Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-104/2025 21.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Tovuz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Tovuz rayonu, Qovlar qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, subay, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzanı çəkib qurtarmış, ünvan 1 ünvanında qeydiyyatda olan və Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, yəni bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,397 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək əynində olan qara rəngli jiletin sol yan cibində saxlamış, 14 may 2025-ci il tarixdə, saat 23:18 dəqiqədə Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz şəhəri, Eldəniz Quliyev küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq həmin tarixdə saat 23:18 dəqiqədən saat 23:29 dəqiqəyədək olan müddət ərzində üzərinə keçirilmiş baxış zamanı bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,397 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin onun əynində olan qara rəngli jiletin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 may 2025-ci il tarixdə gecə saat 23 radələridə Tovuz şəhəri, Eldəniz Quliyev küçəsində yolun kənarında piyada hərəkətdə olan zaman 4 nəfər mülki geyimdə şəxs ona yaxınlaşmışdır. Onlardan bir nəfəri özünə məxsus mobil telefonla videoçəkiliş aparmışdır. Digər 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və ondan üzərində narkotik vasitə olduğundan şübhələndiklərini, üzərinə baxış keçirdəcəklərini demişlər. Baxış keçirilməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanılması, və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığı soruşulmuşdur. O, polislərə üzərində qanunla saxlanması, istifadəsi, daşınması, gəzdirilməsi qadağan olunmuş əşya olduğunu deyərək əynində olan qara rəngli jiletin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümə açılaraq baxış keçirilmişdir. Həmin kütlənin ağ rəngli toz halında, ilkin görünüşdən psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra həmçinin, qadın cinsdən olan polis əməkdaşı tərəfindən onun üzərinə baxış keçirilmiş, üzərinə baxış keçirilən zaman isə əlavə olaraq heç bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra ona verilən sullara cavab olaraq bildirmişdir ki, üzərində aşkar edilmiş, özünün təqdim etdiyi kütlə psixotrop maddə olan el arasında “patı” deyilən metamfetamindir və o, həmin kütləni 3-4 gün bundan əvvəl Ağstafa rayonunda olarkən yerdən tapmışdır. Daha sonra bir ədəd şəffaf sellofan bükümdə olan kütlə elektron tərəzidə çəkilmişdir. Həmin kütlə bir ədəd şəffaf sellofan büküm ilə birlikdə 0,59 qram təşkil etmişdir. Daha sonra bir ədəd şəffaf sellofan bükümdə olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onu Tovuz RPŞ-yə gətirmişlər. O, bir otağa daxil olmuş və ona hüquq və vəzifələri elan olunmuşdur. Onun hüquqlarının müdafiə edilməsi üçün vəkillərin siyahısı təqdim edilmişdir. O, da həmin siyahıdan Müdafiəçi1 seçmişdir. Müdafiəçi1 iştirakı ilə həmin zərfə açılıb yenidən baxış keçirilmişdir. Həmin vaxt yenidən üzərində aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümdə olan kütlə yenidən tərəzidə çəkilmişdir. Həmin zaman bir ədəd şəffaf sellofan bükümdə olan kütlə 0,58 qram təşkil etmişdir. Daha sonra bir ədəd şəffaf sellofan bükümdə olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respubkllikası DİN-nin 177 nömrəli möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X2 Bölməsinə göndərilməsin ötrü götürülmüşdür. Təqsirləndirilən şəxs ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər mütəmadi olaraq psixotrop maddə olan metamfetamin istifadə etmiş, bunun üçün də həmin kütlənin narkotik vasitə olan metamfetamin olmasını asanlıqla bilmiş, həmçinin həmin kütlədən istifadə də etmişdir. Onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini özü istifadə etmək üçün üzərində saxlamışdır. Lakin, polis əməkdaşları tərəfindən saxlanılan zaman o, həmin psixotrop maddəni polislərə təqdim etmiş, polis əməkdaşları tərəfindən saxlanılmasa imiş həmin kütləni istifadə edəcəkmiş. Bildirmişdir ki, qeyd etdiyi kimi, o, 3-4 gün bundan əvvəl Ağstafa rayonu ərazisində yerdən tapdığı metamfetamini özü istifadə etmək üçün üzərində saxlamış və o, həmin narkotik vasitəni tapan zaman onun yanında heç bir şəxs olmamış, həmin narkotik vasitədən də heç bir şəxsə verməmişdir. O, üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini özü istifadə etmək üçün üzərində saxlamış, onun həmin psixotrop maddəni satmaq fikri və məqsədi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 14 may 2025-cü il tarixində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və hal-hazırda Tovuz şəhəri ərazisində olması barədə məlumat əsasında Şöbənin digər əməliyyat müvəkilləri, o cümlədən Tovuz RPŞ-nin Uçotqeydiyyat və statistik qrupunun operatoru, polis baş serjantı Şahid4 ilə birlikdə saat 22 radələrində avtomobilə əyləşib Tovuz şəhəri ərazisində hərəkətə başlamış və Təqsirləndirilən şəxs yerinin müəyyən edilərək tutub üzərinə baxış keçirilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirmişlər. Onlar Tovuz şəhəri, Eldəniz Quliyev küçəsi ilə hərəkətdə olan zaman Tovuz rayonu, Qovlar şəhər sakini Təqsirləndirilən şəxs Tovuz şəhəri, Eldəniz Quliyev küçəsi ilə asfalt yolun kənarı ilə yavaş-yavaş piyada hərəkət etdiyini görmüşlər. Bundan sonra onlar vaxt itirmədən avtomobil ona yaxın bir məsafədə saxlamışlar və avtomobildən yerə enərək piyada hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Sonra xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərib polis əməkdaşları olduqlarını bildirərək özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Eyni zamanda da CABın əməliyyat müvəkkli, polis leytenantı Şahid3 tərəfindən edilən bütün hərəkətlər dayandırılmadan kamera vasitəsilə videogörüntüyə alınmışdır. Bundan sonra isə onlar Təqsirləndirilən şəxs hansı səbəblə bağlı şübhəli olduğunu izah etmişlər. Belə ki, ona üzərində narkotik vasitə olduğundan şübhələndiklərini bu səbəbdən onun üzərinə Tovuz şəhəri, Eldəniz Quliyev küçəsində asfalt yolun kənarında baxış keçirəcəklərini bildirmişlər. Həmçinin, Təqsirləndirilən şəxs hərəkətdə olduğu Tovuz şəhəri, Eldəniz Quliyev küçəsində asfalt yolun kənarında üzərində baxış keçirməklərinə etirazının olub-olmadığını sorușmuşlar. Təqsirləndirilən şəxs onlara heç bir etirazının olmadığını bildirmişdir. Baxış keçirməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuș hər hansı əșya olub-olmadığı soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və dașınması və istifadə olunması qanunla qadağan edilmiş əșya olduğunu deyərək əynində olan qara rəngli jiletin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan kustar üsulla hazırlanmış psixotrop maddəyə bənzəyən kütləni təqdim etmişdir. Həmin bir ədəd şəffaf sellofan bükümə açılaraq baxış keçirilmişdir. Baxıș zamanı bir ədəd şəffaf sellofan bükümün içərisində, psixotrop maddəyə bənzər maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra isə Tovuz RPŞ-nin Uçot-qeydiyyat və statistik qrupunun operatoru, polis baş serjantı Şahid4 tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq əldə edilməsi, daşınması, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuș hər hansı əșya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf bükümdə olan kütlə bir ədəd elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin şəffaf bükümlə birlikdə çəksi 0.59 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd şəffaf bükümdə olan psixotrop maddə hesab edilən matamfetaminə bənzər kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs Tovuz rayon Polis Şöbəsinə gətirilmiş və üzərindən aşkar edilərək götürülmüş kütləyə vəkilin iştirakı ilə yenidən açılaraq baxış keçirilməsi üçün rəhbərliyə raportla məruzə etmişdir. Bundan sonra vəkil Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütləyə açılaraq yenidən baxış keçirilmişdir. Həmin kütlənin çəkisi şəffaf bükümlə birlikdə 0.58 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd şəffaf bükümdə olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respubikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X2 Bölməsinə göndərilməsindən ötrü götürülmüşdür. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hər hansı şəxs və ya şəxslərə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, həmin psixotrop maddəni özü istifadə etmək üçün üzərində saxlamış və həmin psixotrop maddəni dediyinə görə Ağstafa rayonunda olan zaman yerdən tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin üstünün yoxlanılması haqqında 14 may 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 23:18 dəqiqədən saat 23:29 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli jiletin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə sonradan məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyinə əsasən təmiz çəkisi 0,397 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin onun əynində olan aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında 15 may 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 00:05-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə video çəkiliş aparılmaqla saat 00:05 dəqiqədən saat 00:25 dəqiqəyədək əməliyyat-axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd DİN-nin 177 nömrəli möhürü ilə möhürlənmiş zərfə baxış keçirilən zaman həmin zərfin içərisində bir ədəd şəffaf sellofan bükümdə olan sonradan məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyinə əsasən təmiz çəkisi 0,397 olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 bölməsinin 15 may 2025-ci il tarixli, 16/460 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,397 olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in siyahısına (1-ci siyahı) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 21 iyun 2025-ci il tarixli, 998 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmağına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi üzrə 22 iyun 2025-ci il tarixli qərarla təmiz çəkisi 0,347 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 2 qram olduqda isə külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Məhkəmə yuxarıda göstərilən sübutlara əsaslanaraq ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlmiş, rədd edilməli olan digər sübutlar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmişdir. Beləliklə, cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmiş, onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 14 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 14 may 2025-ci il tarixdə, saat 00:05 dəqiqədə tutulmuş hesab edilmişdir. “Qətimkan tədbirinin seçilməsi və şəxsin azad edilməsi haqqında” 16 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs cəzasını 10 iyun 2025-ci il tarixdə çəkib qurtarmışdır. Tovuz rayon İHB-nin Qovlar şəhər İ.Ə.D-si üzrə nümayəndəliyindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2012-ci il təvəllüdülü Ayan, 2017-ci il təvəllüdlü Dəniz və 2019-cu il təvəllüdlü Sultanəli adlı 3 azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını (AR CM-nin 59.1.4-cü maddəsi), törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, qadın olmasını, övladlarına tək baxmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə cəzanın həddini müəyyən edərkən Təqsirləndirilən şəxs məhkumluğunun olmasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Tovuz rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 may 2025-ci il tarixdən 16 may 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tovuz rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Tovuz Rayon Polis Şöbəsində saxlanılan psixotrop maddə olan 0,347 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 30.40 manat (otuz manat qırx qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №1(062)-104/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-104/2025
21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver