Məhkəmə qərarları › İş №1(062)-105/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-105/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-105/2023 29.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi ev 71A mənzil 3-də yaşayn, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 29 avqust 2023-cü il tarixdə, Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd üzəri yapışqan lentlə sarınmış qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 26,73 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, 1 ədəd ağ rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,248 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, 1 ədəd üzəri yapışqan lentlə sarınmış qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 85,73 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, həmçinin 1 ədəd Tİ-3053 nömrəli, 7,62 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1974cü ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli, odlu yivli, texniki cəhətdən saz və atəş üçün yararlı avtomat silahını, həmçinin 18 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlarına aid, atəş üçün yararlı, döyüş sursatı hesab edilən patronları və 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz, təyinatı üzrə istifadəyə yararlı Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi hesab olunan darağı qanunsuz olaraq əldə edib 1 ədəd üzəri yapışqan lentlə sarınmış qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 26,73 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və 1 ədəd ağ rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,248 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əynində olan qara rəngli şalvarın sol yan cibində, 1 ədəd üzəri yapışqan lentlə sarınmış qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 85,73 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, həmçinin 1 ədəd Tİ-3053 nömrəli, 7,62 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1974-cü ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli, odlu yivli, texniki cəhətdən saz və atəş üçün yararlı avtomat silahını, həmçinin 18 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlarına aid, atəş üçün yararlı, döyüş sursatı hesab edilən patronları və 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz, təyinatı üzrə istifadəyə yararlı Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi hesab olunan darağı Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu, Qovlar şəhəri ərazisindən keçən hissəsində su keçidinin altında saxlamış, 04 may 2023cü il tarixdə, saat 18 radələrində Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonu, Qovlar şəhəri, Yusif Məmmədəliyev küçəsində yerləşən “21-ci əsr” kafesinin qarşısında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında həmin tarixdə saat 18:20-dən saat 19:00dək onun üzərində keçirilmiş şəxsi axtarış zamanı qanunsuz əldə edərək üzərində saxladığı 1 ədəd üzəri yapışqan lentlə sarınmış qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 26,73 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd ağ rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,248 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin onun əynində olan qara rəngli şalvarın sol yan cibindən, həmin tarixdə saat 19:30-dən saat 20:30-dək keçirilmiş baxış zamanı 1 ədəd üzəri yapışqan lentlə sarınmış qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 85,73 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 1 ədəd Tİ-3053 nömrəli, 7,62 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1974-cü ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli, odlu yivli, texniki cəhətdən saz və atəş üçün yararlı avtomat silahı, 18 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlarına aid, atəş üçün yararlı, döyüş sursatı hesab edilən patronlar və 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz, təyinatı üzrə istifadəyə yararlı Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi hesab olunan daraq Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu, Qovlar şəhəri ərazisindən keçən hissəsində su keçidindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərdi ki Bakı şəhəri Xətai rayonu Qvardiya küçəsi ev 51-də qeydiyyatda olmaqla Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi ev 71A mənzil 3-də yaşayır. Təxminən 10 ildir ki, narkotik vasitə aludəçisidir. O, müxtəlif növ narkotik vasitələrdən istifadə etmişdir. Polis tərəfindən tutulmamışdan 3-4 gün əvvəl Bakı şəhərində olan zaman narkotik vasitə almaq üçün əvvəllər tanımadığı adını Vidadi kimi bildiyi şəxsə yaxınlaşmış və həmin şəxsdən istifadə etmək üçün bir ədəd qara rəngli sellofan bükümdə qurudulmuş marixuana və bir ədəd ağ rəngli sellofan bükümdə psixotrop maddə olan metafetamin almışdır. O, həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamışdır. Təxminən bir il bundan qabaq Bakı şəhər ərazisi ilə piyada hərəkət edərkən yolun kənarında olan zibil qabının yanındakı bükülü vəziyyətdə olan bir ədəd torba onun diqqətini cəlb etmişdir. O, biraz durub sonra həmin zibil qabına tərəf yaxınlaşmışdır. Torbanı əlinə aldıqdan sonra açıb içərisinə baxmışdır. Torbanın içərisində bir ədəd “AKM-74” markalı avtomat, ona aid bir ədəd daraq olmuşdur. Həmin an o, qorxub həmin torbanı büküb yerinə qoymuş və 10-15 metr oradan uzaqlaşıb gözləmişdir. Heç kəsin kənardan gəlmədiyinə və onu izləmədiklərinə əmin olduqdan sonra yenidən zibil qabına yaxınlaşıb torbanı götürüb həmin yerdən uzaqlaşmışdır. Evə getdikdən silahı, ona aid daraq və 18 ədəd 7.62 mm-lik patronları torbadan çıxardıb sarı rəngli qutuyu qoyub, qutunu isə qara rəngli sellofana bükərək üzərini yapışqanla bağlamışdır. Bundan başqa təxminən bir həftə bundan qabaq dostlarıyla görüşmək üçün Biləsuvar rayonuna getmişdir. Orada söhbət əsnasında tanımadığı bir şəxs onda narkotik vasitə hesab edilən marixuananın olduğunu bildirmişdir. O, həmin tanımadığı şəxslə razılaşdıqdan sonra adını bilmədiyi şəxs ona narkotik vasitə sayılan marixuananı satmaq qərarına gəlmişdir. Daha sonra ona qara rəngli sellofan büküm vermişdir. O, sellofanda olan kütlənin həqiqətən də narkotik vasitə olan qurudulmuş marixuana olmasından əmin olmaq üçün həmin sellofanı açıb içərisinə baxmışdır. Bir gün sonra həmin kütləni də götürüb geri Bakı şəhərinə qayıtmışdır. O, Bakı şəhərində tapdığı “AKM-74” markalı avtomatı, ona aid içərisində 18 ədəd güllə olan darağı satmaq qərarına gəlmişdir. Bunun üçün Lənkəran rayonunda “N saylı” hərbi hissədə, onunla birlikdə həqiqi hərbi xidmətdə olmuş, lakin hazırda Tovuz rayonunda xidmət edən hərbi yoldaşlarına üz tutmuşdur. Onlardan biri ilə əlaqə saxlayıb onun vasitəsi ilə tapdığı odlu silahı satmağı planlaşdırmışdır. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində o, üzərində istifadə etmək üçün saxladığı iki ədəd qara rəngli sellofan bükümdə olan marixuananı, bir ədəd ağ rəngli sellofan bükümdə olan psixotrop maddə olan metamfetamini, həmçinin bir ədəd üzərində 19** Tİ ***3 yazısı olan “AKM 74” markalı avtomatı, ona aid bir ədəd darağı və 18 ədəd 7.62 mm-lik patronları götürüb Bakı şəhər avtovağzalına getmişdir. Avtovağzaldan Bakı-Qazax sərnişin avtobusuna əyləşib Tovuz rayonunun Qovlar şəhərinə getmişdir. O, avtomatı və qara rəngli sellofanda olan marixuananı gizlətmək üçün yer axtarmışdır. Yolun kənarında su çəni olduğunu görüb onun yanında silahla narkotik vasitəni gizlətmək qərarına gəlmişdir. Sonra ətrafda heç kəsin olmadığını görüb çənin yaxınlığına getmişdir. Su çəninin yaxınlığında yolun altında yerləşən su keçidinin alt tərəfinə düşərək üzərində olan iki ədəd qara rəngli içərisində narkotik vasitə hesab edilən marixuana olan sellofan bükümlərdən birini və qara rəngli sellofanda olan içərisində bir ədəd “AKM 74” markalı avtomatı, ona aid bir ədəd darağı və 18 ədəd 7.62 mm-lik güllələri su keçidinin altına qoymuşdur. Yerdə qalan bir ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə olan marixuananı və bir ədəd şəffaf rəngli içərisində psixotrop maddə metafetamin olan kütləni isə əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamışdır ki, onlardan istifadə edər. O, bir qədər irəli getdikdə bir nəfər tanımadığı şəxsin olduğunu görüb, ondan həmin ərazidə, kafenin olub-olmadığını soruşmuşdur. Həmin şəxs ona bildirmişdir ki, biraz getdikdə qarşıda “21 əsr” adlanan kafe vardır. O, həmin kafeyə yaxınlaşıb yemək sifariş vermək istəyən zaman üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib, ondan şübhələndiklərini bildirib, onu Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. O, onların polis əməkdaşları olduqlarını bildikdən sonra yerindən durub qaçmışdır. Qaçarkən isə ayağı ilişmiş və o, yerə yıxılmış, yan tərəfi daşa dəymişdir. Yıxıldıqdan sonra polis əməkdaşları onu tutub Tovuz rayon polis şöbəsinə gətirmişlər. Daha sonra polis əməkdaşları ona nə üçün onu şöbəyə gətirdiklərini və hüquqlarını izah etmişlər. Sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkillərin siyahısı təqdim edilmişdir. O, həmin siyahının içərisindən Müdafiəçi seçmişdir. Müdafiəçi iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ondan üzərində qanunla daşınması, gəzdirilməsi, saxlanması, istifadəsi qadağan edilmiş əşya olub-olmadığı soruşulmuşdur. O, üzərində qanunla qadağan olunmuş əşyanın olduğunu deyərək əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli sellofan və bir ədəd ağ rəngli sellofanı çıxarıb təqdim etmişdir. Təqdim etdiyi hər iki bükümə növbəli qaydada açılaraq baxış keçirilmişdir. Birinci qara rəngli sellofan bükümdə olan kütləyə açılaraq baxış keçirilən zaman içərisində narkotik vasitə olan marixuana olduğu məlum olmuşdur. Onun təqdim etdiyi digər şəffaf rəngli sellofan bükümdə olan kütləyə açılaraq baxış keçirilmiş və içərisində psixotrop maddə olan metafetamin olduğu məlum olmuşdur. Daha sonra onun təqdim etdiyi iki ədəd biri şəffaf, digəri isə qara rəngli sellofan bükümdə olan kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Birinci qara rəngli sellofanda olan kütlənin çəkisi sellofanla birlikdə 37,08 qram, digər şəffaf rəngli bükümdə olan kütlənin çəkisi sellofanla birlikdə 1,37 qram təşkil etmişdir. Daha sonra onun təqdim etdiyi qara və ağ rəngli sellofan bükümdə olan kütlələr bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. O, şəxsi axtarış zamanı yolun kənarında əlavə olaraq bir ədəd qara rəngli sellofanın içərisində “AKM-74” markalı avtomatı, ona aid bir ədəd darağı və 18 ədəd güllələri, həmçinin bir ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə olan marixuananı Tovuz rayonu Qovlar şəhərində “21 əsr” kafesinin yaxınlığında yolun kənarında gizlətdiyini demişdir. Ona həmin silahla narkotik vasitə olan marixuananın yerini göstərmək təklif edilmişdir. O, həmin silahla narkotik vasitə hesab edilən marixuananın yerini göstərməyə razı olmuşdur. Daha sonra üzərində şəxsi axtarış aparılan zaman iştirak edən şəxslərlə birlikdə Tovuz rayonu Qovlar şəhərində yerləşən “21-ci əsr” kafesinin yaxınlığında Bakı-Qazax avtomagistralının üzü Bakı şəhəri istiqamətinə gedən yolun sağ tərəfində yerləşən su çəninin yanına getmişlər. Ona bir daha silahla narkotik vasitə olan marixuananın yerini göstərmək təklif olunmuşdur. O, bir qədər irəli getmiş, yolun altından keçən su keçidinin alt tərəfinə qoyduğu iki ədəd qara rəngli sellofanı təqdim etmişdir. Növbəli qaydada həmin sellofanlara açılaraq baxış keçirilmişdir. Birinci qara rəngli sellofanda içərisində narkotik vasitə marixuana olan kütləyə açılaraq baxış keçirilmişdir. Həmin kütlənin marixuana olduğu məlum olmuşdur. Həmin kütlə bir ədəd elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisi sellofanla birlikdə 96,25 qram təşkil etmişdir. Daha sonra həmin qara rəngli sellofanda olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Digər qara rəngli sellofana açılaraq baxış keçirilmişdir. Baxış zamanı qara rəngli sellofanın içərisində sarı rəngli qutu, sarı rəngli qutunun içərisində isə bir ədəd üzərində 19** Tİ ***3 yazısı olan “AKM- 74” markalı avtomat, ona aid bir ədəd daraq və 18 ədəd 7.62 mm-lik güllərin olduğu məlum olmuşdur. Hazırda əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz rayon polis şöbəsinin Qovlar polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı xüsusi rütbəsini daşıyır. Bakı şəhəri Xətai rayonu Qvardiya küçəsi, ev 51-də qeydiyyatda olmaqla hazırda Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi ev 71A, mənzil 3-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Bu səbəbdən də həmin şəxslə heç bir qohumluq əlaqəsi, münasibəti, ədavət və düşmənçiliyi yoxdur. 04 may 2023-cü il tarixdə saat 17:00 radələrində o, Tovuz rayon polis şöbəsinin Qovlar polis bölməsində xidməti iş otağında olarkən adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitə qəbul etməsi və üzərində saxlaması, həmçinin odlu silah gəzdirməsi, hazırda da Tovuz şəhəri ərazisində olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan əməliyyat məlumatını qəbul etdikdən sonra o, bu barədə Tovuz rayon polis şöbəsinin Qovlar polis bölməsinin rəhbərliyinə məruzə etmişdir. Bölmənin rəhbərliyi tərəfindən həmin məlumatın yoxlanması və realizə edilməsi üçün ona göstəriş verilmişdir. Bundan əlavə əməliyyat-axtarış tədbirini keçirmək üçün Tovuz rayon polis şöbəsinin Qovlar polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 və Tovuz rayon polis şöbəsinin Qovlar polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid3 da göstəriş verilmişdir ki, onlar da onunla birlikdə əməliyyat-axtarış tədbiri keçirilməsində iştirak etsinlər. Bundan sonra, yəni həmin gün saat 17:30 radələrində onlar avtomobilə minib Tovuz rayonu Qovlar şəhər istiqamətinə tərəf hərəkət etmişlər. Onlara daxil olmuş məlumata əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs Tovuz rayonu Qovlar şəhər ərazində yerləşən “21 əsr” kafesinin yaxınlığındadır. Onlar “21 əsr” kafesinin yaxınlığına gedərək həmin yerdə bir müddət gözləmişlər. Daha sonra “21 əsr” kafesinə daxil olmuşlar. Təqsirləndirilən şəxs təxminən tanıdıqları üçün birbaşa ona yaxınlaşmışlar. O və yanında olan əməkdaşlar, qanunun tələbinə riayət edərək, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşı olduqlarını bildirən zaman Təqsirləndirilən şəxs oradan qaçıb uzaqlaşmaq istəmişdir. Lakin onlar cəld tərpənərək Təqsirləndirilən şəxs tutmuşlar. Ardınca Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı şübhəli olduğunu bildirib onu Tovuz rayon polis şöbəsinə gətirmişlər. O, Təqsirləndirilən şəxs Tovuz rayon polis şöbəsinə gətirilməsi ilə bağlı müvafiq raportla şöbə rəhbərliyə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi, həmin günü Tovuz rayon polis şöbəsində növbədə olan təhqiqatçıya, yəni Tovuz rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Məhərrəm Məmmədova həvalə edilmişdir. Bundan sonra Məhərrəm Məmmədov, Təqsirləndirilən şəxs özünü təqdim etmiş və ona hüquq və vəzifələrini izah edərək, hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi tələb etmək hüququnun olduğunu izah olunmuşdur. Bundan sonra təhqiqatçı X4 rayon vəkillər Bürosunun vəkillərinin siyahısını Təqsirləndirilən şəxs tədqim etmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısından vəkil Müdafiəçi seçərək, sonuncu tərəfindən hüquqlarının müdafiə edilməsini istəmişdir. Vəkil Müdafiəçila əlaqə saxlanılıb, Tovuz rayon polis şöbəsinə dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim edilmişdir. O, vəkili Müdafiəçila tanış olduqdan sonra vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən öncə təhqiqatçı Məhərrəm Məmmədov, Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmamasını soruşaraq, olduğu tədqirdə könüllü olaraq təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşyanın olduğunu deyərək əynində olan göy rəngli cins şalvarın sol yan cibində üzəri şəffaf rəngli yapışqanla dolanmış bir ədəd qara, digəri isə şəffaf rəngli olmaqla iki ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqdim edilmiş hər iki bükümə növbəli qaydada açılaraq baxış keçirilmişdir. Üzəri şəffaf rəngli yapışqanla dolanmış qara rəngli sellofan bükümdə olan kütləyə baxış keçirilən zaman, içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyi müəyyən edilmişdir. Ardınca Təqsirləndirilən şəxs təqdim etdiyi digər şəffaf rəngli sellofan bükümdə olan kütləyə, baxış keçirilmiş və içərisində olan kütlənin isə şəffaf, kristal halda olan psixotrop maddə metafetaminə bənzədiyi müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs şifahi olaraq bildirmişdir ki, təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metafetamin özünə məxsusdur və özü istifadə etmək üçün Bakı şəhərində əvvəllər tanımadığı Vidadi adlı şəxsdən, tutulmamışdan təxminən 3-4 gün qabaq alıb, üzərində gəzdirmişdir. Həmçinin Bakı şəhərindən gələrkən özü ilə gətirdiyi narkotik vasitənin bir qismini və satmaq məqsədi ilə, bir ədəd “AKM-74” markalı avtomat silahı, həmin odlu silaha aid bir ədəd darağı və 18 ədəd gülləni Tovuz rayonu Qovlar şəhərində yerləşən “21 əsr” kafesinin yaxınlığında gizlətdiyini bildirmişdir. Bundan sonra iki ədəd biri qara rəngli, digəri isə şəffaf rəngli sellofan bükümdə olan kütlələr ayrı-ayrılıqda elektron tərəzisində çəkilmişdir. Qara rəngli sellofanın içərisində olan narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlə olan bükümün çəkisi sellofanla birlikdə 37,8 qram, digəri şəffaf rəngli sellofanın içərisində psixotrop maddə olan metafetaminə bənzər kütlənin çəkisi isə sellofanla birlikdə 1,37 qram təşkil etdi. Həmin kütlələr təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən gələcəkdə ekspertizaya təqdim edilməsi üçün götürülərək zərfə qoyulub ağzı bağlanaraq, zərfin üzərinə DİN-nin 177 saylı möhürü vurulmuş və həmin zərfin üzərini bütün iştirakçılar imzalamışlar. Bundan sonra şəxsi axtarış aparılarkən sorğu zamanı Təqsirləndirilən şəxs vurğulayaraq Qovlar şəhər ərazisində gizlətdiyi narkotik vasitənin və bir ədəd “AKM-74” markalı avtomat silahı, həmin odlu silaha aid bir ədəd darağı və 18 ədəd güllərin yerini müəyyən edilib baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs şifahi olaraq tanıdığı Qovlar şəhər ərazisində yerləşən “21 əsr” kafesinin yaxınlığına getmişlər. Tovuz rayonu Qovlar şəhər ərazisindən keçən Bakı-Qazax avtomagistral yolunun üzü Bakı şəhər istiqamətində, sağ tərəfdə yerləşən su keçidinin alt hissəsinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin yerdə gizlətdiyi narkotik vasitəni və bir ədəd “AKM-74” markalı avtomat silahı, silaha aid bir ədəd darağı və 18 ədəd gülləri gizlətdiyi yeri dəqiq olaraq göstərmişdir. Həmin yerdə bir ədəd qara sellofana bükülmüş qutu aşkar olunmuş. Sellofan qayçı ilə kəsildikdən sonra içərisində olan qutu açılaraq baxış keçirilmişdir. Müəyyən oldu ki, həmin qutunun içərisində bir ədəd qundağı sokülmüş, üzərində bir ədəd daraq olan “Kalaşnikova” konsturksiyalı avtomat olmuşdur. Sonra avtomatın üzərində olan daraq sökülərək içərisində olan güllələr sayılaraq 18 ədəd olduğu müəyyən olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs şifahi olaraq bildirdi ki, baxış zamanı aşkar olunaraq götürülmüş odlu silah sayılan “AKM-74” markalı avtomatı, həmin odlu silaha aid bir ədəd darağı və 18 ədəd 7,62 millimetirlik güllələri tutulmamışdan təxminən bir il əvvəl Bakı şəhərindən tapmışdır. Həmin avtomat, avtomata aid bir ədəd darağı və 18 ədəd 7,62 millimetirlik güllələr təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən gələcəkdə ekspertizaya təqdim edilməsi üçün götürülərək zərfə qoyulub ağzı bağlanmış, zərfin üzərinə DİN-nin 177 saylı möhürü vuruldu və həmin zərfin üzərinə bütün iştirakçılar imza etdilər. Ardınca üzəri şəffaf rəngli yapışqanla dolanmış qara rəngli sellofan qayçı ilə kəsilərək içərisinə baxış keçirildi. Baxış zaman kütlənin yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyi müəyyən edildi. Bundan sonra qara rəngli sellofan bükümdə olan kütlə elektron tərəzidə çəkildi. Narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlə olan bükümün çəkisi sellofanla birlikdə 96,25 qram təşkil etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs şifahi olaraq bildirdi ki, narkotik vasitə olan qurudulmuş marixuana özünündür, özü istifadə etmək üçün, tutulmamışdan təxminən bir həftə əvvəl, Biləsuvar rayonunda olarkən tanımadığı şəxsdən alaraq üzərində saxlamışdır. Həmin kütlə təhqiqatçı tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülərək zərfə qoyulub ağzı bağlandı, zərfin üzəri möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalandı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 X1 ilə eyni məzmunlu ifadə verdi. İşin 36-cı vərəqəsində olan 05 may 2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 64 (altmış) dörd manat 80 (səksən) qəpik müəyyən olunur. Cinayət işinin 37-38-ci vərəqəsində olan 05 may 2023-cü il tarixli 16/479 nömrəli ekspert rəyi ilə müəyyən edimişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlələr” yazı və imzalar olan kağız paketdəki -1 (bir) ədəd ağ rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,248 qram (0,1 qram tədqiqata sərf edildikdən sonra 1,148 qram qalıq qalmışdır) olan maddə kustar üsülla hazırlanmış psixotrop maddə olan metafetamindir. -1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 26,73 qram (0,05 qram tədqiqata sərf edildikdən sonra 26,68 qram qalıq qalmışdır) bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 85,73 qram (0,05 qram tədqiqata sərf edildikdən sonra 85,68 qram qalıq qalmışdır) bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İşin 85-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin verdiyi 10 may 2023-cü il tarixli 809 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 99-cu vərəqəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. İşin 44-48-ci vərəqəsində olan məhkəmə-ballistik ekspertizasının 05 may 2023-cü il tarixli 23/346R saylı rəyində aşağıdakılar qeyd edilmişdir: - Təqsirləndirilən şəxs, Tovuz rayonu Qovlar şəhəri ərazisindən keçən Bakı- Qazax magistral yolunun üzü Bakı şəhər istiqamətində sağ tərəfdə yerləşən su keçidinin alt hissəsində gizlətdiyi yerə baxış zamanı götürülərək tədqiqata təqdim edilmiş, 01 ədəd Tİ-3053 nömrəli silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1974-cü ildə istehsal olunmuş “Kalaşnikov” konstruksiyalı AKM modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 18 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar, atəş üçün yararlıdırlar və odlu silah hesab edilmirlər. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır, təyinatı üzrə istifadə üçün yararlıdır və odlu silah hesab edilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl kifayət qədər sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə tövsif olunmalıdır və həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. İşin 7-ci vərəqəsində olan 04 may 2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə tutularaq Tovuz RPŞ-nin MSY-nə yerləşdirilmişdir. Cinayət işinin 72-77-ci vərəqəsində olan Tovuz Rayon Məhkəməsinin 06 may 2023-cü il tarixli 4(062)-28/2023 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlamanın əvvəli 04 may 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 89-90-cı vərəqəsində olan tələbnamədən Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müəyyən olunur. Cinayət işinin 98-ci vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilir. İşin 92, 94 və 95-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2006-cı ildə Rüstəm, 18 iyul 2007-ci ildə Mehin və 14 avqust 2019-cu ildə İbrahim adlı uşaqları anadan olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respubliksaı CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması vəzifəsi qoyulmalıdır. İş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62ci və 70-ci maddələrinin tətbiq olunmasına əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 04 may 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 112,36 qram narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və 1,148 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut olan Tovuz RPŞ-də saxlanılan 1 ədəd Tİ-3035 nömrəli, 7,62 mm kalibrli zavod üsulu ilə keçmiş SSRİ-də 1974-cü ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli odlu yivli texniki cəhətdən saz və atəş üçün yararlı avtomat silah, 3 ədəd ekspertizaya istifadə olunduqdan sonra qalan 15 ədəd zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 7,62 X39 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı silahlara aid atəş üçün yararlı döyüş sursatı hesab edilən patronlar və 1 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62X39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz, təyinatı üzrə istifadəyə yararlı Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi hesab olunan daraq Tovuz RPŞ vasitəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsi silahsursat anbarına təhvil verilməlidir. Cinayət işi üzrə çəkilmiş 64 (altmış dörd) manat 80 (səksən) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 343-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 04 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 112,36 qram narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və 1,148 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan Tovuz RPŞ-də saxlanılan 1 ədəd Tİ-3035 nömrəli, 7,62 mm kalibrli zavod üsulu ilə keçmiş SSRİ-də 1974-cü ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli odlu yivli texniki cəhətdən saz və atəş üçün yararlı avtomat silah, 15 (3 ədəd ekspertizaya istifadə olunduqdan sonra) ədəd zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 7,62 X39 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı silahlara aid atəş üçün yararlı döyüş sursatı hesab edilən patronlar və 1 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62X39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz təyinatı üzrə istifadəyə yararlı Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi hesab olunan daraq Tovuz RPŞ vasitəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsi silahsursat anbarına təhvil verilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması vəzifəsi qoyulsun. Cinayət işi üzrə çəkilmiş 64 (altmış dörd) manat 80 (səksən) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. Hökmün icrası Tovuz Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar