Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-100/2024 23.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx.xx.1992-ci ildə Biləsuvar rayonu Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 (üç) nəfər azyaşlı uşaqları olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda 2 saylı İstintaq Təcridanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şəmkir rayonu, Tatarlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 əvvəllər təyin olunmuş, lakin sonradan ləğv edilmiş əlillik dərəcəsini bərpa etdirərək sosial təqaüdün verilməsini təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncu tərəfindən hissə-hissə olmaqla xx.xx.2023-cü il tarixdə, saat 13:07-də Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar küçəsi ərazisində fəaliyyət göstərən “Qovlar Market” mağazasında quraşdırılmış ödəmə terminalı vasitəsilə 2800 (iki min səkkiz yüz) və xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında fəaliyyət göstərən “Bazarstore” mağazasında quraşdırılmış ödəmə terminalı vasitəsilə 300 (üç yüz) manat məbləğində pul vəsaitlərinin onun "xxxx" ASC-də olan 416973******9443 nömrəli kart hesabına köçürülməsinə nail olub ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 3100 (üç min yüz) manat məbləğində pul vəsaitini dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şəmkir rayonu, Tatarlı kəndində yaşayan Zərərçəkmiş şəxs2 əvvəllər təyin olunmuş, lakin sonradan ləğv edilmiş əlillik dərəcəsini bərpa etdirərək sosial təqaüdün verilməsini təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 15:12-də Tovuz rayonu, Qovlar şəhəri ərazisində fəaliyyət göstərən “Bizim Market” mağazasına quraşdırılmış ödəmə terminalı vasitəsilə 3000 (üç min) manat məbləğində pul vəsaitinin "xxxx" ASC-də olan 416973******9443 nömrəli kart hesabına köçürülməsinə nail olub ələ keçirərək, cəmi Zərərçəkmiş şəxs2 məxsus 3000 (üç min) manat məbləğində pul vəsaitini dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırda ünvan 3 ünvanında daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. Ailəlidir, 3 (üç) azyaşlı övladı var. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə 2023-cü ilin aprel ayında tanış olmuşdur. Belə ki, o, 2-ci Qarabağ müharibəsi iştirakçısıdır və Şuşa uğrunda gedən döyüşlərdə xəsarət almışdır. 2021-ci ilin dekabr ayından ona 3-cü qrup əlillik dərəcəsi təyin olunmuş və hazıradək əlillik dərəcəsi ilə bağlı pensiya alır. Xəstəliyi ilə bağlı mütəmadi olaraq Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 1 nömrəli psixiatriya xəstəxanasında müalicə alır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə də Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 1 nömrəli psixiatriya xəstəxanasında müalicə aldığı dövrlərdə tanış olmuşdur. Belə ki, 2023-cü ilin aprel ayında Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 1 nömrəli psixiatriya xəstəxanasında müalicə alarkən sonradan şəxsiyyətləri ona məlum olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq özlərinin də Birinci Qarabağ müharibəsi iştirakçısı olduqlarını, müharibə bitdikdən sonra müharibə iştirakçısı olaraq veteran pulu almağa başladıqlarını, 2016-cı ildən etibarən isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə dövründə yaralanaraq xəsarət aldıqlarını, bundan sonra 3-cü qrup əlillik dərəcəsi və həmin dərəcəyə uyğun sosial təqaüd almağa başladıqlarını bildirmişlər. Həmin şəxslər hazırda təqaüdlərinin verilməsinin dayandırıldığını bildirib bu mövzuda kömək etməyin mümkün olub-olmadığını soruşmuşlar. O, isə problem olmadığını və Zərərçəkmiş şəxs1 2-ci qrup əlillik dərəcəsinin yenidən bərpa olunması və pensiyanın təyin olunması üçün 3100 manat, Zərərçəkmiş şəxs2 isə 3-cü qrup əlillik dərəcəsinin yenidən bərpa olunması və pensiyanın təyin olunması üçün 3000 manat məbləğdə pul vəsaiti lazm olacağını bildirmişdir. O, həmin şəxslərə pul vəsaitlərini konkret hansı şəxs(lər)ə verəcəyini bildirməmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onunla razılaşmış və o, lazımi sənədləri toplamağı həmin şəxslərdən tələb etmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixdə, saat 15:12 dəqiqədə Zərərçəkmiş şəxs2 məxsus 3000 manat məbləğdə pul vəsaitini sonuncuya 3-cü qrup əlillik dərəcəsinin yenidən bərpa olunması və pensiyanın təyin olunmasına dair vəd verməklə özünə məxsus 416973******9443 saylı kart hesabıma köçürtmək yolu ilə ələ keçirmişdir. O, ələ keçirdiyi həmin pul vəsaitini öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Belə ki, o, həmin şəxslərə vəd verdiyi kimi əlillik dərəcələrinin yenidən bərpası və sosial təqaüdün təyin olunmasına dair hər hansı bir sənədlərin əldə olunması, yaxud tibbi müayinə və komissiyalardan keçirilməsi üçün pul vəsaiti xərcləməmişdir. Sadəcə olaraq bir neçə dəfə Bakı şəhəri ərazisində fəaliyyət göstərən xəstəxanalara aparıb tibbi müayinələrdən keçirtdirmişdir. Həmin müayinələr də pulsuz olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 göndəriş əsasında tibbi müayinələrə göndərildikləri üçün tibbi müayinə xərclərini sığorta qarşılamışdır. O, sadəcə həmin şəxslərlə xəstəxanaya gedib qazi olduğunu və Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qohumu olduqlarını bildirib növbədənkənar müayinə etdirmişdir. Həmin şəxslərə isə bu kimi prosedurların müəyyən xərclər çəkilməklə həyata keçirildiyini bildirmişdir. Beləliklə, növbəti dəfə xx.xx.2023-cü il tarixdə, saat 08:49 dəqiqədə Zərərçəkmiş şəxs1 məxsus 300 (üç yüz) manat məbləğdə, xx.xx.2023-cü il tarixdə, saat 13:07 dəqiqədə 2800 manat məbləğdə pul vəsaitini sonuncuya 2-ci qrup əlillik dərəcəsinin yenidən bərpa olunması və pensiyanın təyin olunmasına dair vəd verməklə özünə məxsus 416973******9443 saylı kart hesabına köçürtmək yolu ilə ələ keçirmişdir. O, ələ keçirdiyi həmin pul vəsaitini öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Beləliklə, o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sənədlərini topladıqdan sonra xatırladığı qədər 2023-cü ilin oktyabr ayında ƏƏSMN-nin sisteminə qeydiyyatdan keçirmişdir. 2024-cü ilin yanvar ayında isə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müraciətləri ilə bağlı imtina cavabı gəlmişdir. Bundan sonra o, bir müddət də həmin şəxslərə səbrli olmalarını bildirib yenidən müraciət etməyi təklif etmiş, müraciətləri alınmadıqda isə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 şikayət edərək pullarını geri tələb etmişdir. O, etdiyi əməldən peşman olduğunu və özünü təqsirli bildiyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəmiş, onlarla barışıq əldə etmişdir. Bundan başqa cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad olunmaq üçün vurduğu zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etmişdir. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, hazırda Şəmkir rayonu, Tatarlı kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. Hazırda rəsmi olaraq hər hansı bir yerdə işləmir. Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Müharibə bitdikdən sonra o, müharibə iştirakçısı olaraq veteran pulu almağa başlamış, 2018-ci ildən etibarən isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə dövründə yaralanaraq xəsarət aldığı üçün 2-ci qrup əlillik dərəcəsi və həmin dərəcəyə uyğun sosial təqaüd almağa başlamışdır. 2020-ci ildən etibarən ona təyin olunmuş əlillik dərəcəsi ləğv edilmiş və həmin dərəcəyə görə verilən sosial təqaüd dayandırılmışdır. O, əlillik dərəcəsini yenidən bərpası və sosial təqaüdünün yenidən təyin edilməsi üçün Şəmkir rayon mərkəzi xəstəxanasının göndərişi əsasında 2023-cü ilin aprel ayında Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 1 nömrəli psixiatriya xəstəxanasına müraciət etmişdir. O, Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 1 nömrəli psixiatriya xəstəxanasına getdikdən 1 həftə sonra həmkəndlisi, eyni zamanda da qohumu Zərərçəkmiş şəxs2 da həmin xəstəxanaya gəlmişdir. Zərərçəkmiş şəxs1 də onun kimi birinci Qarabağ müharibəsi iştirakçısı olmuşdur və 2021-ci il tarixdən ona təyin olunmuş 2-ci qrup əlillik dərəcəsi və sosial təqaüd dayandırılmışdır. Beləliklə, 2023-cü ilin aprel ayının əvvəllərində o, tanışı Zərərçəkmiş şəxs2lə birlikdə Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 1 nömrəli psixiatriya xəstəxanasının yaxınlığında yerləşən, hazırda adını xatırlamadığı çayxanada çay içərək sosial təqaüd problemlərindən danışırmışlar. Həmin vaxt tanımadığı şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs onlara yaxınlaşıb tanışlıq vermiş və söhbətlərinə ortaq olmuşdur. Ünsiyyətləri əsnasında həmin şəxs də İkinci Qarabağ müharibəsinin iştirakçısı kimi özünü tanıtmışdır. Beləliklə, onlar tanış olduqdan təxminən 3 gün sonra, yəni 2023-cü ilin aprel ayının əvvəllərində, hazırda dəqiq xatırlamadığı gündə və vaxtda Təqsirləndirilən şəxs ilə yenidən Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 1 nömrəli psixiatriya xəstəxanasının yaxınlığında yerləşən, hazırda adını xatırlamadığı əvvəlki çayxanada görüşmüşlər və çay içmişlər. Həmin vaxt o və tanışı Zərərçəkmiş şəxs2 sosial təqaüdlərinin 2021-ci ildən dayandırıldığını, sonradan müraciət etsələr də diaqnoz qoyulmadığını və müraciətlərin qəbul olunmadığını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs ona və tanışı Zərərçəkmiş şəxs2 VTEQ-də, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi həkim komissiyasında keçirə biləcəyini demişdir, eyni zamanda 2021-ci ildən həmin dövrədək onlara verilməli olan sosial təqaüdü bərpa etdirəcəklərinə dair vəd vermişdir. Beləliklə, o və tanışı Zülfüqar həmin şəxsə inanmışlar. Bundan sonra Zaur ondan əlillik dərəcəsini yenidən bərpa etdirməsi və əvvəllər təyin olunmuş sosial təqaüdünün yenidən təyin olunması müqabilində 3100 (üç min yüz) manat məbləğində pul vəsaiti tələb etmişdir. Zaur ondan ələ keçirmək istədiyi pul vəsaitini konkret olaraq hansı şəxs(lər)ə verəcəkləri barədə hər hansı məlumat verməmişdir. Bundan sonra o, bu barədə düşünüb daha sonra qərar verəcəyini Zaura bildirmişdir. Beləliklə, bir müddət sonra düşünüb qərara gəlmişdir ki, Təqsirləndirilən şəxs etibar edib həmin şəxsin ondan əlillik dərəcəsini yenidən bərpa etdirəcəyi və əvvəllər təyin olunmuş sosial təqaüdünün yenidən təyin etdirəcəyi müqabilində istədiyi 3100 (üç min yüz) manat məbləğində pul vəsaitini versin. Təqsirləndirilən şəxs ilə bir neçə dəfə görüşləri zamanı sonuncunun Kərim adlı tanışı da yanında olmuşdur. O və tanışı Zərərçəkmiş şəxs2 Kərimi Təqsirləndirilən şəxs tanışı kimi tanımışlar. Beləliklə, 2023-cü ilin may ayının əvvəllərində o, "xxxx" KB ASC-nin Tovuz rayonu ərazisində yerləşən filialından 8500 manat məbləğində kredit götürüb həmin pul vəsaitindən xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Bazarstore” marketlər şəbəkəsindən mpay ödəmə terminalından Təqsirləndirilən şəxs ona göndərdiyi dostu Kərimə məxsus 416974******1629 nömrəli "xxxx" ASC-yə aid kart hesabına 300 manat məbləğdə, xx.xx.2023-cü il tarixdə, saat 13:07 dəqiqədə ünvan 5 ünvanında yerləşən “Qovlar” marketdə m10 ödəmə üsulu ilə Təqsirləndirilən şəxs ona göndərmiş olduğu 416973******9443 nömrəli kart hesabına 2800 manat məbləğində köçürmə etmişdir. O, bundan sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb ödəniş etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ondan bir sıra sənədlərin, veteran vəsiqəsinin, əlilliyinə dair sənədlərin kserosurətlərin əldə edib tezliklə onun əlillik dərəcəsini yenidən bərpa etdirəcəkləri və əvvəllər təyin olunmuş sosial təqaüdünün yenidən təyin etdirəcəklərinə dair söz vermişlər. Beləliklə, bir müddət keçdikdən sonra o, yenidən Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb işinin nə yerdə qaldığını soruşduqda hər dəfə ona müxtəlif bəhanələr deyərək yubatmışdır. O, həmin şəxslərin onu aldatdıqlarını başa düşüb 2023-cü ilin dekabr ayında aidiyyəti qurumlara müraciət etmişdir. Ondan pul vəsaitini ancaq Təqsirləndirilən şəxs ələ keçirmişdir. Kərimin onun pul vəsaitinin ələ keçirilməsində rolu olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ona 3100 (üç min yüz) manat vurduğu zərəri tam olaraq ödəmişdir. Zərəri tam olaraq ödədiyi üçün onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də Təqsirləndirilən şəxs barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, hazırda Şəmkir rayonu, Tatarlı kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda da yaşayır. Hazırda rəsmi olaraq hər hansı bir yerdə işləmir. Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Müharibə bitdikdən sonra o, müharibə iştirakçısı olaraq veteran pulu almağa başlamış, 2016-cı ildən etibarən isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə dövründə yaralanaraq xəsarət aldığım üçün 3-cü qrup əlillik dərəcəsi və həmin dərəcəyə uyğun sosial təqaüd almağa başlamışdır. 2021-ci ilin aprel ayından etibarən ona təyin olunmuş əlillik dərəcəsi ləğv edilmiş və həmin dərəcəyə görə verilən sosial təqaüd dayandırılmışdır. O, əlillik dərəcəsinin yenidən bərpası və sosial təqaüdünün yenidən təyin edilməsi üçün Şəmkir rayon mərkəzi xəstəxanasının göndərişi əsasında 2023-cü ilin aprel ayında Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 1 nömrəli psixiatriya xəstəxanasına müraciət etmişdir. O, Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 1 nömrəli psixiatriya xəstəxanasına getdikdən 1 həftə sonra həmkəndlisi, eyni zamanda da qohumu Zərərçəkmiş şəxs1 da həmin xəstəxanaya gəlmişdir. Zərərçəkmiş şəxs1 də onun kimi birinci Qarabağ müharibəsi iştirakçısı olmuşdur və 2021-ci il tarixdən ona təyin olunmuş 2-ci qrup əlillik dərəcəsi və sosial təqaüd dayandırılmışdır. Beləliklə, 2023-cü ilin aprel ayının əvvəllərində o, tanışı Zərərçəkmiş şəxs1lə birlikdə Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 1 nömrəli psixiatriya xəstəxanasının yaxınlığında yerləşən, hazırda adını xatırlamadığı çayxanada çay içərək tanışı Zərərçəkmiş şəxs1lə sosial təqaüd problemlərindən danışmışlar. Həmin vaxt tanımadığı şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs onlara yaxınlaşıb tanışlıq vermiş və söhbətlərinə ortaq olmuşdur. Ünsiyyətləri əsnasında Təqsirləndirilən şəxs də İkinci Qarabağ müharibəsinin iştirakçısı kimi özünü tanıtmışdır. Beləliklə, onlar tanış olduqdan təxminən 3 gün sonra, yəni 2023-cü ilin aprel ayının əvvəllərində, hazırda dəqiq xatırlamadığı gündə və vaxtda Təqsirləndirilən şəxs ilə yenidən Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 1 nömrəli psixiatriya xəstəxanasının yaxınlığında yerləşən, hazırda adını xatırlamadığı əvvəlki çayxanada görüşmüşlər və çay içmişlər. Həmin vaxt o və tanışı Zərərçəkmiş şəxs1 sosial təqaüdlərinin 2021-ci ildən dayandırıldığını, sonradan müraciət etsələr də diaqnoz qoyulmadığını və müraciətlərinin qəbul olunmadığını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs ona və tanışı Zərərçəkmiş şəxs1 VTEQ-də, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi həkim komissiyasında keçirə biləcəyini demiş, eyni zamanda 2021-ci ildən həmin dövrədək onlara verilməli olan sosial təqaüdü bərpa etdirəcəyinə dair vəd vermişdir. Beləliklə, o və tanışı Asif həmin şəxsə inanmışlar. Bundan sonra Zaur ondan əlillik dərəcəsini yenidən bərpa etdirməsi və əvvəllər təyin olunmuş sosial təqaüdünün yenidən təyin olunması müqabilində 3000 (üç min) manat məbləğində pul vəsaiti tələb etmişdir. Təqsirləndirilən şəxs ondan ələ keçirmək istədiyi pul vəsaitini konkret olaraq hansı şəxs(lər)ə verəcəyi barədə hər hansı məlumat verməmişdir. Bundan sonra o, bu barədə düşünüb daha sonra qərar verəcəyini Zaura bildirmişdir. Təqsirləndirilən şəxs ilə bir neçə dəfə görüşləri zamanı sonuncunun Kərim adlı tanışı da yanında olmuşdur. O və tanışı Zərərçəkmiş şəxs2 Kərimi Təqsirləndirilən şəxs tanışı kimi tanımışlar. Beləliklə, bir müddət sonra düşünüb qərara gəlmişdir ki, Zaura etibar edib həmin şəxsin ondan əlillik dərəcəsini yenidən bərpa etdirəcəyi və əvvəllər təyin olunmuş sosial təqaüdünün yenidən təyin etdirəcəyi müqabilində istədiyi 3000 manat məbləğində pul vəsaitini versin. Beləliklə, 2023-cü ilin aprel ayının ortalarında Bakı şəhərindən yaşadığı Şəmkir rayonuna geri qayıtmışdır. Şəmkir rayonunda olarkən o, özünə məxsus 3000 (üç min) manat məbləğində pul vəsaitini xx.xx.2023-cü il tarixdə, saat 15:12 dəqiqədə Tovuz rayonu, Qovlar şəhəri ərazisində yerləşən “Bizim market”də quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsilə 3000 (üç min) manat məbləğində pul vəsaitini online şəkildə Təqsirləndirilən şəxs ona göndərmiş olduğu 416973******9443 nömrəli kart hesabına köçürmə etmişdir. O, bundan sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb ödəniş etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ondan bir sıra sənədlərin, veteran vəsiqəsinin, əlilliyinə dair sənədlərin kserosurətlərin əldə edib tezliklə onun əlillik dərəcəsini yenidən bərpa etdirəcəyi və əvvəllər təyin olunmuş sosial təqaüdünün yenidən təyin etdirəcəyinə dair söz vermişdir. Beləliklə, bir müddət keçdikdən sonra o, yenidən həmin şəxslərlə əlaqə saxlayıb işinin nə yerdə qaldığını soruşduqda hər dəfə ona müxtəlif bəhanələr deyərək yubatmışdır. O, Təqsirləndirilən şəxs onu aldatdığını başa düşüb 2023-cü ilin dekabr ayında aidiyyəti qurumlara müraciət etmişdir. Ona 3000 manat maddi ziyan dəymişdir. Ondan pul vəsaitini ancaq Təqsirləndirilən şəxs ələ keçirmişdir. Kərimin onun pul vəsaitinin ələ keçirməsində rolu olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ona 3000 (üç min) manat vurduğu zərəri tam olaraq ödəmişdir. Zərəri tam olaraq ödədiyi üçün onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də Təqsirləndirilən şəxs barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci ildə anadan olmuş Yusif, xx.xx.2016-cı ildə anadan olmuş Xudayar və xx.xx.2020-ci ildə anadan olmuş Mirhüseyn adlı 3 (üç) nəfər azyaşlı uşaqları var. İş materiallarında olan zərərçəkmiş şəxslərin ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tamamilə ödəmiş və sonuncuların Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə olunan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı tamamilə ödəmiş və sonuncular ilə barışmışdır. Hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Eyn zamanda cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi məbləğində, yəni 1525 (bir min beş yüz iyirmi beş) manat dövlət büdcəsinə ödəniş etmişdir. Odur ki, barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən yayındığına görə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuş və cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulanadək dayandırılmışdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi məbləğində, yəni 1525 (bir min beş yüz iyirmi beş) manat dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu zərəri, həmçinin vurduğu zərərin iyirmi beş faizi məbləğində, yəni 1525 (bir min beş yüz iyirmi beş) manat dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanununun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması barədə əsaslar olduqda cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4-cü, 39.1.6, 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödədiyindən, onlarla barışdığından və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbi olmadığından, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən barəsində olan işin icraatına xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ödənilməmiş ziyan və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-100/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-100/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver