Məhkəmə qərarları › İş №1(062)-101/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-101/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-101/2024 21.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Tovuz rayonu, Bozalqanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Tovuz rayonu, Bozalqanlı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə, xx.xx.1985-ci il tarixdə Tovuz rayonu, Bozalqanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Tovuz rayonu, Bozalqanlı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 verilmiş ittihama görə o, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaqla bir qrup şəxs tərəfindən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, habelə təkrar silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslərə zor tətbiq olunması və özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində qardaşı Təqsirləndirilən şəxs2 yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi “VAZ-2107” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini yanacaqla təmin etmək üçün Tovuz rayonu Bozalqanlı kəndində yerləşən “Petrotal” yanacaqdoldurma məntəqəsində olarkən qardaşı Təqsirləndirilən şəxs2 uca səslə ünvansız nalayiq ifadələr işlətməsinə görə həmin vaxt idarə etdiyi “BMW” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini yanacaqla təmin etmək üçün həmin yanacaqdoldurma məntəqəsində olan Zərərçəkmiş şəxs3 onlara yaxınlaşaraq avtomobildə nişanlısı Şahid1 olmasını deyib uca səslə nalayiq ifadələr işlətməsinə irad bildirdiyinə görə heç bir əsaslı səbəb olmadan yanacaqdoldurma məntəqəsində qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, ətrafda olan şəxslərin 15-20 dəqiqə ərzində narahatçılığına səbəb olan qəsdən qərəzli hərəkətlər edib, özünü cəmiyyətin fövqündə görməklə özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün Zərərçəkmiş şəxs3 üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək sonuncunun baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə kəllə, yumruq və təpik zərbələri ilə qəsdən vuraraq, ona burun nahiyəsinin, burun sümüyünün repozisiyaya ehtiyacı olan sınığı ilə müşayiət edilən qançır-şişkinliyi, üst dodaq nahiyəsinin selikli qişasına olan qansızma sahəsi, sağ kürək nahiyəsinin və sol mil bilək oynağı nahiyəsinin sıyrıqları, sağ bazu nahiyəsinin qançırı, sağ əlin İ barmağının uc falanqasının qançır-şişkinliyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuş, habelə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olnması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrar xx.xx.2021-ci il tarixdə, saat 17:30 radələrində Tovuz rayonu Qazıqulu kəndində yerləşən “Qorodok” kafesində tanışları ilə yemək yeyib bir qədər spirtli içkilər qəbul etdikdən sonra kafenin sahibi Zərərçəkmiş şəxs1 yeməyin və spirtli içkilərin cəmi 85 manat dəyərinin ödənilməsini tələb etdikdə məbləğin çox olmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarını pozmaqla saymamazlıq göstərib ətrafda olan şəxslərin narahatlığına səbəb olmaqla ictimai qaydanı kobud surətdə pozan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq ifadə edib, əsassız mübahisə yaradaraq özünü cəmiyyətin fövqündə görməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək sonuncunun baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı kəllə, yumruq və təpik zərbələri vuraraq ona sol bazu oynağı və sol bud nahiyələrinin qançır-şişkinliyi kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, həmin vaxt kafenin həyətində olan və ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə, yəni, kafedə ofisiant işləyən Zərərçəkmiş şəxs2 onu sakitləşdirməsinə məhəl qoymayaraq, əksinə, ona müqavimət göstərməklə sonuncuya yumruq və təpik zərbələri vuraraq ona sağ baldır nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş və qərəzli xuliqanlıq hərəkətlərini təkrar davam etdirərək həmin gün saat 18:30 radələrində kafedə Zərərçəkmiş şəxs1 ünvanına heç bir səbəb olmadan nalayiq ifadələr işlətməklə həmin şəxsin üzərinə hücum edib yumruqla sonuncunun başına bir neçə zərbə vuraraq ona qəsdən güclü fiziki ağrı yetirdikdən sonra kafenin ərazisindən götürdüyü taxta parçasından silah qismində istifadə edərək kafenin X otağının qapısının şüşəsini, bir ədəd masanı, kafenin ayaqyolu tikilisinin lambrin materiallarını, habelə, kafenin həyətində tikilmiş günəş şüaları və yağışdan qorunmaq üçün nəzərdə tutulmuş talvarın taxtalarını qəsdən vurub sındıraraq cəmi 150 (bir yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla silah qismində istifadə olunan əşyadan istifadə edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi və özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 verilən ittihama görə o, xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi “VAZ-2107” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini yanacaqla təmin etmək üçün qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə Tovuz rayonu Bozalqanlı kəndində yerləşən “Petrotal” yanacaqdoldurma məntəqəsində olarkən uca səslə ünvansız nalayiq ifadələr işlətməsinə görə həmin vaxt idarə etdiyi “BMW” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini yanacaqla təmin etmək üçün həmin yanacaqdoldurma məntəqəsində olan Zərərçəkmiş şəxs3 onlara yaxınlaşaraq avtomobildə nişanlısı Şahid1 olmasını deyib uca səslə nalayiq ifadələr işlətməsinə irad bildirdiyinə görə heç bir əsaslı səbəb olmadan yanacaqdoldurma məntəqəsində qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, ətrafda olan şəxslərin 15-20 dəqiqə ərzində narahatçılığına səbəb olan qəsdən qərəzli hərəkətlər edib, özünü cəmiyyətin fövqündə görməklə özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün Zərərçəkmiş şəxs3 üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə kəllə, yumruq və təpik zərbələri ilə qəsdən vuraraq, ona burun nahiyəsinin, burun sümüyünün repozisiyaya ehtiyacı olan sınığı ilə müşayiət edilən qançır-şişkinliyi, üst dodaq nahiyəsinin selikli qişasına olan qansızma sahəsi, sağ kürək nahiyəsinin və sol mil bilək oynağı nahiyəsinin sıyrıqları, sağ bazu nahiyəsinin qançırı, sağ əlin İ barmağının uc falanqasının qançır-şişkinliyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuş, habelə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olnması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 verilən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tovuz rayonu Bozalqanlı kəndində ailə üzvüləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində o və qardaşı Məhər birlikdə etibarnamə əsasında idarə etdiyi VAZ-2107 markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yanacaq vurmaq üçün “Petrotal” yanacaq doldurma məntəqəsinə gəlmişdir. Onlar yerə düşmüş və qardaşı Məhərlə yanacaq doldurma məntəqəsinin benzin vuran aparatının yanında söhbət etmişlər. Məhər uca səslə ona qarşı nalayiq ifadələr işlətmişdir. Bu zaman adı sonradan ona məlum olan Sənan adlı şəxs Məhərə qarşı “maşında adam var” ifadəsini deyərək nalayiq ifadə işlətmişdir. Sənanın onlara müraciəti xahiş formasında olmamışdır. Onun özü də kobud rəftar etməklə küçə söyüşləri işlətmişdir. Bundan sonra Sənan Məhərin yanına gəlmiş və qardaşı Məhər ona “adammı ölüb” demişdir. Daha sonra onlar yanacaq doldurma məntəqəsinin kənarına çəkilmişlər. Hansı ki, orada üçündən başqa kimsə olmamışdır. Orada Sənan ilə qardaşı Məhər itələşmişlər və o hər ikisini aralamağa çalışmışdır. Bu zaman Sənanı tutub öz maşınına tərəf aparmış, Sənan isə qışqıra-qışqıra Məhərin ünvanına nalayiq ifadələr işlətmişdir. Çünki Sənan bilməmişdir ki, onlar qardaşdır. Sənanın dediyi sərt küçə sözlərini qəbul edə bilmədiyi üçün ona məxsus “BMW” markalı maşının qarşısında kəllə ilə ona zərbə vurmuşdur. Zərbənin təsirindən Sənan yerə yıxılmışdır. Yerə yıxılan zaman ona daha bir yumruq zərbəsi vurmuşdur. Bundan sonra kimsə onu arxadan tutub aralamış, o və qardaşı Məhər evə getmişlər. Hansı ki, onun Sənanı vurmaq niyyəti olmamışdır. Sadəcə olaraq dediyi sözlərdən sarsıntı keçirdiyi üçün onu vurmuşdur. Bundan başqa 07 noyabr 2021-ci il tarixdə, günorta saat 16 radələrində dostları Elçin, Elbrus adlı şəxslərlə birlikdə Tovuz rayonu, Qazqulu kəndində yerləşən “Qorodok” adlanan kafeyə yemək yeməyə getmişlər. Kafəyə daxil olub otaqlardan birində əyləşib pivə sifariş etmişlər. O və Elbrus pivə içmiş, Elçin isə içməmişdir. Özü həmin vaxt balıq yemək istədiyi üçün “Pompulu” kimi tanıdığı şəxsə zəng edib ondan balıq istəmiş, “Pompulu” da balıq olduğunu və gətirə biləcəyini demişdir. Bundan sonra İlqar adlı kafe işlədən şəxsə balıq gələrsə bişirdib-bişirtməyəcəyini soruşmuş, o da kafedə balıq bişirməyə qadağa qoyulduğunu demişdir. Bu vaxt Elçin kafe sahibi olan Anar adlı şəxsdən icazə ala biləcəyini bildirmiş, İlqar da “əgər icazə alsalar bişirə bilər” demişdir. X7 adlı şəxsdən icazə ala bilməmiş, bundan sonra “Pompulu”nun onlara gətirdiyi balığı Elçin özü ilə aparıb haradasa bişirtdirmişdir. O və Elburus isə kafedə olan otaqda Elçini gözləmişlər. Elçin təxminən 20-25 dəqiqə sonra gəlib çıxmış və bişirilmiş balığı yemişlər. Balıq yeyərkən Emin adlı xalası oğlu da gəlib çıxmışdır. Balıq yeyərkən o, “Pompulu”, Elçin, Emin və Elbrus 1 ədəd 1 litirlik və 1 ədəd 750 qramlıq araq içmişlər. Yeyib içərkən “Malış” kimi tanıdığı İlqar adlı kafe işlədən şəxs otağa daxil olmuş və onun dostu olan Emin adlı şəxsin adını çəkib onun barəsində xoşagəlməz sözlər işlətmişdir. O da İlqara Eminin arxası ilə danışmamasını demiş və əgər sözü varsa Eminin özü ilə danışmasını bildirmişdir. Bu vaxt İlqar ona kinayə ilə az danışmağını və yerində oturmağını bildirmişdir. İlqarın bu sözlərindən sonra əsəbləşmiş və ayağa qalxıb İlqarın üzərinə getmişdir. İlqarın üstünə gedərkən söyüş söymüşdür ki, onun arxasınca heç kim gəlməsin. İlqarın arxası ilə gedib onu kafenin həyətində başını İlqarın başına söykəmiş, onu itələmiş, bu vaxt İlqar ona yumruq atmışdır. O da onu yumruq və təpiklə bir neçə dəfə bədəninin müxtəlif yerlərindən vurmuşdur. Onları Elçin, Elbrus və Emin sakitləşib aralamış, daha sonra isə avtomobilə əyləşib evinə getmişdir. Onun tərəfindən kafe dağıdılmamışdır. Ümumiyyətlə əlinə taxta götürməmişdir. Bununla belə etdiklərindən peşmançılıq hissi keçirir. Zərərçəkmiş şəxslərin ikisinin ondan şikayət və tələbi yoxdur. Sənan ilə də barışıq üçün cəhd etsə də, razılaşma əldə edilməmişdir. Özünün psixi xəstəliyi vardır və orqanizmin funksiyalarının 50 faizi pozulmuşdur. Himayəsində azyaşlı uşaqlar vardır. Uşaqlarından biri ürəyindən əməliyyat olmuşdur. Odur ki, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 verilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailə üzvüləri ilə birlikdə Tovuz rayonu Bozalqanlı kəndində yaşayır. 26 avqust 2021-ci il tarixdə, saat 22 radələrində qardaşı İmanla birlikdə etibarnamə əsasında idarə etdiyi VAZ-2107 markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yanacaq doldurmaq üçün “Petrotal” yanacaq doldurma məntəqəsinə getmiş, qardaşı İmanla yanacaq doldurma məntəqəsinin yanacaq dolduran aparatının yanında söhbət edən zaman uca səslə ona qarşı nalayiq ifadə işlətmiş, bu zaman orada olan adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs3 ona qarşı söyüş işlədərək “maşında adam var” demişdir. Sənana nə üçün belə ifadə işlətdiyini demiş, Sənan onun yanına gəlmiş və ona demişdir ki, adammı ölüb. O, söhbət edib başa salmaq üçün Sənanı kənara dəvət etmiş, bu zaman Sənan onun üstünə gələrək əl-qol hərəkətləri etmişdir. Daha sonra yanacaq doldurma məntəqəsinin arxa tərəfinə keçmişlər. Orada Sənan ilə itələşmişlər. Daha sonra YDM-nin işıqlı tərəfinə, yəni avtomobillərə yanacaq tökülən tərəfə qayıtmışlar. İman Sənanı tutub o tərəfə aparmış, lakin Sənan qışqıra-qışqıra onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman İman özünü saxlaya bilməyərək Sənana məxsus BMW markalı maşının qarşısında kəllə ilə ona zərbə endirmiş və bunun nəticəsində Sənan yerə yıxılmışdır. Yerə yıxılan zaman İman ona bir dəfə yumruq zərbəsi vurmuşdur. Bundan sonra orada olan şəxslərdən kimsə İmanı arxadan tutub aralamış və onlar birlikdə evə getmişlər. Hadisə Tovuz şəhərində yerləşən “Petrotal” yanacaq doldurma məntəqəsində olmuş, təxminən 5-10 dəqiqə davam etmiş, hadisənin şahidi YDMnin işçiləri və oraya yanacaq tökməyə gəlmiş şəxslər olmuşlar. Sənan Yavər oğlunu qardaşı İman vurub xəsarət yetirmişdir. Həmin günü o, spirtli içki qəbul etmişdir. Mübahisəni başladan elə Sənanın özü olmuşdur. Himayəsində azyaşlı uşaqları vardır. Həmçinin orqanizmin funksiyalarının 65 faizi pozulmuşdur. Odur ki, onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 nümayəndəsi (vəkil) Nümayəndə ifadəsində göstərmişdir ki, hüquqlarını təmsil etdiyi şəxs xx.xx.2021-ci il tarixdə nişanlısı Lalə ilə Tovuz rayon Əlibəyli kəndində Lalənin nənəsi evindən çıxmış və Tovuz rayonunda yerləşən “Petrotal” yanacaq-doldurma məntəqəsinə özünə məxsus BMW markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yanacaq vurmaq üçün gəlmişdir. O, yerə düşmüş və pul vermək üçün operatora yaxınlaşmışdır. Orada əvvəllər tanımadığı adı sonradan ona məlum olan Məhər adlı şəxs əlində telefon nalayiq ifadələr işlətmişdir. Bu zaman o Məhərə öz iradını bildirərək, maşında qadın olduğunu və söyüş söyməməyi ondan xahiş etmişdir. Məhər isə cavabında Sənana qarşı nalayiq ifadələr işlətmişdir. Daha sonra onların arasında mübahisə yaranmışdır. Məhər Sənanı sinəsi ilə itələyə-itələyə ona məxsus maşının qapısına sıxmışdır. Orada Məhərdən başqa adı sonradan ona məlum olan İman adlı şəxs də olmuşdur. Məhər ona gəl kənara çəkilək demişdir. O, Məhərlə razılaşmışdır. Onlar yanacaq-doldurma məntəqəsinin qarşı tərəfinə keçmişlər. Bu zaman Məhər hüquqlarını təmsil etdiyi şəxsi vurmuşdur. Daha sonra onlar yanacaq-doldurma məntəqəsinin işıqlı hissəsinə gəlmişlər. Sənan maşına tərəf gəlmək istəyərkən Məhər qolunu onun boynuna salaraq onu boğmuşdur. Əvvəllər tanımadığı və adını bilmədiyi bir nəfər şəxs Məhəri kənara aparmışdır. Daha sonra İman Sənanı itələyə-itələyə onun maşınına tərəf gətirmişdir. Bu zaman Məhər onun ünvanına nalayiq ifadə işlətmişdir. O, uca səslə Məhərə qışqıra-qışqıra özünsən demişdir. İman ona kimlə danışdığını demiş və onun sifət nahiyəsindən kəllə ilə vurmuşdur. Sənan yerə yıxılmışdır. Yerə düşərkən başı və kürəyi ona məxsus maşının kapotuna dəymişdir. Yerdə olarkən İman ona bir neçə yumruq zərbəsi və dizi ilə sifət nahiyəsindən vurmuşdur. İmanı oradan əvvəllər tanımadığı adamlar aralamışdır. Sənanın nişanlısı Lalə maşından yerə düşmüş, onu yerdən qaldıraraq maşına otuzdurmuş və nəqliyyat vasitəsini idarə edərək evə getmişlər. Daha sonra Sənan Tovuz rayon Mərkəzi xəstəxanasına getmiş və orada həkimlər Sənana ilkin tibbi yardım göstərmişlər. Hazırda tərəflər arasında barışıq əldə edilməmişdir. Zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi zərər bu günədək ödənilməmişdir. Odur ki, hər iki təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri hadisə olan vaxta kimi tanımamışdır. Onlarla hər hansı ədavəti yoxdur. Hadisə olan vaxtı Məhər YDM-də telefonla danışan zaman nalayiq sözlərdən istifadə etmişdir. Bu zaman yanacaq doldurma məntəqəsində yanacaq vurmaq üçün gəlmiş “BMW” markalı maşının sahibi Məhərə avtomobildə ailə olduğu üçün nalayiq sözlər işlətməməyi təklif etmişdir. Həmin vaxt “BMW” markalı maşının sahibindən nə qədər yanacaq vurmaq istədiyini soruşmuş, lakin həmin şəxs ona cavab verməmişdir. Çünki “BMW” markalı maşının sahibi Məhərə iradını bildirməyə yönəlmişdir. Bu səbəbdən benzin vurmaq istəyən digər maşınlara yaxınlaşmışdır. Daha sonra görmüşdür ki, onlar arasında dava-dalaş düşmüşdür. Hadisə vaxtı YDM-də 3-5 maşın olmuşdur. Sonradan adını bildiyi Sənanın təqsirləndirilən şəxsləri vurduğunu görməmişdir. İman isə Sənanı avtomobilə aparmaq istəyən zaman Sənanın ona nəsə deməsi üzrə İman onu vuraraq yerə yıxmışdır. Onu da qeyd etmişdir ki, hadisənin üstündən iki ildən çox müddət keçmişdir. Hadisənin bəzi detalları yadından çıxmışdır. Bununla belə ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında yadında qalanları deyir. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır və onunla ədavəti yoxdur. Özü minik maşınlarına çexol tikmək fəaliyyəti ilə məşğuldur. Elburusun idarə etdiyi, mərhum qardaşı Sərxana məxsus olan VAZ-2107 markalı ** BJ *** nömrəli minik avtmobilə çexol çəkdiyi üçün onu Elburus qonaqlığa aparmışdır. Yeyib-içmək üçün Zərərçəkmiş şəxs1 işlətdiyi Tovuz rayonu Qazqulu dairəsinin yaxınlığında olan “Qorodok” yeməkxanasına getmişlər. Yolüstü İmanı da götürmüşlər. Sonradan Tovuz şəhər sakinləri, Tovuz bazarında balıq satan Babək, adı Ramin, ləqəbi isə “Pompulu” adlı şəxs birlikdə onlar olan stola yaxınlaşmış və razılıqları əsasında stolda onlarla bir masa arxasında oturmuşlar. Babək və Ramin balıq gətirmişlər. Həmin vaxtı İlqar demişdir ki, “o, burada balıq bişirmir”, ona görə də balıq bişirməyib özü də harasa çıxıb getmişdir. Sonradan Babək özü ilə gətirmiş olduğu balığı haradasa bişirtdirib gətirmişdir. Bundan sonra yeyib içmələrinə davam etmişlər. Daha sonra getməyə hazırlaşmışlar və hesabı vermək istəmişlər. Bu zaman görmüşdür ki, yeməkxananın sahibi Malış ləqəbli İlqar kiminləsə telefonda mübahisə edir və nalayiq ifadələrdən istifadə edir. Hesabın nə qədər olduğunu deməmiş və telefonda danışdığı şəxsi təhqir etməyə davam etmişdir. Bu zaman İman ona irad bildirmişdir ki, niyə söyüş söyürsən çağır üzünə denən. Buna görə də onlar arasında mübahisə yaranmışdır və İlqar İmanı yeməkxananın aşağı hissəsinə aparmışdır. Orada əlbəyaxa dalaşmışlar. Onlar İman ilə İlqarı aralamağa cəhd etməmişlər, çünki düşünməmişlər ki, dalaşsınlar. Yeməkxanada hər hansı dağıntı olmamışdır. İmanın əlində nəsə görməmişdir. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır və onunla ədavəti yoxdur. Mərhum qardaşına məxsus minik avtomobilinə çəkdiyi çexolun xərcini almadığı üçün Elçini qonaqlığa aparmışdır. Onlar yolüstü İmanı da götürmüşlər. Birlikdə Tovuz rayonu Qazqulu dairəsinin yaxınlığında olan “Qorodok” yeməkxanasına getmişlər. Üçü orada oturub xəngəl yemişlər. Sonra Pompulu ləqəbli Raminə yığmışlar ki, balıq gətirsin. Balığı Ramin və Babək adlı şəxs bişirtdirib gətirmişlər. Yeyib-içdikdən sonra ayağa qalxmışlar ki, hesabı verib getsinlər. Çölə çıxan zaman görmüşlər ki, yeməkxananın sahibi Malış ləqəbli İlqar kiminləsə telefonda mübahisə edir və nalayiq ifadələrdən istifadə edir. İman ona irad bildirmişdir ki, sən söydüyün mənim tanışımdır. Nə problemin varsa üzünə denən. Bu zaman onlar arasında mübahisə yaranmışdır. Lakin mübahisə şiddətli olmamışdır. Mübahisənin tam şahidi olmamışdır. Elçin və o oradan tez uzaqlaşmışlar. Ramin və Babək orada qalmışlar. İbtidai istintaq zamanı verdiyi ifadəni tam xatırlamır. Çünki aradan uzun müddət keçmişdir. Məhkəmə iclasında Şahid10 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır və onlarla ədavəti yoxdur. Hadisə olan günü Tovuz şəhəri Mərkəzi bazarında tanışı Babəklə bazarda balıq satırmış. Bu zaman tanışı, Tovuz şəhər sakini Elçin və sonra İman adlı şəxslər onun mobil telefonuna xatırlamadığı mobil telefon nömrəsindən zəng edib xahiş etmişlər ki, Qazqulu kəndində “Qorodok” yeməkxanasındadırlar, oraya bir ədəd “sazan” balığı gətirsin. O da etiraz etməmiş, təxminən çəkisi 2 kq olan “sazan” balığını bazardan götürüb evə aparmış, evdə təmizlədib İmanın olduğu kafeyə aparmışdır. Həmn vaxtı şəriki Babək də onunla birlikdə olmuşdur. Babəkin onunla birlikdə olmasını İmana dedikdə İman demişdir ki, onunla birlikdə kafeyə gələr. Babəklə oraya tanımadığı taksi maşını ilə gəlmişlər. Taksi sürücüsü onları düşürüb geri qayıtmışdır. Babəklə kafeyə daxil olmuşlar. Kafenin girəcəyində üst tərəfdə soldan 2-ci kabinetdə İman tanışları Elburus, Elçinlə stol ətrafında oturmuşlar. Yeyib içdikdən sonra kabinetdən çıxmışlar. Görmüşdür ki, İman ilə İlqar arasında mübahisə düşmüşdür. Lakin aralamağa cəhd etməmişdir. Çünki dava-dalaşdan qorxur. Düşüb aşağıda gözləmişdir ki, özləri aralanıb gəlsin. Ona görə də heç nəyin şahidi olmamışdır. Məhkəmə iclasında Şahid9 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır və onlarla ədavəti yoxdur. Hadisə olan günü Tovuz şəhəri Mərkəzi bazarında tanışı Ramillə bazarda balıq satırmış. Bu zaman tanışı, Tovuz şəhər sakini Elçin və sonra İman adlı şəxslər onun mobil telefonuna xatırlamadığı mobil telefon nömrəsindən zəng edib xahiş etmişlər ki, Qazqulu kəndində “Qorodok” yeməkxanasındadırlar, oraya bir ədəd “sazan” balığı gətirsin. Onlar da öz növbəsində yeməkxanaya balıq gətirmişlər. Həmin vaxtı gətirdikləri balıq yeməkxanada İlqarın razılığı olmadığı üçün bişirilməmişdir. Bundan sonra onunla Elçin balığı götürüb qonşuluqda olan yeməkxanaya aparıb bişirdib gətirmişlər. Birlikdə yeyib-içmişlər. Daha sonra hesab istəmişlər və İlqar qulağında telefon kiminləsə əsəbi danışa-danışa içəri girmişdir. Bu zaman İman ilə İlqar arasında mübahisə yaranmışdır. Lakin o Ramin ilə birlikdə çölə çıxdığı üçün hadisəni tam görə bilməmişdir. Ehtimal etməmişlər ki, onlar əməlli davadalaş etsinlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 sağlamlığına qəsdən az ağır zərər vurulması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. «Cinayət işlərinin birləşdirilməsi haqqında» xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraata birləşdirilərək cinayət işinin qeydiyyat nömrəsi ********* saxlanılmaqla istintaqının davam etdirilməsi qərara alınmışdır. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə xx.xx.2022-ci il tarixə həbs qətimkan tədbiri seçilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Tovuz rayon prokuroru tərəfindən verilmiş təqdimat təmin edilməmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Tovuz rayon şöbəsinin 07 sentyabr 2021-ci il tarixli, 532 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarət – burun nahiyəsinin, burun sümüyünün repozisiyaya ehtiyacı olan sınığı ilə müşayiət edilən qançır-şişkinliyi, üst dodaq nahiyəsinin selikli qişasına olan qansızma sahəsi, sağ kürək nahiyəsinin və sol mil bilək oynağı nahiyəsinin sıyrıqları, sağ bazu nahiyəsinin qançırı, sağ əlin İ barmağının uc falanqasının qançır-şişkinliyi - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. X2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, eləcədə insan bədəninin hissələri (təpik, baş, yumruq və s.) ilə endirilmiş zərbələrin təsiri nəticəsində əmələ gələ bilməsi istisna olunmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Tovuz rayon şöbəsinin 11 noyabr 2021-ci il tarixli, 718 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ baldır nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, eləcə də insan bədəninin hissələri (təpik, baş, yumruq və s.) ilə endirilmiş zərbələrin təsiri nəticəsində əmələ gələ bilməsi istisna olunmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin Tovuz rayon şöbəsinin 11 noyabr 2021-ci il tarixli, 719 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol bazu oynağı və sol bud nahiyələrinin qançır-şişkinliyi bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, eləcə də insan bədəninin hissələri (təpik, baş, yumruq və s.) ilə endirilmiş zərbələrin təsiri nəticəsində əmələ gələ bilməsi istisna olunmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 X6 X1 05 aprel 2023-cü il tarixli, 206 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ÜZVİ MƏNŞƏLİ DİSSOSİATİV KONVERSİON POZUNTU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3. xəstəliyindən əziyyət çəkir. Lakin həmin xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı vəziyyətdə olmuşdur. Ona anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmiş, Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 hazırda da öz hərkətlərini qiymətləndirmək, hərəklərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 X6 X1 05 aprel 2023-cü il tarixli 207 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜKƏSMƏLƏRLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3. xəstəliyindən əziyyət çəkir. Lakin həmin xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı vəziyyətdə olmuşdur. Ona anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmirş Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəklərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Tovuz RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirici material olmuş və xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Tovuz Rayon Məhkəməsnin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 15%-nin dövlət nəfinə tutulmaqla 09 ay islah işləri cəzasına məhkum edilmiş, Tovuz RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirici material olmuş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsi ilə icraatına xitam verilmişdir. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə elan edilmiş ittiham dəyişdirilərək o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr üzrə yenidən ittiham elan edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə ilkin olaraq Təqsirləndirilən şəxs1 münasibətdə verilən ittiham ilə bağlı qeyd edir ki, istintaq orqanı tərəfindən onun əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsi üzrə düzgün tövsif edilməmişdir. Belə ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi bu şəxsin qeyd edilən maddə ilə cinayət məsuliyətinə cəlb edilməsinə səbəb olur. Cinayət Məcəlləsinin 221.2-ci maddəsinə görə eyni əməllərin, yəni həmin Məcəllənin 221.1-ci maddəsində təsbit edilmiş xuliqanlıq əməllərinin bir qrup şəxs və ya təkrar törədilməsinə, habelə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 221.3-cü maddəsində isə Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Bu maddənin məzmunundan görünür ki, şəxsin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməli olması haqqında nəticəyə gəlmək, yəni törədilmiş əməlin göstərilən maddə ilə tövsif edilməsi üçün aşağıdakı üç halın birgə mövcudluğu müəyyən edilməlidir: əməlin xuliqanlıq cinayətinin əlamətlərini özündə ehtiva etməsi (CM-in 221.1-ci maddəsi), yaxud xuliqanlığın tövsifedici əlamətlərlə törədilməsi (CM-in 221.2-ci maddəsi); belə əməllərin törədilməsi zamanı silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməsi; şəxsin ikinci bənddə göstərilən əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq etməsi, yaxud özgənin əmlakını məhv etməsi və ya zədələməsi; Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə bu maddədə nəzərdə tutulmuş nəticələrin baş verməsi – zərər çəkmişə qarşı fiziki zorun tətbiq edilməsi və ya əmlakın zədələnməsi və ya məhv edilməsi ilə müşaiyət olunmalıdır. Bu o deməkdir ki, belə hallarda silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə nəticəsində zərər çəkmiş şəxsə fiziki ağrı və ya onun sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlər, və ya müxtəlif dərəcəli zərər yetirilməli, yaxud o, həyatdan məhrum edilməli, habelə onun əmlakı zədələnməli və ya məhv edilməlidir ki, əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi və bu maddə ilə tövsif edilməsi üçün nəticəyə gəlmək olsun. Əks təqdirdə, yəni yuxarıda göstərilən üç haldan birinin müəyyən edilməməsi törədilmiş əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsinə əsas vermir. Belə olan halda, xuliqanlığın törədilməsi zamanı təqsirkar şəxsin silah və ya silah qismində istifadə olunan əşyaları yalnız nümayiş etdirməsi, yaxud həmin əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə hədə-qorxu gəlməsi, yaxud onun silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq etməsinin və ya özgənin əmlakının məhv etməsinin və ya zədələməsinin qarşısının başqa şəxslər tərəfindən alınması, habelə qeyd edilən əşyaları tətbiq etmiş şəxsin onun iradəsindən asılı olmayan digər səbəblərdən zərər çəkmişə şəxsə zor tətbiq edə, əmlakı zədəyə və ya məhv edə bilməməsi hallarında əməl CM-in 221.3-cü maddəsi ilə deyil, işin hallarından asılı olaraq Cinayət Məcəlləsinin 221.1 və 221.2-ci maddəsi ilə tövsif edilir. Göründüyü kimi şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə nəticəsində zərər çəkmiş şəxsə fiziki ağrı və ya onun sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlər və ya müxtəlif dərəcəli zərər yetirilməli, yaxud o, həyatdan məhrum edilməli, habelə onun əmlakı zədələnməli və ya məhv edilməlidir. Əks halda şəxsin əməli CM-in 221.3-cü maddəsi ilə tövsif edilə bilməz. İstintaq orqanı Təqsirləndirilən şəxs1 221.3-cü maddəsi üzrə ittiham irəli sürərkən göstərmişdir ki, təqsirləndirilən şəxs silah qismində istifadə olunan taxta parçasından istifadə etməklə kafedə şüşəni və digər avadanlıqları sındırmışdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarında xüsusi qiymət vermişdir. X3 Məhkəməsi Plenumu belə nəticəyə gəlmişdir ki, CM-in 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Eyni zamanda, silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin CM-in 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Qərarda daha sonra göstərilmişdir ki, xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Bununla yanaşı, əgər silah və ya silah qismində istifadə edilən əşyalar yalnız əmlakın məhv edilməsi və ya zədələnməsi üçün istifadə edilərsə, lakin bunun nəticəsində insanların sağlamlığına zərər vurulmazsa və yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yaranmazsa, əməl CM-in 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən xuliqanlıq işlərinə baxılarkən silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi və ya tətbiqinə cəhd olunması, habelə zərərçəkmişin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan bütün hallar hərtərəfli araşdırılmalıdır. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CMin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Məhkəmə qeyd edir ki, taxta parçasından Təqsirləndirilən şəxs1 istifadə etməklə kafenin X otağının qapısının şüşəsini, bir ədəd masanı, kafenin ayaqyolu tikilisinin lambrin materiallarını, habelə, kafenin həyətində tikilmiş günəş şüaları və yağışdan qorunmaq üçün nəzərdə tutulmuş talvarın taxtalarını qəsdən vurub sındıraraq ziyan vurması hər hansı şəxsin həyat və sağlamlığı üçün real təhlükə yaratmadığı və sağlamlığına zərər vurmadığı üçün Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə əməlin tövsif edilməsini istisna edir. Avropa İnsan hüquqları Məhkəməsi Korbelv Macarıstana qarşı işi üzrə 29 sentyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normalarının geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha umumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayət tərkibi və buna görə cəzanı müəyyən edə bilər, o cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsinədə mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan həddlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsində qeyd edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarın 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPMin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbera, Messegue və Habardo İspaniyaya qarşı» iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. «Hoanq Fransaya qarşı» işdə Məhkəmə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Сinayət Prosessual Məcəllənin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə, məhkəmə bu qənaətdədir ki, Təqsirləndirilən şəxs1 verilən ittiham üzrə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilməlidir. Çünki onun tərəfindən xx.xx.2021-ci il tarixdə xuliqanlıq cinayəti törədildikdən sonra həmin əmələ görə məhkum olunmadığı və cinayət məsuliyyətinə cəlb edilmədiyi üçün yenidən xuliqanlıq cinayətinin törədilməsi Cinayət Məcəlləsinin 16-cı maddəsi üzrə cinayətin təkrar törədilməsi halını yaratmışdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərar). Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxs1 verilən Cinayət Məcəlləsinin digər maddələri üzrə olan ittihamı, habelə, Təqsirləndirilən şəxs2 verilən ittihamı məhkəmə əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələrində göstərilən əməllərin törədilməsi ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Zor tətbiq etmə ilə hədələmə dedikdə isə, zərərçəkmiş şəxsi fiziki zor tətbiq ediləcəyi ilə qorxutmaqla, onun şüuruna və iradəsinə psixi təsir göstərmə başa düşülür. Hədələmə zamanı təqsirkar zərərçəkən şəxsi döymə, sağlamlığına zərər vurma, bədən üzvlərini kəsmə, öldürmə və s. ilə qorxuda bilər. Hədənin icra ediləcəyi üçün real əsaslar olmadıqda, qeyd olunan hərəkətlərdə Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin zərərçəkəni öldürməklə və ya sağlamlığına ağır zərərvurma ilə hədələməsinə görə əməlinin əlavə olaraq, Cinayət Məcəlləsinin 134-cü maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində göstərilmişdir ki, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.2.1 və 221.2.2-ci maddələrinə görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə onlara istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri, Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 əməli məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin hər birinin əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində azyaşlı uşaqların olmasını, özünün orqanizmin funksiyalarının 50 faizinin pozulmasını, zərərçəkmiş şəxslərdən ikisinin ondan hər hansı şikayət və tələblərinin olmamasını, digər zərərçəkmiş şəxslə barışıq əldə etmək cəhdinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində azyaşlı uşaqların olmasını, orqanizmin funksiyalarının 65 faizinin pozulmasını zərərçəkmiş şəxslə barışıq əldə etmək cəhdinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs1 münasibətdə məhkəmə göstərir ki, ona cəza təyini zamanı Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Həmin normada təsbit edilmişdir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslərin törətdikləri cinayətlərin xarakterini, həmin əməllərə görə cəzalarını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, onlara təqsirləndirildikləri Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərə təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı müvəqqəti saxlama yerində saxlanıldığı, həbsdə və ev dustaqlığında olduğu müddət onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il dən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında olmuşdur. Təqsirləndirilən şəxs2 isə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş və xx.xx.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsi ilə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxslərin barəsində seçilmiş qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi üzrə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri üzrə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 04 il 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 03 ay müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 06 ay ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 04 il 04 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində olan «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində olan «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar