Məhkəmə qərarları › İş №1(062)-106/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-106/2025

17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-106/2025 17.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Tovuz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1960-cı il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, İİ qrup əlil, subay, məhkumluğu olmayan, ünvan 8ində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs gəlir əldə etmək məqsədi ilə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən evini fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva kimi təşkil etmiş, saxlamış və bu məqsədlər üçün vermişdir. Belə ki, o, 01 fevral 2025-ci il tarixdə, saat 14 radələrində özünə məxsus olan ünvan 1 ünvanında yerləşən evinin yataq otağını qabaqcadan razılaşma əsasında qadınları fahişəliyə cəlb edən Şahid3 sonuncunun fahişəliyə cəlb etdiyi Şahid4, Şahid6 və Şahid5 Şahid7 və Şahid8 ilə cinsi əlaqədə olmaları, yəni fahişəliklə məşğul olmaq üçün hər qadına görə 10 manat olmaqla, ümumilikdə 30 manat məbləğində pulun müqabilində əxlaqsız yuva kimi təşkil edib saxlamaqla vermiş, 01 fevral 2025-ci il tarixdə saat 14:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan X5 Baş İdarəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanına keçirilmiş baxış zamanı həmin evin yataq otağını əxlaqsız yuva kimi təşkil etmiş və bu məqsədlər üçün vermiş Təqsirləndirilən şəxs, qadınları fahişəliyə cəlb edən Şahid3, sonuncunun fahişəliyə cəlb etdiyi Şahid4, Şahid6, Şahid5 və həmin qadınlarla cinsi əlaqədə olmaq üçün gəlmiş müştərilər Şahid7 və Şahid8 orada müəyyən olunmuş, həmçinin cinsi əlaqə zamanı istifadə olunan iki ədəd qoruyucu və qadınları fahişəliyə cəlb etmək müqabilində Şahid3 Şahid7 aldığı 5 ədəd 100 (bir yüz) manatlıq pul əskinaları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilməmiş, ifadəsində göstərmişdir ki, Şahid4 qadın gözəllik salonunun işçisi kimi tanıyır. Həmin qadın mütəmadi olaraq onun dəvəti ilə evinə gələrək saç düzümünü qaydaya salır. 01 fevral 2025-ci il tarixdə günorta Kəmalə eyni məqsədlə yenidən onun evində olarkən sonradan digər tanışı “Damla” kimi tanıdığı Şahid3 da onun evinə gəlmişdir. Bir qədər sonra mənzilinin qapısı açılmış və bir neçə nəfər kişi və qadın onun evinə səs-küylə daxil olaraq özlərini polis kimi təqdim etmiş və evinin otaqlarını yoxlamağa başlamışlar. Həmin şəxslər özləri gətirdiyi qoruyucuları açıb yataq otağına atmış, şəkillərini çəkmiş. Sonra guya 500 manat qarşılığında qızları evində kişilərlə görüşdürdüyünü deyərək onu Bakı şəhərinə polis idarəsinə aparmışlar. Orada sənədləşmə aparıqdan sonra gecə onu evinə buraxmışlar. İttiham həqiqətə uyğun deyil, evində heç kimin əxlaqsızlığına şərait yaratmamışdır. İbtidai istintaqdakı dindirmə protokolunu oxumadan imzalamışdır, orada yazılanları inkar edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində bildirmişdir ki, o, Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən qadın gözəllik salonunda işləyir. O, Şahid3 təxminən 7 aydır ki, tanıyır. Belə ki, Elnurə onun işlədiyi qadın gözəllik salonunda dırnaq ustası kimi fəaliyyət göstərir. Elnurə onun yanında işə başladıqdan sonra onunla olan yaxın münasibətindən sonra xəbəri olmuşdur ki, onun pula ehtiyacı var. Həmin zaman Şahid3 onun pula ehtiyacı olduğunu bildikdən sonra ona təklif etmişdir ki, onun tanışı olan kişilərlə pul qarşılığında cinsi münasibətdə olaraq maddi qazanc əldə etsin. Əvvəlcə o, Elnurə ilə razılaşmamış, lakin sonradan maddi ehtiyacı yaxşı olmadığı üçün Şahid3 ilə razılaşmışdır. Şahid3 ona əvvəlcə bildirmişdir ki, kişilərlə görüşmək üçün onun tanışı olan Aybəniz adlı şəxsin yaşadığı evdə görüşəcək. O, Elnurənin ona dediyi Təqsirləndirilən şəxs da təxminən 2 ildir ki, tanıyır. Onun Təqsirləndirilən şəxs ilə tanışlığı Aybənizin onun yanına, yəni işlədiyi salona gedib-gəldiyi üçün tanımışdır. Həmçinin, o, lazım olduqda Təqsirləndirilən şəxs məxsus olan evə də gedib ona evdə qulluq edirmiş. Qeyd etmişdir ki, Elnurə ilə razılaşdıqdan sonra Elnurə onu tanışı olan Tovuz şəhəri, Heydər Əliyev prospektində Əlillər binası deyilən binanın 5-ci mərtəbəsində yaşayan Aybəniz adlı qadının evinə aparmışdır. O, əvvəllər həmin evə gedib gəldiyi üçün getdiyi evi və ev sahibini tanıyırmış. Lakin əvvəllər o, həmin evə cinsi münasibətdə olmaq üçün getməmişdir. 31 yanvar 2025-ci il tarixdə Elnurə ona zəng edərək bildirmişdir ki, bir nəfər oğlan tanışı Tovuz rayonuna qonaq gəlib və cinsi əlaqədə olmaq üçün qadın lazımdır. Elnurə onunla danışan zaman ona bildirmişdir ki, ona cinsi münasibətdə olmağı müqabilində 60 manat pul verəcəkdir. O, Elnurənin bu dedikləri ilə razılaşmış və özünə məxsus olan “Hyundai Elantra” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Elnurənin dediyi yerə, yəni Təqsirləndirilən şəxs yaşadığı mənzilə getmişdir. O, Təqsirləndirilən şəxs məxsus olan mənzilin həyətinə çatan zaman Elnurənin binanın həyətində olduğunu görmüşdür. Həmin zaman Elnurənin yanında tanımadığı bir nəfər kişi cinsli adam da olmuşdur. O, Elnurə ilə danışdıqdan sonra Aybənizə məxsus olan evə qalxmışlar. Onlar evə daxil olan zaman qapını onlara Təqsirləndirilən şəxs açmışdır. Evdə həmin zaman Təqsirləndirilən şəxs başqa heç bir şəxs yox imiş. Evə daxil olduqdan sonra o, Elnurənin yanına gələn oğlanla birlikdə evin yataq otağına keçmişlər. O və həmin oğlan evin yataq otağına keçən zaman Elnurə və Aybəniz digər otaqda qalmışlar. O, evin yataq otağına daxil olduqdan sonra Elnurənin tanışı olan oğlanla qoruyucu vasitəsilə təbii yolla cinsi əlaqədə olmuşdur. O, həmin oğlanla cəmi bir dəfə təxminən 5-10 dəqiqə ərzində cinsi əlaqədə olmuşdur. Həmçinin, ondan sonra həmin şəxslə Elnurənin özüdə cinsi əlaqdə olmuş və bundan sonra isə Elnurə ona yanında gələn oğlanla cinsi əlaqədə olduğu üçün 60 (altmış) manat pul vermişdir. O, həmin zaman Elnurənin Çingiz adlı oğlandan neçə manat pul aldığını dəqiq bilməmişdir. Lakin Elnurənin ona söz verdiyi kimi ona qabaqcadan dediyi 60 manatı verdikdən sonra o, Elnurənin ona verdiyi 60(altmış) manatı götürmüş və həmin evdən çıxmışdır. Qalan şəxslər isə evdə qalmışlar. Həmin günün sabahı, yəni 01 fevral 2025-ci il tarixdə Elnurə ona ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edərək bildirmişdir ki, dünən gələn oğlanla yanında bir nəfər dostu da var və cinsi əlaqədə olmaq üçün qadın lazımdır. Həmçinin, ona demişdir ki, həmin oğlanların biri ilə cinsi münasibətdə olması üçün ona 60(altmış) manat məbləğində pul verəcəkdir. O da pula ehtiyacı olduğu üçün Elnurənin bu sözləri ilə razılaşmışdır. Elnurə ilə danışdıqdan təxminən 30 dəqiqə sonra Elnurə onun işlədiyi salona gəlmiş və onlar ona məxsus olan avtomobillə Təqsirləndirilən şəxs məxsus olan binaya getmişlər. Onlar binanın həyətinə çatan zaman iki nəfər şəxsin onları orada gözlədiyini görmüşlər. Həmin şəxslərdən bir nəfəri onun bir gün əvvəl cinsi münasibətdə olduğu Çingiz idi, digərini isə birinci dəfə idi ki, görürmüş. Onlar həmin şəxslərlə binanın həyətində salamlaşdıqdan sonra Təqsirləndirilən şəxs məxsus olan yaşadığı evə qalxmışlar. Onları qapıda Aybənizin özü qarşılamış və həmin vaxt o evdə tək olmuşdur. Onlar evə daxil olan zaman Çingiz və yanında olan Təvəkgül özləri ilə birlikdə alıb gətirdikləri suları və şirin içəcəkləri içib, biraz nəfəslərini dərmək istədiklərini onlara demişlər. Bundan təxminən 15 dəqiqə sonra əvvəllər tanıdığı Təranə və Gülmiranın da onların olduqları evə gəldiyini görmüşdür. Həmin zaman o, Elnurədən iki nəfər qızın da nə üçün gəldiyini soruşmuşdur. Elnurə ona demişdir ki, oğlanlar çoxlu qız istəyiblər. Qızlar gəldikdən sonra o, ad və soyadını sonradan bildiyi Şahid8 ilə birlikdə cinsi əlaqədə olmaq üçün evin yataq otağına keçmişdir. Onlar evin yataq otağına geçdikdən sonra Təvəkgül adlı şəxs özü ilə gətirdiyi qoruyucudan istifadə edərək onunla bir dəfə təbii yolla təxminən 5-6 dəqiqə ərzində cinsi əlaqədə olmuşdur. Bundan sonra isə onlar evin yataq otağından çıxmışlar. Təvəkgül ona demişdir ki, onu gözlə hamama girib çıxsın bir gedək. Bundan sonra isə gələn digər oğlanla Gülmira cinsi əlaqədə olmaq üçün evin yataq otağına keçmişlər. Elmira və digər oğlan yataq otağından çıxana kimi Təvəkgül də hamam otağından çıxmışdır. Bundan sonra Şahid7 onlara bildirmişdir ki, onlar Bakıya çıxmalıdır, onların pulunu da Elnurəyə vermişdir. Lakin həmin zaman onlar Elnurəyə nə qədər pul verdiyini ona deməmişlər. Çingiz və Təvəkgül evdən çıxıb getmək istəyərkən qapını açan zaman mülki geyimdə 4 nəfər şəxsin qapının çıxışında olduğunu görmüşlər. Həmin şəxslər özlərini Daxili İşlər Nazirliyinin İnsan X5 Baş İdarəsinin əməkdaşları olduqlarını deyərək özlərinə məxsus olan vəsiqələri təqdim etmişlər. Həmin zaman bildirmişlər ki, onların olduqları mənzildə insan alveri cinayətinin törədilməsi barədə məlumat vardır. Mənzilin sahibi olan Təqsirləndirilən şəxs polis əməkdaşlarının mənzilə daxil olmasına və mənzilə baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən onların içərisində olduqları Təqsirləndirilən şəxs məxsus olan mənzilə baxış keçirilmişdir. Baxış keçirilən zaman evin yataq otağından onun və digər qızların cinsi əlaqə zamanı istifadə olunan qoruyucular aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən edilən bütün proseslər telefon vasitəsilə lentə alınmışdır. Polis əməkdaşları tərəfindən Elnurə Çobanoyava müxtəlif suallar verilmişdir. O da həmin zaman bilmişdir ki, Təvəkgül və Çingiz adlı şəxslərdən onlarla intim münasibətdə olmaqları müqabilində 500 manat məbləğində pul alıbdır. Polis əməkdaşları tərəfindən həmin 500 (beş yüz) manat Şahid3 götürülmüş və içərisi boş olan zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra isə polis əməkdaşları tərəfindən aparılan çəkiliş yekunlaşmışdır. Budan sonra isə onları Daxili İşlər Nazirliyinin İnsan X5 Baş İdarəsinə dəvət etmişlər. Onlar da həmin idarəyə gedərək baş vermiş hadisələr barədə öz izahatlarını vermişlər. Şahid4 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, o, Şahid3 tanıdıqdan sonra o, onun maddi vəziyyətinin yaxşı olmadığını bilirmiş, o, ilk dəfə 31 yanvar 2025-ci il tarixdə, sonuncu dəfə isə 01 fevral 2025-ci il tarixdə Şahid3 təklifi ilə tanımadığı şəxslərlə cinsi münasibətdə olmuşdur. 31 yanvar 2025-ci il tarixdə Çingiz adlı şəxslə onunla birlikdə Elnurənin özüdə cinsi münasibətdə olmuşdur. O, Şahid3 təklifi ilə Təqsirləndirilən şəxs məxsus olan Tovuz rayonu, Heydər Əliyev prospektində yerləşən mənzilində ümumilikdə iki dəfə, yəni 31 yanvar 2025-ci il tarixdə və 01 fevral 2025-ci il tarixlərində cinsi münasibətdə olmuşdur. Hər iki dəfə də həmin evdə ev sahibi olan Təqsirləndirilən şəxs həmin evdə olmuşdur. Şahid3 da ona demişdir ki, narahat olma ev sahibinin bütün proseslərdən xəbəri var, heç bir problem yoxdur, lakin o, dəqiq bilmirmiş ki, Şahid3 ev sahibi olan Təqsirləndirilən şəxs neçə manat pul verir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, o, hal-hazırda o, hal-hazırda Tovuz rayonu, Əsrik Cırdaxan kəndində qeydiyyatda olmaqla həmin kənddə ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin buna baxmayaraq Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən qadın gözəllik salonunda dırnaq ustası işləyir və müəyyən vaxtlarda fahişəliklə məşğul olaraq dolanışığını təmin edir. Bildirmişdir ki, o, işlədiyi qadın gözəllik salonunda təxminən 7 aydır ki, işə düzəlmişdir. Həmin vaxtdan da indiyə kimi orada işləyən Şahid4 tanımışdır. O, Kəmaləni tanıyan zaman bilmişdir ki, Kəmalənin maddi vəziyyəti yaxşı deyil. O, Tovuz şəhər sakini Təqsirləndirilən şəxs da təxminən 7-8 aydır ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs Kəmalənin yaxını olduğu üçün o, Kəmalə ilə birlikdə Aybənizə məxsus olan ünvan 2 ünvanında yerləşən evinə bir neçə dəfə qonaq getmişdir. O, Təranə və Gülmiranı da işlədiyi salonda işləyən zaman tanımışdır. Təranə və Gülmiranın onun işlədiyi salonda gedib-gələn zaman söhbət əsnasında bilmişdir ki, həmin qızlar da fahişəliklə məşğul olur. Bunun üçün də onun həmin şəxslərlə münasibəti var imiş. Bildirmişdir ki, o, Çingiz adlı şəxsi də ortaq tanışlarının vasitəsilə tanımışdır. Təxminən 31 yanvar 2025-ci il tarixlərində Çingiz onunla əlaqə saxlayaraq Tovuz rayonunda olduğunu və istirahət etmək üçün ona cinsi əlaqədə olmaq istədiyini bildirmiş və həmçinin ona demişdir ki, başqa qız da olsa yaxşı olar. O da Çingizə bir neçə elə tanış qadın olduğunu və həmin qadınlarla əlaqə saxlayıb sonradan onunla əlaqə saxlayacağını bildirmişdir. O, bundan sonra Kəmalə ilə əlaqə saxlayaraq kişi müştərinin olduğunu və cinsi əlaqədə olmaq istədiyini və bunun müqabilində ona pul verəcəyini bildirmiş və onunla razılaşdıqdan sonra o, Aybənizlə əlaqə saxlayaraq Kəmalə ilə birlikdə onlara gəlmək istədiyini bildirmişdir. O, Aybənizlə danışdıqdan sonra Çingizlə yenidən əlaqə saxlayaraq elə bir qadının olduğunu və eyni ilə də cinsi əlaqədə olmaq üçün mənzil təşkil edəcəyini demişdir. O, Kəmalənin şəklini Çingizə göndərdikdən sonra Çingiz həmin qadını bəyəndiyini ona demişdir. Bundan sonra o, Çingizə bildirmişdir ki, Kəmalə və onunla cinsi əlaqədə olmaq üçün 160 manat pul alacaq və o, Çingizlə razılaşmışdır. Həmin zaman o, Çingizə bildirmişdir ki, saat 19:00-da konum atacağı ünvana gəlsin. Həmin tarixdə saat 19:00 radələrində o, Kəmalə ilə birlikdə ünvan 3 ünvanında Təqsirləndirilən şəxs məxsus olan binanın həyətində Çingizin gəlməyini gözləmiş, bir qədər sonra Çingiz onların olduğu yerə gəlmiş və binanın həyətində salamlaşmışlar və onun qabaqcadan Təqsirləndirilən şəxs ilə razılaşması əsasında ona məxsus olan məzilə qalxmışlar. Həmin mənzil 5-ci mərtəbədə yerləşirmiş. Onlar qapının ağzına çatdıqda o, evin qapısını döymüş və Təqsirləndirilən şəxs qapını açmış, evdə ondan başqa heç bir şəxs olmamışdır. Razılaşdıqları kimi o, ilk olaraq Çingizdən 160 (bir yüz altmış) manat məbləğində pul almışdır. Bundan sonra ilk olaraq o, Çingizlə təbii yolla bir dəfə 15-20 dəqiqə ərzində cinsi əlaqədə olmuşdur. Sonra Çingizlə cinsi əlaqədə olmaq üçün Kəmalə də evin yataq otağına keçmişlər. Bir qədər sonra Kəmalə və Çingiz evin yataq otağında cinsi əlaqədə olduqdan sonra onlar otaqdan çıxmışlar və o, Kəmaləyə 65 manat pulu vermişdir. Yerdə qalan 95 manat pulu isə özünə götürmüşdür. Həmin günü o, Təqsirləndirilən şəxs onun evində cinsi əlaqədə olmaqları müqabilində heç bir məbləğdə pul verməmişdir. Bundan sonra Kəmalə işi olduğu üçün çıxıb getməli olduğunu bildirmiş və çıxıb getmişdir. Həmin günün səhəri, yəni 01 fevral 2025-ci il tarixdə saat təxminən 11 radələrində Çingiz onunla telefon əlaqəsi saxlayaraq dostu ilə birlikdə olduğunu və istirahət etmək istədiklərini bildirmiş, o da Çingizə bu zaman qadınlar olduğunu demişdir. Həmin zaman o, Kəmalədən əlavə olaraq pul müqabilində cinsi əlaqədə olmaq üçün əvvəllər tanıdığı Şahid6 və Şahid5 ilə də telefon əlaqəsi saxlayaraq onlarla da razılaşmışdır. Həmçinin, həmin qadınların şəklini “Whatsapp” vasitəsilə Çingizə göndərmişdir. O, Çingizlə gətirəcəyi qızların müqabilində 500 (beş yüz) manat pul alacağını demiş və onlar 500 (beş yüz) manata razılaşmışlar. O, Çingizlə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs zəng edərək saat 14:00-da onun yaşadığı mənzilə müştərilər gətirəcəyini demişdir. Aybəniz isə ona hər qadına görə 10 manat pul alacağını bildirmiş və o, Aybənizlə razılaşmışdır. Daha sonra isə Çingizə zəng edərək qızları və görüşmək üçün ev hazır etdiyini bildirmişdir. O, Çingizə bildirmişdir ki, saat 14:00-da dünən atdığı konumda olsunlar. O da bundan sonra işlədiyi salona getmiş və Kəmalə ilə görüşmüş və Kəmaləyə məxsus avtomobilə əyləşərək Təqsirləndirilən şəxs məxsus olan onun yaşadığı evə getmişdir. Onlar binanın həyətində olan zaman Çingiz və Təvəkgülün binanın həyətində onalrı gözlədiyini görmüşlər və onlar bir-birləri ilə salamlaşaraq Aybəniz Quliyavaya məxsus olan mənzilə qalxmışlar. Qapını onlara Aybənizin özü açmış və onlar mənzilə daxil olmuşlar. Həmin zaman Aybəniz mənzildə tək olmuşdur. Onlar evə daxil olduqdan təxminən 10-15 dəqiqə sonra evə dəvət etdiyi Gülmira və Təranə də gəlmişlər. Bundan sonra Kəmalə və Təvəkgül cinsi əlaqədə olmaq üçün evin yataq otağına keçmişlər. Təxminən 10-15 dəqiqə sonra Kəmalə və Təvəkgül cinsi əlaqədən olduqdan sonra evin yataq otağından çıxmışlar. Bundan sonra isə Çingiz və Gülmira cinsi əlaqədə olmaq üçün evin yataq otağına keçmişlər. Onlar da təxminən 10-15 dəqiqə ərzində evin yataq otağında cinsi əlaqədə olmuşlar. Sonra o, Çingizlə əvvəlcədən razılaşması əsasında 500(beş) yüz manat məbləğində pul almışdır. Bundan sonra isə Çingiz ona hər şeydən razı qaldığını bildirmişdir. Çingiz və Təvəkgül hazırlaşaraq evdən çıxmaq istəyən zaman qapınınn ağzında mülki geyimdə 4 nəfər şəxsin orada olduğunu görmüşdür. Həmin şəxslər özlərini təqdim edərək Daxili İşlər Nazirliyinin İnsan X5 İdarəsinin əməkdaşları olduqlarını deyib özlərinə məxsus olan vəsiqələri təqdim etmişlər. Həmin zaman bildirmişlər ki, onların olduqları mənzildə insan alveri cinayətinin törədilməsi barədə məlumat vardır. Mənzilin sahibi olan Təqsirləndirilən şəxs polis əməkdaşlarının mənzilə daxil olmasına və mənzilə baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən onların içərisində olduqları Təqsirləndirilən şəxs məxsus olan mənzilə baxış keçirilmişdir. Baxış keçirilən zaman evin yataq otağında qızların cinsi əlaqə zamanı istifadə etdikləri qoruyucular aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən edilən bütün proseslər telefon vasitəsilə lentə alınmışdır. Polis əməkdaşları tərəfindən ona müxtəlif suallar verilmiş, da həmin zaman bildirmişdir ki, Çingizlə əvvəldən razılaşması əsasında ona və yaxını olan Təvəkgülə 500 (beş yüz) manat müqabilində qızlar təşkil etmiş, həmçinin qabaqcadan Aybəniz Quıiyeva ilə razılaşaraq ona məxsus olan evə cinsi əlaqədə olmaq üçün müştərilər gətirəcəyimi deyib onunla razılaşdıqdan sonra cinsi əlaqədə olmaq üçün mənzil də təşkil etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin 500(beş yüz) manat və qızların cinsi əlaqədə olan zaman istifadə etdikləri qoruyucular içərisi boş olan zərfə qoyularaq qablaşdırılmışdır. Sonra isə polis əməkdaşları tərəfindən aparılan çəkiliş yekunlaşdırılmışdır. Sonra onları Daxili İşlər Nazirliyinin İnsan X5 Baş İdarəsinə dəvət etmişlər. Onlar da həmin idarəyə gedərək baş vermiş hadisələr barədə öz izahatlarını vermişlər. Şahid3 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, o, ilk dəfə imiş ki, yuxarıda adları qeyd etdiyi şəxsləri fahişəliyə cəlb edərək maddi qazanc əldə etmiş, bundan başqa heç bir şəxsi fahişəliyə cəlb etməmişdir. O, həmin şəxslərələ əvvəlcədən razılaşmış, belə ki, onların hər birini nə 60 manat pul verəcəkmiş. O, 01 fevral 2025-ci il tarixdə Çingizlə danışan zaman ona cinsi əlaqədə olmaq üçün qadın və ev təşkil edəcəyini demiş və bundan sonra Təqsirləndirilən şəxs ilə razılaşaraq müştərləri ona məxsus olan mənzilə gətirəcəyini bildirmiş və Təqsirləndirilən şəxs isə mən demişdir ki, narahat olma bu ev problemsiz evdir. Həmçinin, o, gətirəcəyi qızlara görə Təqsirləndirilən şəxs ev qarşılığında 10 manat pul verəcəyini demiş və onlar razılaşmışlar. O, Şahid7 ona və dostu Təvəkgülə təşkil etdiyi 3 qıza və evə görə ümumilikdə 500(beş yüz) manat pul almış, həmin puldan isə qadınların hər birinə 60 manat olmaqla 180 manat və ev sahibinə isə 3 nəfər qadının cinsi əlaqədə olmağı üçün 30 manat verəcəyini demişdir. Qalan 290 manat pulu isə özünə qazanc kimi götürəcəkmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində bildirmişdir ki, Daxili İşlər Nazirliyinin İnsan X5 Baş İdarəsində əvvəl vermiş olduğu izahatını təsdiq edərək qeyd etmişdir ki, 2024-cü ilin sonlarında Tovuz rayonu, Dondar Quşçu kəndində gözəllik salonuna gedərkən həmin salonu işlədən qadınla tanış olmuşdur. Tanışlıq zamanı həmin şəxs adının Damla olduğunu bildirmişdir. Hal-hazırda isə bilir ki, Damla ləqəbli həmin şəxs əslində Tovuz rayonu, Əsrik Cırdaxan kənd sakini Şahid3dır. Aralarında olan söhbət zamanı Damla(Elnurə) onun subay olduğunu və maddi ehtiyaclarının olduğunu bilmiş və ona təklif etmişdir ki, onun tanışı olan kişilərlə pul qarşılığında cinsi əlaqədə olsun, bununla da maddi ehtiyaclarını təmin etsin. Əvvəlcə o, Elnurənin bu təklifi ilə razılaşmamış, lakin sonradan maddi ehtiyacı olduğu üçün uşağına baxmağa pulu olmadığı üçün razılaşmış və telefon nömrəsini Elnurəyə vermişdir. O, ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə edir. 01 fevral 2025-ci il tarixdə saat 11 radələrində o, qonşusu Təranə ilə birlikdə mağazada olarkən Elnurə Tərnanəyə zəng edərk müştəri oduğunu, qız istədiklərini onu da götürərək Aybəniz adlı qadının mənzilinə gəlməklərini, həmin mənzildə müştərilərlə cinsi əlaqədə olacaqlarını demişdir. Həmin zaman o, Təranənin yanında olduğu üçün Təranə ilə Elnurənin danışığında iştirak etmişdir. Aybənizi tanımasa da mənzildə əxlaqsızlıq yuvası açdığını, yəni mənzilini pul qarşılığında cinsi əlaqədə olmaq üçün başqa-başqa şəxslərə kirayə verdiyini bilmişdir. Elnurə ona və Təranəyə hər birinə 50 manat intim xidmət göstərməyə görə, 10 manat isə taksi pulu olmaqla 60 manat pul verəcəyini demişdir. Onlar Elnurənin dedikləri ilə razılaşmışlar. Elnurənin tapşırığına əsasən həmin tarixdə saat 14 radələrində Təranə ilə birlikdə taksi ilə Elnurənin dediyi ünvana, yəni Aybənizə Quliyevaya məxsus olan mənzilə getmişlər. Elnurənin Aybənizlə yaxın münasibətdə olduğunu, onların əlbir olaraq qadınları fahişəliyə cəlb etdiklərini, Aybənizin bu məqsədlə pul qarşılığında mənzilini Elnurəyə verdiyini bilmişdir. Aybənizin yaşadığı mənzil Tovuz şəhəri Heydər Əliyev porspektində dəqiq bilmədiyi binanın 5-ci mərtəbdə yerləşirmiş. Mənzil 2 otaqlı imiş. Təranə ilə birlikdə Aybəzinin mənzilinə gedərkən taksiyə verməyə pulları olmadığı üçün Elnurə onları binanın həyətində qarşılamış və taksinin pulunu vermişdir. Mənzilə qalxdıqda orada əlavə olaraq əvvəllər tanımadığı Aybəniz, 2 nəfər kişi və Kəmalə adlı qadın var imiş. Mənzilə daxil olduqda artıq kişilərdən biri Kəmalə ilə mənzilin yataq otağında cinsi əlaqədə olurmuş. Bundan sonra digər kişi ilə o, yataq otağında cinsi əlaqədə olmuşdur. Saat 14:30 radələrində mənzilin qapsı döyülmüş, qapının kimin açdığını görməmişdir. Sonra mənzilə mülki geyimdə şəxslər daxil olmuşlar, Daxili İşlər Nazirliyinin İnsan X5 Baş İdarəsinin əməkdaşları olduqlarını deyərək özlərinə məxsus olan vəsiqələri təqdim etmişlər. Həmin zaman bildirmişlər ki, onların olduqları mənzildə insan alveri cinayətinin törədilməsi barədə məlumat vardır. Mənzilin sahibi olan Təqsirləndirilən şəxs polis əməkdaşlarının mənzilə daxil olmasına və mənzilə baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən onların içərisində olduqları Təqsirləndirilən şəxs məxsus olan mənzilə baxış keçirilmişdir. Baxış keçirilən zaman evin yataq otağından onun və digər qızların cinsi əlaqə zamanı istifadə etdikləri qoruyucular aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən edilən bütün proseslər telefon vasitəsilə lentə alınmışdır. Polis əməkdaşları tərəfindən Elnurə Çobanoyava müxtəlif suallar verilmişdir. O da həmin zaman bildirmişdir ki, Təvəkgül və Çingiz adlı şəxslərdən onlarla intim münasibətdə olmaqları müqabilində 500 manat məbləğində pul alıbdır. Polis əməkdaşları tərəfindən həmin 500(beş yüz) manat Şahid3 götürülmüş və içərisi boş olan zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra isə polis əməkdaşları tərəfindən aparılan çəkiliş yekunlaşmışdır. Sonra isə onları Daxili İşlər Nazirliyinin İnsan X5 Baş İdarəsinə dəvət etmişlər. Onlar da həmin idarəyə gedərək baş vermiş hadisələr barədə öz izahatlarını vermişlər. Şahid5 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, o, Şahid3 tanıdıqdan sonra Elnurə onu ilk dəfə imiş ki, fahişəliyə cəlb edərək pul müqabilində öz tanışı olan kişilərlə cinsi münasibətdə olmağına şərait yaratmışdır. O, Şahid3 təklifi ilə Təqsirləndirilən şəxs məxsus olan Tovuz rayonu, Heydər Əliyev prospektində yerləşən mənzilində cəmi bir dəfə Şahid3 təşkil etdiyi kişilərlə cinsi münasibətdə olmuşdur. O, həmin zaman kişilərlə təbii yolla cinsi münasibətdə olan zaman həmin evdə ev sahibi olan Təqsirləndirilən şəxs həmin evdə olmuşdur. Şahid3 da ona deyirmiş ki, narahat olma ev sahibinin bütün proseslərdən xəbəri var, heç bir problem yoxdur, həmçinin ev sahibi olan Təqsirləndirilən şəxs hər qız üçün 10 manat pul verir. Həmçinin o, bildirmişdir ki, onun səhətində heç bir problem yoxdur və onun ruhi əsəb kabinetlərində qeydiyyatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 öz ifadəsində bildirmişdir ki, Daxili İşlər Nazirliyinin İnsan X5 Baş İdarəsində əvvəl vermiş olduğu izahatımı təsdiq edərək qeyd etmişdir ki, o, Damla ləqəbli Şahid3 təxminən 3-4 ildir ki, tanıyır. Belə ki, Elnurə əvvəllər Tovuz rayonu, Aşağı Quşçu kəndində ətir mağazasında işləyəndən tanımış, sonra isə gözəllik salonunda işləyən zaman onun yanına tez-tez gedib gəlirmiş. 01 fevral 2025-ci il tarixdə saat 11 radələrində o, qonşusu Gülmira ilə birlikdə mağazada olarkən Elnurə ona zəng edərək müştəri oduğunu, qız istədiklərini Gülmiranı da götürərək Aybəniz adlı qadının mənzilinə gəlməklərini, həmin mənzildə müştərilərlə cinsi əlaqədə olacaqlarını demişdir. Həmin zaman Aybənizi tanımasa da mənzildə əxlaqsızlıq yuvası açdığını, yəni mənzilini pul qarşılığında cinsi əlaqədə olmaq üçün başqa-başqa şəxslərə kirayə verdiyini bilmişdir. Elnurə ona və Gülmiraya hər birinə 50 manat intim xidmət göstərməyə görə, 10 manat isə taksi pulu olmaqla 60 manat pul verəcəyini demişdir. Onlar Elnurənin dedikləri ilə razılaşmışlar. Elnurənin tapşırığına əsasən saat 14 radələrində Gülmira ilə birlikdə taksi ilə Elnurənin dediyi ünvana, yəni Aybənizə Quliyevaya məxsus olan mənzilə getmişlər. Elnurənin Aybənizlə yaxın münasibətdə olduğunu, onların əlbir olaraq qadınları fahişəliyə cəlb etdiklərini, Aybənizin bu məqsədlə pul qarşılığında mənzilini Elnurəyə verdiyini bilmişdir. Aybənizin yaşadığı mənzil Tovuz şəhəri Heydər Əliyev porspektində dəqiq bilmədiyi binanın 5-ci mərtəbəsində yerləşirmiş. Mənzil 2 otaqlı olmuşdur. Təranə ilə birlikdə Aybəzinin mənzilinə gedərkən taksiyə verməyə pulları olmamış, buna görə də Elnurə onları binanın həyətində qarşılamış və taksinin pulunu vermişdir. Mənzilə qalxdıqda orada əlavə olaraq əvvəllər tanımadığı Aybəniz, 2 nəfər kişi və Kəmalə adlı qadın olmuşdur. Mənzilə daxil olduqda artıq kişilərdən biri Kəmalə ilə mənzilin yataq otağında cinsi əlaqədə olurmuş. Bundan sonra digər kişi ilə Gülmira yataq otağında cinsi əlaqədə olmuşlar. Gülmiradan sonra isə o, həmin oğlanlardan biri ilə cinsi əlaqədə olacaqmış. Lakin həmin şəxslər cinsi əlaqədə olduqdan sonra cinsi əlaqədə olmaq istəmədiklərini və getmək istədiklərini demişlər. Saat 14:30 radələrində mənzilin qapısı döyülmüş, qapını kimin açdığını görməmişdir. Sonra mənzilə mülki geyimdə şəxslər daxil olmuşlar, Daxili İşlər Nazirliyinin İnsan X5 Baş İdarəsinin əməkdaşları olduqlarını deyərək özlərinə məxsus olan vəsiqələri təqdim etmişlər. Həmin zaman bildirmişlər ki, onların olduqları mənzildə insan alveri cinayətinin törədilməsi barədə məlumat vardır. Mənzilin sahibi olan Təqsirləndirilən şəxs polis əməkdaşlarının mənzilə daxil olmasına və mənzilə baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən onların içərisində olduqları Təqsirləndirilən şəxs məxsus olan mənzilə baxış keçirildmişir. Baxış keçirilən zaman evin yataq otağından onun və digər qızların cinsi əlaqə zamanı istifadə olunan qoruyucular aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən edilən bütün proseslər telefon vasitəsilə lentə alınmışdır. Polis əməkdaşları tərəfindən Elnurə Çobanoyava müxtəlif suallar verilmişdir. O da həmin zaman bilmişdir ki, Təvəkkül və Çingiz adlı şəxslərdən onların intim münasibətdə olmaqları müqabilində 500 manat məbləğində pul alıbmışdır. Polis əməkdaşları tərəfindən həmin 500(beş yüz) manat Şahid3 götürülmüş və içərisi boş olan zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra isə polis əməkdaşları tərəfindən aparılan çəkiliş yekunlaşmışdır. Sonra isə onları Daxili İşlər Nazirliyinin İnsan X5 Baş İdarəsinə dəvət etmişlər. Biz də həmin idarəyə gedərək baş vermiş hadisələr barədə öz izahatlarını vermişlər. Şahid6 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, o, Şahid3 tanıdıqdan sonra o, ilk dəfə 01 fevral 2025-ci il tarixdə fahişəliyə cəlb edərək pul müqabilində öz tanışı olan kişilərlə cinsi münasibətdə olmağıma şərait yaratmışdır. Şahid6 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Şahid3 onu pul qarşılığında fahişəliyə cəlb edərkən Təqsirləndirilən şəxs məxsus olan evə gedərək orada cinsi münasibətdə olacaqmış. O, Şahid3 təklifi ilə Təqsirləndirilən şəxs məxsus olan Tovuz rayonu, Heydər Əliyev prospektində yerləşən mənzilində cəmi bir dəfə Şahid3 təşkil etdiyi kişilərlə cinsi münasibətdə olacaqmış. O, həmin mənzildə olan zaman evdə ev sahibi olan Təqsirləndirilən şəxs həmin evdə olmuşdur. Şahid3 da ona deymişdir ki, narahat olma ev sahibinin bütün proseslərdən xəbəri var, heç bir problem yoxdur, həmçinin ev sahibi olan Təqsirləndirilən şəxs hər adam üçün 10 manat pul verir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, o, İnsan X5 Baş idarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı rütbəsini daşıyır. Cinayət işi üzrə bildirmişdir ki, 01 fevral 2025-ci il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs Şahid3 ilə əlbir olaraq Azərbaycan Respublikasının vətəndaşı olan qadınları zor tətbiq etməklə, hədələməklə, zəiflik vəziyyətindən sui-istifadə etməklə qadınları iradəsi əleyhinə kişilərə intim xidmətlər göstərməyə məcbur etməsi barədə məlumat daxil olmuşdur. Məlumatda Təqsirləndirilən şəxs və Şahid3 insan alverinə məruz qoyduğu qadınları ünvan 1 ünvanında kişilərə təqdim etməsi qeyd edilmişdir. Həmin məlumat tərəfindən raportla Baş İdarə rəisinə məruzə olunduqdan sonra məlumatın yoxlanmasına dair əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul olunmş, onun və əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 01 fevral 2025-ci il tarixdə saat 14:30-da ünvan 5 ünvanına gəlmişlər. Bundan sonra videoçəkiliş aparılmaqla mənzilin qapısını döymüşlər. Evin giriş qapısında onları şəxsiyyəti sonradan məlum olmuş Təqsirləndirilən şəxs qarşılamışdır. Onlar xidməti vəsiqələrini həmin şəxsə göstərərək DİN-in İnsan X5 Baş İdarəsinin əməkdaşları olduqlarını bildirərək əməliyyataxtarış tədbirinin keçirilməsinə dair qərarı ona təqdim etməklə həmin qərarın icrası ilə bağlı həmin evə baxış keçirməli olduqlarını izah etmişlər. Təqsirləndirilən şəxs onların təklifini qəbul edib, evə baxışın keçirilməsinə dair etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazıb təqdim etmişdir. Baxış zamanı evin iki otaqdan və bir hamam otağından ibarət olması müəyyən edilmişdir. Videoçəkiliş aparılmaqla evin bütün otaqlarına baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağında iki kişi və dörd qadın aşkar olunmuşdur. Hamin şəxslərlə sorğu-sual aparılarkən kişilərin Şahid7, X2, qadınlarin isə Şahid3, Şahid4, Şahid6 və Şahid5 olmaları müəyyən edilmişdir. Baxış zamanı evdə bir neçə fotoşəkil çəkilmişdir. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs hər şeyi etiraf edərək qeyd olunan evdə yaşadığını, həmin mənzildə Şahid3 tərəfindən fahişliyə cəlb edilən qadınların kişilərə intim xidmətlər göstərmələri üçün şarait yaratdığını, bunun müqabilində hər qadın üçün 10 manat aldığını, 01 fevral 2025-ci il tarixdə Elnurənin ona zəng vuraraq intim xidmətlər göstərmələri üçün 3 nəfər qadın gətirəcəyini, həmin qadınların kişi müştərilərlə cinsi əlaqədə olmalarına şərait yaradacağına görə ona 30 manat pul verəcəyinə dair razılaşdıqlarını bildirmişdir. Sorğu zamanı Şahid3 01 fevral 2025-ci il tarixdə Şahid7 ona zəng edərək ondan özünün və tanışının cinsi əlaqədə olmaları üçün fahişəliklə məşğul olan üç qadın və həmin qadınlarla cinsi əlaqədə olmaq üçün mənzil istədiyini, Çingizdən bunun müqabilində 500 manat pul tələb etdiyini bildirmişdir. Sorğu zamanı Şahid7, X2, Şahid4, Şahid6 və Şahid5 da Şahid3 dediklərini təsdiq etmişlər. Bundan sonra Şahid3 təkif olunmuşdur ki, Şahid7 ona verdiyi 500 manat pulu təqdim etsin. Həmin vaxt Şahid3 beş ədəd 100 manatlıq pulu təqdim edərək Şahid7 tərəfindən verilmiş pul olduğunu bildirmişdir. Eyni zamanda yataq otağında yerdən iki ədəd rezin qoruyucu aşkar edilmişdir. Təqdim olunmuş pul və rezin qoruyucular qablaşdırılaraq zərfə qoyulmuş və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilərək möhürlənmişdir. Qeyd olunan ünvanda müvafiq sənədləşdirmə aparılması üçün şəraitin olmamasını nəzərə alaraq adları qeyd olunmuş həmin şəxsləri Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə həmin şəxslərin iştirakı ilə tərəfindən protokol tərtib olunmuş baxış zamanı mənzildə çəkilmiş fotoşəkillər və videoçəkiliş protokola əlavə edilmişdir. Tərtib olunmuş protokol iştirakşılara ucadan oxunmuş, har hansı şikayət və irad daxil olmadığı üçün protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 öz ifadəsində bildirmişdir ki, Elnurə adlı qadını tanışlıq saytında tanımış və tanışlıq əsnasında aralarında səmimi münasibət yaranmışdır. Təxminən 29-30 yanvar 2025-ci il tarixdə Elnurə ilə əlaqə saxlayaraq Tovuz rayonunda olduğunu bildirib, istirahət etmək üçün ona cinsi əlaqdə olmağı üçün bir qadın gətirməyini istəmiş, o isə elə bir qadının olduğunu və həmin qadının foto şəklini Whatsapp vasitəsilə ona göndərmişdir. O, da qadını görərək bəyənmiş və sonra həmin qadınla cinsi əlaqdə olmaq müqabilində nə qədər pul verəcəyini soruşduqda Elnurə ona ümumilikdə 160 manat pul verəcəyini demiş və konum ataraq dediyi vaxtda həmin ünvanda olmağını istəmişdir. O, da Elnurə ilə razılaşdıqdan sonra 31 yanvar 2025ci il tarixdə saat təxminən 19 radələrində onun atdığı ünvana getmişdir. O, ora çatan zaman Elnurəni binanın həyətində bir nəfər qadınla görmüşdür. Bundan sonra Elnurənin ona əvvəlcədən dediyi, yəni təşkil etdiyi mənzilə qalxmışlar. Həmin mənzil 5-ci mərtəbədə yerləşirmiş. Onlar qapının ağzına çatdıqda Elnurə mənzilin qapısını döymüş və bir nəfər qadın qapını açmışdır, evdə ondan başqa heç bir şəxs olmamışdır. Razılaşdıqları kimi o, ilk olaraq Elnurəyə 160(yüz altmış) manat məbləğində pul vermişdir. Bundan sonra isə Elnurənin təşkil etdiyi Kəmalə adlı qadınla bir dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. O, Kəmalə adlı qadınla cinsi əlaqdə olduqdan sonra Elnurə ilə də bir dəfə təbii yolla 10-15 dəqiqə ərzində cinsi əlaqədə olmuşdur. Daha sonra isə Elnurəyə öz razılığını bildirmiş və həmin mənzildən çıxıb getmişdir. O, onların yanından çıxdıqdan sonra dostu Təvəkgüllə əlaqə saxlayaraq Tovuz şəhəri ərazisində onunla görüşmüşdür. Təvəkgüllə birlikdə olan zaman o, Elnurənin təşkil etdiyi qadınla cinsi əlaqdə olduğunu və yaxşı olduğunu ona demişdir. Sonra o, Təvəkgüllə birlikdə olan zaman Elnurə ilə telefon əlaqəsi saxlamışdır. Elnurə ilə əlaqə saxlayan zaman ona bildirmişdir ki, dostu ilə birlikdədir, Elnurə isə ona yeni qadınların olduğunu demişdir. Bundan sonra isə Elnurə ona Whatsapp vasitəsilə bir neçə qadın şəkilləri atmış və bildirmişdir ki, hansı qadından xoşumuz gələrsə ona bildirək. Həmçinin, Elnurə onlara qadınlarla cinsi əlaqdə olmaq üçün şərait də yaradacağını yəni mənzil təşkil edəcəyini demişdir. Bundan sonra onlar qadınlardan 3 nəfərini bəyənərək onların müqabilində nə qədər pul verəcəyini soruşduqda Elnurə onlardan ümumilikdə 500 (beş yüz) manat alacağını bildirib əvvəlcə getdiyi ünvana gəlməklərini istəmişdir. Həmçinin, Elnurə onlara demişdir ki, 3 nəfər qız və evi təşkil etməyinin müqabilində onlardan 500 manat pul alacaq. Elnurə 01 fevralı 2025-ci il tarixdə saat 14 radələrində həmin ünvanda görüşməli olduqlarını onlara demişdir. Həmin tarixdə saat 14 radələrində o, dostu Təvəkgüllə birlikdə bir gün əvvəl getdiyi ünvana getmişdir. Onlar binanın həyətində olan zaman Elnurənin hələ gəlmədiyini bilmişdir. Bir qədər sonra isə Elnurə Kəmalə adlı qadınla birlikdə gəlmişdir. Elnurəgil onlarla salamlaşaraq Aybəniz Quliyavaya məxsus olan mənzilə qalxmışlar. Qapını onlara Aybənizin özü açmış və onlar mənzilə daxil olmuşlar. Həmin zaman Aybəniz mənzildə tək olmuşdur. Onlar evə daxil olduqdan təxminən 10-15 dəqiqə sonra Elnurənin dəvət etdiyi Gülmira və Təranə adlı qadınlarda gəlmişlər. Bundan sonra Kəmalə və Təvəkgül cinsi əlaqədə olmaq üçün evin yataq otağına keçmişlər. Təxminən 10-15 dəqiqə sonra Kəmalə və Təvəkgül cinsi əlaqədə olduqdan sonra evin yataq otağından çıxmışlar. Bundan sonra isə o və Gülmira cinsi əlaqədə olmaq üçün evin yataq otağına keçmişlər. O, Gülmira ilə təxminən 10-15 dəqiqə ərzində evin yataq otağında təbii yolla cinsi əlaqədə olmuşdur. Sonra o, Elnurə ilə əvvəlcədən razılaşması əsasında 500(beş yüz) manat məbləğində pul vermişdir. Həmçinin, o, Elnurənin göstərdiyi xidmətə görə öz razlığını bildirmişdir. Sonra isə o və Təvəkgül hazırlaşaraq evdən çıxmaq istəyən zaman qapının ağzında mülki geyimdə 4 nəfər şəxsin orada olduğunu görmüşdür. Həmin şəxslər özlərini təqdim edərək Daxili İşlər Nazirliyinin İnsan X5 Baş İdarəsinin əməkdaşları olduqlarını deyib özlərinə məxsus olan vəsiqələri təqdim etmişlər. Həmin zaman bildirmişlər ki, onların olduğu mənzildə insan alveri cinayətinin törədilməsi barədə məlumat var. Mənzilin sahibi olan Təqsirləndirilən şəxs polis əməkdaşlarının mənzilə daxil olmasına və mənzilə baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən onların içərisində olduqları Təqsirləndirilən şəxs məxsus olan mənzilə baxış keçirilmişdir. Baxış keçirilən zaman evin yataq otağında onlar cinsi əlaqə zamanı istifadə etdikləri qoruyucular aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən edilən bütün proseslər telefon vasitəsilə lentə alınmışdır. Həmin zaman onun Şahid3 verdiyi 500 manat pulu, Elnurə polis əmədaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin 500(beş yüz) manat və cinsi əlaqədə olan zaman istifadə etdilən qoruyucular içərisi boş olan zərfə qoyularaq qablaşdırlmışdır. Bundan sonra isə polis əməkdaşları tərəfindən aparılan çəkiliş yekunlaşdırılmışdır. Sonra isə onları Daxili İşlər Nazirliyinin İnsan X5 Baş İdarəsinə dəvət etmişlər. Onlar da həmin idarəyə gedərək baş vermiş hadisələr barədə öz izahatlarını vermişlər. Şahid7 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, o, Şahid3 ilə tanışlıq sayıtında tanış olmuş və bir neçə gün danışmış, sonra isə dostu ilə birlikdə Tovuz rayonuna qonaq gələn zaman onunla görüşmüşdür. Həmin zaman da Elnurə ilə söhbət edən zaman cinsi əlaqədə olmaq üçün tanış qadınlar olduğunu Elnurə ona bildirib, bundan sonra isə razılaşmaları əsasında Elnurə ona cinsi əlaqdə olmaq üçün qadın və mənzil təşkil etmişdir. O, Şahid3 onlara təşkil etdiyi Kəmalə adlı qadını ikinci dəfə imiş ki, görürmüş belə ki, 31 yanvar 2025-ci il tarixdə də o, Kəmalə ilə həmin mənzildə görüşmüşdür. Həmçinin, Şahid3 təşkil etdiyi cinsi əlaqdə olduğu mənzildə də ikinci dəfə imiş ki, olurmuş. O, Şahid3 ona təşkil etdiyi Kəmalə adlı qadınla ilk dəfə 31 yanvar 2025-ci il tarixdə ikinci dəfə isə 01 fevral 2025-ci il tarixdə dostu Təvəkgüllə cinsi əlaqədə olmuşdur, birinci dəfə o, həmin mənzilə tək getmiş, ikinci dəfə isə dostu Təvəkgüllə birlikdə getmişdr, ilk dəfə 160 manat ikinci dəfə isə 500 manat pul vermişdir. Şahid8 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yaşayış sahəsinə daxil olma və baxış keçirmə əməliyyat-axtarış tədbirinin nəticəsinə dair tərtib olunmuş 01 fevral 2025-ci il tarixli protokoldan görünür ki, 01 fevral 2025-ci il tarixli qərar əsasında həmin tarixdə, saat 14:30 dəqiqədə ünvan 6 ünvanına baxış keçirilmişdir. Baxış zamanı həmin mənzildə ev sahibi olan Təqsirləndirilən şəxs başqa 2006-cı il təvəllüdlü Şahid8, 2004-cü il təvəllüdlü Şahid3, 1990-cı il təvəllüdlü Şahid4, 2002-ci il təvəllüdlü Şahid6, 2000-ci il təvəllüdlü Şahid5 və sonuncuların cinsi əlaqə zamanı istifadə etdikləri 2 ədəd rezin qoruyucu və cinsi əlaqədə olmaq müqabilində Şahid3 Şahid7 aldığı 5 ədəd 100 manartlıq pul əskinasları aşkar edilmişdir. Sorğu zamanı müəyyən olunmuşdur ki, Şahid3 01 fevral 2025-ci il tarixdə Şahid7 və sonuncunun tanışı olan X1 ilə cinsi əlaqədə olmaq üçün əvvəllər tanıdığı Şahid4, Şahid6, Şahid5 fahişəliyə cəlb etmiş və bunun müqabilində Şahid7 500 (beş yüz) manat məbləğində pul almışdır. Tovuz Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İnsan X5 Baş İdarəsinin Əməliyyat tədbirləri şöbəsnin rəisi, polis polkoniki Samir Qarayev tərəfindən qəbul edilmiş “yaşayış sahəsinə daxil olma və baxış keçirmə” barədə xx.xx.2025-ci il tarixli qərar qanuni hesab edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan AR CM-nin 244.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində qeyd etdikləri göstəriln digər sübutlarla tam təkzib olunmuşdur. Buna görə də məhkəmə tərəfindən özünü müdafiə xarakteri daşıyan, məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinə əsasən Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə — iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respubblikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin(köhnə redaksiyada) 229.1, 106.2 və 122.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına 02 il şərti sınaq müddəti ilə məhkum edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Tovuz rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhər İƏD üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən və arayışdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisində pasportqeydiyyatdadır və həmin ünvanda yaşayır, subaydır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı Qazax-Tovuz Regional filialının 15 may 2025-ci il tarixli 3-17-1/2-112240/2025 №li məktubundan görünür ki, ünvan 8 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Qazax-Tovuz regional filialından xx.xx.2006-cı il tarixdən İİ dərəcəli ümumi xəstəlikdən əlilliyə görə sosial müavinət təyin edilmiş, hazırda məbləği 220,00 (iki yüz iyirmi) manatdır. Məhkəmə Təqsirləndirilən şəxs əlil olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti – yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qadın olmasını, cəzasını yüngülləşdirən yuxarıda göstərilən halları, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxsin islah olunmasına təsirini, o cümlədən, onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olmasını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini mümkün hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 244.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasına məhkum edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2600 manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tovuz rayon icra və probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar