Məhkəmə qərarları › İş №1(062)-105/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-105/2025

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-105/2025 05.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə xx.xx.2003-cü ildə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, yəni 1 ədəd qara rəngli polietilen torbanın içərisində təmiz çəkisi 215 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək əynində olan qara rəngli jaketin sağ qoltuqaltı hissəsində saxlamış, 20 aprel 2025-ci il tarixdə, saat 21:00-da Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz şəhəri, Nəriman Nərimanov küçəsində saxlanılaraq həmin tarixdə saat 21:00-dan saat 21:15-dək üzərinə keçirilmiş baxış zamanı qanunsuz olaraq əldə edib üzərində saxladığı 1 ədəd qara rəngli polietilen torbanın içərisində təmiz çəkisi 215 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan qara rəngli jaketin sağ qoltuqaltı hissəsindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, hal-hazırda Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olmaqla və faktiki olaraq həmin ünvanda yaşayır, heç bir yerdə işləmir, subaydır. O, təxminən dörd ildir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. O, marixuananı siqaretə doldurub çəkməklə qəbul edir. 16 aprel 2025-ci il tarixdə gündüz saatlarında o, yaşadığı kəndlərində piyada evlərinə tərəf gedən vaxt yolun kənarında bir ədəd qara rəngli polietilen torba görmüşdür. Həmin torba nəzərini cəlb etdiyi üçün açıb içərisinə baxanda görmüşdür ki, torbanın içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanadır. O, özü narkotik vasitə olan qurudulmuş marixuana qəbul etdiyi üçün həmin torbanı götürmüşdür ki, gələcəkdə özü istifadə etsin. Həmin torbanı aparıb yaşadığı evdə gizlədib saxlamış və heç kimə bu barədə bildirməmışdir. 20 aprel 2025-ci il tarixdə saat 21 radələrində o, həmin tapdığı içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan torbanı götürüb Tovuz şəhərində dəmiryolunun kənarında münasib bir yerdə saxlamaq məqsədilə əynində olan qara rəngli jaketin qoltuğunun altına qoyub jaketin sepini çəkmiş, sonra Tovuz şəhərində Nəriman Nərimanov küçəsində dəmiryoluna doğru təkcə piyada hərəkətdə olan vaxt mülkü geyimdə 3 nəfər tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onlardan biri telefonla çəkiliş aparmış, digər iki nəfər isə ona yaxınlaşıb vəsiqələrini ona göstərmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyində və saxlamağında ondan şübhələndiklərini bildirmişlər. Onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, üzərində saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş narkotik vasitə olan qurudulmuş marixuana var və əynində olan qara rəngli jaketimin sinəsində saxladığı qara rəngli polietilen torbanı onlara təqdim etmişdir. Həmin təqdim etdiyi qara rəngli polietilen torbaya açılaraq içərisinə onun və iştirakçıların iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən aşkar edilərək götürülmüş qara rəngli polietilen torbanın içərisindəki bükülünün kəskin iyili, ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Onun təqdim etdiyi kütlə özünün yanıda tərəzidə çəkilmiş, ümumi çəkisi bükülü ilə birlikdə 240 qram gəlmişdir. Bundan sonra həmin kütlə qablaşdırılaraq möhürlənmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onu xx.xx.2025-ci il tarixdə saat 21:00-da Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş, onlar ilə Tovuz rayon PŞ-nə gəlmişdir. Tovuz rayon PŞ-də ona izah edilmişdir ki, narkotik vasitə saxlayıb gəzdirməkdə şübhəli olduğuna görə gətirilmiş, üstündən götürülmüş əşyaya baxış keçirilməlidir. Polis şöbəsində ona vəkillərin siyahısını təqdim etmişlər və onun istəyinə uyğun olaraq Tovuz rayon vəkil bürosunun vəkili Müdafiəçi onun müdafiəçisi qismində dəvət olunmuşdur. Bundan sonra təhqiqatçı Elmar Rüstəmov vəkilinin iştirakı ilə onun hüquqlarını ona izah edib nə üçün gətirildiyini bildirdikdən sonra ona üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşlar. O, da üzərindən saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etdiyini, bundan əlavə üzərində saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, heç bir narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərindən aşkar edilərək polis əməkdaşları tərəfindən zərfin içərisinə qablaşdırılaraq götürülmüş, polietilen torba açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı zərfin içərisində olan qara rəngli polietilen torbanın içərisindəki kütlənin yaşıl rəngli kəskin iyili ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. O özü polis əməkdaşlarına bildirmişdir ki, həmin üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı bir neçə gün bundan əvvəl Tovuz rayonu Yuxarı Öysüzlü kəndinin ərazisində yolun kənarından tapıb özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən təqdim edilmiş əşyaya baxış keçirilən zaman videoçəkiliş aparılmışdır. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, protokol doğru tərtib edildiyi üçün o, müdafiəçisi və digər iştirakçılar imza etmişlər. O özü narkotik vasitə qəbul edir, həmin üzərindən aşkar edilmiş narkotik vasitəni o, özü istifadə etmək məqsədilə üstündə gəzdirmişdir. Həmin narkotik vasitəni heç kimə satmamış, heç kimə satmaq məqsədi olmamışdır. O, heç vaxt heç kimdən narkotik vasitə almamış, heç kimə də narkotik vasitə satmamış, istifadə etdiyi narkotik vasitəni o, kənar rayonlardan tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Hazırda üzərində gəzdirdiyi narkotik vasitə olan qurudulmuş marixuananı da bir neçə gün bundan əvvəl yolun kənarından tapıb özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Hazırda əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-nin CAB-da baş əməliyyat müvəkkili işləyir. Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşayan Təqsirləndirilən şəxs ilə heç bir qohumluq əlaqəsi, ədavəti və düşmənçiliyi olmamış, əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, qanunsuz olaraq narkotik vasitə saxlaması, gəzdirməsi, narkotik vasitədən istifadə etməsi barədə ona məlumat daxil olmuşdur. O, 20 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və hal-hazırda Tovuz rayonu Yuxarı Öysüzlü kəndində olması barədə məlumat alıb RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra göstəriş əsasında Tovuz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 və Tovuz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Tovuz şəhəri Nəriman Nərimanov küçəsinə getmişlər və 20 aprel 2025-ci il tarixdə saat 21:00-da Təqsirləndirilən şəxs Tovuz şəhəri N.Nərimanov küçəsində piyada hərəkətdə olarkən müəyyən etmişlər. Onlar sonuncuya yaxınlaşaraq özülərini təqdim edib ona polis əməkdaşları olduqlarını bildirmişlər və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasında və üzərində gəzdirməsində şübhəli olduğunu, buna görə də onun üzərinə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs onların onun üzərinə baxış keçirməyinə etiraz etməmişdir. Bundan sonra onun üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan edilmiş narkotik vasitə olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş narkotik vasitə olan qurudulmuş marixuana oldğunu və əynində olan qara rəngli jaketin sağ qoltuqaltı hissəsində saxladığı bir ədəd qara rəngli polietilin torbanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin təqdim etdiyi qara rəngli polietilin torba açılaraq içərisinə Təqsirləndirilən şəxs və iştirakçıların iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qara rəngli polietilin torbanın içərisindəki yaşıl rəngli, kəskin iyili ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə onun özünün yanında elektron tərəzidə çəkilmiş, ümumi çəkisi isə polietilin torba ilə birlikdə 240 qram gəlmişdir. Bundan sonra həmin kütlə bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır, Zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürləndikdən sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və polislər tərəfindən götürülmüşdür. Daha sonra onlar Təqsirləndirilən şəxs Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və polislər onu xx.xx.2025-ci il tarixdə saat 21:30-da Tovuz rayon PŞ-nə gətirmişlər. O, bu barədə raportla məruzə etmiş, araşdırmanın davam etdirilməsi TB-nin təhqiqatçısı polis kapitanı X1 həvalə edilmişdir. Bundan sonra Tovuz rayon PŞ-nin TB-nin təhqiqatçısı Elmar Rüstəmov tərəfindən ona izah edilmişdir ki, narkotik vasitə saxlayıb gəzdirməkdə şübhəlidir ona görə gətirilmişdir, üstündən aşkar edilərək götürülmüş əşyaya baxış keçiriləcəkdir. Polis şöbəsində ona vəkillərin siyahısını təqdim etmiş və onun istəyinə uyğun olaraq Tovuz rayon vəkil bürosunun vəkili Müdafiəçi onun müdafiəçisi qismində dəvət olunmuşdur. Bundan sonra təhqiqatçı Elmar Rüstəmov vəkilinin iştirakı ilə onun hüquqlarını ona izah edib nə üçün gətirildiyini bildirdikdən sonra ona üzərindən aşkar edilərək götürülmüş əşyaya baxış keçiriləcəyini bildirmişdir. Bundan sonra vəkili Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə onun üzərindən aşkar edilərək götürülmüş əşyaya baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş əşyanın yaşıl rəngli kəskin iyili, ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyi aşkar edilmişdir. O, özü bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin marixuananı o, yaşadığı Tovuz rayonu Yuxarı Öysüzlü kəndinin ərazisində yolun kənarından tapıb özü istifadə etmək məqsədilə üzəridə saxlamışdır. Həmin baxış zamanı videoçəkiliş də aparılmışdır. Bu barədə təhqiqatçı Elmar Rüstəmov tərəfindən protokol tərtib edilərək ucadan oxundu, protokol doğru tərtib edildiyi üçün Təqsirləndirilən şəxs, müdafiəçisi və digər iştirakçılar imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Şahid3 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Məhkəmə iclasında Şahid1 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, hal-hazırda Tovuz rayonu Abulbəyli kəndində yaşayır, Tovuz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşayan Təqsirləndirilən şəxs ilə heç bir qohumluq əlaqəsi, ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkottik vasitə qəbul etməsi, qanunsuz olaraq narkotik vasitə saxlaması, gəzdirməsi, narkotik vasitədən istifadə etməsi barədə ona məlumat daxil olmuşdur. O, 20 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni saxladığı və üzərində gəzdirdiyi üçün o, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin qərar Tovuz rayon polis şöbəsinin rəisi tərəfindən təsdiq olunduqdan sonra xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Tovuz şəhəri ərazisində üzərində narkotik vasitə gəzdirməsi barədə onlara məlumat daxil olmuşdur. Bu məlumat onlara daxil olan kimi o, dərhal Tovuz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 və Tovuz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Tovuz şəhəri Nəriman Nərimanov küçəsinə getmişlər və 20 aprel 2025-ci il tarixdə saat 21:00-da Təqsirləndirilən şəxs Tovuz şəhəri N.Nərimanov küçəsində piyada hərəkətdə olarkən müəyyən etmişlər. Onlar ona yaxınlaşaraq özülərini təqdim edib ona polis əməkdaşları olduqlarını bildirmişlər və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasında və üzərində gəzdirməsində şübhəli olduğunu, buna görə də onun üzərinə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs onun üzərinə baxış keçirməklərinə etiraz etməmişdir. Bundan sonra onun üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan edilmiş narkotik vasitə olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş narkotik vasitə olan qurudulmuş marixuana oldğunu və əynində olan qara rəngli jaketin sağ qoltuqaltı hissəsində saxladığı bir ədəd qara rəngli polietilin torbanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin təqdim etdiyi qara rəngli polietilin torba açılaraq içərisinə Təqsirləndirilən şəxs və iştirakçıların iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qara rəngli polietilin torbanın içərisindəki yaşıl rəngli, kəskin iyili ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə onun özünün yanında elektron tərəzidə çəkilmişdir, ümumi çəkisi isə polietilin torba ilə birlikdə 240 qram gəlmişdir. Bundan sonra həmin kütlə bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır, zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürləndikdən sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və onlar tərəfindən götürülmüşdür. Daha sonra onlar Təqsirləndirilən şəxs Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmişdir və polislər onu xx.xx.2025-ci il tarixdə saat 21:30-da Tovuz rayon PŞ-nə gətirmişlər. O, bu barədə raportla məruzə etmiş, araşdırmanın davam etdirilməsi TB-nin təhqiqatçısı polis kapitanı X1 həvalə edilmişdir. Bundan sonra Tovuz rayon PŞ-nin TB-nin təhqiqatçısı Elmar Rüstəmov tərəfindən ona izah edilmişdir ki, narkotik vasitə saxlayıb gəzdirməkdə şübhəlidir ona görə gətirilmişdir, üstündən aşkar edilərək götürülmüş əşyaya baxış keçiriləcəkdir.Polis şöbəsində ona vəkillərin siyahısını təqdim etmiş və onun istəyinə uyğun olaraq Tovuz rayon vəkil bürosunun vəkili Müdafiəçi onun müdafiəçisi qismində dəvət olunmuşdur. Bundan sonra təhqiqatçı Elmar Rüstəmov vəkilinin iştirakı ilə onun hüquqlarını ona izah edib nə üçün gətirildiyini bildirdikdən sonra ona üzərindən aşkar edilərək götürülmüş əşyaya baxış keçiriləcəyini bildirmişdir. Bundan sonra vəkili Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə onun üzərindən aşkar edilərək götürülmüş əşyaya baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş əşyanın yaşıl rəngli kəskin iyili, ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyi aşkar edilmişdir. O, özü bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin marixuananı o, yaşadığı Tovuz rayonu Yuxarı Öysüzlü kəndinin ərazisində yolun kənarından tapıb özü istifadə etmək məqsədilə üzəridə saxlamışdır. Həmin baxış zamanı videoçəkiliş də aparılmışdır. Bu barədə təhqiqatçı Elmar Rüstəmov tərəfindən protokol tərtib edilərək ucadan oxundu, protokol doğru tərtib edildiyi üçün Təqsirləndirilən şəxs, müdafiəçisi və digər iştirakçılar imza etmişlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 21 aprel 2025-ci il tarixli 16/374 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlə 240q” yazı və imzalar olan kağız paketdəki 1 (bir) qara rəngli sellofan paketdə təmiz çəkisi 215 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza rəyinin qeyd hissəsində marixuanın təmiz çəkisi – 215 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 214,9 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Nazrkoloji Dispanserinin 05 iyun 2025-ci il tarixli 960 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtityacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Tovuz Rayon İHB-nin Yuxarı Öysüzlü kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “Tovuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Tovuz RMX” PHŞ-i poliklinika şöbəsində həkim-psixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. İş materiallarına əlavə edilən 067279 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası Nümayəndə müharibə veteranıdır. İş materiallarında olan “şübhəli şəxs qismində tutulma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Tovuz RPŞ-nin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Tovuz RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilən Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. İş materiallarına əlavə edilən Tovuz RPŞ-nin xx.xx.2025-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:15-də Tovuz rayonu ərazisində saxlanılaraq Tovuz RPŞ-yə gətirilmiş və həmin tarixdə saat 11:50-də Tovuz RPŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilən Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə zalından həbsdən azad edilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs atasının müharibə veteranı olmasını, gənc olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı 3 (üç) ay 21 (iyirmi bir) gün həbsdə saxlanılmışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 aprel 2025-ci il tarixdən 22 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, həmçinin o, məhkəmə istintaqı zamanı 06 sentyabr 2025-ci il tarixdən 25 dekabr 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından onun şübhəli və həbsdə saxlandığı müddət çıxılmaqla cəza təyin edilməlidir. Bununla belə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzası “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının təsiri altına düşür. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 2.3-cü bəndinə əsasən bu Qərarın 2.2-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, az ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər cəzadan azad edilirlər. Məhkəmə qeyd edir ki, göründüyü kimi bu bənddə “məhkum edilmiş şəxslərdən” deyil, “şəxslər” sözündən istifadə edilmişdir ki, bu müddəanın təqsirləndirilən şəxslərə tətbiq edilməsi istisna edilməmişdir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş qəti cəzanın çəkilməmiş hissəsindən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 214,9 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşdə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 21 (iyirmi bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) ay 09 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs çəkilməmiş 05 (beş) ay 09 (doqquz) gün azadlıqdan məhrum etmə cəzasından azad edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 214,9 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar