Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-105/2024 26.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, evli, Gəncə şəhəri Nizami rayonu H.Əliyev prospekti 475 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Nəriman Nərimanov küçəsində yaşayan Zərərçəkmiş şəxs1 Gəncə şəhərində fəaliyyət göstərən Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, 04 sentyabr 2023-cü il tarixdə Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində tanışı Şahid2 məxsus “Chevrolet-Cruze” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs1 4000 (dörd min) manat məbləğində nağd pul vəsaitini əlbə-əl alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 məxsus 4000 (dörd min) manat məbləğində pul vəsaitini dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Zərərçəkmiş şəxs2 övladı X1 Rusiya Federasiyasında ali təhsil almasını təsdiq edən diplomunun tanınmasına dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyindən tanınma şəhadətnaməsi alacağına dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 tərəfindən 14 sentyabr 2023-cü il tarixdə Tovuz şəhəri, Sabir küçəsində yerləşən "xxxx" ASC-nin Tovuz filialından həmin bankda olan 416973++++++7081 nömrəli kart hesabına 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olub ələ keçirərək, Zərərçəkmiş şəxs2 məxsus 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ifadəsində qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Onun daimi yaşayış yeri ünvan 2 ünvanıdır. O, əvvəl istintaqa vermiş olduğu ifadəsini bir daha təsdiq edərək bildirmişdir ki, 2023-cü ilin avqust ayının dəqiq xatırlamadığı günündə “Tiktok” sosial şəbəkəsində olan “Təqsirləndirilən şəxs” adlı profili ilə “canlı yayım” açmışdır. Həmin vaxt o, canlı yayım zamanı Elnarə adlı qadınla tanış olmuşdur. Onlar həmin vaxt Elnarə adlı qadınla bir-birilərinə mobil nömrələrini verib sonradan “Whatsap” ani mesajlaşma tətbiqi vasitəsi ilə danışmağa başlamışlar. Onlar 2023-cü ilin avqust ayının dəqiq xatırlamadığı günündə Elnarə ilə Gəncə şəhəri ərazisində yerləşən kafelərin birində görüşüb çay içmişlər. Bu zaman Zərərçəkmiş şəxs1 ona işsiz olduğunu və iş axtardığını demişdir. O da Elnarəyə bununla bağlı köməkdarlıq edəcəyini demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 ona xəstəxanada işləmək istədiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs1 Gəncə şəhəri ərazisində yerləşən xəstəxanaların birində onun üçün uyğun iş olsa Elnarəni həmin işə düzəldəcəyinə çalışacağına dair söz vermişdir. Bu zaman Elnarə ona işini kimin vasitəsilə həll edəcəyinə dair sual verdiyi vaxt o, sonuncuya iş gördüyü adamlar barədə məlumat vermədiyini bildirmişdir. Həmin vaxt Elnarə ona ali təhsilinin olmadığını, lakin tibb kollecində oxuyub, ancaq hələ diplom almadığını və həmçinin kompyuter kursu bitirdiyini demişdir. O da Zərərçəkmiş şəxs1 heç bir problemin olmayacağını və kompyuter kursu keçməyinin kifayət edəcəyini bildirmişdir. Bundan sonra ara-sıra o, Zərərçəkmiş şəxs1 ilə zənglə əlaqə saxlayaraq işi haqqında söhbət etmişlər. 2023-cü ilin avqust ayının sonlarında, dəqiq xatırlamadığı gündə o, Zərərçəkmiş şəxs1 zəng edərək xəstəxanaya işə düzəlməyi üçün 4000 (dörd min) manat məbləğində pul verməli olduğunu demişdir. Lakin o, Zərərçəkmiş şəxs1 onu dəqiq hansı xəstəxanaya işə düzəldəcəyi barədə məlumat verməmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 ondan telefonda 4000 (dörd min) manat pul vəsaitini düzəltməsi üçün bir qədər vaxt istəmişdir. O, da Zərərçəkmiş şəxs1 heç bir problem olmadığını demişdir. 04 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 və babası Şahid1la Gəncə şəhəri ərazisində yerləşən 2 saylı Asan Xidmət Mərkəzinin inzibati binasında yerləşən kafedə görüşüb çay içmişlər. O, həmin vaxt onlarla Zərərçəkmiş şəxs1 işi barədə söhbət etmişdir. O, həmin şəxslərə narahat olmamaqlarını, 2023-cü ilin təxminən oktyabrnoyabr aylarına Zərərçəkmiş şəxs1 iş məsələsinin düzələcəyini demişdir. Aralarında olan bu söhbət zamanı Zərərçəkmiş şəxs1 babası Şahid1 Rusiya Federasiyasında oxuyan digər nəvəsi, Elnarənin də özündən balaca bacısı olan Gülnar Sadıqovanın ali təhsil diplomunun Azərbaycan Respublikası ərazisində tanınmadığını, bu işdə, yəni diplomun Azərbaycan Respublikasının ərazisində tanınmasında köməklik edə bilib-bilməyəcəyini ondan soruşmuşdur. O da öz növbəsində Şahid1 maraqlanıb onlara bir xəbər deyəcəyini bildirmişdir. Söhbətləri qurtardıqdan sonra Zərərçəkmiş şəxs1 orada ona pulu vermək istədiyi zaman o, pulu ancaq avtomobildə götürəcəyini bildirmişdir. Bu səbəbdən o, Elnarə və Elnarənin babası Şahid1 ilə birlikdə gedib onu Asan Xidmətin inzibati binasının yaxınlığında gözləyən tanışı Aqil adlı şəxsin “Chevrolet” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 isə onlarla gəlməyib “Asan Xidmət”-in inzibati binasında qalmışdır. O, Aqil adlı tanışından avtomobilini yaxınlıqda olan foto-studionun yanına sürməsini xahiş etmişdir. Aqil də onun xahişini yerə salmayıb avtomobili həmin əraziyə sürmüşdür. O, orada Elnarə ilə düşüb Elnarə 3*4 ölçüdə şəklini çəkdirib işlə bağlı lazım olduğunu demişdir. Sonra o, Elnarə ilə birlikdə avtomobilə əyləşmişdir. O və Zərərçəkmiş şəxs1 həmin avtomobildə arxa tərəfdən sərnişin oturacağında, Elnarənin babası Şahid1 isə avtomobildə qabaq tərəfdən sərnişin oturacağında əyləşmişdir. Həmin gün, yəni 04 sentyabr 2023-cü il tarixdə Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi ərazisində Aqil adlı tanışının avtomobilində Zərərçəkmiş şəxs1 babası Şahid1 ona hər biri 100 (bir yüz) manatlıq əskinazlar olmaqla cəmi 4000 (dörd min) manat məbləğində pul vermişdir. Ondan sonra o, Aqildən xahiş etmişdir ki, Elnarə və babası Əhmədi 2 saylı Asan Xidmət Mərkəzinin yanına düşürsün. Aqil adlı tanışı da onun xahişini yerə salmayıb Elnarə və babası Şahid1 2 saylı Asan Xidmət Mərkəzinin yanına düşürmüşdür. O, özü də onlarla birlikdə orada Aqil adlı tanışının avtomobilindən düşmüş və Aqil öz avtomobilini sürüb getmişdir. Həmin vaxt o, başqa işi ilə əlaqədar olaraq Asan Xidmət Mərkəzinə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 da anası Məhbubə və babası Əhmədlə birlikdə taksiyə əyləşib oradan uzaqlaşmışlar. Həmin vaxtdan təxminən 9 gün keçmişdir ki, o, Zərərçəkmiş şəxs1 zəng edərək babası Şahid1 dediyi işin, yəni Elnarənin bacısı Gülnar Sadıqovanın diplomunun Azərbaycan Respublikası ərazisində təsdiqlənəcəyini, bunun üçün 3500 (üç min beş yüz) manat məbləğində pul verməli olduqlarını və bacısı Gülnar Sadıqovanın ali təhsili haqqında olan sənədləri ona göndərməyini tapşırmışdır. Həmin gün Zərərçəkmiş şəxs1 zəng edib anası Məhbubə ilə danışmış və Elnarənin anası Zərərçəkmiş şəxs2 3500 (üç min beş yüz) manat məbləğində pulu 14 sentyabr 2023-cü il tarixdə ona məxsus 416973******7081 nömrəli "xxxx" ASC-yə aid bank kartına nağdsız şəkildə "xxxx"ın Tovuz rayon filialından göndərmişdir. O, isə həmin vaxt özü Gəncədə olmuşdur. Həmin pul onun bank kartı hesabına yükləndikdən sonra o, 25 dekabr 2023-cü il tarixdə Gülnar Sadıqovanın diplomunun təsdiqlənəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs1 ələ keçirdiyi 4000 (dörd min) manat puldan 1400 (bir min dörd yüz) manat pulu Elnarənin özünə geri qaytarmışdır. Həmçinin o, Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 ələ keçirdiyi 3500 (üç min beş yüz) manat puldan 1900 (bir min doqquz yüz) manat pulu Zərərçəkmiş şəxs2 digər qızı Gülnar Sadıqovaya məxsus nömrəsini xatırlamadığı "xxxx" ASC-yə aid bank kartı hesabına yükləmişdir. O, digər məbləğləri də Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 geri ödəyəcəyinə dair söz vermişdir. Aqil adlı şəxs “N” saylı hərbi hissələrin birində xidmət edir, rütbəcə çavuşdur. 04 sentyabr 2023-cü il tarixdə 4000 (dörd min) manat pulu babası Şahid1 Gəncə şəhəri ərazisində Aqil adlı tanışının avtomobilində verərkən Aqilin istirahət günü olmuş, həmin gün mülki formada olmuş və idarə etdiyi də öz şəxsi avtomobili olmuş və Aqilin bu işin mahiyyətindən xəbəri olmamışdır. Aqil sadəcə həmin gün onu Gəncə şəhəri ərazisində yolun kənarında görüb avtomobilinə götürmüşdür. O, da həmin vaxt Aqil adlı tanışından onu Gəncə şəhər 2 saylı Asan Xidmət Mərkəzinə aparmağını və onu bir qədər orada gözləməyini bildirmişdir. Yəni, Aqil adlı şəxsin onun həmin 4000 (dörd min) manat pulu Zərərçəkmiş şəxs1 babası Şahid1 hansı məqsədlə aldığını bilməmişdir. Həmçinin də o, Aqil adlı tanışına bu barədə açıqlama verməmişdir. Bundan başqa o, qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 istintaqa nəyə görə o cür ifadə verdiyini bilmir. O, bu günədək 1400 (bir min dörd yüz) manat məbləğində pul geri qaytarmışdır. O, Zərərçəkmiş şəxs1 və başqa hər hansı şəxsə Gəncə şəhəri Səhiyyə İdarəsində İlkin müəllim adlı şəxsin vasitəsi ilə düzəldəcəyini bildirməmişdir. Hazırda əməlindən səmimi peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Gəncə şəhərində yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir. Onun barəsində şikayətçi olduğu Təqsirləndirilən şəxs ilə arasında hər hansı ədavət və yaxud düşmənçilik olmamışdır. 2023-cü ilin avqust ayında “Tiktok” sosial şəbəkəsində olduğu zaman “Təqsirləndirilən şəxs” adlı profil istifadə edən şəxsin açdığı “canlı yayım”a baxarkən profil istifadəçisi olan adamın iş düzəldə biləcəyi barədə məlumat vermişdir. Buna görə o, “Canlı yayım”da olan şərh bölməsində həmin adama yazaraq işə düzəlməyində köməklik edə bilib-bilməməsini soruşmuş, həmin adam isə şəxsi mesajlar bölməsində nömrəsini ona göndərərək “Whatsapp” mobil tətbiqində ona yazmağını demişdir. Ona yazdıqdan sonra həmin adam ona özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək əlavə isə hərbi qulluqçu olduğunu, mayor rütbəsini daşıdığını və rəis işlədiyini bildirmişdir. Həmin adama iş üçün bir daha söhbət açdıqda, ona xəstəxanada işləmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs isə ona ancaq Gəncə şəhərində olan xəstəxanaların birinə onu işə düzəldə biləcəyini, rayonlarda tanışlarının olmadığını və “əlinin girmədiyini” bildirmişdir. Tovuz rayonunda yaşadığı üçün və Gəncə şəhəri yaxın olduğu üçün razılaşmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs onun ya Abbas Səhhət adına xəstəxanasına, ya da 3 nömrəli xəstəxanasına həkim köməkçisi (moderator) vəzifəsinə işə düzəlməyində köməklik edəcəyinə dair vəd vermişdir. Ona “işimi” kimin vasitəsilə həll edəcəyinə dair sual verdiyi zaman ona “iş” gördüyü adamlar barədə məlumat vermədiyini bildirmişdir. Ona ali təhsilinin olmadığını bildirdikdə, heç bir problemin olmayacağını və kompyuter kurslarını keçməyinin kifayət edəcəyini bildirmişdir. Bundan sonra, ara-sıra X2 ilə zənglə əlaqə saxlayaraq işi haqqında söhbət etmişdir. 2023-cü ilin avqust ayının sonlarında isə Təqsirləndirilən şəxs ona zəng edərək xəstəxanaya işə düzəlməyi üçün ona 4000 (dörd min) manat məbləğində pul verməli olduğunu demişdir. Onun Təqsirləndirilən şəxsla arasında olan bu söhbətdən sonra o, anası Məhubəyə və babası Şahid1 bu barədə məlumat vermişdir. Onlarla məsləhət etdikdən sonra onlar 4000 (dörd min) manat məbləğində kredit götürüb həmin adama vermək qərarına gəlmişlər. Bu səbəbdən anası Zərərçəkmiş şəxs2 "xxxx"ın Tovuz filialında 4100 (dörd min yüz) manat məbləğində kredit götürmüşdür. Pulun hazır olması barədə o, Təqsirləndirilən şəxs məlumat vermiş, o isə Gəncəyə “Asan Xidmət”in yanına gəlməyini bildirmişdir. Beləliklə xx.xx.2023-cü il tarixdə, saat 11-12 radələrində o, anası Məhbubə və babası Şahid1 Gəncə şəhərinə “Asan Xidmət”in yanına gəlib Təqsirləndirilən şəxs ilə görüşüb “Asan Xidmət”-in inzibati binasına daxil olub orada yerləşən kafedə birlikdə çay içərək Təqsirləndirilən şəxsla iş haqda söhbət etmişlər. Təqsirləndirilən şəxs onlara narahat olmamağımızı, oktyabr ayının 14-ü onun işə düzələcəyini demişdir. Aralarında olan bu söhbət zamanı babası Əhməd Rusiya Federasiyasında oxuyan bacısı Gülnar Sadıqovanın ali təhsil diplomunun Azərbaycan Respublikasında tanınmadığını, bu işdə, yəni diplomun Azərbaycan Respublikasının ərazisində tanınmasında köməklik edə biləcəyini Təqsirləndirilən şəxs soruşmuş, Təqsirləndirilən şəxs da öz növbəsində maraqlanıb deyəcəyini bildirmişdir. Söhbətləri qurtardıqdan sonra pulu Bəxtiyara vermək istədikləri zaman, Bəxtiyar pulu ancaq avtomobildə götürəcəyini bildirmişdir. Bu səbəbdən Bəxtiyarın gəldiyi markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə o və babası Şahid1 ilə birlikdə minmişlər. Anası isə onlarla gəlməyib “Asan Xidmət”-in inzibati binasında qalıb onları gözləmişdir. Həmin vaxt avtomobildə onlardan başqa, hərbi geyimli bir şəxs də olmuşdur. Lakin həmin şəxsin kimliyi barədə heç bir məlumatı yoxdur. 4000 (dörd min) manat məbləğində pulu 100 (yüz) manatlıq əskinaslar olmaqla babası Şahid1 Təqsirləndirilən şəxs vermişdir. Bundan təxminən 10 gün keçmişdir ki, Təqsirləndirilən şəxs ona zəng edərək babasının dediyi işin, yəni bacısı Gülnar Sadıqovanın diplomunun Azərbaycan Respublikasında tanınmasının alınacağını, bunun üçün 3500 (üç min beş yüz) manat məbləğində pulu verməli olduqları və bacısı Gülnar Sadıqovanın ali təhsili haqqında olan sənədləri ona göndərməklərini tapşırmışdır. Bunu anası Məhbubəyə zəng edərək demiş və anası Zərərçəkmiş şəxs2 3500 (üç min beş yüz) manat məbləğində pulu 14 sentyabr 2023cü il tarixdə, saat 09:32-də Təqsirləndirilən şəxs bank kartına nağdsız şəkildə "xxxx"ın Tovuz rayon filialından göndərmişdir. Təqsirləndirilən şəxs isə həmin vaxt özü Gəncədə olmuşdur. Pulu göndərdikdən sonra, 25 dekabr 2023-cü il tarixdə bacısı Gülnar Sadıqovanın diplomunun təsdiqlənəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs vəd etdiyi 14 oktyabr 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs zəng edib hansı səbəbdən işinin alınmadığını soruşmuş, dediyi xəstəxanalarda hələ vəzifə ştatının açılmadığını, açılan kimi işə düzələcəyini demişdir. Hər dəfə o, Təqsirləndirilən şəxs işini həll etməməsinə görə narazılığını bildirdikdə, Bəxtiyar onu adlarını xatırlamadığı xəstəxanalara apararaq həkimlərlə onun işi haqqında danışacağını bildirmişdir. Buna baxmayaraq, uzun müddət keçdikdən sonra Təqsirləndirilən şəxs verdiyi vədi icra etməmiş, nə onu işə düzəltmiş, nə də bacısı Gülnar Sadıqovanın diplomunu Azərbaycan Respublikasının ərazisində tanınmasında köməklik göstərmişdir. Beləliklə, Təqsirləndirilən şəxs onu və anası Məhbubəni aldadaraq ümumilikdə 7500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaitlərini ələ keçirmişdir. O, həmin vaxt hərbi geyimli şəxsin avtomobilinin də hərbi qeydiyyat nişanlı olduğunu düşünüb o cür izahat vermişdir. Sonradan yadına düşmüşdür ki, həmin şəxsin avtomobili hərbi qeydiyyat nişanlı olmamışdır. Onun Bəxtiyarın harada xidmət etməsi barədə məlumatı yoxdur. Dəqiq xatırlamadığı tarixdə Bəxtiyar ona Gəncə şəhərində Xan Bağının yanında görüşdükləri zaman ona bu ərazidə işləməsi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ona konkret ad deməmişdir. Lakin Xan bağının ətrafında adını xatırlamadığı bir xəstəxanada olduqları zaman Təqsirləndirilən şəxs orada işləyən bir nəfər qadına onun işinin İlkin adlı şəxs tərəfindən həll ediləcəyini bildirmişdir. İlkin adlı şəxsin kim olması barədə isə məlumatı yoxdur. Verdiyi puldan Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul çatıb-çatmaması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs onu digər xəstəxanalara aparıb işi haqqında danışacağını deyəndə, o, Bəxtiyardan bunun səbəbini soruşmuş, Bəxtiyar isə ona əvvəlcə digər xəstəxanada təcrübə keçəcəyini, daha sonra dediyi iki xəstəxanalardan birinə işə düzələcəyini bildirmişdir. Yəni, onu 2023-cü ilin təxminən oktyabr-noyabr ayları ərzində bir dəfə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxayana və bir dəfə də Gəncə şəhəri Səhiyyə İdarəsinə aparmış və hər iki yerdə də onu kalidorda gözlədib özü xəstəxananın otaqlarından birinə daxil olduqdan sonra otaqdan çıxıb ona yalandan danışaraq işinin yaxın müddət ərzində düzələcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bu barədə onlara heç bir məlumat verməmişdir. Sadəcə olaraq pulu tez göndərməklərini tapşırıb pulu Bakıya aparacağını bildirmişdir. Həmin bank kartı Təqsirləndirilən şəxs özünə məxsus olmuşdur. Nömrəsi isə 416973******7081-dir. Həmin köçürməni təsdiq edən qəbz isə anası Zərərçəkmiş şəxs2dır. Təqsirləndirilən şəxs ümumillikdə 7500 (yeddi min beş yüz) manat məbləğində pul verilmişdir. 4000 (dörd min) manat pulu Təqsirləndirilən şəxs Gəncə şəhərində nağd şəkildə verdikləri zaman, yəni 04 sentyabr 2023-cü il tarixdə maşında o, babası Şahid1, Təqsirləndirilən şəxs və hərbi geyimli tanımadığı şəxs olmuşdur. Digər 3500 (üç min beş yüz) manat pulu 14 sentyabr 2023-cü il tarixdə isə anası Zərərçəkmiş şəxs2 Tovuz rayonunda yerləşən “Kapital” bankın filialından Təqsirləndirilən şəxs məxsus bank kartı hesabına ödəmə terminalı vasitəsi ilə göndərmişdir. O, Təqsirləndirilən şəxs ilə Bəxtiyarın istifadəsində olan (055) ***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs istifadəsində (055) ***-**-** mobil nömrəsi olmuşdur. O, Təqsirləndirilən şəxs hər iki nömrəsi ilə də əlaqə saxlamışdır. Hərbi geyimli şəxs onunla bu barədə heç bir söhbət etməmiş və onun Təqsirləndirilən şəxs tərəfindən aldanaraq pulunun ələ keçirilməsində Təqsirləndirilən şəxs heç bir köməkdarlıq etməmişdir. Həmin şəxs sadəcə idarə etdiyi hərbi qeydiyyat nömrə nişanlı avtomobili ilə Təqsirləndirilən şəxs onlarla görüşməyə gətirmişdir. Təqsirləndirilən şəxs onu aldatması nəticəsində vurduğu 4000 (dörd min) manat maddi ziyanın 1000 (bir min) manatını ona geri qaytarmışdır. Lakin indiyədək ona olan 3000 (üç min) manat məbləğindəki maddi ziyanı ödəməsə də, o vurulmuş ziyanın 1000 manatını bağışlayır. Qalıq qalan 2000 manat ziyanı isə ödəməmiş, ödəməyə cəhd belə etməmişdir. Odur ki, Təqsirləndirilən şəxs yuxarı həddə azadlıqdan məhrumn etmə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Əyyublu kəndində yaşayır. O, rəsmi olaraq Tovuz rayon Əyyublu kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi işləyir. Qızı Elnarə 2023-cü ilin avqust ayında “Tiktok” sosial şəbəkəsində olduğu zaman “Təqsirləndirilən şəxs” adlı profil istifadə edən şəxsin açdığı “canlı yayım”a baxarkən profil istifadəçisi olan adamın iş düzəldə biləcəyi barədə ona məlumat vermişdir. Buna görə qızı “Canlı yayım”da olan şərh bölməsində həmin adama yazaraq işə düzəlməsində köməklik edə bilib-bilməməsini soruşmuş, həmin adam isə şəxsi mesajlar bölməsində mobil nömrəsini qızına göndərərək “Whatsapp” mobil tətbiqində yazmağını demişdir. Ona yazdıqdan sonra həmin adam qızı Zərərçəkmiş şəxs1 özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, əlavə isə hərbi qulluqçu olduğunu, mayor rütbəsi daşıdığını və rəis işlədiyini bildirmişdir. Həmin adama iş üçün bir daha söhbət açdıqda, qızı Elnarə ona xəstəxanada işləmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs isə ona ancaq Gəncə şəhərində olan xəstəxanaların birinə onu işə düzəldə biləcəyini, rayonlarda tanışlarının olmadığını və “əlinin girmədiyini” bildirmişdir. Qızı Tovuz rayonunda yaşadığı üçün və Gəncə şəhəri yaxın olduğu üçün razılaşmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs qızının ya Abbas Səhhət adına xəstəxanasına ya da 3 nömrəli xəstəxanaya həkim köməkçisi (moderator) vəzifəsinə işə düzəlməyində köməklik edəcəyinə dair vəd vermişdir. Bundan sonra qızı Elnarə ara-sıra Təqsirləndirilən şəxs ilə zənglə əlaqə saxlayaraq işi haqqında söhbət etmişdir. 2023-cü ilin avqust ayının sonlarında isə Təqsirləndirilən şəxs ona zəng edərək xəstəxanaya işə düzəlməsi üçün ona 4000 (dörd min) manat məbləğində pul verməli olduğunu bildirmişdir. Buna görə onlar qərara gəlmişlər ki, o, öz adına kredit götürsün, sonra həmin pulu borc kimi qızı Elnarəyə versin və qızı Elnarə də həmin pulu Bəxtiyar adlı adama versin. Buna görə "xxxx"ın Tovuz filialında 4100 (dörd min yüz) manat məbləğində kredit götürmüş və həmin pulu qızı Zərərçəkmiş şəxs1 vermişdir. Həmin vaxt pulun hazır olması barədə isə qızı Elnarə Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu da Gəncəyə “Asan Xidmət”in yanına gəlməklərini bildirmişdir. Beləliklə xx.xx.2023cü il tarixdə, saat 11-12 radələrində o, qızı Elnarə və atası Şahid1 Gəncə şəhərinə “Asan Xidmət”in yanına gəlib Təqsirləndirilən şəxs ilə “Asan Xidmət”in inzibati binasında olan kafedə görüşüb çay içərək iş haqda söhbət etmişlər. Təqsirləndirilən şəxs onlara narahat olmamalarını, oktyabr ayının 14-ü qızının işə düzələcəyini bildirmişdir. Aralarında olan bu söhbət zamanı atası Şahid1 Rusiya Federasiyasında oxuyan qızı Gülnar Sadıqovanın ali təhsil diplomunun Azərbaycan Respublikasında tanınmadığını, bu işdə, yəni diplomun Azərbaycan Respublikasının ərazisində tanınmasında köməklik edə biləcəyini Təqsirləndirilən şəxs soruşmuş, Təqsirləndirilən şəxs da öz növbəsində maraqlanıb deyəcəyini bildirmişdir. Söhbətləri qurtardıqdan sonra pulu ona vermək istədikləri zaman, Bəxtiyar pulu ancaq maşında götürəcəyini bildirmiş, bu səbəbdən qızı Elnarə və atası Şahid1 Təqsirləndirilən şəxs gəldiyi avtomobilə gedib pulu orda vermişlər. Həmin vaxt isə o, “Asan Xidmət”-in inzibati binasının qarşısında dayanıb gözləmişdir. Qızı Elnarənin dediyinə görə, maşında onlardan başqa, digər bir nəfər şəxs də olmuşdur. Bundan təxminən 10 gün keçmişdir ki, qızı Elnarə ona zəng edərək digər qızı Gülnarın “işinin” alınacağını, buna görə Təqsirləndirilən şəxs 3500 manat məbləğində pulu təcili olaraq veməli olduqlarını bildirmişdir. Buna görə, xx.xx.2023-cü il tarixdə, saat 09:32-də "xxxx"ın Tovuz rayon filialından 3500 (üç min beş yüz) manat məbləğində pulu Təqsirləndirilən şəxs məxsus 416973******7081 nömrəli bank kartı hesabına göndərmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs verdiyi vədlərin heç birini yerinə yetirməmiş, nə qızı Elnarəni işə düzəltmiş, nə də qızı Gülnarın diplomunun tanınmasında köməklik göstərmişdir. Həmçinin o, bildirmişdir ki, Təqsirləndirilən şəxs ona və qızı Zərərçəkmiş şəxs1 qarşı etmiş olduğu dələduzluq cinayəti ilə bağlı barəsində Tovuz RPŞ-də İstintaq Bölməsində 12 mart 2024-cü il tarixdə cinayət işi başlandıqdan sonra onun 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitindən 2024-cü ilin mart ayının 22-dən aprel ayının 5-dək olan müddət ərzində hissə-hissə ödəmək şərti ilə qızı X1 "xxxx" ASC-yə aid olan bank kartı hesabına cəmi 1900 (bir min doqquz yüz) manat məbləğində pul vəsaitini köçürməklə ona geri qaytarmışdır. Lakin Təqsirləndirilən şəxs onun 1600 (bir min altı yüz) manat məbləğindəki pul vəsaitini indiyədək geri qaytarmamışdır. Təqsirləndirilən şəxs bu barədə onlara heç bir məlumat verməmişdir. Sadəcə olaraq onlara pulu tez göndərməklərini tapşırıb pulu Bakıya aparacağını bildirmişdir. O, bildirmişdir ki, 4000 (dörd min) manat məbləğində pul vəsaitini o, bankdan kredit götürüb qızı Zərərçəkmiş şəxs1 versə də sonradan həmin pul vəsaitini qızı Zərərçəkmiş şəxs1 ona geri qaytarmışdır. Yəni Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs1 aldadaraq və etibarından sui-istifadə edərək onun bir dəfəyə 4000 (dörd min) manat məbləğində olan pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş və nəticədə qızı Zərərçəkmiş şəxs1 4000 (dörd min) manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs onun 14 sentyabr 2024-cü il tarixdə öz bank hesabına köçürməyinə nail olmaqla 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirmiş, 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitindən 1900 (bir min doqquz yüz) manat məbləğində pul vəsaitini digər qızı Gülnar Sadıqovaya məxsus bank kartı hesabına köçürməklə ona geri qaytarmışdır. Lakin Təqsirləndirilən şəxs indiyədək onun 3500 (üç min beş yüz) manat pul vəsaitindən geriyə qalan 1600 (bir min altı yüz) manat məbləğində pul vəsaitini ona geri qaytarmamışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Əgər o dəymiş ziyandan 1000 manat ödəniş edərsə Odur ki, Təqsirləndirilən şəxs cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid2 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşayır. O, rəsmi olaraq Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə sürücü vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs o, uzun illərdir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxsla onlar uşaqlıqdan Gəncə şəhəri, Əziz Əliyev küçəsində qonşu evlərdə yaşamış və ailəvi yaxın olmuşlar. Onun Təqsirləndirilən şəxs ilə münasibəti hər zaman yaxşı olmuş və bu günə qədər də aralarında heç bir ədavət və yaxud düşmənçilik olmamışır. Təqsirləndirilən şəxs ondan başqa digər qonşularına qarşı da mehriban xasiyyətli olmuş və insanlar üçün əlindən gəldiyi qədər köməklik etmişdir. 04 sentyabr 2023-cü il tarixdə, təxminən saat 12 radələrində o, şəxsi məsələsi ilə əlaqədar olaraq işdən bir neçə saatlığına icazə almışdır. Həmin vaxt o, özünə məxsus “Chevrolet-Cruze” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri ərazisində hərəkətdə olan zaman yolun kənarında dayanmış qonşusu Təqsirləndirilən şəxs ona əli ilə işarə etdiyini görmüşdür. O, həmin vaxt idarə etdiyi avtomobili yolun kənarına verib saxlamışdır. Bu zaman Bəxtiyar ona yaxınlaşaraq qohumlarının 2 saylı Gəncə Asan Xidmət Mərkəzində olduğunu və onu həmin ünvana düşürməyini xahiş etmişdir. O da həmin vaxt Bəxtiyarın xahişini yerə salmayıb Bəxtiyarı avtomobili ilə Gəncə şəhər 2 saylı Asan Xidmət Mərkəzinin qarşısına aparmışdır. Həmin vaxt Bəxtiyar ona məxsus avtomobildən düşmüş və ona bir qədər gözləməyini bildirmişdir. O da avtomobili kənara verib uyğun bir yerdə saxlayıb Bəxtiyarı gözləmişdir. Bir qədər sonra Bəxtiyar yanında onun əvvəlcədən tanımadığı və adlarını bilmədiyi bir nəfər gənc qadın və bir nəfər də qoca yaşlarında kişi ilə onun yanına gəlmişdir. Bəxtiyar həmin şəxslərin ona qohumları olduğunu bildirmişdir. Həmin vaxt Bəxtiyar ondan xahiş etmişdir ki, onları Gəncə şəhəri “Dəyirman dairəsi” adlanan yerin yaxınlığındakı foto-studioya aparsın. O da yenə Bəxtiyarın xahişini yerə salmamış və Bəxtiyarı həmin şəxslərlə birlikdə Gəncə şəhəri “Dəyirman dairəsi” adlanan yerin yaxınlığındakı foto-studioya aparmışdır. Həmin vaxt Bəxtiyarın yanında gələn qoca kişi onun avtomobilində qabaq tərəfdən sərnişin oturacağında, gənc qadın isə Bəxtiyarla birlikdə onun avtomobilində arxa tərəfdən sərnişin oturacağında əyləşmişdir. Bəxtiyar orada həmin gənc qadınla avtomobildən düşüb birlikdə foto-studioya girmişlər. O da avtomobili rahat bir yerdə saxlamış və avtomobildən düşüb mobil telefonumla hazırda xatırlamadığı kiməsə zəng etmiş və bir qədər avtomobildən kənarda dayanıb mobil telefon ilə danışmışdır. O, mobil telefonla danışan zaman Təqsirləndirilən şəxs həmin gənc qadınla foto-studiodan çıxıb onun avtomobilinə əyləşmişlər. O, bir neçə dəqiqə də mobil telefonla danışıb avtomobilə geri qayıtmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ondan həmin şəxsləri Gəncə şəhərində yerləşən 2 saylı Asan Xidmət Mərkəzinin qarşısına düşürməyini xahiş etmişdir. O da Bəxtiyarın xahişi üzrə Bəxtiyarı və Bəxtiyarla birlikdə ona qohumları kimi təqdim etdiyi qoca kişi ilə gənc qadını 2 saylı Asan Xidmət Mərkəzinin qarşısına düşürmüşdür. Bu zaman Bəxtiyar ona təşəkkür edib həmin şəxslərlə birlikdə 2 saylı Asan Xidmət Mərkəzinə tərəf getmişlər. O da həmin vaxt özünə məxsus avtomobili sürüb çıxıb getmişdir. O, xatırladığı qədəri ilə həmin vaxt hərbi geyim formasında olmuş və işdən bir neçə saatlığına təxmin 2-3 gün idi iki əməliyyat olunmuş anası üçün icazə almışdır. Belə ki, o, lazım olduqda anasının həkimi ilə danışıb onun üçün dərman peraparatları və tibbi ləvazimatlar alıb həmin vaxt ev şəraitində müalicə olunan anasına çatdırmışdır. Yəni, bununla bağlı xidmət etdiyi iş yerinin rəhbərliyinin də xəbəri olmuş və ona rəhbərlik tərəfindən gün ərzində bu işləri görməyi üçün bir neçə saatlığına icazə də verilmişdir. O da icazə verilən vaxt ərzində işdən kənar Gəncə şəhəri ərazisində olarkən təsadüfən Təqsirləndirilən şəxs yol kənarında görüb Bəxtiyarın ona əli ilə işarə verməsi səbəbindən idarə etdiyi avtomobili saxlayıb onu avtomobilinə götürmüş və ondan sonra da Bəxtiyarın xahişi üzrə Bəxtiyarı və Bəxtiyarın ona qohumları kimi təqdim etdiyi şəxsləri bir neçə yerə aparıb düşürmüşdür. 04 sentyabr 2024-cü il tarixdə Gəncə şəhəri ərazisində həmin gənc qadının və qoca kişinin ona məxsus avtomobildə qonşusu Təqsirləndirilən şəxs 4000 (dörd min) manat məbləğində pul vəsaiti verdiyini görməmişdir. Ola bilsin o, avtomobildən düşüb telefonla danışan zaman həmin şəxslər Təqsirləndirilən şəxs 4000 (dörd min) manat məbləğində pul vəsaiti vermişlər. Həmçinin o, Təqsirləndirilən şəxs həmin şəxslərlə hansı səbəblə görüşdüyünü bilməmiş və bu barədə də Təqsirləndirilən şəxs heç bir şey soruşmamışdır. Sadəcə olaraq Təqsirləndirilən şəxs ona həmin şəxslərin qohumları olduğunu və hazırda adını xatırlamadığı rayondan gəldiyini demişdir. Yəni, onun Təqsirləndirilən şəxs həmin şəxslərə qarşı dələduzluq edərək 4000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirdiyindən xəbəri olmamışdır. Nə də ki, Təqsirləndirilən şəxs ona bu barədə heç bir şey deməmişdir. Məhkəmə iclasında Şahid1 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Əyyublu kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Təqsirləndirilən şəxs onun nəvəsi Zərərçəkmiş şəxs1 2023-cü ilin avqust ayında sosial şəbəkə vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs adlı şəxs 2023-cü ilin avqust ayının axırlarında nəvəsi Elnarəyə hərbi qulluqçu olduğunu, mayor rütbəsi daşıdığını və hansısa dövlət müəsisəsinin rəisi vəzifəsində çalışdığını deyib və onu işə düzəldəcəyini bildirmişdir. Nəvəsi Zərərçəkmiş şəxs1 2023-cü ilin sentyabr ayının əvvəlində Təqsirləndirilən şəxsla arasında olan bu söhbətdən sonra qızı Məhubəyə və ona bu barədə məluamat vermişdir. Onlar, yəni o, qızı Məhbubə və nəvəsi Elnarə bu barədə məsləhət etdikdən sonra onlar qərara gəlmişlər ki, qızı Məhbubə 4000 (dörd min) manat məbləğində kredit götürüb Bəxtiyar adlı şəxsə versin. Bu səbəbdən qızı Zərərçəkmiş şəxs2 "xxxx"ın Tovuz filialından 4100 (dörd min yüz) manat məbləğində kredit götürmüşdür. Pulun hazır olması barədə nəvəsi Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs məlumat vermiş, Təqsirləndirilən şəxs isə Gəncə şəhərinə, “Asan Xidmət”in yanına gəlməklərini bildirmişdir. Beləliklə 04 sentyabr 2023-cü il tarixdə, saat 11-12 radələrində o, qızı Məhbubə və nəvəsi Elnarə birlikdə Gəncə şəhərinə “Asan Xidmət”in yanına gəlib Təqsirləndirilən şəxs ilə görüşüb “Asan Xidmət”-in inzibati biasına daxil olaraq orada yerləşən kafedə birlikdə çay içib Təqsirləndirilən şəxsla iş haqda söhbət etmişlər. Təqsirləndirilən şəxs onlara narahat olmamaqlarını, oktyabr ayının 14-ü nəvəsi Elnarəni Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanaya işə düzələcəyini demişdir. Aralarında olan bu söhbət zamanı o, Rusiya Federasiyasının Sankpeterburq şəhərində yerləşən universitetdə hüquq fakultəsindən məzun olan digər nəvəsi Gülnar Sadıqovanın ali təhsil diplomunun Azərbaycan Respublikasında tanınmadığını Bəxtiyar adlı şəxsə deyib bu işdə, yəni diplomun Azərbaycan Respublikasının ərazisində tanınmasında köməklik edə bilərmi deyə Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs da öz növbəsində maraqlanıb onlara bir söz deyəcəyini bildirmişdir. Onların söhbətləri qurtardıqdan sonra pulu Təqsirləndirilən şəxs vermək istədikləri zaman Bəxtiyar adlı şəxs pulu ancaq avtomobildə götürəcəyini bildirmişdir. Bu səbəbdən onun gəldiyi markasını bilmədiyi və dövlət qeydiyyat nişanına fikir vermədiyi avtomobilə o və nəvəsi Zərərçəkmiş şəxs1 ilə birlikdə minmişlər. Onun qızı Məhbubə isə onlarla gəlməyib “Asan Xidmət”-in inzibati binasında qalıb onları gözləmişdir. Həmin vaxt avtomobildə onlardan başqa əvvəlcədən tanımadığı və adını bilmədiyi hərbi geyimli bir nəfər şəxs də olmuşdur. Lakin onun kimliyi barədə heç bir məlumatı yoxdur. Sonra o, nəvəsi Elnarə ilə birlikdə Bəxtiyarın yanında gələn şəxsin avtomobilinə əyləşib həmin yerdən qısa bir məsafə uzaqlaşmışlar. O, avtomobildə nəvəsi Elnarənin və hərbi geyimli şəxsin iştirakı ilə 4000 (dörd min) manat məbləğində pulu 100 (yüz) manatlıq əskinaslar olmaqla Təqsirləndirilən şəxs vermişdir. Bəxtiyar da pulu saydıqdan sonra götürmüş və 2023cü ilin oktybar ayına nəvəsi Elnarənin işinin düzəldəcəyini bildirmişdir. Bundan təxminən 10 gün keçmişdir ki, nəvəsi Elnarə qızı Məhbubəyə zəng edərək digər nəvəsi Gülnarın “işinin” alınacağını, buna görə 3500 (üç min beş yüz) manat məbləğində pulu təcili olaraq Təqsirləndirilən şəxs veməli olduqlarını bildirmişdir. Buna görə qızı Məhbubə nəvəsi Gülnarın diplomunu Azərbaycan Respublikası ərazisində təsdiqlətsin deyə xx.xx.2023-cü il tarixdə "xxxx"ın Tovuz rayon filialından 3500 (üç min beş yüz) manat məbləğində pulu Təqsirləndirilən şəxs məxsus bank kartına göndərmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs verdiyi vədlərin heç birini yerinə yetirməmiş, nə nəvəsi Elnarəni işə düzəltmiş, nə də digər nəvəsi Gülnarın diplomunun tanınmasında, yəni Azərbaycan Respublikası ərazisində təsdiqlənməyində köməklik göstərmişdir. Onlar Bəxtiyar adlı şəxsdən onlardan aldığı pulu qaytarmasını tələb etdikləri vaxt, Bəxtiyar hər dəfə müxtəlif bəhanələr gətirərək pulu verəcəyini bildirmiş, lakin indiyədək vədinə əməl etməyərək nəvəsi Elnarədən onun vasitəsi ilə almış olduğu 4000 (dörd min) manat, qızı Məhbubədən isə bank vasitəsi ilə almış olduğu 3500 (üç min beş yüz) manat, ümumilikdə 7500 (yeddi min beş yüz) manat pulu geri qaytarmamışdır. Həmin vaxt hərbi geyimli şəxs onunla və yaxud nəvəsi Zərərçəkmiş şəxs1 ilə bu barədə heç bir söhbət etməmiş və onun Təqsirləndirilən şəxs tərəfindən aldanaraq pulunun ələ keçirilməsində Təqsirləndirilən şəxs heç bir köməkdarlıq etməmişdir. Həmin şəxs sadəcə idarə etdiyi hərbi qeydiyyat nömrə nişanlı avtomobili ilə Təqsirləndirilən şəxs onlarla görüşməyə gətirmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Gəncə şəhər MKTİB-nin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 2800 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəriməni tamamilə ödəmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(044)-58/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2800 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir az yaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər təyin edilmiş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza onu islah etmədiyindən hazırki cinayətə görə ona fərqli cəzanın verilməsi cəzanın məqsədlərinə uyğun deyildir.Bundan başqa da zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilməmiş və həmin şəxslər Təqsirləndirilən şəxs şikayətçidirlər. Eyni zamanda Təqsirləndirilən şəxs kişi köməyinə ehtiyacı olan qadınların bu kimi köməksiz vəziyyətindən öz xeyrinə sui istifadə etməsi onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi səciyyələndirilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2024-cü il tarixdən 02 iyun 2024-cü il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində tutulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs cəza təyin edilərkən həmin 2 (iki) gün müddət nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 26 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 26 sentyabr 2024-cü il tarixdən hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-105/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-105/2024
26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver