd ərazisində yerləşən “Praqa” çay evinin yaxınlığından keçən hissəsində idarə etdiyi avtomobilin hərəkət istiqamətinə nəzərən əks hərəkət zolağı ilə, yəni Tovuz rayonu, Qovlar şəhəri istiqamətindən üzü Aşağı Quşçu kəndi istiqamətinə doğru həmin vaxt marka və modelini xatırlamadığı 2 (iki) ədəd minik avtomobillərinin hərəkətdə olduqlarını görmüş, həmin vaxt qaranlıq olduğundan və qarşı istiqamətdən hərəkətdə olan avtomobillərin işıq faralarının təsirindən avtomobillərin marka və modelini dəqiq görə bilməmişdir. İdarə etdiyi avtomobil ilə həmin avtomobillərin arasında təxminən 8-10 metr məsafə qalmış anidən əks hərəkət zolağı ilə hərəkətdə olan sürücüsünün kimliyi sonradan ona məlum olan X11 idarə etdiyi “VAZ-21063” markalı **-CB-*** nömrə nişanlı avtomobil ötmə hərəkətinə başlayaraq öz hərəkət istiqamətinə nəzərən əks hərəkət zolağına, yəni avtomobil yolunun üzü Tovuz rayonu, Aşağı Quşçu kəndi istiqamətində sol tərəf hərəkət zolağına daxil olmuş, bu zaman onun idarə etdiyi avtomobil ilə ötmə hərəkətinə başlayan X11 idarə etdiyi “VAZ-21063” markalı **-CB-*** nömrə nişanlı avtomobilin arasında çox az məsafə olduğundan və ötmə əməliyyatına başlayan avtomobilin anidən əks hərəkət zolağına daxil olduğundan yolnəqliyyat hadisəsinin baş verməsinin qarşısını almaq üçün yetərli tədbir görə bilməmişdir. Belə ki, həmin vaxt avtomobil yolunun idarə etdiyi avtomobilin hərəkət istiqamətinə nəzərən sağ ehtiyat hissəsində hərəkətsiz, yəni qeyriişlək vəziyyətdə dayanaraq durmuş, hazırda marka və modelini xatırlamadığı avtomobil olduğu üçün, həmçinin hərəkət istiqamətinə nəzərən avtomobil yolunun sol hərəkət zolağı ilə avtomobil hərəkətdə olduğundan idarə etdiyi avtomobilin hərəkət istiqamətini dəyişmək imkanı məhdud olmuş və buna görə də idarə etdiyi avtomobili tormozlama apararaq dayandırmağa çalışmışdır. Belə ki, yol-nəqliyyat hadisəsinin 2-3 saniyə ərzində baş verməsindən və digər avtomobilin hərəkət sürətinin onun təxmininə əsasən 100 km/saat olduğundan o, ancaq tormozlama edə bilmiş, buna baxmayaraq yol-nəqliyyat hadisəsinin qarşısını ala bilməmişdir. Nəticədə idarə etdiyi avtomobilin ön sol yan hissəsi ilə marka və modeli sonradan ona məlum olan “VAZ-21063” markalı **-CB-*** nömrə nişanlı avtomobilin ön sol yan hissəsi toqquşmuşdur. Yol-nəqliyyat hadisəsindən sonra hər iki avtomobil toqquşma yerində dayanaraq durmuşdur. Yol-nəqliyyat hadisəsindən sonra o, özündə olmuş və idarə etmiş olduğu avtomobilin sol qapısı hadisədən sonra açılmadığından qabaq sağ qapısını açaraq avtomobildən düşmüşdür. Daha sonra özünü yaxşı hiss etmədiyindən avtomobildən düşdükdən sonra avtomobil yolunun asfalt örtüyünün üzərinə yıxılmışdır. İdarə etdiyi “VAZ- 21063” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti üçün təhlükə marka və modeli sonradan ona məlum olan “VAZ-21063” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etdiyi avtomobilin qarşısına çıxdığı andan, yəni həmin avtomobillə idarə etdiyi avtomobilin arasında 8-10 metr məsafə qalan andan yaranmışdır. O, “VAZ-21063” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etdiyi avtomobilin qarşısına çıxdığını gördükdə idarə etdiyi avtomobili tormozlama apararaq dayandırmağa çalışmışdır. Hazırda hadisədən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və onun hadisənin baş verməsində təqsirinin olmadığını nəzərə alaraq ona bəraət verilməsini xahiş etdi. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxti və yeri barəsində məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmiş və iştirakının üzrlü hesab olunması barədə məhkəməyə ərizə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Zərərçəkmiş şəxsin prosessual hüquqi varisi Zərərçəkmiş şəxs əvvəlki məhkəmə iclasında iştirakı zamanı göstərdi ki, xx.xx.2022-ci il tarixdə ölmüş Eldar Poladov onun oğludur. Mərhum oğlu X11 yol-nəqliyyat hadisəsi törətməsi barəsində ilk dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 00 radələrində qızı X3 eşitmişdir. Belə ki, oğlu X16 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat təxminən 00 radələrində qızı X6 Tovuz rayonu, Qovlar şəhərində yaşadığı evdə olarkən digər qızı X7 istifadəsində olan mobil telefona oğlu Eldar Poladov zəng edib Tovuz rayonu Aşağı Quşçu kənd ərazisində özünə məxsus idarə etdiyi avtomobil ilə yol-nəqliyyat hadisəsi törətdiyini bildirərək qızı Təranənin hadisənin baş verdiyi əraziyə gəlməsini xahiş etmişdir. Bundan sonra Tovuz rayon Mərkəzi Xəstəxanasına getmişdir. Tovuz RMX-da oğlu X23 rayon diaqnostika mərkəzində olduğunu bildirmişlər. Daha sonra həmin xəstəxanaya getmişdir. Xəstəxanada olarkən oğlu Eldar Poladovu təcili tibbi yardım avtomobili ilə Tovuz RMX-na aparmışlar. Həmin günün səhəri oğlu Eldar Poladovu Bakı şəhərinə aparıb stasionar müalicə olunması üçün 1 saylı X24 yerləşdirmişlər. xx.xx.2022-ci il tarixdə saat təxminən 02:30 radələrində qızı X2 şəhərində yaşadığı evdə olarkən ona zəng edib Eldar Poladovun öldüyü barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə yetkinlik yaşına çatmayan Şahid1 qanuni nümayəndəsinin iştirakı ilə məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə o, mərhum X5, qardaşları Şahid2 və X14 ilə birlikdə Tovuz rayonu, Qovlar şəhəri ərazisində yerləşən “Aysu” şadlıq evində toy məclisində iştirak etmiş, həmin toy məclisindən çıxaraq mərhum atası və qardaşları ilə birlikdə atasına məxsus “VAZ-2106” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu, Qovlar şəhəri ərazisində yaşayan, səhhətində problemlər olan bibisi X4 yaşadığı evə getmiş, həmin evdə təxminən 30 (otuz) dəqiqəyə yaxın qaldıqdan sonra birlikdə avtomobilə əyləşərək qardaşı X25 rayonu Bozalqanlı kəndində yerləşən yaşadığı evə aparmaq üçün Qovlar şəhərindən üzü Tovuz şəhəri istiqamətində hərəkət etmişlər. Bu zaman avtomobili atası Eldar Poladov idarə etmiş, o, avtomobilin ön sərnişin əyləşən oturacağında, qardaşları Səbuhi və Ruslan isə arxa oturacaqlarda əyləşmişlər. Yolboyu Səbuhi və Ruslan toy məclisində spirtli içki (araq) içdikləri üçün arxa oturacaqda yatmışlar. Onlar üzü Tovuz şəhəri istiqamətində köhnə yol kimi tanınan Qovlar-Aşağı Quşçu avtomobil yolunun Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən içərisində olduqları və atası Eldar Poladovun idarə etdiyi avtomobilin qarşısı ilə hərəkət istiqamətinə nəzərən sağ hərəkət zolağı ilə marka və modelini dəqiq xatırlamadığı avtomobil hərəkətdə olmuş, həmin avtomobili ötmək məqsədilə atası Eldar Poladov idarə etdiyi avtomobilin sola dönmə işıq siqnalını işə salaraq ötmə hərəkətinə başlamış və əks hərəkət zolağına daxil olmuşdur. Bu zaman içərisində olduqları avtomobilin sürət həddi təxminən 50- 60 km/saat olmuşdur. Bundan sonra Tovuz rayonu, Dondar Quşçu kənd istiqamətindən üzü Tovuz rayonu Qovlar şəhərinə doğru avtomobil yolunun sağ tərəf hərəkət zolağı ilə hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin hərəkətdə olduğunu təxminən 5-6 metr məsafədən görmüşdür. Atası avtomobili idarə etməyi davam etdirmişdir. Həmin anda üzərilərinə doğru avtomobil yolu ilə üzü Qovlar şəhəri istiqamətinə doğru yolun sağ hərəkət zolağı ilə hərəkətdə olan “VAZ-2106” markalı avtomobil çox sürətlə hərəkətdə olduğundan atası Eldar Poladov idarə etdiyi avtomobil ilə “VAZ-2106” markalı avtomobillə toqquşmaması üçün yetərli qabaqlayıcı tədbir görə bilməmişdir. Belə ki, yol-nəqliyyat hadisəsindən əvvəl mərhum atası Eldar Poladov idarə etdiyi avtomobil ilə qarşıdan hərəkətdə olan “VAZ-2106” markalı avtomobil ilə toqquşmaqdan yayınmaq üçün idarə etdiyi avtomobilin sükanını hərəkət istiqamətinə nəzərən sağ tərəfə doğru çəkmək istəsə də qarşıdan gələn avtomobil sürətlə hərəkətdə olduğu üçün həmin avtomobil ilə atasının idarə etdiyi avtomobillə aralarında mövcud məsafə çox az olduğundan yol-nəqliyyat hadisəsinin qarşısını almaq mümkün olmamış və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsindən sonra qardaşı Ruslan Poladov onu avtomobildən çıxartmış, sonradan hadisə yerinə gələn şəxslərin köməkliyi ilə atası Eldar Poladov və qardaşı Şahid2 avtomobildən çıxarılmışdır. Bir qədər sonra hadisənin baş verdiyi əraziyə təcili tibbi yardım avtomobili gəlmiş və atası X27 RMX-na aparmışlar. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə X5, qardaşları X14 və Şahid1 ilə birlikdə Tovuz rayonu, Qovlar şəhəri ərazisində yerləşən “Aysu” şadlıq evində keçirilən toy məclisində olmuşlar. Həmin vaxt içmiş olduğu spirtli içkinin təsirindən sərxoş olduğu üçün şadlıq evindən hansı radələrdə çıxması və yol-nəqliyyat hadisəsinin hansı saatda və şəraitdə baş verməsi barədə hər hansı bir məlumatı olmamışdır. Yalnız yol-nəqliyyat hadisəsi baş verdikdən bir qədər sonra özünə gəlmiş, həmin vaxt da xatırladığı yeganə hadisə yol-nəqliyyat hadisəsindən sonra istifadəsində olan mobil telefonuna dayısı oğlu X9 zəng edərək ondan harada olduğunu soruşması olmuşdur. O, dayısı oğlu Taleh Qafarova həmin vaxt Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində olduğunu demiş, Taleh ilə telefon danışığından təxminən 10 dəqiqə sonra sonuncu hadisənin baş verdiyi Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisinə gəlmiş, atası Eldar Poladovun səhhəti ilə maraqlanmaq məqsədilə xəstəxanaya getmişlər. Xəstəxanada atası Eldar Poladovun səhhətinin yaxşı olmadığını, bədənində qırıq və sınıqlar olduğunu öyrənmişdir. Bundan sonra o, yaşadığı evə gəlmiş, həmin gün saat təxminən 13 radələrində səhhəti pisləşdiyindən yaşadığı evə təcili tibbi yardım çağırmış və Tovuz rayon mərkəzi xəstəxanasına getmişdir. X5 isə müalicə aldığı Bakı şəhərində yerləşən X20 xx.xx.2022-ci il tarixdə 02:30 radələrində ölmüşdür. Atasının idarə etdiyi “VAZ- 21063” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilin arxa oturacağında yatdığı üçün hadisənin hansı şəraitdə və necə baş verdiyini xatırlamamışdır. İş üzrə şahid X10 məhkəmə iclasında verdiyi ifadə Şahid2 ifadəsi ilə eyni məzmunludur. İşin 21-ci vərəqəsində olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 12 iyun 2022-ci il tarixli müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2022-ci il tarixdə ayıq olmuşdur. Cinayət işinin 28-ci vərəqəsində olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “BC” dərəcəli AE 347470 saylı sürücülük vəsiqəsi verilmiş və həmin sürücülük vəsiqəsi xx.xx.2030-cu il tarixədək etibarlıdır. İşin 35-ci vərəqəsində olan DİN-in BDYPİ-nin X15 İmtahan və X30 tərəfindən 17 iyun 2022-ci il tarixli 016-622 saylı məktubdan Təqsirləndirilən şəxs adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında olmadığı görünür. İşin 133-cü vərəqəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 45-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin 24 iyun 2022-ci il tarixli 24 saylı ekspert rəyindən görünür ki, X11 bədəni (meyiti) üzərində döş sümüyünün orta 1/3-dən, sağ döş qəfəsini 5-6-7-ci qabırğaların yerdəyişməli sınığı, sol budun çıxığı, sağ ağciyərin deşilmiş yaraları, daxili qanaxma və bədənin sıyrılmış yaraları kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyatidirlər, X1 ölümündən əvvəl küt əşyaların təsiri nəticəsində əmələ gəlmiş və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, həmin xəsarətlər xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi. X1 ölümü daxili qanaxma nəticəsində baş vermişdir. Cinayət işinin 135-ci vərəqəsində olan 17 oktyabr 2022-ci il tarixli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır. İşin 136-138-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli 8/2554 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Vaz-21063” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin (sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almalı, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir) tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinə əlavə olunmuş 24 oktyabr 2023-cü il tarixli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 oktyabr 2023-cü il tarixli 8/2859 saylı ekspert rəyinin tədqiqatın nəticəsində göstərilir: Rəyin tədqiqi hissəsində göstərilən səbəblərinə görə VAZ-21063 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü E.R.Poladov idarə etdiyi avtomobili ötmə əməliyyatı aparmaq üçün qarşı hərəkət zolağına çıxması ilə əks istiqamətdə öz zolağında hərəkətdə olan VAZ 21063 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərkəti üçün təhlükə yaratmış olur. Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21063 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə olan uyğunsuzluqla hadiəsnin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Hərəkət üçün təhlükə yaranan andan yəni VAZ-21063 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşı hərkət zolağına çıxdığı andan VAZ-21063 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşma yerinə kimi 58,3-77,8 metr (Sa1) məsafə qət etmişdir. Yolun görünüş məsafəsinin müəyyən olunması yol nəqliyyat hadisələrinin ekspertizası yolu ilə deyil, istintaq tərəfindən müəyyən olunur. Hazırda iş materiallarından hadisə baş verdiyi şəraitə uyğun yolun görünüş məsafəsi barədə məlumat təqdim edilmədiyindən VAZ-21063 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürətinin yolun görünüş məsafəsinə uyğun olmasını ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-21063 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X11 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hərəkət üçün təhlükə yaranan andan yəni VAZ-21063 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşı hərəkət zolağına çıxdığı andan toqquşma yerinə kimi (34- 47,9)-(46,3-63) metr (Sa2) məsafə qət etmişdir. Cinayət işinə əlavə olunmuş 25 yanvar 2024-cü il tarixli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manatdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 yanvar 2024-cü il tarixli 8/3854 saylı ekspert rəyinin tədqiqatın nəticəsində göstərilir: Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21063 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə olan uyğunsuzluqla hadiəsnin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. İşə əlavə olunmuş məhkəmə sorğusu nəticəsində əldə olunmuş Bakı şəhəri Nəsimi rayon prokurorluğunun 26 sentyabr 2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilmişdir ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X11 “X32” PHŞ-də ölməsi faktı üzrə qeyd edilən tibb müəssisəsində sonuncuya tibbi xidmət göstərən həkimlərin əməlində cinayət tərkibi olmadığından ********* nömrəli cinayət işi üzrə icraata xitam verilsin. Məhkəmə iclasında Təqsirləndirilən şəxs göstərilən əməli törətməsi təkzibolunmaz sübutlarla tam təsdiq olunur. Belə ki, işə əlavə edilmiş diskə baxış zamanı Təqsirləndirilən şəxs əvvəlcədən X11 idarə etdiyi avtomobili görərək yaxın-uzaq işıqları yandırıb-söndürməklə işarə verməyi açıq aydın görünsə də, o avtomobilin dayandırılması üçün heç bir tədbir görməmişdir. Eyni zamanda istər təqsirləndirilən şəxs, istəsrsə də vəkili məhkəmə iclasında Təqsirləndirilən şəxs hərəkət etdiyi yolda müəyyən edilmiş sürət həddindən artıq sürətlə hərəkət etdiyini bildirmişlər. Bu hal onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs sürət həddinə riayət etmiş olsaydı hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eyni zamanda bu hallar ekspert rəyində də öz əksini tapmışdır. Məhkəmə ekspert rəylərini əsaslı sayır və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl tam sübuta yetirilir. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl iş materialları, şahidlərin ifadələri və özünün qismən etiraf edici ifadəsi və ekspert rəyləri ilə tam sübuta yetirilir, onun bu əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib həmin maddənin sanksiyası daxilində cəzalandırılmalıdır. İşin 128-ci vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş notarial qaydada təsdiq olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs notarial qaydada verdiyi və məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-ci maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini həmçinin hadisə yerində zərərçəkmiş şəxsə ilkin yardım edilməsini təşkil etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun hesab edir. İş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 62-ci və 70-ci maddələrinin tətbiq olunmasına əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs daimi yaşayış yeri olmasını, Azərbaycan Respublikası CPM-nin 155.1-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq, barəsində olan qətimkan tədbirinin dəyişdirilməsini məqsədə müvafiq hesab etmir. Ona görə də Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə 341 (üç yüz qırx bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 343- 347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə çəkilmiş 341 (üç yüz qırx bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. Hökmdən 20 (iyirmi ) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №1(062)-10/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-10/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver