Məhkəmə qərarları › İş №1(062)-103/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-103/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-103/2024 25.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və X3 Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1985-ci il tarixdə Tovuz rayonu Yanıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində 1 (bir) nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Yanıqlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Tovuz rayonu Yanıqlı kəndində yaşadığı evdə ögey bacısı Zərərçəkmiş şəxs aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı oturacaq stulu ilə sol qol və sol bud nahiyələrinə qəsdən bir neçə zərbələr vuraraq sonuncuya sol bazu və sol bud nahiyələrinin hematomaları, sol bazu nahiyəsinin və sol diz oynağının sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən və sol ayaq pəncəsinin və sol baldır nahiyəsinin sol aşağı ətrafda hərəkət məhdudluğu yaradan qançır-şişkinliyi, sol said nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmişcırılmış yarası ilə müşayiət edilən qançır-şişkinliyi kimi dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə iclasında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs onun ögey bacısıdır. Əhmədova Sveta onun həyat yoldaşıdır. Rəqsanə onu evdən qovduğu üçün təxminən yeddi ildir Rəqsanə ilə aralarında ədavəti var. Bacısı onunla eyni həyətdə yaşayır, lakin evləri ayrıdır. Mütəmadi olaraq bacısı Rəqsanə yaşadığı evdə arvadı Əhmədova Sveta və onunla yersiz mübahisə edərək münaqişə yaradır. Yaşadığı evdən çıxmağını tələb edir. Sveta bir müddət ondan ayrı yaşamışdır. Sveta ilə barışmış və onu evə gətirmişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Rəqsanə yenidən arvadı Sveta ilə mübahisə etmişdir. Mübahisə əsnasında Rəqsanə əlinə daş parçası alaraq Svetaya doğru atmışdır. Sveta Rəqsanənin bu hərəkətinə görə ondan xəbərsiz 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polislər yaşadığı evə gəlmiş və Sveta ərizə verərək bacısı Rəqsanə barədə şikayətini bildirmişdir. Sveta çıxıb atası evinə getmişdir. Polislər getdikdən 30 dəqiqə sonra Rəqsanə yenidən onunla mübahisə etməyə başlamışdır. Onu və arvadını nalayiq ifadələrlə söyüb təhqir edərək, evdən çıxmağını tələb etmişdir. Rəqsanənin sözlərinə əsəbləşərək həyətdə olan dəmir stulu götürərək Rəqsanənin qol və ayaq nahiyələrinə bir neçə dəfə zərbə endirmişdir. Zərbə endirdikdən sonra Rəqsanə yerə yıxılmışdır. Yerə yıxılan zaman Rəqsanənin qolunda xəsarət olduğunu və qan axdığını görmüşdür. Aralarında olan dava-dalaş təxminən 3- 5 dəqiqə davam etmişdir. Həmin vaxt evdə yalnız atası Şahid İsrafil oğlu olmuşdur. Əsəbi oduğu üçün belə hərkətə yol verdiyini, bacısı Rəqsanəni döyməyinə görə peşman olduğunu bildirmişdir. Hazırda əməlindən peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailə üzvlərilə birlikdə Tovuz rayonu Yanıqlı kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs onun ögey qardaşıdır. Təxminən 4 il əvvəl qardaşı Mütəllim evlənmişdir. Həmin vaxtdan qardaşı Mütəllim arvadı Svetanın təkidi ilə mütəmadi onunla mübahisə edərək münaqişə yaradır. Mütəllim ailəsi ilə birlikdə onun, atası və anasının yaşadığı həyətdə ayrı evdə yaşayır. Qardaşı hazırda onun yaşadığı evdən çıxmağını istəyir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində qardaşı Mütəllim yenidən arvadı Sveta ilə birlikdə onunla mübahisə etmişdir. Mübahisə zamanı Sveta 102 xidmətinə zəng edərək, guya onu və övladını döyməyi barədə məlumat vermişdir. Halbuki, Sveta və onun övladını döyməmiş, sadəcə olaraq aralarında sözlə mübahisə olmuşdur. Təxminən 30 dəqiqədən sonra yaşadığı evə tanımadığı bir nəfər kişi daxil olmuş və onun harada yaşadığını soruşmuşdur. Evin sakini olduğunu və burada yaşadığını bildirmişdir. Həmin şəxs Mütəllimə yalnış məlumat verdiyi üçün sosial yardım ala bilməyəcəyini demişdir. Həmin vaxt ona məlum olmuşdur ki, qardaşı Mütəllim sosial yardım almaq üçün müraciət etmiş və həmin şəxs də yaşadığı evə Mütəllimin ailə üzvlərini yoxlamaq üçün gəlmişdir. Mütəllimlə söhbət etdikdən sonra sonuncu yaşadığı evdən çıxıb getmişdir. Mütəllim də ona görə sosial yardım ala bilməyəcəyini demiş və onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt evdə onlardan başqa atası Şahid olmuşdur. Mübahisə zamanı Mütəllim onu itələyərək yerə yıxmışdır. Mütəllimin onu döyəcəyindən qorxaraq evə daxil olmuş və qapını kilidləmişdir. Lakin Mütəllim pəncərəni sındaraq evə daxil olmuşdur. Otaqda olan dəmir stulu əlinə almışdır. Stul ilə baş, sol ayaq, sol qol və sol qabırğa nahiyəsinə bir neçə dəfə zərbələr endirmişdir. Qol nahiyəsindən qan axdığını görmüş və küçəyə qaçmışdır. X2 yaşadığı evə doğru gəldiyini görmüş və anası tərəfə getmişdir. Anası nə baş verdiyini soruşduqda, Mütəllimin onu döydüyünü demişdir. Anası Əskinzala birlikdə yaşadığı evin həyətinə daxil olmuşlar. Mütəllim onu görən zaman yenə stul ilə ona zərbə endirmək istəmişdir. Lakin anası Əskinaz Mütəllimi aralamış və stulu onun əlindən almışdır. Sonradan Mütəlllim ona heç bir zərbə endirməmişdir. Mütəllim onu döyən zaman atası evdə pəncərədən onlara baxmış, lakin heç bir müdaxilə etməmişdir. Dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Dava zamanı atası evdə olmuş və mübahisəni görmüşdür. O, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Hazırda o, Təqsirləndirilən şəxs şikayətçidir. Ona ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, ailə üzvlərilə birlikdə Tovuz rayonu Yanıqlı kəndində yaşayır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun övladlarıdır. Təxminən 4 il əvvəl oğlu Mütəllim ailə həyatı qurmuşdur. Həmin vaxtdan oğlu Mütəllim arvadı Svetanın təkidi ilə mütəmadi qızı ilə mübahisə edərək münaqişə yaradır. Mütəllim ailəsi ilə birlikdə ona məxsus yaşadığı evin həyətində ayrı evdə yaşayır. Oğlu hazırda qızı Rəqsanəni yaşadığı evdən çıxmağını istəyir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində oğlu Mütəllim yenidən arvadı Sveta ilə birlikdə Rəqsanə ilə mübahisə etmişdir. Mübahisə zamanı Sveta 102 xidmətinə zəng edərək, guya qızının onu və övladını döyməyi barədə məlumat vermişdir. Halbuki, Rəqsanə Sveta və onun övladını döyməmiş, sadəcə olaraq aralarında sözlə mübahisə olmuşdur. Təxminən 30 dəqiqədən sonra yaşadıqları evə tanımadığı bir nəfər kişi daxil olmuş və Rəqsanədən harada yaşadığını soruşmuşdur. O, evin sakini olduğunu və burada yaşadığını bildirmişdir. Həmin şəxs Mütəllimə yalnış məlumat verdiyi üçün sosial yardım ala bilməyəcəyini demişdir. Həmin vaxt ona məlum olmuşdur ki, oğlu Mütəllim sosial yardım almaq üçün müraciət etmiş və həmin şəxs də yaşadığı evə Mütəllimin ailə üzvlərini yoxlamaq üçün gəlmişdir. Mütəllimlə söhbət etdikdən sonra sonuncu yaşadığı evdən çıxıb getmişdir. Mütəllim də onun Rəqsanənin təqsiri üzərində sosial yardım ala bilməyəcəyini demiş və qızı ilə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Mütəllim qızını itələyərək yerə yıxmışdır. Rəqsanə evə daxil olmuş və qapını kilidləmişdir. Lakin Mütəllim pəncərəni sındaraq evə daxil olmuşdur. Otaqda olan dəmir stulu əlinə almış və stul ilə Rəqsanənin baş, sol ayaq, sol qol və sol qabırğa nahiyəsinə bir neçə dəfə zərbələr endirmişdir. Rəqsanə qol nahiyəsindən qan axdığını görərək küçəyə qaçmışdır. X1 yaşadığı evə doğru gəldiyini görərək ona tərəf getmişdir. Əskinzala birlikdə yaşadığı evin həyətinə daxil olmuşlar. Mütəllim Rəqsanəni görən zaman yenə stul ilə ona zərbə endirmək istəmiş, lakin Əskinaz Mütəllimi aralamış və stulu onun əlindən almışdır. Sonradan Mütəllim ona heç bir zərbə endirməmişdir. Mütəllim qızını döyən zaman evdə pəncərədən baxmış, lakin heç bir müdaxilə etməmişdir. Dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Dava zamanı evdə olmuş və mübahisəni görmüşdür. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” birliyi publik hüquqi şəxsin Tovuz rayon şöbəsinin 13 iyun 2024-cü il tarixli 462 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər: sol ayaq pəncəsinin və sol baldır nahiyəsinin sol aşağı ətrafda hərəkət məhdudluğu yaradan qançır-şişkinliyi, sol said nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası ilə müşayiət edilən qançır-şişkinliyi, sol bazu və sol bud nahiyələrinin hematomaları, sol bazu nahiyəsinin və sol diz oynağının sıyrıqlarıdır. Qeyd edilən xəsarətlər küt əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir. Həmin xəsarətlərdən sol ayaq pəncəsinin və sol baldır nahiyəsinin sol aşağı ətrafda hərəkət məhdudluğu yaradan qançır-şişkinliyi, sol said nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası ilə müşayiət edilən qançır-şişkinliyi dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. İş materiallarında olan Tovuz Rayon İHB-nin Yanıqlı kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların məcmusuna obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, qeyd olunan maddənin sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində 1 (bir) nəfər azyaşlı uşağının olmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar