Məhkəmə qərarları › İş №1(062)-10/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-10/2025

13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-10/2025 13.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, İsmayılov Emil İsrayıl oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X8 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X8 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Tovuz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Tovuz rayonunun Qovlar qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Tovuz rayonunun Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin(bundan sonra mətn üzrə CM-nin) 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 01 ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu yivsiz silah hesab edilən tüfəng kəsiyini və soyuq silah hesab edilən 01 ədəd bıçağı qanunsuz olaraq əldə etmiş, idarə etdiyi “Hyundai” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində saxlayıb gəzdirməklə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi, “Qovlar” mebel mağazasının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində 06 may 2024-cü il tarixdə, saat 17:25-də yuxarıda qeyd edilən ünvanın yaxınlığında, idarə etdiyi “Hyundai” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq avtomobillə birlikdə ünvan 2 ünvanında yerləşən Tovuz Rayon Polis Şöbəsinə gətrilməklə həmin tarixdə saat 19:37-dən özünün razılığı və iştirakı ilə idarə etdiyi avtomobilə baxış zamanı avtomobilin arxa yük hissəsindən 87609 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1966-cı ildə istehsal olunmuş, 16 kalibrli, TOZ-B modelli, odlu yivsiz silah hesab edilən 01 ədəd ov tüfənginin kəsiyi və zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittihamda adı çəkilən yerdə, yən Qovlar şəhəri Vağzal küçəsində çay evində dostları ilə bilyard oynayırdı.Oradan çıxan zaman o polis əməkdaşları tərəfindən saxlanılaraq aparılmışdır. Həmin vaxt çayxanada 20-dən çox adam olmuşdu. Obyektlərdə video müşahidə kameraları quraşdırılsa da həmin kameraların serverini polis əməkdaşları götürüb aparmışdılar. Polis əməkdaşları onu polislərə aid maşınla Tovuz Rayon Polis Şöbəsinə gətirmişlər. Onun avtomobili, avtomobilinin açarı, telefonu da onu saxlayan şəxslərdə olmuşdur. Onu polis şöbəsinə başqa maşında aparmışdılar.Onun avtomobili çay evinin kamerasının müşahidəsi altında, yəni çay evinin qapısının düz ağzında olmuşdu. Onu aparanda saat təxminən 16:30-17:00 radələri olardı. Maşına polis şöbəsində baxış isə saat 8-9 radələrində keçirilmişdi. O ola bilsin ki, haradasa səhvə yol verib, ona görə də ona qarşı hüquq mühafizə orqanının işçiləri ona qarşı qərəzlidirlər.Ancaq o bilmir ki, harada və necə səhvə yol vermişdir. Fiziki təsir olmasa da, ona hədə-qorxu gələrək ona bildirdilər ki, avtomobildən çıxacaq silahın özünün olduğunu etiraf etməlisən. Əgər etiraf etməsəyidi o onun daha ağır ittiham ediləcəyindən ehtiyyat edirdi. Ona görə də istintaq boyu təqsirini etiraf etmişdir. Odur ki, əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o Daxili İşlər Nazirliyinin BMCMİ-nin əməliyyat müvəkkili vəzifəsi işləyir. O digər həmkarı ilə birlikdə daxili olmuş əməliyyat məlumatı əsasında 06 may 2024-cü ildə saat 17:00 radələrində Tovuz rayonunun Qovlar şəhəri, Vağzal küçəsində Təqsirləndirilən şəxs yaxınlaşmış, onu Tovuz Rayonu Polis Şöbəsinə dəvət etmişlər. O isə özünə məxsus avtomobillə polis şöbəsinə gəlmişdir.Avtomobili Ayaz idarə etmiş, Sabir isə arxa oturacaqda oturmuşdu.Sabir Polis şöbəsində özü etiraf etmişdir ki, maşının arxa yük yerində 1 ədəd lüləsi kəsilmiş tüfəng və soyuq silah hesab edilən bıçaq vardır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X20 o Daxili İşlər Nazirliyinin BMCMİ-nin əməliyyat müvəkkili vəzifəsi işləyir. O digər həmkarı ilə birlikfdə daxili olmuş əməliyyat məlumatı əsasında 06 may 2024-cü ildə saat 17:00 radələrində Tovuz rayonunun Qovlar şəhəri, Vağzal küçəsində Təqsirləndirilən şəxs yaxınlaşmış, onu Tovuz Rayonu Polis Şöbəsinə dəvət etmişlər. O isə özünə məxsus avtomobillə polis şöbəsinə gəlmişdir. Avtomobili Ayaz idarə etmiş, Sabir isə arxa oturacaqda oturmuşdu.Sabir Polis şöbəsində özü etiraf etmişdir ki, maşının arxa yük yerində 1 ədəd lüləsi kəsilmiş tüfəng vardır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, o Tovuz rayon Polis Şöbəsinin CAB-nin rəisi vəzifəsində işləyir. Bir dəfə növbətçi hissədən ona məlumat verdilər ki, bir nəfər şəxs qəbula gəlmək istəyir. Bir nəfər ona kamera ilə bağlı yaxınlaşsa da o onda hər hansı kamera və yaxud video qeydiyyatçının verilmədiyini bildirmişdir. X9 neçə dəfə ona yaxınlaşması yadında deyildir.1 dəfə yaxınlaşıb və yaxud 5 dəfə yaxınlaşmaqları nəyi dəyişirki? Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə baş verən gün o Rusiya Federasiyasında olmuşdur. Belə ki, 1 aylıq Rusiyaya getməli olmuşdur.Onun çay evinin yaxınlığında mebel salonu vardır. Obyektə qoşulmuş kameralara telefonundakı tətbiq vasitəsilə nəzarət edir. O telefonundakı tətbiqə daxil olub obyektə baxmaq istəyəndə görüntülərin olmadığını müəyyən etmişdir. Obyekti görə bilmədiyindən o işçisinə video görüntülü zəng etmişdir. İşçi isə ona bildirmişdir ki, Sabiri çayxanada polis əməkdaşları tutub apardıqlarından obyektdəki kameraların video qeydiyyatçısını da çıxarıb aparıblar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, o Sabirin saxlanıldığı çay evinin sahibidir. Sabir saxlanılarkən o orada olmamışdır. Həmin günü obyektə nəzarət etməyi dostu Turala tapşırmışdı. Ancaq ona zəng edib bildirmişlər ki, çayxanın, yəni bilyard evinin kameralarının video qeydiyyatçılarını polis əməkdaşları söküb aparmaq istəyirlər. Orada işçinin telefonu vasitəsilə polis əməkdaşları ona zəng etmiş, video görüntülərə baxış keçirildikdən sonra video qeydiyyatçının Tovuz Rayon Polis Şöbəsinin əməliyyatçısı Rəşad adlı şəxs tərəfindən qaytarılacağını bildirmişdir. O da zəng edən şəxsin polis əməkdaşı olduğunu nəzərə alaraq video qeydiyyatçının götürülməsinə etiraz etməmişdir. Ona video qeydiyyatçı qaytarılmadığından o Tovuz Rayon Polis Şöbəsinin əməliyyatçısı Rəşad Cəfərliyə bir neçə dəfə müraciət etrmiş, Rəşad isə ona video qeydiyyatçının verilmədiyini bildirmişdir. O hələ də video qeydiyyatçını əldə edə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, o Sabirin aparıldığı gün bilyard evində olmuşdur.Sabiri həmi yerdən tutub 015 markalı maşına mindirib aparmışlar. Bir neçə dəqiqədən sonra isə digər şəxslər tərəfindən Sabirin maşını aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, o Sabirin aparıldığı gün bilyard evində olmuşdur.Sabiri həmin yerdən tutub 015 markalı maşına mindirib aparmışlar. Bir neçə dəqiqədən sonra isə digər şəxslər tərəfindən Sabirin öz maşını götürüb aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, X13 bilyard, yəni çay evinin işlədilməsini ona tapşırmışdı. Sabir, o cümlədən 20-nəfərə qədər müştərilər çay evində olmuşlar.Axşam üstü saat 5-6 radələrində Sabir çay evindən çıxan zaman onu çay evinin qarşısında polis əməkdaşları saxlamışlar. Sabiri polislər öz maşınlarına mindirib aparmış, Sabirin avtomobili isə tanımadığı digər şəxslər tərəfindən aparılmışdır. Bundan sonra polis əməkdaşları çay evinin müşahidə kameralarının DVR hissəsini götürüb aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o çay evində masadar işləyir. Sabiri polis əməkdaşları adı ilə mülki formalı şəxslər aparan zaman Sabir dostları ilə bilyard oynayırdı.O çıxıb gedərkən Sabiri çay evinin qapısının ağzından tutub aparmışlar. İçəridəkilərin hamısı bu halın şahidi olmuşlar. Sabir öz maşınına deyil, başqa maşına mindirilərək aparıldığını görmüşdür. Bundan sonra özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər ondan çay evindəki DVR-ın sökülərək ona verilməsini tələb etmiş, o isə bununla bağlı müdirdən icazə alınmasını təklif etmişdir. O isə təklif etmişdir ki, müdirə öz nömrəsi ilə zəng etsin. O da müdirinə öz telefonu ilə zəng edib polis əməkdaşına vermişdir. Bundan sonra DVR polis əməkdaşları tərəfindən sökülərək aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 Eşqin Arif oğlunun ifadəsi ilə eyni məzmunlu ifadələr vermişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X15 ifadəsində göstərmişdir ki, 06 may 2024-cü il tarixdə Tovuz rayonu, Qovlar şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatları və soyuq silahlar əldə edib saxlaması və daşıması bərədə əməliyyat məlumatı daxil oldu. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edildi. Həmin qərarın icrası ilə bağlı olaraq Baş İdarənin əməliyyat müvəkkil Şahid1 rəhbərliyi altında əməliyyat qrupu yaradıldı və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkili X20, Baş İdarənin təhqiqatçısı X18 və o daxil edildi. 06 may 2024-cü il tarixdə saat 17-18 radələrində Təqsirləndirilən şəxs Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi ərazisində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 17:25-də Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Qovlar” mebel mağazasının qarşısında “Hyundai” markalı avtomobilin yanında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişdir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdi. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatları və soyuq silahlar əldə edib saxlama və daşımaqda şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu Tovuz RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla idarə etdiyi avtomobillə birlikdə Polis Şöbəsinə gəlmişdir. Şöbənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı Murad Azayev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdı. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdi ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı əşya olmadığını bildirərək əynindəki şalvarın ciblərindən 02 ədəd mobil telefon, 01 ədəd avtomobil açarı və pul vəsaitlərini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdi. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefona baxış zamanı arxa hissəsində pul vəsaitlərinin olması müşahidə edildi. Bundan sonra şəxsi axtarış keçirilsə də, Təqsirləndirilən şəxs üzərindən əlavə əşya və ya predmet aşkar edilmədi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə silah və bıçaq saxladığını və avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Eyni zamanda aşkar edilmiş pullar və avtomobil açarı Təqsirləndirilən şəxs özünə qaytarıldı. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olundu və həmin protokolu imzalandı. Daha sonra Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış keçirilməyə başlandı. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif edildi kİ, avtomobildə olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin avtomobilin arxa yük hissəsini açaraq oradan 01 ədəd sellofan torbanı və 01 ədəd qabın içərisində olan əşyanı təqdim etdi. 01 ədəd sellofan torbaya baxış zamanı içərisində lülə və qundaq hissəsi kəsilmiş tüfəngə oxşar predmet, qara rəngli qabın içərisində olan əşyanın içərisində isə bıçağa oxşar predmet olması müşahidə edildi. Hər iki predmet iş üzrə əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılıb, möhürlənərək götürüldü və üzəri iştirakçılar tərəfindən imzalandı. Baxış davam etdirilərkən həmin avtomobildən 01 ədəd Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi və 01 ədəd qeydiyyat şəhadətnaməsi aşkar edilərək götürüldü. Qeyd olunanlardan əlavə avtomobildən iş üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilmədi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs silah və bıçağı təxminən bir həftə əvvəl Tovuz rayonunda meşəlik ərazidə tapdığını və marağı olduğu üçün özündə saxladığını bildirdi. Bundan sonra avtomobilə baxış keçirilməsi ilə bağlı protokol tərtib olundu və iştirakçılar tərəfindən imzalandı.Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmiş və onlara heç bir xəsarət yetirməmişdir. DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 07 may 2024-cü il tarixli 24/910 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 87609 Ne-li silah ilkin variantda keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1966-cı ildə istehsal olunmuş 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli odlu yivsiz ov tüfəngi olub, lakin sonradan həmin silahın lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hal-hazırda lüləsinin uzunluğu 301 mm, ümumi uzunluğu 510 mm olan silah öz ilkin təyinatını itirmiş 16 kalıbrli TOZ-B modelli çaxmaqlı, hamar qoşa lüləli, odlu, yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2024-cü il tarixli 3-16-16/2-3/807 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində sonradan dəyişiklik edilməmişdir və təyinatı üzrə istifadəyə yararlıdır. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı X18 tərəfindən tərtib edilmiş “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə idarə etdiyi “Hyundai” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı həmin avtomobildən 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş tüfəngə oxşar predmet, 01 ədəd bıçağa oxşar predmet, 01 ədəd qeydiyyat şəhadətnaməsi və 01 ədəd sürücülük vəsiqəsi aşkar edilərək götürülmüşdür. Baxış və götürmə istintaq hərəkəti 06 may 2024-cü il tarixdə saat 19:37-də başlamış və həmin tarixdə saat 19:52-də başa çatmışdır. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı X18 tərəfindən tərtib edilmiş “baxış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Murad Azayev tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi **-EN-*** qeydiyyat nişanlı, “Hyundai” markalı avtomobilə baxış və götürmə hərəkətləri Tovuz Rayon Polis Şöbəsinin inzibati binasının həyətində həyata keçirilmişdir. Baxış zamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri X15, Şahid1, X20 və müdafiəçi X19 iştirak etmiş və videoçəkiliş həyata keçirilmişdir. Baxış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə iş üzrə əhəmiyyət kəsb edə biləcək digər əşya və sənədlər varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifən sonra Təqsirləndirilən şəxs avtomobildə silah və bıçaq saxladığını bildirib, avtomobilin arxa yük hissəsini açaraq oradan 01 ədəd torbanı və 01 ədəd qara rəngli qabda olan predmeti çıxardıb təqdim etmişdir. Təqdim edilən torbaya baxış zamanı içərisində lülə və içərisində qundaq hissəsi kəsilmiş vəziyyətdə olan tüfəngə oxşar predmet, 01 ədəd qara rəngli qabın içərisində olan predmetin içərisində isə bıçağa oxşar predmet olması müşahidə edilmişdir, Hər iki predmet qablaşdırılıb möhürlənərək götürülmüşdür. Baxış davam etdirilərkən avtomobildən aşkar edilən 01 ədəd sürücülük vəsiqəsi və 01 ədəd qeydiyyat şəhadətnaməsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2025-ci il tarixli,3/809 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01(bir) ədəd silah 16 kalibrli olmaqla,"TOZ-B” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, keçmiş SSRİ-də 1966-cı ildə zavod üsulu ilə istehsal edilmiş, "87609" nömrəli, hamarlüləli (yivsiz) qoşalüləli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, saz vəziyyətdədir və istifadəyə (atəşə) yararlıdır. Təqdim edilmiş 1(062)-10/2025 saylı cinayət işinin 00:12 dəqiqəsində görünən silahın təsviri ilə tədqiq edilən silahın müqayisəsinə əsasən onun hissələrinin uzunluq ölçülərində dəyişiklik müəyyən edilməmişdir. 01(bir) ədəd silah 16 kalibrli olmaqla,"TOZ-B” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, keçmiş SSRİ-də 1966-cı ildə zavod üsulu ilə istehsal edilmiş, "87609" nömrəli, hamarlüləli (yivsiz) qoşalüləli odlu ov tüfəngi Tovuz rayon Məhkəməsində saxlanılır. 01 ədəd bıçaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Məhkəmə qeyd edir ki, cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 01 ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu yivsiz silah hesab edilən tüfəng kəsiyini və soyuq silah hesab edilən 01 ədəd bıçağı qanunsuz olaraq əldə edib, idarə etdiyi “Hyundai” markalı, **- EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində saxlayıb gəzdirməklə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi, “Qovlar” mebel mağazasının qarşısına daşıması, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində 06 may 2024-cü il tarixdə, saat 17:25-də yuxarıda qeyd edilən ünvanın yaxınlığında, idarə etdiyi “Hyundai” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq avtomobillə birlikdə ünvan 2 ünvanında yerləşən Tovuz Rayon Polis Şöbəsinə gətrilməklə həmin tarixdə saat 19:37-dən özünün razılığı və iştirakı ilə idarə etdiyi avtomobilə baxış zamanı avtomobilin arxa yük hissəsindən 87609 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1966-cı ildə istehsal olunmuş, 16 kalibrli, TOZ-B modelli, odlu yivsiz silah hesab edilən 01 ədəd ov tüfənginin kəsiyi və zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağının aşkar edilərək götürülməsi olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs verilmiş ittiham onun idarə etdiyi avtomobilindən aşkar edilərək götürülmüş odlu yivsiz silah hesab edilən 01 ədəd ov tüfənginin kəsiyini və zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq saxlayıb, daşıyıb və gəzdirməsi ilə bağlı olmuşdur. Ona verilmiş ittihamın əsasını əməliyyat tədbirini həyata keçirmiş 3 nəfər polis əməkdaşlarının ifadələri, şəxsi axtarış və götürmə aparılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürülməsi protokolu təşkil edir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə verilmiş ittiham öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən “Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır”. Qeyd edilən Məcəllənin 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini sübut kimi qəbul edir. Əvvəla yalan ifadə vermək təqsirləndirilən şəxsin hüququdur. O ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinin yalan olduğunu bildirməklə, o bu ifadələrin hədə-qorxu altında verildiyini qeyd etmiş və hesab etmişdir ki,o bu formada ifadə verməzsə, ona daha ağır ittihamlar verilə bilər. İstər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı ifadə vermək təqsirləndirilən şəxsin hüququdur və onun yalan ifadə verməsi istisna edilmir. Hər bir halda təqsirləndirilən şəxsin ifadəsi digər sübutlarla yoxlanılıb qiymətləndirildikdən sonra onun ifadəsinin yalan və yaxud doğru olmasını müəyyən etmək mümkündür.Necə ki, bu işdə digər sübutların tədiqiqi ilə onun məhkəmə istintaqında verdiyi ifadəsinin doğru olması qənaətinə gəlinmişdir. Məhkəmədə bu qənaəti həm təqsirləndirilən şəxsin ifadələri, ibtidai istintaq hərəkətlərinin protokolları, bu hərəkətləri əks etdirən video görüntülər, həm də məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri formalaşdırmışdır. Məhkəmə təqsirləndirilən şəxsin müxtəlif cür, yəni ibtidai istintaqda təqsirini etiraf etməsi, məhkəmə istintaqında isə ona irəli sürmüş ittihamı qəbul etməməsi yönümlü ifadələr verməsi ilə bağlı onu da qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 19.7 və 91.5.10-cu maddələrinə görə, təqsirləndirilən şəxs ifadə verməyə, cinayət prosesini həyata keçirən orqana hər hansı materiallar təqdim etməyə və onlara hər hansı yardım göstərməyə borclu deyil, özünə qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək hüquqlarının sahibidir. Məhkəmə istintaqında müəyyən edilmiş yeni hal–təqsirlədirilən şəxsin məhkəmə araşdırması zamanı verdiyi, ibtidai istintaqda göstərdiklərindən fərqli olan ifadəsi ilə yanaşı, həmçinin, digər proses iştirakçılarının məhkəmə istintaqı dövründə bildirdikləri əsasında aşkar edilir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yan keçilmiş məsələlərə toxunmuş, avtomobilin açarının öncədən əməliyyatçılar tərəfindən alındığını, onun polis əməkdaşlarına məxsus avtomobillə polis şöbəsinə gətirildiyinə, onu apararkən çay evində 20 nəfərdən çox şəxslərin olmasına, çay evinin və ona qonşu obyektdəki müşahidə kameralarının video qeydiyyatçısının (DVR)götürüldüyü kimi hallara istinad etmişdir. Odur ki, bu kimi hallar araşdırılmadan ədalətli məhkəmə araşdırılmasından söhbət gedə bilməz. Məhkəmə hüquqi təhlilə başlanmazdan öncə onu qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli”elan edilmişdir. Həmin Sərəncamda göstərilmişdir ki, bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Məhkəmə qeyd edir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olması, dövlətin hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verməsi, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin özünün təqsirsizliyini sübuta yetirməyə borclu olmaması, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmaması kimi müddəlar da Konstitusiyaya daxil edilmişdir ki, “Konstitusiya və Suverenlik İli”ndə pozulmuş konstitusion hüquqların aradan qaldırılmaması Konstitusiyanın hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtlərindən bəhs edən 127-ci maddəsinə zidd olmuş olardı. Məhz bu ildə Təqsirləndirilən şəxs pozulmuş hüquqlarının bərpa edilməsi həm onda, həm də digər şəxslərdə məhkəmələrə olan inamı və güvəni artırmaqla dövlətə olan bağlılığının da artmasını qaçılmaz edəcəkdir. Cinayət prosessual qanunvericiliyinin təməl prinsiplərindən birini təşkil edən, insan hüquq və əsas azadlıqlarının məcmusuna daxil olan və Azərbaycan Respublikası CPMnin 21.3-cü maddəsində əksini tapan təqsirsizlik prezumpsiyası prinsipi dayanır ki, həmin prinsipə görə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Cinayət-prosessual qanunvericiliyinin istinad edilən müddəalarından göründüyü kimi, təqsirləndirilən şəxs ifadə vermək hüququnun icra formasının seçilməsində tamamilə azaddır, qanunverici onun üzərinə bununla bağlı hər hansı məhdudiyyətin qoyulması halını müəyyən etmir, o cümlədən, müdafiə hüququnun səmərəli həyata keçirilməsi məqsədilə cinayət təqibinin istənilən mərhələsində özünə qarşı ifadə verməmək hüququ ilə ehtiva edilən ifadələrin dəyişməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilərək, yeni sübutlar toplamalı, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəni sübut kimi qəbul edir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq hərəkətlərinin protokolları, istintaq hərəkətlərinin video çəkilişləri tədqiq edilmiş, əlavə şahidlər dindirilmiş və onların ifadələrindən ibarət yeni sübutlar toplanılmışdır ki, həmin sübutların mənbəyi şahidlərdən ibarətdir ki, bu mənbənin mötəbərliyi şübhə doğurmur. Belə ki, onların məhkəmə iclasında verdikləri ifadələri dinlənildikcə hakimdə daha çox daxili inam formalaşır ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş avtomobil Təqsirləndirilən şəxs çay evindən aparılan andan artıq polis əməkdaşlarının sərəncamında olmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər həqiqətən də Sabirin avtomobilinin polis əməkdaşları tərəfindən idarə edildiyini, çay evinin və onun yaxınlığındakı obyektlərin kameralarının video qeydiyyatçısının(DVR) sökülərək polis əməkdaşları tərəfindən aparıldığını bildirmişlər. Çay evinin və Qovlar Mebel salonunun həyətində müşahidə kameralarının olması işdəki fotoşəkillərlə də öz təsdiqini tapır. 2 obyektə məxsus DVR-lərin polis əməkdaşları tərəfindən götürülməsi Sabirin avtomobilinin həqiqətən də özünün sərəncamında olmaması kimi sübutun gizlədilməsinə xidmət edir. Göründüyü kimi Sabir polis şöbəsinə aparıldıqdan 2 gün sonra Tovuz Rayon Polis Şöbəsində CAB-ın rəisi Rəşad Cəfərlidən obyekt sahibinin DVR-ləri istəməsi təsadüfi deyildir və bu heç bir halda Təqsirləndirilən şəxs müdafiə taktikasını təşkil edə bilməzdi. Rəşad Cəfərli özü də həqiqətən də ondan bir nəfər sakinin DVR istəməsi üçün Tovuz Rayon Polis Şöbəsinə gəldiyini etiraf etmişdir. Sabirin 90 yaşlı, istintaq boyu susmuş müdafiəçisi istəsə də belə obyekt sahibinin öncədən planlı və məqsədli şəkildə polis şöbəsinə kamera istənilməsi üçün getməyinin hazırlanması taktikasını gələcəkdə məhkəmə müdafiəsi məqsədilə ilə hazırlaya bilməzdi. Əgər o təqsirləndirən şəxsi belə peşəkarlıqla müdafiə edən biri olsaydı o zaman təhqiqatçı nəqliyyat vasitəsinə baxış keçirərəkən protokolda göstərilən vaxtla təhqiqatçının baxışa başlanmasının elan edilməsi saatı arasında olan ziddiyyəti sezərək etiraz edərdi. Həmin şəxsin vəkil olması şübhə doğurmasa da yaşı artıq 90 yaşı keçdiyindən yaşla bağlı belə bir mürəkkəb işdə fəaliyyətsiz görünməsi normaldır. Bir sözlə şəxs müdafiəçisi olduğu halda müdafiəsiz vəziyyətdə olmuşdur. Məhkəmə qeyd edir ki, Sabirin çay evinin qarşısından aparılmasının görüntülərinin gələcəkdə ibtidai və yaxud məhkəmə istintaqında tədqiq edilməsi əməliyyat tədbirinin qanunun tələblərinə uyğun aparılmamasını aşkara çıxaracaqdı ki, bu da əldə edilmiş nəticənin CPM-in tələblərinə uyğun təqdim edilib, yoxlanıldıqdan sonra cinayət təqibi üzrə sübut kimi qəbul edilənliyi məsələsini aktuallaşdırmış olacaqdı. Məhkəmə əməliyyatın və ibtidai istintaqın da pozuntularla aparılmasına da diqqət çəkmək istəyir. Belə ki, əməliyyat müvəkkili Şahid1 DİN BMCMİ-nin rəisinə ünvanladğı raportdan görünür ki, Təqsirləndirilən şəxs silah və döyüş sursatlarını daşımaq və üstündə gəzdirməkdə şübhəli bilinir. Deməli, onun nəqliyyat vasitəsində silah və döyüş sursatları daşıması barədə əməliyyatçılarda məlumat olmamışdır. Belə olduğu halda Təqsirləndirilən şəxs üzərində axtarış aparmadan nəqliyyat vasitəsinə baxışın keçirilməsi marağının yaranması başa düşülən deyildir. Eyni zamanda şəxsi axtarış zamanı onun üzərində axtarış müfəssəl aparılmamış, soyuq silahın ayaq nahiyyəsində və insanın bel və kürək nahiyyələrində kifayət qədər gizlətmək imkanlarının mövcud olması istisna edilmirdi. Axtarış isə həmin nahiyyələrdə aparılmamışdır. Bu da axtarışın formal keçirilməsindən xəbər verir. Yəni, Təqsirləndirilən şəxs iddia etdiyi kimi silahın ona məxsus olmamasından xəbər verir. Çünki təhqiqatçı və şəxsi axtarışı bilavasitə həyata keçirən əməliyyatçı əmindir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı silah, sursat və soyuq silah yoxdur. Sanki onlar bundan xəbərdarmış kimi davranırdı. Odur ki, həmin axtarış və götürmə barədə video görütülərin və bununla bağlı tərtib edilmiş protokolun bu əsasla da hüquqi qüvvəsi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarından ibarət şahidlər ifadələrində göstərmişlər ki, Sabir Çay evinin yanında saat 4-5 arası saxlanılaraq Tovuz Rayon Polis Şöbəsinə gətirilmiş və şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, o saat 17:23-dən tutulmuş hesab edilmişdir.Onun üzərində isə saat 19:04-də, yəni tutulduqdan 1 saat 25 dəqiqə sonra axtarış aparılmışdır. Məhkəmə qeyd edir ki, video müşahidə kameralarının təsiri altında olan ərazidə şəxsi axtarışın aparılması əməliyyat tədbirinin və cihayət mühakimə icraatının maraqlarına daha uyğundur. Əslində bu iş üzrə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 06 may 2024-cü il tarixli qərarda da Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, üstünə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitələrinə, yaşayış yerinə dərhal baxış keçirildikdən sonra polis orqanına gətirilməsi qərara alınmışdır. Göründüyü kimi qərarla dərhal baxışın keçirilməsi müəyyən edilsə də, baxış dərhal deyil, Sabir Tovuz Rayon Polis Şöbəsinə aparılaraq orada həyata keçirilmişdir. Halbuki şəxsin nəqliyyat vasitəsində deyil, üzərində silahın, sursatın və soyuq silahın olması ilə bağlı əməliyyat məlumatı olmasına baxmayaraq onun üzərində şəxsi axtarış 2 saatdan sonra aparılmışdır. Şəxsi axtarış bitdikdən sonra Sabir maşında silahın olmasını bildirmişdir.Üzərində silah olduğu ehtimal edildiyi halda təcrübəli əməliyyatçıların iki saat həmin sursatın onun üzərində saxlanılmasına şərait yaratmaqları inandırıcı deyildir.Bu halda üstünün dərhal, elə çay evinin yanında yoxlanılması həm onun özünün, həm də ətrafdakı şəxslərin təhlükəsizliyi baxımından zəruri idi. Çünki raportun məzmunundan da görünür ki, qərəzsiz mənbədən daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs məhz üstündə silah daşınması halı əməliyyatçılara məlum olmuşdur. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Sabirin avtomobili Ayaz adlı əməliyyatçı tərəfindən idarə edilmişdi.Ağlabatan mühakimə əsasında da inandırıcı deyildir ki, silahlı şəxsi zərərsizləşdirmədən təcrübəli əməliyyatçılar silahlı şəxslə birlikdə avtomobillə müəyyən məsafəni qət etsinlər. Bu şübhələr də Təqsirləndirilən şəxs xeyrinə həll edilməli və Sabirin silahla hər hansı əlaqəsinin olmadığını təsdiq edən hal kimi çıxış etməlidir. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə qeyd edir ki, bu iş üzrə isə əməliyyat tədbirini həyata keçirən şəxslərin fasiləsiz video çəkiliş aparmaq imkanları olduğu halda video çəkiliş həyata keçirilməmiş, şəxsin dərhal üzərinə şəxsi axtarış keçirilməsi qərara alınsa da axtarış aparılmadan polis şöbəsinə aparılmışdır. Eyni zamanda həmin şəxs iki obyektin müşahidə kameraları altında olduğundan baxış keçirildiyi halda əlavə video çəkilişə də zərurət olmayacaqdı.Çünki həmin obyektlərə quraşdırılmış müşahidə kameralarının qeydə alındığı görüntülərin ibtidai istintaqa təqdim edilməsi obyektivliyə,əməliyyatın və istintaqın qərəzsiz aparılmasına xidmət etmiş olacaqdı. Şəxsi axtarış və götürülmə aparılması haqqında və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokollarda istintaq hərəkətlərinin aparılması vaxtları təhrif edilmişdir. Əvvəla şəxsi axtarışdan sonra çəkilişin tamlığı təmin edilməyərək, müəyyən fasilədən sonra nəqliyyat vasitəsinə baxış keçirilmişdir ki, itirilmiş bu zaman kəsiyini doldurmaq məqsədi ilə baxışın keçirilməsi vaxtları təhrif edilmişdir. Belə ki, nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair video görüntü məhkəmədə tədqiq edilmiş və müəyyən edilmişdir ki, təhqiqatçı telefonunun saat göstəricisinə baxaraq baxışın saat 19:17-də başlanmasını, daha sonra isə telefonuna baxaraq saat 19:52-də baxışın bitməsini elan edir. Halbuki bununla bağlı tərtib edilmiş protokolda baxışın saat 19:37-də başlanması, 19:52-də isə bitməsi qeyd edilmişdir. Şəxsi axtarış və götürülmə aparılması haqqında protokolda isə təhqiqatçının göstərdiyi vaxtla, protokolda qeyd edilmiş vaxt üst-üstə düşür.Bu da onu deməyə əsas verir ki, təhqiqatçının telefonundakı saat düzgün işləməklə zamanı da düzgün qeyd etmişdir. Təhqiqatçının bildirməsinə görə baxış saat 19:17-dən saat 19:52-yə dək, yəni 35 dəqiqə davam etmişdir. Çəkilişin isə cəmi 15 dəqiqə aparıldığı görünür. Məhkəmə hesab edir ki, bu kimi pozuntulara yol verilməklə əslində məqsədin nə olmasını müəyyən etmək mümkün olmadığından məhkəmə həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll edir. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Odur ki, həmin axtarış və götürmə barədə video görütülərin və bununla bağlı tərtib edilmiş protokolun da hüquqi qüvvəsi yoxdur. Müstəntiq tərəfindən qeyd edilən kobud qanun pozuntuları ilə əldə edilmiş sübutlara CPM-nin tələblərinə uyğun hüquqi qiymət verilməmişdir. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2. Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; 125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; 125.2.9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; 125.2.10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 125.4. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş materiallar müvafiq pozuntu faktlarının və onlara yol vermiş şəxslərin təqsirliyinin sübut edilməsində istifadə oluna bilər. Məhkəmə bir faktı da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 6 mayda Tovuz rayonunda tutulsa da, onun şübhəli şəxs qismində izahatı dərhal deyil, bir gün sonra, Bakı şəhərində 7 may 2025-ci ildə alınmışdır. Halbuki CPM-nin 232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Avtomobilin polislərin sərəncamında olması, şəxsin şübhəli şəxs qismində tutulduqdan dərhal sonra ifadəsinin alınmaması, üzərində saxlanılan yerdə dərhal axtarışın keçirilməməsi, avtomobilin polis əməkdaşları tərəfindən idarə edilməsi, şəxsi axtarışın müfəssəl aparılmaması, nəqliyyat vasitəsinə baxışın başlanma və bitmə anları arasında ziddiyyətlərin olması sübutların sonradan əlavə edilməsinə şərait yaratmaqla, sübutların saxtalaşdırılması ehtimalını artırır. Məhkəmə, məhkəmə istintaqı zamanı dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan edilmiş polis əməkdaşlarının ifadələrinə də hüquqi qiymət verərək onu qeyd edir ki, onlar polis əməkdaşları olmaqla ibtidai istintaq zamanı vermiş olduğu ifadədən fərqli ifadə verməkləri gözlənilən də deyildir. Buna baxmayaraq onların ifadələri işin digər halları ilə şübhə altına alındığından və inkar edildiyindən həmin ifadələr ittihamın əsasını təşkil edə bilməz. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsi, əlavə şahid qismində dindirilmiş şəxslərin ifadələri hakimə sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir və həmin sübutlar hakimdə tərəddüdsüz şəxsin bəraət almasına yönəlmiş daxili inam formalaşdırmışdır. Məhkəmə Tovuz Rayon Polis Şöbəsində şəxsin müdafiəçisi olsa da faktiki olaraq müdafiəsiz qalmasına dair dəlillərinə münasibət bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs müdafiəçisi İsa Hüseynovdan imtinasına dair dəlillərinə münasibətdə onu qeyd edir ki, istintaq hərəkətlərinin davam etdirilməsi üçün Sabir Tovuz rayonundan Bakı şəhərinə aparılmış, BMCMİ-də o vəkili İsa Hüseynovdan imtina etmiş və bununla da onun Tovuz rayonunda yaşayan ailə üzvlərinin onlara əl çatan olan İsa adlı vəkillə əlaqə saxlamaq imkanları tükədilmişdir. Müdafiəçinin digər dövlət hesabına müdafiəçi ilə əvəz edilməsi qərarı şəxsin müdafiəçidən könüllü imtina etməsi ilə əlaqələndirilmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı şəxsin müdafiə hüquqlarının təmininə formal yanaşmaqla CPM-nin tələblərindən irəli gələn vəzifələri yerinə yetirməmişdir. Nəticədə təqsirləndirilən şəxs öz rayonundan olan və ailəsinin daha əl çatan vəkilindən məhrum edilmişdir. Həmin vəkilin müdafiə imkanları və Bakı şəhərinə gedibgəlmək imkanları məhdud görünsə də, ailə üzvlərinin ona yaxınlığı baxımından ibtidai istintaqa sübutların təqdim edilməsi və vəsatətlərin hazırlanması ilə bağlı vasitəçilik imkanları qaçılmaz görünürdü. Belə olduğu halda İsa Hüseynovun özünün iştirakı ilə müdafiəçidən imtina edilməyə dair ərizənin rəsmiləşdirilməsi ədalət mühakiməsinin maraqlarına uyğun olmaqla təqsirləndirilən şəxsin də müdafiəçidən müdafiə gözləntilərini bitirmiş olardı. CPM-in 92.12-ci maddəsinin müddəalarından görünür ki, müdafiəçidən imtina bir neçə şərtə əməl edildiyi təqdirdə həqiqi və real hesab olunaraq müvafiq orqan tərəfindən qəbul edilir. Bu şərtlər müdafiəçidən imtina haqqında ərizənin şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən öz təşəbbüsü ilə könüllü verilməsi və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin imtina prosedurunda iştirakıdır. Eyni zamanda CPM-in 92.12-ci maddəsinin axırıncı cümləsinin məzmununa görə, yalnız şüurlu imtinaya yol verilir. Digər tərəfdən CPM-in 19.4.2-ci maddəsinin müddəalarına əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxslərə onların hüquqlarını izah etməlidir. Belə ki, yalnız bilikli imtinaya yol verilir, yəni şəxs öz hüququndan imtina edərkən onun məzmununu aydın şəkildə dərk etməlidir. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, Konvensiyanın 6-cı maddəsinin məzmunu şəxsə ədalətli məhkəmə araşdırılmasının təminatlarından qəti sürətdə və yaxud sükutla imtina etməyi qadağan etmir (Avropa Məhkəməsinin X2rşı iş üzrə 18 oktyabr 2006-cı il tarixli Qərarı, §73). Lakin, belə imtinanın Konvensiyanın məqsədləri baxımından həqiqi olması üçün imtina müəyyən olunmalı və onun vacibliyi müvafiq minimal təminatlarla müşayiət olunmalıdır (Avropa Məhkəməsinin Puatrimol Fransaya qarşı iş üzrə 23 noyabr 1993-cü il tarixli Qərarı, §31). Bundan başqa, imtina hər hansı vacib ictimai maraqlara zidd olmamalıdır (Avropa Məhkəməsinin Hakansson və Sturesson İsveçə qarşı iş üzrə 21 fevral 1990-ci il tarixli Qərarı, §66; Avropa Məhkəməsinin X1rşı iş üzrə 01 mart 2006-cı il tarixli Qərarı, §86). Tələb olunan hüquqdan imtina təkcə könüllü deyil, eyni zamanda bilikli və şüurlu olmalıdır. Ədalətli məhkəmə araşdırılmasının anlayışını təşkil edən fundamental hüquqlardan biri olaraq və Konvensiyanın 6-cı maddəsinin təminatlarının səmərəliliyini təmin edən müdafiəçiyə malik olmaq hüququ bilikli və şüurlu imtina standartının xüsusi mühafizəsini tələb edən hüquqların vacib nümunəsidir (Avropa Məhkəməsinin Pişalnikov Rusiyaya qarşı iş üzrə 24 sentyabr 2009-cu il tarixli Qərarı, §77, 78).Müdafiəçidən imtina olunmasının şərtləri ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: Cinayət-prosessual qanunvericiliyə əsasən, müdafiəçidən imtina şübhəli və ya təqsirləndirilən şəxsin “öz təşəbbüsü ilə könüllü” həyata keçirilməlidir. Bu ifadəni təşkil edən sözlər bir-biri ilə qarşılıqlı vəhdətdədir. Yəni imtina təşəbbüsü istənilən halda şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən irəli gəlməlidir (iradəsindən asılıdır). Başqa sözlə, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə müdafiəçidən imtina barəsində hər hansı təklif yolverilməzdir. Bundan başqa, şübhəli və ya təqsirləndirilən şəxsin qərarının könüllülüyünə hər hansı təsir (psixi və ya fiziki) qeyriqanunidir. Könüllülük eyni zamanda məcburi imtinanın yolverilməzliyi deməkdir. Cinayət prosesini həyata keçirən orqan müdafiəçidən imtina məsələsinə baxarkən müəyyən etməlidir ki, müdafiəçidən və ya hüquqi yardım almaq hüququndan imtina məcburi olmamışdır. Şübhəli və ya təqsirləndirilən şəxsin iradəsi CPM-in 92.12-ci maddəsinin tələblərinə görə, ərizə ilə ifadə olunmalıdır. Ərizə dedikdə, şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən şəxsən yazılmış və imzalanmış sənəd başa düşülür. Bununla qanunverici belə hallarda sükutla ifadə olunan imtinanın yolverilməzliyini göstərmişdir. Həmin ərizənin mövcudluğu eyni zamanda müdafiəçidən imtinanın məcburliliyinin qarşısını alan təminat kimi hesab olunmalıdır. Könüllülüyün digər bir təminatı isə müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin imtina prosedurunda iştirakıdır. Konstitusiyanın 61-ci maddəsinin İİİ hissəsində təsbit olunmuş hüququn ədalət mühakiməsinin səmərəliliyi üçün əhəmiyyətini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda hesab edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçiyə malik olmaq hüququnun həyata keçirilməməsi faktı cinayət prosesini həyata keçirən orqanlardan bir sıra prosessual hərəkətləri etməyi tələb edir. Belə ki, CPM-in 19.4.2-ci maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxslərə onların hüquqlarını izah etməlidirlər. Bu mənada izah şübhəli və ya təqsirləndirilən şəxsi onun hüquqları haqqında təkcə məlumatlandırmaqdan ibarət deyil, habelə konkret prosessual hüquqların məzmununun açıqlanması, şübhəli və ya təqsirləndirilən şəxsin qəbul edəcəyi qərarın mümkün nəticələri haqqında xəbərdar olunmasıdır. Adıçəkilən orqanların bu hərəkətləri protokolda öz əksini tapmalıdır. Avropa Məhkəməsinin artıq formalaşmış hüquqi mövqeyinə görə, şəxs Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan hüquqlardan sükutla öz əməlləri (hərəkətləri və ya hərəkətsizliyi) vasitəsilə imtina edərkən şüurlu şəkildə öz imtinasının nəticələrini qabaqcadan görməlidir (Avropa Məhkəməsinin X23rşı iş üzrə 27 mart 2007-ci il tarixli Qərarı, §59; Avropa Məhkəməsinin Panovits Kiprə qarşı iş üzrə 11 dekabr 2008-ci il tarixli Qərarı, §68; Avropa Məhkəməsinin Pişalnikov Rusiyaya qarşı iş üzrə 24 sentyabr 2009-cu il tarixli Qərarı, §77). Göründüyü kimi təqsirləndirilən şəxsin əvvəlki vəkildən imtinası şəxsən yazılmamışdır.Yəni, komputerdə tərtib edilmişdir ki, həmin ərizənin komputerdə təqsirləndirilən şəxs tərəfindən şəxsən tərtib edilməsi, ona komputer avadanlığının verilməsi iş materialları ilə təsdiq edilmir. Ərizə bir başa şəxs tərəfindən tərtib edilməklə onun iradəsini əks etdirməlidir. Məhkəmə hesab edir ki, növbəti istintaq hərəkətləri belə müdafiə hüquqlarının pozulması ilə həyata keçirilmiş, sonradan təyin edilmiş vəkil tərəfindən əlavə şahidlərin dindirilməsi, əlavə sübutların təqdim edilməsi, ərazidə video görüntülərin olub-olmaması məsələlərinin araşdırılması, həmin ərazidə olan şəxslərin müəyyən edilməsi, daktiloskopik ekspertizanın təyin edilməsi və s ilə bağlı vəsastətlər verilməmiş, nəticədə şəxs əsassız itithamla üz-üzə qalmışdır. Belə ki, ibtidai istintaq zamanı müdafiə tərəfinin-müdafiəçinin vəsatəti ilə daktiloskopik ekspertiza keçirməklə silahlarda əl-barmaq izləri aşkar edilmədiyi təqdirdə bu halın onun xeyrinə həll edilməsi imkanları real olmaqla, onun etiraf edici ifadəsi də şübhə altına alınmış olacaqdı. Eyni zamanda müstəntiq tərəfindən silahlar üzərində əl-barmaq izlərinin müəyyən edilməsi və daktiloskopik ekspertizanın keçirilməsi ibtidai istintaqın hər tərəfli araşdırılmasına köməklik etməklə, təqsirli şəxslərin də məsuliyyətdən kənarda qalmamasına xidmət etmiş olacaqdı. CPM-nin 86.3-cü maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. Həmin Məcəllənin 86.4.8 və 86.4.9-cu maddələrinə əsasən təhqiqatçı cinayət prosesində iştirak edən şəxslərin vəsatətlərinə və cinayət işinin icraatı ilə əlaqədar digər şəxslərin ərizə və digər müraciətlərinə baxmaq; cinayət prosesində iştirak edən şəxslərin şikayətlərinə baxmaq kimi hüquqları həyata keçirir. Qeyd edilən Məcəllənin 85.1 və 85.2-ci maddələrinə əsasən cinayət təqibini həyata keçirərkən müstəntiq qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir. Törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək müstəntiqin vəzifəsidir. Azərbaycan Respublikasının CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, təhqiqatçı və yaxud müstəntiq Sabirin saxlanıldığı ərazinin, yəni çay evinin qarşısının insanların sıx toplaşdığı yer olmasına baxmayaraq həmin şəxslərdən bir və ya bir neçəsinin şahid qismində dindirilməsinə cəhd etməmiş,həmin ərazilərdəki video görüntülərin əldə edilməsinə səy göstərməmişdir. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin etiraf edici ifadəsini almaqla kifayətlənən istintaq orqanı cinayət hadisəsinin baş verməsi faktını təsdiq edən, işdə marağı olmayan və ifadələri gəlcəkdə hər hansı şübhə doğurmayan şəxsləri istintaq yolu ilə müəyyən etməmiş, CPmnin tələblərinə zidd şəkildə əldə əldə edilmiş əməliyyat məlumatlarını CPM-nin tələblərinə uyğun şəkildə qiymətləndirməmiş istintaq hərəkətlərinin protkolllarındakı anlaşılmazlıqların aradan qaldırılması istiqamətində hər hansı hərəkətlər etməmişdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarında əməliyyat tədbirləri haqqında vahid yanaşma formalaşdırılmışdır. Düzdür həmin iş üzrə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqda qərar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarından əvvəl qəbul edilsə də, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqda qərar əslində əməliyyat tədbirinin hansı qaydada keçirilməsini bənd-bənd sadalamaqla Ali Məhkəmənin yuxarıda qeyd edilən Qərarının məqsədlərinə qismən uyğundur. Sadəcə olaraq həmin qərarda göstərilənlərdən kənara çıxma halları müşahidə edilmişdir. Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsininin aşağıdakı hissələrindən göstərilmişdir: İİ. Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda, yazılı tapşırıqda və ya rəsmi sorğuda belə tədbirin zəruriliyi əsaslandırılmalıdır. İİİ. Bu Qanunun 10-cu maddəsinin İ hissəsinin 3 - 5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda bundan başqa aşağıdakılar mütləq öz əksini tapmalıdır: 1) müvafiq tədbir keçirmək təklifi verən əməkdaşın soyadı, adı, atasının adı və vəzifəsi; 2) haqqında tədbir keçirilməsi təklif edilən şəxsin soyadı, adı, atasının adı və ya obyektin təsviri; 3) müdaxilə xarakterli üsul və vasitələrin tətbiq olunması haqqında tələbi əsaslandıran faktlar; 4) adi təhqiqat üsulu vasitəsi ilə zəruri məlumatın alınmasının qeyri-mümkünlüyünün əsaslandırılması; 5) müdaxilə xarakterli üsul və vasitələrin tətbiqinin nəzərdə tutulan müddəti; 6) tədbir keçirməsi ilə əlaqədar əldə edilə bilən nəticə. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarında göstərilmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətlərin qarşısının alınması, belə cinayətləri törətmiş, törədilməsini hazırlayan şəxslərin müəyyən olunması üzrə dövlət orqanlarının fəaliyyətində əməliyyat-axtarış fəaliyyətinin xüsusi yer tutduğunu, o cümlədən belə cinayətlərə dair ittihamların əsaslandırılmasında əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş materiallardan geniş istifadə olunduğunu nəzərə alaraq əməliyyat-axtarış fəaliyyəti üzərində məhkəmə nəzarətinin həyata keçirilməsi, eləcə də, bu qəbildən olan cinayət işlərinə məhkəmədə baxılarkən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş sübutların yoxlanılması və qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli 15 nömrəli Qərarında bu məsələyə həsr olunmuş izahlarla yanaşı, CPM-in 137-ci maddəsindən və digər normalarından, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” 1999-cu il 28 oktyabr tarixli 728-İQ nömrəli Azərbaycan Respublikası Qanununun (bundan sonra – 728-İQ nömrəli Qanun) müddəalarından irəli gələn, əməliyyat-axtarış tədbirlərinin xüsusiyyətləri, onun gedişatının və nəticələrinin rəsmiləşdirilməsi, əldə olunmuş materialların cinayət təqibi orqanlarına təqdim edilməsi və cinayət prosesində sübut kimi istifadə olunması, əməliyyat-axtarış tədbirinin gedişində şübhəli şəxsin tutulması, müvəkkil edilmiş şəxslərdən başqa digər şəxslərin əməliyyataxtarış tədbirində iştirakı, hansı əməliyyat-axtarış tədbirləri barədə məhkəmə nəzarətinin həyata keçirilməli olması və s. məsələlərlə əlaqədar aşağıdakı hüquqi mövqelər nəzərə alınmalıdır (ixtisarla istinad): 1.CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar 728-İQ nömrəli Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işlərinə mahiyyəti üzrə baxan məhkəmələr məhkəmə nəzarətinin bu bənddə əksini tapmış hüquqi mövqelərə uyğun şəkildə həyata keçirilib-keçirilmədiyinə diqqət yetirməli, məhkəmə nəzarəti lazımınca həyata keçirilmədiyi hallarda müvafiq sübutların mümkünlüyü məsələsini xüsusi səylə araşdırmalı, lakin heç bir halda əməliyyat-axtarış tədbiri ilə əlaqədar məhkəmə nəzarətinin həyata keçirilməsi faktına (müvafiq məhkəmə qərarının olmasına) özü-özlüyündə əməliyyat-axtarış tədbiri gedişində əldə olunaraq cinayət təqibi orqanı tərəfindən sübut kimi qiymətləndirilmiş materialın CPM-in 125-ci maddəsinin və digər normalarının tələbləri baxımından yolverilən olmasına dəlalət edən, məhkəməni hər bir sübutu aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsindən azad edən əsas kimi istinad etməməlidirlər. 2.CPM-in və 728-İQ nömrəli Qanunun yuxarıda istinad olunan və digər normaları (məsələn, Qanunun 11 və 12-ci maddələri, 13-cü maddəsinin 1-ci hissəsi və s.) əməliyyataxtarış tədbirinin, o cümlədən barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan əməliyyat-axtarış tədbirinin məhkəmə qərarı olmadan keçirilməsinə dair əməliyyat-axtarış fəaliyyəti subyektinin səlahiyyətli şəxsinin qərarının əsaslandırılmış olmasını, qərarda 728- İQ nömrəli Qanunun 10-cu maddəsində təsbit edilmiş əməliyyat-axtarış tədbirlərindən hansının keçiriləcəyinin və onu zəruri edən halların dəqiqliklə göstərilməsini, əməliyyataxtarış tədbiri barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan tədbirlər dairəsinə aiddirsə, bunun, eləcə də məhkəmə qərarı alınmadan tədbirin keçirilməsinə hansı halın əsas olduğunun əks etdirilməsini tələb edir. Nəzərə almaq lazımdır ki, 728-İQ nömrəli Qanunun 12-ci maddəsinin İİİ hissəsinin 6-cı bəndi məhkəmə nəzarətinin həyata keçirilməli olduğu tədbirlər sırasına aid edilən, lakin məhkəmə qərarı olmadan keçirilən əməliyyat-axtarış tədbiri üzrə səlahiyyətli şəxsin qərarında “tədbir keçirməsi ilə əlaqədar əldə edilə bilən nəticə”nin göstərilməli olduğunu təsbit etdiyi kimi, CPM-in 446.2.9-cu maddəsi də onu tələb edir ki, məhkəməyə daxil olan əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında vəsatətdə “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində hansı nəticələrin əldə edilməsinin güman edildiyi və həmin nəticənin hansı üsullarla rəsmiləşdiriləcəyi” öz əksini tapsın. 728-İQ nömrəli Qanunun 15-ci maddəsi əməliyyataxtarış tədbiri keçirilməli olduqda həmin Qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarlar, o cümlədən əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsinin qərarı əsasında əməliyyat-qeydiyyat işinin başlanılmasını, bu işin əməliyyataxtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmasını, əməliyyat-axtarış tədbirlərinin nəticələrinin əməliyyat- qeydiyyat işində əks etdirilməli və sistemləşdirilməli olduğunu təsbit etsə də, bu maddə, eləcə də 728-İQ nömrəli Qanunun əməliyyat-axtarış tədbirlərinin nəticələrinin istifadə edilməsinə həsr olunmuş 16-cı maddəsi və yaxud digər norması əməliyyat-axtarış tədbirinin gedişatına və nəticələrinə dair məlumatların hansı formada rəsmiləşdirilə (hansı forma və məzmunda olan sənədlərdə əks etdirilə) biləcəyini tənzimləmir. Odur ki, əməliyyat-axtarış tədbirinin gedişatının və nəticələrinin nə cür rəsmiləşdirilməli olması 728-İQ nömrəli Qanunda dəqiqliklə tənzimlənmədiyindən, CPM-in 446.2.9-cu maddəsi isə əməliyyat-axtarış tədbirinin gedişatında əldə edilən nəticələrin rəsmiləşdirilməsi üsullarının seçilməsini əməliyyat-axtarış tədbirinin keçirilməsinə zərurət görən (vəsatət qaldıran) əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsinin vəzifələrinə (onun səlahiyyət dairəsinə) aid etdiyindən, əməliyyat-axtarış tədbiri məhkəmə qarşısında vəsatət qaldırılmadan birbaşa əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında keçirilidiyi halda da həmin qərarda əməliyyataxtarış tədbirinin həyata keçirilməsində hansı nəticələrin əldə edilməsinin güman edildiyi və bu nəticələrin hansı üsullarla rəsmiləşdiriləcəyi, başqa sözlə, əməliyyataxtarış tədbirinin gedişatına və nəticələrinə dair məlumatların müvafiq sirr təşkil edən məlumatların məxfiliyinin qorunması şərti ilə hansı sənəd şəklində ifadə olunacağı öz əksini tapmalıdır. Məsələn, əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul etmiş əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsi qərarında nəzərdə tuta bilər ki, əməliyyat-axtarış tədbirinin gedişatı və nəticələri əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş şəxs tərəfindən tərtib edilməli olan ətraflı raportda və yaxud əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş şəxs tərəfindən tərtib edilməli və onun, eləcə də əməliyyat-axtarış tədbirində iştirak etmiş digər əməkdaşlar tərəfindən imzalanmalı olan, məzmunca bu və ya digər istintaq hərəkətlərinin protokoluna bənzəyən protokol şəklində rəsmiləşdirilsin. Burada başlıca məqsəd o olmalıdır ki, seçilən rəsmiləşdirilmə üsulu (raport, protokol və yaxud başqa sənəd şəklində olmasından asılı olmayaraq) əməliyyat-axtarış tədbirinin gedişatının və əldə olunan nəticələrin ətraflı və dəqiq əks etdirilməsini təmin edə bilsin, bu məsələlər üzrə məlumatların həqiqiliyinə şübhə ilə yanaşılmasını, o cümlədən əldə olunan materiallara kənar müdaxilələri, onların məhv edilmə, zədələnmə, dəyişdirilmə, təhrif edilmə imkanlarını istisna etsin, nəticə etibarilə tərtib edilən sənəd və əldə edilən materiallar təhqiqatçıya, müstəntiqə CPM-in tələblərinə müvafiq surətdə təqdim edildikdə, müvafiq yoxlamadan sonra cinayət prosesində sübut kimi qəbul edilə bilsin. Əməliyyat-axtarış tədbiri zamanı sübut əhəmiyyəti ola biləcək materialların götürülməsinin fasiləsiz videoçəkiliş ilə aparılması, götürülmüş predmetlərin qablaşdırılması, raportda və yaxud protokolda onların mümkün qədər ətraflı və dəqiq təsvir edilməsi qeyd olunan məqsədin realizə edilməsində mühüm rol oynaya bilər. Odur ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. Əməliyyat-axtarış tədbiri gedişində materialların əldə olunması məsələsinin tənzimləmə mexanizmindən (əsasən 728-İQ nömrəli Qanunun tənzimləmə sferasına aid edilməsindən) fərqli olaraq CPM-in 137-ci maddəsi əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş materialların məhz CPM-in tələblərinə uyğun olaraq cinayət təqibi orqanına (məsələn, təhqiqatçıya, müstəntiqə) təqdim edilməsini və həmin materialların ittihamın əsaslandırılmasında sübut kimi istifadə edilməsindən əvvəl yoxlanılmasını tələb edir. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş məlumatlar (tədbirin gedişatını və nəticələrini, o cümlədən sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol”) onlara əlavə olunmuş videoyazının saxlanıldığı elektron daşıyıcı və götürülmüş əşyalarla birlikdə məlumatların mənbəyini və əldə edilmə üsullarını yaymadan əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən cinayət təqibi orqanına (təhqiqatın və ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsə) göndərilməli və yaxud bilavasitə təqdim edilməli, təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs isə əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən predmetlərin götürülməsi qaydasında CPM-in 236-cı maddəsinin müvafiq tələblərinə uyğun olaraq, o cümlədən təqdim edilmiş əşyaların baxışını apardıqdan sonra əşyaları təqdim edən şəxs haqqında məlumatları, əşyaların sayını, ölçüsünü, çəkisini, fərdi əlamətlərini və digər xüsusiyyətlərini əks etdirən “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi” protokolunu tərtib etməklə götürməlidir. Həmin materiallar (məsələn, raport və yaxud protokol, eləcə də əşyalar) onların əldə edilməsinin qanunauyğunluğu (mənbəyinin mötəbərliyi) yoxlanıldıqdan və CPM-in 125-ci maddəsinin, habelə digər normalarının tələbləri baxımından sübut kimi yolverilən olması müəyyən edildikdən sonra cinayət prosesində istifadə edilə bilən sübut növü (məsələn, raport və yaxud protokol - CPM-in 135-ci maddəsində nəzərdə tutulmuş sənəd, əşya isə CPM-in 128-ci maddəsində nəzərdə tutulmuş maddi sübut) kimi ibtidai araşdırma üzrə icraatın materiallarına əlavə edilə bilər. Qeyd olunanlardan çıxış edərək, məhkəmələr cinayət işlərinə baxarkən əməliyyataxtarış tədbirlərinin gedişatının və nəticələrinin əldə edilən məlumatların sübut kimi qəbul edilə təmin edəcək dərəcədə etibarlı şəkildə rəsmiləşdirilib rəsmiləşdirilməməsinə, əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən təhqiqatçıya, müstəntiqə təqdim edilən materialların sübut kimi yolverilənliyinin onlar tərəfindən lazımınca yoxlanılıb-yoxlanılmamasına xüsusi diqqət yetirməli, materiallar əməliyyataxtarış tədbirlərinin nəticələrinin yolverilənliyi yoxlanılmadan və qanuni əsas olmadan cinayət prosesində sübut kimi qəbul edildikdə, cinayət təqibini həyata keçirmiş vəzifəli şəxslərin fəaliyyətsizliyinə və onlar tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulmasına xüsusi qərar çıxarmaqla münasibət bildirməlidirlər.

3. Nəzərə almaq lazımdır ki, CPM, 728-İQ nömrəli Qanun və yaxud hər hansı bir digər normativ hüquqi akt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirildikdə götürülməsinə zərurət yaranan, cinayət prosesində maddi sübut əhəmiyyətinə malik ola biləcək bu və ya digər əşyanın (məsələn, narkotik vasitənin, psixotrop maddənin, prekursorun) bilavasitə əməliyyat-axtarış tədbirinin gedişində deyil, müstəsna olaraq şübhə edilən şəxs saxlanılıb polis qurumunda təhqiqatçıya təhvil verildikdən və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulma protokolu tərtib edildikdən sonra istintaq hərəkəti (məsələn, şəxsi axtarış və götürmə) vasitəsilə əldə edilməsini nəinki tələb etmir, hətta bunun əksini, yəni bilavasitə əməliyyat-axtarış tədbirinin gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin və ya prekursorların götürülməsini və bunun əməliyyataxtarış tədbirlərinin nəticələrini rəsmiləşdirən sənəddə (məsələn, raportda və ya protokolda) CPM-in 245.8 və 247.1.9-cu maddələrində nəzərdə tutulanlara analoji şəkildə - götürülən predmetin miqdarı, çəkisi, nə cür qablaşdırıldığı və digər xüsusi əlamətləri göstərilməklə əks etdirilməsini, habelə CPM-in 148.2-ci maddəsində təsbit edilən əsaslar olduqda, yəni şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən (məsələn, şəxsin güdülməsi kimi əməliyyat-axtarış tədbirinin gedişində onun narkotik vasitəni əldə etməsi, daşıması, başqasına satması və ya əməliyyat-axtarış tədbiri qismində yaşayış sahəsinə baxış keçirilərkən onun narkotik vasitəni saxlaması müşahidə edildikdə) və yaxud bilavasitə əməlin törədilməsindən sonra yaxalandıqda; hadisəni görən şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən edildikdə şəxsin şübhəli şəxs qismində tutma protokolunu tərtib etmək səlahiyyətində olan (təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş) şəxsə təqdim edilməsi üçün təhqiqat orqanının əməkdaşı hesab edilən müvafiq əməliyyat-axtarış tədbirini həyata keçirən şəxs tərəfindən tutulub-saxlanılmasını (bu məqsədin təmin edilməsi üçün zəruri olan müddəti aşmamaq şərti ilə azadlığının faktiki məhdudlaşdırıla bilməsini) ehtiva edir. Belə ki, CPM-in 148.2-ci maddəsi ilə yanaşı, 86.8-ci maddəsi də təhqiqat orqanının əməkdaşına “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törədən şəxsləri və şübhəli şəxsləri” tutmaq səlahiyyəti verir (maddə 86.8.2), CPM-in 86.8.3-cü maddəsi isə təhqiqat orqanının əməkdaşının məhz tutduğu yerdə tutulan şəxsin üstünü yoxlamaq səlahiyyətini nəzərdə tutur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin İİİ hissəsinə görə də polis əməkdaşı tərəfindən məhkəmənin (hakimin) qərarı olmadan hər hansı şəxsin təxirə salınmadan tutulmasına şəxs cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalandıqda, hadisəni bilavasitə görənlər, o cümlədən zərərçəkmiş şəxslər məhz həmin şəxsin cinayət törətdiyini göstərdikdə, şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin izləri tapıldıqda yol verilə bilər. Təsadüfi deyil ki, CPM-in 90.11.2-ci maddəsi tutularkən baxışa və şəxsi axtarışa məruz qalmağı şübhəli şəxsin vəzifəsi kimi göstərir, yəni qanunverici şəxsin şübhəli şəxs qismində tutulması faktını məhkəmə qərarının əvvəlcədən alınmasını və yaxud həmin prosessual hərəkətlər keçirildikdən sonra onların məhkəmə nəzarəti qaydasında yoxlanılmasını tələb etməyən, özü-özlüyündə baxışın və ya şəxsi axtarışın keçirilməsini şərtləndirən hal kimi nəzərdən keçirir. O da təsadüfi deyil ki, CPM-in 149.1.1 və 149.1.2-ci maddələri, hətta hadisəni görən kənar şəxsə belə cinayət baş verdikdə və ya cinayət baş verdikdən sonra onu törətmiş şəxs gizlənməyə cəhd göstərdikdə həmin şəxsin əl-ayağını bağlamaq, onun üstündə silah və ya başqa təhlükəli alətin, yaxud cinayət işi üzrə əhəmiyyət kəsb edən digər əşyaların olması ehtimal edildikdə, onun üstünü yoxlamaq və bu əşyaları cinayət təqibi orqanına təqdim etmək üçün götürmək imkanını tanıyır. Nəzərə almaq lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı, sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. Əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir.

4. Nəzərə alınmalıdır ki, şərh edilən vəziyyətdə şəxsin tutulması əməliyyat-axtarış tədbirinin gedişində baş verdiyi üçün, yəni o, faktiki olaraq cinayət başında və yaxud cinayət törətdikdən dərhal sonra yaxalandığına görə onun barəsində şübhəli şəxs qismində tutulması haqqında qərarın çıxarılması tələb olunmur. CPM-də bir növ hadisələrin təsadüfi axarında şəxsin şübhəli şəxs qismində tutulması ilə öncədən məlum olan hallara görə şübhəli şəxsin tutulmasını fərqləndirərək yalnız ikinciyə aid edilə biləcək vəziyyətdə şübhəli şəxsin tutulmasını cinayət təqibi orqanı tərəfindən əvvəlcədən buna dair qərarın çıxarılması ilə şərtləndirmişdir. Belə ki, CPM-in 147.1.1-147.1.3, 147.2.1- 147.2.3, 148 və 149-cu maddələrinin əlaqəli şərhi onu deməyə əsas verir ki, CPM-in 148ci maddəsində göstərilən hallarda cinayət törətməsinə şübhə yaranması ilə əlaqədar şəxs əməliyyat-axtarış tədbirini həyata keçirən şəxs tərəfindən və yaxud CPM-in 149-cu maddəsində göstərilən halda hadisəni görən kənar şəxs tərəfindən yaxalandıqda, şəxsin şübhəli şəxs qismində tutulması hər hansı bir qərara əsasən deyil, CPM-in 148 və ya 149cu maddəsində göstərilən faktların meydana gəlməsinə görə baş vermiş olur və bu halda artıq baş vermiş (hər hansı bir qərar olmadan həyata keçirilmiş) tutma faktının rəsmiləşdirilməsi tələb olunur ki, bu da CPM-in 148.5-ci maddəsində təsbit edildiyi kimi, cinayət prosesini həyata keçirən orqan (məsələn, təhqiqatçı və ya müstəntiq) tərəfindən tutma protokolunun tərtib edilməsi yolu ilə realizə edilməlidir. Odur ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı CPM-in 148.2-ci maddəsində (“Polis haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin İİİ hissəsində) göstərilən, tutulmanın dərhal tətbiq edilməsinə əsas verən halların olması ilə əlaqədar şübhəli şəxs yaxalandıqda əməliyyat-axtarış fəaliyyətinin subyektinin müvəkkil edilmiş şəxsi tərəfindən tərtib edilən əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportda və ya protokolda şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı yer, tarix, vaxt və saxlanılmanın səbəbi də göstərilməklə zəruri məlumatlar əks etdirilməli, şübhəli şəxs qismində tutulmanın prosessual məcburiyyət tədbiri olaraq rəsmiləşdirilməsi isə (müvafiq əsaslar olduğu halda) şübhəli şəxs təqdim edildikdən dərhal sonra cinayət təqibini həyata keçirən orqan (təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs) tərəfindən CPM-in 147.5-ci maddəsinə müvafiq surətdə tərtib edilmiş tutma protokolu tərtib edilməklə, o cümlədən protokolda şübhəli şəxs qismində tutulmanın əvvəli kimi onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxt xüsusilə qeyd edilməklə həyata keçirilməlidir.

5. Əməliyyat-axtarış tədbirinin gedişində şübhəli şəxsin tutulduğu yerdə üstünün yoxlanılmasının və sübut əhəmiyyətli ola biləcək əşyaların ondan götürülməsinin rəsmiləşdirilməsinin mümkün qədər CPM-in 246-cı maddəsində nəzərdə tutulmuş şəxsi axtarış və götürmə kimi istintaq hərəkətinə, “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış” əməliyyat-axtarış tədbirinin isə mümkün qədər CPM-in 236-cı maddəsində nəzərdə tutulmuş “baxış” istintaq hərəkətinə uyğunlaşdırılması o demək deyil ki, istintaq hərəkətində hal şahidlərinin və yaxud müdafiəçinin iştirak etməsinə dair CPM-in müddəaları əməliyyat-axtarış tədbirinə də şamil olunmalıdır. Əksinə, əməliyyat-axtarış fəaliyyətinin xüsusiyyətləri, o cümlədən bir çox hallarda gizli, konspirativ üsullarla həyata keçirilməsi, tətbiq edilən üsulların, əməliyyataxtarış fəaliyyətini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin, məlumat mənbələrinin məxfiliyini qorumaq zərurəti hal şahidlərinin, müdafiəçilərin əməliyyat-axtarış tədbirlərində iştirak etmələrini istisna edir və həmin şəxslərin əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar tərəfindən bu və ya digər əməliyyat-axtarış tədbirinə, məsələn, əməliyyat-axtarış tədbirinin gedişində saxlanılan şəxsin üstünün yoxlanılmasına və yaxud “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış” əməliyyat-axtarış tədbirinə cəlb edilməsi əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş sübutların mötəbərliyinə (sübut əhəmiyyətli ola biləcək predmetin əldə edilməsi şəraitinin qüsurluluğuna görə) şübhə salan hal kimi nəzərdən keçirilə bilər. Əməliyyat-axtarış tədbirinin gedişində CPM-in 148.2-ci maddəsində göstərilən halların meydana gəlməsinə görə şübhəli şəxsin tutulması (azadlığının məhdudlaşdırılması) faktı da tutulma anında şübhəli şəxsin yanında müdafiəçisinin olmasını şərtləndirən və bu səbəbdən əməliyyat-axtarış tədbirini həyata keçirən səlahiyyətli şəxs üçün həmin yerdə və yaxud müvafiq polis qurumuna və yaxud əməliyyataxtarış fəaliyyətini həyata keçirən digər orqana gətirildikdən sonra müdafiəçinin iştirakını təmin etmək vəzifəsi yaradan hal deyildir. Əməliyyat-axtarış fəaliyyətinin xüsusiyyətləri, eləcə də CPM-in 148.2-ci maddəsində göstərilən şübhəli şəxs qismində tutulmanı şərtləndirən halların bir növ hadisələrin təsadüfi axarında meydana gələn hallar xarakterində olması əməliyyat-axtarış tədbirinin gedişində müdafiəçinin iştirakını istisna etdiyi kimi, əməliyyat-axtarış tədbiri gedişində tutulma faktiki olaraq tətbiq edildikdə (həmin anda) şübhəli şəxsin yanında müdafiəçisinin olması (əməliyyatçı tərəfindən ona müdafiəçinin təqdim edilməsi) istisna olunur. Təsadüfi deyil ki, CPM-in 90.7 və 90.7.5-ci maddələri tutulmuş şübhəli şəxsin hüquqlarının həyata keçirilməsini tutulma anı, yəni artıq baş vermiş şübhəli şəxs qismində tutulma faktı ilə əlaqələndirmişdir. Şəxsin CPM-in 148.2ci maddəsində göstərilən hallarda faktiki tutulub-saxlanılması (yaxalanması) və bununla əlaqədar cinayət təqibini həyata keçirilən orqana gətirildikdən dərhal sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən tutulmanı rəsmiləşdirən protokolun tərtib edilməsi isə səlahiyyətli şəxslərin şübhəli şəxs qismində tutulmanın tətbiqi üzrə bütöv fəaliyyətin elementləri olduğundan bir-birindən ayrıla və tutma dedikdə, müstəsna olaraq faktiki tutulma ehtiva oluna (protokolun tərtib edilməsi isə “şübhəli şəxs qismində tutulma” anlayışından xaric edilə) bilməz. O da təsadüfi deyil ki, CPM-in 86.8-ci maddəsi təhqiqat orqanının əməkdaşının (yəni, o cümlədən əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsinin) səlahiyyətləri sırasında şübhəli şəxsi tuta bilməsini (yəni yaxalaya, azadlığının faktiki məhdudlaşdıra bilməsini) təsbit etməklə yanaşı, həmin maddənin digər müddəaları şübhəli şəxsi tutulma prosesində müdafiəçi ilə təmin etmək vəzifəsini deyil, “tutulan şəxsə onun hüquqlarını”, yəni, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququnu izah etmək vəzifəsini nəzərdə tutmuşdur (CPM maddə 86.8.4). CPM-in 86.2.2 və 86.2.3-cü, habelə 85.2.2 və 85.2.3-cü maddələrində də müvafiq olaraq təhqiqatçının və müstəntiqin vəzifələri sırasında şübhəli şəxs tutulduğu andan ona hüquqlarını izah etmək; tutulduğu andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etmək vəzifələri müəyyən edilmişdir. O da nəzərə alınmalıdır ki, CPM-in 153.2-ci maddəsində cinayət prosesini həyata keçirən orqanın (yəni əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxslərin deyil, təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxslərin) və tutulmuş şəxsin yerləşdirildiyi müvəqqəti saxlama yerlərinin əməkdaşlarının tutulmuş şübhəli şəxsə münasibətdə digərləri ilə yanaşı, aşağıdakı vəzifələri də nəzərdə tutulmuşdur: - tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirmək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək (maddə 153.2.1); - şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq (maddə 153.2.5); - tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq (maddə 153.2.6); - tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq (maddə 153.2.7). Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.21-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Sübutların mümkünlüyünə dair qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 139cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələbedir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. İstər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin dispoziyasında nəzərdə tutulan cinayət əməlinin törədilməsində onun təqsirli olması sübuta yetməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinə görə ittiham verilməsini Azərbaycan Respublikası CPM-nin 8.0.2, 9.1.2, 9.1.3, 10.1, 10.5, 11.1, 12.1, 12.3. 21.1,21.2, 21.3, 28.1, 28.2-ci maddələrinin tələbləri baxımından əsassız hesab edir. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi) məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxslərə müvafiq olaraq tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilmələri, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilmələri nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dərhal ləğv edilməlidir. CPM-nin 353.5.2-ci maddəsinə əsasən məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi bəraət hökmünün nəticəvi hissəsində göstərilməlidir. İş üzrə mülki iddia və müsadirə olunacaq əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 42, 344-347, 349, 351, 352, 353, 356, 357 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dərhal ləğv edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. 01(bir) ədəd silah 16 kalibrli olmaqla,"TOZ-B” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, keçmiş SSRİ-də 1966-cı ildə zavod üsulu ilə istehsal edilmiş, "87609" nömrəli, hamarlüləli (yivsiz) qoşa lüləli odlu ov tüfəngi Daxili İşlər Nazirliyinin BMCMİ-nə təhvil verilsin. 01(bir) ədəd silah 16 kalibrli olmaqla,"TOZ-B” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, keçmiş SSRİ-də 1966-cı ildə zavod üsulu ilə istehsal edilmiş, "87609" nömrəli, hamarlüləli (yivsiz) qoşalüləli odlu ov tüfəngi və soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağının hökm qanuni qüvvəyə minənədək Daxili İşlər Nazirliyinin BMCMİ-də saxlanılması nəzərə alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra 01(bir) ədəd silah 16 kalibrli olmaqla,"TOZ- B” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, keçmiş SSRİ-də 1966-cı ildə zavod üsulu ilə istehsal edilmiş, "87609" nömrəli, hamarlüləli (yivsiz) qoşa lüləli odlu ov tüfəngi və 01 ədəd ümumi təyinatlı ov bıçağı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar