Məhkəmə qərarları › İş №1(062)-103/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-103/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-103/2023 07.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1976-cı ildə Tovuz rayonu Bozalqanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində 2 nəfər azyaşlı uşaqları olan, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə aktına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 27 (iyirmi yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Tovuz şəhəri Abulbəyli yaşayış ərazisində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd şəffaf sellofan kəsiyi bükümündə kustar üsulla hazırlanmış təmiz çəkisi 1,310 qram narkotik vasitə olan heroini qanunsuz əldə edərək əynində olan göy rəngli şalvarın sağ yan cibində saxlamış, Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 02 iyun 2023-cü il tarixdə, saat 22 radələrində Tovuz şəhəri, M.Musayev küçəsində yerləşən “Yüksəl” marketin qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında həmin tarixdə, saat 22:25-dən 23:05-dək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı bir ədəd şəffaf sellofan kəsiyi bükümündə kustar üsulla hazırlanmış təmiz çəkisi 1,310 qram narkotik vasitə olan heroin onun əynində olan göy rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Tovuz şəhəri Abulbəyli yaşayış ərazisində daimi pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayır. Narkotik vasitə aludəçisidir. О, müxtəlif növ narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə Tovuz rayon Abulbəyli kəndi ərazisindən keçən su kanalının kənarında gəzən zaman həmin vaxt yerdə bir ədəd şəffaf rəngli sellofan bükülü görüb götürmüşdür. Həmin bükülünü açıb baxdıqda içərisində narkotik vasitə olan heroin olduğunu bilmişdir. Həmin narkotik vasitə olan heroini əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoyaraq özü istifadə etmək məqsədilə götürmüşdür. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində yaşadığı Tovuz şəhər Abulbəyli yaşayış sahəsində yerləşən “Yüksəl” marketin qarşısında olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini Tovuz RPŞ-nin əməkdaşı kimi təqdim etmişlər. Нarkotik vasitə gəzdirməkdə şübhəli olması izah edilib birlikdə Tovuz RPŞ-yə getməli olduğunu bildirmişlər. О, onlara hər hansı bir müqavimət göstərmədən onlarla birlikdə Tovuz RPŞyə getməyə razılıq vermişdir. Tovuz rayon polis şöbəsinin inzibati binasında üzərində narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli olması səbəbi ilə barəsində rəsmiləşdirmə aparılmışdır. Müdafiə hüquqları təmin edildikdən sonra müdafiəçisinin və digər şəxslərin iştirakları ilə şəxsi axtarış istintaq hərəkəti aparılmışdır. Şəxsi axtarış aparılarkən, üzərində narkotik vasitə olan heroini əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etmişdir. Həmin şəffaf rəngli sellofan bükülü açılaraq onun içərisindəki kütləyə baxış keçirilmiş və elektron tərəzidə çəkilərək sellofan büküm ilə birlikdə çəkisi ümumilikdə 1,45 qram olmuşdur. Həmin kütlə zərfə qoyulub qablaşdırılаraq götürülmüşdür. Üzərindən aşkar edilərək götürülmüş həmin heroini Tovuz rayon Abulbəyli su kanalının kənarından taparkən tək olmuş, həmin vaxt ətrafda heç kim olmamışdır. Üzərindən aşkar edilmiş heroini özü istifadə etmək üçün üzərində saxlamış, satmaq niyyəti və məqsədi olmamışdır. Üzərində narkotik vasitənin, yəni heroinin olması barədə heç kimə məlumat verməmişdir. Hazırda əməlindən peşmandır və himayəsində 2 nəfər azyaşlı uşaqları var. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, о, Tovuz RPŞ-si CAB-nin rəisi vəzifəsində işləyir. Tovuz rayonu Abulbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, həmçinin heç bir qohumluq əlaqəsi, ziddiyəti, münaqişəsi və ədavəti olmamışdır. Onun qanunsuz olaraq narkotik vasitə gəzdirdiyi və narkotik vasitə qəbul etməsi barədə Tovuz RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən Tovuz rayonu Abulbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olması barədə xx.xx.2023-cü il tarixli soraqlaşma təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Qərar rəis tərəfindən təsdiq olunduqdan sonra həmin tarixdə saat 22:10 radələrində Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Tovuz şəhəri M.Musayev küçəsində yerləşən «Yüksəl» marketin qarşısında Təqsirləndirilən şəxs müəyyən edərək onu saxlayıb özlərini təqdim edərək ona polis əməkdaşları olduqlarını izah etmişlər. Onun üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində ondan şübhələndiyini bildirərək birlikdə Tovuz RPŞ-yə getməsi təklif edilmiş və etiraz olmadıqda sonra birlikdə Tovuz RPŞ-nin inzibati binasına gəlmişlər. Raportla müraciət olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək qanuni tədbir görülməsi RPŞ-nin təhqiqat bölməsinin baş təhiqiqatçısı polis baş leytenantı Məhərrəm Məmmədova tapşırılmış və onun tərəfindən müvafiq sənədləşmə aparılaraq Təqsirləndirilən şəxs müdafiə hüquqları dövlət hesabına təmin edilməklə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparılması elan edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş kütləni təqdim etmiş, baxış zamanı içərisində qəhvəyi rəngli, ilkin görünüşdən narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sellofanda olan kütlənin heroin olmasını, xx.xx.2023-cü il tarixdə Tovuz rayonu Abulbəyli kəndi ərazisində su kanalının kənarından tapdığını və özü istifadə etmək üçün saxlamasını bildirmişdir. Onun təqdim etdiyi bir ədəd ağ rəngli sellofanda olan kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 1,45 qram olmuşdur. Həmin bükülü zərfə qoyulub qablaşdırılаraq möhürlənib götürülməsi təmin edilmişdir. Daha sonra onun üzərində ətraflı şəxsi axtarış aparılmış və üzərindən daha başqa əldə edilməsi, saxlanması və daşınması qanunla qadağan olunan hər hansı bir əşya və ya predmetlər aşkar edilməmişdir. Onun barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı bir qanuna zidd hərəkətlər edilməmişdir. Təqsirləndirilən şəxs kimlərdən narkotik vasitə alması və kimlərə narkotik vasitə satması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsinin 03 iyun 2023-cü il tarixli 16/584 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sellofanda olan kütlə..” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümdə təmiz çəkisi 1,310 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekusorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Ekspertiza rəyinin qeyd hissəsində heroinin təmiz çəkisi – 1,310 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,260 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 25 iyun 2023-cü il tarixli 1098 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Tovuz Rayon İHB-nin Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən 06 (altı) ay azaldılmış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 27 (iyirmi yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(062)- 64/2021 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(003)-262/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən 06 (altı) ay azaldılmışdır. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(003)-1273/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 27 (iyirmi yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarına əlavə edilən şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci ildə anadan olmuş Ümid və Aylin adlı 2 nəfər azyaşlı uşaqları vardır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət törətdiyinə görə Tovuz Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzası 06 (altı) ay azaldılmış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 27 (iyirmi yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 27 iyul 2023-cü il tarixdə cəzasını çəkib qurtarmış, lakin cəzasını çəkib qurtardığı tarixdən sonuncu cinayət törətdiyi, yəni 02 iyun 2023-cü il tarixədək 02 (iki) il müddət keçmədiyindən məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, himayəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından daha məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdən 04 iyun 2023-cü il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində tutulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs cəza təyin edilərkən həmin 2 (iki) gün müddət nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 07 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,260 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 07 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,260 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar